Məhkəmə qərarları › İş №e-2-2(3-10)-55/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-55/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-55/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 92 607,88 manat əsas borc, 18 521,58 manat cərimə borcu və 402 manat dövlət rüsumu olmaqla, cəmi 111 531,46 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları

1. Iş materiallarında olan iddiaçı İddiaçı MMC (satıcı) və “X7” ASC (alıcı) arasında bağlanmış ## #### 2018-ci il tarixli HT***-** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X8”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə həmin malı qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

2. ##.##.2025-ci il (3525,07 manat), ##.##.2025-ci il (4492,26 manat), ##.##.2025-ci il (39084,73 manat), ##.##.2025-ci il (7427,86 manat), ##.##.2025-ci il (306.21 manat), ##.##.2025-ci il (9513,8 manat), ##.##.2025-ci il (1982,4 manat), ##.##.2025-ci il (1203,77 manat), ##.##.2025-ci il (21627,77 manat), ##.##.2025-ci il (72,22 manat), ##.##.2025-ci il (7340,43 manat), ##.##.2025-ci il (72,22 manat), ##.##.2025-ci il (988.13 manat və ##.##.2025-ci il (874,79 manat) tarixli malların təhvil-qəbul aktlarından iddiaçı tərəfindən cavabdehə ümumilikdə 98.511,66 manat dəyərində mal təhvil verildiyi öz təsdiqini tapır. (Qeyd edilən aktlara uyğun olaraq X8 iş materiallarına əlavə edilmişdir)

3. ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 94 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.581.667,35 manat dəyərində malların verilməsi barədə elektron qaydada qaimə göndərilmişdir.

4. ##.##.2023-cü il tarixli 2 ədəd və ##.##.2025-ci il (4846.97 manat) tarixli 1 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan cavabdeh tərəfindən ümumilikdə 11.152,42 manat dəyərində malların iddiaçıya geri qaytarılması barədə elektron qaydada qaimə göndərilmişdir.

5. “xxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda cavabdeh tərəfindən iddiaçının hesabına ##.##.2018-ci il - ##.##.2025-ci il tarix aralığında ümumilikdə 1 245 726,19 manat vəsait daxil olduğu qeyd edilmişdir.

II. Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 92 607,88 manat əsas borc, 18 521,58 manat cərimə borcu və 402 manat dövlət rüsumu olmaqla, cəmi 111 531,46 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## #### 2018-ci il tarixli HT***-** saylı alqı-satqı müqaviləsi əsasında e-qaimələrə əsasən cəmi 1.581.666,41 manat (ƏDV daxil) dəyərində mallar cavabdehə satılmış, 11.152,42 manat (ƏDV daxil) dəyərində mallar geri qaytarılmış və 1.477.906,11 manat (ƏDV daxil) dəyərində ödəmə edilmiş, lakin MT241010216128 (##.##.2024), MT241010216128 (##.##.2024), MT250110435267 (##.##.2025), MT250210106022 (##.##.2025), MT250210575504 (##.##.2025), MT250210791224 (##.##.2025), MT250311827580 (##.##.2025), MT250410477464 (##.##.2025), MT250410477231 (##.##.2025), MQ250910027648 (##.##.2025), MT25********** (##.##.2025), MT250611443907 (##.##.2025) e-qaimələr üzrə cəmi 92.607,88 manat (ƏDV daxil) məbləğin ödənişi edilməmişdir. Müqavilənin 5.1.-ci maddəsinə və həmin müqavilənin əlavələri olan X3 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq 92.607,88 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq cavabdeh vaxtında ödəmə etmədiyi üçün iddiaçıya 18.521,58 manat əlavə cərimə ödəməlidir. Iddiaçı tərəf hazırkı mərhələdə öz pozulmuş hüquqlarının aradan qaldırılmasının qarşısının alınmasının yeganə üsulu kimi məhkəmənin qanunvericiliyin ona verdiyi səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək imkanını qəbul edir və buna görə də yuxarıda şərh olunanları diqqətə çəkərək işin faktiki və hüquqi hallarına əsasən və MPM-in 149-150-ci maddələrinə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, cavabdeh ilə aralarında metal məmulatların alqı-satqısına dair müqavilə imzalanmışdır. Cavabdeh şirkətlə 2018-ci ildən etibarən əməkdaşlıq edirlər. Ilk zamanlar götürülən malların dəyərini ödəyirdilər. Lakin 2025-ci ildən ödəməni gecikdirməyə başladılar. 2025-ci ilin dekabr ayından etibarən qarşı tərəfin borclarını ödəmədikləri nəzərə alınaraq məhkəməyə müraciət etmişlər. Cavabdeh borcunu qəbul edir. Iş üzrə ƏDV daxil 92 607,88 manat, müqavilənin 8.4-cü maddəsinə əsasən ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 18 521,58 manat və məhkəmə xərcləri üçün ödədikləri 402 manat olmaqla cavabdehin cəmi 111 531,46 manat öhdəliyi vardır. Malı satan şirkət ƏDV-ni çıxartmalıdır. Ilk öncə topdan və ya pərakəndə şəkildə ƏDV alınır. Daha sonra isə ƏDV bəyannaməsi verərək dövlətin hesabına köçürür.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddia edilən əsas borcla, yəni təxminən 70 000 manatla razı olsalarda, həmin borca əlavə hesablanan ƏDV məbləği ilə və cərimə borcu ilə razı deyillər. Bunları nəzərə alaraq cavabdehin ümumi borcunun azaldılmasını xahiş etmişlər.

10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “X7” ASCdən 92 607,88 manat əsas borc, 3704.32 manat cərimə borcu olmaqla, cəmi 96 312,2 manat borc və ödənilmiş 347.65 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 567, 600.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnamədən narazı qalan cavabdeh “X7” ASC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iclasında da nümayəndə tərəfindən də iddia tələbində qeyd olunan pul tələbinin təxminən 70 000 manat hissəsi ilə razı olsa da qalan hissənin yəni borca əlavə hesablanan ƏDV məbləği ilə və cərimə borcu əsassız olduğunu məhkəmənin nəzərinə çatdırmışlar. Göstərilənlərə əsasən qətnamə qəbul edilərkən iddia tələbinin 70000 manata qədər hissəsi təmin olunmalı idi. Digər tərəfdən 92 607,88 manat əsas borc, 3704.32 manat cərimə borcu olmaqla, cəmi 96 312,2 manat borc təmin edilərək cavabdeh şəxs olaraq şirkətdən turularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, lakin təmin olunan məbləğin nəyin əsasında yarandığı sübut olunmamış, müvafiq məhkəmə mühasibatlıq ekspertizası təyin olunmamışdır. Ona görə də məhkəmə tələb olunan məbləğin şişirdilmiş rəqəm olması, həqiqi borc olubolması barədə müvafiq ekspertiza təyin etmədən, ekspert rəyi olmadan şəxsi mövqeyinə uyğun qiymətləndirməklə mülki işin ədalətli araşdırılması prinsipini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbini pozmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, mülki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamə qismən qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin cavabdeh tərəfindən qəbul olunan hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuş, həmin etirazda qeyd edilmişdir ki, apellyasiya şikayətində cavabdeh tərəf faktiki olaraq borcun mövcudluğunu etiraf etmiş, yalnız "ƏDV məbləği” və cərimə hissəsi ilə razılaşmadığını bildirmişdir. Lakin bu mövqe hüquqi baxımdan əsassızdır. Tərəflər arasında yaranmış hüquq münasibəti alqı-satqı müqaviləsinə əsaslanan kommersiya münasibətidir və mallar elektron qaimə-fakturalar əsasında təqdim edilmişdir. Qaimələrdə göstərilən məbləğlər "ƏDV daxil” olmaqla (ayrıca ƏDV məbləği göstərilir) rəsmiləşdirilmişdir. Cavabdeh tərəf malları qəbul etmiş, onlardan istifadə etmiş və müqavilə münasibətlərini faktiki icra etmişdir. Bu halda sonradan yalnız ƏDV hissəsinin ödənilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, əlavə dəyər vergisi haqqında AR Qanununa və AR Vergi Məcəlləsinə əsasən ƏDV malın satış qiymətinin tərkib hissəsidir və ƏDV ödəyicisi tərəfindən təqdim olunan malların dəyərinə əlavə edilir. Elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş və qarşı tərəf tərəfindən qəbul edilmiş mal üzrə ƏDV- nin ödənilməməsi yolverilməzdir və ödənilməməsi halında Vergi Orqanı tərəfindən sanksiya tətbiq edilir. Cavabdeh tərəf malları və həmin mallara aid vergi sənədlərini qəbul etdiyi halda, yalnız əsas məbləği qəbul edib ƏDV hissəsini ödəməmək hüququna malik deyildir. Apellyasiya şikayətində qeyd olunan “ƏDV ayrıca hesablanmayıb” arqumenti də əsassızdır. Çünki qaimələrdə göstərilən yekun məbləğlər ƏDV daxil olmaqla müəyyən edilmişdir və həmin sənədlər cavabdeh tərəfindən mübahisələndirilmədən qəbul edilmişdir. Eyni zamanda ƏDV ödənişləri ƏDV Depozit hesabından çıxarışda və “X5” ayrıca göstərilmişdir. Eyni zamanda cavabdehin “ekspertiza keçirilməyib" arqumenti də formal xarakter daşıyır və əsassızdır. Iş materiallarında borcun məbləğini təsdiq edən elektron qaimələr, X3, Təhvil Qəbul AKT-ları və ödəniş sənədləri mövcuddur. Borcun müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac olmadığı halda ekspertiza təyin edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. MPMin tələblərinə görə ekspertiza yalnız xüsusi bilik tələb olunan hallarda təyin edilir. Hazırkı işdə isə borc yazılı maliyyə sənədləri ilə tam təsdiq olunmuşdur. Bundan əlavə, cavabdeh tərəf birinci instansiya məhkəməsində borcun təxminən 70.000 manat hissəsini qəbul etdiyini özü etiraf etmişdir. Bu isə borc münasibətinin mövcudluğunu və öhdəliyin qəbul edildiyini bir daha təsdiq edir lakin nə üçün 70.000 manat olduğuna əsas gətirməmişdir. Cərimə hissəsinə münasibətdə də qeyd edilməlidir ki, müqavilənin 8.4-cü maddəsində gecikdirilmiş hər gün üçün 0,1% cərimə nəzərdə tutulmuşdur və tərəflər tərəfindən təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iddia edilən 18.521,58 manat cərimə məbləğini azaltmış və yalnız 3.704.32 manat hissədə təmin etmişdir. Bu isə məhkəmənin artıq Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə cavabdehin maraqlarını nəzərə aldığını göstərir. Gödtərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir.

17. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Iş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

35. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş (elektron qaiməfakturalara, malların təhvil-qəbul aktlarına əsasən), cavabdeh həmin malların bir hissəsini geri qaytarmış (elektron qaimə fakturalara əsasən), bir hissəsi üçün ödəniş etmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçıya ödənilməmiş borcu qalmışdır.

49. Işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh “X7” ASC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.

50. Işin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqısatqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsindən və cavabdeh tərəfindən iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir. Cavabdeh əlavə dəyər vergisi istisna olmaqla əsas borca aid hissədə iddianı mübahisələndirməmişdir.

51. Işin mübahisələndirilən halı isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması ilə bağlıdır.

52. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən alqı-satqı müqаviləsi iddiа tələbi üzrə cаvаbdehin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

53. Işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi göstərmişdir ki, elektron qaiməfakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini və cavabdehin borcunun qalmasını sübut etməsə də, müqavilənin şərtləri, qiymətlərin razılaşdırılması protokolları, malların təhvil-qəbul aktları və tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya 92.607,88 manat dəyərində borcunun qaldığı təsdiq olunur.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh “X7” ASCdən 92 607,88 manat əsas borc, 3704.32 manat cərimə borcu olmaqla, cəmi 96312,2 manat borc pulun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

55. Belə ki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında iddia edilən əsas borcla, yəni təxminən 70 000 manatla razı olsa da, həmin borca əlavə hesablanan ƏDV məbləği ilə və cərimə borcu ilə razı olmadıqlarını bildirmişdir. Lakin qiymətlərin razılaşdırılması prokollarından və eyni zamanda malların təhvil-qəbul aktlarından da göründüyü kimi, cavabdeh malları təhvil almış və onların ƏDV daxil olmaqla razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

56. Hüquq ədəbiyyatında ƏDV dolayı və istehlakçı tərəfindən ödənilən vergi adlanır.

57. Vergi Məcəlləsinin 164-cü maddəsində ƏDV-dən azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə cavabdeh həmin maddədə göstərilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyət növləri il məşğul olması barədə sübut təqdim etməmişdir.

58. Eyni zamanda tərəflər arasında malların və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarda ƏDV-yə “0” faiz dərəcə ilə ilə cəlb edilən, ƏDV-dən azad olunan və ƏDV-yə cəlb edilməyən əməliyyatların olması qeyd edilməmiş, ƏDV məbləği (manatla) isə göstərilmişdir.

59. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının cavabdehdən müqavilənin şərtinə əsasən 18.521,58 manat məbləğində cərimənin tutulması hissəsində qismən təmin edərək həmin hissədə cavabdehdən əsas borcun 4%-i həcmində, yəni 3704.32 manat məbləğində cərimə borcunun tutulmasını təmin etməklə düzgün nəticəyə gəlmişdir.

60. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin halları ilə bağlı düzgün araşdırma aparmamış, eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir.

61. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, yəni ekspertizanın keçirilməsi barədə vəsatətini əsaslandırmamış, hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.

62. Belə olan halda şikayətin həmin dəlilləri də əsassız hesab edilməlidir. 63 Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

64. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh “X7” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

65. Insаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

66. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Insаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

67. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar