Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-240/2023 26.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2, Müdafiəçi2 Mirzəhüseyin oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), ali təhsilli, "xxxx" MMC-nin təsisçi və direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 1956/1989, Ə.Əliyev küçəsi, U.Tikilişi Giriş -1, ev 26, mənzil 342 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxta rəsmi sənəd və möhür hazırlayaraq onlardan istifadə etmiş və qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi təşkilat tərəfindən təkzib edilən özbaşına hərəkət törədilməklə mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Belə ki, o, 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi "xxxx" MMC-nin təsisçisi Nümayəndə1 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar Nümayəndə1 onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X9 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X2 vasitəsilə "xxxx" MMCyə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixldə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə "xxxx" MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu «Enerji İnşaat MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 82000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 322.1-ci maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 322.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Nümayəndə1 2016-cı ildən tanıyır. Belə ki, ilk dəfə o, Nizami ilə Türkiyə Respublikasında istirahət mərkəzində rastlaşmış, həmin vaxtdan aralarında ailəvi dostluq münasibətləri yaranmıdır. 2018-ci ildə o, Zərərçəkmiş şəxs MMC şirkətini yaratmış və fəaliyyətə başlamışdır. O, 2018-ci il sentyabr ayında Zərərçəkmiş şəxs MMC-nin adından "xxxx" MMC-nin hesabına 82000 manatı köçürmə edib "xxxx" markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. 2020-ci ildə Nümayəndə1 ilə onun arasında pulsuz olaraq alqı-satqı olmuş və Nümayəndə1 həmin tarixdən Zərərçəkmiş şəxs MMC-nin təsisçisi, o, isə MMC-nin direktoru vəzifəsində işini davam etdirmişdir. 2022-ci ilin aprel ayında o, MMC-yə audit dəvət etmiş, Nizami audit yoxlamasının aparılmasından imtina etdiyi üçün aralarında sözsöhbət yaranmışdır. Oda 2022-ci ilin noyabr ayında şirkətin ofisinə Nizamini dəvət etmiş və demişdir ki, hesabatı gətirsin və hesablaşıb ayrılsınlar. Lakin Nizami ona demişdir ki, hesabat hazır deyil. O, Nümayəndə1 MMC-nin möhürünü tələb etmiş, lakin Nizami möhürün itidiyini ona demişdir. Oda buna görə möhürün itməsi barədə xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna ərizə yazıb cavab məktubu aldıqdan sonra möhür düzəltmə yerinə müraciət edib yeni möhür hazırlatmışdır. 2022-ci ilin noyabr ayında o, "xxxx" MMC-ni təsis etmiş, eləcə də, MMC-nin direktoru olmuşdur. Bundan sonra 08 dekabr 2022-ci l tarixdə o, "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən DYPİ-də Zərərçəkmiş şəxs MMC-nin adından direktoru olduğu "xxxx" MMC-nin adına alqı-satqı etmişdir. 2023-cü ilin əvvəlində isə ona məlum olmuşdu ki, Nümayəndə1 ondan Qaradağ RPİ-nə şikayət etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, o, "xxxx" markalı 90- AS-211 dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin təsisiçisi və direktoru olduğu zaman MMC-nin adına almış, avtomobil onun özünə məxsusdur, avtomobili aldığı gündən həyat yoldaşı Leyla Musayeva idarə etmişdir. Nə Nizami, nə də şirkətin digər işçiləri həmin avtomobildən heç vaxt istifadə etməmişlər. Avtomobilin dövlət qeydiyyat nişanı əvvəllər ona məxsus olmuş digər avtomobilin üzərində olmuşdur. 2020-ci il tarixdə isə o, heç bir məbləğdə pul almadan MMC-ni Nümayəndə1 adına keçirmişdir. Nizaminin dediyinə görə Nizami müəssisəni öz şirkəti kimi təqdim edib müəyyən adamlardan sərmayə cəlb etməli idi. Lakin o, müəssisəyə heç bir sərmayə cəlb edə bilməmiş, demək olar ki, müəssisənin müştərilərini o, özü cəlb etmiş və podrat işlərində özü həll etmişdir. Nizami isə sənədlərin rəsmiləşdirilməsi və maliyyə işləri ilə məşğul olmuşdur. Onun möhür şəklində olan imzası və şirkətin adına olan möhür daim Nizaminin istifadəsində olmuş, o, Nizamiyə həmişə etibar etmiş və sonuncunun sənədləşdirmə işlərini yaxşı bilməsinə inanmışdır. Bütün sənədləri Nizami hazırlayıb imzalayaraq möhürləmişdir. O, Nümayəndə1 möhürü istəyərkən Nizami ona möhürün olmadığını, itdiyini dediyi üçün və artıq sonuncuya etibar etmədiyi üçün yeni möhür sifariş vermişdir. Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsindən azad edilməyi barədə ona məlumat verilməyib, onun işdən çıxarılmağı barədə Nümayəndə1 tərəfindən ona hər hansı bir əmr və ya sərəncam təqdim edilməmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs MMC-nin direktoru olmuşdur. Buna görə də, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna möhürün itməsi barədə ərizə yazıb möhür düzəltmə yerinə müraciət edib yeni möhür hazırlatmışdır. Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsindən azad edilməyi barədə ona məlumat verilməmişdir. Onun işdən çıxarılmağı barədə Nümayəndə1 tərəfindən hər hansı bir əmr və ya sərəncam ona təqdim edilməmişdir. Buna görə də, o, DYPİ-də Zərərçəkmiş şəxs MMC-nin direktoru kimi özünü təqdim edib sözü gedən avtomobli "xxxx" MMC-nin adına rəsmiləşdirmişdir. Eləcə də, Nümayəndə1 MMC-nin ümumi işlərinin təhvil təsliminin aparılmasını ondan tələb etməmişdir, "xxxx" markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili ona təhvil verməsini tələb etməmişdir. Şahid2 yalan danışır. Nümayəndə1 onu MMC-nin ofisinə dəvət etməyib, möhürü də ondan almayıb, ona da işdən azad olunmağı barədə bir söz deməyib, möhür həmişə Nümayəndə1 olmuşdur. O, Nizami ilə iş barədə sözlə mübahisə edəndə Anar ümumiyətlə onların yanlarında olmayıb. Şahid1 da yalan danışır. Nümayəndə1 onu MMC-nin ofisinə dəvət etməyib, ona işdən azad olunmağı barədə bir söz deməyib. Sadəcə olaraq Nizami şirkətin rəhbəri olduğunu və hesabatı özünün aparacağını bildirəndə o, Nizamiyə demişdir ki, «sənin şirkətin mənə lazım deyil, mən özümə yeni şirkət açmışam». Ayselə də demişdir ki, bundan sonra onun yeni şirkətində işləyə bilərsən, hətta Nizami də işləyə bilər, sadəcə möhür və asan imzası onda qalacaqdır. 2020-ci ildə Zərərçəkmiş şəxs MMC-nin Nümayəndə1 adına təsisçi kimi keçirməsinə səbəb sonuncunun ona şirkətin təsisçisi olsa, şirkət üçün hansısa şəxslərdən sərmayə cəlb edə biləcəyi barədə deməsi olmuşdur. Buna görə də, o, Nümayəndə1la MMC-nin təsisçisi olması barədə onunla alqı-satqı müqaviləsi imzalamışdı. Nümayəndə1 yalan danışır. Zərərçəkmiş şəxs MMC-ni o, özü təsis etmişdir. 2020-ci ildə isə o, Nizamiyə inandığından MMC-ni Nizaminin adına rəsmiləşdirmişdir. O, Nümayəndə1 demişdi ki, MMC-nin möhürünü ona versin, "xxxx" markalı ** AS *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin adına keçirəcək. Lakin Nizami ona möhürü veməyib möhürün itirdiyini bildirmişdi. O, da buna görə yeni möhür hazırlatdırıb sözü gedən "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin adına rəsmiləşdirmişdir. Bir daha bildirmişdir ki, "xxxx" markalı 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobil şəxsən ona məxsusdur, həmin avtomobili öz təşəbbüsü ilə istintaqa təqdim etmişdir. Nizami ilə onun arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Aralarında yekun hesablaşmalar aparılmamışdır. Nizami avtomobilin ona məxsus şirkətə keçiriləcəyindən xəbərdar idi. Nizami ona təsir vasitəsi kimi hazırkı üsula əl ataraq ondan şikayət etmişdir. Onu da qeyd etmişdir ki, sözü gedən avtomobilin qabaq sol qanadı, hər iki sol tərəf qapısı, sol tərəf arxa qanadı, arxa bamperi, arxa təkər hissəsi 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələndiyi üçün təmir olunmuşdur. O, "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx"-ın hesabına keçirmək üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-də şəxsiyyət vəsiqəsini, avtomobilin texniki şəhadətnaməsini, hər iki MMC-nin direktoru olmağı barəsində sənədin əslini təqdim etmiş və bundan əlavə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə hazırlatdığı möhürdən və "xxxx"-ın möhüründən istifadə edərək möhür vurmuşdur. Həmin **-AS-*** dövlət qeydiyyat nişanı onun bundan əvvəl lizinq ilə aldığı «Mersedes» markalı avtomobilinin üzərində olmuşdur. Həmin avtomaşının lizinqi bitdiyindən və o, həmin avtomaşını satdığına görə dövlət nömrə nişanını BDYPİ-nə təhvil vermişdi və "xxxx" markalı avtomaşını alan zaman **-AS-*** dövlət qeydiyyat nişanını avtomobilin üzərinə vurmaq üçün Zərərçəkmiş şəxs MMC-nin adına avtomaşını rəsmiləşdirmişdi. O, Zərərçəkmiş şəxs MMC-nin möhürü itdiyindən həmin möhürü hazırlatmışdır. O, öz ifadəsində məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-ə məxsus möhür hazırlatdırarkən Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinə Zərərçəkmiş şəxs MMC-ə məxsus möhürü itirdiyini bildirərək bu barədə müvafiq arayış almaqla həmin arayışı möhür hazırlayan X5 verərəkən Zərərçəkmiş şəxs MMC-nin 2018-ci ildə təsisçisi və direktoru olması barədə sənədləri təqdim etməmişdir. Möhür hər zaman Nizamidə olmuşdur. Ofisdə bir siyirmə olduğunu, onunda açıq olduğunu buna görə Nizami möhürü özü ilə gəzdirdiyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında o gəlib şirkətdə kargüzar işləyən Ayseldən möhürün harda olduğunu soruşmuş oda möhürün yerini bilmədiyini söyləmişdir. Daha sonra o Nizamidən də möhürün harda olması ilə bağlı soruşmuş Nizamidə möhürün itdiyini bildirmişdir. Nizami ilə aralarında son bir ildə hərdəfə mübahisələr olmuş mübahisə zamanı Nizami tez-tez onu çıxaracağını və şirkətin onun olduğunu bildirmişdir. Daha sonra o şirkətin direktorluğundan çıxarıldığını bilmədiyi üçün möhürün itməsi ilə bağlı polisə müraciət etmiş və yeni möhür çıxartdırmışdır. Hətta möhür qırmızı rəngdə çıxarılmışdır ki, əyər köhnə möhür tapılsa fərqlənsin. O direktorluqdan çıxmasını X13 çağrıldıqdan sonra bilmişdir. Daha sonra bildirmişdir ki, o işdən qanunsuz olaraq çıxarılması ilə bağlı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs MMC-yə işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəliməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilərək Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022ci il tarixli 04/22 nömrəli əmr ləğv edilmiş və o Zərərçəkmiş şəxs MMC-də direktor vəzifəsinə bərpa edilmiş, ona xx.xx.2022-ci tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi müəyyən edilmişdir. O son olaraq himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və təqsiri olmadığı üçün onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. Aralarında əvəllər hər hansı bir ədavət və ya düşmənilik olmamışdır. O, 31 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-ni təsis etmiş, lakin rəsmi olaraq MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs olmuşdu. 2020-ci ildə isə rəsmi olaraq Təqsirləndirilən şəxs ilə onun arasında alqı-satqı olmuş və o, həmin tarixdən Zərərçəkmiş şəxs MMC-nin təsisçisi olmuş, Təqsirləndirilən şəxs isə MMCnin direktoru vəzifəsində işini davam etdirmişdir. MMC-nin işi tikinti işləri sahəsində olan fəaliyyətdən ibarət olmuşdur. 13 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin adına "xxxx" markalı avtomobil alınmış, avtomobilin pulu, yəni 82000 manat MMC-nin adından köçürmə yolu ilə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Həmin avtomobilə **- AS-*** dövlət qeydiyyat nişanı alınmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllində o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin direktor səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Vergilər Departamentinə məktub göndərmiş və həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin adından hər hansı bir sənəd imzalamaq, MMC-nin adından çıxış etmək və ya hər hansı bir dövlət qurumunda MMC-ni təmsil etdirmək səlahiyyətlərinə son qoyulmuşdur. O, 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ofisində direktor vəzifəsindən çıxarılması barədə ona məlumat vermiş və MMC-yə məxsus möhürü ondan almışdır. O, Abubəkirdən MMC-nin ümumi işlərinin təhvil-təsliminin aparılamasını tələb etmiş, lakin Abubəkir təhviltəslimin aparılmasından boyun qaçırmışdır. O Abubəkirə bildirmişidir ki, MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib təhvil versin. Abubəkir həmin avtomobili bir müddət müxtəlif bəhanələr ilə gətirib MMC-yə təhvil verməmiş, daha sonra ona məlum olmuşdur ki, Abubəkir özünü Zərərçəkmiş şəxs MMC-nin direktoru kimi Qaradağ rayonunda yerləşən DYPİ-nə təqdim edib sonradan Zərərçəkmiş şəxs MMC-nin adına düzəltdiridiyi saxta möhürdən istifadə edib MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-nin adına rəsmiləşdirib, həmin avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Buna görə o, bu barədə şikayət ərizəsi yazmışdır. O, öz ifadəsində göstərmişdir ki, Abubəkir köhnə sənədlərdən istifadə edərək qanunsuz olaraq möhür hazırlayıb. Bu hal istintaq zamanı şahidlərin ifadələrindədə müəyyən olundu. Abubəkir işdən çıxdıqdan sonra şirkətin əməkdaşlıq etdiyi bankdan gedib çıxarışlar ala bilməyəcəyini qabaqcadan bildiyi üçün əvvəldən həmin bankda tanışı olan xanımın köməkliyi ilə şirkətimizlə bağlı çıxarışları əldə etmişdir. Oktyabr ayında Abubəkirlə aralarında mübahisə oldu o möhürü ondan almışdır. Daha sonra o möhürü saxlamışı üçün Ayselə vermişdir. "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsinə görə ona 82000 manat maddi ziyan dəymişdir. Nümayəndə1 əlavə ifadə verərkən göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2044-№-li rəyi ilə razı deyil və Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın məbləği təqdim olunmuş sənədlər əsasında, yəni 82000 manat olmasını əsas götürülməsini xahiş etmişdir. Habelə, o, göstərmişdir ki, "xxxx" MMC-i təsis olunan zaman düzəldilmiş möhür hal-hazırda da həmin MMC-nin təsisçisi kimi ondadır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə prosesi zamanı əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, şirkətin təhvil-təslimi ilə bağlı Təqsirləndirilən şəxslə arasında bir neçə dəfə mübahisə yaranmışdır. İşlə bağlı o Abubəkirdən şübhələnmişdir Abubəkir ondan əsassız ödəmə ilə bağlı vəsait tələb etmişdir. O da Abubəkirə həmin pulu ona verdiyini və onun imzasınında olduğunu bildirmişdir. Daha sonra bununla bağlı aralarında mübahisə olmuşdur. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Abubəkir ofisə gəlmiş və yenədə təvil-təslimlə bağlı aralarında mübahisə yaranmışıdır. Abubəkirlə Aysel şirkətin loqosunu dəyişərək Zərərçəkmiş şəxs MMC-nin adını çıxararaq "xxxx" MMC-nin adını yazdıqlarını görmüşdür. Bundan sonra mübahisə daha da böyümüş və əlbəyaxa olmuşdurlar. Bu zaman aralarında baş verən mübahisə anında o Abubəkiri işdən çıxardığını bildirmiş Abubəkir isə özünə yeni şirkət açdığını və onun işinə ehtiyacı olmadığını bildirmişdir. Abubəkir möhürü otağa qoyaraq açarla qapını bağlayıb getmək istəmiş oda otağın açarını ondan almışdır və Abubəkir otaqdan çıxıb getmişdir. Daha sonra o Vergilər Nazirliyinə Abubəkirin direktorluqdan çıxarılması ilə bağlı məlumat vermişdir. Vergi orqanıda bir sutkaya ona cavab verərək yeni direktor kimi onu təyin etmişdirlər. Abubəkir işdən çıxarıldıqdan sonra yəni 2022-ci ilin noyabr-oktyabr ayı olardı o işdən rəsmi olaraq çıxarıldığını bilə-bilə şirkətin əməkdaşlıq etdiyi “Exspress” bankın Xətai filialına gedib çıxarışlar ala bilməyəcəyini qabaqcadan bildiyi üçün əvvəldən həmin bankda tanışı olan xanımın köməkliyi ilə şirkətlə bağlı çıxarışları qanunsuz olaraq əldə etmişdir. Daha sonra bank tərəfindən rəsmi məktub əsasında həmin xanım işçinin yol verdiyi qanunusuz hərəkətləri etiraf edilmiş və həmin işçi işdən kənarlaşdırılmışdır. Abubəkiri sonuncu dəfə 2022-ci ilin oktyabr ayında şirkətin ofisində mübahisə edərək dalaşan zaman görmüş, Abubəkir ondan heç vaxt möhür istəməmiş, buna hər hansı bir səlahiyyətidə olmamış və eləcədə o Abubəkirə möhürün itməsi ilə bağlı heç nə deməmişdir. Əlavə olaraq bildirmişdir ki Abubəkir tərəfindən avtomobilin özünün yeni yaratdığı "xxxx" MMC-nin adına keçirməsi ilə bağlı apardığı sənədləşmə işləridə tam qanunsuz olmuşdur. Belə ki qanunvericiliyin tələbinə əsasən şirkətlər arasından aparılan alqı-satqı zamanı elektron qaimə tərtib edilməli və satılan əmlakın dəyəri 50000 manatdan artıq olduqda ümumi yığıncağın qərarı olmalı idi. Lakin bunların heç birinə əməl olunmamışdır. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, üç il olar ki, Zərərçəkmiş şəxs MMC-də direktor müavini vəzifəsində işləyir. Onun işi MMC-nin hesabatlarını aparmaqdan, şirkətin ofis daxili ümumi işlərinə nəzarət etməkdən ibarətdir. 2020-ci ildən Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Nizami müəllim, direktoru isə Təqsirləndirilən şəxs olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəllində Nizami müəllim Təqsirləndirilən şəxs şirkətin ofisinə dəvət etmiş, ofisdə Nizami müəllim ilə Abubəkir müəllimin arasında şirkətin ümumi işləri ilə əlaqədar müzakirə zamanı sözlə mübahisələri yaranmışdı və Nizami müəllim Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdi ki, şirkətin direktoru vəzifəsindən onu azad edir. Həmin vaxtdan etibarən Abubəkirin Zərərçəkmiş şəxs MMC-nin adından hər hansı bir sənəd imzalamaq, MMC-nin adından çıxış etmək və ya hər hansı bir dövlət qurumunda MMC-ni təmsil etdirmək səlahiyyətləri yoxdur. Təqsirləndirilən şəxs həmin vaxt Nizami müəllimə bildirdi ki, artıq özünə yeni şirkət təsis edib. Nizami müəllim Abubəkirdən MMC-nin ümumi işlərinin təhvil təslimin aparılmasını, MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib təhvil verməsini tələb etmişdi, lakin Abubəkir bəhanə ilə ofisdən çıxıb getmişdi. Bundan sonra Nizami müəllim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin direktor səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Vergilər Departamentinə məktub göndərmişdi. 2023-ci ilin yanvar ayının ortalarında isə Nizami müəllim ilə söhbət əsnasında bilmişdi ki, Abubəkir MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün yaratdığı şirkətin adına qeyri-rəsmi yolla sənədləşdirmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Abubəkir müəllimlə Nizami müəllim arasında 2022-ci ilin oktyabır ayının ortalarında Abubəkir müəllim özünə yeni şirkət yaratması ilə bağlı Zərərçəkmiş şəxs MMC-nin loqosunu yeni yaratdığı "xxxx" MMC-nin loqosu ilə eyniləşdirirdi. Bunu görən Nizami müəllimlə yenidən onlar arasında mübahisə baş verdi bu zaman Nizami müəllim Abubəkirə onu işdən çıxardığını bildirdi. Abubəkirdə əvəzində özünə şirkət açdığını və onun işinə ehtiyacı olmadığını bildirdi. Daha sonra aralarında mübahisə daha da böyüdü onlar hətta ofisdə əlbəyaxa oldular və bir birilərinə xəsarət yetirdilər. Abubəkiri saitləşdirmək üçün ofisdən çıxarıb apararkən. Nizami müəllim Abubəkirin arxasıya yüksək səslə “Lexus” markalı avtomobilidə gətirib təhvil verməsini tələb etdi. Abubəkir çıxdıqdan sonra Nizami müəllim şirkətin möhürünü gətirib onun şkafına qoyaraq möhürün burda qalacağını bildirdi. İstər həmin vaxt istərsədə ondan sonra Abubəkir ofisə gəlib möhürü istəməmişdir. "xxxx" markalı avtomobilin Abubəkirin arvadı tərəfindən idarə edilməsi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, bir ilə yaxındır ki, Zərərçəkmiş şəxs MMC-də beynəlxalq əlaqələr üzrə koordinator vəzifəsində işləyir. Onun işi xarici şirkətlər ilə danışıqların aparılmasında iştirak etmək, lahiyyələrin kontrol edilməsi, lahiyyələr üzrə qiymətlərin öyrənilməsindən ibarətdir. O, Zərərçəkmiş şəxs MMC-də işə başlayanda MMC-nin təsisçisi Nizami müəllim olmuş, Təqsirləndirilən şəxs isə MMC-nin direktoru idi. 2022-ci ilin oktyabr ayının əvvəllində Nizami müəllim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin direktor səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Vergilər Departamentinə məktub göndərmişdi, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin adından hər hansı bir sənəd imzalamaq, MMC-nin adından çıxış etmək və ya hər hansı bir dövlət qurumunda MMC-ni təmsil etdirmək səlahiyyətlərinə son qoyulmuşdu. Hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin direktor səlahiyyətlərinə xitam verilməsi barədə müraciəti Nizami müəllim Vergilər Departamentinə aparıb təqdim edəndə o, da Nizami müəllim ilə birlikdə getmişdi. Nizami müəllim 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq tarix yadında qalamayan tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ofisinə dəvət etmiş və sonuncuya direktor vəzifəsindən çıxarılması barədə məlumat verib MMC-yə məxsus möhürü ondan almışdı. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdi ki, artıq özünə yeni şirkət təsis edib. Nizami müəllim Abubəkirdən MMC-nin ümumi işlərinin təhvil təslimin aparılmasını, MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib təhvil verməsini tələb etmiş, lakin Abubəkir bəhanə ilə ofisdən çıxıb getmişdi. Həmin vaxtan sonra o, Abubəkiri ofisdə görməmişdir. 2023-cü ilin yanvar ayının ortalarında isə Nizami müəllim ilə söhbət əsnasında bilmişdi ki, Abubəkir MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün yaratdığı şirkətin adına qeyri-rəsmi yolla sənədləşdirmişdir. O əlavə olaraq öz ifadəsinə bildirmişdir ki, Nizami müəllim ilə Abubəkir müəllim arasında mübahisə olanda Nizami müəllim Abubəkirə onu işdən çıxardığını bildirmişdir. O hadisədən sonra Nizami müəllim telefon vasitəsi ilə Abubəkirə maşını gətirib təhvil verməsində bildirmişdir. Onlar arasında bu telefon danışığı aparılan zaman oda ofisdə olmuşdur. Məhkəmə iclasında şahid X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, beş ildir ki, fiziki şəxs kimi möhür və ştampların hazırlanması ilə məşğul olur. Onun iş yeri ünvan 2 ünvannda yerləşir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 03 noyabr 2022-ci il tarixdə o, işdə olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin təsisçisi və direktorudur, MMC-nin möhürü itmişdir, yeni möhür sifariş vermək istəyir. O, da möhür sifarişinin qəbul edilməsi üçün Abubəkirin Zərərçəkmiş şəxs MMC-nin təsiçisi və direktoru olması barədə sənədi, şəxsiyyət vəsiqəsini və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosundan möhürün itməsi ilə bağlı arayış gətirməsinin lazım olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə ona dediyi bütün sənədləri gətirmiş, o, da həmin sənədlərin surətini çıxardıb yeni möhür sifarişini qəbul etmiş, həmin gün möhürü ona təhvil vermişdi. Möhürün düzəldilməsinin müqabilində Abubəkir danışdıqları kimi 40 manat ödəniş etmişdi. Şahid X7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Abubəkir müəllim ona «Elektro İnşaat MMC»-in təsisçisi və direktoru olmasına dair 2018-ci ilə aid sənədlərin əslini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyesterindən 20 avqust 2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünürki, 31 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmış, nizamnamə kapitalı 10 manat təşkil edən 10 pay miqdarında olan Zərərçəkmiş şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin vermiş olduğu 12 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti 31 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmaqla əvvəlki qanuni təmsilçisi Təqsirləndirilən şəxs olmuş, 12 oktyabr 2022-ci il tarixə qanuni təmsilçi Nümayəndə1 olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 sentyabr 2018ci il tarixli «EAAM» seriyalı 068786-№-li elektron qaimədən görünür ki, "xxxx" MMC-si tərəfindən Zərərçəkmiş şəxs MMC-ə 82000 manat dəyərində "xxxx" markalı avtomobil satılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 24 noyabr 2022-ci il tarixli 04/22-№-li əmrdən görünür ki, «Elektro İnşaat MMC» bölməsində «Direktor» vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanmış 1N1BOA5000300-№-li əmək müqaviləsinə «AR ƏM-nin 68.2 maddəsinin «a» tərəflərdən birinin təşəbbüsü» bəndinə əsasən 24 noyabr 2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş və notariat qaydada təqsdiq edilmiş 24 iyul 2020-ci il tarixli «Təsis payının alqı-satqı müqaviləsi»-dən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Təqsirləndirilən şəxs cəmiyyətdə sahib olduğu 10 (on) pay, 10 manat nizamnamə kapitalındakı dəyərə malik olan Zərərçəkmiş şəxs MMC-ni Nümayəndə1 satır. Bu müqavilə imzalandığı andan satıcı cəmiyyətdəki satmış olduğu paylar üzərində bütün hüquq və vəzifələrini itirmiş hesab olunur, satıcının satmış olduğu paylar üzərində səlahiyyətləri imzalandığı anda və əmlak üzərində sərəncam hüququ isə dövlət qeydiyyatına alındığı anda alıcıya keçir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli «sənədlərin surətinə baxış keçirilməsi və götürülməsi haqqında» protokoldan görünür ki, X7 tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin təsisçisi olması barədə Dövlət Reyestrindən çıxarış surəti, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti və Bakı şəhər Baş Polis İdarəsinin tapıntılar Bürosunun məktubunun surətindən ibarət olmaqla dörd səhifədən ibarət olan sənədlərin surətini istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli «təqdim etmə və götürmə haqqında» protokoldan görünür ki, bir ədəd X7 tərəfindən Zərərçəkmiş şəxs MMC-ə aid düzəldilmiş və Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş bir ədəd möhür maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 27 fevral 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından aydın olur ki, “Lexsus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMCnin adına qeydiyyata alınmış, 08 dekabr 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəişdirilmədən "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 9/2044 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilen 2018-ci il buraxılışlı universal tipli, qara metalik rəngli, mühərrik həcmi 1998 sm³, "xxxx" markalı (qərarın təsviri hissəsində göstərilənlərə əsasən 2018-ci il buraxılışlı universal tipli, qara metalik rəngli, mühərrik həcmi 1998 sm³, "xxxx" markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qabaq sol qanadı, hər iki sol tərəf qapısı, sol tərəf arxa qanadı, arxa bamperi, arxa təkər hissəsi zədələndiyi üçün təmir olunmuşdur) avtomobilin təmirdə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 70000,00 (yetmiş min) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “baxış keçirilməsi barədə” 22 fevral 2023-cü il tarixli protokoldan və Qaradağ rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından aydın olur ki, cinayət işi üzrə maddi sübut hesab edilən "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və avtomobil iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünə kimi Qaradağ RPİ-nin həyətində saxlanılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmr ləğv edilmiş və o Zərərçəkmiş şəxs MMC-də direktor vəzifəsinə bərpa edilmiş, ona xx.xx.2022-ci tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı öz rəyində Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə CM-nin 320.2-ci maddəsindən imtina etdiyini bildirmiş və bununla əlaqədar göstərmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 320.1-ci maddəsi ilə yanaşı, CM-nin 320.2-ci maddəsi ilə də tövsif edilmişdir. CM-nin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 320.2-ci maddəsində isə bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan məlum olur ki, Təqsirləndirilən şəxs hazırladığı saxta sənəddən özü istifadə etmiş, bununla da, onun əməli yalnız istifadə etmək məqsədi ilə sənədləri saxtalaşdırmaqdan ibarət olmuşdur. CPM-nin 38.4-cü maddəsinə əsasən, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs CMnin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, onun barəsində CM-nin 320.1 və 322.1-ci maddələri ilə ittihamın müdafiəsi davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Baş Prokurorluğunun «X8» 107.15-ci bəndini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməsini və onun barəsində CM-nin 320.1 və 322.1-ci maddələri ilə ittihamın müdafiəsinin davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 320.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nın 320.1 və 322.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünü müdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarə etmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması CM-in həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Təsvir olunan Qərarın məzmunundan aydın olur ki, saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir, həmçinin bu cinayət əməli saxta olmayan rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi üsulu ilə də həyata keçirilir və bu hərəkətin nəticəsində həmin sənəd sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru olduğu halda həmin şirkətin qanuni təmsilçisi (yəni sahibi) Nümayəndə1 ilə şirkətin idarə olunması ilə bağlı aralarında baş vermiş mübahisəni qanuni yolla, yəni mülki qanunvericiliyin tələblərinə uyğun həll etməli olduğu halda bunu etməyərək, şirkətə məxsus "xxxx" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, möhürün həmin şirkətdə faktiki saxlanıldığını bilə-bilə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna möhürün itməsi barədə yalan məlumat verməklə oradan arayış almağa müvəffəq olmuşdur. Bundan sonra o həmin arayışı və təsisçisi olmadığı halda Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi və direktou olması barədə qüvvədə olmayan 2018-ci ilə aid sənədləri möhür düzəltmə məntəqəsinə təqdim edərək möhür düzədən X3 yalan məlumatlar verərək aldatmaqla yeni möhür əldə etməsinə nail olmuş və saxta yolla əldə etdiyi həmin möhürdən istifadə etməklə Zərərçəkmiş şəxs MMCnin balansında olan avtomobili özünün yeni yaratdığı "xxxx" MMC-nin balansına keçirmək məqsədi ilə formal olaraq alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşdur. Buna görə də məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələrinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasını DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İşdə olan sənədlərdən görünür ki, 30 yanvar 2007-ci ildə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 09 mart 2023-cü il tarixdə saat 17:55-də şübhəli şəxs kimi tutulmuş və 10 mart 2023-cü il tarixdə saat 13:30-da təqsirləndirilən şəxs qismində dindirlməsi başa çatdıqdan sonra barəsində Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna “həbs” qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verilmiş həmin vəsatət 10 mart 2023-cü il tarixdə Qaradağ Rayon Prokuroru tərəfindən rədd edilərək Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin inzibati həyətində saxlanılan “Lexsus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra üzərindən həbs götürülməklə saxlanılması üçün Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə hal-hazırda Qaradağ RPİ-nin saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs MMC-ə aid bir ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs MMC-ə qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi xaric edilsin və bu maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin inzibati həyətində saxlanılan “Lexsus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra üzərindən həbs götürülməklə saxlanılması üçün Zərərçəkmiş şəxs MMC-yə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə hal-hazırda Qaradağ RPİ-nin saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs MMC-ə aid bir ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs MMC-ə qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-240/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-240/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver