Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-770/2021 09.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdehndən xx xxxxx 2019-cu il tarixli 014/19 №-li müqaviləyə görə ödənilməli olan 38187,16 AZN məbləğində əsas borcun, 3818,72 AZN məbləğində faiz borcunun, 1770,00 AZN pompa xərci üzrə borcun– ümumilikdə ƏDV daxil 43775,88 AZN borcun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN **********) ilə İddiaçı MMC (VÖEN **********) arasında xx xxxxx 2019- cu il tarixdə beton qarışığının alqısatqısına dair 014/19 №-li müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC cavabdehin tapşırığı əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, cavabdehə 1 m3-in qiyməti 80 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 05782 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05783 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05784 №-li qaimə faktura əsasında 6,5 m3 ; xx.xx.2019-cu il tarixdə 05814 №-li qaimə faktura əsasında 8,5 m3 ; xx.xx.2019-cu il tarixdə 05816 №-li qaimə faktura əsasında 2,0 m3 , cəmi 29,0 m3 həcmində, 2737,60 AZN (ƏDV daxil) dəyərində B12,5 markalı beton qarışığı, 1 m3 qiyməti 87 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 05807 №-li qaimə faktura əsasında 4,5 m3 ; xx.xx.2019-cu il tarixdə 01453 №-li qaimə faktura əsasında 11,0 m3 , cəmi 15,5 m həcmində, 1591,23 AZN (ƏDV daxil) dəyərində inşaat məhlulu, 1 m3 qiyməti 111 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 04366 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04367 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04368 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04369 №-li qaimə faktura əsasında 8,0 m3; xx.xx.2019-cu il tarixdə 11675 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11676 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11678 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11679 №-li qaimə faktura əsasında 10,0 m3; xx.xx.2019-cu il tarixdə 11680 №-li qaimə faktura əsasında 10,0 m3; xx.xx.2019-cu il tarixdə 06696 №-li qaimə faktura əsasında 7,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06697 №-li qaimə faktura əsasında 6,5 m3 ; xx.xx.2019-cu il tarixdə 06698 №-li qaimə faktura əsasında 2,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06754 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06755 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06756 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06757 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06758 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06759 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06760 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06761 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06762 №-li qaimə faktura əsasında 5,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05895 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05896 №-li qaimə faktura əsasında 10,0 m3; xx.xx.2019-cu il tarixdə 05897 №-li qaimə faktura əsasında 10,0 m3;xx.xx.2019-cu il tarixdə 05898 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05904 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05905 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05906 №-li qaimə faktura əsasında 10,0 m3 , cəmi 258,5 m3 həcmində, 33858,33 AZN (ƏDV daxil) dəyərindəB25 markalı sulfatadavamlı beton qarışığı, ümumilikdə ƏDV daxil 38187,16 AZN məbləğində beton qarışığı təhvil verilmişdir. Bu barədə cavabdehə xx.xx.2019-cu il tarixdə 11526,24 AZN məbləğində EAAV Seriyalı 426780 №li, xx.xx.2019-cu il tarixdə 13163,49 AZN məbləğində EAAX Seriyalı 171856 №li, xx.xx.2019-cu il tarixdə 9168,60 AZN məbləğində EAAYSeriyalı 248314 №li, xx.xx.2019-cu il tarixdə 4328,83 AZN məbləğində EAAYSeriyalı 177789 №lielektron qaimələr vurulmuşdur. Müqavilə öhdəliklərinə tərəflərindən tam şəkildə əməl edilməsinə baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəlikləriyerinə yetirməmiş, şifahi və yazılı müraciətlərə baxmayaraq borcun ödənilməməsi səbəblərinə izah verməmişdir. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən malın dəyərini təhvil aldığı tarixdən etibarən 5 bank günü müddətində ödəməsi bir öhdəlik kimi ALİCİ tərəfindən qəbul edilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində ödənişi müqavilə ilə nəzərdə tutulan müddətdə həyata keçirmədiyi halda ALİCİ ödənişi gecikdirilən məbləğin 10 %-ni keçməmək şərti ilə 0,1 %-i miqdarında cəriməni SATİCİya ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixdə 11526,24 AZN məbləğində EAAV Seriyalı 426780 №-li elektron qaimə vurulmasına baxmayaraq cavabdeh həmin məbləği 5 bank günü müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödəməmişdir. Beləliklə, ödənişi 537 gün gecikdirməkdə davam etməsi nəticəsində xx.xx.2020-ci il tarixə kimi 6175,50 AZN hesablanmışdır (11526,24 x 0,1% =11.5 AZN) (537 x 11,5). Eyni ilə xx.xx.2019-cu il tarixdə 13163,49 AZN məbləğində EAAX Seriyalı 171856 №-li elektron qaimə vurulmasına rəğmən cavabdeh həmin məbləği 5 bank günü müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödəməmişdir. Bununla da ödənişi 503 gün gecikdirməkdə davam etməsi nəticəsində xx.xx.2020-ci il tarixə kimi 6639,60 AZN hesablanmışdır (13163,49 x 0,1% =13.2 AZN) (503 x 13.2). Bundan başqa xx.xx.2019-cu il tarixdə 9168,60 AZN məbləğində EAAY Seriyalı 248314 №-li elektron qaimə vurulmuş, cavabdeh həmin məbləği 5 bank günü müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödəməmişdir. Bununla da ödənişi 478 gün gecikdirməkdə davam etməsi nəticəsində xx.xx.2020-ci il tarixə kimi 4397,60 AZN hesablanmışdır (9168,60 x 0,1% =9,2 AZN) (478 x 9.2). Həmçinin xx.xx.2019-cu il tarixdə 4328,83 AZN məbləğində EAAY Seriyalı 177789 №-li elektron qaimə vurulmuş, cavabdeh həmin məbləği 5 bank günü müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödəməmişdir. Bununla da ödənişi 478 gün gecikdirməkdə davam etməsi nəticəsində xx.xx.2020-ci il tarixə kimi 2055,40 AZN hesablanmışdır (4328,83 x 0,1% =4.3 AZN) (478 x 4.3). Qeyd edilən dörd elektron qaimə üzrə xx.xx.2020ci il tarixə kimi faiz hesabı ilə ümumilikdə ƏDV daxil 19268,10 AZN hesablanmışdır. Lakin faiz borcunun əsas borcun 10 %-ni keçməməsi barədə müqavilənin 4.2-ci maddəsində göstərilən məhdudiyyət nəzərə alınmaqla faiz borcu ƏDV daxil 3818,72 AZN təşkil edir. Müqaviləyə əlavədə gündəlik sifariş edilən betonun həcminin 50 m -dan az olduğu təqdirdə pompa xərci günə 250 AZN müəyyən edilməklə, qiymətə əlavə olaraq “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə cəmi 18,5 m3, xx.xx.2019-cu il tarixdə cəmi 4,5 m3,xx.xx.2019-cu il tarixdə cəmi 10,5 m3, xx.xx.2019-cu il tarixdə cəmi 11,0 m3, xx.xx.2019-cu il tarixdə cəmi 38,0 m3 vəxx.xx.2019cu il tarixdə cəmi 15,5 m3 beton qarışığı sifariş etməklə -50 m3 -dan az beton sifariş etmişdir. Odur ki, günə 250 AZN pompa xərci olmaqla, qeyd edilən altı gün üzrə ƏDV daxil 1770,00 AZN (ƏDV xaric 1500 AZN) məbləğində pulu ödəməmişdir. Müqavilənin 4.5 maddəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyən tərəfin Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Müqavilənin 9.1 maddəsində müqavilənin icrası zamanı yaranmış bütün mübahisəli məsələlərin tərəflər arasında razılıqla həll olunması nəzərdə tutulmuşdur. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün xx xxxxxxx 2020-ci il tarixli 95 №-li məktubla cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən əsas borc məbləğini, pompa xərci üzrə borcu qəbul etdiyini, faiz borcunu qəbul etmədiyini bildirmişdir. Əsas borc məbləğini pandemiya səbəbilə işlərin azalması , eyni zamanda iddiaçı tərəfindən betonun bazardakı qiymətidən baha satıldığından ödəyə bilməmişlər. Pompa isə hər zaman istifadə olunmamışdır, amma nə qədər ki aralarında bununla bağlı razılaşma mövcuddur iddianı həmin hissədə də qəbul edir . Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli 014/19 №-li alqı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını (bundan sonra “Mal”) Alıcının mülkiyyətinə verir, Alıcı isə Malı qəbul edib dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda öz əksini tapır. Qeyd olunan müqavilənin 3.4.2-ci bəndinə əsasən alıcı malın dəyərini təhvil aldığı tarixdən etibarən 5 bank günü müddətində ödəniş sənədi əsasında satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilənin 3.4.2-ci maddəsində nəzərdə tutulan öhdəlikləri pozması malın dəyərinin vaxtından gec ödənilməsinə səbəb olarsa, Alıcı gecikdirilən hər gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cəriməni satıcıya ödəyir, lakin cərimənin məbləği ödənişin gecikdirilmiş məbləğin 10 faizini keçməməlidir. İşdə olan tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 014/19 №-li alqısatqı müqaviləsinə Əlavədən (qiymət razılaşdırma protokolu) görünür ki, həmin tarixə inşaat məhlulu (tərkibində sement 250 kq) 1 m3 üçün 87 manat, B12,5 beton markası üçün 1 m3 üçün 80 manat, B25 beton markası üçün 1 m3 111 manat olmasına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. Qiymət razılaşdırma protokolunun qeydindən görünür ki, tərəflər gündəlik sifariş edilən inşaat məhlulunun həcmi 50 kub metrdən az olduqda pompa xərci günə 250 manat müəyyən edilməklə , qiymətə əlavə olaraq ALİCİ tərəfindən ödənilməsi barədə razılaşmışlar. İş materiallarında olan qaimələrdən görünür ki, satıcı tərəfindən 1 m3-in qiyməti 80 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 05782 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05783 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05784 №-li qaimə faktura əsasında 6,5 m3 ; xx.xx.2019-cu il tarixdə 05814 №-li qaimə faktura əsasında 8,5 m3; xx.xx.2019-cu il tarixdə 05816 №-li qaimə faktura əsasında 2,0 m3 , cəmi 29,0 m3 həcmində, 2737,60 AZN (ƏDV daxil) dəyərində B12,5 markalı beton qarışığı, 1 m3 qiyməti 87 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 05807 №-li qaimə faktura əsasında 4,5 m3 ; xx.xx.2019-cu il tarixdə 01453 №-li qaimə faktura əsasında 11,0 m3 , cəmi 15,5 m həcmində, 1591,23 AZN (ƏDV daxil) dəyərində inşaat məhlulu, 1 m3 qiyməti 111 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 04366 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04367 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04368 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04369 №-li qaimə faktura əsasında 8,0 m3; xx.xx.2019-cu il tarixdə 11675 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11676 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11678 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11679 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 11680 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06696 №-li qaimə faktura əsasında 7,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06697 №-li qaimə faktura əsasında 6,5 m3; xx.xx.2019-cu il tarixdə 06698 №-li qaimə faktura əsasında 2,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06754 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06755 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06756 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06757 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06758 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06759 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06760 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06761 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06762 №-li qaimə faktura əsasında 5,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05895 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05896 №-li qaimə faktura əsasında 10,0 m3; xx.xx.2019-cu il tarixdə 05897 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05898 №-li qaimə faktura əsasında 10,0 m3; xx.xx.2019-cu il tarixdə 05904 №-li qaimə faktura əsasında 10,0 m3;xx.xx.2019-cu il tarixdə 05905 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05906 №-li qaimə faktura əsasında 10,0 m3 , cəmi 258,5 m3 həcmində, 33858,33 manat dəyərində beton qarışığı, ümumilikdə ƏDV daxil 38187,16 manat məbləğində beton qarışığı alıcıya təhvil verilmişdir. İş materiallarında olan qaimələrdən görünür ki, satıcı tərəfindən xx.xx.2019-cu il tarixdə 05782 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05783 №-li qaimə faktura əsasında 6,0 m3 ; xx.xx.2019-cu il tarixdə 05784 №-li qaimə faktura əsasında 6,5 m3 xx.xx.2019-cu il tarixdə 05814 №-li qaimə faktura əsasında 8,5 m3 ; xx.xx.2019-cu il tarixdə 05816 №-li qaimə faktura əsasında 2,0 m3 , cəmi 29,0 m həcmində, 2737,60 AZN (ƏDV daxil) dəyərində B12,5 markalı beton qarışığı, 1 m3 qiyməti 87 AZN olmaqla: xx.xx.2019-cu il tarixdə 05807 №-li qaimə faktura əsasında 4,5 m3 ; xx.xx.2019-cu il tarixdə 01453 №-li qaimə faktura əsasında 11,0 m3, xx.xx.2019-cu il tarixdə 04366 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04367 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04368 №-li qaimə faktura əsasında 10,0 m3 ; xx.xx.2019-cu il tarixdə 04369 №-li qaimə faktura əsasında 8,0 m3, xx.xx.2019-cu il tarixdə 06696 №-li qaimə faktura əsasında 7,0 m3 ; xx.xx.2019-cu il tarixdə 06697 №-li qaimə faktura əsasında 6,5 m3 ; xx.xx.2019-cu il tarixdə 06698 №-li qaimə faktura əsasında 2,0 m3 beton qarışı alıcıya təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi cavabdeh tərəfindən də təsdiqlənmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş qaimə-fakturalar üzrə təqdim olunmuş malların ümumi dəyəri 38187,16 (ƏDV daxil) manat məbləğində sonuncu tərəfindən borc ödənilməmişdir. Eyni zamanda həmin Müqavilənin 4.2-cü bəndinə əsasən satıcı malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 5 gün müddətində satıcıya ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% cərimə ödəməyi qəbul və təsdiq edir. Cərimənin məbləği ödənişin gecikdirilmiş məbləğin 10 faizini keçməməlidir. Buna görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 381 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə gündəlik sifariş edilən inşaat məhlulunun həcmi 50 m3-dən az olmuşdur. Məhkəmə hesab edir ki, qiymət razılaşdırma protokoluna əsasən iddiaçının pompa xərci üzrə borcun tutulması tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx xxxxx 2019-cu il tarixli 014/19 №-li müqaviləyə görə ödənilməli olan 38187,16 manat məbləğində əsas borc, 381 manat məbləğində faiz borcu, 1770,00 manat pompa xərci üzrə–ümumilikdə ƏDV daxil 40338,16 manat, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 40368,16 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 38187,16 manat əsas borc, 381 manat cərimə, pompa xərci üzrə 1770,00 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 40368,16 (qırx min üç yüz altmış səkkiz) manat (on altı) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-770/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-770/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver