Məhkəmə qərarları › İş №1(001)-505/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-505/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-505/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TMnin çıxışı tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-211440 markalı U305CE750 dövlət qeydiyyat nişanlı avtomobilin ön və sağ qabaq qapısının şüşələrini daşla sındıraraq avtomobilin içində saxlanılan sonuncuya məxsus 200 manat dəyərində “Huawei P20” markalı mobil telefonu, 13 manat dəyərində yaddaş (flaş) kartı, 60 manat dəyərində qutusu ilə birlikdə “Polo” markalı günəş eynəyi və 5000 manat nağd pulu gizli yolla talayıb bununla zərərçəkmiş şəxsə ümumilikdə 5273 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, ünvan 3 küçəsi, nömrəsiz fərdi ev ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes-Benz” markalı “C 200 Minik” modelli **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ qapısının şüşəsini mühərikin alışdırıcı şamı (sveça) ilə sındıraraq avtomobilin içində saxlanılan sonuncuya məxsus 250 manat dəyərində “Pioneer” DEH P6050UB markalı maqnitofonu gizli yolla talayıb bununla zərərçəkmiş şəxsə ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 07 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində 20 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üstündə “BMW” nişanı olan əl çantasının içərisində saxlayaraq daşımış, 07 fevral 2022-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində, yaşadığı nömrəsiz fərdi evin qarşısında saxlanılıb Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PBnə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı, üstündə “BMW” nişanı olan əl çantasını içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə qəbul etmədiyi zamanlarda bədənində ağrılar olur. O, narkotik vasitə olan heroini müxtəlif vaxtlarda müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Pula ehtiyacı olduğundan o, oğurluq etmiş və əldə etdiyi pulları narkotik vasitə almağa sərf etmişdir. 16 yanvar 2022-ci il tarixdə sat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-nin çıxışı tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-211440 markalı U305CE750 dövlət qeydiyyat nişanlı avtomobilin ön və sağ şüşəsini yerdə tapdığı daşla sındıraraq oradan “Huawei” markalı mobil telefonu, flaş kartı, eynəyi oğurlamışdır. Bu avtomobildə 5000 manat pul olmamış və o, həmin pulu oğurlamamışdır. Oğurladığı əmlakı tanımadığı şəxsə Sabunçu bazarında satmışdır. Bundan başqa, o, 31 yanvar 2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, ünvan 3 küçəsi, nömrəsiz fərdi ev ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 “Mersedes-Benz” markalı “C klass” modelli **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ şüşəsini üstündə saxladığı mühərik alışdırıcı şamı (sveça) ilə sındırılaraq oradan “Pioneer” markalı maqnitofon oğurlamışdır. Həmin maqnitofon evində olmuşdur və keçirilən baxış zamanı evindən götürülmüşdür. Bu oğurluqlar barədə o, araşdırma zamanı etirafedici izahatlar və ifadə vermi, baxış zamanı və ifadəsi yerində yoxlanılarkən hadisə yerlində oğurluqları etdiyini təsdiq etmişdir. Şüşəni sındırdığı mühərik alışdırıcı şamı (sveça) evində baxış zamanı aşkar olunub götürülmüşdür. Bundan başqa, o, 07 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində 20 manat ödəyərək tanımadığı şəxsdən öz istifadəsi üçün 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli narkotik vasitə olan heroin əldə edib üzərində “BMW” nişanı olan əl çantasını içərisində saxlayaraq daşımış, 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində, yaşadığı nömrəsiz fərdi evin qarşısında saxlanılıb Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı, üzərində “BMW” nişanı olan əl çantasını içərisindən həmin 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələri satmamış, özü narkotik vasitələrin istifadəçisi olmuşdur. O, oğurluq etdiyini heç kimə deməmiş, oğurladığı əmlakları alan şəxslər də əşyaların oğurluq olmasını bilməmişlər. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, VAZ-211440 markalı, Rusiya Federasiyasında verilmiş U305CE750 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzində Şahid4 adlı şəriki ilə birlikdə işləyir. İşə gələndə avtomobilini iş yerinin çıxış hissəsində saxlayır. 16 yanvar 2022-ci il tarixdə günorta saatlarında avtomobilini ticarət mərkəzinin çıxış tərəfində saxlayıb iş yerinə getmişdir. O, Quba rayonundan alma almalı idi və avtomobili kamera altında saxladığı üçün əmin olmuşdur ki, avtomobilindən oğurluq ola bilməz. Avtomobildə alma almaq üçün ayırdığı 5000 manat pulu da sellofan torbaya büküb sürücü oturacağının altında saxlamışdır. Həmin tarixdə axşam tərəfi işdən çıxıb avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin ön və sağ qabaq qapının şüşələri sındırılmışdır. Avtomobilinin içərisinə baxdıqda ona məxsus 200 manat dəyərində “Huawei P20” markalı mobil telefonun, 13 manat dəyərində yaddaş kartının, 60 manat dəyərində qutusu ilə birlikdə “Polo” markalı günəş eynəyinin və 5000 manat nağd pulun olmadığını görmüşdür. Pulunun və Əşyalarının oğurlandığından əmin olduqdan sonra hadisə ilə bağlı əvvəlcə DİN-nin “102 Xidmətinə” məlumat vermiş, sonra isə gedib Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 5273 manat dəyərində maddi ziyan vurulmuşdur. Pul 4490 Azərbaycan manatından və 300 ABŞ dollarından ibarət olmuşdur. Eynək qara rəngli plastik materialdan olmuşdur. “Huawei P20” markalı mobil telefon işlək vəziyyətdə olmadığından onu ustaya aparmalı idi. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobilinə necə daxil olması ilə bağlı görüntülər vardır. Həmçinin avtomobilin faktiki sahibi özü olduğundan şüşələrin sınmasına görə ona 220 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən oğurluq etdiyini etiraf etsə də, onun 5000 manat pulunu oğurlamasını etiraf etmir. Onun avtomobilindən əmlakı ilə birlikdə 5000 manat pulunun oğurlanmasını şəriki İlqar və həyat yoldaşı Şahid1 da bilirlər və təsdiq edə bilərlər. Belə ki, həmin pulun 1300 manatını şəriki İlqardan almış, lakin pula özü cavabdeh olmuşdur. Hazırkı vaxtadək ona vurulmuş ziyan ödənilməmiş və o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmasını və təqdim etdiyi mülki iddianın təmin edilərək sonuncudan 5273 manat vurulmuş maddi ziyanın, eləcə də dövlət rüsümu kimi ödədiyi 74 manat pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailələrinə məxsus olaraq həyat yoldaşı Aytən Musayevanın adına rəsmiləşdirilmiş “Mersedes-Benz” markalı “C klass” modelli **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili gecələr yaşadığı evin qarşısında küçədə saxlayır. 31 yanvar 2022-ci il tarixdə səhər saatlarında evdən çıxanda görmüşdür ki, saxladığı “Mersedes- Benz” markalı “C klass” modelli **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ şüşəsi sındırılaraq oradan 250 manat dəyərində “Pioneer” markalı maqnitofonu oğurlanmışdır. O, oğurluq barədə həmin tarixdə DİN-nin “102 Xidmətinə zəng edib məlumat vermiş, sonra isə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət etmişdir. Araşdılrma zamanı ona məlum olmuşdur ki, maqnitofonu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və araşdırma zamanı sonuncudan da aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış və onu evinin ətrafında görməmişdir. O, “Pioneer” markalı maqnitofonu 250 manat almış və oğurluq nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Lakin istintaq zamanı həmin maqnitofon ona geri qaytarılmışdır. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, habelə sonuncu ilə barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Yoldaşı VAZ-211440 markalı, U305CE750 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində işləyir. Şahid4 adlı şəxslər şərikdir. 16 yanvar 2022-ci il tarixdə yoldaşı Zərərçəkmiş şəxs1 iş yerinin yanında saxladığı avtomobilindən oğurluq olduğunu və oğurluq nəticəsində avtomobilindən ona məxsus 200 manat dəyərində “Huawei P20” markalı mobil telefonun, 13 manat dəyərində yaddaş kartının, 60 manat dəyərində qutusu ilə birlikdə “Polo” markalı günəş eynəyinin və 5000 manat nağd pulun olmadığını, bu barədə polisə müraciət etdiyini bildirmişdir. Yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilində saxladığı 5000 manat pulla Quba rayonundan alma alamalı idi və həmin pulu bunun üçün avtomobilində saxlamışdır. Bildiyi qədəri ilə o pulun bir hissəsi şərikindən iş üçün borc olaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmyerlisi və şərikidir. Zərərçəkmiş şəxs1 VAZ-211440 markalı, Rusiya Federasiyasında verilmiş U305CE750 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Onlar Lökbatan qəsəbəsi Meyvəli Ticarət Mərkəzində birlikdə işləyirlər. Cavid işə gələndə avtomobilini ticarət mərkəzinin çıxış hissəsinin qarşısında saxlayır. 16 yanvar 2022-ci il tarixdə Cavid gunorta yeməyindən sonra saat işə gəlib avtomobilini çıxışda saxlamışdır. O, Quba alması almalı idi və avtomobilini kamera altında saxladığı üçün əmin idi ki, oğurluq ola bilməz. Şərikinin avtomobilində alma almağa ayrılmış 5000 manat pulu da sellofan torbaya büküb sürücü oturacağının altında saxlamışdır. 5000 manat pulun 1300 manatını ondan götürmüş, lakin artıq bu pulu aldıqdan sonra ona görə cavabdehliyi Cavid daşımışdır. Həmin tarixdə axşam saatlarında Cavid işdən çıxıb avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin ön və sağ qabaq qapının şüşələri sındırılaraq “Huawei P20” markalı mobil telefonu, yaddaş kartı, “Polo” markalı günəş eynəyi və 5000 manat nağd pulu oğurlanmışdır. Oğurluq nəticəsində şəriki Zərərçəkmiş şəxs1 ümumilikdə 5273 manat dəyərində maddi ziyan vurulmuşdur. Hadisə ilə bağlı Cavid AR DİN-nin “102 Xidmətinə” məlumat vermiş və gedib Qaradağ RPİ-nin 10cu PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. 07 fevral 2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi və oğurluq cinayətlərinin törədilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı əsasında müvafiq əmrlə ondan və Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Bundan sonra 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində, yaşadığı nömrəsiz fərdi evin qarşısında saxlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs özlərini təqdim etmişdirlər və şübhəli olduğundan həmin PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs müdafiəçi dəvət olunmaqla şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxsin razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsn hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli cins şalvarın sol cibində olan “SAMSUNG G530” markalı mobil telefonu və sağ cibində olan içərisində şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, üzərində “Bakı Kart” yazısı olan plsatik kart, 3 (üç) manat kağız pul əskinası və bir ədəd gümüşü rəngli kağız bükümü olan üzərində “BMW” nişanı olan qara rəngli kiçik əl çantasını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan maddə narkotik vasitədir. Həmin narkotik vasitəni 07 fevral 2022-ci il tarixdə Binəqədi rayonu Xocəsən qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində gəzdirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkotik vasitəni almaq üçün, müxtəlif vaxtlarda Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində müxtəlif markalı avtomaşınların şüşəsini sındırma yolu ilə avtomaşının içərisində olan maqintafon və müxtəlif əşyalar oğurlamış, oğurladığı əşyaların bir qismini Sabunçu bazarında sataraq narkotik vasitə almış, bir qismini isə kirayədə yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağızı büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 01 radələrində Bakı şəhəri, ünvan 3 küçəsi, nömrəsiz fərdi ev ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes-Benz” markalı “C 200 Minik” modelli **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ qapısının şüşəsinin mühərikin alışdırıcı şamı ilə sındırılaraq avtomobilin içərisindən oğurluq olması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə keçirilmiş hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi yerləri sərbəst şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin çıxış tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ- 211440 markalı U305CE750 dövlət qeydiyyat nişanlı avtomobilin ön və sağ qabaq qapısının şüşələri sındırılaraq avtomobilin içərisindən oğurluq olması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-nin çıxışı tərəfində saxlanılmış, Zərərçəkmiş şəxs1 VAZ-211440 markalı U305CE750 dövlət qeydiyyat nişanlı avtomobilinin ön və sağ qabaq qapısının şüşələrini yerdən tapdığı daşla sındırılaraq həmin avtomobilin içindən sonuncunun əmlakını necə oğrulamasını əyani şəkildə göstərib təsvir etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmiş, birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə cinayət əməlləri CM-in 177.2.2 və 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs silsilə oğurluq hadisələri törətməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ cibində saxladığı, üstündə “BMW” nişanı olan əl çantasını içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən oradan muxtəlif şəslərdən oğurlandıqları ehtimal olunan 2 ədəd avtomobil üçün “Pioneer” markalı maqnitofon, 5 ədəd muxtəlif markalı mobil telefon, 1 ədəd “Modeat” markalı ətir, 1 ədəd eynəyin qutusu, 1 ədəd cərayandoldurucu adapter, 1 ədəd Poverbank və 1 ədəd antiradarı aşkar edilib götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs həmin əşyaları muxtəlif şəxslərdən oğurladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli, 6/760 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,416 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,416 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,366 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-134/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli, 6/1241 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Pioneer” DEH P6050UB markalı maqnitofonun istifadə olunması nəzərə alınaraq ona orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120 manat olaraq müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 2236 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidləri qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 oğurluq hadisəsini özündə əks etdirən videogörüntü yazılmış 1 ədəd DVD diski könüllü olaraq istintaqa təqdim etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş disklərdən müəyyən edilmişdir ki, 07 fevral 2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edildi. Təqsirləndirilən şəxs, bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli cins şalvarın sol cibində olan “SAMSUNG G530” markalı mobil telefonu və sağ cibində olan içərisində şəxsiyyət vəsiqəsi, Hərbi bilet, sürücülük vəsiqəsi, üzərində “Bakı Kart” yazısı olan plsatik kart, 3 manat kağız pul əskinası və bir ədəd gümüşü rəngli kağız bükümü olan üzərində “BMW” nişanı olan qara rəngli kiçik əl çantasını təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan maddə isə narkotik vasitədir. Həmin narkotik vasitəni 07 fevral 2022-ci il tarixdə saat 13:00 radələrində Binəqədi rayonu Xocəsən qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində gəzdirdiyini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd etdi ki, narkotik vasitəni almaq üçün, müxtəlif vaxtlarda Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində müxtəlif markalı avtomaşınların şüşəsini sındırma yolu ilə avtomaşının içərisində olan maqintafon və müxtəlif əşyalar oğurlamış, oğurladığı əşyaların bir qismini Sabunçu bazarında sataraq narkotik vasitə almış bir qismini isə kirayədə yaşadığı evdə saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağızı büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı, protokol imzalarla təsdiq edildi. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə evinə baxış keçirilərkən o, sərbəst şəkildə oğurluq etməsi etiraf edir və könüllü olaraq oğurladığını bildirdiyi 02 ədəd avtomobil üçün “Pioneer” markalı maqnitofonlar, 05 ədəd muxtəlif markalı mobil telefonlar, 01 ədəd “Modeat” markalı ətir, 01 ədəd eynəyin qutusu, 01 ədəd cərayandoldurucu adapter, 01 ədəd Poverbank və 01 ədəd antiradarı, həmçinin və avtomobil şüşəsinin sındırmasında istifadə etdiyi mühərikin alışdırıcı şamı (sveçanı) təqdim edir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskdə olan videogörüntüya baxış keçirilərkən aydın görünür ki, 16 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM-nin çıxışı tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ- 211440 markalı U305CE750 dövlət qeydiyyat nişanlı avtomobilin ön və sağ qabaq qapısının şüşələri Təqsirləndirilən şəxs sındırıb avtomobilin içinə oturur və bir müddət sonra avtomobildən çıxıb oranı tərk edir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntür düzgün və obyektiv çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərində aşkar olunmuş narkotik vasitə öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş və şəxsi axtarış zamanı heç bir təzyiqə məruz olmadan polis əməklarına təqdim etmişdir, həmçinin Meyvəli TM-nin çıxışında çəkilən videogörüntüdə olan şəxs özüdür və avtomobildən oğurluğu o özü etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-488/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 07 iyul 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə əşyaların tanınması istintaq hərəkəti keçirilərkən qeyd edilən əşyalardan “Pioneer” markalı maqnitofon Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edilmiş və sonuncu “Pioneer” DEH P6050UB markalı maqnitofonu tanımışdır. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş mühərrikin alışdırıcı şamı (sveça), “Pioneer” DEH P6050UB markalı maqnitofon, üstündə “BMW” nişanı olan əl çantası, 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əldə olunmuş 2 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 2 ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə edilmiş, “Pioneer” DEH P6050UB markalı maqnitofon işin məhkəmə baxışının sonuna kimi saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,366 qram qalığı, üstündə “BMW” nişanı olan əl çantası və mühərrikin alışdırıcı şamı (sveça) istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 iş üzrə maddi sübut olan və avtomobilindən oğurlanmış “Pioneer” DEH P6050UB markalı maqnitofonu istintaq zamanı təhvil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-783/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 27 iyul 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs1 mülki iddaçı qismində tanınsın və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş və təqdirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 avtomobilindən oğurluq edərkən 5000 manat pulu götürməməsi və avtomobildə həmin məbləğdə pulun olmaması ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.4 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmasını, narkotik vasitə əldə etmək üçün oğurluq cinayətlərini törətməsini, iş üzrə vurulmuş maddi ziyanı tamamilə ödəməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 təqsirli bilindiyi 177.2.2, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs oğlu, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-134/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,366 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd mühərrikin alışdırıcı şamı (sveça) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd “BMW” nişanı olan əl çantası sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilməli, 1 (bir) ədəd “Pioneer” DEH P6050UB markalı maqnitofonun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğurluq cinayət əməli nəticəsində vurulmuş 5273 (beş min iki yüz yetmiş üç) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 74 (yetmiş dörd) manat pul tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,366 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd mühərrikin alışdırıcı şamı (sveça) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd üzərində “BMW” nişanı olan əl çantası sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Pioneer” DEH P6050UB markalı maqnitofonun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğurluq cinayət əməli nəticəsində vurulmuş 5273 (beş min iki yüz yetmiş üç) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 74 (yetmiş dörd) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar