Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1049/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “elektron qaimələrin ləğv edilməsi və dəyişdirilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin yolverilməzliyi) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “elektron qaimələrin ləğv edilməsi və dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh "Cavabdeh"nə göndərilmiş ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** saylı (211834,6 manat) və ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** saylı (82152,17 manat) elektron qaimə-fakturalar ləğv edilməli, əlavə olaraq ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** saylı (425617,82 manat borc) və ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı (30298,85 manat borc) elektron qaimə-fakturanın 425617,82 manat həcmində və ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı elektron qaimə-fakturanın 30298,85 manat həcmində azaldılmaqla dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “elektron qaimələrin ləğv edilməsi və dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qərara alınmışdır.
3. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunaraq, cavabdeh “Cavabdeh”nə göndərilmiş ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** saylı (211834,6 manat) və ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** saylı (82152,17 manat) elektron qaimə-fakturalar ləğv edilməli, əlavə olaraq ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** saylı elektron qaimə-fakturanın 425617,82 manat həcmində və ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı elektron qaiməfakturanın 30298,85 manat həcmində azaldılmaqla dəyişdirilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh” (sifarişçi) ilə iddiaçı İddiaçı MMC (icraçı) arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə əsasında icraçı tərəfindən sifarişçiyə ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** saylı (211834,6 manat) və ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** saylı (82152,17 manat) elektron qaimə-fakturalar göndərilmişdir. Lakin, sözügedən elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilməmişdir. Bundan başqa, İddiaçı MMC tərəfindən “Cavabdeh”nə ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** saylı (425617,82 manat borc) və ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı (30298,85 manat borc) elektron qaimə-fakturalar göndərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə isə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** saylı elektron qaimə-faktura üzrə 425617,82 manat, ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı elektron qaiməfaktura üzrə isə 30298,85 manat həcmində ödənməmiş borc qalmışdır. Sadalanan bütün qaimələr üzrə iddiaçının cavabdehdən heç bir ödəniş tələbi yoxdur. Məcəllənin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.1-ci maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarınımüəyyən edir. 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.18-ci bəndinə əsasən elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın təsdiq edilməsi barədə ## #### 2017-ci il tarixli ** nömrəli qərarına əsasən elektron qaiməfakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır və elektron qaimə-faktura ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Həmin Qaydaların 3.9-cu maddəsinə əsasən elektron qaimə-fakturanın (həmin Qaydaların 2.2.10cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaiməfakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Həmin Qaydaların 3.10-cü maddəsinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (həmin Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə fakturaya münasibətdə ləğv edilməsi təsdiq edildikdən) sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən (həmin Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir. Bir sözlə sözügedən elektron qaimə-fakturalar əhəmiyyətsiz olsa da, qüvvədə olduğu müddətdə iddiaçının vergi yükünün azalması qeyrimümkündür. Məhkəmə tərəfindən elektron qaimə-fakturaya hüquqi status verilməsə də, sadalanan qanunvericilik normalardan da göründüyü kimi, elektron qaimə-faktura hüquqi statusa malik bir sənəddir və istər tərəflər arasında, istərsə də vergi orqanı üçün nəticələr yaradan mühüm sənəddir. Hazırda iddiaçının sözügedən elektron qaimə-fakturaların ləğv edilməsi və dəyişdirilməsi üçün başqa heç bir qanuni çıxış yolu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iddia ərizəsinin qəbulundan imtina edilmə ilə bağlı qərardadda heç bir əsaslandırma və hüquqi mövqe öz əksini tapmamışdır.Lakin, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı MMC tərəfindən “Cavabdeh”nə göndərilmiş ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** saylı (211834,6 manat) və ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** saylı (82152,17 manat) elektron qaimə-fakturalar ləğv edilməli, əlavə olaraq ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** saylı (425617,82 manat borc) və ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** saylı (30298,85 manat borc) elektron qaimə-fakturalar isə qalan ödənilməmiş borc məbləği çıxılmaqla dəyişdirilməlidir. Məhkəmə tərəfindən elektron qaiməfakturaya hüquqi status verilməsə də, sadalanan qanunvericilik normalardan da göründüyü kimi, elektron qaimə-faktura hüquqi statusa malik bir sənəddir və istər tərəflər arasında, istərsə də vergi orqanı üçün nəticələr yaradan mühüm sənəddir. Hazırda iddiaçının sözügedən elektron qaimə-fakturaların ləğv edilməsi və dəyişdirilməsi üçün başqa heç bir qanunu çıxış yolu yoxdur. Məhkəmə prosesi zamanı zəruri araşdırma həyata keçirilmədən qərardad çıxarılmışdır. Sözügedən iddia tələbinə dair ərizə təqdim olunarkən iş üzrə bütün sübutlar əlavə olunsa da, məhkəmə qərardadında bu xüsusatlara qiymət verilməmişdir. Bu da işə qərəzli baxılmasının təzahürüdür.
5. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
7. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
8. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
9. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
10. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək
Məhkəmənin mövqeyi
11. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
12. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Ilk növbədə qeyd edilməlidir ki, məhkəmə müdafiəsinin həyata keçirilməsi üçün şəxsin məhz məhkəmə tərəfindən qorunmalı və ya bərpa edilməli olan konkret subyektiv hüququnun və ya qanunla qorunan mənafelərinin mövcud olması zəruridir. Məhkəmə icraatının məqsədi hüquqi nəticə doğuran və şəxsin hüquq və mənafelərinə təsir edən mübahisələrin həll edilməsindən ibarətdir. Bu baxımdan, məhkəməyə müraciət edən şəxsin tələb etdiyi müdafiə vasitəsinin mübahisəli münasibətə adekvat olması və həmin vasitənin tətbiqi nəticəsində onun hüquqi vəziyyətində dəyişiklik yaranması mühüm əhəmiyyət kəsb edir.
14. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsi və elektron qaiməfakturanın tətbiqini tənzimləyən normativ hüquqi aktlara əsasən elektron qaimə-faktura vergi uçotu və ilkin uçot baxımından əhəmiyyətli sənəddir. Lakin elektron qaimə-fakturanın ilkin uçot sənədi kimi hüquqi və vergi əhəmiyyətinə malik olması onun tərəflərin mülki hüquq və öhdəliklərini öz-özlüyündə yaradan, dəyişdirən və ya xitam verən hüquqi akt və ya əqd olması nəticəsini doğurmur.
15. Belə ki, elektron qaimə-faktura malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı uçot və vergi məqsədləri üçün məlumatları əks etdirən sənəd olmaqla, tərəflər arasında mövcud olan əsas hüquqi münasibətin, o cümlədən müqavilə münasibətinin nəticələrini rəsmiləşdirən və uçota alan sənəd xarakteri daşıyır.
16. Beləliklə, hazırkı iddia ərizəsində tələb olunan müdafiə üsulu iddiaçının hər hansı konkret pozulmuş və ya pozulması real təhlükə altında olan subyektiv hüququnun bərpasına yönəlmədiyindən, elektron qaimə-fakturaların ləğv və dəyişdirilməsi müstəqil iddia predmeti kimi çıxış edə bilməz. Buna görə də birinci instansiya məhkəməsinin iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina etməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.