Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1011/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1011/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1011/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Birinci iş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yüklərin daşınması xidmətinin göstərilməsi barədə müqavilə üzrə pulun tutulması” tələbinə, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli yüklərin daşınması xidmətinin göstərilməsi barədə müqavilə üzrə 18046,86 manat əsas borc, 8100 manat dəbbə pulunun və ödənilmiş 170 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli yüklərin daşınması xidmətinin göstərilməsi barədə müqavilə üzrə dəymiş zərərin əvəzi olaraq 117 700 avro, digər xərclərə görə 20300 avro olmaqla ümumilikdə 138 000 avro məbləğində (Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2026-cı il tarixə olan rəsmi məzənnəsinə əsasən 275 310 manat) pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə kommersiya mübahisəsi üzrə ##.##.1968-ci il təvəllüdlü X1 idarə etdiyi **JP*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin iştirakı ilə Gallese Bələdiyyəsi ərazisində Rio Maggiore çayı üzərində yerləşən X3 SNC körpüsündə ##.##.2026-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı səlahiyyətli dövlət qurumları tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış materialların təqdim edilməsi və iş üzrə BIO NOCCIOLA S.R.L (TIN: 01609700560) şirkətinin səlahiyyətli nümayəndəsinin ifadəsinin alınması barədə məhkəmə tapşırığının İtaliya Respublikasının aidiyyəti məhkəməsinə göndərilməsi, məhkəmə tapşırığına cavab verilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. Həmin qərardaddan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadının icraatın dayandırılması barədə hissəsinin ləğv edilməsi və iş üzrə icraata davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-nin vəsatətinə qarşı yazılı etiraz təqdim etmişdir. Belə ki, MPM-in 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda tərtib edilmiş və xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sənədlər, qanunla və ya beynəlxalq müqavilə ilə başqa qayda nəzərdə tutulmadıqda, yalnız konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra qəbul edilə bilər; Azərbaycan və İtaliya 1961-ci il tarixli Haaqa Konvensiyasının iştirakçısı olduğundan, bu, konkret olaraq apostillə yerinə yetirilməlidir. İş materiallarında olan protokol məhz bu kateqoriyaya aiddir və Cavabdeh MMC özü etiraf edir ki, sənəd nə notarial qaydada təsdiqlənib, nə apostil olunub. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; bu yükü daşıya bilməmək tələbdən azad olmaq və ya onun icrasını məhkəmənin üzərinə keçirmək üçün əsas deyil. MPM-in 78.2-ci maddəsi tərəfə yalnız müstəqil əldə edə bilmədiyi sübutların məhkəmə vasitəsilə tələb olunması hüququnu verir, lakin bu, artıq təqdim edilmiş sənədin qanunla tələb olunan rəsmiləşdirmə (leqallaşdırma/apostil) prosedurunu əvəz edə bilməz. MPM-in 456.1 və 456.4-cü maddələrinə görə məhkəmə tapşırığı institutu konkret prosessual hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulub, sübutun qanunla tələb olunan qaydada təqdim edilməməsi qüsurunu aradan qaldırmaq üçün nəzərdə tutulmayıb. Bu etiraza baxmayaraq, məhkəmə tapşırığının göndərilməsi haqqında qərar qəbul edilməklə, MPM-in 8, 9.1, 9.3 və 14.2-ci maddələrində təsbit olunmuş çəkişmə və tərəflərin bərabərliyi prinsipinə zidd olaraq, məhkəmə faktiki surətdə tərəf əvəzinə sübut toplamağa yönəlmişdir. Beləliklə, məhkəmə tapşırığının göndərilməsi haqqında qərarın özü qanuni əsasdan məhrumdur. MPM-in 255.0.6 və 256.0.2-ci maddələrinə əsasən icraatın dayandırılması isə yalnız qanuna uyğun qəbul edilmiş məhkəmə tapşırığının icrasını gözləmək üçün tətbiq oluna bilən əlavə (törəmə) tədbirdir – əsas tədbir qanunsuzdursa, ondan asılı olan icraatın dayandırılması da öz hüquqi əsasını itirir. ##.##.2026-cı il tarixli yazılı etirazda İtaliya Respublikasında ##.##.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş vermə faktını “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti etiraf etmiş, bunu “xxxx” MMC-nin icbari sığortası çərçivəsində X2 (“Green Card”) sistemi vasitəsilə artıq ödənilmiş sığorta ödənişi ilə də təsdiqləmişdir. Bu şəraitdə hadisənin baş verməsi faktı MPM-in 76.1-ci maddəsi mənasında artıq “işin düzgün həlli üçün sübut edilməsi zəruri olan hal” olmaqdan çıxmışdır. MPM-in 76.3 və 81-ci maddələrinə əsasən qanunla müəyyən sübutetmə vasitəsi ilə təsdiqlənməli olan hal başqa vasitə ilə əvəz edilə bilməz, lakin artıq mübahisəsiz, etiraf olunmuş fakt üçün bu cür sübutlama proseduruna ümumiyyətlə ehtiyac yoxdur. Deməli, iş materiallarında mübahisəsiz qalan bir fakt üçün icraatın aylarla, bəlkə də illərlə dayandırılması nə zəruri, nə də əsaslıdır. MPM-in 254-cü maddəsi icraatın dayandırılmasının məcburi, 255-ci maddəsi isə qeyri-məcburi (fakültativ) əsaslarını müəyyən edir; 255-ci maddədə qanunverici məhkəməyə icraatı dayandırmaq “hüququ verilir” ifadəsini işlətməklə bunu məhkəmənin mütləq vəzifəsi deyil, diskresiya səlahiyyəti kimi tənzimləmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # #### 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir”. MPM-in 172.1.3-cü maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlərə 4 ay müddətində baxılmalıdır, xarici dövlətin orqanlarına ünvanlanan məhkəmə tapşırığının icrası isə təcrübədə adətən aylarla, tez-tez isə bir ildən artıq davam edir. Qərardadın özündə göstərildiyi kimi, “belə bir tədbirin görülməsi işin qanunla müəyyən edilmiş ağlabatan müddətdə həllini qeyri-mümkün edəcək və mahiyyət etibarilə prosesin əsassız uzadılmasına səbəb olacaqdır ki, bu da MPM-in 9-cu maddəsində təsbit olunmuş ədalətli və operativ məhkəmə araşdırması prinsipinə ziddir”. Məhkəmənin bu mövqeyi tam əsaslıdır, lakin qərardadın nəticə hissəsində, əksinə, məhz eyni nəticəyə gətirib çıxaran qərar qəbul edilmişdir. İcraatın dayandırılması hər iki – bir-biri ilə yalnız prosessual baxımdan birləşdirilmiş, mahiyyət etibarilə isə müstəqil olan iş üzrə tətbiq edilmişdir. Halbuki İtaliya Respublikasına göndərilən məhkəmə tapşırığı yalnız ikinci (birləşdirilmiş) iş üzrə yol nəqliyyat hadisəsi ilə bağlı sübutların əldə edilməsi ilə əlaqədardır və birinci iş üzrə – yüklərin daşınması müqaviləsi üzrə pul tələbinə dair heç bir aidiyyəti yoxdur. Birinci iş üzrə sübutlar tam təqdim edilmiş və iş baxılmaya hazır vəziyyətdədir. Yuxarıda göstərilən prosessual qənaət prinsipi məhkəmədən tələb edirdi ki, diskresiya səlahiyyətini yalnız zəruri həddə həyata keçirsin və birinci iş üzrə artıq baxılmaya hazır olan tələbin araşdırılmasını uzun sürəcək xarici prosedurdan asılı etməsin. Nəticədə icraatın hər iki iş üzrə dayandırılması prosessual qənaət prinsipinə açıq-aydın zidd, qeyri-mütənasib tədbirə çevrilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e-*-*(*-**)-****/**** saylı nömrəli qərardadı şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə tapşırığının göndərilməsi barədə məhkəmənin mövqeyinə dair dəlillər irəli sürmüşdür. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(4-11) ****/**** nömrəli qərardadı məhkəmə tapşırığının göndərilməsi hissəsində mübahisələndirilə bilməyəcəyindən məhkəmə həmin dəlillərə qiymət verilməsini zəruri hesab etməmişdir. Digər tərəfdən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti özü də şikayətində məhkəmə tapşırığı üzrə nəticənin əldə edilməsinin aylarla çəkə biləcəyini bildirmişdir. Şikayətdə məhkəmə tapşırığının yalnız bir iş üzrə zəruri olduğu, digər iş üzrə icraatın davam etdirilməsinin mümkünlüyü qeyd edilsə də, göstərilməlidir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbi üzrə birinci işdə sonuncunun etirazının əsassını da ##.##.2026-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə istinadla xidmətlərin keyfiyyətsiz icra edildiyi təşkil edir. Odur ki hazırda birinci işin ayrıca icraata ayrılaraq baxılmağa davam etdirilməsi, ikinci iş üzrə icraatın dayandırılması mümkün deyildir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar