Məhkəmə qərarları › İş №e-2-2(121)-2130/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2130/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2130/2025 03.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhimdar Cəmiyyətinə qarşı “pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli, 15/32 saylı Müqavilə üzrə 23250 (iyirmi üç min iki yüz əlli) manat məbləğində əsas borcun, 697 (altı yüz doxsan yeddi) manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 122,35 (bir yüz iyirmi iki manat, otuz beş qəpik) manat pulun və 163 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2025ci il tarixli, 15/32 saylı Müqavilə üzrə 23250 (iyirmi üç min iki yüz əlli) manat məbləğində əsas borcun, 4465,86 (dörd min dörd yüz altmış beş manat, səksən altı qəpik) manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 122,35 (bir yüz iyirmi iki manat, otuz beş qəpik) manat pulun və 174 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli, 15/32 saylı “Nəqliyyat Ekspedisiya” Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ekspeditor İddiaçı MMC müştəri Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində ekspeditora bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, 15/32 saylı Müqavilə üzrə 23250 (iyirmi üç min iki yüz əlli) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar, habelə digər sənədlər ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək borc məbləği şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2025-ci il tarixli, 15/32 saylı Müqavilənin 5.14-cü bəndinə görə müştəri hər ləngidilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0.5%- i miqdarında dəbbə pulu ödəyəcək. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 4465,86 (dörd min dörd yüz altmış beş manat, səksən altı qəpik) manat təşkil etsə də, iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin 3 %-i həcmində, yənicəmi 697 (altı yüz doxsan yeddi) manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 122,35 (bir yüz iyirmi iki manat, otuz beş qəpik) manat pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu 163 manat təşkil edir.

4. İddiaçı MMC iddia tələbinin dəqqləşdirilməsi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 15/32 saylı Müqavilə üzrə 23250 (iyirmi üç min iki yüz əlli) manat məbləğində əsas borcun, 697 (altı yüz doxsan yeddi) manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 122,35 (bir yüz iyirmi iki manat, otuz beş qəpik) manat pulun və 163 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qaldırılmış iddia tələbi var. Əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin borc məbləği üzrə gecikməsi həmin tarixə, yəni xx.xx.2025-ci il tarixinə kimi 42 gün müəyyən edilmişdir. Bu gecikmə müddəti ilə hesablanmış dəbbə pulu məbləği 4465,86 (dörd min dörd yüz altmış beş manat, səksən altı qəpik) AZN təşkil etsə də, iddia ərizəsində iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək yalnız əsas məbləğin 3%-i, yəni 697 manat tələb edilmişdir. Lakin maliyyə arayışının tərtibi tarixindən bu günə kimi borc məbləği ödənilmədiyindən cavabdehin gecikmə günü artmışdır. Bu əsasla iddia tələbinin artırılması, yəni xx.xx.2025-ci il tarixli maliyyə arayışında hesablanmış dəbbə pulu məbləğinin tələb edilməsi zərurəti yaranmışdır.

Tərəflərin izahatları:

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

10. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025ci il tarixli, 15/32 saylı “Nəqliyyat Ekspedisiyasi” müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən ekspeditor müştərinin hesabına aşağıda göstərilən xidmətlərin verinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətlərin qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili; 2.1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması; 2.1.3-ci bəndinə əsasən, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili; 2.1.4-ci bəndinə əsasən, əgər bu silaıişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əınəliy y atların təşkili; 2.1.5-ci bəndinə əsasən, bu müqavilə və onun müvafiq Əlavələri ilə nəzərdə lıılulmuş digər xidmətlər. 2.2-ci bəndinə əsasən, Ekspeditor bu müqavilə üzrə xidmətləri bilavasitə özü və ya müvafiq qaydada müqavilə bağlamaqla çüncü şəxslər vasitəsilə icia edə hilər. Bu /aman üçüncü şəxslər tələtindən xidmətin bu müqavilə ilə şərtlərinə uyğun lazımınca yerinə yetirilməməsinə görə ekspeditor şəxsən özü məsuliyyət daşıyır. Ekspeditorun vəzifələri: 3.1.1-ci bəndinə əsasən, bu növ ləaliyyəıin göstərilməsi üçün lisenziya, resurs və imkanlara malik olan təşkilatlarla bağlanılmış ıııüqax ilələr əsasında üçüncü şəxslərin vasitəsi ilə bu müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmək;\ 3.1.2-ci bəndinə əsasən, vükün çatduı İmasının marşrut un u müəvvən elmək və onu müştəri ilə razılaşdırınaq: 3.1.3-cü bəndinə əsasən, yük göndərəndən yükü qəbul elmək: 3.1.4-cü bəndinə əsasən, yük göndərəndən yük alana yükün daşınmasını təşkil elmək: 3.1.5-ci bəndinə əsasən, yolda boşalıma-yükləmə işlərini təşkil etmək; 3.1-ci bəndinə əsasən, əgər silarışdə nəzərdə luıulubsa. daşınmanın bütün dövrü üçün əlavə haqq ödənilməklə yükün sığortasını elmək: 3.1.7-ci bəndinə əsasən, yükün razılaşdırılmış müddəidə və kevTıyvəldə daşınmasını təmin elmək; 3.1.8-ci bəndinə əsasən, döv ləl orqanları v ə təşkilatlar (mülkiv v əl formasından asıl ı olmayaraq) qarşı sında ckspeditoı kimi çıxış etmək və müştərinin maraqlarını qorumaq: 3.1.9-cu bəndinə əsasən, sifarişdə müştəri tərəlindən bildirilmiş məlumatın yükün lakliki xarakteristikala! ma uyğunsuzluğu (kəmiyyət. zahirən müəvvən edilən qüsurlar və s.) aşkar edildiyi halda, bu uyğunsuzluq ekspeditora məlum olduğu gündən sonra, növbəli l (bir) iş günü ərzində müştərini məlumatlandırmaq; 3.1.10-ci bəndinə əsasən, vük göndərəndən vükü qəbul eldikdən sonra və ya yük alana yükü təhvil verəndən sonra, növbəli iş günü ərzində müştərini bu hərəkətlərin faktı və tarixi haqda məlumatlandırmaq; 3.1.11-ci bəndinə əsasən, yükün təyinat nöqtəsinə gəlməsinə 1 (bir) gün qalmış müştərini bu haqda məlumatlandırmaq. 4.3. bəndinə əsasən, hər bir daşınma üçün sifarişdə qeyd olunmuş xidmət haqqı va daşınma zamanı yaranan xərclər, həmçinin əlavə xidmətlər (yüklərin sığortası, anbarlarda saxlanması və s.) öncədən bank köçürülməsi yolu ilə va ya nağd șəklində ödənilir. Faksimile va ya elektron əlaqə vasitəsitələri ekspeditor tərəfindən göndərilən Qaimə və hesab-faktura, həmçinin onların əsasında təqdim edilən elektron-qaimə icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün əsasdır. Ödənis tarixinə məzənnə ila bağlı yarana biləcək fərqlərin aradan qaldırılması məqsədilə elektron-qaimə Qaimə hesab-faktura təqdim edildikdən bir müddət sonra (ödənişin həyata keçirilmasi nəzərdə tutulduğu gün) tətbiq edilə bilər. Zərurət yarandiğı təqdirdə tərəflər arasında olan müəyyən dövr ūzr hesablaşmalar yəni göstərilmiş xidmətlərin icmal dəyəri icmal dəyəri ya ödənilmiş xidmət haqları barədə qarşılıqlı üzləşmə aktı bağlanıla bilər.

12. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2025ci il tarixli “Hesab fakturadan” və iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli 15/32 N-li müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında, xx.xx.2025-ci il tarixli, hesab fakturadan, xx.xx.2025-ci il tarixli, Seriya: MT2503, ********* nömrəli, elektron qaimə-faktura 12010 manat, xx.xx.2025-ci il tarixli, Seriya: MT2504, 11650723 nömrəli, elektron qaimə-faktura 11904 manat, xx.xx.2025-ci il tarixli, Seriya: MT2504, 11126571 nömrəli, elektron qaimə-faktura 11346 manat məbləğində (ümumilikdə 35260 manat) elektron qaimə-faktura təqdim edilmişdir.

13. İş materiallarında olan İddiaçı (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” Aktdan görünür ki, Cavabdeh MMC-nin (“Sifarişçi”) sifarişi əsasında xx.xx.2025ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə ümumi xərc haqqı 35260 manat təşkilr edən yüklər İddiaçı (“İcraçı”) tərəfindən Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına daşınmışdır.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə Arayışı”ndan görünür ki, xx.xx.2025-ci il tarixli, 15/32 saylı müqavilə üzrə “ZH Transport" MMC-nin "xxxx" MMC-yə əsas borcu 23250 (iyirmi üç min iki yüz əlli) manat, cərimə borcu 4465,86 (dörd min dörd yüz altmış beş manat, səksən altı qəpik) manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 122,35 (bir yüz iyirmi iki manat, otuz beş qəpik) manat təşkil edir.

15. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələbi ilə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir.

16. İş materiallarından görünür ki, İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 163 manat və 11 manat olmaqla ümumuilikdə 174 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 850.1-ci maddəsinə əsasən, Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. - 852.1 və 852.2-ci maddələrinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. - 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ - 854.7-ci maddəsinə əsasən, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər. - 859.1-ci maddəsinə əsasən, Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. - 780.4-cü maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin tələblərinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

18. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun:

1.0.9-cı maddəsinə əsasən, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 4.0.6-cı maddəsinə əsasən, beynəlxalq daşımalar– avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları hesab olunur. 37.1-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5 - 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə uyğun olaraq işə, təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

23. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (yük daşınması müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir.

24. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir.

25. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir.

26. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış yükün daşınması xərcinin ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı yükün daşınmasına görə ödənilməmiş 23250 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin yük daşınması xidməti üzrə öhdəliyini icra etməyərək göstərilən xidmətin dəyərini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, göstərilmiş xidmətlərin təhvil verilməsi aktlarına və elektron qaimələrə istinad edir.

27. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olan yükün təyinat yerinə daşınması, yükün təyinat yerində cavabdehə təhvil verilməsi və göstərilmiş daşınma xidmətinin dəyərinin qalıq borc üzrə ƏDV daxil 23250 manat məbləğində olması müəyyən edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istifadəsində olan nəqliyyat vasitəsi ilə cavabdehə məxsus yükün daşınmasının həyata keçirilməsi və həmin yükün cavabdehə təhvil verilməsi, həmçinin göstərilmiş xidmətin ümumi dəyərinin 23250 manat təşkil etməsini işdə olan sübut vasitələri ilə, həmçinin cavabdehin etirafı mahiyyətində olan məktubu ilə tam təsdiqini tapmışdır və iddiaçı bu xüsusatları mötəbər dəlillərlə sübut edə bilmişdir.

29. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar yaranmış borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

30. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə məxsus yükü təyinat yerinə daşıyaraq cavabdehə təhvil vermişdir, lakin cavabdeh daşımanın dəyərini təşkil edən 23250 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş xidmət haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Buna görə də, həmin hissədə iddia təmin edilməlidir.

31. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə (5.14. bənd), müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi halında cərimə ödəmək öhdəliyini Cavabdeh Açıq Səhmdar Cəmiyyəti öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilmiş xidmət haqqının ödənilməsini gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

32. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu müqavilə üzrə öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

33. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 4465,86 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 600 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

34. Məhkəmə geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 122,35 manat gecikdirmə faizinə münasibətdə iddianı əsaslı hesab edir və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunu göndərməklə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə cavabdehlə aralarında bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmişdir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23250 manat əsas borc, 600 manat cərimə borcu, geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 122,35 manat gecikdirmə faizi olmaqla, cəmi cəmi 23972,35 (iyirmi üç min doqquz yüz yetmiş iki manat, otuz beş qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

36. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 174 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 161,92 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 12,08 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 23250 məbləğində əsas borc, 600 manat məbləğində cərimə borcu, geciktirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 122,35 manat gecikdirmə faizi olmaqla, cəmi cəmi 23972,35 (iyirmi üç min doqquz yüz yetmiş iki manat, otuz beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 161,92 (bir yüz altmış bir manat, doxsan iki qəpik) manat pul tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 12,08 (on iki manat, səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı Yük Taksisi.Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar