Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2021/2022 14.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili X8 və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı bağlanmış icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsi bağlamaq öhdəliyi qoyulması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı bağlanmış icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Bozdağ ərazisində 21,23,24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsinə dair onunla 15 il müddətinə icarə müqaviləsini bağlamaq öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi veteranı olan həyat yoldaşı, hərbi polkovnik-leytenant X2 ordudan tərxis olunandan sonra Samux rayonunun «Bozdağ» ərazisində 400 hektar qış otlaq sahəsini icarəyə götürüb, qoyunçuluqla məşğul olurdu. Onun xx.xx.2003-cü il tarixdə baş vermiş ölümündən sonra Cavabdeh qoyunçuluq təsərrüfatının rəhbəri kimi onunla 400 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2007-ci il tarixli 66 №-li sərəncam vermişdir. Həmin qış otlaq sahəsinə icarə hüququ Daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixli ********** № ilə və xx.xx.2015-ci il tarixli ********** № ilə qeydiyyata alınmışdır. Hazırda onun həmin sahələrdə 393,6 kvm sahəli iri ferması. Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə 15 il müddətinə bağladığı icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitir. Ona görə də hələ 2021-ci ilin dekabr ayında, yəni müqavilənin müddəti bitməmiş mən Cavabdeh başçısına icarə müqaviləsini təzələmək barədə rəsmi ərizə vermişdir. Başçının müavini xx.xx.2022-ci il tarixli 66 №-li məktubla ərizəsinə baxılacağını bildirsə də, müqavilə müddəti bitməsinə baxmayaraq icarə müqaviləsini təzələmək istəmirlər. Ona verilən rəsmi cavablar faktiki olaraq müqaviləni təzələməkdən imtina etməkdir. Belə ki, xx.xx.2022-ci il tarixli 409 №-li məktubda İcra Hakimiyyəti başçısının müavini bildirir ki, respublika prezidenti cənab İlham Əliyev ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. Halbuki respublika prezidentinin fərman və sərəncamları konkret olur, cənab İlham Əliyev “Bozdağ” massivindəki qış otlaq sahəsinin əkin yerinə çevriləsinə dair dair fərman və ya sərəncam versəydi, əvvəla, bunu hamı bilərdi, ikincisi, Azərbaycan Respublikası Baş Naziri səlahiyyətinə uyğun olaraq mütləq müvafiq qərarla torpağın kateqoriyasını dəyişdirərdi. İcra hakimiyyəti başçısının müavininin cavabını qənaətbəxş saymayıb, o, yenidən Cavabdehnə müraciət etmişdir. Aldığım xx.xx.2022-ci il tarixli 505 №-li cavabda yenə konkret olmayan sözlərlə bildirilmişdir ki, “...heyvandarlıqla məşğul olmaq üçün sizə (guya ona) rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur”. Belə cavab ya cavabsızlıqdır, ya da yeni müqavilə bağlamaqdan imtinadır. Belə cavablar ona bu iddia ilə ona məhkəməyə müraciət etmək hüququ verir, ələlxüsus ona görə ki, icarəsində olan qış otlaq sahəsi boşdur, necə istifadə edirdisə, eləcə də istifadə edir, sahənin təyinatı dəyişdirilməmişdir, bir də ki, həmin sahədə böyük ferması var. Əgər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlarda onun icarədə olan qış otlaq sahəsinə dair nə isə bildirsəydi, torpağın təyinatı dəyişdirilsəydi, etirazı olmazdı. Bu məsələ Azərbaycan Respublikası Baş Nazirinin səlahiyyətində olan məsələdir. Torpağın təyinatı dəyişdirilməyibsə torpaq geri alınmayıbsa, sahibkarı başdan etmək üçün yalandan ölkə prezidentinin vermədliyi, yəni mövcud olmayan fərman və sərəncamlara istinad etmək, sahibkarı başdan etməkdir. Onun qoyunçuluq məşğuliyyəti dövlətə və xalqa xeyir verən məşğuliyyətdir. Həm dövlətə vergi ödəyir, həm ət və süd məhsulları istehsal edib, bolluq yaradıram, həm də işsizlik mühitində xeyli ailəni işlə, dolanışıqla təmin edir. Bir başqası gəlib həmin qış otlaq sahəsində həmin fəaliyyətlə məşğul olarsa, xalqa ondan çox xeyir verəsi deyil. Digər tərəfdən, onun həmin ərazidəki mülkiyyəti, yəni iri fermam var. Ərazidən gedəsi olss, qanuna görə, onun fermanın dəyərini icarəyəverən, yəni dövlət ödəməyə borcludur. O zaman dövlət boş yerdən ziyana düşməlidir. Odur ki, yeni icarə müqaviləsini onunla bağlamaq (müqaviləni təzələmək) həm dövlətə xeyirdir, həm də qanunidir, onun icarəçi hüququnun təmin edlilməsidir. Onu da bildirmək istəyirlər ki, icarə müqaviləsinin müddətinin bitməsindən 1 aydan artıq vaxt keçir. “İcarə haqqında” qanunun 13.4 və 13.5-ci maddələrinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. “Torpaq icarəsi haqqında” qanunun 17- ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların məqsədli təyinatı torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Qeyd edir ki, cavabdeh nə məni müqavilənin pozulması haqqında xəbərdar etmiş, nə də müqaviləni pozmamışdır. Verdiyi cavablar isə başdan edən olmaqla, qanuna ziddir . İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət göndərək bildirmişdir ki, İddiaçı Cavabdeh üzərinə «Bozdağ» ərazisində, 21,23,24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsinə dair onunla eyni şərtlərlə və eyni 15 il müddətinə icarə müqaviləsi bağlamaq öhdəliyi qoyulmasını tələb edərkən mülki qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.1, 720.1.2 və 720.2-ci maddələrinə əsaslanmışdır. Həmin maddələrə görə, icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. Digər tərəfdən, bu işə birbaşa aidiyyəti olan “Torpaq icarəsi haqqında” qanunun 17-ci maddəsinə görə, icarəyə verilmiş torpaqların məqsədli təyinatı torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Əvvəla, qeyd edilən Məcəllədə və qanunda göstərilən halların mövcudluğu bu işdə qabarıqlığı ilə görünür. Belə ki, İddiaçı icarəsində olan həmin qışlaq sahəsində 1 ha torpaq sahəsində əsaslı tikintisi – böyük ferması mövcuddur. Onun xüsusi mülkiyyətdə olan həmin fermanın kvm sahəsi var. Bu fermanın başqa sahəyə köçürülməsi (əslində yeni ferma tikilməsi) üçün 100 min manatdan artıq pul lazımdır. Bu isə qanunda nəzərdə tutulduğu kimi, “müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün... haqq qazandırıla bilməyən mənfi nəticələr” deməkdir. Cavabdeh İcra Hakimiyyəti nə bu halı, nə də iddiaçının hazırda mərhum olan həyat yoldaşı polkovnikleytenant X4 müharibəsi veteranı olmasını (hərəkətin müharibə iştirakçısının ailəsinə qarşı olmasını) nəzərə almamışdır. İkincisi, iş üzrə sübutdur ki, iddiaçıya icarəyə verilmiş torpağın məqsədli təyinatı dəyişdirilməmişdir. Cavabdeh tərəf torpağın məqsədli təyinatı dəyişdirilməsi barədə ortaya sübut (fakt) deyil, ancaq söz qoymuşdur. Bildiyiniz kimi, torpağın məqsədli təyinatını yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti dəyişdirə bilər. Cavabdeh İcra Hakimiyyətinin “gələcəkdə həmin massivdə iri heyvandarlıq və taxılçılıq kompleksti yaradılacağı barədə qərar və ya sərəncam verilmişdir” – sözləri statut dəyişdirməyən (başdan edən) sözlərdir. Nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabineti sözügedən qışlaq sahəsi haqqında qərar verməmişdir, sözügedən icarə torpağı barəsində deyilən sözlərin hüquq baxımından əhəmiyyəti yoxdur. Nəhayət cavabdeh İH başçısının iddiaçıya icarəyə verilmiş torpağın 152 hektardan ibarət bir hissəsinin cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli 273 saylı qərarı ilə başqa şəxsə icarə verilməsi (ona görə də torpağın üst-üstə düşməsi) məsələnin mahiyyətini dəyişdirmir. Əgər konkret torpaq sahəsi qanuni əsasla iddiaçının icarəsində və istifadəsindədirsə, ondan sonra, özü də icarəni və istifadəni ləğv etmədən verilən bütün qərarların və onların əsasında aparılmış qeydiyyatların hüquqi qüvvəsi yoxdur. Bu məsələ kimə aiddirsə, kim öz hüququnun pozulmasını iddia edirsə (beləsi yoxdur, əgər varsa, yəqin ki, ortaya çıxmaqdan qorxaraq, hələlik gizlənib, əlverişli məqam gözləyir), buyursun, onlar müdafiə olunmağa hazırıq. Lakin sanmır ki, həmin məsələ haqqında iddiaçıya qarşı gələcəkdə əsassızlığı adi gözlə görünən hər hansı iddia qaldırmağa cürət edən olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə uyğun olaraq məhkəmə prosesi zamanı vəsatətində göstərilən bütün faktların həqiqət olmasına əmin olduğunuz halda həmin faktlara yuxarıda qeyd edilən hüquq normaları baxımından qiymət verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəməyə elektron qaydada etiraz göndərərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı bağlanmış icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair e-2-2(115)-2021/2022 nömrəli iş üzrə bildirirlər ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti sona çatmışdır. Qış otlaq sahələrindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, icarəçi İddiaçı tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuşdur. O səbəbdən də icarə müqaviləsinin müddətinin bitməsindən iki ay əvvəl rəsmi məktubla iddiaçıya tərəflərindən bildirilmişdir ki, onunla yeni icarə müqaviləsinin bağlanması mümkün olmayacaqdır və torpaq sahəsi boşaldılmalıdır. Əvvəla vətəndaş icarə müqaviləsi şərtlərini pozmuşdur. İcarəyə verənin razılığı olmadan torpağı üçüncü şəxsə icarəyə vermişdir. Ərazidə əsaslı tikinti işləri aparmışdır. Həmçinin onun təsərrüfatında heyvanları mövcud deyildir. Sadəcə qazanc əldə etmək məqsədilə torpağı icarəyə götürmək məqsədi vardır. İcarə müqaviləsinin müddətinin uzadılması barədə ərizəsində də heyvanların say tərkibi barədə təsdiqedici sənəd təqdim etməmişdir. Çünki araşdırmalar nəticəsində məlum olumuşdur ki, iddiaçı həqiqətəndə heyvandarlıqla məşğul deyildir. İcarəyə götürdüyü qış otlaq sahəsini digər şəxslərin istifadəsinə verərək qanunvericiliyin tələbləri kobud formada pozmuşdur. Bu səbəbdən onunla yeni icarə müqaviləsinin bağlanması qanunamüvafiq deyildir. Mübahisə olunan torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədilə 1919.51 ha qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Torpaq sahəsinin təyinatı dəyişdirildiyi zaman həmin ərazilər əkin dövriyyəsinə qatılacaqdır. Hazırda müvafiq sənədləşmə işləri aparılır. Əlavə olaraq çatdırılır ki, İddiaçı tərəfindən qanunvericilikdə tələb olunan sənədlər təqdim edilərsə aidiyyəti dövlət qurumları qarşısında digər təklif olunan ərazidə onunla icarə müqaviləsinin bağlanılması üçün müvafiq rəylərin alınması üçün müraciət edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh orqanla icarə müqaviləsini 27 aprel 2007-ci il tarixində bağlamış.15 illik icarə müqaviləsinin müddəti ərzində bütün borclarını vaxtında ödəmişdir. Həmin torpaq sahəsində tikinti işləri aparıblar. Həmin tikintilər üçün rəsmi icazə almışdır. Həmin torpaq sahəsindən istifadə edir, lakin halhazırda heyvanlar həmin torpaq sahəsində deyildirlər. 450 baş heyvanı vardır. Cavabdeh orqan həmin yerdən çıxmalarını istəyirlər. O isə icarə müqaviləsinin yenidən bağlanılmasını istəyir. İcarəçi olduqları müddətdə hər hansı bir pozuntu etməyib, onlar barəsində akt tərtib olunmamışdır. Cavabdeh orqan onlara gec xəbardarlıq etmişdir. Birinci Qarabağ müharibəsi veteranı ailəsi olduqları üçün onlara kömək olunmasını məhkəmədən xahiş edirlər. İddiaçı Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsində tikililəri mövcuddur. Buna görə də icarə müqaviləsi təzələnməlidir. Fermanın çıxarışı vardır. Onları başqa əraziyə ona görə göndərmək istəyirlər ki, həmin ərazidə böyük heyvandarlıq kompleksi yaratmaq istəyirlər. İndiyə qədər heç bir pozuntu etmədikləri üçün məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əvvəlcə 30 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Daha sonra 15 il müddətinə iddiaçı ilə icarə müqaviləsi bağlanılmışdır. Yenidən icarə müqaviləsi bağlamamaq istəməmələrinə səbəb həmin ərazidə heyvandarlıq kompleksi yaratmaq istəmələridir. Həmin torpağın təyinatı yalnız qanunvericilik qaydasında dəyişdirilə bilər. İddiaçının fermasını qiyməti azı 100000 manatdır. Qanunvericiliyə uyğun olaraq əgər iddiaçıya zərər dəyərsə, müqavilə müddəti uzadılmalıdır. 4 ay bundan əvvəl icarə müqaviləsinin müddəti bitənə qədər icarə müqaviləsinin müddətinin uzaldılmasıyla bağlı tərəfə məktublar yazıblar. Müqavilə ilə bağlı hüquq münasibətləri faktiki olaraq davam edib. Odur ki, yeni müqavilənin bağlanmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, icarə müqaviləsi bağlanılarkən öhdəlik götürülməmişdir ki, 15 il sonra yenidən müqavilə bağlanılacaqdır. İddiaçı tərəfin məktublarına tərəflərindən cavab verilmişdir. İcarə müqaviləsinin tələbləri iddiaçı tərəf tərəfindən pozulmuşdur. Qeyri-rəsmi formada torpağı üçüncü şəxslərin istifadəsinə vermişlər. İddiaçıya güzəştlər etmişlər. Torpağın təyinatı dəyişdirilərsə əgər taxılçılıq təsərrüfat fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Cənab Prezidentin bu barədə fərmanı mövcuddur. Onlara başqa torpaq sahəsi təklif olunmuşdur. İndiki torpaq sahəsi ilə bağlı müqavilənin bağlanması mümkünsüzdür. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cənab Prezidentin fərmanına uyğun olaraq düzən relyefinə malik olan 2000 ha ərazilərdə heyvandarlıq- taxılçılıq komplekslərinin yaradılması barədə Nazirlər Kabinetinin qarşısında öhdəlik qoymuşdur. İddiaçının iddia tələbinə uyğun olaraq onu demək istəyirlər ki, onlara fəaliyyətlərini davam etdirmək üçün başqa bir torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Ona görə də hal-hazırda həmin torpaq sahəsi üzrə yeni müqavilənin bağlanması mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 27 aprel 2007-ci il tarixli 06 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Bozdağ ərazisində 21,23,24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsini qoyunçuluqla məşğul olmaq üçün 15 il müddətinə icarəçi İddiaçı icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 409 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısının 25 aprel 2019-cu il tarixli 47 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ii 6 dekabr tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "X17"sinə uyğun olaraq, taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı ilə əlaqədar, "Boz dağ" massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılmasının məqsədə müvafiq hesab edilməsi ilə əlaqədar olaraq "Boz dağ" massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən ‘VEST MİLK" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən xahiş edilməsi, X12 kateqoriyasına keçirilməsi nəzərdə tutulan 1979,51 hektar torpaq sahəsinin suvarılması, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulması, Hazırlanmış layihə smeta sənədlərinə uyğun olaraq, sözü gedən ərazilərə aidiyyəti nazirliklərdən rəylərin alınması təmin edilməsi, Sərəncamın icrasına nəzarət İcra Hakimiyyəti başçısının müavini Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Q. Əliyevə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli 537s nömrəli sərəncamın icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış «Samux rayonunda əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan torpaq sahəsinə suvarma suyunun verilməsi» işçi layihəsinə əsasən su mənbəyi Şəmkir maşın kanalı müəyyən edilmişdir. Suqəbul edici qurğu vasitəsi ilə 0,65 kbm/san miqdarda su öz axını ilə dametri 800 mm olan şüşə lifli «Azkompozit» boru kəməri vasitəsi ilə layihədə nəzərdə tutulan həcmi 1000 kbm olan hovuza verilir. Mütəxəssislərin hesablamalarına görə boru kəməri axını ilə hovuza nəql etdirilməsində və qeyd olunan edilməsində hər hansı bir çətinlik olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Ekplogiya və Təbii Sərvətlər Nazirliyi, qeyd olunan 1979,51 ha torpaq sahəsinin əkin üçün əlverişli relyef-iqlim şəraitinə malik olmasını və suvarma suyu ilə təminatı imkanlarının mövcudluğunu, həmçinin, əkin məqsədilə istifadəsinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, aqrar sektorun inkişafına xidmət edəcəyini nəzərə alaraq, həmin 1979,51 ha örüş sahəsinin təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə ekoloji baxımdan etirazı olmadığını bildirir. Eyni zamanda, bildirilir ki, torpaq sahəsi təyinatı üzrə istifadə olunmalı, torpağın münbitliyinin itirilməsinə səbəb olan hallara yol verilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bır kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 3.1-d və 3.2-ci bəndlərinə əsasən təyinatının və kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinə aid zəruri məlumatların və sənədlərin təqdim olunduğunu, o cümlədən sözügedən ərazilərin əkinə yararlılığını və suvarma şəbəkəsi ilə təmin edildiyini, habelə qeyd olunan məsələnin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X7 əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsinə dair məsələlərin icrasına xidmət edəcəyini nəzərə alaraq “Boz Dağ” massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış otlağı sahələrinin (ümumilikdə 1979,51 hektar torpaq (örüş) sahəsi) heyvandarlığın inkişaf etdirilməsi, yem bazasının təmin edilməsində istifadə edilməsi şərti İlə təyinatının və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin etiraz etmədiyini bildiriblər. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, təyinatının dəyişdirilməsi təklif olunan 1979,51 ha torpaq sahəsində nəzərdə tutulmuş əkin fəaliyyəti X5sının obyektinə aid edilmədiyindən, həmin sahənin qeyd olunan məqsədlə istifadəsinə dair X5sı rəyinin bildirilməsi imkan xaricindədir. Sözügedən 1979,51 ha torpaq sahəsinin bitkiçiliyin inkişafı, taxıl əkinlərinin genişləndirilməsi məqsədilə təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən münasibət bildirilmişdir. Əkin məqsədilə istifadə üçün torpaqların təyinatının dəyişdirilməsi barədə vəsatətlərə X5sı rəyinin əlavə olunması zərurəti yoxdur. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanan məlumatın surətindən görünür ki, Samux rayonunda iri taxılçılıq, yemçilik və heyvandarlıq komplekslərinin yaradılması üçün "Boz dağ" massivində yerləşən qış-otlaq sahələrindən 1979,51 hektar örüş sahəsinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.3-cü maddəsində əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda yəni, müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə və torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə tələb edə bilər. Mülki Məcəllənin 720.3 və 720.3.4-cü maddələrinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti bitənədək, icarəçi müqavilənin müddətinin uzadılması barədə icarəyə verənə bildiriş göndərmiş, lakin icarəyə verən icarəyə verdiyi torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədilə 1919.51 ha qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını bildirib, icarəçinin təklifini qəbul etməmişdir. Torpaq icarəsi müqaviləsinin müddəti bitdiyindən və icarə müqaviləsinin müddətinin uzadılması barədə içarəçinin təklifi icarəyə verən tərəfindən qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, icarə müqaviləsinin uzadılması barədə icarəçinin tələbini təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsi bağlamaq öhdəliyi qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı bağlanmış icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsi bağlamaq öhdəliyi qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2021/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2021/2022
14.12.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver