Məhkəmə qərarları › İş №e-2-2(119)-1559/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1559/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1559/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində borcun, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə 10 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla gecikdirilmə faizinin, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 139,7 (yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 18 aprel 2022-ci il tarixli B/80 saylı alqı-satqı müqaviləsinə əsasən “Kaan" Şirkəti alıcı Kəngərli Avto” Məhdud Məsuliyyəti Cəmiyyətinə müqavilənin tərkib hissəsi hesab edilən əlavələrində (hesab, faktura, qaimə, qiymət razılaşma protokolları və.s) göstərilən çeşiddə, miqdarda və və təsvir olunan texniki göstəricilərə malik müxtəlif çeşidli avtomobil təkərləri və akkumulyatorları yararlı halda alıcının mülkiyyətinə təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan (hesab, faktura, qaimə, qiymət razılaşma protokolları və s.) müəyyən olunmuş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq alıcıya 31 may 2022-ci il tarixli 004296 nömrəli qiymət razılaşdırma protokoluna və 31 may 2022-ci il tarixli EBBX seriyalı, 358052 nömrəli elekron qaimə-fakturaya əsasən 4252,80 manat, 07 iyun 2022-ci il tarixli 004530 nömrəli qiymət razılaşdırma protokoluna və 07 iyun 2022-ci il tarixli EBBX seriyalı, 839861 nömrəli elekron qaimə-fakturaya əsasən 3480 manat, 17 avqust 2022-ci il tarixli 006940 nömrəli qiymət razılaşdırma protokoluna və 19 avqust 2022-ci il tarixli EBCC seriyalı, 198896 nömrəli elekron qaimə-fakturaya əsasən 2831,20 manat, 02 sentyabr 2022-ci il tarixli 007485 nömrəli qiymət razılaşdırma protokoluna və 05 sentyabr 2022-ci il tarixli EBCD seriyalı, 164483 nömrəli elekron qaimə-fakturaya əsasən 2689,60 manat və 09 yanvar 2023-cü il tarixli 011991 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 3890,40 manat, 09 yanvar 2023-cü il tarixli 011993 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 3015,20 manat, 09 yanvar 2023-cü il tarixli 011981 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 6856 manat, 09 yanvar 2023-cü il tarixli 011981 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 1528 manat, 09 yanvar 2023-cü il tarixli 011991 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 356 manat, 09 yanvar 2023-cü il tarixli 011993 nömrəli qiymət razılaşdırma protokoluna əsasən 779,20 manat olmaqla, cəmi 16424,80 manat dəyərində 10 yanvar 2023-cü il tarixli EBCM seriyalı, 671716 nömrəli elekron qaimə-fakturaya əsasən olmaqla müxtəlif növ mal satılmışdır. Alıcı ilə 30 dekabr 2023-ci il tarixinə təsdiq edilmiş üzləşmə aktına əsasən onun sözügedən müqavilə üzrə 16156,26 manat satıcıya borcu yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə və e-məhkəmə sistemi ilə göndərilmiş pretenziya nəticəsiz qalmışdır. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı hesab edirəm ki, verilmiş pul məbləği cavabdeh tərəfindən qanunsuz olaraq saxlanıldığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilən müddət üzrə (10 fevral 2023-cü il tarixdən pulun ödəniləcəyi günə qədər) illik 5% hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə pulun gecikdirilməsinə görə faiz tutulmalıdır. Bundan başqa, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkil Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat məbləğində pul ödənilmişdir. Buna görə iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 31 oktyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində borcun, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə 536 (beş yüz otuz altı) manatın, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 139,7 (yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edib, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını, cavabdehdən 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində borcun, 18 aprel 2022-ci il tarixli B/80 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən hesablanmış 536 manat məbləğində cərimənin, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının və 139,7 (yüz otuz doqquz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 18 aprel 2022-ci il tarixli B/80 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə aşağıdakı şərtlər daxilində malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, hesab və elektron qaimə-faktura ilə birlikdə alıcıya təhvil verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən "Alıcı" bu Müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini elektron qaimə-faktura təqdim edildikdən sonra, 1 ay ərzində ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə alıcı alınmış malların dəyərini nağd və yaxud satıcının bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən alıcı ödənişləri vaxtında etmədikdə hər gecikən gün üçün gecikdirlmiş məbləğin 0,5 % həcmində cərimə ödəməlidir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli B/80 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə satılan malların qiyməti 31 may 2022-ci il tarixli 004296 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 4252,8 manat, 07 iyun 2022-ci il tarixli 004530 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 3480 manat, 17 avqust 2022-ci il tarixli 006940 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 2831,2 manat, 02 sentyabr 2022-ci il tarixli 007485 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 2689,6 manat, 09 yanvar 2023-ci il tarixli 011991 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 3890,4 manat, 09 yanvar 2023-ci il tarixli 011993 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 3015,2 manat, 09 yanvar 2023-cü il tarixli 011981 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 6856 manat, 09 yanvar 2023cü il tarixli 011981 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 1528 manat, 09 yanvar 2023-cü il tarixli 011991 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 356 manat, 09 yanvar 2023-cü il tarixli 011993 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən 779,2 manat müəyyən edilmişdir. Həmin qiymət razılaşdırma protokollarının ödəniş şərtində qeyd olunmuşdur ki, bu əlavələr iki nüsxədə tərtib edilir və yuxarıda göstərilən müqavilənin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir və hesablaşmalar aparmaq üçün əsas olmaqla tərəflərin səlahiyyətli şəxslərin imzaları və möhürləri ilə təsdiq edildiyi gündən qüvvəyə minir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə 4252,8 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBX seriyalı 358052 nömrəli, 3480 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBX seriyalı 839861 nömrəli, 2831,19 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCC seriyalı 198896 nömrəli, 2689,6 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 164483 nömrəli, 16424,8 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 671716 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı və Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən imzalanmış 30 dekabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 30 dekabr 2023-cü il tarixinə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin İddiaçınə qalıq borcu 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 18 aprel 2022-ci il tarixli B/80 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ümumilikdə 29678,39 (iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) manat dəyərində mallar Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə satılmış, cavabdeh tərəfindən həmin malların dəyərindən müəyyən ödənişlər edilsə də, onun 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 18 aprel 2022-ci il tarixli B/80 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 16156,26 (on altı min yüz əlli altı manat iyimi altı qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “536 (beş yüz otuz altı) manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan başqa iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı 02 oktyabr 2024-cü il tarixli 211OPXO242761021 nömrəli ödəniş tapşırığını əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “141 (yüz qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 140,08 (yüz qırx manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 536 (beş yüz otuz altı) manat məbləğində cərimə, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 140,08 (yüz qırx manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17332,34 (on yeddi min üç yüz otuz iki manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 16156,26 (on altı min yüz əlli altı manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 536 (beş yüz otuz altı) manat məbləğində cərimə, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 140,08 (yüz qırx manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17332,34 (on yeddi min üç yüz otuz iki manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar