Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-399/2022 22.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,299 qram psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 09:30da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində “Meydan” adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 10:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,299 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı bildirmişdir ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi zərurətinin olmamasını qeyd edərək, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi təhlil edilərkən iş üzrə müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında aşağıdakı kobud pozuntular aşkar edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktına məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilməli olduğu halda, qeyd olunan siyahı cinayət işində olan ittiham aktına əlavə edilməmişdir. CPM-in 289.7-ci maddəsinin tələblərinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Digər tərəfdən qeyd edilməlidir ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət, maddi sübutlar və onların saxlanıldığı yer, xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər və məhkəmə xərcləri barədə arayış sözügedən cinayət işi üzrə ittiham aktına əlavə edilməmişdir. CPM-in 289.8-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; 289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; 289.8.5. məhkəmə xərcləri barədə. Göründüyü kimi, CPM-in 298-ci maddəsində qeyd edilən tələblər müstəntiq üçün imperativ norma olaraq müəyyən edilmiş və həmin tələblərin müstəntiq tərəfindən yerinə yetirilməli olması ilə yanaşı, tərtib edilən ittiham aktında cinayət işi üzrə müəyyən edilmiş halların öz əksini tapmasını da göstərir. Qeyd olunan halların cinayət işində öz əksini tapmaması tərtib edilmiş ittiham aktının qanunvericiliyin tələblərinə uyğun olmamasına və müstəntiq tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, tərtib edilmiş ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənəd olmaqla, onda təqsirləndirilən şəxs barəsində yekun nəticəyə gəlməyə əsas verən sübutlar və ittihamın sübuta yetirilməsi öz əksini tapmalı, habelə ittiham aktı mühüm prosessual sənəd kimi cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib edilməlidir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra iş üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-399/2022 nömrəli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 22 oktyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-399/2022 nömrəli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 22 oktyabr 2022-ci il tarixədək uzadılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinə göndərilsin. Hakim: Fərid Əmirəliyev