Məhkəmə qərarları › İş №e-2-2(119)-999/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-999/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-999/2023 15.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil qızının iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 26 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2-2(119)-999/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı MMC Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2- 2(119)-999/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-999/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərardadından şikayəti təmin edilməmiş və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 sentyabr 2023cü il tarixli 2-2(105)-124/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2-2(119)- 999/2023 nömrəli və bununla bağlı 11 avqust 2023-cü il tarixli e-2-2(119)-999/2023 nömrəli qərardadları ləğv edilmiş və İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin tərəflərin iştirakı ilə yenidən müzakirə edilməsi Sumqayıt Kommersiya Məhkəməsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Yuxarıda qeyd olunanlara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli 2-2(105)-124/2023 nömrəli qərardadı nəzərə alınmaqla və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin mümkünlüyünün yoxlanılması haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılması üçün 15 sentyabr 2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Həmin məhkəmə iclasına İddiaçı MMC-nin nümayəndəsi Vəkil gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan məhkəmə iclasında iddia ərizəsinin mümkünlüyünə baxılmasını mümkün hesab etmişdir. Lakin, iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə baxılması ilə əlaqədar 15 sentyabr 2023-cü ildə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil məhkəməyə "iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda - məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə, proses iştirakçısını dinləyib, "iddia ərizəsinin qaytarılması” barədə ərizəni, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təsvir olunanlara əsasən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar