Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1950/2025 11.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13007 manat pulun və məhkəmə xərclərinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 2024-cü ilin yanvar ayından etibarən Cavabdeh ilə metal tullantılarının alqı-satqısı sahəsində əməkdaşlıq etmişdir. Aralarında şifahi razılaşmaya əsasən, o, cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 13007 manat məbləğində pul vəsaiti vermişdir. Bu məbləğ müqabilində Cavabdeh ona metal tullantıları göndərməsi nəzərdə tutulmuşdur. Əvvəlki mərhələlərdə Cavabdeh iddiaçı X1 bir neçə dəfə müəyyən miqdarda metal tullantısı göndərmişdir. Lakin 2024-cü ilin mart ayından etibarən iddiaçının göndərdiyi pullara baxmayaraq, cavabdeh vəd etdiyi metal tullantılarını göndərməmişdir. Sonradan aralarında apardıqları hesablaşmaya əsasən, cavabdeh özü də 13007 manat borclu olduğunu etiraf etmiş və bu məbləğdən ödəniş etməmışdır. Hazırda cavabdehin iddiaçıya 13007 manat borcu qalır. İddiaçı dəfələrlə həmin borcun könüllü qaytarılmasını tələb etmiş, lakin nəticə əldə olunmamışdır. İddiaçı qulu oğlu məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ümumi borcu 14700 manat olmuşdur, cavabdeh 800 manat və 900 manat olmaqla ona iki dəfə pul qaytarmışdır. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etmədiyini, iddiaçı X2 ilə heç bir alverinin olmadığını, tədarük etdiyi dəmir qırıntılarını başqa şəxsə göndərdiyini, ümumilkdə 13000 manat məbləğində pul aldığını, aldığı pulun qarşılığında həmin dəyərdə mal göndərdiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1i ünvanı üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2008-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Ağcabədi rayonu, Xocavənd kəndi ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı şikayəti əsasında Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatları alınmışdır. İddiaçı izahatında bildirmişdir ki 2024-cü ilin yanvar ayında Cavabdehla tanış olmuşdur. Cavabdehla aralarında olan razılaşmaya əsasən o, Cavabdeh pul verəcək, Cavabdeh isə həmin pulun müqabilndə Ağcabədi rayonundan dəmir tullantılarını alıb ona göndərəcəkdir. O, Cavabdeh bir neçə dəfə dəmir tullantıları göndərməmişdən qabaq pul göndərmiş, Cavabdeh da ona dəmir tullantıları göndərmişdir. 2024-cü ilin mart ayına kimi o, Cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 13000 manat pul göndərmiş, lakin Cavabdeh həmin pulun müqabilində ona dəmir tullantıları göndərməmişdir. Hazırda Cavabdeh ona 13000 manat pul borcu var. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı təxminən 7-8 ay əvvəl tanımışdır. O əvvəllər Ağcabədi rayonu ərazisində metal tullantıları qəbulu ilə məşğul olmuşdur. Təxminən 7-8 ay bundan əvvəl o, Seyfəddin adlı şəxslə tanış olmuşdur. Seyfəddin ona dəmir yığmaqla məğul olduğunu, Bakı şəhərində yaşasa da rayonlardan dəmir alıb Bakı şəhərində baha qiymətə satdığını demişdir. O, Seyfəddinə əlində pul olmadığına görə dəmir yığmaqla daha məşğul olmadığını demişdir. Seyfəddin ona narahat olmamağı nə qədər pul lazımdırsa verəcəyini demişdir. İddiaçıla aralarında olan razılaşmaya əsasən sonuncu ona pul verəcək o da Ağcabədi rayon ərazisində dəmir tullantılarını 1 kloqramı 0,46 manata alıb İddiaçı 0,52 manata satacaqdı. İddiaçı əvvəlcə ona 3000 manat pul göndərmiş, həmin pulun müqabilində o, İddiaçı dəmir tullantıları göndərmişdir. Bundan sonra İddiaçı ona bir neçə dəfə 2024-cü ilin mart-aprel ayına kimi pul göndərmiş, o da həmin pulun müqabilində sonuncuya dəmir tullantıları göndərmişdir. İddiaçı ona hər dəfə pul göndərəndə o, İddiaçı göndərdiyi pulun müqabilində az dəmir tullantısı göndərmişdir. O, İddiaçıla ilk əvvəl alverə başlayan vaxt dəmirin bir kq-nı 0,42 manata alıb 0,52 manata İddiaçı satırmış, sonradan dəmirin qiyməti qalxsa da İddiaçı ondan dəmirin kiloqramını əvvəlki qiymətə aldığından o, ziyan etmişdir.2024-cü ilin aprel ayında o, İddiaçı ziyan etdiyini və işləyə bilməyəcəyini demişdir. O, İddiaçıla aralarında haqq-hesab edəndə onun İddiaçı 13000 manat pul borclu olduğu müəyyən edilmişdir. Sonradan o, İddiaçı əvvəlcə 800 manat, daha sonra isə 900 manat pul göndərmişdir. Hazırda onun İddiaçı 11300 manat pul borcu var. Həmin 11300 manat pulu da 2024-cü ilin dekabr ayında ödəyəcəkdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 13007 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları alqı-satqı müqaviləsi münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı dəmir qırıntıları (bundan sonra – mal) almaq üçün cavabdehə pul göndərmək, cavabdeh isə təhvil aldığı pulun dəyərində malı iddiaçıya satmaqla bağlı razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ümumilikdə 14700 manat məbləğində pul vəsaiti göndərdiyini, cavabdehin isə pulu almasına baxmayaraq həmin dəyərdə malı ona vermədiyini, cavabdeh iddiaçıdan 13000 manat məbləğində pul aldığını, aldığı pulun qarşılığında həmin dəyərdə mal göndərdiyini iddia edirlər. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin əşyanı satıcıdan almazdan əvvəl ödənilməsi (qabaqcadan ödəniş) şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında satılan malların qabaqcadan ödənişini nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən cavabdehə 13000 manat məbləğində pul vəsaitinin göndərildiyi, cavabdeh tərəfindən iddiaçıya 1700 manat məbləğində pul vəsaitinin qaytarıldığı işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdehə satılan mallara görə cəmi 14700 manat pul verməsinə baxmayaraq cavabdehin həmin dəyərdə ona mal verməməsinə dair iddiaçının tələbi və cavabdehin aldığı pulun dəyərində mal verməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehə ümumilkdə cəmi 14700 manat pul göndərdiyini iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş pulun dəyərində mal təhvil verdiyini bildirir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini dəyəri qabaqcadan ödənilən malın təhvil verilməsinin, eləcə də ödənilən pul vəsaitinin məbləğinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə ümumilkdə cəmi 11300 manat məbləğində pul vəsitinin ödənildiyi barədə işin faktiki halı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı əldə etmək istədiyi mallara görə cavabdehə 14700 manat məbləğində pul verdiyini iddia etsə də, qeyd edilən məbləği təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçının şikayəti əsasında polisdə aparılmış təhqiqat zamanı verdiyi izahatında iddiaçıya 13000 manat məbləğində pul borclu olduğunu, sonradan həmin borcundan iddiaçıya əvvəlcə 800 manat, daha sonra isə 900 manat pul göndərdiyini, hazırda iddiaçıya 11300 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir və həmin borcunu da 2024-cü ilin dekabr ayında ödəyəcəyinə dair vəd vermişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasında verdiyi izahatında aldığı pulun qarşılığında həmin dəyərdə iddiaçıya mal göndərdiyinə dair iddiasına tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh polis araşdırması zamanı verdiyi izahatının məzmunu ilə məhkəmə iclasında verdiyi izahatı arasında olan ziddiyyətli məqamlara açıqlıq gətirə bilməmiş, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, dəyəri qabaqcadan ödənilmiş malın alıcıya təhvil verilməsini sübut etmək vəzifəsi malın satıcısının (baxılan işdə - cavabdehin) üzərinə düşməsinə baxmayaraq, cavabdeh aldığı pul vəsaitinin dəyərində iddiaçıya mal göndərməsini mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı əldə etmək istədiyi mallara görə cavabdehə 11300 manat məbləğində pul verdiyi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, aldığı pulun qarşılığında həmin dəyərdə iddiaçıya mal göndərdiyinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan mallara görə cavabdehə pul vermişdir, lakin cavabdeh pulu alsa da, həmin dəyərdə malı iddiaçıya təhvil verməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə satıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 11300 manat pul vəsaiti və ödənilmiş 130 manat dövlət rüsumu olmaqla, cəmi 11430 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1950/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1950/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver