Məhkəmə qərarları › İş №1(001)-50/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-50/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-50/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs, xx.xx.1975-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70, 243, 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 14 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 06 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış,məhkumluğu ödənilmiş, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, baxılan iş üzrə barəsində «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə isə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Məmmədov Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məmmədov Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən oğurluq etmişdir. Belə ki, Məmmədov Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri-Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsinə gələrək orada dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Amkador 325-01» markalı Azl0H638 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərində olan 130 manat dəyərində 1 ədəd «Nomad» markalı akkumulyatoru özü ilə gətirdiyi vintaçanlar vasitəsi ilə naqillərini açıb götürməklə gizli olaraq talayıb idarə etdiyi «Hyundai» markalı, «130» modelli avtomobilin yük yerinə yeləşdirərək oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:25 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində, Biləcəri-Keşlə mənzilinin 2648-ci kilometrliyinin sol kənarında yerləşən qum tədarükü və satışı məntəqəsinə gələrək orada dayanmış Zərərçəkmiş şəxs2 məxsus olan «TO-30» markalı 25T299 dövlət qeydiyyat nişanlı yükləyici texnikanın üzərindən hər biri 65 manat, 2 ədədi cəmi 130 manat dəyərində olan akkumulyatorlardan birinin naqillərini özü ilə gətirdiyi vintaçanla açıb, digərinin naqillərini isə özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə kəsib götürməklə gizli olaraq talayıb idarə etdiyi «Hyundai» markalı «130» modelli avtomobilin yük yerinə yerləşdirib oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, etibarnamə əsasında icarəyə götürdüyü «Hyundai» markalı «130» modelli 99VS619 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər ərazisində taksi kimi işləyir, son vaxtlar müştəriləri az olduğuna görə maddi cəhətdən çətinlik çəkmiş və bu səbəbdən qərara almışdır ki, gecə şəhər ərazisində yol kənarlarında, avtoparklarda olan sahibsiz yük maşınlarından akkumulyatorları oğurlayaraq onları əlvan metal məntəqələrinə satıb pul əldə etsin.Bu məqsədlə təxminən 10 və yaxud xx xxx 2020-ci il tarixlərdən birində Bakı şəhəri Biləcəri qəsəbəsində «1941-1945-ci il müharibəsinin veteranlarının» abidəsinin yanındakı dairədən M.Rəsulzadə qəsəbəsi istiqamətində gedən yolun sağ kənarında yerləşən, Fətalı adlı şəxsin işlətdiyi metal qəbul məntəqəsinə gəlmiş və ona yük avtomobillərinə aid akkumulyatorunu almağı təklif etmişdir.Sonuncu razılıq verdikdən sonra məntəqənin qapısının üzərində yazılmış Fətalıya məxsus mobil telefon nömrəsini özünün telefonunun yaddaşına yazıb köçürmüşdür ki, akkumulyator əldə edəndən sonra onunla əlaqə saxlasın.Həmçinin, nəzərdə tutmuşdur ki, imkan yarandığı halda başqa avtomobil nömrə nişanı əldə edib onu akkumulyator oğurlamağa gedəndə öz maşınının üzərinə bağlasın.xx.xx.2020-ci il tarixdə saat təxminən 23:45-00:00 radələrində Yasamal rayonunun ərazisində yerləşən «Qismət» şadlıq sarayının yanına sərnişin aparıb düşürərkən həmin yerdə ağ rəngli «Hyundai» markalı, «Azera» modelli, sonradan adını bildiyi Şahid3 məxsus avtomobil dayandığını görmüş, sərnişinlər düşüb gedəndən sonra həmin maşının üzərindəki ** KO *** dövlət qeydiyyat nişanlarını açıb götürmüş və evinə gəlmişdir.Təxminən saat 05:00 radələrində oğurladığı həmin qeydiyyat nömrə nişanlarını öz maşınının üzərinə bağlayaraq, çox vaxt Biləcəri qəsəbəsində dəmir yolu xəttinin kənarında yerləşən qum tədarükü və satışı məntəqələrinin yanında gecələr yük maşınlarının dayandığını görmüş olduğuna görə məhz oradakı yük maşınlardan akkumulyator oğurlamaq məqsədi ilə həmin yerə gəlmişdir.Lakin bu dəfə həmin məntəqələrin yanından keçərkən orada yük maşınlarının olmadığını, məntəqənin həyətindəki tikilinin qarşısında bir ədəd, sağ tərəfində isə bir ədəd kon-yükləyicilərin dayandığını görüb qərara almışdır ki, bu yükləyicilərin üzərindəki akkumulyatorları oğurlasın.Beləliklə, maşınını tikilinin qarşısında dayanmış yükləyicinin yanında saxlayaraq maşından düşmüş, həmin yükləyicinin motorxanasının sol və sağ tərəfindəki akkumulyator yuvalarını açıb yalnız sağ tərəfdəki yuvada olan akkumulyatoru özü ilə gətirdiyi vintaçanla açıb götürmüş və maşınının baqajına qoymuşdur.Sonra həmin tikilinin qarşısındakı yükləyicinin üzərində olan iki ədəd akkumulyatorları naqillərdən ayırıb götürərək onları da, maşının baqajına qoyub öz evinə gətirmişdir. Akkumulyatorları çıxarıb götürən zaman orada kiminsə onun hərəkətlərini görüb çağırdığını və ya yaxınlaşdığını görməmişdir.Saat 09:00 radələrində Fətalıya zəng edib iş yerində olduğunu öyrənəndən sonra maşınının üzərinə özünə aid qeydiyyat nömrələrini bağlayıb oğurladığı 3 ədəd akkumulyatorları onun məntəqəsinə gətirib hamısını 159 manata Fətalıya satmışdır.Bu zaman Fətalıya bildirmişdir ki, guya satdığı akkumulyatorlar özünə məxsusdur.Hətta akkumulyatorları alan Fətalı özünün telefonu ilə onun şəxsiyyət vəsiqəsinin və maşınının fotoşəkillərini də çəkmişdir.Təqsirləndirilən şəxs bildirmişdir ki, o yükləyicilərin üzərindən akkumulyatorları götürərkən orada heç kim olmamış və ya oraya heç kim gəlməmişdir.Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə o, istintaq zamanı CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, daha sonra heç bir əsas olmadan CM-nin 177.1ci maddəsi CM-nin 177.2.2-ci maddəsinə tövsif olunmuşdur. Eyni zamanda, təqsirləndirilən şəxs A.Məmmədov bildirmişdir ki, o, akkumulyatorları eyni vaxtda götürmüş, heç bir təkrarçılığa yol verməmişdir. Belə olan halda o, ittiham olunduğu maddənin, yəni CM-nin 177.2.2-ci maddəsinin CM-nin 177.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxs məhkəmədən təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını nəzərə alaraq, onun barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2013-cü ildən etibarnamə əsasında aldığı TO30 markalı yükləyici ilə Biləcəri qəsəbəsində dəmiryolu xəttinin kənarında yerləşən bir neçə qum, şebel və bu kimi tikinti materialları tədarükü və satışı məntəqələrində alıcıların sifarişi ilə maşınlara belə materiallar yükləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olur.Axşamlar yükləyicini Zərərçəkmiş şəxs1 məxsus məntəqədə, sonuncunun özünə məxsus «Amkador» markalı, «325-01» modelli yükləyicinin yanında saxlayır.xx.xx.2020-ci il tarixdə axşam saatlarında işlərini başa çatdırıb yükləyicisini yenə də həmin məntəqəyə qoyub evinə getmiş, xx.xx.2020-ci il tarixdə saat təxminən 05:30 radələrində məntəqənin gözətçisi Cəsarət ona zəng edərək indicə bir nəfər şəxs məntəqənin ərazisinə girib oradan yükləyicilərin akkumlyatorlarını oğurladığı barədə məlumat vermişdir.O, təcili məntəqəyə gələrək həqiqətən yükləyicilərin üzərindəki akkumulyatorların oğurlandığını görmüşdür.Eyni zamanda, Cəsarət ona xəbər vermişdir ki, 05:30 radələrində gözətçi otağında olarkən məntəqənin həyətində səs eşidib, otağın pəncərəsindən yükləyicilərin yanında bir nəfər şəxs olduğunu görmüş, oraya getmək üçün otaqdan çıxarkən həmin şəxsin «Opel» markalıya bənzəyən 90KO808 dövlət qeydiyyat nişanlı avtomobilə oturub getdiyini, daha sonra isə yükləyicilərin üzərindəki akkumulyatorların oğurlandığını görmüşdür.Beləliklə o, dərhal həm özünə, həm də Sahirə məxsus olan yükləyicilərin üzərindən akkumulyatorların oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir.Bir neçə gündən sonra Biləcəri XPŞ-nin əməkdaşları akkumulyatorları oğurlayan şəxsin Məmmədov Təqsirləndirilən şəxs olduğunu və onları Biləcəri qəsəbəsində əlvan metal qəbulu məntəqəsinə satdığını müəyyən edib, oradan akkumulyatorları tam və zədələnməmiş halda götürüb özlərinə qaytarmışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Biləcəri qəsəbəsində dəmiryolu xəttinin kənarında yerləşən qum, şebel və bu kimi tikinti materialları tədarükü və satışı məntəqələrinin birində belə materialların satışı və tədarükü ilə məşğul olur. Məntəqəsində qum, şebel və digər belə malları maşınlara yükləmək üçün özünün hesabına əmisi X2 adına «Amkador 325-01» markalı yükləyici texnika alıb sonuncuya vermişdir ki, bu işləri görsün.Bundan başqa təxminən 1 il bundan əvvəl öz hesabına hər birini 200 manata aldığı «Nomad» markalı yeni akkumulyatorlar alıb həmin yükləyicinin üzərinə qoymuşdur.Lakin növbəti ilin əvvəlindən yükləyicinin mühərrikində nasazlıq yarandığına görə onu işlətməmiş və akkumulyatorlardan birini Gəncə şəhərində yaşayan Nazim adlı qohumuna vermişdir.Bundan başqa, onun və qonşu məntəqələrin ərazisində özünə məxsus TO-30 markalı yükləyici işlədən Zərərçəkmiş şəxs2 da həmişə öz yükləyicisini onun məntəqəsində saxlamışdır.xx.xx.2020-ci il tarixdə saat təxminən 05:30 radələrində onun məntəqəsində gözətçilik edən Şahid1 ona zəng edərək, bir nəfər şəxsi məntəqənin ərazisinə girib oııa və Orxana məxsus yükləyicilərin akkumulyatorlarını oğurladığı barədə məlumat verdikdən sonra məntəqəyə gəlmiş, həqiqətən yükləyicilərin üzərindəki akkumulyatorlar oğurlandığını görmüş, Cəsarət sonra onlara xəbər vermişdir ki, 05:30 radələrində gözətçi otağında olarkən məntəqənin həyətində səs eşitmiş, otağın pəncərəsindən baxarkən yükləyicilərin yanında bir nəfər olduğunu görmüş və oraya getmək üçün otaqdan çıxarkən həmin şəxsin Opel markalı avtomobilə oxşayan 90KO808 dövlət qeydiyyat nişanlı maşına oturub getdiyini, daha sonra isə yükləyicilərin üzərindəki akkumulyatorların oğurlandığını görmüşdür. Sonra Orxan 07:10 radələrində DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə gündən sonra Biləcəri XPŞ-nin əməkdaşları akkumulyatorları oğurlayan şəxsin Məmmədov Təqsirləndirilən şəxs olduğunu və onları Biləcəri qəsəbəsinlə əlvan metal qəbulu məntəqəsinə satdığını müəyyən edib, oradan akkumulyatorları tam və zədələnməmiş halda götürüb özlərinə qaytarmışlar.Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixdə daxil olmuş 335 saylı teleqrama əsasən məlum olur ki, ona dəymiş ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, təxminən 4 ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə fəhlə işləyir və Biləcəri qəsəbəsində dəmir yolu xəttinin kənarında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus qum satışı və tədarükü məntəqəsindəki bir otaqlı tikilidə yaşayaraq həm də oraya gözətçilik edir.Sahir özünə məxsus «Amkador 325- 01» markalı yükləyicisini də orada gözətçi otağının yanında saxlayır.Bundan başqa, həmin ərazidə yerləşən qonşu məntəqələrdə qum yükləyən Zərərçəkmiş şəxs2 da, özünün TO-30 markalı yükləyicisini də, axşamlar Sahirin məntəqəsində, onun otağının qarşısında saxlayır.xx.xx.2020-ci il tarixdə saat təxminən 05:30 radələrində otağında yatarkən bayırdan səs eşidib yuxudan oyanmış və otağın pəncərəsindən baxaraq yükləyicilərin yanında bir nəfər arıq bədənli, başında qara papaq, əynində cins şalvar, tünd rəngli balonka formalı gödəkçə olan sonradan adının bildiyi Təqsirləndirilən şəxs adlı şəxsi görüb oraya getmək üçün gözətçi otağından çıxarkən sonuncu Opel markalı avtomobilə oxşayan 90KO808 dövlət qeydiyyat nişanlı boz metal rəngli maşınla oradan getmişdir.Sonra özü yükləyicilərə yaxınlaşıb görmüşdür ki, onların üzərindəki akkumulyatorlar oğurlanmış və dərhal telefonla Sahirə və Orxana zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən saat 22:30 radələrində özünə məxsus Hyundai markalı «Azera» modelli 90KO808 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu «Yeni Yasamal» yaşayış massivi M.Xiyabani küçəsi 10C saylı binanın qarşısına gələrək maşını orada saxlamış və həmin binada yaşayan qohumunun mənzilinə getmiş, xx xxx 2020-ci il tarixdə saat təxminən 00:30 radələrində oradan çıxıb binanın qarşısına gələrkən görmüşdür ki, avtomobilinin həm arxa, həm qabaq qeydiyyat nömrə nişanları çıxarılıb oğurlanmışdır.Dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu hadisə barədə məlumat verdikdən sonra Yasamal rayon Pİ-nin 29-cu PŞ-də araşdırma aparılmış və bir neçə gündən sonra müəyyən olunmuşdur ki, avtomobilinin qeydiyyat nömrə nişanlarını taksi sürücüsü olan Məmmədov Təqsirləndirilən şəxs oğurlayaraq onları özünün idarə etdiyi avtomobilin üzərinə bağlayıb onunla Biləcəri qəsəbəsində, qum tədarükü məntəqəsinə gəlmiş və oradakı yükləyici konların üzərindən akkumulyatorlar oğurlamışdır.Sonra onun avtomobilinə aid qeydiyyat nişanları Təqsirləndirilən şəxs Məmmədovdan götürülüb özünə qaytarılmışdır.Həmin qeydiyyat nömrə nişanları üçün cəmi 22 manat 40 qəpik rüsum ödəmiş və onların cəmi qiyməti də bu miqdardadır.Nömrə nişanlarının özünə qaytarılması ilə ona vurulmuş maddi ziyan tam ödənilmiş və hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 İmanqulu oğlu bildirmişdir ki, Biləcəri qəsəbəsində Ordubadi küçəsində yerləşən məntəqədə əlvan metalların tədarükü və satışı ilə məşğul olur. Avtomobil akkumulyatorlarını içində əlvan metallar olduğuna görə bütov halda 1 kq-nı 1 manatdan alır. xx.xx.2020-ci il tarixdə saat təxminən 10:00 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs Məmmədov «Hyundai» markalı «İ30» modelli 99VS619 dövlət qeydiyyat nişanlı avtomobillə onun məntəqəsinə 1 ədəd «Nomad» markalı 190 voltluq olan 2 ədəd, biri qara, digəri göy rəngli olmaqla üzərində markası yazılmayan 100 voltluq, ümumilikdə 3 ədəd akkumulyatorlar gətirmişdir. O, akkumulyatorları tərəzidə çəkib 159 kq olduğunu müəyyən edərək Təqsirləndirilən şəxs 159 manat pul vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya özü şirkətdə yük maşının sürücüsü işləyir, bu akkumulyatorları da öz maşınlarının üzərindən götürüb yeniləri ilə əvəz etmiş, bunlar lazım olmadığına görə satmaq istəyir.O da Təqsirləndirilən şəxs sözlərinə inanaraq, bununla yanaşı özünün telefon aparatı ilə Təqsirləndirilən şəxs maşınının və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib saxlamışdır. Bir iki gün sonra isə Biləcəri XPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət edib, Təqsirləndirilən şəxs akkumulyatorlar alıbalmadığım soruşarkən olanları yuxarıda göstərdiyi kimi polis əməkdaşlarına bildirib bu barədə izahat verərək həmin akkumulyatorları təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1371 nömrəli rəyindən görünür ki, A.Məmmədovun oğurlayaraq Şahid2 satdığı və sonuncu tərəfindən təqdim edilərək götürülmüş bir ədəd «Nomad» 190 AH 12V1250A markalanma göstəriciləri olan qara rəngli akkumulyatorun istifadə olunması nəzərə alınmaqla hal- hazırki orta bazar qiyməti təxminən 130.00 manat, təqdim edilmiş 2 ədəd üzərində markalanma göstəriciləri olmayan 1 ədədi qara, digəri göy rəngli akkumulyatorların istifadə olunmaları nəzərə alınaraq hər birinin hal-hazırki orta bazar qiyməti 65.00 manat olmaqla iki ədədinin cəmi qiyməti 130.00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70, 243, 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla 14 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 06 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə AR CM-nin 263.1-ci maddəsi ilə Məmmədov Təqsirləndirilən şəxs barəsində cinayət işi başladılmış, daha sonra isə AR CPM-nin 39.1.11-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 31/39 saylı, xx xxxxx 2021-ci il tarixli cavab məktubuna əsasən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs Rusiya Federasiyasında törətdiyi cinayət hadisəsi ilə bağlı çıxarılmış hökmün tanınması ilə bağlı məhkəmənin icrratında hər hansı cinayət işi və ya digər material olmamışdır.Beləliklə də, məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 335 saylı teleqrama əsəsən məlum olur ki, Zərərçəkmiş şəxs1 Mahir oğluna dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan, məhkəmə baxışı zamana təqdim edilən Zərərçəkmiş şəxs2 yazılı ərizəsinə əsəsən məlum olur ki, ona dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan məhkəmənin 31/39 saylı, xx xxxxx 2021-ci il tarixli cavab məktubuna əsasən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs Rusiya Federasiyasında törətdiyi cinayət hadisəsi ilə bağlı çıxarılmış hökmün tanınması ilə bağlı məhkəmənin icrratında hər hansı cinayət işi və ya digər material olmamışdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək, əməlində AR CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmadığını bildirsə də, məhkəmə baxışı zamanı toplanmış sübutlara, zərərçəkmiş şəxslərin ifadələrinə, eyni zamanda şahid ifadələrinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsz vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 (iki) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır.Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsini, eyni zamanda başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsini nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, Biləcəri XPŞ-nın İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru Sadiq Həsənov tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli axtarış qərara əsasən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və xx.xx.2020-ci il tarixdə tutulmuşdur.xx.xx.2020-ci il tarixdə isə Məmmədov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmə barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməli və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və onun barəsində başqa cinayət işi üzrə həbs seçilməsi nəzərə alınmalıdır.Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 4- 1(093)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şərafət İmranovun təqdimatı təmin olumuş və Məmmədov Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni xx xxxxx 2021-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Məmmədov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Məmmədov Təqsirləndirilən şəxs cəzasının əvvəli, hökm çıxdığı gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Məmmədov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – 1 ədəd Nomad markalı 190 voltluq akkumlyator, iki ədəd 100 voltluq akkumlyatorların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 (yüz on dörd) manat təqsirləndirilən şəxs X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məmmədov Təqsirləndirilən şəxs oğlunun xx xxxxxxxx 2020-ci il tarixdən 10 sentyabr 2020-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxsMəmmədova qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məmmədov Təqsirləndirilən şəxs cəzasının əvvəli, hökm çıxdığı gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Məmmədov Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv olunsun və barəsində həbs qətimkan seçilsin. Məmmədov Təqsirləndirilən şəxs oğlunun barəsində başqa cinayət işi üzrə həbs seçilməsi nəzərə alınsın. Məmmədov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut – 1 ədəd Nomad markalı 190 voltluq akkumlyator, iki ədəd 100 voltluq akkumlyatorların sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 (yüz on dörd) manat təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar