Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5219/2025 12.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 10.073 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 41,97 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat olmaqla, cəmi 10.536,97 manat pul məbləğinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əldə olunaraq barışıq sazişi imzalandığını bildirmiş, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini təmin edərək, barışıq sazişinin təsdiqlənməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Sazişin predmeti 1.1. Cavabdeh (Cavabdeh) Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Beləliklə, Cavabdeh X1 Məsuliyyətli Cəmiyyəti 4.881 (dörd min səkkiz yüz səksən bir) manat borcu etiraf edərək həmin məbləği hissə-hissə, 2025-ci ilin noyabr ayının sonunadək 2.441 manat və 2025-ci ilin dekabr ayının sonunadək 2.440 manat olmaqla ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı "xxxx" QSC iddianın predmeti olan 4.881 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. İddiaçı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) və cavabdeh (Cavabdeh) razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 10 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin cavabdeh X1 Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
2. Sazişin hüquqi qüvvəsi Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir. 4.Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5. Digər müddəalar 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2025 il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Sazişin predmeti 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) hazırkı Saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Beləliklə, Cavabdeh X1 Məsuliyyətli Cəmiyyəti 4.881 (dörd min səkkiz yüz səksən bir) manat borcu etiraf edərək həmin məbləği hissə-hissə, 2025-ci ilin noyabr ayının sonunadək 2.441 manat və 2025-ci ilin dekabr ayının sonunadək 2.440 manat olmaqla ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı "xxxx" QSC iddianın predmeti olan 4881 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. İddiaçı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) və cavabdeh (Cavabdeh) razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 10 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin cavabdeh X1 Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcəkdir.
2. Sazişin hüquqi qüvvəsi Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir. 4.Tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5. Digər müddəalar 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı. Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov