Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-164/2024 13.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehdən 13703,06 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Oğuz Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar torpaq sahəsi 30 il müddətinə (xx.xx.2051-ci ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 655,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 150 hektar torpaq sahəsi 30 il müddətinə (xx.xx.2051ci ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 6210 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. İcarəyə verən icarə müqavilələri üzrə öhdəliyini yerinə yetirərək 20 və 150 hektar torpaq sahələrini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin hər iki müqavilə üzrə torpaq sahələrindən istifadə üçün icarə haqqına görə xx.xx.2024-cü il tarixə cəmi ödənilməli icarə borcu 13703,06 manat təşkil edir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, edilən xəbərdarlığa baxmayaraq icarəçi qalıq icarə borcunu ödəmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş icarə borcu qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş təyinatı “dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı” olan ödəniş qəbzindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə cavabdeh tərəfindən 3000 manat ödəniş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqavilələri, icarəçinin şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Oğuz Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar torpaq sahəsi 30 il müddətinə (xx.xx.2051-ci ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 655,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 150 hektar torpaq sahəsi 30 il müddətinə (xx.xx.2051ci ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 6210 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. İcarəyə verən icarə müqavilələri üzrə öhdəliyini yerinə yetirərək 20 və 150 hektar torpaq sahələrini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin hər iki müqavilə üzrə ayrı-ayrılıqda icarəyə verilmiş torpaq sahələrindən istifadə üçün icarə haqqına görə xx.xx.2024-cü il tarixə cəmi ödənilməli icarə borcu 13703,06 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş təyinatı “dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı” olan ödəniş qəbzindən sonuncu tərəfindən xx.xx.2024cü il tarixdə 3000 manat ödəniş edildiyi müəyyən olunur. Göründüyü kimi iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən sonra cavabdeh tərəfindən ödənilməli icarə haqqından ödəniş edilmişdir ki, həmin ödəniş nəzərə alındıqda cavabdehin ödəməli olduğu icarə borcu 10703,06 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək tələb edilən 13703,06 manat məbləğdən edilmiş 3000 manat ödəniş çıxılmaqla qalan 10703,06 manat icarə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun (13703,06 manat) ödənilməli dövlət rüsumu 131,11 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan 131,11 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10703,06 manat icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 131,11 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-164/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-164/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver