Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-385/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri - Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində, X2 qızının katibliyilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyatov Əbülfəz İbrahim oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin ## ######## 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə, ##.##.1955-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 234.4.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, barəsində olan hökm elan olunduqdan 2 ay sonra ona təqdim olunmuş, hökmdən apellyasiya şikayəti verməmiş, lakin saxlanıldığı ** saylı Cəzaçəkmə Müəssisəsinə gətirildikdən sonra orada saxlanılan şəxslər tərəfindən ona apellyasiya şikayəti verməsi məsləhət görülmüş və apellyasiya şikayətinə baxılacağına inandırılmışdır. Onun oğlu ruhi xəstədir, həmçinin yoldaşı da xəstədir və evində vəziyyət pisləşmişdir. Bu halların üzrlü səbəb kimi nəzərə alınmasını, vəsatətin təmin edilməklə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsini və verdiyi apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ilə yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilərək məhkumun vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verərək, birinci instansiya məhkməsinin hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində təyin olunmuş cəza müddətinin ağır olmasından keçirtdiyi psixoloji sarsıntıya, həmin ərəfədə oğlunun ağır xəstə olması barədə xəbər gəlməsinə, hüquqi savadının olmamasına, səhhətində yaranmış çoxsaylı nasazlığa görə vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya məhkəməsində Təqsirləndirilən şəxs vəsatətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətini müdafiə edən Təqsirləndirilən şəxs, onun müdafiəçisini və apellyasiya şikayətinə etiraz edən dövlət ittihamçısının çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü elan edildiyi vaxt Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmiş, barəsində qəbul edilən hökmdən məlumatı olmuş, ## ##### 2025-ci il tarixdə hökmün surətini alması barədə qəbzə imza etmişdir. Göründüyü kimi ## ##### 2025-ci il tarixdə hökm Təqsirləndirilən şəxs təqdim edilməsinə baxmayaraq o hökmü aldığı gündən 20 gün ərzində deyil, bir ildən artıq müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə heç bir üzürlü səbəb olmadan prosessual müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1 və 384.2-ci maddələrinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökm ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, Azərbaycan Respublikası CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlilləri hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası, QƏRAR VERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-385/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-385/2026
30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver