Məhkəmə qərarları › İş №1(003)-373/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-373/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-373/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Jdanov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, “Aslan” bağları ərazisində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarında yeznəsi Zərərçəkmiş şəxs ilə xx.xx.2008-ci il təvəllüdlü bacısı qızı X3 qarşı seksual xarakterli hərəkətlər etmək istəməsi ilə əlaqədar aralarında yaranmış şəxsi mübahisə zəmnində üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs hər iki bud nahiyyələrinə qəsdən vuraraq hər iki budun deşilmiş-kəsilmiş yaraları əmələ gəlməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Bina qəsəbəi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayır. Dörd bacı, iki qardaş olmaqla ailədə altı uşaq olmuşlar, böyükləri o, olmaqla atası 6 il olar ki, rəhmətə getmişdir. Ailəsinin bütün üzvləri təxminən 20 ilə yaxındır ki, Bakı şəhəri, Binə qəsəbəsində yaşayır. Bacısı Mahizər əri ilə yola getmədiyinə görə 2020-ci ilin avqust ayının əvvəllərində iki azyaşlı uşaqlarını da özü ilə götürərək digər bacısı Sənubərgilə gələrək onlarda yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdən etibarən isə yaşadığı evə gələrək onlarda qalmağa başlamışlar. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 10:00 radələrində görmüşdür ki, bacısı Şahid1 əsə-əsə 12 yaşlı qızı Aytacla nəsə danışır və Aytac ağlayır. Onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, lakin heç biri ona heç nə deməmişdir. Bundan bir qədər sonra Mahizər ona bildirmişdir ki, azyaşlı oğlu Rihadla yaxınlıqda yaşayan bacısı Sənubərgilə gedir. Ondan nəyə görə getdiyini soruşmuş, o, da ona narahat olmamasını, Nahidin nəsə etdiyini demişdir. Bundan sonra o, Rihadla çıxıb getmiş, qızı Aytac isə onların evində qalmışdır. Bir qədər sonra o, nə baş verdiyini öyrənmək üçün bacısı Mahizərə zəng etmiş, lakin o, telefona cavab verməmişdir. Sənubərə zəng edəndə o, evdən çölə çıxmış, evə geri qayıdanda isə görmüşdür ki, Aytac evdə yoxdur. X6 harada olmasını soruşmuş, o, da ona bildirmişdir ki, Aytac anası Mahizərin arxasınca getmişdir. Bu vaxt o, daha da narahat olmağa başlamış və Mahizərgilin arxasınca getmişdir. Yolda görmüşdür ki, bacısı Mahizərin uşaqları ilə Sənubərin uşaqları birlikdə piyada yaşadıqları evə doğru gəlirlər. O, Sənubərgilin yaşadığı evə getmiş və görmüşdür ki, Mahizərlə Sənubərdən başqa evdə heç kəs yoxdur. Onlardan nə baş verdiyini soruşmuş, bu vaxt Sənubər Nahidin qudurduğunu demişdir. O, ondan necə yəni qudurduğunu soruşmuş, Sənubər də ona bildirmişdir ki, Nahid bacısı Mahizərin qızı Aytaca yaşadıqları evdə sataşmaq istəmişdir. Həmin vaxt o, şoka düşmüş, bundan sonra o, bu məsələni dəqiqləşdirmək üçün yaşadığı evə geri qayıdıb Aytacla danışmışdır. Həmin vaxt Aytac ona bildirmişdir ki, təxminən bir ay əvvəl Nahid öz yaşadıqları evdə uşaqlardan başqa heç kəs olmadığı vaxt uşaqları evdən çölə çıxardaraq evin içərisində zorla yerə uzadaraq üstünə uzanmış, lakin o, Nahidə nəsə etməsinə imkan verməmişdir. Onun bu sözündən sonra o, evdən çölə çıxmış, Nahidə zəng etsə də, Nahidin telefonu sönmüş vəziyyətdə olmuşdur. Bundan sonra piyada Nahidi axtarmağa başlamış, təxminən 1 saat gəzəndən sonra görmüşdür ki, Nahid asfalt yolun kənarı ilə piyada gedir. Arxadan onu çağırmış, dayanmasını, onunla işinin olduğunu demişdir. Nahid də dayanıb onu gözləmiş və o, Nahidin yanına gələrək ondan nə qələt etdiyini soruşmuşdur. O, da ona kobud formada nalayiq söyüşlərlə heç nə etmədiyini deyərək cavab qaytarmışdır. Bu zaman o, Nahidi nalayiq söyüşlə söymüş və buna görə Nahid onun sifət nahiyyəsinə yumruq atmış, lakin o, başını geri çəkdiyindən yumruq zərbəsi ona dəyməmiş, bundan sonra Nahid onu vurmaq üçün üstünə gəlmiş, bu zaman o, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyi qatlanıb bağlanan cib bıçağını çıxardaraq qorxutmaq məqsədi ilə bıçağın ucu ilə Nahidin arxa yan nahiyyəsindən iki dəfə zərbə vurmuşdur. Həmin vaxt Nahid yerə çöküb oturmuşdur. Daha sonra o, Nahidi həmin yerdə qoyaraq oradan uzaqlaşmış və təxminən 100 metr aralıda dayanan tanımadığı şəxslərə əli ilə Nahidi göstərib bildirmişdir ki, qələt elədiyi üçün bıçaqla onu vurmuşdur, ölməməsi üçün təcili yardım çağırsınlar. Daha sonra o, yaşadığı evə getmiş və evdə bildirmişdir ki, Nahidi bıçaqla vurmuşdur. Hadisə vaxtı onların yanında heç kəs olmamışdır. Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarında baş vermişdir. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Bildirmişdir ki, Nahidi bıçaqla vurandan sonra yaşadığı evə gedərkən həmin bıçağı yaxınlıqda olan su kanalına atmışdır. Həmin bıçaq qara rəngli qatlanıb bağlanan kiçik ölçülü cib bıçağı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Abbasabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır. Onunla əvvəllər münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarı ilə piyada işlədiyi yerə gedərkən qaynı Təqsirləndirilən şəxs əsəbi halda arxadan onu çağıraraq dayanmağını, onunla işinin olduğunu demişdir. O, da dayanıb onu gözləmiş və Aqil onun yanına gələrək kobud formada ondan nə qələt etdiyini soruşmuşdur. O, da ona kobud formada nalayiq söyüşlərlə heç nə etmədiyini deyərək cavab qaytarmışdır. Bu zaman Aqil onu nalayiq söyüşlə söymüş və buna görə o, Aqilin sifət nahiyyəsinə yumruq atmış, lakin o, başını geri çəkdiyindən yumruq zərbəsi ona dəyməmiş, bundan sonra o, Aqili vurmaq üçün üstünə getmişdir. Bu zaman Aqil üzərində gəzdirdiyi qatlanıb bağlanan cib bıçağını çıxardaraq bıçağın ucu ilə arxa bud nahiyyələrindən iki dəfə zərbə vurmuşdur. Həmin vaxt o, yerə çöküb oturmuşdur. Daha sonra Aqil onu həmin yerdə qoyaraq oradan uzaqlaşmışdır. Bir qədər sonra həmin yerə gələn tanımadığı şəxslər köməklik edib onu Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparmışlar. Hadisə vaxtı onların yanında heç kəs olmamış və heç kəs toplaşmamışdır. Hadisə, yəni mübahisələri və Aqilin onu bıçaqla vuraraq xəsarət yetirməsi təxminən 1 dəqiqə davam etmişdir. Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarında baş vermişdir. Hər iki bud nahiyyəsindən xəsarət almışdır. Heç vaxt X4 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün onu altına yıxaraq üstünə uzanmamış, Aytac Əliyeva onun qızı yerində olmuşdur. Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirdiyi bıçaq qara rəngli qatlanıb bağlanan kiçik ölçülü cib bıçağı olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində nömrəsiz fərdi evdə yaşamaqla Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixdə xx.xx.2008-ci il təvəllüdlü doğma qızı X4 ona bildirmişdir ki, bacısının əri olan Zərərçəkmiş şəxs son bir ay ərzində ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək istəyir. Belə ki, bacısı Sənubərin yoldaşı İsmayılov Nahid Möhübbət oğlu təxminən iyul ayının ortalarında azyaşlı qızı Aytac Əliyevanı qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün altına yıxaraq üstünə uzanmış, lakin həmin vaxt Aytac ona imkan verməmiş, buna görə də Nahid ona heç nə etməmişdir. O, bu barədə biləndən sonra qardaşı Aqilə danışmış, Aqil də bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, ailəsilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamaqla Yardımlı rayonu Allar kəndində qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixdə xx.xx.2008-ci il təvəllüdlü bacısı qızı X4 bacısı Mahizərə bildirmişdir ki, onun həyat yoldaşı olan Zərərçəkmiş şəxs son bir ay ərzində ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək istəmişdir. Belə ki, Nahid təxminən iyul ayının ortalarında Aytac Əliyevanı qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün altına yıxaraq üstünə uzanmış, lakin həmin vaxt Aytac ona imkan verməmiş, buna görə də Nahid ona heç nə etməmişdir. Mahizər bu barədə biləndən sonra qardaşı Aqilə danışmış, Aqil də bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 849 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - hər iki budun deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara və qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Aqil tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi və X5 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar