Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-325/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1959-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti obyektinin sökülməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, icraçı qismində "xxxx" MMC ilə bağladığı 01 iyun 2023-cü il tarixli, 002 nömrəli “Xidmət müqaviləsi”ndə nəzərdə tutulmuş öhdəliklərinin icrası ilə əlaqədar iş yerində texniki təhlükəsizliyə nəzarət etməli, iş şəraitinin yaxşılaşmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməli, işə götürülənlərlə giriş təlimatı aparmalı, işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməli olduğu halda, bu tələblərə əməl etməyərək, həmin “Xidmət müqaviləsi”nin 1.3, 1.6, 1.9-cu bəndlərinin tələblərini pozmaqla, tikinti-quraşdırmaya (sökməyə) dair göstərilən tələblərə, tikinti-quraşdırma işlərinin müvafiq inşaat norma və qaydalarına, tikintidə göstərişlərə, təhlükəsizlik texnikası üzrə təlimatlara və bu qaydaların tələblərinə riayət etməklə yerinə yetirilməsinə, quraşdırma-yığma işlərininin iş yerinin və keçidlərin təşkilini, texnoloji əməliyyatların ardıcıllığını, işlərin təhlükəsizliyi üçün üsulları və tərtibatları özündə əks etdirən nümunəvi layihəyə əsasən aparılmasına, tikinti-montaj (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarında əvvəlki əməliyyat, sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükə mənbəyi olmaması kimi texnoloji ardıcıllığa əsasən həyata keçirilməsinə, iş meydançası, iş sahəsi və iş yerinin təşkilinin, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin edilməsinə, iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməsinə, təhlükəli zonalarda təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasına lazımi nəzarət etməməsi səbəbindən “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 2.7.2 bəndinin və “Tikinti norma və qaydaları İİİ-4-
80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.29, 2.1, 2.2 bəndlərinin tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, 10 iyun 2023-cü il tarixdə, saat 08 radələrində Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə mənsub olan hissəsində yerləşən istismardan çıxarılmış dərin dəniz özülündəki dəmir konstruksiyalardan ibarət tikinti obyektinin korroziyaya uğramış dəmir dirəklərinin sökülməsi (demontaj) işlərinin aparılması zamanı bu işlərin yerinə yetirilməsinə digər işçilərlə birlikdə cəlb edilmiş X3 üzərinə özüldən qopmuş dəmir dirəyin düşməsi nəticəsində başın təpə nahiyyəsinin əzilmiş yarası, sağ ayağın İ-İİ daraq sümüklərinin açıq sınığı, sağ ayağın İİİ, İV, V barmaqlarının dırnaq falanqalarının əzilmiş yaraları, sağ gözətrafı nahiyənin dərialtı hematoması, başın alın və burunüstü nahiyələrinin sıyrıqları, boyunun arxa səthinin qançırları, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah-alın-təpə sümüklərinin kəllə əsasına keçən sınığı ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid edilməklə ölümünə səbəb olan bədən xəsarətləri alması ilə səbəbli əlaqə təşkil edən tikinti obyektinin sökülməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan Eldəniz Xəlilovun ölümünə səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, müxtəlif vaxtlarda fərdi qaydada işlərlə məşğul olmuş, 01 iyun 2023-cü il tarixdə onunla "xxxx" MMC arasında Bakı şəhəri Xəzər dənizi ərazisində olan köhnə platformaların sökülməsi işinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyd olunan ərazidə platforma metallarının sökülməsi işinin 01 iyun 2023-cü il tarixdən onun tərəfindən həyata keçirilməsi üçün Vüsal, Eldəniz, Rasim və Vidadi adlı şəxslər işçi kimi onun tərəfindən cəlb edilmiş, həmin şəxslər ilə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. İşçilər iyun ayının 1-dən dənizdə işləməyə başlamış, ancaq hava şəraiti əlverişli olduqda dənizə gedərək orada işləmiş, rəhbərləri isə o olmuşdur. O, bəzi vaxtlarda dənizə gedərək onların işinə nəzarət etmiş, lakin çox vaxt orada olmamışdır. İş bitdikdən sonra gündəlik olaraq o, işçilərə əmək haqqını vermişdir. İşçilər iş olan günü xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş və orada olan köhnə platformalardan metalları kəsib yığmaq işi ilə məşğul olmuşlar. Onlar səhər saat 05 radələrində işə getmiş, axşam saat 19 radələrində yenidən sahilə qayıtmış, gündəlik olaraq 40 manat əmək haqqı almışlar. Həmin pulu onlara briqadir olaraq özü vermişdir. Vidadi ekskavator sürücüsü kimi işləmiş, işi barjın üzərində olan ekskavatoru idarə edərək platformalardakı metalları yığıb barjın üzərinə qoymaqdan ibarət olmuş, bütün proses “barj”ın yəni meydançanın üzərində baş vermişdir. Belə ki, həmin barj suya salınmış, gəmiyə bağlanmış və gəmi vasitəsilə sahildən köhnə platformanın olduğu əraziyə gətirilmiş, hansı ki onların işi həmin platformada olan metalları kəsərək yığmaqdan ibarət olmuşdur. İş prosesi ancaq “barjın” üzərində həyata keçirilmişdir. Belə ki, ekskavator “barjı” istənilən istiqamətə hərəkət etdirə bilmişdir. “Barj” platformaya yaxınlaşmış, daha sonra fəhlə işləyən Rasim və mərhum Eldəniz növbə ilə ekskavatorun trosunu platformada olan metalın üzərinə bağlamış, Vüsal qaz balonu ilə işləyən qurğu vasitəsilə həmin metalı kəsmiş və Vidadi ekskavator sürücüsü kimi həmin kəsilmiş metalı ekskavator ilə “barjın” üzərinə qoymuşdur. Daha sonra Rasim və ya Eldəniz həmin trosu metaldan çıxarmışlar. İşçilərin işi bu ardıcıllıqla davam etmişdir. Lakin bəzi vaxtlar ekskavator kəsilmədən həmin metalı götürə bildiyi üçün artıq metalın kəsilməsinə ehtiyac qalmamışdır. 10 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrində Vidadi, metal kəsən Vüsal, fəhlə Rasim və Eldəniz ilə birlikdə xüsusi ayrılmış gəmi vasitəsilə dənizə işə getmişlər. Həmin gün təxminən saat 08 radələrində Vidadi ona iş zamanı hadisə baş verdiyini və Eldənizin xəsarət alaraq öldüyünü bildirmişdir. O, Vidadidən hadisənin necə baş verdiyini soruşduqda Vidadi ona həmin gün təxminən saat 07 radələrində ekskavator ilə platformada iş gördüyünü, həmin vaxt Rasimin ekskavatorun digər tərəfində olduğunu, ekskavatorun digər tərəfində, arxa hissədə isə Vüsalla birlikdə Eldənizin dayandığını və iş görən zaman qəflətən arxadan qışqırıq səsinin gəldiyini eşitdiyini, daha sonra Eldənizin “barjın” üzərində yerə yıxıldığını və yerdə qan olduğunu gördüyünü, ilk əvvəl Vüsalın, daha sonra isə özünün Eldənizin yanına getdiyini, orada çatdıqda Eldənizin baş nahiyəsi partladığını, yerdə qan olduğunu gördüyünü, Eldəniz hərəkətsiz vəziyyətdə qaldığını bildirmişdir. 01 iyun 2023-cü il tarixdə onunla "xxxx" MMC arasında Bakı şəhəri Xəzər dənizi ərazisində olan köhnə platformaların sökülməsi işinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyd olunan ərazidə platforma metallarının sökülməsi işinin həyata keçirilməsi 01 iyun 2023-cü il tarixdən onun tərəfindən həyata keçirilmiş, həmin işlərin görülməsi üçün Vüsal, Eldəniz, Rasim, Vidadi işçi kimi onun tərəfindən cəlb edilmiş, həmin şəxslər ilə onunla arasında heç bir əmək müqaviləsi bağlanmamış, Şahid1, Eldəniz Xəlilova, Rasim Mənafova, Şahid2 onun tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma onun tərəfindən aparılmışdır. İşçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Şahid1, Eldəniz Xəlilova, Rasim Mənafova, Şahid2 iş görmək barədə tapşırıqlar onun tərəfindən verilmişdir. O əlavə olaraq öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. X2 onun əridir. O, X5 ilə 2003-cü il tarixdə evlənmiş, birgə nikahlarından Türkan, Roman və İbrahim adında üç uşaqları olmuşdur. X5 əvvəllər 5 il terminalda, 2 il isə qaz ixracında işləmişdir. Eldəniz son 2 il olar ki, dənizdə müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Eldəniz ay ərzində hava küləkli olmayan vaxtı işdə olmuş, hava küləkli olan zaman isə evdə olmuşdur. Eldənizin səhhəti ilə bağlı heç bir şikayəti olmamış, təbiətcə sakit adam olmuş, heç kimlə heç bir problemi, ədavət və düşmənçiliyi olmamışdır. 10 iyun 2023-cü il tarixdə təxminən saat 08 radələrində Eldənizlə birlikdə işləyən adını xatırlamadığı iş yoldaşı zəng edərək Eldənizin iş zamanı xəsarət alaraq öldüyünü bildirmişdir. Daha sonra Eldənizin meyiti müayinə edilməsi üçün ekspertizaya aparılmış və müayinə edildikdən sonra dəfn edilməsi üçün ailəsinə təqdim edilmişdir. Onun hadisənin necə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, müxtəlif yerlərdə günəmuzd fəhlə kimi işləyir. O, təxminən iyun ayının əvvəllərindən dənizdə işləməyə başlamış, ancaq hava şəraiti əlverişli olduqda dənizə gedərək orada işləmişdir. O, orada ekskavator sürücüsü Vidadi, fəhlə Eldəniz və Rasim ilə birlikdə işləmişdir. Həmin vaxt onların rəhbəri Müşviq olmuşdur. Belə ki, iş olan zaman Müşviq onlara məlumat vermiş, iş bitdikdən sonra gündəlik olaraq əmək haqlarını vermişdir. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmişdir. Onlar iş olan günü xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş, orada olan köhnə platformalardan metalları kəsib yığmaq işi ilə məşğul olmuşlar. Onlar səhər saat 05 radələrində işə getmiş, axşam saat 19 radələrində yenidən sahilə qayıtmışlar. Ona gündəlik olaraq 40-50 manat əmək haqqı verilmişdir. Həmin pulu onlara briqadir Müşviq vermişdir. O, orada metal kəsən kimi işləmiş, onun işi rezak, yəni qaz balonu ilə işləyən qurğu ilə platformalarda metalların kəsilməsindən ibarət olmuşdur. Onların bütün iş prosesi “barj”ın, yəni meydançanın üzərində baş vermişdir. Belə ki, həmin “barj” suya salınır, gəmiyə bağlanır və gəmi vasitəsilə sahildən köhnə platformanın olduğu əraziyə gətirilir, hansı ki onların işi həmin platformada olan metalları kəsərək yığmaqdan ibarət olmuşdur. İş prosesi ancaq barjın üzərində həyata keçirilmişdir. Belə ki, ekskavator “barjı” istənilən istiqamətə hərəkət etdirə bilir. “Barj” platformaya yaxınlaşmış, daha sonra fəhlə işləyən Rasim və mərhum Eldəniz növbə ilə ekskavatorun trosunu platformada olan metalın üzərinə bağlamışlar. Daha sonra o, qaz balonu ilə işləyən qurğu vasitəsilə həmin metalı kəsmiş və ekskavator sürücü həmin kəsilmiş metalı ekskavator ilə barjın üzərinə qoymuşdur. Daha sonra Rasim və ya Eldəniz həmin trosu metaldan çıxarmışlar. Onların işi bu ardıcıllıq ilə davam etmişdir, lakin bəzi vaxtlar ekskavator kəsilmədən həmin metalı götürə bildiyi üçün artıq metalın kəsilməsinə ehtiyac qalmamışdır. 10 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrində o, ekskavator sürücüsü Vidadi, fəhlə Rasim və Eldəniz ilə birlikdə dənizə işə getmiş, həmin gündə xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş, həmin gəmidə onlardan başqa kapitan Əli, mexanik Amil və bir nəfər adını bilmədiyi aşbaz olmuşdur. Onlar birlikdə işləməmiş, işin sonuna qədər gəmidə olaraq onları gözləmişlər. Onlar saat 06 radələrində işə başlamışlar. Hər gün olduğu kimi həmin gündə onlar bütün proses “barj”ın, yəni meydançanın üzərində baş vermişdir. Həmin gün təxminən saat 07 radələrində ekskavator platformada iş görmüş, həmin vaxt Rasim ekskavatorun digər tərəfində olmuş, ekskavatorun əks tərəfində isə onunla birlikdə Eldəniz dayanmışdır. Onların barjda 4 ədəd yama olmuşdur, həmin vaxt “barj” hərəkət etdiyi üçün platformada olan dəmirlərə dəymiş, Eldəniz də yamaların su ilə dolub dolmadığına baxmaq üçün barjın digər tərəfinə keçmiş, həmin vaxt platformada olan dəmir parçası qırılaraq Eldənizin üzərinə düşmüş və Eldəniz yerə yıxılmışdır. Həmin vaxt o, dərhal Eldənizin yanına getmişdir. Eldənizin baş nahiyəsi partlamış və yer qan olmuş, Eldəniz hərəkətsiz vəziyyətdə qalmışdır. Daha sonra onlar gəmiyə məlumat vermiş, gəmi hadisə yerinə gələrək “barjı” platformadan kənara çıxarmışdır. Daha sonra Eldənizin meyiti qayıq vasitəsilə sahilə aparılmışdır. Onunla heç bir əmək müqaviləsi bağlanmamış, dənizə çıxmamışdan əvvəl Müşfiq tərəfindən şifahi formada təlimatlandırılmışdır. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmişdir. Müşviq bəzi vaxtlar gün ərzində onların işlədiyi yerə gələrək nəzarət etmiş, gördükləri işə baxmışdır. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsələrdə Müşviq tərəfindən ona kaska, patinka və jilet verilmişdir. İş olan zaman Müşviq onlara məlumat vermiş, iş görmək barədə tapşırıqlar da onlara Müşviq tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xubəli oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, müxtəlif yerlərdə ekskavator sürücüsü kimi işləmiş, təxminən iyun ayının əvvəllərindən dənizdə işləməyə başlamış, ancaq hava şəraiti əlverişli olduqda dənizə gedərək metal kəsən Vüsal, fəhlə Eldəniz və Rasim ilə birlikdə orada işləmişdir. Həmin vaxt onların rəhbəri Müşviq olmuş, iş olan zaman Müşviq onlara məlumat vermiş və iş bitdikdən sonra Müşviq gündəlik olaraq onların əmək haqqlarını vermişdir. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmiş, bəzi vaxtlar onlar işdə olan zaman ora gəlib onların gördüyü işə baxaraq nəzarət etmişdir. Onlar iş olan günü xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş və orada olan köhnə platformalardan metalları kəsib yığmaq işi ilə məşğul olmaqla səhər saat 05 radələrində işə gedərək axşam saat 19 radələrində yenidən sahilə qayıtmışlar. Ona gündəlik olaraq 40 manat əmək haqqı verilmişdir. Həmin pulu onlara briqadir Müşviq vermişdir. O, ekskavator sürücüsü kimi işləmiş, işi barjın üzərində olan ekskavatoru idarə edərək platformalardakı metalları yığıb barjın üzərinə qoymaqdan ibarət olmuşdur. Onların bütün iş prosesi “barj”ın yəni meydançanın üzərində baş vermişdir. Belə ki, həmin barj suya salınmış, gəmiyə bağlanmış və gəmi vasitəsilə sahildən köhnə platformanın olduğu əraziyə gətirilmişdir, hansı ki onların işi həmin platformada olan metalları kəsərək yığmaqdan ibarət olmuşdur. İş prosesi ancaq barjın üzərində həyata keçirilmişdir. Belə ki, ekskavator barjı istənilən istiqamətə hərəkət etdirə bilmiş, barj platformaya yaxınlaşmış, daha sonra fəhlə işləyən Rasim və mərhum Eldəniz növbə ilə ekskavatorun trosunu platformada olan metalın üzərinə bağlamışlar. Daha sonra Vüsal qaz balonu ilə işləyən qurğu vasitəsilə həmin metalı kəsmiş və o, ekskavator sürücüsü kimi həmin kəsilmiş metalı ekskavator ilə barjın üzərinə qoymuşdur. Daha sonra Rasim və ya Eldəniz həmin trosu metaldan çıxarmışlar. Onların işi bu ardıcıllıq ilə davam etmişdir. Lakin bəzi vaxtlar ekskavator kəsilmədən həmin metalı götürə bildiyi üçün artıq metalın kəsilməsinə ehtiyac qalmamışdır. 10 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrində o metal kəsən Vüsal, fəhlə Rasim və Eldəniz ilə birlikdə xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş, gəmidə onlardan başqa kapitan Əli, mexanik Amil olmuşdur. Aşbaz həmin gün icazə aldığı üçün işə gəlməmişdir. Onlar birlikdə işləməmiş, işin sonuna qədər gəmidə olaraq onları gözləmişlər. Onlar saat 06 radələrində işə başlamış, hər gün olduğu kimi həmin gün də bütün iş prosesi “barj”ın, yəni meydançanın üzərində baş vermişdir. Həmin gün təxminən saat 07 radələrində o, ekskavator ilə platformada iş görərkən Rasim ekskavatorun digər tərəfində olmuş, ekskavatorun digər tərəfində, arxa hissədə isə Vüsalla birlikdə Eldəniz dayanmışdır. O, iş görən zaman qəflətən arxadan qışqırıq səsinin gəldiyini eşitmiş, daha sonra Eldənizin barjın üzərində yerə yıxıldığını və yerdə qan olduğunu görmüşdür. Həmin vaxt ilk əvvəl Vüsal, sonuncunun ardınca isə o, Eldənizin yanına getmişlər. O, oraya çatdıqda Eldənizin baş nahiyəsi partladığını, yerdə qan olduğunu, Eldənizin isə hərəkətsiz vəziyyətdə qaldığını görmüşdür. Daha sonra o, qorxduğu üçün kənara çəkilmişdir. Daha sonra onlar gəmiyə məlumat vermiş, gəmi hadisə yerinə gələrək barjı platformadan kənara çıxarmışdır. Daha sonra Eldənizin meyiti qayıq vasitəsilə sahilə aparılmışdır. Onunla heç bir əmək müqaviləsi bağlanmamış, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamışdır. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmiş, lakin dənizə çıxmamışdan əvvəl Müşviq tərəfindən şifahi olaraq təlimatlandırılmış, Müşviq bəzi vaxtlar gün ərzində onların işlədiyi yerə gələrək nəzarət etmiş, gördükləri işə baxmışdır. Müşviq tərəfindən ona patinka, kaska və jiletdə verilmişdi. İş olan zaman Müşviq onlara məlumat vermiş, iş görmək barədə tapşırıqlar da onlara Müşviq tərəfindən verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, müxtəlif yerlərdə günəmuzd fəhlə kimi işləyir. O, təxminən iyun ayının əvvəllərindən ekskavator sürücüsü Vidadinin dəvəti ilə dənizdə işləməyə başlamış, ancaq hava şəraiti əlverişli olduqda dənizə gedərək orada işləmişdir. O, orada ekskavator sürücüsü Vidadi, metal kəsən Vüsal və fəhlə Eldəniz ilə birlikdə işləmişdir. Həmin vaxt onların rəhbəri Müşviq olmuşdur. Belə ki, iş olan zaman Müşviq onlara məlumat vermiş, iş bitdikdən sonra gündəlik olaraq əmək haqlarını vermişdir. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmişdir. Onlar iş olan günü xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş, orada olan köhnə platformalardan metalları kəsib yığmaq işi ilə məşğul olmuşlar. Onlar səhər saat 05 radələrində işə getmiş və axşam saat 19 radələrində yenidən sahilə qayıtmışlar. Ona gündəlik olaraq 30 manat əmək haqqı verilmişdir. O, orada fəhlə kimi işləmiş, bütün iş prosesi “barj”ın yəni meydançanın üzərində baş vermişdir. Belə ki, həmin barj suya salınmış, gəmiyə bağlanmış və gəmi vasitəsilə sahildən köhnə platformanın olduğu əraziyə gətirilmişdir, hansı ki onların işi həmin platformada olan metalları kəsərək yığmaqdan ibarət olmuşdur. İş prosesi ancaq barjın üzərində həyata keçirilmişdir. Belə ki, ekskavator barjı istənilən istiqamətə hərəkət etdirə bilmiş, barj platformaya yaxınlaşmış, daha sonra fəhlə işləyən o və mərhum Eldəniz növbə ilə ekskavatorun trosunu platformada olan metalın üzərinə bağlamışlar. Daha sonra metal kəsən Vüsal qaz balonu ilə işləyən qurğu vasitəsilə həmin metalı kəsmiş və ekskavator sürücü həmin kəsilmiş metalı ekskavator ilə barjın üzərinə qoymuşdur. Daha sonra o və ya Eldəniz həmin trosu metaldan çıxarmışdır. Onların işi bu ardıcıllıq ilə davam etmişdir. Lakin bəzi vaxtlar ekskavator kəsilmədən həmin metalı götürə bildiyi üçün artıq metalın kəsilməsinə ehtiyac qalmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində o, ekskavator sürücüsü Vidadi, metal kəsən Vüsal və fəhlə Eldəniz ilə birlikdə xüsusi ayrılmış gəmi vasitəsilə dənizə getmiş, həmin gəmidə onlardan başqa kapitan Əli və adlarını bilmədiyi 2 nəfər şəxs də olmuşdur. Həmin şəxslər onlarla birlikdə işləməmiş, işin sonuna qədər gəmidə olaraq onları gözləmişlər. Onlar saat 06 radələrində işə başlamış, hər gün olduğu kimi onların bütün iş prosesi “barj”ın, yəni meydançanın üzərində baş vermişdir. Həmin gün təxminən saat 07 radələrində o, ekskavatorun arxa tərəfində olmuş və qəfildən səs gəldiyini eşitdikdə Eldənizin barjın üzərində yerə yıxıldığını və yerdə qan olduğunu görmüşdür. Həmin vaxt Vüsal onun yanına getmiş, o və Vidadi isə qorxduqları üçün ona yaxınlaşa bilməmişlər. Həmin vaxt artıq Eldəniz hərəkətsiz vəziyyətdə yerdə uzanmış və üzəri qan içində olmuşdur. O, birbaşa hadisənin baş verməsinin şahidi olmamışdır. Daha sonra Eldənizin meyiti qayıq vasitəsilə sahilə aparılmışdır. Onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Müşviq bəzi vaxtlar onlarla birlikdə dənizə gəlmiş, lakin Müşviq tərəfindən onlar ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, Müşviq bəzi vaxtlar gün ərzində onların işlədiyi yerə gələrək nəzarət etmiş, gördükləri işə baxmışdır. Oda jilet, patinka və kaska ilə təmin edilmişdir. İş olan zaman Müşviq onlara məlumat vermiş, iş görmək barədə tapşırıqlar da onlara Müşviq tərəfindən verilmişdir. Şahid4 Qaçay oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, “Elmetal” şirkətində sürücü vəzifəsində işləmişdir. X2 onun doğma qardaşıdır. X5 ilə 2003-cü il tarixdə X10 ilə evlənmiş, onların birgə nikahından Türkan, Roman, İbrahim adında 3 uşağı olmuşdur. X5 əvvəllər 5 il terminalda, 2 il isə qaz ixracında işləmiş, son 2 il olar ki, dənizdə fəhlə işləmişdir. Eldəniz ay ərzində hava küləkli olmayan vaxtı işdə olmuş, hava küləkli olan zaman isə evdə olmuşdur. X5 ilə təbiətcə sakit adam olmuş, heç kimlə heç bir problemi, ədavət və düşmənçiliyi olmamışdır. 10 iyun 2023-cü il tarixdə təxminən saat 08 radələrdə Eldənizlə birlikdə işləyən adını xatırlamadığı iş yoldaşı zəng edərək Eldənizin iş zamanı xəsarət alaraq öldüyünü bildirmişdir. Daha sonra Eldənizin meyiti müayinə edilməsi üçün ekspertizaya aparılmış və müayinə edildikdən sonra dəfn edilməsi üçün onlara təqdim edilmişdir. Onun hadisənin necə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Eldənizin heç vaxt heç kimlə heç bir ədavəti, düşmənçiliyi, münahisəsi olmamış, səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyitin əynində bənövşəyi rəngli öndən üç düyməli qısaqol köynək, ağ rəngli mayka, belində qara rəngli kəməri olan tünd göy rəngli cins şalvar, bir ədəd qara və boz naxışları olan tuman və bir ədəd qara rəngli corab vardır. Qeyd olunan paltarların cibləri boşdur, köhnədir, zədəsizdir. Meyit soyundurularkən kişi cinsli olub, düzgün bədən quruluşlu və orta köklükdədir. Xarici cinsiyyət orqanları kişi cinsində yaxşı inkişaf etmişdir. Arxa keçəcəyin ətrafı təmizdir, zədəsizdir, şüavari büküşləri yaxşı inkişaf etmişdir. Toxunduqda meyit nisbətən soyuqdur, meyit qacıması bütün qrup əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri göyümtülbənövşəyi rəngli olub əsasən bədənin arxa yan səthində yerləşir, ləkələrə barmaqla təzyiq etdikdə avazıyır, təzyiq götürüldükdən 3-4 dəqiqə sonra bərpa olunur. Boyunun uzunluğu 177 sm-dir. Başın alın-təpə nahiyəsində saçları tökülmüşdür, digər saçları ağlı-qaralı olub qana bulaşmışdır, uzunluğu 2-3 sm qədərdir. Üzü tüksüzdür, qana bulaşmışdır. Gözləri yarımaçıqdır. Buynuz qişaları şəffafdır, bəbəkləri dairəvi formada olub diametrləri 0,6 sm-ə müvafiqdir. Qulaq seyvanları adi formada olub tamdır, hər iki xarici qulaq keçəcəyi sərbəstdir. Ağzı yarımaçıqdır. Dişləri üst və alt çənədə taxma protezdir. Yoxlanılarkən burun və üz skelet sümükləri tamdır. Hər iki xarici burun keçəcəyi sərbəstdir. Ağız nahiyəsindən və burun dəliklərindən müəyyən qədər qan ifraz olunub. Boynu bədənə müvafiqdir və az hərəkətlidir. Döş qəfəsi silindrik formada olub simmetrikdir. Yoxlanılarkən qabırğalarda patoloji hərəkət qeyd olunmur. Qarnı qabırğa qövslərindən azacıq aşağı səviyyədə yerləşir. Aşağı və yuxarı ətraf sümükləri əllə müayinə etdikdə sınıq və patoloji hərəkətlilik qeyd olunmadı. Meyitin başın təpə nahiyəsində ortasında 5x5,5 sm ölçüdə ulduzvari, kənarları nahamar əzilmiş yara, sağ göz ətrafı nahiyə 4,6x2,8 sm ölçüdə hematoma, başın alın nahiyəsinin sağ yan səthində 1,8x1,4 sm sıyrıq, boynun arxa səthində ortada 6,5x3,6 sm ölçüdə qançır, sağ ayaq pəncəsinin iç səthindən başlayaraq sağ ayaq altı nahiyəsinədək davam edən 12x5,8 sm ölçüdə yara xəsarətləri vardır. Həmin yarada sağ ayaq barmaqların sınmış fraqmentləri yaradan xaricə çıxır. Əllə müayinə etdikdə kəllə sümüyünün içəriyə doğru basılmış kreptasiyası hiss olunur. Meyitin bədəni üzərində qeyd olunan xəsarətlərdən başqa hər hansı digər xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu ərazisinə aid olan Xəzər dənizinin daxili sularıdır. Hadisənin baş veridiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində olan Xəzər dənizində yerləşən istismardan çıxarılmış neft platformasının ərazisidir. Həmin yer Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində Xəzər dənizi sahilindən dənizə doğru 30 kilometr məsafədə cənubda yerləşir. Hadisənin baş verdiyi “barj” gəmi vasitəsilə hərəkət etdirilir. Gəmi “Hazar-9” adlanır. “Barj” gəmiyə bağlı vəziyyətdədir. Barjın ölçüləri 19x9 metrdir. Üzərində 01 ədəd dəmir materialdan olan kub şəkilli saxlanc yeri və 01 ədəd sarı rəngli ekskavator vardır. Köhnə neft platformasında olan metallar ekskavator vasitəsilə barjın üzərinə qoyulur. Hadisə yerinə baxışda iştirak edən X7 10 iyun 2023-cü il tarixdə səhər saat 07 radələrində iş görən zaman köhnə platformadan qopub düşən dəmir parçasının Eldəniz Xəlilova dəyərək suya düşdüyünü, Eldəniz Xəlilovun almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişdir. Rasim Mənafov hadisə yerinə baxışda vizual olaraq Eldəniz Xəlilovun xəsarət alaraq öldüyü hadisə yerini göstərdi. Həmin köhnə platformanın yuxarı hissəsində barjın aşağı hissəsinə qədər məsafə 9 metr təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 Qaradağ rayon şöbəsinin 10 iyun 2023-cü il tarixli, 41 nömrəli rəyində görünür ki, mərhum Şahid4 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər: Baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol gicgah-alıntəpə sümüklərinin kəllə əsasına keçən sınığı, başın təpə nahiyyəsinin əzilmiş yarası, sağ ayağın İ-İİ daraq sümüklərinin açıq sınığı, sağ ayağın İİİ, İV, V barmaqlarının dırnaq falanqalarının əzilmiş yaraları, sağ gözətrafı nahiyənin dərialtı hematoması, başın alın və burunüstü nahiyələrinin sıyrıqları, boyunun arxa səthinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (alət) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Şahid4 ölümünə səbəb başın sol gicgah-alın-təpə sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Şahid4 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 13:20-də) 6-8 saat əvvəl baş vermişdir. Şahid4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı kəllə tağı və əsası sümüklərində sınıqların olması baş beyin toxumasına, mədəciklərinə və qişalaraltına qansızmalar olduğundan mərhumun ölümündən əvvəl hipertoniya və ya insult xəstəliklərinin olubolmaması barədə dəqiq fikir söyləmək mümkün olmadı. Digər xroniki xəstəliklərin kəskin gözə çarpan morfoloji əlamətləri aşkar edilmədi. Mərhum Şahid4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (AKT № 2057 /K, xx.xx.2023-cü il tarixli). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 10/6167 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar 01 iyun 2023-cü il tarixli, 002 nömrəli “Xidmət müqaviləsi”nin 1.3, 1.6, 1,9 bəndlərinin, “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 2.7.2 bəndinn və “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qadaları”nın 1.29, 2.1, 2.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə aid olan Xəzər dənizində yerləşən istismardan çıxarılmış neft platformasında demontaj işlərinin aparılmasına cəlb olunmuş işçilər təlimatlandırılmadan, bilikləri yoxlanılmadan müstəqil olaraq işə buraxılmaqla və işçilər üçün təhlükəli istehsalat faktorları olan zonaların müəyyən edilməsi, işlərin texnoloji ardıcıllığının nəzərə alınmaması təmin edilmədiyinə görə, “Xidmət müqaviləsi”nin 1.3, 1.6, 1,9 bəndlərinin, “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 2.7.2 bəndinin və “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.29, 2.1, 2.2 bəndlərinin tələbləri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş X3 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsindən daxil olmuş məlumatdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi ilə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə meyitə baxış keçirilməsi istintaq hərəkəti zamanı müvafiq qaydada görürülmüş və Qaradağ rayon Prokurorluğunun arxivinə təhvil verilmiş meyitin əynində olmuş bənövşəyi rəngli qısaqol köynək, ağ qolsuz mayka, belində qara rəngli kəməri olan tünd göy rəngli cins şalvar, bir ədəd qara rəngli corab və bir ədəd qara rəngli tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 20 iş saatı məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına, ödənilməlidir. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (bir) il müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə meyitə baxış keçirilməsi istintaq hərəkəti zamanı müvafiq qaydada görürülmüş və Qaradağ rayon Prokurorluğunun arxivinə təhvil verilmiş meyitin əynində olmuş bənövşəyi rəngli qısaqol köynək, ağ qolsuz mayka, belində qara rəngli kəməri olan tünd göy rəngli cins şalvar, bir ədəd qara rəngli corab və bir ədəd qara rəngli tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov