Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1370/2023 20.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona məxsus olan Şəmkir rayonu, Gəncə-Qazax şossesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə mağazasından ümumilikdə 49098 manat qiymətində dərman preparatlar satın aldığı və Cavabdeh2 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan təsərrüfatlarında istifadə edilmiş mallara görə əsas borc üzrə 49098 manat və 3886 manat faiz borcu, ümumilikdə isə 52984 manat müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonunda fərdi sahibkar qismində qeydiyyatdadır və fəaliyyəti ona məxsus olan Şəmkir rayonu, Gəncə-Qazax şossesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə fəaliyyət göstərən mağazadan tərəvəzçilik sahəsində istifadə olunan dərman preparatlarının, bitki toxumlarının satışı ilə bağlıdır. İş prinsipi belə qurulub ki, onunla alış-veriş edən sahibkarlar adətən mövsüm qabağı və məhsullarını satanadək təsərrüfatları üçün tələb olunan qədər preparatları nağd ödəniş edə bilmədikdə tələbatları həcmində qaimə fakturalar əsasında nisyə alırlar. Sonra isə mallarını satıb borclarını birdəfəlik ödəyirlər. İddiaçı isə pulun ödənişinin təsdiqi kimi onlara qəbz yazıb verir. Belə qayda ona görə yaranmışdır ki, müştərilərinin əksəriyyəti topdan satış məqsədi ilə tonlarla məhsul istehsal edirlər və ona görə də, aldıqları preparatlar çox olur. Belə bir müştərinin biri də Cavabdeh2dur. O, hələ 2020-ci ildə iddiaçıdan aldığı preparatların pulunu ödəməmiş, 2021-ci ildə də nisyə mal almışdır. İddiaçı imtina etməmiş və cavabdehə dərmanları 2021ci ildə də satmışdır. Ona görə ki, cavabdeh koronovirusdan xəstələnmiş, bir müddət xəstəxanada müalicədə olunmuşdur. İddiaçı bunu fikirləşib cavabdehin işi dayanmasın deyə köməklik etmişdir. Lakin, Cavabdeh2 bunu dəyərləndirməmişdir. Fərdi sahibkar Cavabdeh2 həyat yoldaşı fərdi sahibkar Cavabdeh1 adına qeydiyyata alınmış onların ümumi birgə torpaq sahələrində quraşdırdıqları istixanada pomidor yetişdirirlər. Sonra isə məhsullarını Azərbaycan Respublikası ərazisində satırlar, Rusiya Federasiyasına idxal edirlər. Həmin torpaq sahəsi və istixana rəsmən sahibkar Cavabdeh1 adına qeydiyyatda olduğuna baxmayaraq, bütün işlərə rəhbərliyi Cavabdeh2 edir. Ona görə də, iddiaçının mağazasından preparatların alınması üçün yalnız Cavabdeh2 özü şəxsən və ya onun adından istixanada işləyən işçiləri müraciət edirdilər. Hər bir halda ondan alınmış dərman preparatları və toxumlar cavabdehlərin ümumi təsərrüfatlarında istifadə olunması və birgə qazanc götürülməsi məqsədi ilə əldə edilmişdir. Cavabdehlərin istixanaları üçün 2020 və 2021-ci illər ərzində ümumilikdə 49098 manat qiymətində müxtəlif dərman preparatları satmışdır. Nisyə satdığı bu qədər qiymətə dərmanların pulları bu günədək ödənilmir və Cavabdeh2 ona qarşı münasibətindən tam aydın olmuşdur ki, ona pul borcunu qaytarmaq fikri yoxdur. Hətta sahəsində planlaşdırdığı qədər qazanc əldə edə bilmədiyi bəhanəsi ilə ona qarşı məhkəməyə də müraciət etmişdir. İddia tələbləri təmin edilməmişdir. Cavabdeh2 malları qaimə fakturalar əsasında satmışdır. Qaimə fakturalarda malların adı, ölçü vahidi, miqdarı, qiyməti və hər mal üçün ümumi məbləği göstərilməklə sonda yekun məbləğ qeyd edilirdi. Malları qəbul edən Cavabdeh2 və ya onun göndərdiyi işçisi imza ilə bunu təsdiqləyib götürürdü. İddiaçı özündə saxladığı və PDF formatında skan edilərək sürətlərini iddia ərizəsinə əlavə etdiyi bu qaimə fakturalar üzrə cavabdehlərin ona ümumi borcları 49098 manatdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlərə pretenziya məktubu göndərmiş, lakin, cavabı və nəticəsi olmamışdır. Mediasiya sessiyasında iştirak edilməsi üçün də cavabdehlərə təklif etmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlməyiblər. Ona görə də, hesab edir ki, borcun qaytarılmasına iddiaçı yalnız məhkəmə vasitəsi ilə nail ola bilər. Həmçinin, hesab edir ki, cavabdehlər aldıqları mallara görə bu günədək satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan ona veriləsi pul onlarda olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə pul borcu da ona ödəməlidirlər. Bu isə 2021-ci ilin oktyabr ayının sonundan 2023-cü ilin may ayının sonunadək (ödənilməsi haqda pretenziya və mediasiyaya dəvət olunduğu müddət nəzərə alınmaqla hesablanmış məbləği) olan 1 il 7 ay üzrə 3886 manat edir. Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 qarşı pul tələbinə dair iddia qaldırmışdır. Qeyd edir ki, Cavabdeh1 hazırki işlə heç bir əlaəqsi yoxdur və iddiaya cavab verən şəxs deyil. Sadəcə olaraq torpaq sahəsi ona məxsusdur. İddia ərizəsində qeyd edilən VÖEN isə qısa bir müddət üçün açılıb bağlanmış VÖEN-dir və hazırda da bağlıdır. Torpaq sahəsi onun adına olduğu üçün VÖEN onun adına açılsa da, əkin işləri onun qardaşı tərəfindən həyata keçirilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd edir ki, ondan 2020-2021-ci illər ərzində müxtəlif dərman preparatları alınmışdır. Ondan alınan dərman preparatlarının pulları tam həcmdə ödənilmişdir. Belə ki, həmin dərman preparatları iddiaçının yanında işləyən X6 məsləhəti ilə alınmış və pulu da X3 tərəfindən ödənilmişdir. İddiaçının özünün də qeyd etdiyi kimi cavabdeh həmin ərəfələrdə koronavirus xəstəliyindən əziyyət çəkdiyindən Bakı şəhərində 2 dəfə stasionar müalicədə olmuş və getməmişdən əvvəl istixana üçün sərf ediləcək xərclər üçün pul vəsaiti saxlamışdır. İddiaçının hazırki iddia ərizəsində bəhs etdiyi cavabdehə qarşı qaldırılan dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbində də qeyd edilmişdir ki, 2021-ci il tarixdə Rəşmin Əsgərovla birlikdə fəaliyyətə başlayaraq 2021ci il mövsümündə pomidor yetişdirmək qərarına gəliblər. Bəli, bu həqiqətən də belədir. Elə bütün bəlalar da bu tarixdən, yəni 2021-ci il avqust və sentyabr aylarından başlamışdır. Pomidor şitillərinin əkilməsi əslində iyul ayında olmalı olduğu təqdirdə Adanalı Uğurun məsləhəti ilə onlar 2021-ci ilin avqust ayının ortalarında əkin işlərini yekunlaşdırmışlar. İddiaçının iddia ərizəsində tələb etdiyi “Vidate L” (240q\L) preparatının pulu hətta baxmayaraq ki, həmin dərman preparatını alan zaman dərman preparatının vaxtı keçmiş olsa belə tərəflərindən ödənilmişdir. Hazırda isə hansı əsasla vaxtı keçmiş dərman preparatının pulunu tələb etdiyi anlaşılan deyil. Həm müqavilə şərtinə əməl etməyərək keyfiyyətsiz mal verilsin və bunun nəticəsində cavabdeh ziyan edə, həm də onun pulunu tələb edilsin. Dərmanın cavabdehə satılan anda vaxtının keçmiş olmasını Rəşmin Əsgərovun imzası olan qaimə fakturalardakı tarixlər sübut edir. “Vidat” qeyd edilən qaimələrdəki tarixlər avqust və sentyabr aylarına təsadüf edir ki, həmin tarixdə artıq “Vidate” adlı dərmanın son istifadə vaxtı keçmiş idi. Bu fakt iddiaçının özünün tərcümə etdirərək məhkəməyə təqdim etdiyi “Vidate” dərmanının istifadə müddəti ilə əlaqədar təlimat sənədində öz əksini tapmışdır. Hərçənd ki, tərcümə zamanı 4 il əvəzinə, qərəzli şəkildə 5 il yazdırmaqla ədalət mühakiməsini çaşdırmaq məqsədi güdülsə də müvəqqəti olaraq buna nail olunmuşdur. Belə ki, “Vidate L” preparatının göstəricilər löhvəsində istehsal tarixi 2017-ci ilin iyun ayı və yararlılıq müddəti 4 il qeyd edilmişdir. İddiaçı özünün təqdim etdiyi tərcümə edilmiş sənəddə isə təhrif edilərək həmin tarix 5 il qeyd edilmişdir “Vidate L” preparatının son istifadə tarixi 2021-ci ilin iyun ayında artıq bitmiş olur, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qaimə fakturalardan məlum olur ki, “Vidate L” preparatı avqust və sentyabr aylarında satılıb. Sonda qeyd edir ki, qaimə fakturalardakı “Ceyhun Posanlı” adı ilə götürülən dərman preparatlarının da cavabdehə heç bir aidiyyəti yoxdur, belə ki, həmin şəxs ayrıca olaraq təsərrüfatla məşğul olmuş və dərman preparatları almışdır. Rəşmin Əsgərov isə, sadəcə olaraq imza edərək avtomobillə həmin dərmanları ona çatdırmışdır. Daha sonra Cavabdeh2 nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixində məhkəməyə məlumat təqdim edərək, etiraz tərtib edilərkən “Vidate L” preparatının labaratoriya şəraitində yoxlanılaraq 25 faizinin keyfiyyətini itirməsi barədə bəhs edilmədiyini və bunu təsdiq edən sənədin etiraza əlavə edilməyini bildirmiş, buna görə də həmin sənədin işə əlavə edərək işin bu halını da məhkəmənin nəzərinizə çatdırmışdır. Daha sonra Cavabdeh2 nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, hazırki iş üzrə olan iddia tələbinə tərəfindən etiraz təqdim edilmışdır, hazırda isə bir sıra məsələlərə aydınlıq gətirmək üçün məhkəməyə müraciət etmək zərurəti meydana çıxmışdır. Belə ki, iddiaçı iddia tələbini əsaslandığı qaimə fakturaları bütünlükdə hesablayaraq çıxan məbləği cavabdehdən tələb edir, halbuki, həmin qaimə fakturaların bəzilərində imza yoxdur, bəzilərində isə tarix, bir sıra qaimələrdə isə ad, soyad başqa adamın olsa da, imza başqa şəxsə məxsusdur. Aşağıda tarixi və nömrəsi qeyd edilən qaimə fakturadakı dərman preparatları Rəşmin Əsgərov vasitəsi ilə götürülərək istifadə edilmiş və pulu mağazaya çatdırması üçün X7 verilmişdir. Rəşmin Əsgərov götürülən dərman preparatlarının pulunu son qəpiyinə kimi ödəmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 371 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 343 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 336 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 688 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 496 manat, xx.xx.2021-ci il tarixli ******* nömrıi qaimə üzrə 1805 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 384 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 62 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 403 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 791 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 582 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə üzrə 124 manat olmaqla, ümumilikdə 6385 manat dəyərində dərman preparatları istixanada istifadə edilmiş və pulu X11 ödənilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Elbrus müəllimlə razılaşmaları olmuşdur ki, cavabdehə malları verəcək, o isə Moskvaya gedib gəldikdən sonra ödənişi edəcək. Həmin vaxt Əliyev X2 Covid 19 xəstəliyinə tutuldu. Buna görə də, uzun müddət müalicə almışdır. Həmin dövrdə işçisi Rəşmin ondan gübrə götürmüş və onun pulunu verməmişdir. Ondan dərmanları Elbrusun işçiləri Ceyhun və Rəşmin götürmüşdür. Elbrus toxum götürmüş və onun da pulunu 3 gün sonra ödəmişdir. Həmin qaiməni də məhkəməyə təqdim etmişdir. Bu sözügedən toxum və gübrəni ondan 2020-ci ilin sonunda və 2021-ci ildə götürülmüşdür. Hər iki dövrdə verdiyi malın pulunu ödəməmişlər. Hər iki dövrdə satdığı malın pulunu istəyir. Əlı̇ yeva Mahı̇ rə Ənvər qızı ilə razılaşmaları olmamışdır. Elbrus mağazasına 2020-ci ilin sonunda gəlmişdir. O, 1 dəfə ödəniş etmişdir, həmin məbləğ iddiaya əlavə edilməmişdir. Qaimələri yerləşdirmişlər. Aralarında üzləşmə aktı olmamışdır. Elbrus ona malın ödənişini Moskvaya gedib gələndən sonra edəcəyini bildirmişdir. 2020-ci il sezonun axrında ödənişi etməli idi, sadəcə olaraq həmin dövrdə Elbrus uzun müddət Covid 19-dan müalicə olundu, ona görə də ödənişlər qaldı. 5640 manat ödənilmişdir, həmin məbləğin iddia tələbi 49000 manata aidiyyəti yoxdur. Adanalı Uğur aqronomdur, mal alış verişi etmir. Dərmanın sənədini orta məktəbdə ingilis dili müəlliməsinə tərcümə etdirmişdir. Dərman Rəşmin tərəfindən alınan kimi istifadə edilmirdi, bir neçə gün sonra istifadə edilirdi. O verdiyi malın pulunu tələb edir. Elbrus müəllim mağazaya Aytuğla birlikdə 2020-ci ilin noyabr-dekabr ayında gəlmişdir. Aralarında müqavilə olmamışdır. İlin sonunda, malın satışında borcu ödəyəcəklərini bildirmişlər. Malı Rəşmin və Ceyhun götürüşdür. İlk dəfə malı nə vaxt verdiyini dəqiq bilmir, təxminən 2020ci ilin noyabr-dekabr aylarında olmalıdır. Ona qarşı tərəfdən yalnız 1 dəfə təxminən 6000 manat ödəniş edilibdir. O, cavabdehin xəstəliyi dövründə dərman verməyi dayandırmamışdır. Ceyhunla arasında sövdələşmə yoxdur. Elbrus ona demişdir ki, 2 istixana üzrə Ceyhun və Rəşminə mal verilməlidir. Qaimələrdən birində Elbrusun adının üzərindən ona görə xətt çəkilmişdir ki, qaiməyə imza çəkən Rəşmin olmuşdur. İmzasız 133, 7, 25, 99, 416 manatlıq qaimələr taksi vasitəsi ilə göndərilmişdir. Onların təhvil verilməməsinin təqsirkarı odur, buna görə də həmin qaimələri iddia tələbindən çıxarır. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 5% məsələsi ilə bağlı faiz məbləği müəyyən etmişlər. Cavabdehlərin birgə mülkiyyətləri var. Belə ki, onlar ər-arvaddırlar. Sözügedən Rəşmin vasitəsi ilə götürmüş və pulunun Adanalı Aytuğ vasitəsi ilə ödənildiyi cavabdehin nümayəndəsi tərəfindən iddia edilən 6385 manatlıq qaimələr üzrə pulun necə ödənildiyi qeyd olunmadı. Bundan əlavə cavabdeh tərəfin ərizəsində qeyd olunduğu kimi cəmi 264 manat təşkil edən 5 ədəd qaimə imzalanmamışdır. Elbrusun malları Ceyhun və Rəşminə verilmişdir. Ağa Əliyevin kim olduğunu bilmir. ******* nömrəli, 5640 manat məbləğli qaiməni səhvən yükləmişlər. 3000 manat və 2640 manat bir yerdə ödənilibdir. Bu qaimənin sübutlar siyahısından çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Aytuğ Rəşmin ilə əvvəlcədən tanış idi. O, Aytuğu Rəşmin vasitəsi ilə tanıyıb. O, Rəşmin və Aytuğ iddiaçının mağazasına parnik üçün dərman almağa getmişlər. O borcuna dəfələrlə ödəniş etmişdir. Həmin dövrdə Covid 19 virusuna tutulmuşdur. Bu dövrdə oğlu vasitəsi ilə də borca ödəniş eləmişdir. Oğlu həmin məbləği dəqiq xatırlamır. Dərmanı 1 dəfə özü götürmüşdür, əsasən Rəşmin götürmüşdür. Ceyhunun dərmanı götürməsi məsələsini bilmir. O, iddiaçıya Ceyhunun mal götürəcəyini deməmişdir. O, xəstəxanaya gedənədək bütün ödənişlərin pulunu Rəşminə vermişdir ki, borclar ödənilsin. Pulu Rəşmin ödəməli idi. Ölkəni tərk etməmişdən əvvəl dərmanın ödənişini istixanaya qoymuşdur. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, götürülən məbləğ nəğd şəkildə türk aqronom Adanalı Uğura ödənilmişdir. Bəzi qaimələrdə imza yoxdur, ancaq məbləğ istənilir. 2 ay istifadə müddəti keçmiş mala görə bu qədər məbləğ tələb edilməsi düzgün deyil. Hansı qaimədə imza varsa, həmin qaimə üzrə borcu qəbul edirlər. Nəğd şəklində pul Adanalı Uğura təqdim edilmişdir. Adanalı Uğurla iddiaçı bir yerdə mağazada işləmişdir. Ceyhun adlı şəxsin tərəflə heç bir əlaqəsi yoxdur. Elbrus Moskvaya gedərkən istixananın kassasına borclar üçün pul qoymuşdur. Dərmanın ingilis dilində təqdim olunmuş sənədində istifadə müddəti 4 il qeyd olunmuş, lakin cavabdeh tərəfindən tərcüməsi təqdim edilmiş versiyasında bu müddət 5 il qeyd olunmuşdur. Ərizədə qeyd etdiyimiz qaimələr üzrə malları Rəşmin vasitəsi ilə götürmüş və pulu Adanalı Aytuğ vasitəsi ilə ödəmişlər. Həmin qaimələr 6385 manat təşkil edir. Qaimələrin hamısı ilə tanış olmuşlar. Qaimələrin bəzisində tarix qeyd olunmamışdır. Alış-veriş 2020-2021-ci illər ərzində olmuşdur. Vaqifdən malları Ceyhun yox, yalnız Rəşmin götürmüşdür. xx.xx.2021-ci il tarixli, sonu 698 nömrəli, Rəşmin Elbrus qeydli qaiməni qəbul edirlər. xx.xx.2021-ci il tarixli, 90 manat məbləğli; xx.xx.2021-ci il tarixli, Posanlı pomidor qeydli, 9 manat 60 qəpik məbləğli; xx.xx.2021-ci il tarixli, Posanlı xiyar qeydli, 30 manat məbləğli; nömrə və tarixi qeyd olunmamış Rəşmin Elbrus qeydli, 960 manat məbləğli; xx.xx.2021-ci il tarixli, Posanlı pomidor qeydli, 267 manat məbləğli; xx.xx.2021-ci il tarixli, 68 manat məbləğli; sonu 710 nömrəli, Rəşmin Elbrus qeydli, tarixi qeyd olunmamış, 308 manat məbləğli; tarixi qeyd olunmamış 31 manat məbləğli; xx.xx.2021-ci il tarixli, Ceyhun Elbrus qeydli, 21 manat məbləğli; xx.xx.2021-ci il tarixli, 5 manat məbləğli qaimələri qəbul etmirlər. Rəşmin ola bilər ki, 68 manat məbləğli qaimə üzrə məhsulu götürmüş, lakin istixanada istifadə etməmişdir. xx.xx.2021-ci il tarixli 343 manat məbləğli qaiməni qəbul edirlər. Ceyhun mal götürməyib, onun Elbrusun təsərrüfatına aidiyyəti yoxdur. Daha sonra ******* nömrəli, 22 manat 50 qəpik məbləğli; sonu 450 nömrəli, 28 manat məbləğli; sonu 727 nömrəli, 83 manat məbləğli; Rəşmin tərəfindən alınmış, 895 manat məbləğli, xx.xx.2021-ci il tarixli, Ceyhun Posanlı qeydli; xx.xx.2021-ci il tarixli, sonu 941 nömrəli, 1277 manat məbləğli qaimələri qəbul etmirlər. Rəşmin Elbrus adı qeyd olunmuş, tarixi olan hansı qaimə varsa, onu qəbul edirlər. Ceyhunla Elbrusun birgə təsərrüfata dair əlaqəsi yoxdur. Ceyhun Elbrusa torpaq icarəyə vermişdir. 6385 manatlıq dərman istixanaya qəbul edilmiş və pulu ödənilmişdir. Qalan qaimələr üzrə dərman istixanaya daxil olmamışdır. "Vidate L" dərmanı satılarkən istifadə müddəti keçmişdi. Dərman preparatlarının 6385 manatlıq hissəsi tərəflərindən qəbul edilmiş, istifadə edilmiş və pulu ödənilmişdir. Mallar isə yalnız Rəşmin və Elbrus tərəfindən götürülmüşdür. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Elbrusun istixanasında işçi işləmişdir. Onunla heç bir qohumluq münasibəti yoxdur. 2017-ci ildə oraya işçi kimi gəlmiş, 2019-cu ildən etibarən Elbrusla şərik olmuşdur. X10 kəndində yerləşirdi. Elbrusun istixanasını idarə etmişdir. İddiaçı 2020 və 2021-ci illər ərzində mal götürmüşdür. İddiaçı götürdüyü malı yalnız Elbrusla şərik olduğu yerdə istifadə etmişdir. Vaqifdən malı götürmüş, bəzən X12 da götürmüşdür. Ceyhunun başqa istixanası olubdur. Ceyhun Vaqifdən onların istixanası üçün dərman götürməmişdir. Ödənişə görə qəbz götürməmişdir. Ağa Əliyevi tanımır. Qaiməni qəbul edəndə imzalayırdı. İmzalayarkən qiymətə və məhsula baxırdı. Qaimənin tarixinə isə bəzən baxırdı, bəzən baxmırdı. Ceyhunun Elbrusla qohumluq münasibəti yoxdur. Ceyhunun əkib becərdiyi torpaq tamamilə başqa adamındır. Tarixi qeyd olunmamış ******* və ******* nömrəli qaimə fakturadakı imza ona məxsusdur. 2020-ci ilin aprel ayından başlayaraq 2020-2021-ci illər ərzində Vaqifdən mal götürmüşdür. Sonuncu dəfə isə 2021-ci ilin avqust-sentyabr ayında Vaqifdən mal götürmüşdür. Posanlı çiyələk qeydli qaimədəki imza ona məxsus deyil. İstixanada çiyələk əkməmişlər. Posanlı pomidor qeydli 267 manat məbləğli qaimədəki imza ona məxsusdur. Vaqifdən götürdüyü bütün malları həmin istixanaya gətirmişdür. Əgər qaiməni o imzalayıbsa da, demək ki, o götürmüşdür. Şərikliyi Elbrusun istixanası ilə olubdur, Ceyhun ilə şərikliyi olmayıbdır. Posanlı üçün olan dərmanı gətirib istixanaya qoymuş, həmin malı istixanadan götürüb Posanlıya aparıblar. O, Posanlı istixanasına mal verməmişdir. Malı alıb Əliyaqubludakı ixtixanaya gətirmiş, sonra həmin malı istixandan Posanlıya aparmışlar. Posanlı istixanası ilə əlaqəsi yoxdur. Ondan sadəcə olaraq xahiş edirdilər ki, dərman almağa gedəndə onlara da dərman alsın. 566 manat məbləğli qaimədəki imza ona məxsusdur. Bu qaimədəki malı götürüb Elbrusun istixanasına gətirmiş, Ceyhun da həmin yerdən malı götürüb Posanlıdakı istixanaya aparmışdır. Avtomobil yalnız onda olduğu üçün malı o alıb istixanaya gətirirdi, Ceyhun isə istixanadan götürürdü. X5 yerləşən istixanası ilə nə əlaqəsi olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, tərcüməçiyə ehtiyac yoxdur. Rəşmin ona pul verməyibdir. Elbrusun parnikinə aqronom kimi 1 il baxıb. Vaqifin mağazasında özü olmayan vaxtlar köməkçi kimi olurmuş. İddiaçı aid mal satmamışdır. Pul məsələlərinə qarışmamışdır. Elbrusdan öz pulunu da ala bilməmişdir. Elbrusun istixanasının biri Posanlıda, digəri isə Əliyaqubluda yerləşir. Posanlıda olan istixananı Ceyhunla şərik olaraq icarəyə götürmüşdür. Elbrusun mallarını əsasən Rəşmin, bəzən isə Ceyhun götürürdü. Posanlıda xiyar və pomidor əkirdilər. Çiyələk də var idi. Həmin istixanada Elbrusun qardaşı və Ceyhun olurdu. Ona Elbrus demişdir ki, Posanlıdakı istixanaya da baxsın. Elbrus ona olan borcundan təxminən 1000 manatdan bir az artıq hissəsini ödəyib, halbuki 15000 manata razılaşmışdılar. 1000 manatı ona Elbrus vermişdir. Rəşmin dərmanları 2-3 dəfə istixanaya aparmağını xahiş etmiş, o da aparmışdır. Qaiməyə Rəşmin qol çəkirdi. Ceyhun Elbrusun işçisi idi. Bir istixanda işlərə Rəşmin, digərində isə Ceyhun rəhbərlik edirdi. Pul işlərinə qarışmırdı. O, Vaqifə verilməli olan heç bir pulu almamışdır. İş materiallarına əlavə olunmuş qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 371 manat, “Rəşmi Elbrus” qeydli qaimə üzrə 960 manat, xx.xx.2023-cü il tarixli “Rəşmi” qeydli qaimə üzrə 68 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 343 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 308 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 31 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 21 manat, ******* nömrəli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 22,5 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 28 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 83 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 895 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1277 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 2690 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 225 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Posanlı” qeydli qaimə üzrə 1328 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 336 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 688 manat, “Ceyhun Elbrus” qeydli qaimə üzrə 605 manat, “Rəşmi” qeydli qaimə üzrə 93 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 172 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 496 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 453 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 1805 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 840 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 668 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 384 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 216 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 707 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 62 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 384,40 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Ceyhun” qeydli qaimə üzrə 10 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 49,50 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 566 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 70 manat, 098487 nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Ceyhun” qeydli qaimə üzrə 53,40 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 81 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 1040 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 224 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 254 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 780 manat, ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 121 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 150 manat, ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 291 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 124 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 36 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 16 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 845 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Rəşmi” qeydli qaimə üzrə 403 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 221, 50 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 462 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Posanlı” qeydli qaimə üzrə 877.5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 330 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 131 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 312 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 791 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 91, 5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 346 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 58 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 38 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 126 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 276 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, “Rəşmi ” qeydli qaimə üzrə 1274,2 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 474 manat, ******* nömrəli xx.xx.2020-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 987 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 35 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 825 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 835 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1343 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 582 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 378 manat, ******* nömrəli xx.xx.2020-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 577,5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 1090,60 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1731 manat, olmaqla, ümumilikdə 35866 manat 60 qəpik məbləğində dərman məhsulları İddiaçı tərəfindən Cavabdeh2 və ya X1 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin olduğu, Cavabdeh2 X3 vasitəsilə İddiaçı mal aldığı işin mübahisə edilməyən hallarına aiddir. Satılmış malların dəyərinə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, ona satılmış malları başqa şəxs deyil, X3 qəbul etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamənin əsasına malın satıldığı şəxslər kimi “Elbrus” və “Rəşmi” qeydləri yazılan qaimələr qoyulmalıdır. Cavabdeh alınmış malların dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh “Vidate” adlı malın yararlılıq müddətinin bitdiyinə istinad etsə də, mallar alınarkən yoxlanılaraq qəbul edildiyindən və malın keyfiyyətsiz olması ilə bağlı satıcaya heç bir pretenziya verilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 X3 vasitəsilə İddiaçı 35866 manat 60 qəpik məbləğində mal almış, verilmiş malların dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin 35866 manat 60 qəpik məbləğində öhdəliklərini icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 35866 manat 60 qəpik məbləğində borc Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilməli olan 197 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. 26 iyul 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 197 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində satılmış malların Cavabdeh1 məxsus torpaq sahəsində yerləşən istixanada istifadə olunduğunu qeyd edib borcun müştərək qaydada hər iki cavabdehdən tutulmalı olduğunu iddia etsə də, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan mal aldığı təsdiq olunmadığı üçün iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz. İddiaçı tələbində 49098 manat məbləğində borcun ödənilməsini tələb etsə də, məhkəməyə təqdim olunmuş ümumilikdə 35866 manat 60 qəpikdən başqa digər qaimələrdə malları alan şəxs kimi “Ceyhun Posanlı”, “Posanlı Pomidor”, “Posanlı xiyar” və s. qeyd olunduğundan və həmin qaimələrin cavabdehə aidiyyəti olması təsdiq olunmadığından, bundan başqa bir sıra qaimələr təhvil alan şəxs tərəfindən imzalanmadığından, məhkəmə hesab edir ki, iddia tələbinin əsas borca aid qalan hissəsi təmin edilə bilməz. Bundan başqa, iddiaçı cavabdehlərin aldıqları mallara görə bu günədək satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan ona veriləsi pul onlarda olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə 3886 manat pul borcunun da ona ödənilməsinə dair tələb irəli sürərkən, tərəflərin arasında yazılı müqavilənin olmaması halını nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 35866 manat 60 qəpik məbləğində borc Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan 197 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1370/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1370/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver