Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-937/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdehlər - cavabdeh2 və Sadıqova (Abdullayeva) Günel Elxan qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısının ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, Aybəniz Şirinova ilə cavabdeh2 ##.##.2011-ci il tarixdə nikaha daxil olmuşlar.
2. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrdən aydın olur ki, onların birgə nikahdan ##.##.2012-ci il təvəllüdlü Nuray, ##.##.2014-cü il təvəllüdlü Nihat adlı övladları anadan olmuşdur.
3. İş materiallarında olan DİN BDYPİ-nin İddiaçının vəkilinin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubundan aydın olur ki, cavabdeh2 adına **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı avtomobil ##.##.2020-ci il tarixdə qeydə alınmış, ##.##.2021-ci il tarixdə cavabdeh1 satılmış, cavabdeh2 adına etibarnamə verilmiş, ##.##.2020-ci il tarixli qeydiyyata alma sənədlərinin saxlama müddəti bitdiyindən məhv edilmişdir.
4. İş materiallarında olan AD ****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı 2008 buraxılış ili olan avtomobil ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 məxsusdur. Bu qeydiyyat üçün əsas alqı-satqı müqaviləsi olmuşdur.
5. İş materiallarında olan Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ##.##.2021-ci il tarixdə cavabdeh2 cavabdeh1 7000 manat müqabilində **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı avtomobili satmışdır.
6. İş materiallarında olan AE ****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı 2008 buraxılış ili olan avtomobil ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 məxsusdur.
7. İş materiallarında olan ##.##.2021-ci il tarixli etibarnamədən aydın olur ki, **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı avtomobili idarə etmək səlahiyyəti cavabdeh1 tərəfindən cavabdeh2 verilmişdir.
8. İş materiallarında olan ##.##.2026-cı il tarixli MŞŞ/MT***/****-***** nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan aydın olur ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısının ödənilməsi tələbi ilə mediasiyada iştirak etmiş, 60 manat mediasiya xərcini ödəmişdir.
9. İş materiallarında olan “REC-İnvest” MMC-nin mütəxəssis rəyindən məlum olur ki, **- CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı avtomobil ##.##.2026-cı il tarixinə 5500 manat qiymətləndirilmişdir. Mütəxəsisin xidmət haqqı 200 manat iddiaçı tərəfindən ödənilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 oglundan və cavabdeh1 arasında bağlanmış ##.##.2021 ci il tarixli bu uydurma formal görünüş üçün bağlanan Nəqliyyat vasitəsinin alqı satqı müqaviləsinin ləğv edilməsi, ümumi mülkiyyətdə olmuş buraxılış ili 2008 olan Vaz 21074 markalı dövlət qeydiyyat nömrəsi **-CB-*** olan minik maşınında payının müəyyən edilməsi, maşının hazırkı dəyəri olan 5500 manatın yarı dəyəri olan 2575 manat pulun, həmçinin hüquqi yardıma görə odədiyi 220 manat pulu və qiymətləndiriciyə ödədiyi 200 manatın, 60 manat mediasiya rüsumun və 46.40 manat məhkəmə rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2011-ci il tarixdə cavabdeh2 oglu ilə ailə qurmuşdur. Onunla faktiki ər-arvad kimi yaşadıqları ##.##.2012- ci il tarixdə X4 2.##.##.2014 cü il tarixdə X5 anadan olmuşdur. Ailə qurandan sonra son vaxtlara qədər səmimi ailə münasibəti olsa da, bu münasibət xırda məişət söhbətləri ilə baglı pisləşmiş və bu da ailənin dagılmasına gətirib cıxarmışdır. 132 predmet əşya orada qalıb onun həmin əşyaları boşanmadan sonra verəcəkdir, dediyi kişi sözünə inanaraq onları hələki tələb etmir. Əri Rəfael heç bir əsas və səbəb olmadan onu “ata evinə getməyən kişi qızı deyil”-deyərək onu uşaqlarla evdən qovmuşdur. Boşanma məhkəmənin icraatındadır. Onunla birgə nigah dövründə dövlət qeydiyyat nömrəsi **-CB-*** olan VAZ 21074 markalı buraxılış ili 2008 ci il Şəhadətnamə nömrəsi AD693271 olan minik maşını almışlar. Aldıqları gündən bu günə qədər həmin maşını əri sürür. Məhkəmədə boşanma ərizəsi verəndən sonra ona məlum olub ki, Rəfael həmin maşının alqı-satqısı ilə bağlı formal bacısı cavabdeh1 ilə ##.##.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı satqı müqaviləsi baglayıb formal görüntü üçün ama maşını uzun müddətli etibarnamə alaraq özü sürür. O, bu əhəmiyyətsiz əqd bağlamaqla ümumi əmlak üzərində onun razılığı olmadan sərəncam vermişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, maşını birgə nikah dövründə əldə etmişlər. Hazırda da onun istifadəsindədir. Maşın həmişə Rəfael Abdullayein istifadəsində olub. Maşını bacısının adına formal keçirmişdir. Onun da həmin maşına haqqı çatır. Maşının dəyərindən ona çatası pay ona ödənilməlidir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, əlavə bildirmişdir ki, iddiaçının razılığı olmadan formal olaraq avtomobil cavabdehin adından digər cavabdehin adına keçirilmişdir. Yalnız vəkil sorğusundan sonra sənədləşmənin aparıldığı məlum olmuşdur. Hüquqlarının pozulduğu məlum olmuşdur.
14. Cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq, iddiçının iddia etmək hüququ yoxdur, belə ki, aralarında mövcud olan nikah pozulmamışdır, nikah davam etməkdədir, hazırkı iddia üçün nikahın pozulması şərti vardır. O, iddiaçının nəzərinə çatdırmaq istəyir ki, 2021-ci ildən birgə nikah dövründə alınmış və ödənişi hazıradək davam edən kredit borcunun onun tərəfindən ödənilməsini nəzərə alaraq həmin kreditin yarısını o, İddiaçı tələb etmək hüququ vardır. Bu səbəbdən həmin iddia ilə də məhkəməyə müraciət edəcəkdir. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürüılmüşdür. Bu səbəbdən iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı bacısı cavabdeh1 mükiyyəti olan avtomobildən ½ hissə pay tələb etməkdədir. Hazırlıq iclasında da qeyd etdiyi kimi avtomobil onun adına deyildir, iddia predmeti olan həmin avtomobil digər cavabdeh bacısı cavabdeh1 şəxsi vəsaiti hesabına ata anasının ehtiyacları üçün alınmış, daha sonra da əsl sahibinin adına keçirilərək ona etibarnamə verilmişdir ki, lazım olduqda sürə bilsin. Bacısı digər cavabdeh cavabdeh1 bu yaxınlara kimi birgə yaşamış, təzəliklə yeni ailə qurmuş və evlənmişdir, hazırda da iddia predmeti olan avtomobil onun şəxsi müıkiyyətidir. 2) Bundan başqa sözügedən avtomobilin onun adından əsil mülkiyyətçi bacısı cavabdeh1 adına keçməsindən 5 il keçmişdir, iddiaçı indiyə qədər harada idi ki, indi birdənbirə ondan avtomobilin yarısını tələb edir? Həmin maşının yarısını tələb etmək üçün iddiaçı iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilən və tələb edilən 3 illik müddəti ötürmüşdür. 3) Bundan başqa əgər birgə nikah dövrü alınan maşın iddia tərəfindən tələb edilirsə, onda iddiaçı İddiaçı nəzərə almalıdır ki, birgə nikah dövründə ailənin istifadəsi üçün alınmış 16726 (on altı min yeddi yüz iyirmi altı) manat kredit borcu onun tərəfindən ödənilməkdədir və bu məbləğin yarısını o, iddiaçıdan tələb edəcəkdir. İddiaçı bütün bunları nəzərə almalıdır. Hörmətli hakim! Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini, bundan başqa iddiaçı ilə nikah davam etdiyindən və boşanma olmadığından hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır. Həmin maşını bacısı almış, pulunu o, vermişdir. Onların münasibətləri 2025-ci ilin sentyabr ayının 14-nə kimi normal olmuşdur. O, hesab etmir ki, əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
16. Cavabdeh cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq iddianı qəbul etməyərək, bildirmişdir ki, avtomobilin alınması üçün pulu o, vermişdir. Qardaşı onu işə aparıb gətirməsi üçün istifadə edirdi. Onun və həyat yoldaşının sürcülük hüququ olmadığından maşın qardaşının adına almışdır. Sonradan öz adına çevirmişdir. Maşın onun mülkiyyətidir. 3-cü şəxs bunu tələb edə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
17. Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş **-CB-*** olan VAZ 21074 markalı dövlət qeydiyyat nişanlı avtomobilin 5500 manat bazar dəyərinin 2575 manat hissəsinə İddiaçı payı müəyyən edilməsi, həmin avtomobilin dəyərinin 2575 manat hissəsi, 46.40 manat dövlət rüsumunun əvəzi, qiymətləndirici rəyinə görə ödənilmiş 200 manat pul olmaqla, cəmi 2821.4 (iki min səkkiz yüz iyirmi bir manat qırx qəpik) manat cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin ləğv edilməsini tələb etmək hüququ əqdin tərəflərinə məxsusdur. İddiaçı isə əqdin tərəfi deyildir. Avtomobilin alqı-satqısına dair müqavilə tərəfləri onun ləğvini tələb etməmişlər. Həmin əqd onun hüquqi maraqlarına toxunursa, şəxs əqdin tərəfi olmazsa da, əqdin etibarsız hesab edilməsi barədə tələb irəli sürə bilər. Hətta tərəf bu tələbi irəli sürməsə də, məhkəmə əqdin etibarlılığına qiymət verməlidir. Əqd etibarsız hesab edildikdə əqdə görə tərəflər ilkin vəziyyətə qaytarılmalı, aldıqlarını geri verməlidirlər. Hazırda onsuz da iddianın obyekti olan avtomobil cavabdeh cavabdeh2 istifadəsindədir. İddiaçı isə həmin əşyanın geri qaytarılmasını deyil, onun dəyərinin birgə nikah dövründə əldə edilən kimi ona ödənilməsini tələb edir. Həm əşyanın tələb edilməsi, həm də dəyərinin tələbinin təmin edilməsi eyni anda mümkün deyildir. Hazırkı halda iddiaçının hüquqi marağı birgə nikah dövründə əldə edilmiş əmlakının dəyərinin yarısının ona ödənilməsidir. Belə olan halda, iddia tələbinin cavabdeh cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi hissəsi əsaslı olmadığından rədd edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 36.1, 36.3, 36.4, 36.9, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 213.5, 225.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** saylı Qərarına istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh cavabdeh2 Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsini qanunsuz və ədalətsiz qətnamə hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, məhkəməyə təqdim edilmiş sübutlara səhv qiymət vermiş və nəticədə onun hüquqları pozulmuşdur. Şəki Rayon Məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş dövlət qeydiyyat nişanı **- CB-*** olan, VAZ-21074 markalı, 2008-ci il buraxılışlı, AD ****** nömrəli qeydiyyat şəhadətnaməsi olan minik avtomobili cavabdeh bacısı X3 şəxsi vəsaiti hesabına, ata və anasının ehtiyacları üçün əvvəlcə onun adına alınmış, daha sonra isə avtomobilin həqiqi sahibinin adına keçirilərək ona avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Bacısı cavabdeh1 yaxın vaxtlara kimi onunla birgə yaşamış, sonradan yeni ailə quraraq evlənmişdir. Hazırda iddia predmeti olan avtomobil onun şəxsi mülkiyyətidir. Minik avtomobilinin bacısı cavabdeh1 satılmasından iddiaçı İddiaçı məlumatlı olmuş, həmin vaxt, yəni 2020-ci ildə onların ailəsi ilə birgə alqı-satqıda iştirak etmişdir. Lakin alqısatqıya aid həmin sənədlər sonradan məhv edildiyindən o, bunu hazırda sənədlə sübut edə bilmir. Ancaq qeyd edilən hal digər cavabdeh cavabdeh1 məhkəməyə ünvanladığı ərizələrdən də aydın olur. Belə ki, avtomobil ailənin ehtiyacları, yəni yaşlı ana və atanın, habelə ailə ilə birgə yaşayan və avtomobilin həqiqi sahibi olan cavabdeh1 lazım olan yerlərə aparılıbgətirilməsi üçün onun şəxsi vəsaiti hesabına alınmışdır. Avtomobil əvvəlcə onun adına rəsmiləşdirilmişdir. Daha sonra ailənin maddi vəziyyətinin ağır olması və sosial yardım almaq məqsədilə müraciət edilməsi ilə əlaqədar avtomobil onun həqiqi sahibi olan cavabdeh1 adına keçirilmişdir. Bu hal cavabdeh1 razılığı ilə həyata keçirilmişdir. İddiaçının avtomobilin satılmasından yalnız vəkil sorğusu vasitəsilə məlumatlı olduğunu bildirməsi absurddur. Belə ki, sözügedən avtomobilin onun adından həqiqi mülkiyyətçi olan bacısı cavabdeh1 adına keçirilməsindən 5 il keçmişdir. İddiaçı bundan məlumatlı olmuşdur. Həmin müddət ərzində tərəflər arasında daim mehriban ailə münasibətləri olmuş, onların arasında bir-birindən hər hansı sirr olmamışdır. Əgər onun və ya bacısı cavabdeh1 hər hansı pis niyyəti olmuş olsaydı, avtomobil bağışlana bilərdi və bu gün belə məsələlər də yaranmazdı. Lakin iddiaçının atasının ailəni təkidlə dağıtması, tərəflərin yenidən birləşməsinə imkan verməməsi və onu maddi cəhətdən çətin vəziyyətə salmaq istəyi nəticədə ailənin dağılmasına səbəb olmuşdur. Sonradan isə formal bir vəkil sorğusu ilə 5 il əvvəl baş vermiş məsələnin üzərindən müddət ötmədiyi görüntüsü yaradılmağa çalışılmışdır. İşə baxan birinci instansiya məhkəməsinin hakimi də məhz həmin formal sorğuya əsaslanaraq, onun ərizəsi əsasında iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilən və tələb olunan 3 illik müddəti tətbiq etməkdən imtina etmişdir. Axı vəkil sorğusunda hansı hissədə qeyd edilir ki, iddiaçının bundan xəbəri olmamışdır? Vəkil əmlak tələbi ilə bağlı iddialarda edilməli olan əmlak sorğusunu vermiş və avtomobilin qeydiyyatı barədə cavab almışdır. Lakin sənədlərin məhv edildiyi həmin cavabda qeyd edilməsinə baxmayaraq, bu hal iddiaçının xeyrinə yozulmuşdur. Nə üçün? Onun hüquqları niyə bu şəkildə pozulmuşdur? Axı birgə mülkiyyətdə olan əmlak satıldıqda hər iki tərəfin razılığı ilə satılır. Alqı-satqı baş vermişdirsə, deməli, razılıq da olmuşdur və bu hal onun xeyrinə yozulmalı, iddia müddəti tətbiq edilməli idi. Bundan başqa, iddiaçı indiyə qədər harada idi ki, indi birdən-birə birgə nikah dövründə bacısının şəxsi vəsaiti hesabına alınan avtomobilin yarısını tələb edir? Mübahisə predmeti olan avtomobil ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 məxsusdur. Onun ailə münasibətlərinin pozulmasının bacısının şəxsi mülkiyyəti olan avtomobillə hesablaşılması nə hüquqi, nə də faktiki baxımdan əsaslıdır. Axı Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır. Bundan başqa, o qeyd edir ki, məhkəmə işin sübutlarına düzgün və ədalətli qiymət verməmişdir. Qeyd olunanlara əsasən Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
23. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sadıqova (Abdullayeva) Günel Elxan qızı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
30. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. (...).
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
35. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı - 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. (...).
36. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti - 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: (...). - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (...).
37. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi - 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. (...). - 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (...).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir.
42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
50. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
53. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
54. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh2 ilə İddiaçı ##.##.2011-ci il tarixdə nikaha daxil olmuş, birgə nikadan ##.##.2012-ci il təvəllüdlü Nuray, ##.##.2014-cü il təvəllüdlü Nihat adlı övladları anadan olmuşdur. Tərəflər birgə nikah dövründə **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ21074 minik markalı 2008 buraxılış ili olan avtomobil ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 adına qeydiyyata alınmışdır. Avtomobil ##.##.2021-ci il tarixdə cavabdeh cavabdeh2 tərəfindən bacısı cavabdeh1 satılmşdır. Avtomobil sonuncunun adına qeydiyyata alınsa da, həmişə cavabdeh cavabdeh2 istifadəsində olmuş, hazırda da onun istifadəsindədir. cavabdeh2 ilə İddiaçı ər-arvad münasibətləri 2025-ci ilin sentyabr ayına kimi normal olmuş, sonra pozulmuşdur.
55. İddiaçı cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
56. İddia qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnamədn apellyasiya şikayəti verməmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
59. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli avtomobil birgə nikah əmlakı deyil, bacısı cavabdeh1 şəxsi vəsaiti hesabına əldə edilmiş şəxsi mülkiyyətidir.
60. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq öz qənaətini belə əsaslandırmışdır ki, ...əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü tələb etmək həm də nikah dövründə mümkündür. İşin mübahisəsiz halıdır ki, **-CB-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı avtomobil tərəflərin nikah dövründə əldə edilmiş əmlakdır. Odur ki, **-CB-*** olan VAZ 21074 markalı dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı payı 5500 manat bazar dəyərinin 2575 manat pul cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı ödənilməlidir.
61. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** saylı Qərarının 7.18-ci bəndində göstərilmişdir ki, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
63. Həmin Qərarın 7.19-cu bəndində vurğulanır ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır.
64. Həmin Qəraraın 7.20-ci bəndinə qeyd olunmuşdur ki, bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. ... Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır.
65. Kollegiya iş materiallarında olan qiymətləndirmə (mütəxəssis) rəyi ilə bağlı qeyd edir ki, həmin rəy real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Beləki məhkəmə araşdırması zamanı hazırkı rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi nəzərə alınmalıdır.
66. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2- ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
68. Həmin Məcəllənin 340.1- ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
69. Sadalanan normalardan müəyyən olunduğu kimi, bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması, vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsindən yayınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.
70. Cavabdehin iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, avtomobil həmişə cavabdeh cavabdeh2 istifadəsində olduğundan iddiaçının avtomobilin özgəninkiləşdirilməsini bilməməsi inandırıcıdır. Məlum olur ki, iddiaçının vəkili ##.##.2026-cı il tarixdə sorğu nəticəsində avtomobilin özgəninkiləşdirilməsi barədə məlumat əldə etdiyi nəzərə alınarsa, 3 illik iddia müddəti ötürülməmişdir.
71. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin, həmin qərardan görünür ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ərarvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.
72. Kollegiya hesab edir ki, apellyasiya şikayəti formal xarakter daşımaqla, işin apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh2 şikayətində göstərilən dəlilləri əsaslandıra və sübut edə bilməmişdir. Həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni, əsaslı və mahiyyətcə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
74. Beləliklə apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
75. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
76. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
80. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb (bax: 50ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov