Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2021/2025 18.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində sığorta haqqı borcunun və 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli 03 may 2024-cü il tarixli Qoşma imzalanmışdır. Həmin Qoşmanın qüvvədə olma müddəti 03 may 2024 – 02 may 2025-ci il tarixinədək və ödənilməli sığorta haqqı cəmi məbləği 2805 (iki min səkkiz yüz beş) manat müəyyən edilmişdir. Lakin cavabdeh QH********** nömrəli Qoşma üzrə sığorta haqqının birinci hissəsi olaraq 805 manat ödəmiş, qalıq 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində sığorta haqqı borcunu ödəməmiş və müqavilənin qüvvədə olma müddəti başa çatmışdır. Sığorta haqqı borcunun 31 avqust 2025-ci il tarixinədək ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən 27 avqust 2025-ci il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmişdir. Buna baxmayaraq sığorta haqqı borcu hələ də ödənilməmişdir. Sığortalı ilə imzalanmış müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Odur ki, məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 may 2024-cü il tarixli **********4577 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən sığortalının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində həmin Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı həmin Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə hər bir sığorta olunana münasibətdə sığorta məbləğləri, habelə ümumi sığorta məbləği Qanunun 14.4-cü maddəsinə əsasən müəyyən edilmiş hesablama qaydasına uyğun olaraq müqavilənin qoşmasında müəyyənləşdirilir. Həmin müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən müqavilə müddətsiz bağlanılır. Tərəflər bağlanmış müqavilənin hər növbəti müqavilə ili üçün müqavilənin qoşmasını təsdiq edir. Növbəti müqavilə ilinin bağlanmasına ən azı 3 iş günü qalmış sığortalı sığorta olunanların siyahısı, yaşı, vəzifəsi, kateqoriyası, peşə riskinin dərəcəsi və bir illik əmək haqı fondu barədə məlumatları sığortaçıya təqdim etməlidir. Sığortaçı müvafiq məlumatları aldıqdan sonra növbəti müqavilə ili üçün müqavilənin qoşmasını imzalamaq üçün sığortalıya təqdim edir. Həmin müqavilənin 9.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. İş materiallarında olan sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı Cavabdeh arasında bağlanmış 03 may 2024-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik QH********** nömrəli qoşmasına əsasən müqavilə ili 03 may 2024 – 02 may 2025-ci il, cavabdeh tərəfindən ödənilməli ümumi 2805 manat sığorta haqqının ödənilmə qaydası hissə-hissə, İ hissə 03 may 2024-cü il tarixdə 805,02 manat, İİ hissə 15 avqust 2024-cü il tarixdə 666,66 manat, İİİ hissə 10 noyabr 2024-cü il tarixdə 666,66 manat, İV hissə 05 fevral 2025-ci il tarixdə 666,66 manat müəyyən edilmişdir. İş materiallarında olan 14 may 2024-cü il tarixli ********** nömrəli ödəniş sənədindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 14 may 2024-cü il tarixdə 805,02 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 02 oktyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 may 2024-cü il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik QH********** nömrəli qoşması üzrə Cavabdeh tərəfindən 805,02 (səkkiz yüz beş manat iki qəpik) manat ödəniş edildikdən sonra sığorta haqqı borcu 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27 avqust 2025-ci il tarixdə X1 Sistemi vasitəsilə məktub göndərilərək 1999,98 manat sığorta haqqı borcunun 31 avqust 2025-ci il tarixinədək ödənilməsinin təmin olunması, əks təqdirdə öhdəliklərin gecikdirilməsinə və lazımi qaydada icra edilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. - 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. - 903.1-903.4-cü maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. - 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 903.7-ci maddəsinə əsasən elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. - 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.2-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifələri vardır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin məzmunu və formasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 23/3 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin 9.2.1-ci bəndinə əsasən, müqavilə üzrə sığortalının müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifələri vardır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 01 may 2024-cü il tarixli **********4577 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və QH********** nömrəli Qoşma imzalanmışdır. QH********** nömrəli Qoşmanın qüvvədə olma müddəti 03 may 2024 – 02 may 2025-ci il və ödənilməli sığorta haqqının məbləği cəmi 2805 manat müəyyən edilmiş, cavabdeh həmin məbləğdən 805,02 manat ödəmiş, qalıq 1999,98 manat sığorta haqqını ödəməmişdir. Buna görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh sığorta haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin sığorta haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 may 2024-cü il tarixli **********4577 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və QH********** nömrəli Qoşma üzrə ödənilməmiş 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat sığorta haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 40 (qırx) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür ki. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində sığorta haqqı borcu və 40 (qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2039,98 (iki min otuz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 1999,98 (min doqquz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində sığorta haqqı borcu və 40 (qırx) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2039,98 (iki min otuz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2021/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2021/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver