Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1855/2022 01.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, şəxslər tərəfindən İcbari Tibbi Sığorta Fonduna olan 0 manat 25 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 2805 manat 84 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Şəmkir rayon Auditor Təşkilatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2804 manat 93 qəpik, Maraqlı şəxs (VÖEN:**********), Dövlət Sosial Müdafiə Fonduna 0 manat 91 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat 25 qəpik olmaqla, ümumilikdə 2806 manat 09 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********487700 xx.xx.2022-ci il tarixli **********388500, xx.xx.2022-ci il tarixli **********740300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəçinin tələbini qəbul etməyərək izahatında bildirdi ki, X1 qərarına əsasən 2014-cü ildən Şəmkir rayon auditor təşkilatının fəaliyyəti dayandırılmışdır. 2015-ci ildən isə onun həmin qururumun direktoru vəzifəsindən azad olunması barədə əmr verilmişdir. Fiziki şəxs kimi adına hesablanan 1 manat 16 qəpik məbləğində borc 29 avqust 2022-ci il tarixdə elektron qaydada ödənilmişdir. Borclu hüquqi şəxsin icra orqanının rəhbəri olmadığı və digər borcu ödədiyi üçün ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Şəmkir rayon Auditor Təşkilatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2804 manat 93 qəpik, Maraqlı şəxs (VÖEN:**********), Dövlət Sosial Müdafiə Fonduna 0 manat 91 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat 25 qəpik olmaqla, ümumilikdə 2806 manat 09 qəpik borcu vardır. Maraqlı şəxs tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının X1 19 dekabr 2013-cü il tarixli 248/7 nömrəli qərarı ilə Auditor xidməti departamentinin (direktor müavini C.Qənizadə), Gəncə şəhər auditor təşkilatının (direktor N.Məmmədov), Lənkəran şəhər auditor təşkilatının (direktor F.Hüseynov) və Şəmkir rayon auditor təşkilatının (direktor Maraqlı şəxs) fəaliyyətləri 2014-cü il 01 yanvar tarixindən dayandırılmışdır. Bundan başqa 25 noyabr 2015-ci il tarixli, K-81 nömrəli Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin əmrindən görünür ki, 2013-cü il dekabrın 19-dan etibarən fəaliyyəti dayandırılmış Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi Şəmkir rayon auditor təşkilatının direktoru Maraqlı şəxs 2015-ci il 25 noyabr tarixindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi vergi öhdəliyini yerinə yetirməyən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs Şəmkir rayon Auditor Təşkilatının icra orqanının rəhbəri vəzifəsində işləmir və Maraqlı şəxs fiziki şəxs kimi dövlət sosial müdafiə fonduna 0 manat 91 qəpik, icbari tibbi sığorta fonduna olan 0 manat 25 qəpik məbləğində borcu maraqlı şəxs tərəfindən ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Maraqlı şəxs hazırda Şəmkir rayon Auditor Təşkilatının direktoru, yəni icra orqanının rəhbəri olmadığından və fiziki şəxs kimi borcunu ödədiyindən vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Bu səbəbdən, ərizə əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1855/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1855/2022
01.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver