Məhkəmə qərarları › İş №e-2-2(113)-4361/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4361/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4361/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yüklərin daşınması,pul) X6 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli HG- DM1101/23 nömrəli“Daşıma xidmətinin göstərilməsi barədə xidmətinə görə əsası və faiz borc ilə ümumilikdə 44627 manat dövlət rüsumu 224 manat dövlət alınaraq İddiaçınə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli HG-DM1101/23 nömrəli“Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (VÖEN: **********) verdiyi sifarişlər əsasında daşıyıcıİddiaçı yüklərin daşınması xidmətini yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkiledir və bu xidmət müqabilində sifarişçi Cavabdeh MMC daşıyıcıya muzd ödəyir. Daşıma xidmətinin göstərilməsi barədə Müqavilənin 1.2-ci bəndinə əsasən Hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaztərkib hissəsi olan əlavələrdə (sifarişdə) özəksini tapır. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Marşrut, yükün adı və daşıma haqqı, ödəniş şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişdə müəyyən edilir. Daşıma xidmətinin göstərilməsi barədə bu Müqavilənin 2.4-cü bəndinə əsasən Ödəniş .ərti və ya sifarişdə Daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında Sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə 10 (on) gün müddətinə həyata keçirilir. Bu Müqavilənin 3.1.4-cü bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişinə əsasən “Müqavilə”nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkiledir. Bu Müqavilənin 7.5.1-cı bəndinə əsasən Daşıma xərcləri Sifarişçi tərəfindən Daşıyıcıya 30 bank günü ərzində önənilməlidir əks halda, hər gecikdirilən gün üçün ümumiməbləğin 0.1 faizi həcmində cərimə ödəniləcəkdir. Sifarişçi Cavabdeh ilə İddiaçıarasında keçirilmiş xx.xx.2024-cü il tarixləri əhatə edən üzləşmə aktına əsasən Sifarişçinin daşıyıcı İddiaçı -yə 40.570 manat borcu vardır. Müqaviləyə əsasən sifarişçi ödənişi 90gün gecikdirdiyinə görə daşıyıcıya əsas borcun üzərinə hər gün üçün 0.1 faiz məbləğində cərimə 4057 manat gəlməklə ümumilikdə cəmi 44627 manat ödəməlidir. Lakin Sifarişçi Cavabdeh hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçınə olan 44627 manat ödənişi bu günədək həyata keçirməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli HG- DM1101/23 nömrəli“Daşıma xidmətinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: 1.1. Müqaviləyə uyğun olaraq, Daşıyıcı Sifarişçiyə beynəlxalq və yerli yük daşıma xidmətlərinin təşkili ilə yanaşı yüklərin daşınması ilə əlaqəli digər xidmətləri (bundan sonra "Xidmətlər" adlandırılacaq) təmin etməyi öhdəsinə götürür. 1.2.Sifarişçi isə öz növbəsində Daşıyıcını Müqaviləyə uyğun olaraq və Azərbaycan Respublikasının qanunvericiliyinin və beynəlxalq hüququn, Beynəlxalq ticarət terminlərinin təfsiri qaydaları-İNKOTERMS, Qarışıq yük daşıma konosamenti (FBL), Konosamentə aid bəzi qaydaların unifıkasiyası üçün Beynəlxalq Konvensiya (Haaqa Qaydaları) (Brüssel, 25 avqust, 1924), Beynəlxalq qarışıq yük daşımaları haqqında BMT Konvensiyası (Cenevrə, 24 may, 1980.), Beynəlxalq yük daşınması Müqaviləsi haqqında Konvensiya (Cenevrə, 19 may, 1956), Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifıkasiyası üçün Konvensiya (Varşava, 12 oktyabr, 1929), «BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında» Gömrük Konvensiyası (Cenevrə, 21 noyabr, 1975), Dənizlə yük daşınması haqqında BMT Konvensiyası (Hamburq, 1 mart, 1978.), Beynəlxalq mülki aviasiya haqqında Konvensiya (Çikaqo, 7 dekabr, 1944), Beynəlxalq avtomobil daşımalarım həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə aid Avropa Sazişi (BNAS) (Cenevrə, 1 iyul, 1970), Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişin (TYDAS) (Cenevrə, 30 sentyabr, 1957, və s. daxil olmaqla tələblərinə uyğun olaraq Xidmətlər göstərməsi üçün təyin edir.

- 2.2-ci bəndinə əsasən Marşrut, yükün adı və daşıma haqqı, ödəniş şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişdə müəyyən edilir. - 2.4-cü bəndinə əsasən Ödəniş şərti və ya sifarişdə Daşıyıcının təqdim etdiyi hesabfaktura əsasında Sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə 10 (on) gün müddətinə həyata keçirilir. - 3.1.4-cü bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişinə əsasən “Müqavilə”nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir. - 7.5.1-cı bəndinə əsasən Daşıma xərcləri Sifarişçi tərəfindən Daşıyıcıya 30 bank günü ərzində önənilməlidir əks halda, hər gecikdirilən gün üçün ümumiməbləğin 0.1 faizi həcmində cərimə ödəniləcəkdir Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki,xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 40570 manat təşkil edir.Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərədindən cavabdehə EBDQ 825513 nömrəli xx.xx.2023-cü il tarixli 4590 manat,EBDS 535637 nömrəli xx.xx.2023-cü il tarixli 6460 manat,EBDS 734787 nömrəli xx.xx.2023-cü il tarixli 7650 manat, EBDS 070041 nömrəli xx.xx.2023-cü il tarixli 3910 manat, EBDO 181217 nömrəli xx.xx.2023-cü il tarixli 17850 manat,EBDQ 607931 nömrəli 3910 manat,EBDP 806293 nömrəli xx.xx.2023-cü il tarixli 6460 manat məbləğində elektron qaimələr göndərilmişdir. V. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

12. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

15. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli HG-DM1101/23 nömrəli“ daşıma xidmətinin göstərilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 40570 manat təşkil edir.

17. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 40570 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 40570 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.

18. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4057 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC -nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

20. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 224 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 217,71 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 40570 (qırx min beş yüz yetmiş) manat əsas,2000 (iki min) manat cərimə,cəmi 42570 (qırx iki min beş yüz yetmiş) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 217,71 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar