Məhkəmə qərarları › İş №e-2-2(113)-5492/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5492/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5492/2021 26.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 67 saylı alğı-satqı müqaviləsinə 13 aprel 2020-ci il tarixli 2 saylı Əlavəsinə əsasən 6125 manat məbləğində borcun, 100 manat məbləğində ödənilmiş mediasiya xərclərinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 67 saylı alğı-satqı müqaviləsinə 13 aprel 2020-ci il tarixli 2 saylı əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 12725,00 manat olan 400 kq Sodium Cyclomate NF13 və 250 kq Aspartam Granular məhsulunu təhvil verildikdən sonra bir ay ərzində ödəmək şərtilə almışdır. Cavabdeh 22.05.2020-ci il tarixində 900 manat, 18.06.2020-ci il tarixində 3900 manat, 09.02.2021-ci il tarixində 1000 manat, 19.04.2021-ci il tarixində 500 manat, 12.07.2021-ci il tarixində 300 manat olmaqla, cəmi 6600 manat məbləğində pul ödəmişdir. Qalıq 6125 manat borc məbləği bugünədək ödənilməmişdir. Tərəflərindən borcluya dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və İddiaçı MMC-yə olan borcunu geri qaytarmaqdan boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 67 saylı Alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqaviləyə Əlavədə göstərilmiş malların (bundan sonra "mallar" adlandırılacaqdır) alıcıya satılmasını, alıcı isə məmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin: 2.1-ci bəndinə görə alıcı bu müqavilə imzalandıqdan sonra malların müqaviləyə Əlavə(lər)də razılaşdırılan qiymətini mallar təhvil verildikdən sonra 1(bir) ay ərzində satıcıya ödəyir. 2.2-ci bəndinə görə ödəniş köçürmə yolu ilə və köçürülmə gününə Mərkəzi Bankın məzənnəsinə əsasən manatla həyata keçirilir. 5.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçün “Satıcı” tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğinin 0,1% miqdarında cərimə tətbiq edilə bilər. 6.1-ci maddəsinə əsasən bu müqavilə ilə nəzərdə tutulan vaxtından əvvəl ləğv etmə hallan istisna olmaqla, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixinədək qüvvədədir. İddiaçı MMC tərəfindən verilmiş hesab-faktura ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın dəyəri ƏDV daxil olmaqla 12.725 manat təşkil edir. Maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçınə 67 DD 23.08.2019cu il tarixli müqavilə üzrə əsas məbləğ üzrə borc 6.125 manat təşkil edir. 14.05.2020-ci il tarixli, EBAJ seriyalı, 879169 saylı elektron qaimə ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh 900 manat dəyərində mal verilmişdir. 20.05.2020-ci il tarixli, EBAK seriyalı, 108903 saylı elektron qaimə ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh 7275 manat dəyərində mal verilmişdir. 27.05.2020-ci il tarixli, EBAK seriyalı, 380578 saylı elektron qaimə ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh 4550 manat dəyərində mal verilmişdir. GDĞ seriyalı, 18.06.2020-ci il tarixli 506322 nömrəli; GDĞ seriyalı, 18.06.2020-ci il tarixli nömrəli; GDĞ seriyalı, 18.06.2020-ci il tarixli 506321 nömrəli kassa mədaxil orderlərindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə 3900 manat məbləğində pul vəsaiti ödənilmişdir İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 28.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 6125 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23 avqust 2019-cu il tarixli 67 saylı alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müqaviləyə əlavədə göstərilən malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6125 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6125 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 6125 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 81,25 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 avqust 2019-cu il tarixli 67 saylı alğı-satqı müqaviləsinə əsasən 6.125 (altı min yüz iyirmi beş) manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar