Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(5-114)-126/2026 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, İddiaçı ABC-Telecom MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ABC-Telecom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə, İmei kod **********52076 Oppo A3x, Borofone Qulaqlıq, Paket M Xidməti, X1 3 İl Xidməti üçün 348 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 34.80 manat cərimə, ümumilikdə 406.40 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, elektron informasiya sistemindən axtarış zamanı müəyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, borclunun vəfat etməsi və ya hüquqi varisi ilə əlaqədar tədbirlər görülmədikdə iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və icraata qəbul edilmir. Odur ki, iddiaçı vəfat etmiş cavabdehin adına vərəsəlik işinin açılıb-açılmaması üçün müvafiq orqana müraciət etməlidir.Vərəsələr müəyyən olunduğu təqdirdə borcun ödənilməsi üçün onlara qarşı iddia ərizəs ilə məhkəməyə müraiət edə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin yolverilməzliyindən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, ABC-Telecom MMC -nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A ALDİ İddiaçı ABC-Telecom MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ABC-Telecom MMC tərəfindən ödənilmiş 30 manat (********** saylı xx.xx.2026-ci il tarixli ödəniş qəbzi) dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(5-114)-126/2026
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-114)-126/2026
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver