Məhkəmə qərarları › İş №e-2-2(113)-867/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-867/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-867/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “SOCAR Logistics” DMCC-yə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SOCAR Logistics DMCC” şirkətindən 4991154,20 ABŞ dolları məbləğində taym – çarter müqavilələri üzrə ödənilməmiş borcun, 2015 – ci il üçün daşıma müqaviləsi üzrə 921032,02 ABŞ dolları məbləğində demerecə görə yaranmış borcun, 353213,69 ABŞ dolları məbləğində 2020 – ci ilin dekabr ayına olan neft daşımaları üzrə yaranmış borcun, və 626539,99 ABŞ dolları məbləğində dəbbə pulununvə 30 manat məbləğində dövlət rüsumunun cəmi 6891939,9 məbləğində borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədəətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Rauf Vəliyev və cavabdehin nümayəndəsi Christian von Langermannın məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:

1. Cavabdeh Bakı Kommersiya Məhkəməsində ona qarşı qalıdırılmış iddia tələbi üzrə iddiaçıya olan borcunun məbləğini aşağıdakı həcmdə qəbul edir: a) 400000 ABŞ dolları-2014-2015-ci illər üçün demerecə görə yaranmış borc b) 3496152,26 ABŞ dolları-2020-ci ilin dekabr ayının taym-çarter üzrə borclar cəmi 3896152,26 ABŞ dolları

2. Cavabdeh Sazişin 1-ci bəndində qeyd olunmuş borcu iddiaçıya aşağıdakı qrafik üzrə ödəməyi öhdəsinə götürür: 396152,26 ABŞ dolları-may 2021 500000 ABŞ dolları-iyun 2021 500000 ABŞ dolları-iyul 2021 500000 ABŞ dolları-avqust 2021 500000 ABŞ dolları-sentyabr 2021 500000 ABŞ dolları-oktyabr 2021 500000 ABŞ dolları-noyabr 2021 500000 ABŞ dolları-dekabr 2021

3. İddiaçıda iddia ərizəsində qeyd edilmiş dəbbə pulunun və dövlət rüsumun cavabdehdən tutulmasından imtina edir, habelə cavabdehin ümumi borcunu Sazişin 1-ci bəndinə qeyd edildiyi həcmdə olduğunu qəbul edir və Sazişin 2-ci bəndində göstərilmiş qrafikə uyğun ödənilməsinə razılığını bildirir.

4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 262.0.5-ci və 262.4-cü maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

5. Bu Sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

6. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi, Sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

7. X3 üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və 1 bir nüsxəsi iddiaçıda, 1 nüsxəsi cavabdehdə saxlanılır, digər nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “SOCAR Logistics” DMCC arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh Bakı Kommersiya Məhkəməsində ona qarşı qalıdırılmış iddia tələbi üzrə iddiaçıya olan borcunun məbləğini aşağıdakı həcmdə qəbul edir: a) 400000 ABŞ dolları-2014-2015-ci illər üçün demerecə görə yaranmış borc b) 3496152,26 ABŞ dolları-2020-ci ilin dekabr ayının taym-çarter üzrə borclar cəmi 3896152,26 ABŞ dolları

2. Cavabdeh Sazişin 1-ci bəndində qeyd olunmuş borcu iddiaçıya aşağıdakı qrafik üzrə ödəməyi öhdəsinə götürür: 396152,26 ABŞ dolları-may 2021 500000 ABŞ dolları-iyun 2021 500000 ABŞ dolları-iyul 2021 500000 ABŞ dolları-avqust 2021 500000 ABŞ dolları-sentyabr 2021 500000 ABŞ dolları-oktyabr 2021 500000 ABŞ dolları-noyabr 2021 500000 ABŞ dolları-dekabr 2021

3. İddiaçı da iddia ərizəsində qeyd edilmiş dəbbə pulunun və dövlət rüsumun cavabdehdən tutulmasından imtina edir, habelə cavabdehin ümumi borcunu Sazişin 1-ci bəndinə qeyd edildiyi həcmdə olduğunu qəbul edir və Sazişin 2-ci bəndində göstərilmiş qrafikə uyğun ödənilməsinə razılığını bildirir.

4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 262.0.5-ci və 262.4-cü maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

5. Bu Sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

6. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi, Sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

7. X3 üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və 1 bir nüsxəsi iddiaçıda, 1 nüsxəsi cavabdehdə saxlanılır, digər nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir.

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “SOCAR Logistics” DMCC-yə qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar