Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1915/2025 23.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5nə, Cavabdeh6 və Cavabdeh7 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair işin qərardadından verilmiş şikayətə baxılması ilə əlaqədar Quba Rayon Məhkəməsinə qaytarılması barədə həmin məhkəmədən daxil olmuş 12 sentyabr 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli məktuba baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5nə, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, maraqlı şəxslər Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5 və ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə 20 noyabr 2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişi bağlayarkən tərəflərin pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlə İddiaçı maraqlarına birbaşa toxunduğu üçün etibarsız hesab edilməsi və 20 noyabr 2024-cü il tarixli, MŞB/12/2024-00355 nömrəli barışıq sazişinin yaratdığı bütün hüquqi nəticələrin yarandığı gündən etibarsız hesab edilərək aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5nə, Cavabdeh6 və Cavabdeh7 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsi 12 sentyabr 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qəbul edilmiş Quba Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli qərardadından Cavabdeh7 tərəfindən verilmiş şikayətə baxılması üçün qeyd edilən işin Quba Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinin tələblərinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1); Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. (maddə 269.2); Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. (maddə 269.3). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən hesab edirəm ki, Quba Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli məktubuna əsasən İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5nə, Cavabdeh6 və Cavabdeh7 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair iş Quba Rayon Məhkəməsinin 14 avqust 2025ci il tarixli e-2(027)-2278/2025 nömrəli qərardadından Cavabdeh7 tərəfindən verilmiş şikayətə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsində icraatdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Quba Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli məktubuna əsasən İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh5nə, Cavabdeh6 və Cavabdeh7 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair iş Quba Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2(027)-2278/2025 nömrəli qərardadından Cavabdeh7 tərəfindən verilmiş şikayətə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsində icraatdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1915/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1915/2025
23.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver