Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4171/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 Azərbaycan Respublikasındakı filialına, X4 Madencilik Ticaret Anonim” Şirkətinə qarşı X3 Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı oglu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh3 Azərbaycandakı filialına qarşı X3 Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə “X4 Madencilik Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi haqqında müqavilə”-nin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X3 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya (təminat) məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Atıntaş X1 Republikasında yerləşən X4 Madencilik Ticaret Anonim Şirkətinin yeganə iştirakçısıdır (təsisçisidir) və o, həmin şirkətdə 100 faiz paya malikdir. Şirkətin əsas fəaliyyəti krom mədən işlərinin görülməsindən ibarətdir. Şirkət öz fəaliyyətinin genişləndirilməsi məqsədilə, 2019-cu ildə Azərbaycan Respublikasında Filial təsis etmiş və Filial hazırda qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. 2020-ci ilin iyul ayında cavabdehlər "xxxx" ASC ilə “X4 Madencilik Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə, Şirkətin X3 Şirkəti (Türkiyə hüquqi şəxsi) qarşısında götürdüyü öhdəliklərinin təminatı kimi "xxxx" ASC tərəfindən ümumi dəyəri 3.000.000 TL məbləğində 09 iyul 2020-ci il tarixli, 4080 saylı təminat məktubu verilmişdir. Qarantiyanın müddəti 09 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edirlər ki, nə Şirkətin təsisçisi kimi iddiaçının, nə də Şirkətin İdarə Heyətinin cavabdehlər arasında qarantiya verilməsi barədə müqavilənin bağlanmasından, habelə 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya məktubundan məlumatı olmamışdır. Belə ki, Şirkətin X3 Şirkəti qarşısında götürdüyü öhdəliyinin icrasının təmin edilməsi üçün qarantiya müqaviləsi Şirkətin təsisçisi kimi iddiaçının razılığı ilə və Şirkətin İdarə Heyətinin qərarı ilə məhz İdarə Heyətinin sədri tərəfindən imzalana bilərdi. Lakin Şirkətin Türkiyə Respublikasında olan digər şəxs (X3 Şirkəti) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün müqaviləni nədənsə, Şirkətin özü deyil, onun Azərbaycan Respublikasındakı Filialı imzalamışdır. Hesab edirlər ki, cavabdehlər "xxxx" ASC ilə “X4 Madencilik Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış qarantiya verilməsi haqqında müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 ASC-nin X3 Şirkətinin xeyrinə verdiyi 4080 saylı, 09 iyul 2020-ciil qarantiya (təminat) məktubu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 iyul 2021-ci il tarixli 2(102)-4771/2021 saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli e-2(005)-966/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı oglunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 Azərbaycandakı filialına, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Şirkətinə qarşı müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə X4 Madencilik Ticaret Anonim Şirkəti” cavabdeh kimi işə cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, cavabdehlər Cavabdeh1 ASC ilə “X4 Madencilik Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi şərtləri haqqında” 4080 saylı, 06 iyul 2020-ci il tarixli Sazişin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X3 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli təminat məktubunun etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 Şirkətinin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müqaviləni imzalamaqla və ya onun imzalanmasını başqa bir şəxsə etibar etməklə onun imzalanmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə, iddiaçı Müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən, iddiaçı Müqaviləni Filialın adından imzalayan şəxsin məlumatlarını özündə əks etdirən müqavilənin surətini məhkəməyə təqdim etməmişdir. Biz hesab edirik ki, Müqavilənin surəti nəzərdən keçirildikdə, yuxarıda qeyd etdikləri mülahizələr öz təsdiqini tapacaqdır. şəxsin səlahiyyətlərindən kənara çıxaraq bağladığı əqdin mübahisələndirilməsi üçün hüquqi əsaslar Mülki Məcəlləsinin 350ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən şəxsin səlahiyyətlərinə dair məhdudiyyətlərdən kənara çıxaraq bağladığı əqdin mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilməsi hüququ nəzərdə tutulmuşdir. Beləliklə, qarantiya məktubunun əqd kimi mübahisələndirilməsi yalnız tərəflərdən birinin, yəni "xxxx" şirkətinin və ya Cavabdeh1 QSC-nin səlahiyyətlərinə dair məhdudiyyətlərdən kənara çıxaraq təminat məktubu əqdini bağlaması halında onun mübahisələndirilməsi mümkündür. Həmçinin, bu mübahisələndirmə hüququ yalnız mənafeyi üçün məhdudiyyətlər qoyulmuş tərəfə aiddir. Bildirmək istəryirlər ki, iddiaçı, X2 məktubunun tərəfi deyildir, nə də ki, bu tərəflərin təsisçisi və ya digər şəxs qismində xeyrinə səlahiyyətlərin məhdudlaşdırılmış şəxs deyildir. Bu səbəbdən Filialın iddiaçının razılığını və "xxxx" Şirkətinin idarə heyətinin qərarı olmadan qarantiya müqaviləsini imzalaması, hətta həqiqət olsa belə, iddiaçıya təminat məktubunu mübahisələndirməyə hüquqi əsas vermir. Mülki Məcəllənin 480-ci maddəsinə əsasən, qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir. Bu o deməkdir ki, Cavabdeh1 ASC-nin “X3” şirkəti qarşısında qarantiya məktubu ilə götürdüyü öhdəlik müstəqil öhdəlikdir və Cavabdeh1 ASC bu öhdəliyi müqavilənin etibarsız olub-olmamasından asılı olmayaraq icra edilməlidir. Bu səbəbdən, iddiaçının müqaviləsinin etibarsızlığı səbəbindən qarantiya məktubunun etibarsız hesab edilməsi barədə tələbi özlüyündə qarantiya institutunun mahiyyətinə ziddir. Beləliklə də, qarantiya öhdəliyi qarantın (yəni Cavabdeh1 ASC-nin) benefisiar (yəni “X3” Şirkəti) qarşısında müstəqil öhdəliyidir və qarant ilə digər şəxslər arasındakı münasibətlər qarantın qarantiya öhdəliklərinə təsir etməməlidir. Bu səbəbdən, hətta məhkəmə müqaviləni etibarsız elan etsə belə, qarantiya məktubu etibarlılığını saxlamalıdır. İddiaçının müqavilənin və qarantiya məktubunun etibarlılığına dəlalət edən heç bir sübut təqdim etməmişdir. Hətta bu sübutlar təqdim olunsa belə, onlar müstəsna olaraq müqavilənin etibarlılığına təsir edə bilər, belə ki, qarantiya məktubu Cavabdeh1 ASC üçün müqavilədən müstəqil öhdəlik yaradır və iddiaçının qarantiya məktubunu mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bu səbəblərdən İddiaçının iddiası məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini və dəqiqləşdirmə ərizəsini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli srməyən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Türkiyə Respublikası Elazig Ticarət Reyestri İdarəsi tərəfindən təsdiq edilmiş X4 Madencilik Ticaret Anonim Şirkəti İdarə Heyətinin qərar kitabçasından görünür ki, şirkətin İdarə Heyətinin 04.04.2019-cu il tarixli qərarına əsasən Nesrin Atıntaş şirkətdəki 100 payını 100.000 türk lirəsinə İddiaçı satmışdır. Türkiyə Ticarət Reyestri Qəzetinin 26.04.2019-cu il tarixli buraxılışından çıxarışdan görünür ki, X4 Madencilik Ticaret Anonim Şirkəti İdarə Heyətinin qərarı ilə İddiaçı İdarə heyətinin üzvü və sədri seçilmişdir. X4 Madencilik Ticaret Anonim Şirkəti imza sirkulyarından görünür ki, Şirkətinin İdarə Heyətinin 06.07.2020-ci tarixli qərarı ilə İddiaçı bir il müddətində İdarə Heyətinin sədri seçilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışına əsasən, “X4 Madencilik Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi İddiaçıdır. “X4 Madencilik Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019-cu il tarixli əsasnaməsinin: 1.3-cü bəndinə əsasən filialın öhdəlikləri üçün filialı yaratmış Şirkət məsuliyyət daşıyır. 2.1-ci bəndinə əsasən Şirkət tərəfindən təsdiq edilmiş Əsasnamə üzrə fəaliyyət göstərən və onun olduğu yerdən kənarda yerləşən və funksiylarının hamısını və ya bir hissəsini həyata keçirən, o cümlədən onun mənafelərini təmsil və müdafiə edən, onun adından əqdlər və müqavilələr bağlamaq və digər hərəkətlər etmək hüququna malik olan ayrıca bölmədir. 2.2-ci bəndinə əsasən Filialın balansında Şirkət tərəfindən verilən ayrıca əmlakı vardır (daşınar və daşınmaz) Şirkətin adına və loqotipini əks etdirən möhürə, sərbəst balansa, cari və ya digər hesablarına malikdir. 5.1-ci bəndinə görə filialın işinə Şirkətin nizamnaməsində müəyyən edilmiş səlahiyyətlər daxilində Şirkət tərəfindən təyin edilən və vəzifədən azad edilən filialın direktoru rəhbərlik edir. -Cavabdeh1 ASC (qarant) ilə Cavabdeh3 Azrəbaycan Respublikasındakı Filialı (prinsipial) arasında 06 iyul 2020-ci il tarixdə 4080 saylı qarantiya verilmə şərtləri haqqında saziş bağlanmışdır. Həmin Sazişin: 1.1-ci bəndinə əsasən qarant prinsipialın sifarişinə əsasən, prinsipialın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək üçün benefisiara bu sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik-qarantiya verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən qarantiya benefisiara 06.07.2021-ci il tarixinə (daxil olmaqla) kimi verilir və həmin müddət bitdikdən sonra öz qüvvəsini itirir. 2.1-ci bəndinə əsasən qarant prinspial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq qarantiya məktubunun şərtlərinə uyğun olaraq 3.000.000 (üç milyon) TL məbləğindən artıq olmayan istənilən məbləğini sonuncuya ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən benefisiardan ödəmə haqqında yazılı tələb aldıqda qarant dərhal bu barədə prinsipiala məlumat verməli və tələbin surəti bütün sənədlərlə birlikdə Prinsipiala təqdim etməlidir. 3.1.1-ci bəndinə əsasən qarant tərəfindən bu sazişin 2.1-ci bəndinə və qarantiya şərtlərinə müvafiq olaraq benefisiara ödənilmiş məbləğləri, onların ödənildiyi gündən etibarən 30 gündən gec olmayaraq heç bir əlavə şərt irəli sürmədən qaranta ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin saziş əsasında 09.07.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" Anonim Şirkətinə 4080 saylı qarantiya məktubu verilmişdir. Həmin Məktubla bank şirkət tərəfindən keçirilən tender nəticəsində YİL KEF 1055 və 1082 mədən qalereyasının xrom istehsalı və daşıma işini öhdəsinə götürən podratçı müştəri X4 Madencilik Ticaret Anonim Şirkətinin tenderlə əlaqədar olan qanun və texniki müqaviləyə əsasən və şirkətlə bağlanılan 01.04.2019-cu il tarixli podratçı müqaviləsinin hökmlərinə görə, verməli olduğu qəti təminat məbləği olan 3.000.000 TL bank tərəfindən zəmanət verildiyi üçün, adı çəkilən öhdəliklə əlaqədar qanun, müqavilə, texniki müqavilə hökmlərinə görə qismən və ya tamamilə yerinə yetirməməsi halında, ilk yazılı tələbə əsasən etiraz etməyə və adı çəkilənin icazəsini almağa ehtiyac qalmadan və qeyd edilənlə şirkət arasında ortaya çıxacaq hər hansı bir uyğunsuzluq, bunun qanuni nəticələri araşdırılmadan, yuxarıda yazılmış məbləğə qədər olan bir məbləği şirkətə nağd və tam şəkildə, tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Anonim Şirkətinin Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ASC-dən qarantiya üzrə 3.000.000 türk lirəsi, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144,575.34 türk lirəsi, vəkil və nümayəndəlik xərclərinə görə 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq iddiaçı "xxxx" Anonim Şirkətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə bank tərəfindən öhdəliyin icrasının təminatı kimi verilmiş 09 iyul 2020-ci il tarixli 4080 nömrəli bank qarantiyasından irəli gəlir. "xxxx" Anonim Şirkəti tərəfindən Cavabdeh1 ASC-yə 22.10.2020 və 12.11.2020-ci il tarixlərdə pretenziya qaydasında məktub ünvanlanaraq 05.10.2020-ci il tarixli tələb məktubu ilə 09.07.2020-ci il tarixində göndərilən 3.000.000.00 TL məbləğində, 4080 nömrəli qarantiya məktubunun icra edilməsi tələb edilmişdir. Lakin Bank qarantiya üzrə yazılı tələbi icra etməmişdir. Məhkəmə 09 iyul 2020ci il tarixli 4080 nömrəli nömrəli bank qarantiyasına əsasən podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında 3.000.000 Türk lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə Eti Krom şirkətinə ödəməli olduğunu, Eti Krom tələbini Qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etdiyini və Bankın ödənişdən imtina etməsi üçün AR MM-in 486-cı maddəsi ilə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmadığını nəzərə alaraq iddianı qismən əsaslı hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları bundan ibarətdir ki, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh3 Azərbaycan Respublikasındakı Filialı arasında 06 iyul 2020-ci il tarixdə 4080 saylı qarantiya verilmə şərtləri haqqında saziş bağlanmışdır. Həmin saziş əsasında 09.07.2020ci il tarixdə "xxxx" ASC tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Anonim Şirkətinə qarantiya məktubu verilmiş və həmin məktubla bank Cavabdeh3 1.04.2019-cu il tarixli podrat müqaviləsi üzrə öhdəliklərini tam və ya qismən ilə icra etmədiyi təqdirdə ilk yazılı tələb əsasında "xxxx" Anonim Şirkətinə 3.000.000 türk lirəsi həcmində pul ödəməyi öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh3 təsisçisi olan İddiaçı oglu saziş bağlanarkən “X4 Madencilik Ticaret Anonim Şirkətinin təsisçisi kimi onun razılığının alınmamasını, eləcə də həmin sazişin yalnız şirkətin idarə heyətinin qərarı ilə idarə heyətinin sədri tərəfindən imzalanmalı olduğu halda şirkətin özü tərəfindən deyil, filial tərəfindən imzalandığını əsas göstərərək həmin sazişin və onun əsasında verilmiş qarantiya məktubunun etibarsız hesab edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halları, o cümlədən mübahisəli sazişin yalnız Şirkətinin İdarə heyətinin sədri tərəfindən imzalanmalı olmasını, eyni zamanda təsisçi kimi onun razılığının alınmalı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İkincisi, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Müli Məcəllənin 350-ci maddəsinə görə əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddənin məzmunundan da göründüyü kimi hazırkı işdə filialın direktorunun mübahisəli sazişi bağlayarkən səlahiyyətlərindən kənara çıxması ehtimal edilsə belə həmin əsasla sazişin etibarsız hesab edilməsi yalnız digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda mümkündür. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş sübutlar əsasında nə filialın direktorunun filialın adından müqavilə bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılması, nə də həmin məhdudiyyətlərdən Cavabdeh1 ASC-nin məlumatlı olması müəyyən edilmir. Üçüncüsü, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh3 təssiçisi və idarə heyətinin sədri olmaqla yanaşı Şirkətin Azərbaycan Respublikasındakı Filialının direktorudur. Mübahisəli sazişdənuisə görünür ki, həmin saziş Cavabdeh3 Azərbaycan Respublikasındakı Filialının adından məhz filialın direktoru İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının filialın adından mübahisəli sazişi imzalanmış şəxs olması faktı həmin sazişin imzalanarkən onun razılığının və məlumatının olmamasına dair iddia ərizəsində istinad etdiyi dəlillərin əsassızlığına açıq-aşkar dəlalət edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmədə iclasında verdiyi sonuncu izahatda İddiaçı nümayəndəsi və vəkili sazişin İddiaçı tərəfindən imzalanması faktını mübahisələndirmişdir. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, əvvəla göstərilən hala iddianın faktiki əsası kimi iddia ərizəsində istinad edilməmişdir. Əksinə iddia ərizəsinin məzmunundan da göründüyü kimi İddiaçı həmin ərizədə mübahisəli sazişin filial tərəfindən imzalanmasını təsdiq etmişdir. Odur ki, iddiaçının istinad etdiyi yuxarıda göstərilən dəlillər iddiaçının iddia ərizəsində göstərilmiş faktiki hallarla ziddiyyət təşkil edir. İkincisi, iş materiallarından görünür ki, mübahisəli saziş filialın direktoru qismində İddiaçı tərəfindən imzalanmaqla yanaşı üzərinə filialın möhürü də vurulmuşdur. Möhürün həqiqiliyi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Və nəhayət, üçüncüsü, məhkəmə qeyd edir ki, hazırkı mübahisə xarakterinə görə təsisçi ilə hüquqi şəxs arasında yaranmış kooperativ mübahisədir. Odur ki, hazırkı iddianı qaldıran İddiaçı hüquqi şəxsin bağladığı müqavilənin etibarsız hesab edilməsi barədə tələbini qanunazidd əqdin bağlanması nəticəsində onun təsisçi kimi hüquq və qanuni maraqlarının pozulması ilə əsaslandırmalıdır. Hazırkı halda iddiaçının nümayəndəsinin istinad etdiyi halın - Cavabdeh3 AR-dəki filialının adından direktoru tərəfindən imzalanmamasının - Şirkətin təsisçisi qismində fiziki şəxs İddiaçı hüquq və qanuni mənafeyini pozulmasına səbəb olması, yəni təsisçi qismində İddiaçı əqdi göstərilən əsasla mübahisələndirməyə dair subyektiv hüquqa malik olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “qarantiya verilməsi şərtləri haqqında” 4080 saylı 06 iyul 2020-ci il tarixli sazişin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddianın qarantiya məktubunun etibarsız hesab edilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddiasını həmin məktubun əsasında verildiyi qarantiya verilməsi şərtləri haqqında sazişin etibarsız olması ilə əsaslandırmışdır. Odur ki, hazırkı iddia sazişin etibarsız hesab edilməsi hissəsində rədd edildiyindən qarantiya məktubunun etibarsız hesab edilməsi hissəsində də iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 Azərbaycan Respublikasındakı filialına, X4 Madencilik Ticaret Anonim” Şirkətinə qarşı müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4171/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4171/2021
11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver