Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1359/2024 28.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyəti Cəmiyyətindən 10764 (on min yeddi yüz altmış dörd) manat məbləğində əsas borc, ödənişin gecikdirilməsinə görə 1601 (min altı yüz bir) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 501 (beş yüz bir) manat məbləğində xidmət haqqı və 129 (yüz iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12995 (on iki min doqquz yüz doxsan beş) manat məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 30 aprel 2020-ci il tarixli 0168 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” müqavilənin 1.1-ci bəndinə görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti müvafiq material və ehtiyat hissələri ilə "xxxx" MMC-ni təmin etməyi, "xxxx" MMC isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC göstərilən malları “Sumqayıt Şəhər Təmizlik Departamenti MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan malın cəmi dəyəri 83330 manat təşkil etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi 30 bank günü ərzində alınan malın əvəzi olaraq xidmət haqqına görə pul ödəməlidir. Sifarişçi tərəfindən alınan mallara görə icraçıya əvvəllər ödənişlər edilsə də, borc bu günə kimi tam ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə "xxxx" MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülməmiş və hazırda həmin pullar iddiaçıya ödənilməmişdir. Borcun könüllü olaraq ödənilməsi ilə bağlı pretenziya məktubu ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil edir. 10674 manatın 15%-i 1601 manat təşkil edir. Həmçinin iddiaçı ilə “De Fendo” Vəkil Bürosu arasında xx.xx.2024-cü il tarixdə EM-1019VK-0416/24 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən “501 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 30 aprel 2020-ci il tarixli 0168 nömrəli "Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə" müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus avtonəqliyyat vasitələri və xüsusi texnikalara bu müqavilənin Əlavəsində (Qiymət razılaşdırma protokolu) nəzərdə tutulmuş xidmət haqlarına əsasən texniki baxışın yerinə yetirilməsini, carı və əsaslı təmir, texniki xidmət işlərini və bu xidmətlərin göstərilməsi üçün müvafiq material və ehtiyat hissələri ilə təmin etməyi öhdəsinə götürür, sifarişçi isə həmin xidmətlərin dəyərini qeyd olunan Əlavədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə ehtiyat hissələrinin sifarişi və alqı-satqısı icraçı və sifarişçi tərəfindən öncədən verilən və təsdiq olunan təklif və qiymət razılaşdırma protokolu əsasında həyata keçirilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi bu müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini, işin nəticəsini təhvil-qəbul aktı əsasında qəbul etdikdən sonra, təqdim olunmuş hesab-fakturaya əsasən 30 (otuz) bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə ödəyir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə 2478 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 829373 nömrəli, 3717 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 347436 nömrəli, 4130 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDF seriyalı 382515 nömrəli, 4130 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDF seriyalı 078254 nömrəli, 4991,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDE seriyalı 196814 nömrəli, 4974,88 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 592282 nömrəli, 436,60 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 048761 nömrəli, 4307 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023cü il tarixli EBCM seriyalı 497776 nömrəli, 2478 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 477440 nömrəli, 5898,23 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 292722 nömrəli, 4578,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 499552 nömrəli, 2218,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBF seriyalı 825941 nömrəli, 5711,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAX seriyalı 763686 nömrəli, 1699,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAX seriyalı 026344 nömrəli, 1711 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAV seriyalı 725055 nömrəli, 3020,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 939038 nömrəli, 224,20 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 782300 nömrəli, 3492,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 661172 nömrəli, 4625,60 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAR seriyalı 072304 nömrəli, 4035,60 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 625250 nömrəli, 831,90 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAN seriyalı 183958 nömrəli, 5498,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAM seriyalı 220743 nömrəli, 3162,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAL seriyalı 157055 nömrəli, 2430,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAK seriyalı 351049 nömrəli, 1604,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAK seriyalı 012517 nömrəli, 944 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 876140 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 2865 nömrəli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin bank hesabına xx.xx.2020-ci il tarixdə 2160 manat, xx.xx.2020-ci il tarixdə 2060 manat, xx.xx.2020-ci il tarixdə 2060 manat, xx.xx.2020-ci il tarixdə 620 manat, xx.xx.2020-ci il tarixdə 4660 manat, xx.xx.2020-ci il tarixdə 4125 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2950 manat, xx.xx.2021-ci il tarixdə 2959,32 manat, xx.xx.2021-ci il tarixdə 2890 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 3880 manat, xx.xx.2022-ci il tarixdə 1740 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 4998,5 manat, xx.xx.2023-cü il tarixdə 2542 manat, xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 8236 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat olmaqla, ümumilikdə 62180,82 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus ƏDV subuçot hesabından çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə 388,8 manat, xx.xx.2020ci il tarixdə 370,8 manat, xx.xx.2020-ci il tarixdə 370,8 manat, xx.xx.2020-ci il tarixdə 111,6 manat, xx.xx.2020-ci il tarixdə 838,8 manat, xx.xx.2020-ci il tarixdə 742,5 manat, xx.xx.2020-ci il tarixdə 360 manat, xx.xx.2021-ci il tarixdə 533,09 manat, xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 532,8 manat, xx.xx.2021-ci il tarixdə 520,2 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 313,2 manat, xx.xx.2022-ci il tarixdə 698,4 manat, xx.xx.2023-cü il tarixdə 899,73 manat, xx.xx.2023-cü il tarixdə 378 manat, xx.xx.2023-cü il tarixdə 457,56 manat, xx.xx.2023-cü il tarixdə 1482,48 manat, xx.xx.2023-cü il tarixdə 630 manat olmaqla, ümumilikdə 10474,76 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 30 aprel 2020-ci il tarixli 0168 nömrəli "Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə" müqavilə bağlanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş mallar müxtəlif tarixlərdə müvafiq dəyərdə cavabdehə təhvil verilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, həmin malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 30 aprel 2020-ci il tarixli 0168 nömrəli "Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə" müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən elektron qaimələr üzrə ümumilikdə 83331,01 (səksən üç min üç yüz otuz bir manat bir qəpik) manat dəyərində mallar "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə satılmış, cavabdeh tərəfindən həmin malların dəyərindən iddiaçının bank hesabına 62180,82 (altmış iki min yüz səksən manat səksən iki qəpik) manat, ƏDV sub-uçot hesabına 10474,76 (on min dörd yüz yetmiş dörd manat yetmiş altı qəpik) manat olmaqla, cəmi 72655,58 (yetmiş iki min altı yüz əlli beş manat əlli səkkiz qəpik) manat məbləğində ödəniş edilmiş və cavabdehin 10675,43 (on min altı yüz yetmiş beş manat qırx üç qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “10764 (on min yeddi yüz altmış dörd) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətindən 10675,43 (on min altı yüz yetmiş beş manat qırx üç qəpik) manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən iddiaçının xeyrinə ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış 1601 (min altı yüz bir) manat məbləğində faizin tutulmasını xahiş etmiş və tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan başqa iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 501 (beş yüz bir) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı “Hüquqi yardımın göstərilməsi haqqında” 19 iyul 2024-cü il tarixli EM- 1019VK-0416/24 nömrəli müqaviləni və 19 iyul 2024-cü il tarixli ödəniş qəbzini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 501 (beş yüz bir) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehdən 129 (yüz iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 122,02 (yüz iyirmi iki manat iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətindən 10675,43 (on min altı yüz yetmiş beş manat qırx üç qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 501 (beş yüz bir) manat məbləğində xidmət haqqı və 122,02 (yüz iyirmi iki manat iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11298,45 (on bir min iki yüz doxsan səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətindən 10675,43 (on min altı yüz yetmiş beş manat qırx üç qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 501 (beş yüz bir) manat məbləğində xidmət haqqı və 122,02 (yüz iyirmi iki manat iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11298,45 (on bir min iki yüz doxsan səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1359/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1359/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver