Məhkəmə qərarları › İş №e-2-2(3-6)-944/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-944/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2-2(3-6)-944/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X6 vә X4 ibarәt tәrkibdә, İsmayılova Elnarә Mәyiş qızının katibliyi, İlkin iddia üzrә iddiaçının, qarşılıqlı iddia üzrә cavabdehin nümayәndәsi X2 İlkin iddia üzrә cavabdehin, qarşılıqlı iddia üzrә iddiaçının (bundan sonra – cavabdeh) nümayәndәsi vә vәkili Vәkil iştirakı ilә, İddiaçı Naxçıvan MR Tәhsil Nazirliyinin (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMCyә qarşı “pul” tәlәbinә dair ilkin, iddiaçı “X1” MMC-nin cavabdeh Naxçıvan MR Tәhsil Nazirliyinә qarşı “pul” tәlәbinә dair qarşılıqlı iddia әrizәlәri dair iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrәli qәtnamәsindәn Naxçıvan MR Tәhsil Nazirliyi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn kommersiya mübahisәsinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxdı. İşin Halları

1. Naxçıvan şәhәrindә 615 şagird yerlik tam orta mәktәbin vә 315 nәfәrlik mәktәbәqәdәr müәssisәnin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması üzәr İD ***** saylı müsabiqәyә әsasәn, açıq tender satınalma metodu ilә tәchizatçı kimi "X1” MMC-ilә müqavilә bağlanmışdır. Naxçıvan şәhәrindә 1000 şagird yerlik tam orta mәktәbin tikintisi üçün layihәsmeta2.sәnәdlәrinin hazırlanması İD ***** saylı müsabiqәyә әsasәn, açıq tender satınalma metodu ilә tәchizatçı kimi "X1” MMC-ilә müqavilә bağlanmışdır.

3. İddiaçı ilә cavabdeh arasında ##.##.2023-cü il tarixli 2 әdәd mallar (işlәr vә xidmәtlәr) üzrә satınalma müqavilәsi bağlanmışdır:

4. 1.1. Birinci müqavilә üzrә sifarişçi (iddiaçı) Naxçıvan şәhәrindә 615 şagird yerlik tam orta mәktәbin vә 315 nәfәrlik mәktәbәqәdәr müәssisәnin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması satınalınması üçün icraçının (cavabdehin) 103132 manat mәblәğindә tender tәklifini qәbul etmişdir. İcraçı müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında Sifarişçiyә satın alınan Naxçıvan şәhәrindә 615 şagird yerlik tam orta mәktәbin vә 315 nәfәrlik mәktәbәqәdәr müәssisәnin tikintisi üçün layihә- smeta sәnәdlәrinin hazırlanması öhdәsinә götürür. Müqavilәnin Xüsusi Şәrtlәrinin 5-ci bәndinә әsasәn, işlәrin tam başa çatdırılma tarixi ##.##.2024-cü il müәyyәn edilmişdir.

5. 1.2. İkinci müqavilә üzrә sifarişçi (iddiaçı) Naxçıvan şәhәrindә 1000 şagird yerlik tam orta mәktәbin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması satınalınması üçün icraçının (cavabdehin) 99828 manat mәblәğindә tender tәklifini qәbul etmişdir. İcraçı müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında Sifarişçiyә satın alınan Naxçıvan şәhәrindә 1000 şagird yerlik tam orta mәktәbin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasını öhdәsinә götürür. Müqavilәnin Xüsusi Şәrtlәrinin 5-ci bәndinә әsasәn, işlәrin tam başa çatdırılma tarixi ##.##.2024-cü il müәyyәn edilmişdir.

6. Müqavilәlәrin:

7. 2.2-ci bәndinә әsasәn, Göndәrilmiş mallar (yerinә yetirilmiş işlәr vә ya göstәrilmiş xidmәtlәr) İcraçının tender tәklifinә vә bu müqavilәdә göstәrilmiş şәrtlәrә uyğun olmadıqda İcraçı aşkar olunan qüsurların müqavilәnin xüsusi şәrtlәrindә göstәrilmiş qaydada aradan qaldırılmasına tәminat verir.

8. 2.3-cü bәndinә әsasәn, Sifarişçi müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında malların (işlәrin vә ya xidmәtlәrin) İcraçıdan qәbul edilmәsini vә dәyәrinin ödәnilmәsini öhdәsinә götürür.

9. 13.1-ci bәndinә әsasәn, Müqavilә üzrә ödәmәlәr (o cümlәdәn avans ödәnişi) Sifarişçi tәrәfindәn tenderin әsas şәrtlәr toplusunda vә müqavilәnin xüsusi şәrtlәrindә müәyyәnlәşdirilmiş qaydada vә mәblәğdә, İcraçının tәqdim etdiyi sәnәdlәr (qaimәlәr, aktlar digәr sәnәdlәr) әsasında, әn qısa müddәt әrzindә, lakin 15 bank günündәn gec olmamaq şәrti ilә aparılır.

10. 14.3-cü bәndinә әsasәn, Müqavilәnin icrası müqavilәnin xüsusi şәrtlәrindә göstәrilmiş müddәt әrzindә vә Sifarişçi tәrәfindәn tәsdiq olunmuş qrafiklәr әsasında aparılır. Qrafiklәr yalnız tәrәflәrin yazılı razılığı әsasında dәyişilә bilәr, bu hallarda İcraçının müqavilә üzrә öhdәliklәri vә müqavilәnin icra müddәti dәyişilmir.

11. Müqavilәlәrin Xüsusi Şәrtlәrinin: 3.1. 10-cu bәndinә әsasәn, Müqavilә qiymәtinin 30%-i avans ödәnişi sifarişçini qane edәn bank zәmanәti әsasında 15 bank günü müddәtinә verilir.

12. Hәr iki müqavilә üzrә ##.##.2024-cü il tarixdә müqavilәyә dәyişiklik edilmәsinә dair Razılaşma imzalanmış, Razılaşmaya әsasәn, satınalma müqavilәsinin xüsusi şәrtlәrinin 5-ci bәndi dәyişdirilәrәk aşağıdakı redaksiyada verilmişdir: “İcraçı işlәri müqavilәdә qeyd olunmuş şәrtlәrә uyğun olaraq yenilәnmiş dizayn sifarişçi tәrәfindәn tәsdiqlәndiyindәn ##.##.2024-cü il tarixinә yerinә yetirir, buna tәminat verir vә avans qarantiya tәlәb olunur.

13. Cavabdeh tәrәfindәn iddiaçıya 51566 manat, 30939,6 manat, 29948,4 manat vә 29948,4 manat mәblәğindә elektron-qaimәlәr göndәrilmişdir.

14. Ödәniş tapşırıqlarından görünür ki, iddiaçı tәrәfindәn cavabdehin hesabına 29948,4 manat vә 30939,6 manat mәblәğindә avans ödәnişlәri köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı Tәhsil Nazirliyi ilә “X1” MMC arasında ##.##.2023-cü il tarixdә (##.##.2024cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 103132 manat olan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” vә ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 99828 manat olan “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” üzrә satınalma müqavilәlәri üzrә ödәnilmiş 30939,60 manat vә 29948,40 manat olmaqla, ümumilikdә 60888 manat avansın, elәcә dә avansın geri qaytarılması üzrә gecikdirilmiş vaxt üçün illik 0.1% hesablanmış 17939,09 manat faiz borcun cavabdehdәn tutularaq Naxçıvan Muxtar Respublikası dövlәt büdcәsinә ödәnilmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.

16. İddiaçı iddia tәlәbini onunla әsaslandırmışdır ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illәr üçün Dövlәt Proqramı”nın 2023–2024-cü illәrә dair X7 8.8.2.1.1-ci vә8.8.2.1.2-ci yarımbәndlәrinә uyğun olaraq Naxçıvan şәhәr Əliabad qәsәbәsindә yeni internat tipli, elәcә dә Naxçıvan şәhәrindә 1000 şagird yerlik yeni mәktәb binalarının layihәlәndirilmәsi mәqsәdilә ##.##.2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Nazirlәr Kabinetinin müvafiq Sәrәncamı ilә bu işlәrin hәyata keçirilmәsi üçün 200.000 (iki yüz min) manat vәsait ayrılmışdır. Bu layihә çәrçivәsindә Naxçıvan Muxtar Respublikasının Tәhsil Nazirliyi (bundan sonra-Tәhsil Nazirliyi) ilә “X1” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtiarasında ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 103.132 (yüz üç min yüz otuz iki) manat olan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” vә ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 99828 (doxsan doqquz min sәkkiz yüz iyirmi sәkkiz) manat olan “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” üzrә satınalma müqavilәlәri bağlanmışdır. “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının vә “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” üzrә satınalma müqavilәlәrin 13.1 vә 13.2-ci (müqavilә üzrә ödәmәlәr, o cümlәdәn avans ödәnişi sifarişçi tәrәfindәn tenderin әsas şәrtlәr toplusunda vә müqavilәnin xüsusi şәrtlәrindә müәyyәnlәşdirilmiş qaydada vә mәblәğdә, icrasının tәqdim etdiyi sәnәdlәr әsasında, әn qısa müddәt әrzindә, lakin 15 bank günündәn gec olmamaq şәrti ilә aparılır, sifarişçi satınalma müqavilәsinin yerinә yetirilmәsi üçün icraçıya tender sәnәdlәrindә göstәrilәn hәcmdә, lakin satınalma müqavilәsinin ümumi dәyәrinin 30 faizindәn çox olmayaraq avans ödәyә bilәr. Avansın alınması üçün icraçı tәrәfindәn sifarişçiyә avans ödәnişinin ümumi hәcmindәn az olmayan mәblәğdә bank zәmanәti tәqdim olunmalıdır. İcraçı avans ödәnişindәn yalnız satınalma müqavilәsi ilә bağlı öhdәliklәrin yerini yetirilmәsi üçün istifadә etmәlidir. İcraçı avansın müqavilә ilә bağlı öhdәliklәrin yerinә yetirilmәsi üçün istifadә olunmasını müvafiq sәnәdlәrlә әsaslandırmalı vә müvafiq sәnәdlәrin surәtlәrini sifarişçiyә tәqdim etmәlidir. İcraçı avans tәminatının qarantı vә ya tәsdiqlәyici tәrәfin münasibliyini tәsdiq etmәk barәdә sorğu göndәrir. Sifarişci bu cür sorğuya 1 bank günü müddәtindә cavab vermәlidir) yarımbәndlәri vә “Xüsusi Şәrtlәr” bölmәsinin 10-cu (avans ödәniş mәblәği: müqavilә qiymәtinin 30%-i avans ödәnişi sifarişçini qane edәn bank zәmanәti әsasında 15 bank gün müddәtinә verilir) bәndlәrinә әsasәn sifarişçi tәrәfindәn icraçıya müqavilәnin ümumi dәyәrinin 30%-dәk avans ödәnilә bilәr vә avans yalnız sifarişçini qane edәn bank zәmanәti tәqdim edildikdәn sonra ödәnilir. Bu tәlәblәrә uyğun olaraq müqavilәlәr üzrә Tәhsil Nazirliyi tәrәfindәn ##.##.2024-cü il tarixli, GRNT*******B*** nömrәli Kapital Bank ASC-nin bank qarantiyası tәqdim edildikdәn sonra "X1" MMC-nin AZ76AİİB400600F9446085434102 nömrәli hesabına 30 939,60 AZN vә ##.##.2024-cü il tarixli, GRNT*******B*** nömrәli Kapital Bank ASCnin bank qarantiyası tәqdim edildikdәn sonra isә "X1" MMC-nin AZ76AİİB400600F9446085434102 nömrәli hesabına isә 29948,40 (iyirmi doqquz min doqquz yüz qırx sәkkiz manat qırx qәpik) avans ödәnilmiş vә geri qalan isәsini isә işlәr başa çatdıqdan sonra ödәmәyi öhdәlәrinә götürmüşlәr. Onu da qeyd edәk ki, müqavilәlәrә edilmiş ##.##.2024-cü il tarixli әlavәlәrә әsasәn, hәr iki müqavilәnin “Xüsusi Şәrtlәr” bölmәsinin 5-ci bәndinә uyğun olaraq işlәrin tam başa çatdırılması tarixi ##.##.2024-cü il olaraq müәyyәn edilmişdir. O dur ki, Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması üçün tәchizatçı tәrәfindәn memarlıq, baş plan, konstruksiya işlәri vә smeta sәnәdlәri tamamlanmış, lakin Naxçıvan şәhәr Xәtai mәhәllәsindә mәktәb tikintisi üçün torpağın ayrılması ilә bağlı Nazirlәr Kabineti vә Babәk Rayon İcra Hakimiyyәti tәrәfindәn müvafiq sәrәncam verilsә dә, Daşınmaz Əmlakdan Torpağın Registrindәn çıxarışın alınması mümkün olmamışdır. Torpaq sәnәdinin olmaması sәbәbindәn layihәlәr Ekspertizaya tәqdim oluna bilmir. Hәmçinin Naxçıvan şәhәr Əliabad qәsәbәsindә tikilmәsi nәzәrdә tutulan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil kompleksinin tikintisi üçün torpaq sahәsinin ayrılmaması sәbәbindәn layihә-smeta sәnәdlәrinin ekspertizası tәsdiq oluna bilmir. ##.##.2024-cü il tarixdә layihәçi "X1" MMC tәrәfindәn göndәrilmiş mәktubda qeyd olunmuşdur ki, layihә-smeta sәnәdlәrindә eksperetiza tәrәfindәn aşkarlanmış bütün qüsurlar aradan qaldırılmışdır. Naxçıvan şәhәr Əliabad qәsәbәsindә tikilmәsi nәzәrdә tutulan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil kompleksinin tikintisi üçün torpaq sәnәdinin olmaması vә şәhәrsalmanın әsaslandırılması razılaşdırılmadığından layihәlәrin yekun tәsdiqi aparıla bilmir. Hәmçinin Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyinin Tikintidә Tәhlükәsizliyә Nәzarәt Dövlәt AgentliyininDövlәt Ekspertiza Baş İdarәsindәn daxil olmuş ##.##.2024-cü il tarixli 3-18-7/2- ****/**** nömrәli mәktuba әsasәn layihә üzrә aşkar olunmuş nöqsanlar torpaq sәnәdi ilә birlikdә müvafiq qurumlarla razılaşdırılmış variantda tәkrar ekspertizaya tәqdim olunmadığı vә ekspertiza xәrclәrinin ödәnilmәdiyi üçün layihәsmeta sәnәdlәrinin ekspertiza olunması işlәri dayandırılmışdır. Bununla әlaqәdar 30.939,60 (otuz min doqquz yüz otuz doqquz manat altmış qәpik) manat vә 29948,40 (iyirmi doqquz min doqquz yüz qırx sәkkiz manat qırx qәpik) manat olmaqla, ümumilikdә 60888 (altmış min sәkkiz yüz sәksәn sәkkiz) manat avans mәblәğinin, hәmçinin gecikdirilmiş müddәt üçün illik 0.1% hesablanmış 599 (beş yüz doxsan doqquz) gün üçün 17939,09 (on yeddi min doqquz yüz otuz doqquz manat doqquz qәpik) faiz borcunun Naxçıvan Muxtar Respublikası dövlәt büdcәsinә tam şәkildә ödәnilmәsi "X1" MMC-nin vәzifәsidir. "X1" MMC-yә rәsmi qaydada ##.##.2025-ci il tarixdә *-**-**/*-****/**** nömrәli (Pretenziya) mәktubla avansın geri qaytarılması tәlәbi göndәrilmiş, lakin "X1" MMC 30 939,60 (otuz min doqquz yüz otuz doqquz manat altmış qәpik) manat vә 299.48,40 (iyirmi doqquz min doqquz yüz qırx sәkkiz manat qırx qәpik) manat olmaqla, ümumilikdә 60888 (altmış min sәkkiz yüz sәksәn sәkkiz) manat mәblәğindә avansı geri qaytarmamışdır. Belәliklә, "X1" MMC müqavilә öhdәliyini pozmuş vә Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin tәlәblәrinә әsasәn "X1" MMC ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 103.132 (yüz üç min yüz otuz iki) manat olan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” vә ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 998.28 (doxsan doqquz min sәkkiz yüz iyirmi sәkkiz) manat olan “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” üzrә ümumi dәyәri 202.960 (iki yüz iki min doqquz yüz altmış) manat tәşkil edәn satınalma müqavilәlәri üzrә Tәhsil Nazirliyi rәfindәn ödәnilmiş 60888 (altmış min sәkkiz yüz sәksәn sәkkiz) mәblәğindә avansın geri qaytarılması üzrә gecikdirilmiş vaxt üçün illik 0.1% olmaqla hesablanmış 179.39,09 (on yeddi min doqquz yüz otuz doqquz manat doqquz qәpik) faiz borcu yaranmışdır. Bu mәqsәdlә müqavilәlәr üzrә ödәnilmiş 30 939,60 (otuz min doqquz yüz otuz doqquz manat altmış qәpik) manat vә 29948,40 (iyirmi doqquz min doqquz yüz qırx sәkkiz manat qırx qәpik) manat olmaqla, ümumilikdә 60888 (altmış min sәkkiz yüz sәksәn sәkkiz) manat avansın, elәcә dә avansın geri qaytarılması üzrә gecikdirilmiş vaxt üçün illik 0.1% hesablanmış 179.39,09 (on yeddi min doqquz yüz otuz doqquz manat doqquz qәpik) manat faiz borcun 10 gün müddәtindә Naxçıvan Muxtar Respublikası dövlәt büdcәsinәödәnilmәsi ilә bağlı ##.##.2025-ci il tarixdә *-**-**/*-****/**** nömrәli (Pretenziya) mәktub vә ##.##.2025-cci il tarixdә Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә "X1" MMC-nin-yә pretenziya mәktub göndәrilmәsinә baxmayaraq, hәmin öhdәliyi "X1" MMC icra etmәmişdir.

17. Cavabdeh tәrәfindәn iddia әrizәsinә qarşı yazılı etiraz tәqdim olunmamışdır.

18. Cavabdeh ilkin iddianın rәdd edilmәsi, qarşılıqlı iddianın tәmin edilmәsi, qarşılıqlı iddia üzrә cavabdeh Naxçıvan Muxtar Respublikasının Tәhsil Nazirliyindәn qalıq borca görә 142072 manat pulun vә ödәnilmiş 435 manat mәblәğindә dövlәt rüsumunun tutularaq qarşılıqlı iddiaçı "X1" MMC-yә ödәnilmәsi tәlәbinә dair qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.

19. Qarşılıqlı iddia әrizәsi onunla әsaslandırılmışdır ki, Qarşılıqlı cavabdeh tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş iddia әrizәsindәn göründüyü kimi, Qarşılıqlı cavabdeh iddia әrizәsindә müqavilәnin icrasına mane olan Qarşılıqlı iddiaçıya aidiyyәti olmayan halları qeyd etmişdir vә Qarşılıqlı iddiaçı tәrәfindәn müqavilә öhdәliklәrinin tam icra olunduğunu etiraf etmişdir. Tәrәfimizdәn müqavilәlәr üzrә öhdәliklәr tam icra edilәrәk tәhvil-tәslim aktları әsasında tәhvil verildiyindәn biz qalan ödәnişlәrin ödәnilmәsini tәlәb edirik. İş materiallarından göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının Tәhsil Nazirliyi ilә “X1” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti arasında ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 103.132 (yüz üç min yüz otuz iki) manat olan “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” vә ##.##.2023-cü il tarixdә (##.##.2024-cü il tarixli әlavәsi ilә) ümumi dәyәri 99828 (doxsan doqquz min sәkkiz yüz iyirmi sәkkiz) manat olan “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” üzrә satınalma müqavilәlәri bağlanmışdır. Hәmin müqavilәlәr üzrә Qarşılıqlı cavabdeh tәrәfindәn ümumilikdә 60 888 AZN mәblәğindә avans ödәnişi hәyata keçirilmişdir. Qarşılıqlı iddiaçı müqavilәlәr üzrә üzәrinә düşәn öhdәliklәri yerinә yetirmiş, müvafiq layihәsmeta sәnәdlәrini hazırlamışdır. Nazirliyin öz iddia әrizәsindә etiraf etdiyi kimi, memarlıq, baş plan, konstruksiya işlәri vә smeta sәnәdlәri tamamlanmışdır. Hazırlanmış işlәr tәrәflәr arasında imzalanmış Tәhviltәslim aktları (әlavә olunur) ilә Qarşılıqlı cavabdeh tәrәfindәn qәbul edilmişdir. Hәmçinin, tәhvil-tәslim aktları әsasında Qarşılıqlı iddiaçı tәrәfindәn Qarşılıqlı cavabdehә ##.##.2024-cü il tarixli vә ##.##.2024-cü il tarixli elektron qaimә-fakturalar göndәrilmiş vә hәmin qaimәlәr tәsdiq edilmişdir. Bütün bu faktlar Qarşılıqlı iddiaçı tәrәfindәn müqavilәlәr üzrә öhdәliklәrin tam hәcmdә icra edildiyini tәsdiq edir. Hazırda Qarşılıqlı cavabdehin “650 şagird yerlik tam orta vә 315 yerlik mәktәbәqәdәr tәhsil müәssisәsinin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” müqavilәsi üzrә ƏDV-siz 61180 manat, ƏDV daxil 72191,40 manat, “Naxçıvan şәhәr Xәtai mәhәllәsindә 1000 şagird yerlik mәktәb binasının tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasının satın alınması” müqavilәsi üzrә ƏDV-siz 59220 manat, ƏDV daxil 69879,9 manat olmaqla, ümumilikdә Qarşılıqlı iddiaçıya iki müqavilә üzrә ƏDV-siz 120400 manat, ƏDV daxil isә 142072 manat mәblәğindә borcu mövcuddur. Qeyd edilәnlәrә vә iş materiallarına әsasәn müәyyәn edilir ki, Qarşılıqlı iddiaçı tәrәfindәn müqavilәlәr üzrә öhdәliklәr icra edilәrәk işlәr tәhvil verilsә dә, Qarşılıqlı cavabdeh tәrәfindәn işlәrin qiymәti ödәnilmәmişdir. Bu sәbәbdәn Qarşılıqlı cavabdehdәn ümumilikdә 142072 (bir yüz qırx iki min yetmiş iki) manat mәblәğindә pul tutularaq Qarşılıqlı iddiaçıya ödәnilmәlidir. Hәmçinin, Qarşılıqlı iddiaçı tәrәfindәn hazırki iddianın qaldırılması üçün 435 (dörd yüz otuz beş) manat mәblәğindә dövlәt rüsumu ödәnilmişdir ki, hәmin mәblәğ dә AR Mülki Prosessual Mәcәllәsinin 119-cu maddәsinә uyğun olaraq Qarşılıqlı cavabdehdәn tutulmalıdır. Tәrәflәr arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilәlәrin 13.1-ci bәndlәrinә әsasәn müqavilәlәr üzrә ödәmәlәr tәhvil-tәslim aktının imzalanması vә elektron qaimәlәrin göndәrilmәsindәn sonra 15 bank günü әrzindә ödәnilmәli idi.

20. Cavabdehin nümayәndәsi mәhkәmә iclasında iştirak edәrәk qarşılıqlı iddia әrizәsinin mәzmununa uyğun izahat vermiş vә bildirmişdir ki, torpağa çıxarışın alına bilmәmәsi onların öhdәliyi deyildir. Razılaşmaya uyğun olaraq öhdәliklәr yerinә yetirilmiş, smeta sәnәdlәri hazırlanmış vә tәhvil-tәslim aktlarına әsasәn tәhvil verilmişdir. Hazırda görülmüş işlәrin dәyәrinin ona ödәnilmәsini tәlәb edir.

21. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrәli qәtnamәsi ilә ilkin iddianın rәdd edilmәsi,ilkin iddia üzrә ödәnilmiş dövlәt rüsumu ilkin iddia üzrә iddiaçının özünә aid edilmәsi,qarşılıqlı iddia tәmin edilmәsi,qarşılıqlı iddia üzrә cavabdeh Naxçıvan Muxtar Respublikasının Tәhsil Nazirliyindәn 142072 manat pul tutularaq qarşılıqlı iddia üzrә iddiaçı "X1" MMC-yә ödәnilmәsi qәt edilmişdir.

22. Naxçıvan MR Tәhsil Nazirliyi qәtnamәdәn apellyasiya şikayәti verәrәk, Bakı Kommersiya Mәhkәmәsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrәli qәtnamәsinin tamamilә lәğv edilmәsi, ilkin iddianın tam tәmin olunması, qarşılıqlı iddianın isә rәdd edilmәsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) İddiaçı “Naxçıvan MR Təhsil Nazirliyi -nin apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә yalnız tәhvil-tәslim aktlarının mövcudluğuna istinad etmәklә cavabdehin öhdәliklәrini tam yerinә yetirdiyi qәnaәtinә gәlmiş, lakin hәmin aktların müqavilә şәrtlәrinә uyğunluğunu, layihәlәrin dövlәt ekspertizasından keçmәsini, yekun qәbul üçün zәruri sәnәdlәrin mövcudluğunu vә müqavilәnin predmetinin faktiki olaraq tam icra edilib-edilmәdiyini araşdırmamışdır. İş materiallarından görünür ki, layihәlәrin ekspertizadan keçmәmәsi, yekun tәsdiq olunmaması vә sifarişçiyә müqavilә predmetinә uyğun nәticәnin tәqdim edilmәmәsi sәbәbindәn müqavilә öhdәliklәri tam hәcmdә yerinә yetirilmәmişdir. Tәrәflәr arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilәlәrin (##.##.2024-cü il tarixli әlavәlәrlә birlikdә) 13.1 vә 13.2-ci bәndlәrinә, habelә "Xüsusi Şәrtlәr"in10-cu bәndinә әsasәn, müqavilә dәyәrinin 30 faizinәdәk avans yalnız bank zәmanәti tәqdim edildikdәn sonra ödәnilә bilәr. Hәmin şәrtlәrә uyğun olaraq Tәhsil Nazirliyi tәrәfindәn tәqdim edilmiş ##.##.2024-cü il tarixli bank zәmanәtlәri әsasında "xxxx" MMC-yә ümumilikdә 60.888,00 manat mәblәğindә avans ödәnilmişdir. Eyni zamanda, müqavilәlәrә edilmiş ##.##.2024-cü il tarixli әlavәlәrә әsasәn, hәr iki müqavilә üzrә işlәrin başa çatdırılması üçün son tarix ##.##.2024-cü il müәyyәn edilmişdir. Lakin iş materialları ilә tәsdiq olunur ki, müqavilәnin icra müddәti başa çatmasına baxmayaraq, Qarşılıqlı iddiaçı müqavilә üzrә nәzәrdә tutulmuş işlәrin tam vә lazımi qaydada yerinә yetirildiyini, sifarişçiyә tam hәcmdә tәhvil verildiyini tәsdiq edәn kifayәt qәdәr mötәbәr sübut tәqdim etmәmişdir. Bundan başqa, müqavilә müddәti bitdikdәn sonra vә mübahisә yaranana qәdәr sifarişçiyә qarşı hәr hansı yazılı tәlәb, irad, xәbәrdarlıq vә ya iddia irәli sürülmәmiş, hüquqların müdafiәsi mәqsәdilә mәhkәmәyә dә müraciәt edilmәmişdir. Bu hallar Qarşılıqlı iddiaçının müqavilә öhdәliklәrini tam yerinә yetirmәsi barәdә iddiasını tәkzib edәn mühüm faktiki göstәricilәrdir. Avans müqavilә qiymәtinin әvvәlcәdәn ödәnilmiş hissәsi olmaqla müstәqil ödәniş deyil, müqavilәnin icrasına xidmәt edәn vәsaitdir. Müqavilә üzrә öhdәliklәr tam yerinә yetirilmәdikdә vә ya görülmüş işlәr sifarişçiyә lazımi qaydada tәhvil verilmәdikdә, avansın saxlanılması üçün hüquqi әsas qalmır vә hәmin mәblәğ sifarişçiyә geri qaytarılmalıdır. Belәliklә, iş üzrә müәyyәn edilmiş hallar Qarşılıqlı iddiaçının müqavilә öhdәliklәrini tam hәcmdә vә lazımi qaydada icra etmәdiyini, buna baxmayaraq ödәnilmiş 60.888,00 manat avans mәblәğini özündә saxladığını tәsdiq edir. Bu isә hәm tәrәflәr arasında bağlanmış müqavilәlәrin şәrtlәrinә, hәm dә Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin vә"Dövlәt satınalmaları haqqında" Azәrbaycan Respublikası Qanununun imperativ tәlәblәrinә zidddir. Bu hallar Qarşılıqlı iddiaçının müqavilә öhdәliklәrini tam yerinә yetirmәsi barәdә iddiasını tәkzib edәn mühüm faktiki göstәricilәrdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Mәhkәmә iclasında iştirak edәn İlkin iddia üzrә iddiaçının, qarşılıqlı iddia üzrә cavabdehin nümayәndәsi X2 tәrәflәrindәn verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin olunmasını mәhkәmәdәn xahiş etmişdir.

26. Mәhkәmә iclasında iştirak edәn ikin iddia üzrә cavabdehin, qarşılıqlı iddia üzrә iddiaçının (bundan sonra – cavabdeh) nümayәndәsi vә vәkili Vәkil şikayәtә etiraz edәrәk, şikayәtin tәmin olunmamasını mәhkәmәdәn xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddә 385.1. Öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәtlәri etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.

28. Maddә 386.1. Öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır.

29. Maddә 389.1. Mülki hüquq vә vәzifәlәrin müәyyәnlәşdirilmәsi, dәyişdirilmәsi vә ya xitamı haqqında iki vә ya bir neçә şәxsin razılaşması müqavilә sayılır.

30. Maddә 442, 443.1 vә 448.1. Öhdәliyin icra edilmәmәsi dedikdә onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür. Öhdәliyini icra etmәyәn borclu kreditora dәymiş zәrәrin әvәzini ödәmәyә borcludur. Borclu onun risk dairәsinә daxil olan öhdәliklәrin icra edilmәdiyi bütün hallar üçün cavabdehdir.

31. . Maddә 462.1. Dәbbә pulu (cәrimә, penya) müqavilә ilә müәyyәnlәşdirilәn, öhdәliyin icra edilmәdiyi vә ya lazımınca icra edilmәdiyi, o cümlәdәn icranın gecikdirildiyi halda borclunun kreditora ödәmәli olduğu pul mәblәğidir.

32. Maddә 463-cü maddәsinә әsasәn dәbbә pulu haqqında razılaşma әsas öhdәliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayәt edilmәmәsi dәbbә pulu haqqında razılaşmanın etibarsızlığına sәbәb olur.

33. Maddә 465.2-. әgәr borclu öhdәliyin lazımınca icra edilmәmәsi, o cümlәdәn müәyyәnlәşdirilmiş müddәtdә icra edilmәmәsi üçün cәrimә ödәyәcәyini vәd etmişdirsә, kreditor cәrimәnin ödәnilmәsini vә öhdәliyin icrasını tәlәb edә bilәr.

34. Maddә 467. Mәhkәmә işin hallarını nәzәrә alaraq tәnasübsüz surәtdәyüksәk dәbbә pulunu azalda bilәr. Tәnasüb müәyyәnlәşdirilәrkәn kreditorun hәm әmlak mәnafelәri, hәm dә bütün әsaslı mәnafelәri nәzәrә alınır.

35. Maddә 752.1.Podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür.

36. Maddә 753.1.Sifarişçi podratçıya şәrtlәşdirilmiş muzd ödәmәyә borcludur.

37. Maddә 755. Podratçı işi şәxsәn yerinә yetirmәyә yalnız bunun müqavilәdәn, yaxud konkret hallardan vә ya işin xarakterindәn irәli gәldiyi hallarda borcludur.

38. Maddә 759.1. sifarişçi işlәr qurtaranadәk istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr, lakin podratçıya yerinә yetirilmiş işin haqqını vermәli vә müqavilәnin lәğvi ilә vurulan zәrәrin әvәzini ödәmәlidir.

39. Maddә 759.2.Əgәr sifarişçi tәrәfindәn müqavilәyә bilavasitә podratçının hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә baş verәn vә ya hәmin hәrәkәtlәrlә bağlı olan sәbәbә görә xitam verilәrsә, podratçı yalnız yerinә yetirilmiş işin haqqını tәlәb edә bilәr, bu şәrtlә ki, sifarişçinin hәmin işlәrә hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddә 14.2 Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

41. Maddә 77.1 Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.

42. Maddә 119.1. Mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә münasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir.

43. Maddә 217.4 Mәhkәmә (hakim) öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır.

44. . Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

45. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr.

46. Mәhkәmә kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddәasını vә onun rәsmi şәrhinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarını nәzәrә almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hәdlәrini qәtnamәnin tam yoxlanılması tәşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәtlәrinin dәlillәri әsassız olduğundan şikayәtlәr tәmin edilmәdәn birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmalıdır.

48. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Mülki Mәcәllәnin 337, 339.6, 346.1 vә 354-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair # ##### 2021-ci il tarixli Qәrarında nümayiş etdirdiyi hüquqi mövqeyә әsasәn, istәnilәn iddia tәlәbi ilә әlaqәdar mәhkәmә icraatının әn әsas vәzifәsi hәmin tәlәbin hüquqi әsasının olubolmadığının müәyyәn olunmasıdır. Mәhkәmәlәr bunu tәrәflәrin hәmin tәlәblә bağlı hansı hüquqi әsaslandırmanı irәli sürmәlәrindәn asılı olmayaraq müstәqil surәtdә müәyyәn etmәlidir. Müәyyәn bir әqd әsasında yarandığı hesab edilәn hüquqla bağlı iddia tәlәbindә mәhkәmә icraatının ilk vәzifәsi hәmin әqdin etibarlı olubolmadığını tәsbit etmәkdir. İddia tәlәbinin әsaslandığı әqdin etibarsız olması, birbaşa hәmin әqd üzrә hüquqi nәticәnin әmәlә gәlmәdiyini, yәni müqavilә üzrә iddia olunan subyektiv hüququn yaranmadığını göstәrir. Ona görә dә, hәr hansı bir әqdә әsaslanaraq verilәn iddianın düzgün hüquqi hәlli üçün, ilk növbәdә, istinad olunan hәmin әqdin etibarlı olub-olmaması müәyyәn edilmәlidir. Etibarsız әqdә әsaslanaraq qaldırılan iddia tәlәblәrindә iddiaçının tәlәbinin әqd üzrә hüquqi әsası mövcud olmur. Çünki әqdin etibarsız olması hәmin әqdin nәzәrdә tutulan hüquqi nәticәni yaratmaması, yәni әqd üzrә mülki hüquq vә öhdәliklәrin әmәlә gәlmәmәsi demәkdir. Əqdin etibarsızlığı әqdin bağlanması ilә әlaqәdar yol verilәn hüquqa zidd halların nәticәsi olmaqla, bağlandığı andan etibarәn öz tәsir vә nәticәlәrini göstәrir.

49. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının әsaslandığı ##.##.2023cü il tarixli 2 әdәd mallar (işlәr vә xidmәtlәr) üzrә satınalma müqavilәsinin etibarlılığına qiymәt verilmәlidir.

50. Hazırkı iş üzrә müәyyәn edilmiş hallara әsasәn iddiaçı dövlәt orqanı, cavabdeh isә kommersiya hüquqi şәxsidir.

51. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçı ilә cavabdeh arasında bağlanması iddia edilәn ##.##.2023-cü il tarixli 2 әdәd mallar (işlәr vә xidmәtlәr) üzrә satınalma hüquqi mahiyyәtinә görә dövlәt satınalmaları müqavilәsi kimi qiymәtlәndirilmәlidir vә hәmin münasibәtlәrә MM-in 404-1-ci maddәsinә uyğun olaraq “Dövlәt satınalmaları haqqında” Qanunun tәlәblәri әsasında qiymәt verilmәlidir.

52. .Eyni zamanda, tәrәflәr arasında hüquq münasibәtlәri ##.##.2023-cu il tarixindә yarandığı üçün MPM-in 217.2-ci maddәsinә әsasәn hazırkı mübahisә üzrә 2024-cü il ######ın #-dәk qüvvәdә olan “Dövlәt satınalmaları haqqında” Qanunun tәtbiq edilmәlidir.

53. Hәmin Qanun Azәrbaycan Respublikasında dövlәt satınalmalarının iqtisadi, hüquqi vә tәşkilati әsaslarını müәyyәnlәşdirir, satınalmalar zamanı dövlәt vәsaitindәn sәmәrәli vә qәnaәtlә istifadә edilmәsi, müsabiqә vә aşkarlıq әsasında bütün malgöndәrәnlәrә (podratçılara) bәrabәr rәqabәt mühiti yaradılması prinsiplәri vә qaydalarını müәyyәn edir.

54. Qeyd olunan Qanun, hәmin Qanunun 1.2-1.7-ci maddәlәrinin müddәaları nәzәrә alınmaqla, Azәrbaycan Respublikasında dövlәt müәssisә vә tәşkilatları (idarәlәri), nizamnamә fondunda dövlәtin payı 30 faiz vә daha çox olan müәssisә vә tәşkilatlar tәrәfindәn malların (işlәrin vә xidmәtlәrin) dövlәt vәsaitlәri, dövlәtin aldığı vә dövlәt zәmanәti ilә alınmış kreditlәr vә qrantlar hesabına satın alınmasına şamil edilir (maddә 1.1).

55. Sözügedәn Qanunda satınalma metodu (açıq tender, ikimәrhәlәli tender, qapalı tender, kotirovka sorğusu vә bir mәnbәdәn satınalma metodu) vә onların keçirilmәsi qaydası, satınalma müqavilәsinin yazılı forması (satınalan tәşkilatla tender qalibi (qaliblәri) arasında bağlanan vә malların (işlәrin vә xidmәtlәrin) satın alınması ilә әlaqәdar tәrәflәrin öhdәliklәrini müәyyәnlәşdirәn sәnәd) vә onun bağlanması qaydası müәyyәn edilmişdir.

56. MM-in 390.2-ci maddәsindә isә tәsbit edilmişdir ki, müqavilә onun bağlandığı vaxt qüvvәdә olan qanunla vә digәr hüquqi aktlar ilә müәyyәnlәşdirilmiş, tәrәflәr üçün mәcburi qaydalara (imperativ normalara) uyğun gәlmәlidir. Əgәr müqavilә bağlandıqdan sonra onu bağlayarkәn qüvvәdә olmuş qaydalardan fәrqlәnәn, tәrәflәr üçün mәcburi başqa qaydalar müәyyәnlәşdirәn qanun qәbul edilmişsә, bağlanmış müqavilәnin şәrtlәri qüvvәsini saxlayır, amma qanunda onun qüvvәsinin әvvәllәr bağlanmış müqavilәlәrdәn әmәlә gәlәn münasibәtlәrә şamil olunmasının müәyyәnlәşdirildiyi hallar istisna tәşkil edir.

57. Hazır iş üzrә müәyyәn olunur ki, tәrәflәr arasında müqavilәlәr qanunvericiliklә imperativ qaydada nәzәrdә tutulmuş dövlәt satınalmaları prosedurlarına riayәt edilәrәk, açıq tender keçirilmәklә bağlanmışdır.

58. İşin mübahisәsiz halıdır ki, tәrәflәr arasında ##.##.2023-cü il tarixli 2 әdәd – “Birinci müqavilә üzrә sifarişçi (iddiaçı) Naxçıvan şәhәrindә 615 şagird yerlik tam orta mәktәbin vә 315 nәfәrlik mәktәbәqәdәr müәssisәnin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması satınalınması” vә “Naxçıvan şәhәrindә 1000 şagird yerlik tam orta mәktәbin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması” müqavilәlәri bağlanmışdır. Hәr iki müqavilәnin predmetinә әsasәn, cavabdehin әsas öhdәliyi razılaşdırılmış növdә tam orta mәktәbin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanmasından, iddiaçının әsas öhdәliyi isә müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında malların (işlәrin vә ya xidmәtlәrin) İcraçıdan qәbul edilmәsi vә dәyәrinin ödәnilmәsindәn ibarәt olmuşdur.

59. Hәmçinin iddiaçı tәrәfindәn cavabdeh şirkәtә avans ödәnişi qismindә 60888 manat ödәnildiyi işin mübahisәlәndirilmәyәn halıdır.

60. Kollegiya qeyd edir ki, iş materiallarında olan tәhvil-tәslim aktlarına әsasәn hәr iki müqavilә üzrә işlәr mәrhәlәli qaydada faktiki yerinә yetirilmiş vә sifarişçi tәrәfindәn qәbul edilmişdir. Aktlar hәr iki tәrәfin sәlahiyyәtli nümayәndәlәri tәrәfindәn imzalanmış vә hüquqi şәxslәrin möhürlәri ilә tәsdiq edilmişdir. Birinci müqavilә üzrә 82.505,60 manat, ikinci müqavilә üzrә isә 79.862,40 manat dәyәrindә işlәrin qәbul edilmәsi bunu tәsdiq edir.

61. Hәmçinin, layihә-smeta sәnәdlәri üzrә memarlıq, baş plan, konstruksiya vә smeta işlәrinin tamamlandığı müәyyәn edilir. Müqavilәlәr üzrә işlәrin tam yekunlaşdırılmaması isә qarşılıqlı iddiaçının tәqsiri ilә deyil, mәktәbin tikintisi üçün ayrılmış torpaq sahәsinә dair Daşınmaz Əmlakın Dövlәt Reyestrindәn çıxarışın әldә edilmәsinin mümkün olmaması ilә әlaqәdar olmuşdur. Bu hal qarşılıqlı iddiaçının (cacavbdehin) iradәsindәn asılı olmayan haldır.

62. Mәhkәmә kollegiyası qeyd etmәyi vacib hesab edir ki, “Hüquq әdәbiyyatına görә avans gәlәcәkdә alınacaq mal vә ya göstәrilәcәk xidmәtlәrin dәyәrinin әvvәlcәdәn qismәn pul şәklindә ödәnilmiş mәblәğidir. MM-in “Öhdәliklәrin icrasının tәmin edilmәsi” adlanan XXİV fәslindә yer alan 491-ci maddәsinә görә müqavilә üzrә tәrәfin verәcәyi ödәnişlәr hesabına ödәnilmiş mәblәğin beh olub-olmadığına şübhә yarandıqda, o cümlәdәn bu Mәcәllәnin 491.2-ci maddәsindә müәyyәnlәşdirilmiş qaydaya riayәt edilmәmәsi nәticәsindә şübhә yarandıqda hәmin mәblәğ, әgәr әksi sübuta yetirilmәsә, avans kimi ödәnilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müәyyәn etmәdiyindәn, bu barәdә razılaşmanın formasına da mәhdudiyyәt qoymamışdır. Bununla belә, nәzәrә alınmalıdır ki, Mәcәllәnin 491.3-cü maddәsi ümumi normadır vә onun tәtbiqi zamanı konkret müqavilәnin xüsusiyyәti nәzәrә alınmalıdır” (Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya vә Mülki Kollegiyalarının 2021-ci il ## #### tarixli */**** nömrәli Qәrardadının 49-51-ci bәndlәri)

63. Tәrәflәr arasında bağlanmış müqavilәnin 5.5-ci bәndinә әsasәn, müqavilәnin icrasına başlanılması üçün zәruri olan hüquqi vә tәşkilati mәsәlәlәrin hәllini, o cümlәdәn müvafiq dövlәt orqanlarından tәlәb olunan icazәlәrin alınmasını tәmin etmәk sifarişçinin vәzifәsi olmuşdur. Hәmin şәrt “Dövlәt satınalmaları haqqında” Azәrbaycan Respublikası Qanununun 6.2.7-ci maddәsinin tәlәblәri nәzәrә alınmaqla müәyyәn edilmişdir.

64. Göründüyü kimi cavabdehin öhdәliyinin hәcmi birinci müqavilә üzrә Naxçıvan şәhәrindә 615 şagird yerlik tam orta mәktәbin vә 315 nәfәrlik mәktәbәqәdәr müәssisәnin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması, ikinci müqavilә üzrә isә Naxçıvan şәhәrindә 1000 şagird yerlik tam orta mәktәbin tikintisi üçün layihә-smeta sәnәdlәrinin hazırlanması hәddindә olmuş, cavabdehdә öhdәliyini icra etmişdir.

65. Qeyd olunanlara әsasәn avansın geri qaytarılması üçün әsas müәyyәn edilmәdiyindәn, lakin cavabdeh tәrәfindәn öhdәliklәri icra olunduğundan iddiaçı tәrәfindәn isә görülmüş işlәrin dәyәri ödәnilmәdiyindәn işdә olan sәnәdlәrә әsasәn Naxçıvan Muxtar Respublikasının Tәhsil Nazirliyindәn 142072 manat pul tutularaq qarşılıqlı iddia üzrә iddiaçı "X1" MMC-yә ödәnilmәsinә dair birinci instansiya mәhkәmәsinin qәnaәti düzgün olmuşdur.

66. Kollegiya apellyatorun müqavilә müddәtinin ##.##.2024-cü ildә başa çatması barәdә dәlilinә münasibәtdә qeyd etmәk istәyir ki, hәr iki müqavilә üzrә ##.##.2024-cü il tarixdә müqavilәyә dәyişiklik edilmәsinә dair Razılaşma imzalanmış, bu isә tәrәflәrin müqavilә üzrә faktiki münasibәtlәrinin davam etdiyini vә sifarişçinin sonrakı tarixlәrdә dә görülmüş işlәri qәbul etdiyini göstәrir.

67. Belәliklә, kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi qanuni vә әsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr isә yuxarıda göstәrilәnlәrә görә әsassızdır vә mahiyyәtcә düzgün olan birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğvi üçün әsas ola bilmәz.

68. Kollegiya hәmçinin qeyd edir ki, apellyasiya şikayәti tәmin edilmәdiyindәn iddiaçı vә cavabdeh tәrәfindәn apellyasiya şikayәtlәrinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu tәrәflәrin özlәrinә aid edilmәlidir.

69. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 384.0.1, 392, 393-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

qət etdi: İddiaçı Naxçıvan MR Tәhsil Nazirliyi tәrәfindәn verilmiş apellyasiya şikayәt tәmin edilmәsin. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrәli qәtnamәsin dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi ilә әlaqәdar ödәnilmiş dövlәt rüsumu apellyatorun özünә aid edilsin. Qәtnamәdәn rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar