Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-368/2026 01.10.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-139)-90/2026 hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim İ.M.Qazıbəyov) ## ###### 2000-ci ildə Quba rayonu, Qırmızı Qəsəbədə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Quba Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Quba rayon məhkəməsinin ## ######## 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə 03 ay 25 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, ## ###### 2025-ci il tarixdə cəzasını çəkib qurtarmış, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, ev 134-də qeydiyyatda olan və Quba şəhəri, Heydər Əliyev prospekti, 181-də yaşayan, ## ###### 2026-cı il tarixdə barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə onun ##.##.2024-cü il tarixdən Quba RMX-də (F19x2) diaqnozu ilə qeydiyyatda olmasının nəzərə alınması hökm edilmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim İ.M.Qazıbəyov) Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün “nəticə” hissəsinin 2-ci abzasında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmaqla, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” kimi yazılması qərara alınmışdır. IŞIN HALLARI : Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbəden satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi xalis çəkisi 10,016 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ## #### 2025-ci il tarixdə, saat 17:20-də Quba rayonu, Ispik kənd yolunda saxlanılaraq üzəri yoxlanılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd "Milano" markalı siqaret qutusunda xalis çəkisi 10,016 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məbsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 10,527 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ## ###### 2026-cı il tarixdə, saat 18:29-da Quba şəhəri, Aqil Məlikov küçəsində saxlanılaraq üzəri yoxlanılarkən əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd "Winston" markalı siqaret qutusunda xalis çəkisi 10,527 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, hökmlə təqsirli bilinmişdir. Ona görə ki, satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində gəzdirməklə saxlamış və daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitəni könüllü olaraq təhvil verməklə istintaqın normal gedişinə yaxından köməklik göstərmişdir. Lakin göstərilən hal məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə əməlində residivin olmasını əsas gətirərək ona daha ağır cəza təyin etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə müvafiq sərəncamının müddəaları, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələbləri, işin faktiki hallarının müəyyən edilməsinin, cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyü nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 398, 399 və 404-cü maddələrini rəhbər tutaraq Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və ona təyin edilmiş cəzanın aşağı həddə müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi, habelə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivi olması və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunmuşdur. Dövlət ittihamçısı əlavə olaraq qeyd etdi ki, narkoloji ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxsə F19 diaqnozu qoyulmuş və o, narkoloji dispanser qeydiyyatındadır. Bu səbəbdən, eləcə də onun əvvəlki məhkumluğu və residivin mövcudluğu nəzərə alınmaqla cəzanın daha da yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasına videokonfrans vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq qeyd etdi ki, Quba Rayon Məhkəməsi işə düzgün baxmamışdır. Onun sözlərinə görə, iş üzrə mövcud olan müşahidə kamerası görüntüləri araşdırılmamış və həmin sübutlara lazımi qiymət verilməmişdir. Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsə izah edilmişdir ki, onun yazılı apellyasiya şikayətində əsasən polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitəni könüllü təqdim etməsi, istintaqın normal gedişinə köməklik göstərməsi, həmin halların cəza təyin edilərkən kifayət qədər nəzərə alınmaması və residivə görə ona ağır cəza təyin edilməsi göstərilmiş, nəticə etibarilə cəzanın azaldılması xahiş edilmişdir. Təqsirləndirilən şəxs əməli bütövlükdə inkar etmədiyini, narkotik vasitənin ondan aşkar edilməsini qəbul etdiyini bildirmişdir. O, iş üzrə iki ayrı epizodun olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsə izah edilmişdir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir ittiham verilsə də, həmin əməl iki ayrı epizod üzrə törədilmişdir. Eyni zamanda onun əvvəlki məhkumluğu və əməlində residivin olması nəzərə alınmaqla cəzanın aşağı həddinin müəyyən edilməsi məsələsinə diqqət çəkilmişdir. Təqsirləndirilən şəxs yekun olaraq ona təyin edilmiş 1 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının ağır olduğunu hesab etdiyini və cəzanın azaldılmasını istədiyini bildirmiş, əlavə izahatının olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin izahatında qeyd edilənlərin nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-nin 397.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ilk növbədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü həmin məhkəmənin ## #### 2026-cı il tarixli anlaşılmazlığın aradan qaldırılması barədə qərarı nəzərə alınmaqla apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə nəticəsi onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, narkotik vasitələrin aşkar edilərək götürülməsinə dair prosessual sənədlər, məhkəmə-bioloji ekspertizalarının rəyləri, videoyazılar və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyinə əsasən, birinci epizod üzrə məhkumun üzərindən götürülmüş bitki mənşəli kütlə xalis çəkisi 10,016 qram olan narkotik vasitə qurudulmuş marixuana, ## ###### 2026-cı il tarixli, **/*** nömrəli rəyinə əsasən isə ikinci epizod üzrə götürülmüş kütlə xalis çəkisi 10,527 qram olan həmin növ narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs də narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmiş, apellyasiya məhkəmə baxışında əməli bütövlükdə inkar etmədiyini və narkotik vasitələrin ondan aşkar olunmasını qəbul etdiyini göstərmişdir. Beləliklə, onun əməlinin satış məqsədi olmadan narkotik vasitənin qanunsuz əldə edilməsi, daşınması və saxlanılması kimi CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması barədə birinci instansiya məhkəməsinin nəticəsini dəyişmək üçün əsas müəyyən edilmir. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə baxışında görüntülərin araşdırılmadığı və onlara lazımi qiymət verilmədiyi barədə bildirdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hökmün məzmununda hər iki epizod üzrə onun üzərində yoxlamanın aparılmasını əks etdirən disklərə məhkəmə istintaqı zamanı baxış keçirildiyi və həmin baxışın nəticələri göstərilmişdir. Birinci epizod üzrə videoyazıda ## #### 2025-ci il tarixdə məhkumun əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan “Milano” markalı siqaret qutusundan, ikinci epizod üzrə isə ## ###### 2026-cı il tarixdə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində olan “Winston” markalı siqaret qutusundan narkotik vasitəyə bənzər kütlənin aşkar edilərək götürülməsi əks olunmuşdur. Buna görə işdə olan həmin videoyazıların ümumiyyətlə araşdırılmadığı barədə dəlil hökmün məzmunu ilə təsdiqlənmir. Təqsirləndirilən şəxsin istinad etdiyi “müşahidə kamerası görüntüləri” ilə işdə olan yoxlama videoyazılarından fərqli görüntülər nəzərdə tutulursa, onun təqdim edilmiş izahatında həmin görüntülərin mənbəyi, əks etdirdiyi konkret hal və ittihamı və ya cəza təyinini hansı səbəbdən şübhə altına aldığı açıqlanmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin onun üzərindən götürülməsini qəbul etməklə yanaşı, görüntülərlə bağlı iradının iş üzrə müəyyən edilmiş hansı faktı təkzib etdiyini göstərməmişdir. Bu səbəbdən həmin ümumi məzmunlu dəlil mövcud sübutların məcmusu ilə əsaslandırılmış nəticənin dəyişdirilməsi üçün kifayət etmir. Narkotik vasitəni könüllü təqdim etməsi və istintaqın normal gedişinə köməklik göstərməsinin nəzərə alınmadığı barədə dəlil qiymətləndirilərkən həmin təqdimetmənin baş verdiyi şərait nəzərə alınmalıdır. Birinci epizod üzrə məhkumun ifadəsindən görünür ki, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, hüquqlarını izah etmiş, üzərində şəxsi axtarış aparılacağını elan etmiş və qanunsuz əşyaları təqdim etməsini təklif etmişlər. Narkotik vasitə bundan sonra təqdim olunmuşdur. Ikinci epizod üzrə isə məhkum özü bildirmişdir ki, narkotik vasitəni təqdim etmədiyi halda onun məcburi qaydada götürüləcəyini başa düşərək siqaret qutusunu cibindən çıxarmışdır. Beləliklə, hər iki halda təqdimetmə polis əməkdaşları tərəfindən artıq həyata keçirilən yoxlama çərçivəsində baş vermişdir. Bu davranış şəxsin narkotik vasitəni saxlamağı davam etdirmək imkanına malik olduğu halda öz təşəbbüsü ilə hüquq mühafizə orqanlarına müraciət edərək onu təhvil verməsi ilə eyniləşdirilə bilməz. Təqsirləndirilən şəxsin yoxlamaya mane olmaması, narkotik vasitənin ona məxsus olduğunu bildirməsi və əməlinə dair ifadə verməsi onun cinayətdən sonrakı davranışını xarakterizə edən hallardır. Lakin bu hallar özlüyündə cəzanın mütləq ən aşağı həddə təyin edilməsini tələb etmir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi açıq şəkildə nəzərə almışdır. Buna görə onun əməlinə münasibətinin və cinayətdən sonrakı davranışının ümumiyyətlə qiymətləndirilmədiyi barədə dəlil əsaslı deyildir. Təqsirləndirilən şəxsin göstərdiyi əməkdaşlıq davranışı nəzərə alınmaqla belə, bu hal iş üzrə cəzanı ağırlaşdıran və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər hallardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası residivin nəzərə alınmasına dair şikayət dəlilini də əsassız hesab edir. Iş materiallarına görə, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 15 fevral və ## ######## 2023-cü il tarixli hökmləri ilə CM-nin 234.1-ci maddəsi üzrə məhkum edilmiş, sonuncu hökmlə CMnin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkumluğun aradan qalxması demək deyildir. Hazırkı əməllərin törədildiyi ## #### 2025-ci il və ## ###### 2026-cı il tarixlərdə əvvəlki məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət keçməmiş, məhkumluğun götürülməsi də müəyyən olunmamışdır. Bu baxımdan, məhkumun əməlində CM-nin 18.1-ci maddəsi ilə nəzərdə tutulan residivin mövcudluğu və onun CM-nin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması qanunauyğundur. CM-nin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il olduğundan, həmin qayda tətbiq edildikdə cəzanın aşağı həddi 1 il 6 ay təşkil edir. Bununla belə, bu müddət cəzanın mütləq həmin həddə təyin edilməli olduğunu ifadə etmir. Konkret müddət müəyyən edilərkən əməlin törədilmə halları, məhkumun şəxsiyyəti, yüngülləşdirici və ağırlaşdırıcı hallar birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə təqsirləndirilən şəxsin əvvəlki məhkumluqları da narkotik vasitənin satış məqsədi olmadan qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Əvvəlki azadlıqdan məhrum etmə cəzası və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi onun yenidən eyni xarakterli cinayət törətməsinin qarşısını almamışdır. Bundan əlavə, ## #### 2025-ci il tarixli hadisə üzrə saxlanılmasından və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsindən sonra, həmin iş üzrə cinayət təqibi aparıldığı dövrdə, ## ###### 2026-cı il tarixdə yenidən narkotik vasitəni qanunsuz olaraq əldə edərək üzərində saxlamışdır. Kollegiya bu halları ayrıca, qanunda nəzərdə tutulmayan ağırlaşdırıcı hal kimi deyil, cəzanın fərdiləşdirilməsi, əvvəlki cəzanın islah təsirinin və yeni cinayətlərin qarşısının alınması imkanlarının qiymətləndirilməsi baxımından nəzərə alır. Əməllərin iki ayrı epizod üzrə törədilməsi də cəza təyin edilərkən faktiki davranışın bütövlükdə qiymətləndirilməsini tələb edir. Təqsirləndirilən şəxsə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməsi onun həmin maddədə nəzərdə tutulan əməlləri müxtəlif vaxtlarda törətməsinin nəzərə alınmasını istisna etmir. Birinci epizoddan sonra cinayət təqibi ilə üzləşməsinə baxmayaraq, ikinci epizoda yol verməsi onun davranışını dəyişməsi üçün əvvəlki tədbirlərin kifayət etmədiyini göstərir. Bu hallar cəzanın residiv üçün müəyyən edilmiş aşağı həddə endirilməsinə dair tələbin əsaslılığını təsdiqləmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkomaniya xəstəliyinə münasibətdə dövlət ittihamçısının mövqeyini də qiymətləndirərək qeyd edir ki, narkoloji diaqnozun və dispanser qeydiyyatının mövcudluğu özlüyündə cəzanın ağırlaşdırılması üçün əsas deyildir. Iş üzrə ## #### 2026-cı il tarixli, **** nömrəli narkoloji ekspertiza rəyi ilə məhkumda kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun olduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının mövcudluğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu rəyi nəzərə alaraq məcburi müalicə təyin etmişdir. Bununla belə, xəstəliyin və müalicəyə ehtiyacın mövcudluğu iş üzrə müəyyən edilmiş residivi və cəzanın fərdiləşdirilməsinə təsir edən digər halları aradan qaldırmır, cəzanın azaldılmasını da avtomatik tələb etmir. Cəzanın dəyişdirilmədən saxlanılması barədə nəticə diaqnoza deyil, təqsirləndirilən şəxsin əməllərinin və şəxsiyyətinin yuxarıda göstərilən hallarla birlikdə qiymətləndirilməsinə əsaslanır. Məhkumun Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının nəzərə alınmadığı barədə dəlili də hökmün məzmunu ilə təkzib olunur. Birinci instansiya məhkəməsi həmin Sərəncama istinad etmiş, cəzanın məqsədlərini və onun təyin edilməsi əsaslarını nəzərə almışdır. Sərəncamın humanistləşdirməyə dair müddəaları hər bir halda alternativ cəzanın tətbiqini və ya cəzanın ən aşağı həddə müəyyən edilməsini tələb etmir. Cəzanın növü və müddəti seçilərkən şəxsin islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinin təmin olunması da əsas götürülməlidir. Hazırkı işdə əvvəlki cəzadan sonra eyni xarakterli əməllərin yenidən törədilməsi azadlıqdan məhrum etmə cəzasının seçilməsini əsaslandırır. Birinci instansiya məhkəməsinin təyin etdiyi 1 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası maddənin sanksiyasının yuxarı həddindən aşağı olmaqla, residiv zamanı tətbiq edilən cəza təyini qaydasına uyğundur. Məhkumun peşmanlığı və yoxlama zamanı göstərdiyi davranış nəzərə alınmaqla belə, əvvəlki məhkumluğun islah təsirinin kifayət etməməsi, eyni xarakterli cinayətə yenidən yol verməsi və hazırkı iş üzrə iki epizodun mövcudluğu qarşısında həmin cəzanın həddindən artıq ağır olduğunu qəbul etmək üçün əsas yoxdur. Şikayətdə və müdafiəçinin çıxışında cəzanın daha da yüngülləşdirilməsini tələb edən əlavə konkret hal göstərilməmişdir. Hökmün yaşayış yeri üzrə xasiyyətnaməyə aid hissələrində təqsirləndirilən şəxsin müsbət xarakterizə olunub-olunmaması barədə ifadələr arasında uyğunsuzluq olsa da, kollegiya həmin uyğunsuzluğu təqsirləndirilən şəxsin əleyhinə şərh etmir və mənfi xarakteristikanı cəzanın dəyişdirilmədən saxlanılmasının əsası kimi götürmür. Birinci instansiya məhkəməsinin cəza təyininə dair hissədə müsbət xarakterizə olunmanı təqsirləndirilən şəxsin xeyrinə nəzərə aldığı qəbul edildikdə belə, yuxarıda göstərilən digər hallar təyin edilmiş cəzanın saxlanılmasını əsaslandırır. CPM-nin 397.1-ci maddəsinə istinad edilməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin norma apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsini və qanunun tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsini müəyyənləşdirir. Şikayətin təmin olunması üçün hökmün nəticələrinə təsir edən faktiki və ya hüquqi səhv müəyyən edilməlidir. Təqsirləndirilən şəxsin yazılı şikayətində və apellyasiya məhkəmə baxışında irəli sürdüyü dəlillərin qiymətləndirilməsi əməlin tövsifinin yanlışlığını, cəzanın ədalətsizliyini və ya hökmün ləğvini tələb edən prosessual pozuntunu təsdiqləmir. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə hökmün nəticə hissəsində tutulma müddətinin hesablanmasına aid anlaşılmazlıq aradan qaldırılmış, məhkumun 04-## #### 2025-ci il və 23-## ###### 2026-cı il tarixlərdə tutulduğu cəmi 4 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Buna görə hökmün dəyişdirilmədən saxlanılması barədə nəticə həmin qərarla müəyyən edilmiş qəti cəza nəzərə alınmaqla ifadə olunmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 83-cü maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur, iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkil müdafiəçi1 apellyasiya icraatı zamanı göstərdiyi hüquqi xidmətə görə 3 (üç) iş saatı üçün hesablanmış 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-368/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-368/2026
01.10.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver