Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1096/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1096/2026

23.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1096/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlunun məruzəsilə, Şirinov Ziya Allahverdi oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi, pozulmuş hüquqların müdafiəsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi, pozulmuş hüquqların müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh qismində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cəlb edilməsi, işin kommersiya məhkəməsinə aidiyyəti məsələsinə Mülki Prosessual Məcəllənin 24-cü, 26-cı və digər müvafiq maddələrinin tələbləri əsasında hüquqi qiymət verilməsi, təhsil müəssisəsinə dəymiş maddi zərərin tam və obyektiv məbləğini müəyyən edilməsi, 160.418,82 AZN məbləğində maddi zərərin cavabdeh Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, 137,25 GBP məbləğində pul tələbinin Azərbaycan manatı ilə ekvivalentinin qanunvericiliyə uyğun müəyyən edilərək cavabdehdən tutulmasının təmin edilməsi, təqdim edilmiş fotoşəkillər, yekun təmir aktı və digər sübutlar əsasında təhsil müəssisəsinə dəymiş 20.000 AZN məbləğində ziyanın nəzərə alınmasının təmin edilməsi, ## ###### 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın və həmin qərara əsas olmuş bütün materialların Yasamal Rayon Polis İdarəsindən tələb edilməsinin təmin edilməsi, ## ####### 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın və həmin qərara əsas olmuş materialların Yasamal Rayon Polis İdarəsindən tələb edilməsi, Yasamal Rayon Polis İdarəsinin ## ######## 2023-cü il tarixli, 3- **-**-*/*-***** saylı məktubunun və ona əsas olmuş sənədlərin iş materiallarına əlavə edilməsinin təmin edilməsi, zərərin dəqiq məbləğinin müəyyən edilməsi zəruri olduğu halda müvafiq məhkəmə ekspertizasının təyin edilməsi, təqdim edilmiş bütün sübutların, o cümlədən fotoşəkillərin, təmir aktlarının, polis materiallarının və digər sənədlərin məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi, dövlət rüsumundan azadolma üçün qanuni əsasların mövcud olduğu hissədə iddiaçının dövlət rüsumundan azad edilməsinin təmin edilməsi, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən tutulmasının təmin edilməsi, məhkəmə baxışı zamanı müəyyən ediləcək digər hüquqi əhəmiyyətli hallara qanuni qiymət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəsinin ## ###### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını, əsasən, iddia tələbinin dəqiq ifadə edilməməsi, iddianın qiymətinin göstərilməməsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Bu hallar şikayətçinin öz şikayətində də birinci instansiya məhkəməsinin qərardadının əsasları kimi göstərilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş və məhkəmənin ## ###### 2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş şikayətin mümkünlüyünü yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair müddəalarının mahiyyətinə görə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməli, şikayətin ayrı-ayrı bölmələrində həmin bölmələrin təyinatına uyğun məlumatlar və dəlillər göstərilməlidir. Mülki Prosessual Məcəlləyə * saylı Əlavə apellyasiya şikayətinin forma və məzmununa dair tələbləri müəyyən etməklə şikayət verən şəxsin prosessual mövqeyinin, mübahisələndirilən məhkəmə aktının, həmin aktla razılaşmamasının faktiki və hüquqi əsaslarının, habelə məhkəmədən xahişinin sistemli və aydın şəkildə müəyyən edilməsinə xidmət edir. Bu baxımdan, qanunla müəyyən edilmiş formanın müvafiq bölmələrinin hər hansı mətnlə formal şəkildə doldurulması özlüyündə həmin forma və məzmun tələblərinə əməl olunması kimi qiymətləndirilə bilməz. Hər bir bölməyə daxil edilmiş məlumat həmin bölmənin prosessual təyinatına uyğun olmalı və şikayət verən şəxsin konkret prosessual mövqeyini ifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət qeyd olunan tələblərə cavab vermir. Belə ki, şikayətin “4.4. Mübahisənin predmeti” bölməsində mübahisənin predmetinin konkret göstərilməsi əvəzinə “ChatGPT said: Sizin işdə ‘mübahisə predmeti’ ayrıca və çox dəqiq yazılmalıdır. Çünki hakim qərardadda əsas iradlardan biri kimi tələbin nədən ibarət olduğunun qeyri-müəyyənliyini göstərib. Şikayətə bunu belə daxil edə bilərsiniz...” sözləri ilə başlayan, şikayəti tərtib etmiş şəxsə ünvanlanan izah və tövsiyə xarakterli mətn daxil edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan halın hüquqi əhəmiyyəti şikayətin hazırlanmasında hər hansı texniki vasitədən istifadə edilib-edilməməsində deyil. Prosessual qanunvericilik belə vasitələrdən istifadə faktını özlüyündə şikayətin mümkünlüyünü istisna edən hal kimi müəyyən etmir. Əsas məsələ ondan ibarətdir ki, məhkəməyə təqdim edilən sənəd şikayət verən şəxsin prosessual iradəsini ifadə etməli və MPM-in * saylı Əlavəsində nəzərdə tutulmuş müvafiq bölmələrin təyinatına uyğun tərtib edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, hazırkı mərhələdə şikayətdə irəli sürülmüş maddi və prosessual dəlillərin əsaslı olub-olmamasına qiymət verilmir. Şikayətin mümkünlüyü onun mahiyyəti üzrə əsaslılığından əvvəl yoxlanılmalı olan müstəqil prosessual məsələdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallara diqqət yetirilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar