Məhkəmə qərarları › İş №e-2-2(3-6)-965/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-965/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-965/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X5 X2 B.V." Şirkətinin Azərbaycan Respublikasindaki filialı olmaqla) qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X8 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi/vəkili İbadov Vüsal Cəbrayıl oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi/vəkili vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X5 X2 B.V." Şirkətinin Azərbaycan Respublikasindaki filialı olmaqla) qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC (icarəçi) ilə “xxxx” MMC (icarəyə verən) # ###### 2017-ci tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən: 2.1-ci bəndinə əsasən İcarəyə verən ona məxsus Landmark III binasının (Bakı şəhəri Nizami küçəsi 90 A) ikinci mərtəbəsində yerləşən 235,20 m2 sahəni İcarəçiyə tam şəraitlə ofis kimi istifadə etmək məqsədi (subicarəyə vermək üçün) ilə icarəyə verir, İcarəçi isə icarə haqqını İcarəyə verənə ödəyir. 3.1-ci bəndinə əsasən İcarənin aylıq məbləği (18% ƏDV-siz ) 1 m2 üçün 15 ABŞ dolları təşkil edir. Ümumilikdə aylıq ödəmə 235.20 m2 x 15 $= 3528 $ ABŞ dolları təşkil edir. Ödəmə ödəniş gününə olan AR Mərkəzi Bankının rəsmi kursuna əsasən manatla həyata keçiriləcəkdir. 4.1-ci bəndinə əsasən İcarəyə verənin icarəyə verdiyi əmlak üçün icarə haqqı almaq hüququ var. 4.2-ci bəndinə əsasən İcarəyə verənin İcarəçidən icarə haqqını vaxtında ödəməyi tələb etmək hüququ var. 5.1-ci bəndinə əsasən Bu İcarə Müqaviləsinə əsasən İcarəçi icarə haqqını vaxtında ödəməlidir. 5.2-ci bəndinə əsasən İcarəçi icarəyə götürülmüş sahəni iaşə xidmətlərinin göstərilməsi üçün istifadə etməlidir. 5.9-ci bəndinə əsasən İcarəçi bu Müqavilənin əsasında İcarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlakı üçüncü şəxsə icarəyə verə bilər.

2. # ###### 2017-ci il tarixli icarə müqaviləsinə # #### 2018-ci il tarixli * saylı Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən # ###### 2017-ci il tarixli icarə müqaviləsinin aşağıdakı maddəsinin dəyişdirilməsi barədə razılığa gəlmişdilər.

3. «İcarəçi» bu müqavilənin predmeti olan icarə sahəsi saxlanılmaqla, əlavə olaraq «İcarəyə verən» dən sub icarəyə vermək üçün 1445 m2 ərazini icarəyə götürür. İcarənin aylıq məbləği (18% ƏDV-siz ) 1 m2 üçün 15 ABŞ dolları təşkil edir. Ümumilikdə aylıq ödəniş 1445.00 m2 x 15 = 21675 (iyirmi bir min altı yüz yetmiş beş) ABŞ dolları təşkil edir. Ödəmə ödəniş gününə olan AR Mərkəzi Bankının rəsmi kursuna əsasən manatla həyata keçiriləcəkdir .

4. # ###### 2017-ci il tarixli icarə müqaviləsinə edilmiş # ##### 2024-cü il tarixli * saylı Əlavəyə əsasən İcarəyə verən ona məxsus Landmark III binasının 7-ci mərtəbəsində yerləşən 345.60 m2 sahəni (JOCAP ofisi) İcarəçiyə tam şəraitlə ofis kimi istifadə etmək məqsədi (subicarəyə vermək üçün) ilə icarəyə verir, İcarəçi isə icarə haqqını İcarəyə verənə ödəyir. İcarənin aylıq məbləği (18% ƏDV-siz ) 345.60 m2 üçün 18 ABŞ dolları təşkil edir. Ümumilikdə aylıq ödəmə 345.60 m2 x $18 = $6,220.80 ABŞ dolları təşkil edir. Ödəmə ödəniş gününə olan AR Mərkəzi Bankının rəsmi kursuna əsasən manatla həyata keçiriləcəkdir.

5. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC (icarəçi) ilə “xxxx” MMC (icarəyə verən) arasında ## ###### 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən İcarəyə verən ona məxsus Landmark III binasının (Bakı şəhəri Nizami küçəsi 90 A) altıncı mərtəbəsində yerləşən 1445 m2 sahəni İcarəçiyə tam şəraitlə ofis kimi istifadə etmək məqsədi (subicarəyə vermək üçün) ilə icarəyə verir, İcarəçi isə icarə haqqını İcarəyə verənə ödəyir. 3.1-ci bəndinə əsasən İcarənin aylıq məbləği (18% ƏDV-siz) 1 m2 üçün 15 ABŞ dolları təşkil edir. Ümumilikdə aylıq ödəmə 1445.00 m2 x 15 $= 21675 $ (iyirmi bir min altı yüz yetmiş beş) ABŞ dolları təşkil edir. Ödəmə ödəniş gününə olan AR Mərkəzi Bankının rəsmi kursuna əsasən manatla həyata keçiriləcəkdir. 3.2-ci bəndinə əsasən İcarəçi icarə haqqını «İcarəyə verənin» təqdim etdiyi hesaba əsasən hissə-hissə aylıq və ya bir dəfəyə illik olaraq ödəyə bilər. 4-cü bəndinə əsasən İcarəyə verənin hüquq və vəzifələri: 4.1-ci bəndinə əsasən İcarəyə verənin icarəyə verdiyi əmlak üçün icarə haqqı almaq hüququ var. 4.2-ci bəndinə əsasən İcarəyə verənin İcarəçidən icarə haqqını vaxtında ödəməyi tələb etmək hüququ var. 5-ci bəndinə əsasən İcarəçinin hüquq və vəzifələri 5.1-ci bəndinə əsasən Bu İcarə Müqaviləsinə əsasən İcarəçi icarə haqqını vaxtında ödəməlidir. 5.9-ci bəndinə əsasən İcarəçi bu Müqavilənin əsasında İcarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlakı üçüncü şəxsə icarəyə verə bilər. 6.1-ci bəndinə əsasən Tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 12.1-ci bəndinə əsasən Bu Müqavilə «04» yanvar 2021-ci ildən qüvvəyə minir və 12 (on iki) ay müddətində etibarlıdır. 12.2-ci bəndinə əsasən Tərəflərdən hər hansı biri digərinə müqaviləyə xitam verilməsi məqsədilə 30 təqvim günü qabaqcadan, yazılı formada müraciət etməzsə, müqavilənin müddəti növbəti 12 (on iki) ay müddətinə uzadılmış hesab edilir.

6. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC (icarəyə verən) ilə "X5 X2 B.V." Şirkətinin Azərbaycan Respublikasındakı filialı (icarəyə götürən) arasında xxxx ********** nömrəli ##.##.2023-cü il tarixli subicarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən İcarəyə verən bununla Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən, Landmark II binası kimi tanınan Binanın ("Bina") altıncı (6-cı) mərtəbəsində yerləşmiş dörd yüz yetmiş bir (471) kvadrat metrdən və Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, Landmark III binası kimi tanınan Binanın altıncı (6-cı) mərtəbəsində yerləşmiş min dörd yüz qırx dörd (1,444) kvadrat metrdən ibarət olan ofis sahələrini İcarəyə götürənə icarəyə verir. 2.2-ci bəndinə əsasən İcarə müqaviləsinin müddəti # #### 2023-cü il tarixdə ("Qüvvəyəminmə tarixi") başlanır və beş (5) il müddətinə nəzərdə tutulur. İcarəyə verən İcarəyə götürənə bildirir ki, bu İcarə müqaviləsinin 12 və 13.5-ci Maddələrinə uyğun olaraq ## ###### 2028-ci il gündüz saat 12:59-da Müddətin başa çatacağını bildirir. 2.3-ci bəndinə əsasən Bu İcarə müqaviləsində nəzərdə tutulan digər hallar istisna olmaqla, İcarə müqaviləsinin müddəti bu İcarə müqaviləsində göstərilən müddətdə saxlanılır və bu müddət ərzində qısaldıla və uzadıla bilməz. 3.1-ci bəndinə əsasən İcarəyə götürən İcarəyə verənə Ofis sahələrindən istifadəyə görə aylıq qırx yeddi min beş yüz otuz ($47,530) ABŞ dolları məbləğində icarə haqqıödəyir. 3.2-ci bəndinə əsasən İcarə haqqı aşağıdakılara əsaslanır və təşkil edir: (1) Ümumi İcarəyə verilən sahə min doqquz yüz on beş (1,915) kvadrat metr min səkkiz yüz altı nöqtə altmış (1,806.60) kvadrat metr işlək sahə üstəgəl altı (6%) faiz ortaq sahənin təşkil etdiyi yüz səkkiz nöqtə qırx (108.40) kvadrat metri ("Ümumi Sahə"); və (2) Ümumi Sahənin hər bir kvadrat metri üçün iyirmi iki ($22) ABŞ dolları, Əlavə 3-də təsvir olunan Xidmətlər və Əlavə 4-də müəyyən olunan "Xidmət haqqları" daxil olmaqla (3) On səkkiz dayanacaq yeri hər bir yer üçün aylıq ($300) ABŞ dolları olmaqla.

7. ##.##.2023-cü il tarixli xxxx ********** nömrəli icarə müqaviləsinə ## ##### 2024-cü il tarixdə * saylı əlavə imzalanmışdır. Həmin əlavənin: 1.1 -ci bəndinə əsasən icarəyə verən icarəyə götürənə, burada təsvir edildiyi kimi ("Əlavə İcarə Müqaviləsi"), ofis sahələrini icarəyə verir. 345.60 m2-dən ibarət olan “Ofis Sahəsi”, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən Landmark III binası kimi tanınan binanın (“Bina”) 7-ci mərtəbəsində yerləşir. 2.2 -ci bəndinə əsasən Əlavə İcarə müddəti 0# ##### 2024-cü ildən başlayır və ## ###### 2028-ci il tarixinədək qüvvədə qalacaq; Əlavə icarə müddəti # ##### 2024-cü il tarixindən başlayır 3.1 -ci bəndinə əsasən İcarəyə götürən İcarəyə verənə Əlavə İcarəyə görə ofislərdən istifadə müddəti ərzində icarə haqqı (“İcarə haqqı”) ödəməlidir. Əlavə İcarəyə görə 1 (bir) illik icarə haqqı bu Əlavə No. 1-ə əsasən əvvəlcədən önilir və sonrakı ödənişlər müqaviləyə uyğun olaraq həyata keçirilir. Yeni icarəyə verilən sahə: 345.60 m2 Qiymət: $24 ayda hər kvadrat metrə görə 345.60 m2 x $24 = ayda 8,294.00 ABŞ dolları $8,294.00 x 12 ay = $99,528.00/illik 50. $99,528.00 x 4 il = $398,112.00 / 4 illik

8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı QSC BOKT-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh “xxxx” MMC-dən ## ###### 2013cü il tarixli **** saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı QSC BOKT-a ödənilməsi, tutma ilkin satış qiyməti 120000000 manat olan ipoteka predmeti “xxxx” MMC-nin mülkiyyətindəki ünvan 4 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği cavabdeh “xxxx” MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən Apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2024- cü il tarixli qətnaməsi ilə Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi qismən - cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı QSC BOKT-nin xeyrinə 2.249.085,38 manat MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilməsi ,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin ## ###### 2025-ci il tarixli ***/**/** nömrəli invoys sənədinə əsasən ## #### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixinədək olan dövr (12 ay) üçün 1915 m² sahənin icarə haqqı qismində (aylıq hər kvadratmetr üçün 22 ABŞ dolları olmaqla) 505.560 ABŞ dolları və eyni dövr üçün 18 ədəd avtomobil park yeri üçün (hər yer üçün aylıq 300 ABŞ dolları olmaqla) 64.800 ABŞ dolları, ümumilikdə isə 570.360,00 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi subicarəçi "X5 X2 B.V." şirkətindən tələb olunmuşdur.

12. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin ## ###### 2024-cü il tarixli, ***/**/** nömrəli İnvoys sənədinə əsasən, ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixinədək olan dövr ərzində 1915 m² sahənin icarə haqqı qismində 505,560.00 ABŞ dolları və 18 avtomobil dayandırma yeri qismində 64,800.00 ABŞ dolları olmaqla, ümumilikdə 570.360 ABŞ dolları məbləğində vəsaitin subicarəçi "X5 X2 B.V." şirkətindən tərəfindən ödənilməsi tələb olunmuşdur.

13. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin ## ###### 2025-ci il tarixli *** nömrəli invoice sənədinə əsasən ## ##### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixinədək olan dövr ərzində "Landmark III" binasının 7-ci mərtəbəsində yerləşən 345.60 m² sahənin icarə haqqı qismində, aylıq hər kvadratmetr üçün 24 ABŞ dolları olmaqla, ümumilikdə 99,528.00 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi "X5 X2 B.V." Şirkətindən tələb olunmuşdur.

14. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin ## ##### 2024-cü il tarixli, ***/**/** nömrəli İnvoysa əsasən, 0# ##### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixinədək olan dövr ərzində "Landmark III" binasının 7-ci mərtəbəsində yerləşən 345.60 m² sahənin icarə haqqı qismində, aylıq hər kvadratmetr üçün 24 ABŞ dolları olmaqla, ümumilikdə 99,528.00 ABŞ dolları məbləğində vəsaitin subicarəçi "X5 X2 B.V." şirkətindən tərəfindən ödənilməsi tələb olunmuşdur.

15. ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 969746,95 manat, ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 171537,6 manat məbləğində, ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 171537,6 manat məbləğində, ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 969612 manat məbləğində, ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 173292,6 manat məbləğində "X5 X2 B.V." Şirkəti tərəfindən Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMCyə ödəniş edilmişdir.

16. ## #### 2024-cü il tarixli qarşılıqlı razılaşma protokoluna əsasən Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC ilə "xxxx" MMC arasında 30 il müddətinə bağlanmış ##.##.2002ci il tarixli elektrik sayğacından birgə istifadəyə dair müqavilə üzrə "xxxx" MMC-yə məxsus olan "Landmark" II binasının elektrik enerjisi sərfiyyatı ilə bağlı ötən dövr ərzində Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən ödənilmiş pul vəsaiti "xxxx" MMC tərəfindən qəbul olunduğu və tərəflər arasında heç bir mübahisə olmadığı, "xxxx" MMC zərərlə fəaliyyət göstərdiyi üçün Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə olan elektrik enerjisi sərfiyyatına dair borcun əvəzləşdirilməsi üçün yekun borc məbləğini birgə müəyyən etdikdən sonra ödənilməsi istiqamətində aşağıdakı razılığa gəlindiyi, Tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC ilə "xxxx" MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli və həmin müqaviləyə əlavə olan ##.##.2018-ci il tarixli * saylı əlavəyə əsasən "Landmark" III binasının 2-ci mərtəbəsində yerləşən 235,20 kv metr sahə və 1445,0 kv metr sahənin icarə hüquqları Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-də qalır və həmin icarə münasibətləri müvafiq qaydada davam edir. Həmin sahənin Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC tərəfindən subicarəyə verilməsinə "xxxx" MMC etiraz etmədiyi, "xxxx" MMC sözügedən icarə sahəsi ilə bağlı subicarə haqqının Cavabdeh Birgə Azərbaycan- İngiltərə MMC tərəfindən əldə edilərək, ötən dövr ərzində "xxxx" MMC-nin yaranmış elektrik enerjisi borcuna yönəldilməsinə razılıq verildiyi, bununla bağlı "xxxx" MMC-nin gələcəkdə Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə qarşı hər hansı mülki qaydada tələbi və pretenziyası nəzərdə tutulmadığı qeyd edilmişdir.

17. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, ##.##.2025-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32653,75 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı adına hüquqi qeydiyyata alınmışdır.

18. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin # ###### 2025-ci il tarixli ***/***/** nömrəli məktubunda bildirilmişdir ki, icarə haqları ilə bağlı # ###### 2025 ci il tarixli 13-7/2- ****/**** saylı məktuba Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-də baxılmışdır. Bununla bağlı bildirirlər ki, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC İlə “xxxx” MMC arasında # ###### 2017-ci İl tarixdə ünvan 3 ünvanında yerləşən “Landmark” III binasının 2-ci mərtəbəsində yerləşən 235,20 kv metr sahə, həmin müqaviləyə əlavə olan ##.##.2018-ci il tarixli * saylı Əlavəyə əsasən isə əlavə olaraq 1445,0 kv metr sahə subicarəyə verilməsi üçün müqavilə bağlanmışdır. Sözügedən sahələr isə Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən subicarəyə verilmiş və tələb olunan ödənişlər “xxxx” MMC-yə ödənilmişdir. “xxxx” MMC-yə məxsus olmuş “Landmark” III binasının mülkiyyət hüquqları İddiaçı QSC-yə keçdiyi və bina yeni mülkiyyətçiyə təhvil verildiyi tarixdən sonra isə subicarəyə götürən tərəfindən Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə icarə haqqı ödənişi həyata keçirilməmişdir. Bundan başqa, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC ilə “xxxx” MMC arasında bağlanmış # ###### 2002-ci il tarixli 30 il müddətinə elektrik sayğacından birgə istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC-yə məxsus olmuş “Landmark” III binası Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə məxsus elektrik sayğacından istifadə edir və elektrik sayğacı üzrə “xxxx” MMC-nin aylıq ödəməli olduğu borc Cavabdeh Birgə Azərbaycan- İngiltərə MMC tərəfindən ödənilir. Sözügedən sayğac 2024-cü ilin avqust ayınadək birgə istifadədə olur və həmin tarixədək “xxxx” MMC-nin “Landmark” III binası ilə bağlı elektrik enerjisi sərfiyyatına görə ödənişlər Cavabdeh Birgə Azərbaycan- İngiltərə MMC tərəfindən ödənilir. # ###### 2002-ci il tarixli müqavilənin qüvvədə olduğu müddət ərzində Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən “xxxx” MMC-yə məxsus olmuş “Landmark” III binasının 2 (iki) milyon manata yaxın elektrik enerjisi sərfiyyatı borcunun ödənilməsi təmin edilmiş və həmin borc “xxxx” MMC zərərlə fəaliyyyət göstərdiyi üçün Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-yə bugünədək ödənilməmişdir. Əlavə olaraq, bildirmək istəyirlər ki, mövcud qanunvericiliyə əsasən Cavabdeh Birgə Azərbaycan- İngiltərə MMC “Landmark” III binasında icarəyə götürdüyü sahə ilə bağlı icarə münasibətlərinin eyni əsaslarla davam etdiyini ümid edir və bununla bağlı tərəflər arasında əlavə danışıqların aparılmasına hazır olduğunu bildirir.

19. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin ## ##### 2026-ci il tarixli ***/***/** nömrəli məktubunda bildirilmişdir ki, icarə haqlları ilə bağlı # ###### 2025-ci il tarixli 13-7/2- ****/**** saylı məktuba Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən baxılaraq # ###### 2025-cİ il tarixində cavab məktubu ünvanlamışlar. Bununla bağlı bildirirlər ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Landmark 111 binasında yerləşən bütün icarədarlara ## #### 2025-ci il tarixində bildiş göndərərək binanın mülkiyyət hüququnun ##.##.2025-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (İddiaçı QSC) keçdiyini elan etmişdir. Bildirişdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən icarə obyektinin mülkiyyətçisi dəyişdikdə, mövcud icara müqaviləsi qüvvədə qalır və yeni mülkiyyətçi həmin müqavilə üzrə əvvəlki mülkiyyətçinin hüquq və öhdəliklərini əldə edir. Bununla belə binanin yeni mülkiyyətçisi olan "xxxx” QSC bütün icarədarlara bildirmişdir ki, icarə münasibətləri mövcud icarə müqaviləsinə əsasən dəyişdirilmədən davam edəcək və müqavilə üzrə icarayə verənin hüquq və öhdəlikləri İddiaçı QSC tərəfindən həyata keçiriləcəkdir. İddiaçı QSC icarədarlarla bağlanmış mövcud icara müqaviləsinin şərtlərinin icrasına və icarə obyektindən dinc, maneəsiz və təhlükəsiz istifadəsinə şərait yaradacağına təminat vermişdir. Nəzərlərinə çatdırırlar ki, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC ilə “xxxx” MMC arasında # ###### 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami Icuçəsi 90A ünvanında yerləşən “Landmark” III binasının 2-ci mərtəbəsində yerləşən 235,20 kv metr sahə, həmin müqaviləyə əlavə olan ##.##.2018-ci il tarixli * saylı Əlavəyə əsasən isə əlavə olaraq 1445,0 kv metr sahə subicarəyə verilməsi üçün müqavilə bağlanmışdır. Sözügedən sahələr isə Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən subicarəyə verilmiş və tələb olunan ödənişlər “xxxx” MMC- yə ödənilmişdir. Bildirmək istəyir ki, mövcud qanunvericiliyə əsasən Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC “Landmark” III binasında icarəyə götürdüyü sahə ilə bağlı icarə münasibətlərinin eyni əsaslarla davam etdiyini ümid edir və bununla bağlı tərəflər arasında əlavə danışıqların aparılmasına hazır olduğunu bildirir.

Birinci instansiya məhkəməsindəki icraat:

20. İddiaçı xxxx” QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia ərizəmizi təmin edib cavabdeh Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-dəncəmi 540.888 ABŞ dollarının, milli valyutada 919.509,6 manat məbləğində icarə haqqının və ödənilmiş 1210 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən “Landmark III” binası adlanan qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin kredit borcuna görə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası nəticəsində onun mülkiyyətindən çıxaraq İddiaçı QSC-nin mülkiyyətinə keçmiş və bu haqda İddiaçı QSC-yə ##.##.2025-ci il tarixli qeydiyyat nömrəsi 1125024103, reyestr nömrəsi 004011001285-06101 olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin mülkiyyətinə keçdikdən sonra müəyyən edilmişdir ki, “xxxx” MMC sözügedən binanın 6-cı mərtəbəsində yerləşən 1445 kv.m. sahəni ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 21.675,0 ABŞ dollarına, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəni isə # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən aylıq 6.220,8 ABŞ dollarına Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə icarəyə vermişdir. İcarəyə verilən sahələr ##.##.2025-ci il tarixindən etibarən İddiaçı QSC-nin mülkiyyətinə keçdiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 699.1-ci maddəsinə əsasən İddiaçı QSC həmin tarixdən etibarən İcarə müqavilələri üzrə icarəyə verən qismində çıxış edir. Eyni zamanda iddiaçı tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC göstərilən «Landmark III» Binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metrini aylıq 31.768,0 ABŞ dollarına və 18 ədəd avtomobilin park yerini isə hər bir avtomobil üçün aylıq 300 ABŞ dollarına ##.##.2023-cü il tarixli ********** saylı icarə müqaviləsinə əsasən, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəni isə həmin müqavilənin ##.##.2024-cü il tarixli * nömrəli əlavəsinə əsasən aylıq 8.294,0 ABŞ dollarına “X5 X2 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına subicarəyə vermişdir. JOCAP tərəfindən qeyd edilən Subicarə müqavilələri üzrə ##.##.2025-ci il tarixli ***/**/** nömrəli və ##.##.2025ci il tarixli *** nömrəli invoys sənədlərinə, eləcədə ##.##.2025 il tarixli və ##.##.2025-ci il tarixli bank ödəniş tapşırıqlarına əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə icarəyə götürülmüş sahələr və avtomobil parklanma yeriləri üçün avtomobil cəmi 669.888 ABŞ dolları, manat ekvivalentində 1.142.904.6 manatı qabaqcadan ödəmişdir. Lakin cavabdeh Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC göstərilən Subicarə müqavilələri üzrə JOCAP-dan icarə haqlarını almasına baxmayaraq nə “xxxx” MMC-yə, nə də ##.##.2025-ci il tarixindən etibarən göstərilən binanın mülkiyyətçisi olmuş İddiaçı QSC-yə həmin subicarəyə verdiyi sahələrin icarə haqlarını ödəməmişdir. ##.##.2025-ci il tarixindən sonrakı dövr üzrə Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC -nin İcarə müqavilələri əsasında “xxxx” MMC-yə ödənilməmiş olan icarə haqlarının və JOCAP tərəfindən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə ödənilmiş icarə haqqı məbləği ilə İcarə Müqavilələri üzrə müəyyən edilmiş icarə haqqı məbləği arasındakı fərqin, cəmi 540.588,0 ABŞ dollarının milli valyuta ekvivalentində 10 iş günü ərzində İddiaçı QSC-yə ödənilməsinin təmin edilməsinə dair Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə ##.##.2025-ci il tarixli **-*/*-****/**** saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq qeyd olunan öhdəlik bu günədək icra edilməmişdir.

22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448.1, 699.1, 700.1, 700.3-cü maddələrinə istinad olunmuşdur.

23. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinə qədər ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC "Landmark III" binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün 376.980 ABŞ dolları və 18 ədəd avtomobilin park yeri üçün 64.080 ABŞ dolları, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən 99.528 ABŞ dolları məbləğində icarə haqqının, ümumilikdə 540.888,0 ABŞ dollarının, milli valyutada 919.509,6 manat məbləğində icarə haqqının və ödənilmiş 1210 manat dövlət rüsumunun Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-dən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. ##.##.2026-cı il tarixdə cavabdehin nümayəndəsi dəqiqləşdirmə ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddianın dəqiqləşdirilməsinə dair ##.##.2026-cı il tarixli ərizə tamamilə əsassızdır. Belə ki, sözügedən "Land Mark III" binası əvvəllər "xxxx" MMC-yə məxsus olmuş, ##.##.2025-ci il tarixdə icra qaydasında hərrac vasitəsilə İddiaçı QSC tərəfindən götürülmüşdür. Həmin tarixdən sonra "Land Mark III" binası ilə bağlı "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC-yə heç bir icarə haqqı ilə bağlı ödəniş həyata keçirilməmişdir. Daha öncə elektron məhkəmə sisteminə əlavə etdikləri müqavilə və protokollardan da göründüyü kimi, "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC ilə əvvəlki mülkiyyətçi "xxxx" MMC arasında müvafiq qarşılıqlı razılaşmalar olmuşdur. Buna görə də İddiaçı QSC yeni mülkiyyətçi olaraq "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC-yə qarşı heç bir iddia ilə çıxış edə bilməz və bu predmet üzrə "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC cavabdeh hesab oluna bilməz. Bundan başqa, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş məhkəmə qərarlarına münasibətdə isə bildirmək istəyir ki, həmin qərarların əlavə edilməsi sanki zəruri hüquqi müdafiənin qurulmasından çox, toxunulmaz hüququnun olmasının diqqətə çatdırılmaq ehtimalını formalaşdırır. Həmin qərarların hazırkı mübahisə üzrə xüsusi əhəmiyyət kəsb etmədiyi halda elekton məhkəmə sisteminə əlavə edilməsi iddiaçı tərəfindən birmənalı olaraq verilmiş bütün iddiaların təmin olunması məcburiliyini özündə ehtiva etməsindən başqa heç bir hüquq əsas yaratmamaqdadır. Bundan başqa, AR Mülki Məcəlləsinin 699-cu maddəsində də bu kimi münasibətlərlə hüquqmüəyyənedici norma əks olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, düzgün olmayan cavabdehə qarşı verilmiş iddanın rədd edilməsinə dair obyektiv və ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia tələbinə münasibət ərizəsində bildirilmişdir ki, icraatlarında iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh Birgə Azərbaycan İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-*-*(*-**)-***/**** nömrəli məhkəmə işi vardır. İş üzrə ## ##### 2026-cı il tarixli qəbul edilmiş qərardada əsasən, “X5 X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı işdə iştirak edən şəxslərin təşəbbüsü olmadan məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs olaraq işin hərtərəfli və obyektiv araşdırılması üçün aşağıda qeyd olunan faktları diqqətinizə çatdırırıq: Üçüncü şəxs və Cavabdeh arasında ## ###### 2023-cü il tarixində bağlanmış ********** saylı müqaviləyə va həmin müqaviləyə edilmiş ## ##### 2024-cü il tarixli * nömrəli əlavəyə əsasən, Cavabdeh Üçüncü şəxsə aşağıdakı sahələri icarəyə vermişdir :## ###### 2023 tarixli ********** saylı icarə müqaviləsi əsasında, "Landmark III" binasının 6-cı mərtəbəsində yerləşən ofis sahəsi # #### 2023-cü il tarixindən icarəyə götürülmüşdür. Sahənin həcmi 1444 kvm, icarə haqqının məbləği isə hər kvm görə aylıq 22$ olmaqla aylıq 31.768 ABŞ dolları təşkil edir, ## ###### 2023 tarixli ********** saylı icarə müqaviləsi əsasında, "Landmark II" binasının 6-cı mərtəbəsində yerləşən ofis sahəsi # #### 2023-cü il tarixindən icarəyə götürülmüşdür. Sahənin həcmi 471 kvm, icarə haqqının məbləği isə hər kvm görə aylıq 22$ olmaqla aylıq 10.362 ABŞ dolları təşkil edir.İcarə müqaviləsinə ## ##### 2024 tarixli * nömrəli əlavə əsasında, "Landmark III" binasının 7-ci mərtəbəsində yerləşən ofis sahəsi # ##### 2024-cü il tarixindən icarəyə götürülmüşdür. Sahənin həcmi 345.6 kvm, icarə haqqının məbləği isə hər kvm görə aylıq 24$ olmaqla aylıq 8.294 ABŞ dolları təşkil edir. ## ###### 2023 tarixli ********** saylı icarə müqaviləsi əsasında, 18 ədəd avtomobil parkinq yerləri # #### 2023-cü il tarixindən götürülmüşdür. İcarə haqqının məbləği hər bir yer üçün aylıq 300$ olmaqla aylıq 5.400 ABŞ dolları təşkil edir. “Landmark II” və “Landmark III” binalarının altıncı mərtəbələrində yerləşən ofis sahələrinin və avtomobil üçün parkinq yerlərinin icarə müddəti İcarə müqaviləsinin 2-ci maddəsinə əsasən # #### 2023-cü il tarixindən başlayaraq ## ###### 2028-ci ilədək razılaşdırılmış, “Landmark III” yeddinci mərtəbədə yerləşən ofis sahəsinin icarə müddəti isə Əlavə 1-ə əsasən # ##### 2024-cü ildən ## ###### 2028-ci ilədək müəyyən edilmişdir.İcarə müqaviləsinin 3.4-cü maddəsinə əsasən, Üçüncü şəxs Cavabdehə icarə haqlarını qabaqcadan hər bir il müddətin başlama sından 30 gün əvvəl ödəyir. İcarə haqlarının Üçüncü şəxs tərəfindən ödənilməsiylə əlaqədar aşağıdakıları diqqətinizə çatdırırıq: “Landmark III” və “Landmark II” Binalarının 6-cı mərtəbələrində yerləşən ümumilikdə 1915 kvadrat metr ofis sahəsi və 18 avtomobil yerinə görə İcarə müqaviləsinin müvafiq maddəsinə uyğun olaraq, Üçüncü şəxs tərəfindən 2024 və 2025- ci illər üzrə hər birində 570.360 ABŞ dolları olmaqla, ümumilikdə Cavabdehə 1.140.720 ABŞ dolları icarə haqqı ödənilmişdir (## ###### 2024-cü il və # ###### 2025-ci il tarixli hesab fakturalar əlavə olunur).“Landmark III” Binasının 7-ci mərtəbəsində yerləşən 345,6 kvadrat metr ofis sahəsinə görə: İcarə müqaviləsinin müvafiq maddəsinə uyğun olaraq, üçüncü şəxs tərəfindən 2024 və 2025-ci illər üzrə hər birində 99.528 ABŞ dolları olmaqla, ümumilikdə cavabdehə 199.056 ABŞ dolları icarə haqqı ödənilmişdir (## ##### 2024 və ## ###### 2025ci il tarixli hesab fakturalar əlavə olunur). Beləliklə, üçüncü şəxs tərəfindən ümumilikdə mübahisələndirilən dövr üçün cavabdehə 669.888,0 ABŞ dolları, manat ekvivalentində 1.142.904,6 manat vəsait ödənilmişdir. Həmçinin Məhkəməyə İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində, İddiaçı tərəfindən üçüncü şəxs və cavabdeh arasında olan icarə münasibətləri mübahisələndirilmir və üçüncü şəxs tərəfindən cavabdehə icarəylə bağlı bütün ödənişlərin tam, düzgün və vaxtında edilməsi İddiaçı tərəfindən iddia ərizəsində və müvafiq hesab fakturalarla təsdiq olunur. Qeyd edilənlərə əsasən, diqqətinizə çatdırmaq istəyirik ki, cavabdehlə üçüncü şəxs arasında yaranmış münasibətlər yuxarıda qeyd edilən müqavilə və onun əlavəsi çərçivəsində formalaşmışdır. Üçüncü şəxs tərəfindən icarə müqaviləsi və ona edilmiş Əlavə 1-ə uyğun olaraq bütün öhdəliklər vaxtında və razılaşdırılmış həcmdə icra edilmişdir.Bununla da nəzərə alaraq ki, hazırki mübahisə İddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlərdən irəli gəlir və üçüncü şəxsin Cavabdehlə bağladığı icarə müqaviləsindən irəli gələn bütün öhdəliklərini vaxtında icra etmişdir və tələb olunan icarə haqlarının ödənişi müvafiq iddia üçüncü şəxsin hüquq va öhdəliklərinə təsir etməməlidir.Qeyd olunanların nəzərə alınmasını Məhkəmədən xahiş edilir.

26. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-dən ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinə qədər ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC “Landmark III” binasının 6cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün 254320 ABŞ dolları, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən 72990,72 ABŞ dolları məbləğində icarə haqqı olmaqla, ümumilikdə 327310,72 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 847 manat pulun tutularaq iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, ünvan 4 ünvanında yerləşən “Landmark III” binası adlanan qeyriyaşayış 27.sahəsi “xxxx” MMC-nin kredit borcuna görə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası nəticəsində onun mülkiyyətindən çıxaraq İddiaçı QSC-nin mülkiyyətinə keçmiş və bu haqda İddiaçı QSC-yə ##.##.2025-ci il tarixli qeydiyyat nömrəsi 1125024103, reyestr nömrəsi 004011001285-06101 olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı QSCnin mülkiyyətinə keçdikdən sonra müəyyən edilmişdir ki, “xxxx” MMC sözügedən binanın 6-cı mərtəbəsində yerləşən 1445 kv.m. sahəni ##.##.2021ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 21.675,0 ABŞ dollarına, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəni isə # ###### 2017- ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən aylıq 6.220,8 ABŞ dollarına Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə icarəyə vermişdir (bundan sonraİcarə Müqavilələri). İcarəyə verilən sahələr ##.##.2025-ci il tarixindən etibarən İddiaçı QSC-nin mülkiyyətinə keçdiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 699.1-ci maddəsinə əsasən İddiaçı QSC həmin tarixdən etibarən İcarə müqavilələri üzrə icarəyə verən qismində çıxış edir. Eyni zamanda tərəfimizdən müəyyən edilmişdir ki, Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC göstərilən «Landmark III» Binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metrini aylıq 31.768,0 ABŞ dollarına və 18 ədəd avtomobilin park yerini isə hər bir avtomobil üçün aylıq 300 ABŞ dollarına ##.##.2023-cü il tarixli ********** saylı icarə müqaviləsinə əsasən, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəni isə həmin müqavilənin ##.##.2024-cü il tarixli * nömrəli əlavəsinə əsasən aylıq 8.294,0 ABŞ dollarına “X5 X2 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra – JOCAP) subicarəyə vermişdir. JOCAP tərəfindən qeyd edilən Subicarə müqavilələri üzrə ##.##.2025-ci il tarixli ***/**/** nömrəli və ##.##.2025ci il tarixli *** nömrəli invoys sənədlərinə, eləcədə ##.##.2025 il tarixli və ##.##.2025-ci il tarixli bank ödəniş tapşırıqlarına əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə icarəyə götürülmüş sahələr və avtomobil parklanma yerləri üçün avtomobil cəmi 669.888,0 ABŞ dolları, manat ekvivalentində 1.142.904.6 manatı qabaqcadan ödəmişdir. Lakin cavabdeh Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC göstərilən Subicarə müqavilələri üzrə JOCAPdan icarə haqlarını almasına baxmayaraq nə “xxxx” MMC-yə, nə də ##.##.2025-ci il tarixindən etibarən göstərilən binanın mülkiyyətçisi olmuş İddiaçı QSC-yə həmin subicarəyə verdiyi sahələrin icarə haqlarını ödəməmişdir. ##.##.2025-ci il tarixindən sonrakı dövr üzrə Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC -nin İcarə müqavilələri əsasında “xxxx” MMC-yə ödənilməmiş olan icarə haqlarının və JOCAP tərəfindən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC-yə ödənilmiş icarə haqqı məbləği ilə İcarə Müqavilələri üzrə müəyyən edilmiş icarə haqqı məbləği arasındakı fərqin, cəmi 540.588,0 (beş yüz qırx min beş yuz səksən səkkiz) ABŞ dollarının milli valyuta ekvivalentində ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaya qəti şəkildə etiraz edərək bildirib ki, iş üzrə cavabdeh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC əsl olmayan cavabdehdir və iddiaçının tələbi cavabdehə aid deyil. İddiaçının tələb etdiyi məbləğ onun üçüncü şəxslə bağladığı müqavilə üzrə rəqəmdir. Bu çox absürd yanaşmadır. Üçüncü şəxslə cavabdeh tərəfin bağladığı müqaviləyə əsasən cavabdehin gəliri, ədv və s. bütün bunların hamısı cavabdehdən tələb olunur. Əlavə olaraq 18 ədəd qarajın 8-i cavabdehin mülkiyyətindədir, hazırda 10 ədədi isə iddiaçıya məxsusdur. xxxx gələcək 1 il üzrə ödənişlər etmişdir. İddiaçı mülkiyyətçi olduqdan sonra xxxx tərəfindən cavabdehə heç bir icarə ödənişi olunmamışdır, irəli ödənişlər olmuşdur ki, bunu tələb etmək hüququ da “xxxx” MMC-yə məxsusdur. Həmin pul cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənilmişdirsə, yenidən iddiaçıya ödənilməsi absürd haldır. “xxxx” MMC ilə cavabdeh arasında həmin pul əvəzləşdirilmişdir, “xxxx” MMC-nin isə cavabdeh tərəfə qarşı heç bir iddiası yoxdur. Tələb 3 hissədən ibarətdir və heç bir hissəsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi isə bildirib ki, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən subicarəçi olaraq onlara (JOCAP şirkətinə) göndərilmiş bütün invoiclar, həmçinin iddiaçının mübahisələndirdiyi ##.##.2025-ci il tarixindən ##.##.2026- cı il tarixinə gədər olan dövr üzrə icarə haqqları ödənilmişdir və bütün ödənişlərə dair sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iddianı qismən əsaslı hesab edərək, cavabdehin arqumentləri ilə razılaşmayaraq qeyd edib ki, göründüyü kimi cavabdeh ilə keçmiş mülkiyyətçi “xxxx” MMC arasında icarə müqavilələri bağlanmışdır. Məhkəmə qərarlarına əsasən icarə obyektlərinə dair mülkiyyət hüququ ##.##.2025-ci il tarixindən etibarən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. “xxxx” MMC ilə Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC arasında bağlanmış müqavilələrə əsasən icarəçi (xxxx) həmin qeyri-yaşayış sahələrini 3-cü şəxslərə subicarəyə vermək hüququna malik olduğu üçün, JOCAP şirkətinə subicarəyə vermiş və əvvəlcədən göndərdiyi invoyslar əsasında ##.##.2026-cı il tarixinə kimi subicarə haqqlarını almışdır. Beləliklə, göründüyü kimi mülkiyyət hüququ hazırkı iş üzrə iddiaçıya keçdikdən sonra da cavabdeh qeyri-yaşayış sahələrindən istifadə etməklə (qeyri-yaşayış sahələrini subicarəyə verməklə, subicarə haqqlarını almaqla) bəhrələnmişdir, lakin, əsas (“xxxx” MMC ilə Cavabdeh Şirkəti) arasında bağlanmış) müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməmişdir, icarə haqlarını icarəyə verənə ödəməmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC ilə "xxxx" MMC arasında imzalanmış ## #### 2024- cü il tarixli qarşılıqlı razılaşma protokoluna istinad edərək “xxxx” ilə “xxxxun” borclarının əvəzləşdirilməsinə istinad etsə də, hansı borcun icarə haqqının hansı dövrü ilə əvəzləşdirilməsini, bunun hansı formada rəsmiləşdirilməsini/razılaşmanın icrasını sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən göründüyü kimi, icarə obyektinə mülkiyyət hüququ “xxxx”dan “xxxxə” “xxxx”nın sonuncuya böyük məbləğdə olan borcları üzrə məhkəmə qətnamələrinin icrası zamanı keçmişdir. Mülkiyyət hüququnun “xxxxə” keçməsi “xxxx”nın “xxxxa” olan əvvəlki hər-hansı borcu üzrə öhdəliklərinin də ona keçməsi anlamına gəlməməlidir. Belə ki, MM-nin 699.1-ci maddəsinə əsasən (Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur) İddiaçı sadəcə “xxxx” ilə Cavabdeh arasında bağlanmış icarə münasibətləri üzrə mülkiyyət hüququnu əldə etdiyi andan icarəyə verənin yerini tutmuş olur və “xxxx” ilə Cavabdeh arasında olan hərhansı digər münasibət və öhdəliklərə görə məsuliyyət daşımır. Yəni, başqa sözlə desə, İddiaçıə ##.##.2025-ci il tarixindən etibarən sadəcə icarə müqaviləsi üzrə icarəyə verənin hüquq və öhdəliklərini keçmiş olur. İddianın təmin edilməli hissələrinə gəldikdə isə məhkəmə qeyd edib ki, iddia tələbi 3 hissədən ibarətdir: ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinə qədər ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC "Landmark III" binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün 376.980 ABŞ dolları və 18 ədəd avtomobilin park yeri üçün 64.080 ABŞ dolları, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən 99.528 ABŞ dolları məbləğində icarə haqqının tutulması. İcarə obyektlərinə mülkiyyət hüququnun ##.##.2025-ci il tarixindən İddiaçıə keçməsi, Cavabdeh Şirkəti tərəfindən JOCAP şirkətindən ##.##.2026-cı il tarixinə kimi subicarə haqlarının alınması işin mübahisəsiz və iş materialları ilə təsdiq edilmiş hallarını təşkil edib. Məhkəmə öncə iddianın qismən təmin edilən - Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC "Landmark III" binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün (on bir ay iyirmi iki gün dörv üçün) 376.980 ABŞ dolları məbləğinə dair qeyd edir ki, “xxxx” ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən 1445 kv.m metr icarə sahəsi üzrə aylıq icarə haqqı 21675 ABŞ dolları təşkil etmişdir. Belə olan halda qeyd edilən müqavilə üzrə göstərilən dövr üzrə 376980 ABŞ dolları deyil, 254320 ABŞ dolları (aylıq icarə haqqının 21675 ABŞ dolları olmasını nəzərə alaraq) icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən (on bir ay iyirmi iki gün dövr üçün) 99.528 ABŞ dolları məbləğində tələbə gəldikdə məhkəmə qeyd edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, istinad edilən # ##### 2024-cü il tarixli * saylı əlavəyə əsasən 345,6 kv.m sahənin aylıq icarə haqqı 6220,8 ABŞ dolları təşkil edib. Belə olan halda qeyd edilən müqavilə üzrə göstərilən dövr üzrə 99528 ABŞ dolları deyil, 72990,72 ABŞ dolları (aylıq icarə haqqının 6220,8 ABŞ dolları olmasını nəzərə alaraq) icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edib ki, göründüyü kimi iddiaçı əsassız olaraq, əsas icarə müqaviləsi üzrə deyil, cavabdeh ilə üçüncü şəxs (subicarəçi) arasında bağlanmış müqavilələrdə göstərilən icarə haqqı məbləğlərinə əsasən tələbi irəli sürmüşdür. Lakin, subicarə müqavilələrin məqsədləri də ondan ibarətdir ki, icarəyə götürən qazanc əldə etmək (bəhrələnmək) üçün icarə obyektini subicarəyə verməklə özünün ödəməli olduğu icarə haqqından daha artıq icra haqqını müəyyən etsin. Və iddiaçının əsas icarə müqaviləsi üzrə mülkiyyət hüququnu əldə etdikdən sonra icarəyəverən olaraq, subicarə müqaviləsində göstərilən məbləğdə icarə haqqının subicarəyəverəndən tələb etmək tamamilə əsassız və qanunsuzdur. Beləliklə, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-dən ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinə qədər ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC “Landmark III” binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün 254320 ABŞ dolları, 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən 72990,72 ABŞ dolları məbləğində icarə haqqı olmaqla, ümumilikdə 327310,72 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Təmin edilməyən iddia tələbinə - 18 ədəd avtomobilin park yeri üçün 64.080 ABŞ dolları icarə haqqına gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, iddiaçı həmin 18 ədəd avtomobil park yerlərinin özünə məxsus olmasına barədə, mülkiyyət hüququna dair hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir, əksinə, cavabdeh həmin park yerinin müəyyən hissəsinin onun özünə məxsus olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, hətta zənn edilsə belə ki, qeyd edilən 18 ədəd avtomobil park yerlərindən müəyyən hissəsi artıq iddiaçının mülkiyyətindədir, lakin bu cür tələbin irəli sürülməsinə dair hər hansı hüquqi əsas (həmin avtopark yerlərinin “xxxx” və ya sonradan yeni mülkiyyətçi İddiaçı tərəfindən “xxxxa” ödənişli icarə müqaviləsi əsasında verilməsi, həmin müqavilə üzrə borcun mövcudluğu və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün bu tələb təmin edilə bilməz.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 375, 684.1, 699.1, 700.1, 700.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: -AR MM-nin 699.1-ci maddəsi üzrə - Hazırkı vəziyyətdə Cavabdeh Birgə Azərbaycan- İngiltərə MMC-yə ödənişlər İddiaçı QSC tərəfindən mülkiyyət hüquqları əldə edildikdən daha əvvəlki tarixə təsadüf edir və Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC bu faktdan məlumatsız olaraq daha əvvəl əldə etdiyi vəsaitlərə görə “xxxx” MMC-yə ödənilməli olan öhdəliklərini icra etmişdir. Lakin bu xüsusat da məhkəmə tərəfindən nəzərə alınmamış və Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin hüquqları pozulmaqla məhkəmə qətnaməsi qəbul edilmişdir. -AR MPM-in 54-cü maddəsi üzrə - Məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması halları bundan ibarətdir ki, məhkəmə tərəfindən tətbiq edilməli olan normaların qanunamüvafiq tətbiqi həyata keçirilməmişdir. Belə ki, hazırkı iş üzrə cavabdeh “xxxx” MMC olmalı olduğu halda, tərəf olaraq işə cəlb edilməmiş, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi təmin edilməmişdir. -Məhkəmə qətnaməsindən görünür ki, iddia qismən təmin edilsə də, birtərəfli mövqe əsasında təmin edilmiş və maddi hüquq normaları pozulmaqla, yekun qətnamə çıxarılmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi yazılaraq, bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. Hazırkı iş üzrə sözügedən "Land Mark III" binası əvvəllər "xxxx" MMCyə məxsus olmuş, ##.##.2025-ci il tarixdə icra qaydasında hərrac vasitəsilə İddiaçı QSC tərəfindən götürülmüşdür. Həmin tarixdən sonra "Land Mark III" binası ilə bağlı "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC-yə heç bir icarə haqqı ilə bağlı ödəniş həyata keçirilməmişdir. Elektron məhkəmə sisteminə əlavə etdikləri müqavilə və protokollardan da göründüyü kimi, "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC ilə əvvəlki mülkiyyətçi "xxxx" MMC arasında müvafiq qarşılıqlı razılaşmalar olmuşdur. Buna görə də İddiaçı QSC yeni mülkiyyətçi olaraq "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC-yə qarşı heç bir iddia ilə çıxış edə bilməz və bu predmet üzrə "xxxx Birgə Azərbaycan-İngiltərə" MMC cavabdeh hesab oluna bilməz. -Həmçinin, məhkəmə prosesi zamanı dəfələrlə cavabdeh tərəfindən bildirilmişdir ki, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC əsl olmayan cavabdehdir və iddiaçının tələbi cavabdehə aid deyil. Belə ki, Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC “xxxx” MMC-dən icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsinə “xxxx” Şirkətinə subicarəyə vermişdir. Sözsüz ki, həmin icarə və subicarə müqaviləsi arasında Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin də müəyyən məbləğdə gəlir əldə etməsi nəzərdə tutulmuşdur. Əgər sonradan, yəni Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin heç bir məlumatı olmadan “Land Mark III” Binası başqa mülkiyyətçiyə keçibsə, bundan Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin heç bir məsuliyyəti yoxdur və olacağı təqdirdə yalnız “xxxx” MMC-nin məsuliyyəti olmalıdır. Çünki Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC əldə etdiyi subicarə məbləğlərinə görə “xxxx” MMC-yə ödəməli olduğu öhdəliklərini tam icra etmişdir. Belə olan halda “xxxx” MMCnin əldə etdiyi gəlirə görə Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin yenidən icarə haqqı ödəməsi tamamilə absurd bir yanaşmadır və qanunvericilikdə nəzərdə tutulmamışdır. Çünki, nəzərə alınmalıdır ki, “Land Mark III” Binasındakı qeyri-yaşayış sahəsini icarə verib gəlir əldə edən mülkiyyətçi “xxxx” MMC olmuşdur. Onun əldə etmiş olduğu gəlirlə görə başqa subyektin maddi məsuliyyət daşıması əsassızdır və Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC hazırkı iddia üzrə əsl olmayan cavabdehdir. Bundan başqa, iddiaçının tələb etdiyi məbləğ Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin üçüncü şəxslə bağladığı müqavilə üzrə rəqəmə bərabərdir. Bu çox absurd bir yanaşmadır. Üçüncü şəxslə cavabdeh tərəfin bağladığı müqaviləyə əsasən cavabdehin gəliri, ədv və s. bütün bunların hamısı cavabdehdən tələb olunmuşdur. Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin subicarə müqaviləsi əsasında əldə etdiyi gəlir heç bir halda iddia predmeti ola bilməz. Əlavə olaraq, hazırkı iddia üzrə 18 ədəd qarajdan 8-i Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC-nin mülkiyyətindədir. Lakin buna baxmayaraq, sözügedən qarajlarla bağlı da iddiaçı maddi zərər tələb etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

32. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

33. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə baxılması nəticəsini məhkəmənin mülahizəsinə buraxdı.

Tətbiq edilən hüquq:

35. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

36. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC (icarəçi) ilə “xxxx” MMC (icarəyə verən) # ###### 2017-ci tarixli və ## ###### 2021-ci il tarixli icarə müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən icarəyə verən ona məxsus ünvan 3 ünvanında yerləşən Landmark III binasının 7-ci mərtəbəsində yerləşən 345.60 m2 sahəni (JOCAP ofisi) İcarəçiyə tam şəraitlə ofis kimi istifadə etmək məqsədi (subicarəyə vermək üçün) ilə və həmin binanın 6-cı mərtəbəsində yerləşən 1445 m2 sahəni icarəçiyə tam şəraitlə ofis kimi istifadə etmək məqsədi (subicarəyə vermək üçün) ilə icarəyə vermişdir. Bundan sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında “xxxx” MMC-nin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qarşısındakı borclarına görə tutma sözügedən icarə sahələrinin yerləşdiyi qeyri-yaşayış binasına yönəldilib, nəticədə daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli çıxarışa əsasən həmin ünvanda ümumi sahəsi 32653,75 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adına dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı icarə sahələrinin onun mülkiyyətinə keçdiyi tarixdən sonrakı dövr üçün icarə müqavilələri üzrə icarəyə verənin hüquqlarının ona keçməsinə baxmayaraq cavabdeh tərəfindən icarə haqlarının ödənilmədiyini əsas göstərərək ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Birgə Azərbaycan İngiltərə MMC "Landmark III" binasının 6-cı mərtəbəsində icarəyə götürdüyü 1445 kv.m. sahənin 1444 kv.metri üçün 376.980 ABŞ dolları və 18 ədəd avtomobilin park yeri üçün 64.080 ABŞ dolları (park yerləri üçün icarə haqqı hissəsi hazırkı məhkəmə baxışının predmeti deyil), 7-ci mərtəbəsində yerləşən 345,6 kv.m. sahəsi üçün # ###### 2017-ci il tarixli icarə müqaviləsinin # ##### 2024-cü il tarixli * saylı əlavəsinə əsasən 99.528 ABŞ dolları məbləğində icarə haqqının, ümumilikdə 540.888 ABŞ dollarının, milli valyutada 919.509,6 manat məbləğində icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə “xxxx” MMC ilə aralarında elektrik enerjisindən birgə istifadəyə dair müqavilə üzrə “xxxx” MMC-nin borclarının icarə haqqı borcları ilə əvəzləşdirilməsi barədə razılaşmanın mövcudluğunu, mübahisəli dövr üzrə icarə haqqının “xxxx” MMC-yə ödənildiyini əsas göstərərək iddiaya etiraz edir.

42. Kollegiya ilk növbədə onu qeyd edir ki, icarə obyekti olan qeyri-yaşayış sahələrinin yerləşdiyi bina üzərinə mülkiyyətçı hüququ ##.##.2025-ci il tarixdən iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçdikdən sonra iddiaçı Mülki Məcəllənin 699.1-ci maddəsinin tələbləri baxımından mübahisəli icarə hüquq münasibətlərində icarəyə verən “xxxx” MMC-ni əvəz etmişdir. Odur ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən həmin müqavilələr üzrə ##.##.2025-ci il tarixdən sonrakı müddət üçün yaranmış icarə haqqı borcunun ödənilməsini tələb etmək hüququna malikdir.

43. “xxxx” MMC iddiaya etiraz əsas kimi bir-birini istisna edən iki dəlil irəli sürməklə bir tərəfdən icarə haqqı borcunun “xxxx” MMC-yə ödənildiyini, digər tərəfdən isə “xxxx” MMC ilə qarşılıqlı borclarının əvəzləşdirilməsinin aparıldığını və nəticədə mübahisəli icarə müqavilələri üzrə mübahisəli dövr üzrə icarə haqqı ödəmək öhdəliyinə xitam verildiyini bildirir.

44. Kollegiya mübahisəli dövr üçün icarə haqqının “xxxx” MMC-yə ödənildiyi barədə dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cavabdeh mübahisəli dövr üçün icarə haqlarını “xxxx” MMC-yə ödəməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, o da vurğulanmalıdır ki, cavabdehin özü iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda qeyd etdiyi kimi iddiaçı ##.##.2025-ci il tarixində binada yerləşən bütün icarəçilərə bildiriş göndərməklə ##.##.2025-ci il tarixdən binanın mülkiyyətçısının dəyişdiyini və icarə münasibətlərinin onunla davam etdiriləcəyini elan etmişdir (bax:. İ cild, səhifə 125). Belə olan halda bildirişin göndərildiyi tarixdən etibarən cavbadeh icarə münasibətlərinin iddiaçı ilə davam etməsi barədə məlumatlı olmuş və belə olan halda müqavilə üzrə ödənişləri məhz iddiaçıya həyata keçirməli idi.

45. Mübahisəli icarə haqqı borclarının elektrik enerjisindən birgə istifadəyə dair müqaviləyə əsasən “xxxx” MMC-nin cavabdeh qarşısındakı öhdəlikləri ilə əvəzləşdirilməsi barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı həmin dəlillərin əsaslılığını sübuta yetirmək üçün “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli qarşılıqlı razılaşma ilə bağlı protokolu məhkəməyə təqdim etmişdir. Həmin protokolda elektrik sayğaclarından birgə istifadəyə dair müqavilə üzrə “xxxx” MMC-nin cavabdehə borcunun olması və 6-cı mərtəbəsində yerləşən 1445 m2 sahə üzrə cavabdehin əldə etdiyi subicarə haqlarının həmin borclara yönəldilməsi barədə razılıq ifadə edilsə də, əvəzləşdirilən borcun həcmi, hansı dövr üçün icarə haqqı ilə əvəzləşdirilməsi barədə razılıq əldə edilməsi, eləcə də həmin razılaşma əsasında əvəzləşdirmənin faktiki olaraq aparılması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, mübahisəli dövr üzrə icarə haqqı ödəmək öhdəliyinə əvəzləşdirmə nəticəsində xitam verilməsi barədə cavabdehin dəlilləri də əsassızdır.

46. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək (11 ay 22 gün müddət üçün) mübahisəli icarə müqavilələrin şərtlərinə uyğun olaraq hesablanmış icarə haqqı borclarının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh Birgə Azərbaycan-İngiltərə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar