Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-925/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (daşıyıcı) ilə Cavabdeh MMC (sifarişçi) arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** nömrəli yük daşıma xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən daşıyı bu müqavilənin şərtlərin əsasən sifarişçi tərəfindən ona həvalə olunmuş yükün təyinat yerinə çatdırılması və yükün alınması üçün səlahiyyətli olan şəxsə çatdırılması, həmçinin sifarişçi ilə razılaşdırılmış digər xidmətləri öz üzərinə götürür. Həçin müqavilənin: 1.2-ci bəndinə əsasən yükün çatdırılması haqqında xidmət sifarişçi və ya onun səlahiyyəli nümayəndəsi tərəfindən yükün çatdırılması haqqında akt imzalandıqdan sonra qəbul edilmiş sayılır. 1.3-cü bəndinə əsasən sifarişçi göstərilən xidmətlər müqabilində ödənişi bu müqavilənin şərtlərinə uyğun etməyi öz üzərinə götürür. 3.2.3-cü bəndinə əsasən sifarişçi göstərilən xidmətlərə görə daşıyıcıya vaxtında ödəniş etməlidir. 4.2-ci bəndinə əsasən görülmüş iş müqabilində ödəmə, yük çatdırıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində daşıyıcıya edilir.
2. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 198,17 manat xidmət haqqı ödənilməlidir.
3. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 198,17 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
4. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 6107 manat xidmət haqqı ödənilməlidir.
5. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 6107 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
6. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 2350 manat xidmət haqqı ödənilməlidir.
7. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 2350 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
8. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3550 manat xidmət haqqı ödənilməlidir.
9. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 3550 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
10. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3097,20 manat xidmət haqqı ödənilməlidir.
11. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 3097,2 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
12. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 184,51 manat xidmət haqqı ödənilməlidir.
13. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2025-ci il tarixli akta əsasən 184,51 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
14. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 1176 manat xidmət haqqı ödənilməlidir.
15. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 1176 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
16. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3190 manat xidmət haqqı ödənilməlidir.
17. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 3190 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
18. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 1175 manat xidmət haqqı ödənilməlidir.
19. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 1175 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
20. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 6600 manat xidmət haqqı ödənilməlidir.
21. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 6600 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
22. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 1350 manat xidmət haqqı ödənilməlidir.
23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 1350 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
24. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3975 manat xidmət haqqı ödənilməlidir.
25. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 3975 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
26. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 2850 manat xidmət haqqı ödənilməlidir.
27. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 2850 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
28. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 7750 manat xidmət haqqı ödənilməlidir.
29. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 7750 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
30. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 6232,98 manat xidmət haqqı ödənilməlidir.
31. Tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 6232,98 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
32. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 2260,64 manat xidmət haqqı ödənilməlidir.
33. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 2260,64 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
34. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 4210 manat xidmət haqqı ödənilməlidir.
35. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 4210 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
36. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3150 manat xidmət haqqı ödənilməlidir.
37. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 3150 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
38. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli invoysa əsasən daşıma xidmətinə görə cavabdeh tərəfindən 3190 manat xidmət haqqı ödənilməlidir.
39. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** saylı daşınma müqaviləsinin yerinə yetirilməsi haqqında ##.##.2024-cü il tarixli akta əsasən 3190 manat məbləğində göstərilmiş xidmətlərin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur.
40. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2026-cı il tarixli pretenziya məktubu göndərilərək, ##.##.2020-ci il tarixli, ***/** saylı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəmə qaydasında borcun tutulması barədə müraciət olunacağı bildirilmişdir.
41. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, MT2512 ******** nömrəli 198,17 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2511 ******** nömrəli 6107 manat məbləğində, ##.##.2025-ci il tarixili, MT2508 ******** nömrəli 2350 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2508 ******** nömrəli 3550 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2506 ******** nömrəli 3097,20 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2410 ******** nömrəli 184,51 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli 1176 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2411 ******** nömrəli 3190 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2410 ******** nömrəli 1175 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2409 ******** nömrəli 6600 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2408 ******** nömrəli 1350 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2408 ******** nömrəli 3975 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2407 ******** nömrəli 2850 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2406 ******** nömrəli 7750 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2405 ******** nömrəli 6232,98 manat məbləğində, ##.##.2024- cü il tarixli, EBEB ****** nömrəli 4210 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBEC ****** nömrəli 2260,64 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBEB ****** nömrəli 3150 manat məbləğində, ##.##.2024-cü il tarixli, EBDW ****** nömrəli 3190 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
42. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2026-cı il tarixdə ##.##.2020-ci il tarixli, ***/** saylı müqavilə üzrə 2190 manat vəsait ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
43. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMCyə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Yük daşıma xidmətlərinin göstərilməsi üçün” ##.##.2020-ci il tarixli ***/** nömrəli müqavilə üzrə yaranmış 60.406,50 manat məbləğində əsas borcun, qanunvericiliyə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 48.325,20 manat dəbbə pulunun, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 2400 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 402 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Yük daşıma xidmətlərinin göstərilməsi üçün” ##.##.2020-ci il tarixli ***/** nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “xxxx” MMC “Daşıyıcı”, cavabdeh Cavabdeh MMC isə “Sifarişçi” qismində çıxış edir. İddiaçı “xxxx” MMC həmin müqavilə çərçivəsində cavabdeh “xxxx" MMC-nin müvafiq sifariş(lər)inə uyğun olaraq, müvafiq yerli və beynəlxalq yük daşımalarını, habelə müqavilə ilə nəzərdə tutulan digər xidmətləri/işləri yerinə yetirmiş və cavabdehə təhvil vermişdir. Cavabdeh tərəfindən xidmətlər/işlər qəbul edilərkən yoxlanılmış, keyfiyyət və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı xidmətləri göstərərkən öhdəliklərini vicdanla yerinə yetirmiş və xidmətləri tam həcmdə cavabdehə təhvil vermişdir. Müqavilənin şərtlərinə görə, cavabdeh Cavabdeh MMC tərəfindən ödəmə (görülmüş iş müqabilində), yük çatdırıldığı tarixdən etibarən 30 təqvim günü ərzində iddiaçı “xxxx” MMC-yə ödənilməli idi. Elektron qaimə-fakturalara və görülmüş işlər haqqında aktlara nəzər yetirdikdə məlum olur ki, iddiaçı “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək ümumi dəyəri 62.596,50 manat dəyərində xidmətlər cavabdeh Cavabdeh MMC-yə göstərilmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərə nəzər yetirdikdə məlum olur ki, alınmış xidmətlər müqabilində 2190 manat məbləğində pul vəsaiti həqiqətən də, iddiaçı “xxxx” MMC-yə ödənilmişdir. Lakin qalan məbləği təşkil edən 60.406,50 manat məbləğində pul vəsaitinin bugünədək cavabdeh Cavabdeh MMC tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən, müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 faizi həcmində, lakin muzdun 80 faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir. Qeyd olunan Qanunun ## ###### 2025-ci il tarixdən qüvvəyə minməsini və həmin tarixdən bugünədək 3 təqvim ayının keçməsini nəzərə alaraq (90 gün), borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun (peniya) məbləği muzdun 80% (maksimal hədd) təşkil edir. Belə ki, dəbbə pulunu hesabladıqda: 60.406,50 manat (ödənişin gecikdirildiyi məbləğ) x 80 % (maksimal dəbbə pulu) = 48.325,20 manat müəyyən etmiş oluruq. Həmin məbləği əsas borcla birlikdə hesabladıqda: 60.406,50 + 48.325,20 = 108.731,70 manat məbləğində iddiaçının pul tələbinin olduğu müəyyən olunur. Bundan əlavə, iddiaçı “xxxx” MMC tərəfindən məhkəmədə hüquqlarının müdafiə olunması və hüquqi xidmətlərin göstərilməsi məqsədilə 2400 manat xərc çəkilmişdir. Hesab edir ki, həmin məbləğ də, cavabdeh Cavabdeh MMC-dən tutularaq, iddiaçıya ödənilməlidir. Tərəflərindən cavabdeh Cavabdeh MMC-yə dəfələrlə sözügedən məbləğin ödənilməsi ilə bağlı yazılı və şifahi xəbərdarlıqların olunmasına baxmayaraq, sonuncu həmin məbləği tam həcmdə ödəməkdən boyun qaçırmışdır. Cavabdeh Cavabdeh MMC-yə ## #### 2026-cı il tarixində pretenziya məktubu ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, borcun 3 iş günü müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, sözügedən borc məbləğinin ödənilməsi bugünədək cavabdeh tərəfindən təmin edilməmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Daşıyıcı bu Müqavilənin şərtlərinə əsasən “Sifarişçi” tərəfindən ona həvalə olunmuş yükün təyinat yerin çatdırılması və yükün alınması üçün səlahiyyətli olan şəxsə çatdırılmasına, həmçinin Sifarişçi ilə razılaşdırılmış digər xidmətləri göstərməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində əsasən, Sifarişçi göstərilən xidmətlər müqabilində ödənişi bu Müqavilənin şərtlərinə uyğun etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.2.3-cü bəndinə əsasən, Sifarişçi göstərilən xidmətlərə görə Daşıyıcıya vaxtında ödəniş etmək məsuliyyətindədir. Müqavilənin 4.2-ci bəndinə əsasən, görülmüş iş müqabilində ödəmə, yük çatdırıldığı tarixdən etibarən 30 təqvim günü ərzində Daşıyıcıya ödənilməli idi.
45. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425, 442, 445, 448, 462.1, 462.3-cü maddələri göstərilmişdir.
46. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 60406,50 manat əsas borc, 3000 manat dəbbə pulu, 2400 manat hüquqi yardıma görə xərc, 280 manat dövlət rüsumu, ümumilikdə 66086,50 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 126 manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
47. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2020-ci il tarixli, ***/** saylı yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yükdaşınma xidmətləri göstərilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmiş, lakin həmin xidmətlərə görə yaranmış 60406,50 manat əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddiaçı tərəfindən öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən hesablanmış 48325,2 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Adıçəkilən həmin Qanunun 26.1ci maddəsinə görə müştərinin nəqliyyatekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan xərcləri ödəməkdən əsassız olaraq imtina etdiyi sübut edildikdə, müştəri ekspeditora qeyd edilən xərclərlə yanaşı, həmin xərclərin 10 (on) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Həmin qanunun 26.2-ci maddəsinə görə müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 faizi həcmində, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda ekspeditora muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün dəbbə pulu ödənilməli olması müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 2400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən 2400 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünüb ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli, MMTP***/** nömrəli tələb olunan borc üçün prosessual hərəkətlərin edilməsi və hüquqi sənədlərin hazırlanması ilə bağlı tapşırıq müqaviləsi üzrə 2400 manat hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia qismən təmin olunduğundan 280 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 126 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 462, 464.1, 467, 850.1, 852.1, 852.4cü maddələrinə
48. istinadla əsaslandırmışdır.
49. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək qətnamənin aşağıdakı hissələrdə dəyişdirilməsini: a) Əsas borc hissəsində — şikayətçinin 2026-cı ildə ödədiyi 4.000 manat məbləğ nəzərə alınmaqla, tutulmalı əsas borc məbləğinin 56.406,50 manat müəyyən edilməsi; b) Dəbbə puluna dair hissədə — 3.000 manat dəbbə pulunun tutulmasına dair hissənin ləğv edilməsi və iddianın bu hissəsinin rədd edilməsi; c) Hüquqi yardım xərcinə dair hissədə — 2.400 manat məbləğin tutulmasına dair hissənin ləğv edilməsi, bunun mümkün hesab edilmədiyi təqdirdə isə həmin məbləğin MPM-in 119.1 və 121.1-ci maddələrinə uyğun olaraq təmin edilmiş tələblərə mütənasib şəkildə azaldılması; d) Dövlət rüsumunun bölgüsünə dair hissədə — cavabdehdən tutulan rüsum məbləğinin təmin edilən yekun tələbə mütənasib şəkildə yenidən hesablanması. 2. Qətnamənin qalan hissəsinin (əsas borcun mövcudluğuna dair) qüvvədə saxlanılması. 3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən, qətnamə üzrə müəyyən ediləcək yekun borc məbləğinin icrasının hissə-hissə — bərabər aylıq ödənişlərlə 2027-ci ilin sonunadək ödənilməsi qaydasında — müəyyən edilməsi, bunun mümkün hesab edilmədiyi təqdirdə isə icraya möhlət verilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəbbə pulu MM-in 462.1-ci maddəsinə görə yalnız qanun və ya müqavilə ilə müəyyənləşdirilə bilər. ***/** nömrəli müqavilədə dəbbə pulu şərti yoxdur. Tərəflər arasındakı münasibət MM-in 850.1-ci maddəsi üzrə yük daşınması müqaviləsidir (bunu məhkəmə özü qətnamənin 54 və 57-ci bəndlərində təsbit edib), MM-in 852.1-ci maddəsi üzrə ekspedisiya münasibəti deyil, çünki iddiaçı üçüncü şəxslər vasitəsilə deyil, özü daşımanı yerinə yetirib. Ekspeditora aid xüsusi qanunun (Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanunun 26.2-ci maddəsi) daşıyıcıya tətbiqi üçün hüquqi əsas yoxdur. Hüquqi vəziyyəti pisləşdirən normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilmir. Tətbiq edilmiş dəbbə pulu norması ##.##.2025-ci ildə qüvvəyə minib, halbuki borc yaradan öhdəliklər ##.##.2024–##.##.2025-ci illərdə, yəni normadan əvvəl yaranıb (qətnamənin 51-ci bəndi) Məhkəmə cavabdehin iddiaçıya etdiyi bütün ödənişləri tam araşdırmamışdır. Cavabdeh tərəfindən 2026-cı ildə Express Bank vasitəsilə 4.000 AZN məbləğində ödəniş edilmiş, lakin bu ödəniş qətnamədə əks olunmamış və əsas borcdan çıxılmamışdır. Qətnamənin 52-ci bəndində yalnız ##.##.2026-cı il tarixli 2.190 AZN məbləğində ödəniş qeyd edilmişdir. Bundan əlavə, tərəflər arasında 5 ildən artıq davam edən, təqribən 146.000 manat ümumi dövriyyəli əməkdaşlıq münasibətləri və təqribən 90000 AZN məbləğində müntəzəm ödənişləri qətnamədə lazımınca qiymətləndirilməmişdir. Bu hallar cavabdehin öhdəlikdən qərəzli yayınma niyyətinin olmadığını göstərir. Dəbbə pulu yalnız ekspeditorlara şamil olunan "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Qanunun 26.2-ci maddəsi ilə tutulmuşdur, halbuki bu qanunun ekspeditor statusuna aid şərtinin mövcudluğu sübuta yetirilməmişdir. Qətnamədə daxili ziddiyyət vardır: 54 və 57-ci bəndlərdə münasibətlər Mülki Məcəllənin 850.1-ci maddəsi üzrə yük daşınması müqaviləsi kimi tövsif edilmiş, 59-64cü bəndlərdə isə dəbbə pulu yalnız nəqliyyat-ekspedisiya müqavilələrinə tətbiq olunan xüsusi qanunla tutulmuşdur. Yük daşınması müqaviləsində dəbbə pulu nə müqavilə ilə (***/** nömrəli müqavilədə belə şərt yoxdur), nə də tətbiq edilə bilən qanunla nəzərdə tutulmadığından, MMin 462.1 və 464.1-ci maddələrinə əsasən dəbbə pulunun hüquqi əsası mövcud deyildir. Əlavə olaraq, tətbiq edilmiş qanun normasının ##.##.2025-ci ildə qüvvəyə mindiyi halda, borcu yaradan öhdəliklər ##.##.2024–##.##.2025-ci illərdə yaranmışdır ki, bu da Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə ziddir. Həmçinin hüquqi yardım xərci MPM-in 119.1-ci maddəsinə zidd olaraq mütənasiblik tətbiq edilmədən tam tutulmuşdur — halbuki eyni qətnamədə dövlət rüsumu mütənasib bölünmüşdür (bənd 72). Apellyasiya instansiyasına yeni sübut kimi 2026-cı ildə edilmiş 4.000 AZN məbləğində ödənişi təsdiq edən bank sənədi təqdim edilir.). Ödəniş iddiaçı tərəfindən qəbul edilmiş və geri qaytarılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
51. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinə nəzər yetirdikdə görünür ki, a) Əsas borc hissəsində — şikayətçinin 2026-cı ildə ödədiyi 4.000 AZN məbləğ nəzərə alınmaqla, tutulmalı əsas borc məbləğinin 56.406,50 AZN müəyyən edilməsi; b) Dəbbə puluna dair hissədə — 3.000 AZN dəbbə pulunun tutulmasına dair hissənin ləğv edilməsi və iddianın bu hissəsinin rədd edilməsi; c) Hüquqi yardım xərcinə dair hissədə — 2.400 AZN məbləğin tutulmasına dair hissənin ləğv edilməsi, bunun mümkün hesab edilmədiyi təqdirdə isə həmin məbləğin MPM-in 119.1 və 121.1-ci maddələrinə uyğun olaraq təmin edilmiş tələblərə mütənasib şəkildə azaldılması; d) Dövlət rüsumunun bölgüsünə dair hissədə — cavabdehdən tutulan rüsum məbləğinin təmin edilən yekun tələbə mütənasib şəkildə yenidən hesablanması tələb edilir. Apellyasiya şikayətinin məzmunnudan göründüyü kimi, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə deyil, müəyyən hissələrdə mübahisələndirilir və həmin hissələrə münasibətdə dəyişdirilməsi tələb olunur. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti və onun əsaslarına dair aşağıdakıları dəlillərimizi hörmətli məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik: 1 ) Cavabdeh qeyd edir ki, tərəfindən 4.000 AZN məbləğində ödəniş edilmiş, lakin həmin məbləğ birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də təqdim etdiyi apellyasiya şikayəti ilə birlikdə sözügedən ödənişi təsdiq edən sübutu (ödəniş tapşırığı, qəbz və s.) təqdim etməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində işin hazırlıq iclası 3 dəfə təxirə salınmış və bu iclasların hər hansı birində cavabdeh nə iştirak etmiş, nə də həmin sübutu təqdim etməmişdir. Halbuki, cavabdehin bunun üçün kifayət qədər imkanı mövcud olmuşdur. 2) Cavabdeh qət edilmiş 3.000 AZN məbləğində dəbbə pulu ilə razılaşmayaraq, iddianın həmin hissədə rədd olunmasını tələb edir. Cavabdeh həmin hissədə şikayətini bununla əsaslandırır ki, “Tərəflər arasındakı münasibət MM-in 850.1-ci maddəsi üzrə yük daşınması müqaviləsidir (bunu məhkəmə özü qətnamənin 54 və 57-ci bəndlərində təsbit edib, MM-in 852.1-ci maddəsi üzrə ekspedisiya münasibəti deyil, çünki iddiaçı üçüncü şəxslər vasitəsilə deyil, özü daşımanı yerinə yetirib. Ekspeditora aid xüsusi qanunun (Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanunun 26.2-ci maddəsi daşıyıcıya tətbiqi üçün hüquqi əsas yoxdur.” Qeyd etmək istəyir ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci maddəsində konkret olaraq göstərilmişdir ki, nəqliyyatekspedisiya fəaliyyəti – yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Bundan əlavə, həmin Qanunun 3.1-ci maddəsində göstərilmişdir ki, bu Qanun yüklərin ölkədaxili və beynəlxalq daşımaları ilə bağlı nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsi zamanı həmin fəaliyyətin iştirakçıları arasında yaranan münasibətlərə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsində isə Qanunun müddəalarının şamil olunmadığı münasibətlərin konkret dairəsi göstərilmişdir. Beləliklə, cavabdehin qeyd etdiyi dəlillərin əsassızlığı qanun normaları ilə konkret müəyyən olunur. Cavabdehin həmin Qanunun sonradan qəbul olunması və onun müddəalarının əvvəllər yaranmış münasibətlərə şamil edilməsinin yolverilməzliyi ilə bağlı əsasları ilə əlaqədar isə məhkəmənin nəzərinə çatdırır ki, sözügedən Qanunun müddəaları qəbul olunmasından əvvəlki tarixə deyil, qəbul edilməsindən sonrakı tarixə tətbiq olunaraq dəbbə pulu hesablanmışdır. Belə ki, Qanunun qəbul olunduğu ##.##.2025-ci il tarixindən sonra da cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmaqda davam etmiş (göstərilmiş xidmətlərə görə müəyyən olunmuş pul məbləğini ödəməmiş) və qanunun tələblərinə müvafiq olaraq, öhdəliklərini icra etmədiyi hər gün üçün dəbbə pulu hesablanmışdır. Sözügedən Qanun normalarının onun qəbul olunmasından sonrakı tarixlərdə cavabdehə münasibətdə tətbiq olunmaması üçün hər hansı əsas mövcud deyil. Qeyd olunanlarla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 467-ci maddəsini nəzərə alaraq, iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun miqdarını əhəmiyyətli dərəcədə cavabdehin xeyrinə azaldaraq, qanunun tələblərinə müvafiq olaraq hesablanmış 48.325,20 AZN məbləğindən cəmi 3.000 AZN hissəsini təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin ağır maddi öhdəliklərlə üzləşməsinin qarşısını almaq üçün qanunun yol verdiyi hədlərdə maksimum dərəcədə cavabehi nəzərə alsa da, cavabdeh həmin diqqətəlayiq halı nəzərə almadan, təyin olunmuş dəbbə pulu məbləğinin ləğv olunmasını tələb edir. 3) Hüquqi yardıma dair hissədə cavabdehin şikayətinə münasibətdə qeyd etmək istəyir ki, birincisi həmin hissədə şikayətin mahiyyəti dəqiq göstərilməmişdir. İkincisi, cavabdeh qətnamənin sözügedən xərclərin tutulmasına dair hissədə ləğv edilməli və ya dəyişdirilməli olduğunu və birinci instansiya məhkəməsi tərəfindən bu hissədə yanlış qənaətə gəlindiyini hər hansı dəlillə əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı “xxxx” MMC hüquqi xidmətlər göstərilməsi ilə bağlı tapşırıq müqaviləsi bağlayıb, müqaviləyə əsasən ödəniş həyata keçirib və həmin xidmətləri əldə edib. Bundan əlavə, həmin müqavilənin qiyməti işin həcminə və borc məbləğinin miqdarına münasibətdə ağlabatan şəkildə və real bazar qiymətlərinə müvafiq olaraq müəyyən edilmişdir. Analoji işlər üzrə bağlanan hüquqi yardıma dair müqavilələrin dəyərinə nəzər yetirdikdə, həmin məbləğlərin daha yüksək olduğunun şahidi olmaq mümkündür. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin sözügedən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. 4) Cavabdehin dövlət rüsumu məbləğinin də dəyişdirilirək yenidən hesablanması tələbini əsassız hesab edirik, çünki həmin məbləğ qanunun tələbinə müvafiq olaraq düzgün hesablanmış və dəyişdirilməsinə hər hansı əsas mövcud deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
52. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
53. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
54. Mülki Məcəllənin: -7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. -850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-cü maddəsinə əsasən espeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
55. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
56. “Nəqliyyat-Ekspedisiya fəaliyyəti haqqında” ## ###### 2025-ci il tarixli AR Qanununun :
57. -1.1.1-ci maddəsinə əsasən daşıyıcı – yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar; -1.1.2-ci maddəsinə əsasən ekspeditor – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkar; -26.2-ci maddəsinə görə müştəri ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya saat (müddət saatlarla göstərilirsə) üçün həmin muzdun 3 (üç) faizi həcmində, lakin muzdun 80 (səksən) faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir. Apellyasiya baxışının hədləri:
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni qismən -4000 manat məbləğində əsas borc, 3000 manat dəbbə pulu, 2400 manat hüquqi yardıma görə xərcin təmin edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı məhz həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- dəbbə pulunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, əsas borc, məhkəmə xərcləri və ümumilikdə tutulacaq məbləğ hissəsində qətnamə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC (daşıyıcı) ilə cavabdeh Cavabdeh MMC (sifarişçi) arasında imzalanmış ##.##.2020-ci il tarixli, ***/** nömrəli yük daşıma xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı bu müqavilənin şərtlərin əsasən sifarişçi tərəfindən ona həvalə olunmuş yükün təyinat yerinə çatdırılması və yükün alınması üçün səlahiyyətli olan şəxsə çatdırılması, həmçinin sifarişçi ilə razılaşdırılmış digər xidmətləri öz üzərinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il-##.##.2025-ci il arixləri arası dövrdə yükdaşıma xidmətləri göstərilmiş, bununla bağlı cavabdehə elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən daşınmaya görə haqq tam şəkildə ödənilməmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə göstərilmiş yükdaşıma xidmətlərə görə 60.406,50 manat məbləğində əsas borcun, qanunvericiliyə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 48.325,20 manat dəbbə pulunun, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 2400 manat hüquqi xidmət xərclərinin tutulmasını tələb edir.
63. İşə mübahisələndirilən hallar konktekstində baxan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətində cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən tərəfindən əsas borcdan 4000 manat məbləğində ödəniş edilməsinin nəzərə alınmasını və ondan tutulacaq əsas borcun 56.406,5 manat məbləğində müəyyən edilməsini xahiş edir.
64. Kollegiya cavabdehin ##.##.2026-cı ildə iddiaçıya mübahisəli müqaviləyə istinad etməklə 4000 manat məbləğində ödəniş etməsini təsdiq edən ödəniş tapşırığını iş materiallarına əlavə etdiyini nəzərə alaraq sözügedən dəlilləri əsaslı hesab edir və belə qənaətə gəlir ki, əsas borcun tutulması hissəsində qətnamə dəyişdirilməli və Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulacaq əsas borc 56.406,5 manat məbləğində müəyyən edilməlidir.
65. Dəbbə pulunun tutulması tələbinə dair iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış yükdaşınma müqaviləsində sifarişçi tərəfindən ödənişin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. İddiaçı dəbbə pulu tələbinin hüquqi əsası kimi “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” AR Qanununun 26.2-ci maddəsinə istinad etmişdir.
66. Bununla bağlı kollegiya qeyd edir ki, birincisi, istinad edilən maddə ekspeditora nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş muzdun vaxtında ödənilməməsinə görə qanun əsasında dəbbə pulunun tutulmalı olmasını nəzərdə tutur. Hazırkı halda daşınma müqaviləsində həmin müqavilənin yükdaşıma xidmətləri ilə yanaşı “digər xidmətləri” də əhatə etməsi göstərilsə də, hazırkı halda tələb olunan borcun yükdaşıma xidmətlərinə görə deyil, nəqliyyat-ekspedisiya xidmətlərinə görə yarandığı, yəni cavabdehin mübahisəli hüquq münasibətlərində məhz ekspeditor qismində iştirak etdiyi iş materiallarına əsasən müəyyən edilmir.
67. Digər tərəfdən o da vurğulanmalıdır ki, Mülki Məcəllənin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7-ci maddəsinə müvafiq olaraq, Konstitusiyanın 149cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə şamil edilir.
68. Hazırkı halda kollegiya qeyd edir ki, mübahisəli müqavilə ##.##.2020-ci il tarixdə bağlanmışdır. Bundan əlavə müqavilə üzrə hazırda ödənilməsi tələb edilən xidmətlər isə 2024cü ilin yanvar - 2025-ci ilin dekabr ayları (sonuncu qaimə 04 dekabr tarixlidir) arasında dövrü əhatə etdiyindən iddiaçının dəbbə pulu tələb etmək hüququnun yaranması üçün əsas verən hüquqi fakt, yəni mübahisəli müqavilə üzrə dyükdaşımaya görə muzdu ödəmək öhdəliyinin pozulması da “Nəqliyyat Ekspedisiyası haqqında” AR Qanunu qüvvəyə minənədək baş vermişdir. Odur ki, sözügedən öhdəlik hüquq münasibətlərinə istinad edilən qanunun tətbiqi Mülki Məcəllənin 7.1-ci və MPM-in 217.2-ci maddələrinin tələbləri baxımından yolverilməzdir. Odur ki, dəbbə pulunun tutulması hissəsində qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
69. Vəkil xərclərinə dair apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, vəkil xərclərinin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş məbləğ ağlabatan olmaqla həmin məbləğin azaldılması üçün əsasların mövcudluğu müəyyən edilmir.
70. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində və ümumilikdə tutulacaq məbləğ hissəsində dəyişdirilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlər rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 210 manat məbləğində müəyyən edilməlidir.
71. Apellyasiya şikayəti iddia qismən təmin edildiyindən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilməlidir.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi qismən - dəbbə pulunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Əsas borcun tutulması, məhkəmə xərclərinin bölüşdürülməsi və ümumilikdə tutulacaq məbləğ hissələrində qətnamə dəyişdirilsin. Cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulacaq əsas borc 56.406,50 manat, dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ isə 210 manat məbləğində, ümumilikdı tutulacaq məbləğ isə59.016,5 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova