Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6275/2024 23.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə qarşı xüsusi icazənin ləğv edilməsi üçün müraciət edilməsi, ödənişin bərpa eidlməsi, hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC cavabdehlər ACavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, prokurora göndəriləklə cavabdehin rəhbəri X2 və baş mühasibi X1 barəsində xüsusi qərardad çıxarılması, NKA satışı və xidmət göstərilməsi üçün cavadehə verilmiş xüsusi icazənin (lisenziyanın) ləğv edilməsi üçün aidiyyatı dövlət qurumuna müraciət edilməsi, xx.xx.2024-cü il tarixədək olan 75 manat artıq ödəməmiz bərpa edilməsi, gələcəkdə NKA-nın qanunsuz olaraq lisenziyasının deaktiv edilməsi və bu kimi oxşar qanunsuzluqların cavabdehə qadağan edilməsi və 51,20 manat ödənişin cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizəsində irəli sürülən tələblər aydın şəkildə ifadə edilməmiş, sonuncu tələb (gələcəkdə cavabdehə lisenziyanın deaktiv edilməsinin qadağan edilməsi) istisna olmaqla digər tələblər cavabdehə qarşı yönəldilməmişdir. Bundan əlavə gələcəkdə cavabdehə lisenziyanın deaktiv edilməsinin qadağan edilməsi tələbi gələcək zamana yönəlməklə hüquqların pozulması ehtimalı üçün mücərrəd qadağanı əks etdirir. Halbuki iddia icraatı qaydasında məhkəmələr tərəfindən iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırda mövcud olan mübahisələrə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq məhkəmələrə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə qarşı xüsusi icazənin ləğv edilməsi üçün müraciət edilməsi, ödənişin bərpa eidlməsi, hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6275/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6275/2024
23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver