Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6144/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “artıq ödənilən vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixdə 54 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdehnə artıq (ödəlikdən kənar) ödənilən 7912,36 manat məbləğində vəsait və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8012,36 manat məbləğində pulun İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 21 noyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki: Tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 54 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən cavabdehə artıq (öhdəlikdən kənar) ödənilmiş pul vəsait (ƏDV xaric) 4000 (dörd min) manat (bundan sonra “pul vəsaiti” adlanacaq) təşkil edir.
2. Barışıq sazişinin 1-ci bəndində qeyd olunan pul vəsaiti barışıq sazişi bağlandığı tarixdən etibarən 45 (qırx beş) iş günü ərzində cavabdeh tərəfindən iddiaçıya tam şəkildə geri ödənilir.
3. Geri ödənilən pul vəsaitinə müvafiq ƏDV məbləği pul vəsaitinin (əsas məbləğin) ödənişi günündən gec olmayaraq iddiaçının ƏDV depozit hesabına qayrarılmalıdır.
4. Tərəflər arasında mübahisənin həlli ilə bağlı mediasiya və məhkəmə xərcləri, o cümlədən iddiaçını təmsil edən vəkilə ödənilən xərclər iddiaçı tərəfindən ödənilir.
5. Hazırkı barışıq sazişi 3 (üç) eyni hüquqi qüvvəyə malik olan nüsxədə tərtib olunmuşdur. Barışıq sazişinin iki nüsxəsi tərəflərdə saxlanılır, bir nüsxə isə müvafiq məhkəmə orqanına təqdim edilir.
6. Barışıq sazişi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və tərəflərin möhürləri ilə təsdiq olunduqdan sonra hüquqi qüvvəyə minir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “artıq ödənilən vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 54 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən cavabdehə artıq (öhdəlikdən kənar) ödənilmiş pul vəsait (ƏDV xaric) 4000 (dörd min) manat (bundan sonra “pul vəsaiti” adlanacaq) təşkil edir.
2. Barışıq sazişinin 1-ci bəndində qeyd olunan pul vəsaiti barışıq sazişi bağlandığı tarixdən etibarən 45 (qırx beş) iş günü ərzində cavabdeh tərəfindən iddiaçıya tam şəkildə geri ödənilir.
3. Geri ödənilən pul vəsaitinə müvafiq ƏDV məbləği pul vəsaitinin (əsas məbləğin) ödənişi günündən gec olmayaraq iddiaçının ƏDV depozit hesabına qayrarılmalıdır.
4. Tərəflər arasında mübahisənin həlli ilə bağlı mediasiya və məhkəmə xərcləri, o cümlədən iddiaçını təmsil edən vəkilə ödənilən xərclər iddiaçı tərəfindən ödənilir.
5. Hazırkı barışıq sazişi 3 (üç) eyni hüquqi qüvvəyə malik olan nüsxədə tərtib olunmuşdur. Barışıq sazişinin iki nüsxəsi tərəflərdə saxlanılır, bir nüsxə isə müvafiq məhkəmə orqanına təqdim edilir.
6. Barışıq sazişi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və tərəflərin möhürləri ilə təsdiq olunduqdan sonra hüquqi qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova