Məhkəmə qərarları › İş №e-2-2(117)-742/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-742/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-742/2024 29.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixli, 014369 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmışların naturada geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı2 Cavabdeh MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixli, 014369 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmışların naturada geri qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC-nin qeydiyyat ünvanı ünvan 1 də hazırki tələbə cavabdehin hüquqi ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, müqavilənin bağlandığı yer olaraq Bakı şəhəri qeyd olunmuşdur və hazırki iddiaya Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılması üçün Mülki Prosessual Məcəllənin 36, 39 və 40 maddələrində müəyyən edilmiş əsaslar mövcud deyidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin hüquqi ünvanı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş və iddiaçı, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar bölməsini secərək məhkəməyə müraciət etmək imkanını əldə etsə də bu halların mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, ərazi əidiyyəti qaydalarına uyğun olaraq cavabdehin qeydiyyat ünvanı üzrə səlahiyyətli Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Məhkəməyə müraciət olunduğu zaman dövlət rüsumunun ödənilməsindən azad olunma ilə bağlı hallar mövcud olduğu təqdirdə bu halların mövcudluğunu təsdiq edən sübutlar və ya dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar səlahiyyətli məhkəməyə təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı2 Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixli, 014369 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmışların naturada geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar