Məhkəmə qərarları › İş №e-2-2(121)-455/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-455/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-455/2024 02.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ( VÖEN2:6********) ona iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni 777901 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1286 manat, xx.xx.2023-cü il tarixli, 543996 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1446 manat, xx.xx.2023-cü il tarixli, 647718 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1200 manat, xx.xx.2023-cü il tarixli, 807914 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1530 manat, xx.xx.2023-cü il tarixli, 769562 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 901 manat, ümumilikdə 6363 manat ( altı min üç yüz altmış üç manat) pulun və ilkin mediasiya sessiyasının xərci olaraq ödənilmiş 100 manat (yüz manat) pulun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 14 fevral 2022-ci il tarixli, 22-11 №-li müqaviləyə əsasən, xarici ölkələrdən idxal edilən mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi İddiaçı MMC-nə həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 777901 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1286 AZN, xx.xx.2023-cü il tarixli, 543996 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1446 AZN, xx.xx.2023-cü il tarixli, 647718 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1200 AZN, xx.xx.2023-cü il tarixli, 807914 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1530 AZN, xx.xx.2023-cü il tarixli, 769562 saylı elektron qaimə üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 901 AZN, ümumilikdə İddiaçı MMC-yə bu günədək olan borcu 6363 AZN ( altı min üç yüz altmış üç manat) təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədilə elektron qaimələr cavabdehə təqdim edilmiş, iddiaçıya olan borc sistem tərəfindən təsdiq olunmuş olsa da, indiyədək yaranmış borc məbləği "xxxx" MMC tərəfindən ödənilməmiş olaraq qalır. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyənnamələr, WhatsApp və Mail yazışmaları, habelə gömrük sənədləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. Halbuki, qarşılıqlı razılıq üzrə yaranan borcu cavabdeh ödəməkdən boyun qaçırır və öhdəliyin icrasından yayınır. Belə ki, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətlərini cavabdehə göstərmişdir. Lakin cavabdeh "xxxx" MMC öhdəliklərini icra etməkdən imtina edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, yaranmış olan 6363 AZN (altı min üç yüz altmış üç manat) məbləğində pul vəsaitinin ödənilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalınmışdır. Qeyd edilən məbləğin ödənilməsi ilə yanaşı, cavabdeh tərəfindən mediasiya xərcləri, həmçinin əlavə olaraq dövlət rüsumunun da tutulması vacibdir. Sonradan xx.xx.2024-cü il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə (iddia tələbinin həcminin azaldılması) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən 3181,80 manat pul ödənildiyi, yəni cavabdehin ümumi borcunun yarısı miqdarında ödəniş etdiyini nəzərə alaraq iddia tələbinin həcmini azaltmağa qərar verdiklərini, lakin cavabdehin hələ də 3181.20 manat borcunun İddiaçı MMC-nə ödənilməmiş olaraq qaldığını bildirmiş və qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 445, 448-ci maddələrini rəhbər tutmaqla öhdəliklərini icra etməkdən boyun qaçıran cavabdeh "xxxx" MMC-dən ( VÖEN: **********) ona iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə 3181,20 manat pulun, ilkin mediasiya sessiyasının xərci olaraq ödənilmiş 105 manat məbləğində və hüquqi yardıma görə Bakı şəhər 20 saylı Vəkil Bürosuna ödənilmiş 1353 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında tələb olunan borcun yarı hissəsi olan 3181,80 manat pulu işin məhkəmə icraatının gedişində iddiaçıya ödədiklərini, iddia tələbini qismən - əsas borc üzrə 3181,20 manat hissəsində və hüquqi yardımla bağlı ödənilmiş vəsaitin 100 manat məbləğində qaytarılması hissəsində qəbul etdiklərini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Məhkəmə, işin məhkəmə icraatı gedişində cavabdeh tərəfindən tələb olunan əsas borcun yarı hissəsinin könüllü şəkildə ödənildiyini, əsas borc üzrə qalan məbləğin cavabdeh tərəfindən etiraf edildiyini, beləliklə iddia tələbi üzrə əsas borcun mövcudluğuna, əsaslılığına dair tərəflər arasında mübahisənin olmadığını nəzərə alaraq prosessual qənaət prinsipinə əsasən iddia tələbinin əsas borca aid hissəsi üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Belə ki, tərəflər arasında 14 fevral 2022-ci il tarixli, 22-11 №-li müqaviləyə əsasən, xarici ölkələrdən idxal edilən mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsinə dair tapşırıq müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən tapşırıq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, cavabdehin yerinə yetirilmiş xidmət üzrə iddiaçıya 3131,20 manat məbləğində ödənilməmiş borcunun qaldığı işdə olan sənədlərlə və tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatları ilə tam təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında mediasiya xərcinin və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin tutulmasına dair mövcud olan mübahisəli hallara hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı ilkin mediasiya sessiyasının xərci olaraq tərəflərindən ödənilmiş 105 manat məbləğində pulun və hüquqi yardıma görə Bakı şəhər 20 saylı Vəkil Bürosuna ödənilmiş 1353 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsini tələb edir, cavabdeh isə həmin tələbi yalnız hüquqi yardımla bağlı ödənilmiş vəsaitin 100 manat məbləğində qaytarılması hissəsində qəbul edir. Məhkəmə, iddianın 105 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, iş materiallarında olan “Hüquqi yardım göstərilməsi haqqında” 1703 nömrəli müqavilədən, həmçinin 35759 və 35760 nömrəli ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 1353 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə həm məhkəməyəqədər olan proseslərdə (mediasiya tələbinə əməl edilməsi ilə əlaqədar zəruri hərəkətlərdə, iddia ərizəsinin kifayət qədər əsaslı tərtib edilməsində, iddianın əsaslılığını təsdiq edən sənədlərin və digər sübutların təqdim edilməsində) aktiv işitrak etmişdir, həm də iş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edərək iddiaçını lazımi qaydada təmsil etmişdir. Bununla yanaşı, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyini etiraf edərək, əsas borc üzrə tələb olunan məbləğin yarı hissəsini ödəmiş, qalan hissəsini isə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 1353 manat vəsaitin 700 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 51,81 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 22-11 nömrəli müqavilə üzrə 3181,20 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 700 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 105 manat olmaqla, ümumilikdə 3986,2 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 51,81 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar