Məhkəmə qərarları › İş №e-2-2(117)-695/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-695/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-695/2025 30.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 15500 manat vəsaitin və 136,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X16 Kompleksi” MMC ilə aramızda bağlanmış 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən, o, “X16 Kompleksi” MMC-nin ona verdiyi toxum əsasında 7,0 ha torpaq sahəsində tütün yetişdirməyi öhdəmə götürmüş, “X16 Kompleksi” MMC isə yetişdirilmiş tütünü almağı öz öhdəsinə götürmüşdür. Tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına 2500-3000 (iki min beş yüz – üç min) manat arası vəsait tələb olunduğundan, 29 mart 2019-cu il tarixdə "xxxx" QSC (borc verən), “X16 Kompleksi” MMC-nin nümayəndəsi Cavid Ağaməliyev (alıcı), X16 Kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərən X12 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənovun (tədarükçü) və onun (borc alan) iştirakı ilə TM-149/19 nömrəli kredit müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq 7,0 ha torpaq sahəsinə tütün əkməyi üçün "xxxx" QSC (borc verən) ona (borc alan) 11900 (on bir min doqquz yüz) manat kredit vermişdir. Götürülmüş kreditdən sonra, “X16 Kompleksi” MMC ona yalnız 7,0 ha torpaq sahəsində tütün yetişdirilməsi üçün “GL-939” sortunun toxumunun ştillərini optimal müddətdə əkməyinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. "xxxx" X17” MMC tərəfindən ona yenidən dəyəri tərəfindən ödənilməklə “GL9-39” sortunun toxumu verilmiş, lakin həmin toxumu da optimal müddətdə əkməyinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekundaştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Bundan sonra, “X16 Kompleksi” MMC tərəfindən ona dəyəri tərəfindən ödənilməklə hazır cücərdilmiş ştillər verilmiş, lakin həmin ştillərin də əksəriyyəti bitməmiş və yaxud boyu az artmışdır ki, nəticədə hər hektardan ən azı 13 (on üç) ton (7,0 ha torpaq sahəsindən cəmi 91 ton (13x7)) məhsul götürməli olduğum halda, ümumilikdə 7,0 ha torpaq sahəsindən təqribən 29 (iyirmi doqquz) ton tütün yığıb “X16 Kompleksi” MMC-yə tütün vermişdir. Həmin tütünün dəyəri isə təqribən 7250 (yeddi min iki yüzəlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona və digər zərərçəkmiş şəxslərə ünvanlanmış 28 yanvar 2020-ci il tarixli, 03/13-08-14-143 nömrəli məktubdan qeyd etmişdir ki, “...Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin “Dövlət Reyestri”ndə qeydiyyatda olmayan Amerika Birləşmiş ştatları mənşəli “GL939” və “NG 291”, Braziliya mənşəli “PVH-2310” tütün sortlarını sınaq məqsədilə ölkəyə idxal edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında X5 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə müraciət etmiş və "xxxx" MMC-yə müvafiq arayış verilmişdir. Cəmiyyət “GL939” sortunun 6,72 kq toxumunu ölkəyə idxal etmiş, lakin öhdəlik götürdüyünə baxmayaraq Dövlət Xidmətini rəsmi sınaqların aparılması üçün əkin materialı ilə təmin etməmişdir.” Həmçinin məktubun davamında qeyd edilir ki,“...Bundan əlavə, idxal olunmuş “Gross Creek” şirkətinin “CC35” və “NC 291”, “GoldLeaf Seed Co.” şirkətinin “GL939” sonlarının toxumlarının qablaşdırılması və etiketləşdirilməsində fərqlilik müəyyənləşdirilmişdir. Belə ki, “Gross Creek” şirkətinin qablaşdırması standart formada olmuş, “GoldLeaf Seed Co.” şirkətinin qablaşdıf-ması isə standarta uyğun olmamışdır.” Göründüyü kimi, “X16 Kompleksi” MMC tərəfindən keyfiyyətsiz tütün toxumu verilməsi səbəbindən o hər hektardan götürməli olduğu ən azı 13 (on üç) ton tütündən məhrum olmuş ki, bunun da ümumi dəyəri 22750 (iyirmi iki min yeddi yüz əlli) manat təşkil edir. Həmin məbləğdən təqribən 7250 (yeddi min iki yüz əlli) manat dəyərində tütün əldə etmişdir. (22750- 7250=15500 manat) Belə ki, 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsi”nin 2.1.1-ci bəndinə əsasən, torpaq sahəsinin hər hektarından 13,0 (on üç) ton tütün istehsal edib “Alıcı”ya təhvil verməli idim. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, İ sinif yaşıl tütünün 1 kiloqramının dəyəri 0,25 AZN təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən,“X16 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X16 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC "xxxx" MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X16 Kompleksi” MMC ilə "xxxx" MMC arasındaimzalanmış xx.xx.2021ci il tarixli Təhviltəslim aktınaəsasən “X16 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin X6 əsasən "xxxx" MMC ləğv olunaraq Cavabdeh MMC-yə qoşulmuşdur. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyimin səbəbi, keyfiyyətsiz tütün toxumu verilməsi səbəbindən ona dəymiş ziyanın əvəzi olan 15500 (on beş min beş yüz) manat pulu Cavabdeh MMC-dən tələb etməkdir. Ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh MMC-yə müraciət etsə də, sonuncu onun müraciətini cavablandırmamışdır. Baş verənlərin nəticəsi olaraq, o, "xxxx" QSC ilə arasında bağlanmış “kredit müqaviləsi”nə əsasən götürdüyü krediti ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) edilmişdir. Nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona əldən çıxmış fayda kimi 15500 (on beş min beş yüz) manat maddi ziyan dəymişdir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizənə əlavə etdiyim Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli qətnaməsindən görünür ki, digər zərərçəkmiş şəxslər X3, X13, X14, X15 və X4 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən vurduğu ziyanın əvəzi olaraq Mirvari Qardaşovaya 29250 manat, Murad Muradova 29250 manat, Sahil Məmmədova 24320 manat, Elnur Məmmədova 44000 manat, Güldənə Kələşovaya 29250 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-175/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-2(103)-639/2022 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-2(102)-665/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2- 2(103)-639/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Nəhayət, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli Qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2- 2(113)-175/2022 nömrəli qətnaməsindən iddiaçılar X3, Muradov MuradZəkər oğlu, X14, X15 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-175/2022 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, X3, X13, X14, X15 və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, X1 xeyrinə 27750 manat, X7 xeyrinə 22750 manat, X8 xeyrinə 24250 manat, X9 xeyrinə 42000 manat, X2 xeyrinə 24500 manat məbləğdə pul vəsaəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Habelə cavabdeh tərəf Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 412/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli qətnaməsini onunla əsaslandırmışdır ki, kollegiya tərəfindən iddiaçılara verilmiş toxumların faktiki keyfiyyətinin müəyyən edilməsi yönündə də araşdırma aparılmış, bu məqsədlə 22 fevral 2023-cü il tarixli və 03 avqust 2023-cü il tarixli qərardadlarla məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, lakin ekspertiza tədqiqatı zamanı “GL 939” sortlu toxum təqdim edilmədiyindən ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. MPM-in 97.5-ci maddəsinin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası MPM-in qeyd olunan maddəni də nəzərə alaraq, “GL 939” sortlu toxumun dövriyyəyə buraxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsini, eyni zamanda toxumun keyfiyyətinin müəyyənləşdirilməsi üçün cavabdeh tərəfindən ekspert tədqiqatına təqdim olunmamasını işin halları baxımından bütövlükdə qiymətləndirməklə, sözügedən toxumun keyfiyyətsizliyi barədə iddiaçıların dəlillərinin əsaslı olması, iddiaçıların uğradıqları zərərlə toxumun keyfiyyətsizliyi arasında birbaşa səbəbli əlaqə olması qənaətinə gəlir. Bununla da, cavabdeh tərəfindən ona verilən toxumun keyfiyyətsiz olması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli Qətnaməsindən sonra ona məlum olmuşdur. Ona görə də, hazırda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edərən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Ask Aqro MMC-nin dediyinə görə müqavilə üzrə 1 hektar torpaq sahəsindən 10 ton tütün götürməli idi. Alqı-satqı müqaviləsi Ask Aqro MMC və onun tərəfindən imzalanmışdır. Lakin həmin müqaviləni itirsə də, onlar arasında tütün alqı-saqı münasibətləri olmuş, ona verilmiş tütün cücərtisi keyfiyyətsiz olduğundan ziyana uğramışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. - 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. - 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. - 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: - 587.1.1. alış qiymətinin mütənasib azaldılması; - 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; - 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. - 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. - 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. - 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. - 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. - 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

8. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. - Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətləri dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir. Maddə 22. - Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir. - Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. - Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin akkreditasiya edilmiş sınaq laboratoriyalarında və ya akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparılır. - Dövlət standartlarının tələblərinə cavab verən toxumlara akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. - Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir. Maddə 24. - Azərbaycan Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir. - Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: rayonlaşmamış sortların; sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; sort qarışığı olan toxumların. Maddə 26. - Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir. - Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda istifadə oluna bilər: beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə; müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən; seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə. Maddə 30. - Toxumçuluq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

9.“Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. - Azərbaycan Respublikasında yalnız patentləşmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri istehsalatda istifadə edilə bilər. - Satılan bitki materialları və damazlıq ehtiyatları müvafiq dövlət orqanları tərəfindən keyfiyyət sertifikatları ilə təchiz olunmalıdır. - Sertifikat dövlət reyestrinə daxil edilmiş və rayonlaşdırılmış seleksiya nailiyyətlərinə verilir. Maddə 28. - Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanın tərəfindən müəyyən edilir. Maddə 33. - seleksiya nailiyyətlərinin sertifikatsız satılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə səbəb olur. - seleksiya nailiyyətləri haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

11. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X16 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X16 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X16 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X16 Kompleksi” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən “X16 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur.

12. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi Şəki Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-43547/2025 nömrəli məktubla bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMCnin fəaliyyəti aktivdir.

13.İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Zaqatala rayonunda fermerlər tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, 20 fevral 2019-cu il tarixdən başlayaraq "xxxx" MMC tərəfindən paylanılmış tütün toxumu fermerlər tərəfindən bütün aqrotexniki qaydalara əsasən hazırlıq və optimal müddətdə səpin işini müntəzəm aparmışdılar. Həmin görülmüş hazırlıq "xxxx" MMC-nin mütəxəssislərinin tövsiyyəsi və iştirakı ilə aparılmışdır. Bütün qulluq və xidmət işlərinə baxmayaraq xx.xx.2019-cu il tarixdə Respublika üzrə tütünçülük Assosasiyasının sədrinin iştirakı ilə reyd keçirilmiş, bitişin 20-25% olması məlum olmuşdur. "xxxx" MMC-nin mütəxəssislərinin rəyinə əsasən 10-17 gün ərzində toxum tam çıxış verməli idi. Belə qənaətə gəlirlər ki, toxumun təsərrüfata yararlığı aşağı olmuş, bu da şitilin çatışmazlığına və məhsuldarlığın aşağı olmasına zəmin yaradır. Həmin akt fermerlər tərəfindən imzalanaraq təsdiqlənmişdir.

14. Tütün bitkisinin becərilməsi üçün "xxxx" QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X12 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənov (tədarükçü), İddiaçı iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-149/19 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq "xxxx" QSC və borc alan İddiaçı, ona 11900 manat kredit verilməsi barədə razılaşmışlar. 1.2-ci bəndinə görə bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü Zaqatala rayonu, Maqov kəndi ərazisində 7 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “Yaşıl tütün yarpağı.Texniki şərtlər.” OST- 46 151- 84 standartının tələblərinə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndin d. bəndinə əsasən Müqavilə üzrə Alıcı olan "xxxx" Borcalana (iddiaçıya) təqdim etdiyi texnika, kamera, ştil və yaxud toxum, kimyəvi preparatların, mineral gübrələrin dəyərini və daşınma xərclərini tədarük zamanı əvəzləşdirmək vəzifəsi qeyd edilmişdir. 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standarta əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir. 15.Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 03/13-08-14-143 nömrəli məktubunda qeyd edilmişdir ki, “GL-939” sortunun toxumu Zaqatala və Qax rayonlarında fermerlərə paylanmışdır. Qızdırılmayan primitiv istixanalarda “GL-939” sortunun toxumunun optimal müddətdə əkilməsinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, toxumlar kütləvi şəkildə cücərməmiş, zəif və seyrək bitiş alınmış və nəticədə şitillərin açıq sahəyə köçürülməsi xeyli gecikmişdir. “GL-939” sortunun toxumunun cücərmə keyfiyyəti ilə bağlı bildirir ki, təqdim etdiyi toxum keyfiyyəti sənədində laboratoriya cücərməsi 97% göstərilmişdir, lakin bu sənəd rəsmi təsdiqlənməmişdir. Həmçinin "xxxx" MMC-nin idxal etdikləri toxumların cücərmə keyfiyyətini cari ilin avqust ayında “X18” şirkətində yoxlatmışdır və analizin nəticələrinə əsasən “GL-939” sortu üzrə cücərmə 60% müəyyən edilmişdir. 16.Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-404/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “4986,50 manat əsas borc, 268,72 manat faiz borcu olmaqla, cəmi 5255,22 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. 17.Aqrar Kredit SKT” Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatından görünür ki, “Aqrar Kredit SKT” Şəki filialı tərəfindən kredit müqaviləsi üzrə İddiaçı hesabına 11900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra Həsrətov Telman Qurban oğlu kredit borcundan təhvil verilmiş yaşıl tütünə əsasən, əsas borc üzrə 6913,50 manat, faiz borcu üzrə 535,32 manat olmaqla, cəmi 7448,82 manat məbləğində ödəniş etmişdir. 18.İş materiallarına iddiaçılar X3, X13, X14, X15 və X2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-124/2023 nömrəli məhkəmə aktı əlavə edilmişdir. 19.İş materiallarına iddiaçılar X3, X13, X14, X15 və X2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)- 412/2024 nömrəli qərarı əlavə edilmişdir. 20.AR Kiçik və X19 Agentliyinin xx.xx.2025-ci il tarixli 3-21-5/2-783/2025 nömrəli məktubla birlikdə Həsrətov Telmanın müraciətlərinə baxılması nəticəsi haqqında müvafiq məlumatları məhkəməyə təqdim etmişdir. 21.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala X20 Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-22-3-62/2-12/2025 nömrəli məktubu və ona qoşma kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə ünvanlanmış məktubu, Azərtütün ASK MMC tərəfindən xx.xx.2019cu il tarixli Zaqatala DAİM-ə ünvanlanmış məktubu və fermerlərin Zaqatala DAİM-ə ünvanlamış olduğu məlumatları məhkəməyə təqdim etmişdir. 22.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-22/2- 892/2025 nömrəli məktubla bildirmişdir ki, tütün bitkisinin “NC-291” (NG-291) hibridi “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə 2020-ci ildə qeydiyyata alınmışdır. Tütün bitkisinin qeyd olunan “GL-939”, Brazilya mənşəli “PVH-2310” sortları isə Dövlət Reyestrində qeydiyyatda deyildir.

Vİ. Məhkəmənin mövqeyi:

23.Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. 24.Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

25. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya keyfiyyətsiz toxum təqdim etməsi və bununla bağlı öhdəlik münasibətləri üçün müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması müəyyən edilir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı). Bu səbəbdən məhkəmə cavabdeh tərəfin hər hansı müraciəti olmadığından bu məsələyə baxmamışdır. 26.Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. 27.Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş, təsisçilərin xx.xx.2021-ci il tarixli yığıncağının qərarı ilə qeyd edilən hüquqi şəxsin tərkibindən ayrılmaqla "xxxx" MMC yaradılmış, həmin hüquqi şəxslər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X16 Kompleksi” MMC-nin hüquqi varisi qeyd edilən sahə üzrə hüquq və öhdəlikəri "xxxx" MMC olmuşdur. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMC-nin fəaliyyəti aktivdir.Ona görə də qeyd edilən Cavabdeh MMC hazırkı iş üzrə cavabdehlik daşıyır. 28.İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçının izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki: a) Yaşıl tütün bitkisinin əkini üçün "xxxx" QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X12 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənov (tədarükçü), İddiaçı iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-149/19 nömrəli Kredit müqaviləsi bağlanmışdır. b) Həmin kredit müqaviləsinə əsasən, iddiaçı Əhmədov X10 rayonu, Maqov kəndi ərazisində yerləşən 7 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərməyi, əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. c) Həmin kredit müqaviləsinə əsasən, “Aqrar Kredit SKT” Şəki filialı tərəfindən iddiaçının hesabına 11900 manat məbləğində pul vəsaiti köçürüldüyü, iddiaçının təhvil verdiyi yaşıl tütünün 7448,82 manat hissəsinin kredit borcunun ödənilməsinə (əsas və faiz borcuna) yönləndirildiyi öz təsdiqini tapmışdır. 29.Məhkəmə işin mübahisəsiz hallarına qiymət verərərək hesab edir ki, iddiaçının qeyd etdiyi kimi Zaqatala rayonu, Maqov kəndi ərazisində yerləşən 7 ha torpaq sahəsində yaşıl tütün bitkisinin əkinin həyata keçirilməsi üçün iddiaçı və digər tərəflər arasında xx.xx.2019cu il tarixli TM-149/19 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi əsasında "xxxx" QSC BOKT tərəfindən iddiaçıya 11900 manat kredit verilmiş, bundan sonra iddiaçı tərəfindən təhvil verilən yaşıl tütünün 7448,82 manat hissəsi kredit borcunun ödənilməsinə yönəldilmişdir. 30.İş materialları ilə öz təsdiqini işin qismən mübahisələndirilən halları iddiaçının təhvil verdiyi tütünün ümumi çəkisi, məbləği, toxumun növü, markası torpaq sahəsinin hər hektarından minimum nə qədər məhsul əldə edilməli olması, tütünün 1 kq-nın hansı növə uyğun qiymətlə təhvil-satın alınması halları aiddir. Ona görə də məhkəmə əladə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir. 31.Məhkəmə İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinin təqdim edilməməsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin müqavilənin nüsxəsinin ona təqdim edilmədiyini, cavabdehdən tələb edilməsini xahiş etmişdir. Bundan sonra Şəki Kommersiya Məhkəməsi tərəfindən həmin müqavilənin təqdim edilməsi üçün Cavabdeh MMC-yə məktub göndərilsə də, sorğuya heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəmə yaşıl tütünün alqı-satqı müqaviləsi ilə əlaqəli iddiaçı tərəfindən irəli sürülən halların doğruluğunu onun tərəfindən təqdim edilən və məhkəmə tərəfindən müvafiq sorğularla əldə edilən mövcud sübutlarla əlaqəli şəkildə təhlil edərək müəyyənləşdirmək qənaətinə gəlmişdir. 32.İddiaçı cavabdeh tərəfindən verilmiş “GL 939” markalı toxumun keyfiyyətsiz və yararsız olmasını, bu səbəbdən də, planlaşdırılmış məhsulu əldə edə bilmədiyindən "xxxx" QSC qarşısında öhdəliyini tam şəkildə icra edə bilmədiyini və müqavilədə ehtimal edilən gəlirdən məhrum olduğunu bildirərək dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. 33.İş materiallarında hazırkı iş üzrə iddiaçıya verilən tütün bitkisinin sortunun həqiqətən də “GL 939” markalı toxum olduğunu təsdiq edən sübut-həmin dövr üçün fermerlərin müvafiq qurumlara kollektiv müraciətləri, xx.xx.2019-cu il tarixdə Zaqatala rayonunda iddiaçı və digər fermerlər tərəfindən tərtib edilmiş akt, Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 03/13-08-14-143 nömrəli məktubu və müvafiq məhkəmə aktları qarşılıqlı təhlil edildikdə hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya da əkib-becərilməsi üçün “GL 939” markalı toxumunun verildiyini təsdiq etmək mümkündür. 34.Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 03/13-08-14-143 nömrəli məktubu ilə yalnız “GL-939” sortunun toxumunun 2019-cu ilin fevral ayının 20-dən başlayaraq əsasən Zaqatala və Qax rayonlarında fermerlərə paylanmış olduğu qeyd edilmişdir. Bundan başqa cavabdehin iddiaçının irəli sürdüyü hallar və təqdim edilən iş materialları ilə bağlı məhkəməyə hər hansı bir etirazını, qeyd edilən halların əksini sübut edən dəlillərini təqdim etməməsi, məhkəmə tərəfindən ona ünvanlanan sorğuya münasibətini bildirməməsi qeyd edilən halın doğruluğunu təsdiqləyir. 35.Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM-149/19 nömrəli kredit müqaviləsində qeyd edilən toxumu Borcalan olan hazırkı iddiaçıya vermək vəzifəsini hazırkı iş üzrə cavabdeh (hüquqi varis-ASK AQRO MMC) daşıdığı müəyyən edilir (müqavilənin 2.4-cü bəndinin d. yarımbəndi) 36.Məhkəmə məhsulun az əldə edilməsinin “GL-939” toxumu ilə əlaqəli olub-olmaması məsələsinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli məhkəmə aktı ilə həmin dövr "xxxx" MMC-nin digər fermerlərə (həmin iş üzrə iddiaçılara) verdiyi “GL 939” sortlu toxumun dövriyyəyə buraxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsini, sözügedən toxumun keyfiyyətsizliyi barədə iddiaçının dəlillərinin əsaslı olması, iddiaçının uğradığı zərərlə toxumun keyfiyyətsizliyi arasında birbaşa səbəbli əlaqə olması qənaətinə gəlinmişdir. 37.Məhkəmənin qənaəti belədir ki, iddiaçı zərər vurulmasını birbaşa olaraq cavabdeh tərəfindən verilmiş toxumun keyfiyyəti ilə əlaqələndirmişdir. Toxumların keyfiyyəti barədə dəqiq qənaətə gəlmək üçün isə ilk növbədə dövriyyəyə buraxılmış həmin toxumların “Toxumçuluq haqqında” və “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verib-vermədiyi yoxlanılmalıdır. 38.“Toxumçuluq haqqında” Qanunun 21-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir. Göründüyü kimi, qanunla yalnız keyfiyyətli toxumların dövlət qeydiyyatının mümkünlüyü təsbit olunmuşdur. Yəni, məhz dövlət qeydiyyatına alınma faktı toxumun müvafiq keyfiyyət tələblərinə cavab verməsi barədə birmənalı fikir yürütməyə birbaşa əsas verir. İşin müəyyən edilmiş hallarından isə məlum olur ki, mübahisə predmeti olan toxum ölkəmizdə müvafiq dövlət reyestrində qeydiyyata alınmamışdır.Qanunun 22-ci maddəsinin dördüncü və beşinci hissələrində isə dövlət standartlarının tələblərinə cavab verən toxumlara səlahiyyətli qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarının verilməsi, dövlət standartlarına cavab verməyən toxumlara isə təhlillərin nəticəsini əks etdirən vəsiqələrin verilməsi təsbit edilmişdir. İş materiallarında belə uyğunluq sertifikatları da mövcud deyil, bu hal da “GL 939” sortu toxumunun keyfiyyəti barədə qənaətə gəlməyə imkan vermir. Həmin qanunun 24-cü maddəsi isə sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan, qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsini ümumiyyətlə qadağan edir. İş materiallarından toxumun fitosanitar sertifikatının olması da müəyyən olunmur. Bundan əlavə, işin müəyyən edilmiş hallarından məlum olur ki, toxumun mühafizə olunan seleksiya nailiyyətlərinin qablaşdırılması da standarta uyğun olmamışdır. Göründüyü kimi, “GL 939” sortu toxumu Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi üçün Qanunun 24-cü maddəsinin heç bir dispozisiya şərtinə cavab vermir. Eyni zamanda “GL 939” sortu toxumu ölkəmizə idxalı üçün istinad olunan Qanunun 26-cı maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı birinin olması iş materialları ilə müəyyən edilmir. 39.İşin müəyyən edilmiş hallarından məlum olur ki, “GL 939” sortunun toxumunun mühafizə olunan seleksiya nailiyyətləri də dövlət reyestrində qeydiyyatda alınmamışdır. 40.Göründüyü kimi, mübahisə predmeti olan “GL 939” sortunun toxumunun ölkəyə idxalı, o cümlədən Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi və istifadəsi üçün “Toxumçuluq haqqında” və “Seleksiya nailiyyətləri haqqında” qanunlarla müəyyən edilmiş hüquqi əsasların mövcudluğu iş materiallarından öz təsdiqini tapmır. Bu da mübahisə predmeti olan toxumların keyfiyyətini şübhə altına alır. 41.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması və qeyd edilən məhkəmə aktlarının hazırkı işin faktiki halları və hüququn tətbiqi ilə bağlı eynilik təşkil etdiyindən məhkəmə qeyd edilən qərarları qanunvericiliyin tələbləri baxımından məhkəmə təcrübəsinin vahidliyi baxımından əsas tutmağa borcludur. Əks yanaşma qeyd edilən qərarın yuxarı məhkəmə instansiyası tərəfindən qüvvədə saxlanmasını sual altında saxlayır. 42.Belə ki, hazırkı iş üzrə İddiaçı da eyni dövrdə (2019-cu ilin fevral ayının 20-dən sonrakı dövrdə) “GL 939” sortlu toxumun verildiyi müəyyən edilmişdir ki, məhkəmə yuxarıda adı çəkilən məhkəmə aktlarını əsas götürərək iddiaçıya dəymiş zərərin qeyd edilən toxumun keyfiyyətsizliyi ilə əlaqəli olması qənaətinə gəlir. 43.Bundan başqa iddiaçı cavabdehlə yaşıl tütünün alqı-satqı müqaviləsində ümumilikdə 7 ha olan torpaq sahəsinin hər hektarından ən azı 10 ton məhsul götürülməsi barədə razılaşdıqlarını bildirmişdir ki, bu bəndi özündə əks etdirən alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsi və digər sənədlərə uyğun olaraq bu miqdarın doğruluğu təsdiq edilir. Çünki iddiaçı ilə cavabdehin (hazırkı hüquqi varis) arasında 4 tərəfli kredit müqaviləsinin bağlanmış, kredit vəsaitinin dövrüyyəsi cədvəli və digər sübutlar tərəflər arasında yaşıl tütünün alqı-satqı müqaviləsinin analoji məzmunda bağlandığını bir daha təsdiq edir.

44. xx.xx.2019-cu il tarixli TM-149/19 nömrəli Kredit müqaviləsinin 2.2.2-ci bəndinin “k” yarımbəndinə görə borcalan tütün istehsalı üzrə bütün aqro-texniki qaydalara ciddi riayət etmək və bir hektardan minimum 10 ton məhsul istehsal etməyə nail olmaq öhdəliyini daşıyır. Məhkəmə, iş materiallarına əlavə edilmiş kredit müqavilənin və cavabdehin izahatının qarşılıqlı təhlil edilməsi nəticəsində iddiaçının “hər hektardan ən azı 10 ton məhsul götürülməsi” ilə bağlı qeyd etdiyi halın əsaslı olması qənaətinə gəlir.

45. Bundan başqa xx.xx.2019-cu il tarixli TM-149/19 nömrəli Kredit müqaviləsinin 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standartlara əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir. Bu hissədə məhkəmə qeyd edir ki, müqavilənin bu bəndində tütünün müəyyən növlər üzrə hansı qiymətə götürüldüyü ümumi qaydada müəyyənləşdirilmiş, lakin iddiaçı tərəfindən təhvil veriləcək tütünün tam olaraq hansı qiymətə götürülməsi kredit müqaviləsində və ya digər səndələrdə öz əksini tapmamış, yaşıl tütünün alqı-satqı müqaviləsi də təqdim edilmədiyindən bu halın müəyyənləşdirilməsi yanakı sübutlara əsasən müəyyənləşdirilmişdir. Belə ki, məhsulun dəyərinin hesablanması ilə bağlı məhkəmədə konkret hansı standarta uyğun tütün məhsulunun qəbul edilməsi faktı olmadığından, ən azı tərəflər təqdim etmədiyindən məhkəmə yalnız orta sort-orta qiymət, yəni nə aşağı, nə də yüksək sort məhsula görə yox, ortaq sinif üzrə- 2-ci sinif (növ) məhsula görə əldə ediləcək gəlirə münasibətdə zərərin hesablanmasını qanuni və ədalətli hesab edir. “Ortaq sort-ortaq qiymət” həm itirilmiş gəlirə, həm də təhvil verilmiş məhsulun dəyərinə münasibətdə nəzərə alınmışdır.

46. Bundan başqa iddiaçı tərəfindən cavabdehə təhvil verilən tütünün ümumi məbləğinin kredit borcunun ödənilməsinə yönləndirilən 7448,82 manat hissəsi hesabdan çıxarış məlumatı ilə tam təsdiqini tapır. Bundan başqa iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində cavabdehdən iddiaçıya cəmi 5255,22 manat borcun tutulması qət edilmişdir.

47. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilən tütün məhsulunun ümumi məbləği 7448,82 manat olaraq qəbul edilməlidir. 48.Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarında müəyyən edilmiş halların hazırkı hüquq münasibəti ilə oxşar hüquqi münasibət üzrə vahid hüquqi yanaşma baxımından tətbiq edilməsi məqsədəuyğun hesab edilmişdir.

49. Belə ki, qanunvericiliyin tələbinə görə oxşar istiqamət üzrə nümayiş etdirilmiş mövqelərin əsas tutularaq mübahisələrin həll edilməsi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab edilir və imperativliyi müəyyən edilir. Qeyd edilən müvafiq məhkəmə aktlarında müəyyən edilən hallarla bağlı məhkəmə o qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş zərərin məbləği hesablanarkən iddiaçının müqavilə əsasında təhvil verməli olduğu tütün miqdarı ilə cavabdehin təhvil aldığı tütünün miqdarı arasındakı fərq nəzərə alınmalıdır. 50.İş materiallarından müəyyən olunur ki, iddiaçı Həsrətov Telman 7 ha ərazi üzrə 70 ton (7 ha x 10 ton = 70 ton) məhsul əldə etməli olduğu halda yuvarlaq olaraq 43,81 ton (7448,82 manat / 170 manat) məhsul əldə etmişdir. Əldə edilməli olan və faktiki əldə edilmiş məhsul arasında fərq üzrə hesablama apararkən (1 kq – 0,17 ton – 170 manat) isə məlum olur ki, Həsrətov Telmana 4452,3 manat (26,19 ton (70 ton – 43,81ton) x 170 manat) məbləğində zərər vurulmuşdur. Məhkəmə onu qeyd edir iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdeh tərəf məhkəmə iclaslarından məlumatlı olsa da, iddiaya münasibətdə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, sübutlar təqdim etməmişdir. 51.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). 52.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir. 53.Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. 54.Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi, hazırkı işə hər hansısa münasibət bildirməməsi onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və iddia tələbini qəbul etdiyi kimi qiymətləndirilməsinə əsas vermişdir. 55.Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 64,52 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. 56.Beləliklə, məhkəmə yekun olaraq o nəticəyə gəlmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 4452,3 manat məbləğdə vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumuna görə 64,52 manat məbləğdə pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİİ Nəticə:

57. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4452,3 manat məbləğdə vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumuna görə 64,52 manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elnarə Hüsynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar