Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-224/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qumar oyunları təşkil edib keçirmiş, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksi, 3-cü binanın zirzəmisində fəaliyyət göstərən kafeyə gələn müştərilər Şahid4, Şahid3, Şahid2, Şahid1 və Şahid5 kafedə qumar oynanılan zaman kənar şəxslərin görməsinin qarşısını almaq üçün pərdə ilə örtülmüş xüsusi yer verməklə, qumar oynayan şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, kənar şəxslər kafeyə daxil olduqda qumar oynayanlara məlumat verib mühafizə tədbirləri görməklə 23 aprel 2024-cü il tarixdə saat 23 radələrindən etibarən həmin kafedə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarını təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri ilə onun razılığı və iştirakı ilə 24 aprel 2024-cü il tarixdə saat 00:23-də kafedə baxış və götürmə istintaq hərəkəti aparılarkən Şahid4, Şahid3, Şahid2, Şahid1 və Şahid5 oyun kartı vasitəsi ilə qumar oyunu oynamaları müəyyən edilərək pərdə ilə örtülmüş xüsusi yerdə masanın üzərindən qumar oyunlarından əldə edilmiş 445 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş istifadə olunmuş 1 dəst və istifadə olunmamış 2 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış massivində yerləşən adsız kafedə işləməklə oraya ümumi nəzarəti həyata keçirir. Həmin kafe ümumi zaldan və pərdə ilə ayrılmış hissədən ibarətdir. 23 aprel 2024-cü il tarixində saat 23 radələrində əvvəllər tanımadığı 2 oğlan kafeyə daxil olmuş çay və pivə sifariş vermişlər. Bir qədər sonra ayrı-ayrılıqda 3 nəfər şəxs də kafeyə gəlmiş və daha əvvəl gəlmiş 2 oğlanla eyni masa ətrafında əyləşmişlər. Həmin şəxslər əvvəlcə domino oynamışlar və pivə, çay sifariş vermişlər. Onlardan biri şirə sifariş vermiş, kafedə şirə olmadığına görə o, şirə almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. O, həmin şəxsdən şirə sifarişini götürərəkən onların pul qarşılığında kart oynadıqlarını görmüş və onlara bu barədə irad bildirmişdir. Şirəni stəkanlara süzüb müştərilərə təqdim edərkən onların eyni qaydada oyunlarına davam etdiyini görmüşdür. 1 neçə dəqiqədən sonra polis əməkdaşlarə çəkiliş apararaq kafeyə daxil olmuş, əvvəlcə onu sorğu-sual etmiş, daha sonra müştərilərin oturduğu masaya yaxınlaşmış, oyunu dayandırıb masanın üzərində olan pulları və kartları toplamışlar. Onun işlədiyi məkanda əvvəllər qumar oyunlarına yol verilməmiş, həmçinin həmin 5 nəfər şəxs tərəfindən ona qumar üçün əlavə pul təqdim edilməmişdir. O, yalnız onların sifariş etdikləri içkilərin pulunu almışdır. Bundan əlavə qeyd etmişdir ki, o, müştərilərin pul qarşılığında oynadığı oyuna bildirdiyi irada məhəl qoymamaqlarına baxmayaraq, onlara xidmət etməyə və sifarişlərini təqdim etməyə davam etmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olduğunu, yaşını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixində axşam saatlarında dostu Şahid4 ilə birlikdə digər tanışları ilə görüşmək üçün Qobu Park ərazisində yerləşən kafeyə getmişdir. Onlar kafedə adambaşı1 manat qarşılığında kart oyunları oynayarkən o, Təqsirləndirilən şəxs pivə sifariş vermişdir. Sonuncu onun sifarişini təqdim edərkən masanın üzərində olan pullardan və kartlardan onların pul qarşılığında kart oyunları oynadıqlarını başa düşmüşdür. Masa ətrafında oturan şəxslərdən biri şirə sifariş etmiş, Təqsirləndirilən şəxs də şirə almaq üçün marketə getmişdir. O, qayıtdıqdan və şirəni stəkanda təqdim etdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları həmin kafeyə daxil olmuşdur. Onun üzərində 11 manat pulu olmuşdur. O, həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsə 1 manat pul verdiyini xatırlasa da həmin pulun içdiyi pivənin ödənişi olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxsin onların pul qarşılığında kart oyunlarına etiraz etməsini və bununla bağlı irad bildirməsini eşitməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları kafeyə daxil olmuş, onları pul qarşılığında kart oynayan anda yaxalamış və sonradan polis əməkdaşlarından biri çəkiliş aparmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixində axşam saatlarında Qobu Park yaşayış massivində olarkən Şahid2lə birlikdə biraz spirtli içki içdikdən sonra pivə içmək üçün Təqsirləndirilən şəxs işlədiyi kafeyə getmişlər. Pivə və pendir sifariş etdikdən sonra domino oynamağa başlamışlar. Bundan sonra onlar Şahid3 zəng edərək kart alıb onların olduğu kafeyə gəlməsini istəmişlər. Sonuncu da 1 neçə qutu kart alaraq oraya gəlmişdir. Şahid4 və Şahid5 də kafeyə gəldikdən sonra onlar pul qarşılığında kart oyunları oynamışlar. Onunla eyni masa ətrafında oturmuş şəxslər Təqsirləndirilən şəxs müxtəlif içkilər sifariş vermişlər. Onların siqaret və şirə sifarişini yerinə yetirmək üçün getmiş kafenin işçisi Təqsirləndirilən şəxs kefeyə qayidib sifarişi onlara təqdim etdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları kafeyə daxil olmuşlar. Təqsirləndirilən şəxs onların pul müqabilində kart oyunları oynadığını görmüş, onlara bir dəfə oyunlarını dayandırmağı bildirsə də onlara xidmət etməyi dayandırmamış və ya məkanı tərk etmələrini tələb etməmişdir. O, yalnız sifariş etdiyi içkilərin pulunu ödəmiş, üzərində isə cəmi 17 manat pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, 23 aprel 2024-cü il tarixində axşam saatlarında Şahid5lə birlikdə dostları ilə görüşmək üçün Təqsirləndirilən şəxs işlədiyi, Qobu Park yaşayış massivinə yerləşən kafeyə gəlmişdir. Onlar Şahid5lə birlikdə Təqsirləndirilən şəxs 2 stəkan pivə və pendir almış, buna görə də 6 manat vermişlər. Təqsirləndirilən şəxs onların sifarişini təqdim edən vaxt onlar pul müqabilində kart oyunları oynamışlar. Oyun zamanı polis əməkdaşları telefon vasitəsilə videoçəkiliş apararaq içəri daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixində axşam saatlarında Şahid4 və Şahid2lə danışaraq 1 neçə kart alıb onların əyləşdiyi Qobu Park yaşayış massivində yerləşən kafeyə getmişdir. Təqsirləndirilən şəxs onlara istədikləri içkiləri təqdim etmiş, onlar birlikdə 1 manat müqabilində kart oyunları oynamağa başlamışlar. Kafedə işləyən Təqsirləndirilən şəxs onların sifarişlərini təqdim edərkən pul müqabilində kart oyunları oynamaqlarına irad bildirmişdir. Kafenin onların oturduqları hissəsi pərdə ilə ayrılmış vəziyyətdə olmuşdur. Kafeyə gələn digər müştərilərə mane olmamaq və pul müqabilində kart oyunları oynamaqlarını gizlətmək məqsədilə xüsusilə həmin hissəni seçim etmişlər. Polis əməkdaşları içəri daxil olarkən onların masada olanları yığışdırmağa fürsətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2024-cü il tarixdə digər kafelər bağlı olduğundan Təqsirləndirilən şəxs işlədiyi kafeyə daxil olmuş, sonradan o, tanışı Şahid3 çağırmış və kart oyunları oynamaqları üçün ondan kart almasını istəmişdir. O, və masa ətrafında toplaşmış digər dostları kafeni şlədən şəxsə pivə, Şahid3 isə şirə sifariş vermişlər. Kafedə şirə olmadığı üçün Təqsirləndirilən şəxs yaxınlıqda olan mağazaya getmişdir. Onlar kart oyunlarını adambaşı 1 manat müqabilində oynamışlar. Təqsirləndirilən şəxs içkiləri onlara təqdim edərkən onların pul müqabilində kart oyunları oynadıqlarını görmüş, onlara irad bildirmişdir. Lakin, onlar Təqsirləndirilən şəxs onların oyunlarına mane olmamaqda yola gətirmişlər. Onlar 6 manat şirənin pulunu , 2 manat isə “seka” pulu onlara xidmət edən Təqsirləndirilən şəxs vermişlər. Kart oyunları zamanı polis əməkdaşları videoçəkiliş apararaq kafeyə daxil olmuş, masadan pulları və kartları yığmışlar. Həmçinin, qeyd etmişdir ki, kafenin onlar olan hissəsi pərdə ilə ümumi sahədən ayrılmış vəziyyətdə, oyun zamanı isə pərdə bağlı olmuşdur. Polis əməkdaşları onları oyun oynayan zaman yaxalamış, onlardan biri də həmin vaxt çəkiliş aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobu-Park y/m-də Təqsirləndirilən şəxs tərəfindən adsız kafedə qumar oyunlarını təşkil edilməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən adıçəkilən ünvana birbaşa videoçəkilişlə daxil olaraq baxış keçirilərkən fakt öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə əməliyyat axtarış tədbiri ilə 5 nəfərin iştirakçı və Təqsirləndirilən şəxs təşkilatçı olaraq qumar oyunlarını təşkil etdiyi baxış protokoluna əlavə edilmiş DVD diskdə də öz əksini tapmışdır. Həm videoçəkiliş, həm də şəxsin öz ifadəsində “seka”, yəni ortada qalan pulun yığılması nəticəsində özünün müəyyən maraqları olmasını bildirmişdir. Digər şəxslər də oyunda iştirak etmişlər. 5 nəfərin iştirakı ilə masanın ətrafında kart oyunlarının oynanılması, masanın üzərində pullar olması və Təqsirləndirilən şəxs bunu görərək göz yumduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs çay və digər içkiləri masada əyləşənlərə təqdim edərək də qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs özü ifadəsində “seka”nı götürdüyünü bildirmişdir. Həmin masada oynanılan kartdan başqa kart qutuları da mövcud olmuşdur. Şəxslərin verdikləri ifadə məsuliyyətdən yayınmaq üçün verilən ifadələrdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 244-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 15-18-ci vərəqələrində olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 00:23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksində yerləşən adsız kafeyə baxış keçirilən zaman müştərilər Şahid4, Şahid3, Şahid2, Şahid1 və Şahid5 qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 445 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 03 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 23 aprel 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 50-51-ci vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 1-ci cildinin 86-105-ci vərəqələrində olan videoçəkilişdən istifadə edilməklə əlavə dindirilmiş Şahid3, Şahid2, Şahid1 və Şahid4 ilkin ifadələrində dediklərini təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Əlavə dindirmə istintaq hərəkətləri videoçəkilişdən istifadə edilməkə həyata keçirilmiş və və həmin görüntülər 04 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 128-132-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətəndirilməsi haqqında qərardan görünür ki, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk və Şahid3, Şahid2, Şahid1 və Şahid4 ilə əlavə dindirmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmiş, baxış zamanı otaqdakı qumar oyunlarından əldə edilmiş 445 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 03 dəst oyun kartı aşkar edilərək götürülmüş və həmin 445 manat məbləğində pul və 03 dəst oyun kart öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 445 manat pul vəsaiti və 03 dəst oyun kartı Azərbaycan Respublikası DİN-in KMBİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 143-144-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 155-156-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi məkana gəlmiş müştərilərin pul müqabilində kart oyunları oynamalarına şərait yaratmış, onlara xidmət etmiş, həmin şəxslərin oturduqları hissəni pərdə vasitəsilə bağlamışdır. Belə ki, qumar oyunlarının keçirilməsi üçün yer saxlama dedikdə təşkil edilmiş yerin fəaliyyət göstərməsi üçün xidmətçilərin işə cəlb edilməsi, qumarxananın işləməsini təmin etmək məqsədillə xərclərin ödənilməsi, oyun iştirakçılarına müxtəlif məzmunlu sosialməişət xidmətlərinin göstərilməsi, yerin mühafizəsinin təmin edilməsi və s hərəkətlər başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs qumar oyunları təşkil edib keçirməsi, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 244-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 244-1.1-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama - beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs peşman olmasını, yaşını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs un əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində əlavə cəza qismində ictimai-iaşə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 2vanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Maddi sübut hesab edilmiş, baxış keçirilməsi zamanı çəkilmiş videgörüntülər olan 01 ədəd disk və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 03 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 445 manat pul vəsaiti isə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə ictimai-iaşə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı ünvan 2vanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut hesab edilmiş baxış keçirilməsi zamanı çəkilmiş videgörüntülər olan 01 ədəd disk və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 03 dəst oyun kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Azərbaycan Respublikası Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 445 manat pul vəsaiti isə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-224/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-224/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver