Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1071/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1071/2026

24.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1071/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İddiaçı-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş ##.##.2026-cı il tarixdə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadını ləğv edib, iddiaçı İddiaçı-nin cavabdeh “xxxx” MMCyə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi imzalanmışdır. İddia ərizəsini imzalayan nümayəndənin xidməti vəziyyəti göstərilmişdir. Nümayəndənin səlahiyyətsiz olması isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin mövqeyi faktiki olaraq bundan ibarətdir ki, nümayəndənin səlahiyyətinin mövcudluğunu təsdiq edən məlumat məhkəmə tərəfindən hazırkı mərhələdə yoxlanıla bilməmişdir. Lakin prosessual qanunvericilikdə “səlahiyyətin yoxlanılmasının mümkün olmaması” iddianın geri qaytarılmasına əsas kimi müəyyən edilməmişdir. Məhkəmə prosessual normanın dispozisiyasında nəzərdə tutulmayan əlavə bir geri qaytarma əsası yaratmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Bu isə prosessual qanunvericiliyin normalarına uyğun deyildir. Məhkəmə müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli etibarnamə İddiaçı-nin direktoru kimi Yaqub Kəlbəliyev tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Beləliklə, məhkəməyə təqdim edilmiş etibarnamənin zahiri forması sözügedən prosessual qanunvericiliyin hüquqi şəxs adından etibarnaməyə dair müəyyən etdiyi tələblərlə uzlaşır. Burada xüsusilə vurğulanmalıdır ki, AR MPM-in 73.4-cü maddəsi etibarnamənin mütləq notariat qaydasında təsdiq edilməsini və ya xarici hüquqi şəxsin direktorunun imzasına apostil vurulmasını tələb etmir. Ona görə də məhkəmənin etibarnamənin apostillə təsdiqlənməməsini faktiki olaraq iddianın geri qaytarılması üçün əsas kimi qəbul etməsi MPM-in 73.4 və 152.1.2-ci maddələrinin məzmununa uyğun deyildir. Məhkəmə qərardadda Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının 1961-ci il # ####### tarixli Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən konvensiyanın iştirakçıları olduğunu qeyd etmiş və konvensiyanın 3 və 4-cü maddələrinə istinad etmişdir. Lakin konvensiyanın tətbiqinin özü hələ konkret sənədin apostillə təsdiq edilməsinin zəruri olduğu nəticəsini yaratmır. Konvensiyanın əsas predmeti iştirakçı dövlətlərdə istifadə ediləcək xarici dövlətin rəsmi sənədlərinin leqallaşdırılması formasını müəyyən etməkdir. Hazırkı etibarnamənin isə hüquqi xarakteri ayrıca müəyyən edilməlidir. Sənəd hüquqi şəxsin direktorunun həmin hüquqi şəxsin adından nümayəndəyə verdiyi səlahiyyət sənədidir. Məhkəmə etibarnamənin hansı hüquqi norma əsasında mütləq apostillənməli olduğunu ayrıca və konkret şəkildə əsaslandırmamışdır. Qərardadda yalnız konvensiyanın 3 və 4-cü maddələrinin məzmunu verilməklə kifayətlənilmiş, lakin həmin normaların konkret olaraq iş materiallarına əlavə edilmiş etibarnaməyə nə üçün tətbiq edilməli olduğu əsaslandırılmamışdır. Məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə istinad etmişdir. Həmin normanın məzmununa əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Ali Məhkəmənin xarici elementli kommersiya mübahisələri ilə bağlı Plenum qərarında da etibarnamənin formasına münasibətdə məhz “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsinə istinad edilmişdir. Deməli, məhkəmə yalnız konvensiyanın mövcudluğunu qeyd etməklə kifayətlənməməli, konkret etibarnamənin hüquqi təbiətini, onun verilmə formasını və AR MPM-in 73.4-cü maddəsinin tələblərinə uyğunluğunu qiymətləndirməli idi. Həmçinin məhkəmə İddiaçı-nin ümumiyyətlə mövcud olması və hüquq qabiliyyətinin yoxlanılmasının hazırkı halda mümkün olmadığını göstərmişdir. Hesab edirəm ki, məhkəmənin bu cür yanaşması da əsaslı deyildir. Xarici hüquqi şəxsin mövcudluğunun və fəaliyyət göstərməsinin müəyyən edilməsi sübutlarla təsdiq oluna bilən haldır. Ali Məhkəmənin ## ###### 2023-cü il tarixli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 1.6-cı bəndində xarici hüquqi şəxsin dövlət reyestrindən çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında onun qeydiyyata alındığı ölkədə mövcudluğunun və fəaliyyət göstərməsinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin bu qaydanın məqsədi xarici hüquqi şəxsin məhkəməyə çıxışını mümkünsüz etmək deyil, onun hüquqi statusunun müəyyən edilməsini təmin etməkdir. Əgər məhkəmə təqdim edilmiş sənədlərin hüquqi şəxsin statusunun müəyyən edilməsi üçün kifayət etmədiyini hesab edirdisə, bunu konkret olaraq göstərməli və prosessual qanunvericiliyin həmin çatışmazlığı aradan qaldırmaq üçün nəzərdə tutduğu mexanizmdən istifadə etməli idi. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarının: 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. 4.7-ci bəndinə görə Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi). Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il # ####### tarixli Konvensiyanın: Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatmı və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). 3-cü maddəsində qeyd olunur ki, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. Xarici rəsmi sənədlərin leqallaşdırılmasi tələbini ləğv edən, 1961-ci il tarixli Haaqa Konvensiyasının iştirakçısı olan dövlətlərin siyahısı:3.Azərbaycan 36. Gürcüstan Hüquqi dəyərləndirmə və arqumentasiya: Kollegiya qeyd edir ki, hazırkı halda iddia ərizəsi, habelə iddia ərizəsinin qaytarılması barədə qərardaddan verilmiş şikayət iddiaçı şirkətin adından vəkil-nümayəndə qismində çıxış edən S.İsmayılov tərəfindən imzalanmış, onun səlahiyyətlərini təsdiq edən sənəd qismində iddia ərizəsinə sadə yazılı formada tərtib edilərək şirkətin direktorunun imzası və şirkətin möhürü ilə təsdiq edilmiş etibarnamə əlavə edilmişdir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilən vəkil orderinin “Hüquqi yardım göstərilən şəxs” qrafasında isə iş üzrə iddiaçı qismində çıxış edən xarici hüquqi şəxsin deyil, həmin hüquqi şəxsin qanuni təmsilçisi olması bildirilən fiziki şəxsin (X2) adı göstərilmişdir. Kollegiya əvvəla qeyd edir ki, xarici hüquqi şəxslər kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxs qismində çıxış etdikdə xarici hüquqi şəxslərin qeydiyyatı barədə müvafiq dövlətin kommersiya hüquqi şəxslərinin reyestrindən çıxarış və ya digər rəsmi sənəd təqdim edilmədən həmin hüquqi şəxslərin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini, eləcə də hüquqi şəxsin hazırkı qanuni təmsilçisinin kimliyini və belə olan halda xarici hüquqi şəxsin adından verilmiş etibarnamənin həqiqiliyini müəyyən etmək mümkün deyildir. -Hazırkı halda iddia ərizəsi verilərkən Gürcüstan Respublikasının kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilsə də, həmin sənədin üzərində olan imzanın və möhürün həqiqiliyi Azərbaycan Respublikası ilə Gürcüstan Respublikasının hər ikisinin iştirakçısı olduğu 1961-ci il Haaqa Konvensiyasının 3 və 4-cü maddələrinə uyğun olaraq apostil qoyulmaqla təsdiq edilməmişdir. Belə olan halda həmin sənədin AR məhkəmələri tərəfindən xarici hüquqi şəxsin mövcudluğunu, habelə direktorun qanuni təmsilçilik səlahiyyətini təsdiq edən rəsmi sənəd kimi qəbul edilməsi qeyrimümkündür. Digər tərəfdən xarici hüquqi şəxs olan iddiaçı tərəfindən verilməsi iddia olunan sadə yazılı qaydada tərtib edilmiş etibarnaməyə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da vurğulayır ki, hər iki dövlətin iştirakçı olduğu yuxarıda göstərilən konvensiyanın 1-ci maddəsinin b) və d) bəndinin tələbləri baxımından Gürcüstan Respublikasında həmin dövlətin hüquqi şəxsinin adından verilmiş etibarnamələr notarial qaydada təsdiq edildikdən və apostil vurulduqdan sonra AR məhkəmələri tərəfindən qəbul ediə bilər. Kollegiya ərizəyə əlavə edilmiş vəkil orderinə münasibətdə isə qeyd edir ki, orderdə “Hüquqi yardım göstərilən şəxs” qrafasında hazırkı iş üzrə iddiaçı olan hüquqi şəxsin deyil, həmin hüquqi şəxsin qanuni təmsilçisi olan fiziki şəxsin adı göstərildiyindən həmin order iddiaçı ilə vəkil arasında müqavilə münasibətlərinin olmasını və vəkilin iddiaçının tapşırığı əsasında sonuncuya hüquqi yardım göstərməsini təsdiq edən sənəd kimi qiymətləndirilmir. MPM-in: 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması əsası ilə iddianın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qərardaddan şikayətə baxılarkən iddiaçı tərəfindən üzərinə apostil vurulmuş reyestrdən çıxarışın və notarial qaydada təsdiq edilmiş etibarnamənin təqdim edilməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlərin təqdim edilməsi iddia ərizəsinə həmin ərizənin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin əlavə edilməməsi, yəni iddiaçı tərəfindən iddia ərizəsi verilərkən MPM-in tələblərin riayət edilməməsi faktını dəyişdirmir və belə olan halda birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə əsaslı olaraq qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar