Məhkəmə qərarları › İş №1(004)-141/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-141/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-141/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X23, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Müdafiəçi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X13 Zərər çəkmiş şəxsin hüquqi varisi: X10 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: X14 Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, taksi sürücüsü işləmiş, əvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:15 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ-21723 minik” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə həmin küçədə yerləşən «İnşaatçılar» metrostansiyasına doğru gedən istiqamətdə saatda 50-60 kilometr sürətlə hərəkətdə olan zaman ünvan 2 ünvanında yerləşən binanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21723 minik” markalı avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun xx xxxxxx 2020-ci il tarixdə ölümünə səbəb olan baş-beyinin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sağ təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alının, sağ almacıq və sağ yanaq nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Yasamal rayonu, Yeni Yasamal-2, ev 8, mənzil 42 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Taksi sürücülüyü ilə məşğul olur. İdarə etdiyi “Vaz-21723” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və 2019-ci ilin aprel ayından idarə edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən 20:30 radələrində dostları Kənan, Cavid və Abdurrauf ilə Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən kafedə oturmuşlar. Orada birlikdə çay içdikdən sonra həmin gün təxminən saat 21 radələrində onlar kafedən qalxaraq evə getmək qərarına gəlmişlər. Dostları maşınsız olduqlarından və onun yaşadığı evə yaxın ünvanda yaşadıqlarından idarə etdiyi avtomobilinə əyləşmişlər. Avtomobildə Kənan qarşı oturacaqda sağ tərəfində, Cavid axra oturacaqda sol tərəfdə, Abdur Rauf isə onun sağ yanında əyləşmişdir, avtomobilini Yasamal rayonu “Asan Xidmətin” qarşısında olan svetafordan dönərək Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətini davam etdirmişdir. Hava qaranlıq olmuş, lakin yolun hərəkət hissəsi dirəklərində olan elektrik işıqları ilə işıqlandırılmışdır. O, avtomobilini 50-60 km/saat surətlə orta hərəkət zolağı ilə idarə etdirərkən saat 21:15 radələrində qarşıda piyadalar üçün nəzərdə tutulmuş hissədə, yəni piyada keçidində 55-60 yaşlı kişini görmüş və məsafə az olduğundan avtomobilin qabaq sol hissəsilə həmin piyadanı vurmuş və kişi zərbənin təsirindən idarə etdiyi avtomobilin qabaq sol buferinə, daha sonra isə qabaq ön şüşəsinə dəyərək yerə yıxılmışdır. O, Kənan, Cavid və Abdurrauf ilə dərhal avtomobildən düşmüşlər, xəsarət alan piyadaya dərhal köməklik göstərib onu idarə etdiyi avtomobilə əyləşdirib Respublika Klinik xəstəxanasına aparıb yerləşdirərək ona tibbi yardım göstərilməsinə köməklik etmişlər. O, hadisə ərəfəsində spirtli içki, narkotik vasitə və güclü təsiredici maddə qəbul etməmiş və hadisə vaxtı sərxoş olmamışdır. Hadisə vaxtı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Sonradan soyadının, adının və ata adının Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin piyada aldığı xəsarətlərlə əlaqədar Respublika Klinik xəstəxanasında müalicə olunarkən xx.xx.2020-ci il tarixdə ölmüşdür. O, idarə etdiyi zaman hava qaranlıq olsa da, avtomobilini yaxın işıqlarla idarə edirmiş, həmçinin yolun işıqlandıran elekritik dirəklərinin işıqları yanılı vəziyyətdə olmuş və qarşıda hərəkət hissəsini təxminən 10-15 metr məsafəni görmüşdür. O, piyadanı vurarkən piyada onun hərəkət zolağının orta hissəsində yolun piyadalar üçün nəzərdə tutulan piyada keçidində olmuşdur. İdarə etdiyi avtomobilin təkər, əyləc, sükan, işıqlandırma sistemi saz vəziyyətdə olmuşdur. Hadisə ərəfəsində piyada mərhum Zərərçəkmiş şəxs yolun hansı hissəsindən çıxaraq onun hərəkət yoluna gəlməsini görməmişdir. Qarşı tərəfi təxminən 10-15 metr məsafəni aydın görmüş, hərəkəti istiqamətində piyadanın yolun sağ və ya sol kənarından çıxıb onu hərəkət yoluna gəlməsini görməmişdir. Əvvəllər yol-nəqliyyat hadisəsi törətməmişdir. Ehtiyatsızlıq edərək yol hərəkət qaydalarını pozduğuna görə törətdiyi əməldən peşman olmuşdur. Hadisəni bilməyərəkdən törətdiyini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün öz avtomobilinə qoyub tibb müəssisəsinə aparmasını, tibb müəssisəsində lazım olan xərcləri çəkdiyini, bundan sonra da zərərçəkənin hüquqi varisinə on beş min manat civarında ödəniş edildiyini, barışıq üçün dəfələrlə cəhd edildiyini, lakin pul aldıqdan sonra zərər çəkmiş şəxsin hüquqi varisinin onları qəbul etmədiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Mərhum atası Tahir, anası Sahibə Məmmədova ilə birlikdə Yasamal rayonu Ü.Əkbərov küçəsi 114 D ünvnında yaşamışlar. Atası Tahir fərdi tikinti sahəsində briqadir kimi işləmiş, hər gün saat 08 radələrində evdən çıxaraq işə gedib, axşam isə müxtəlif saatlarda təxminən 21 radələrinə kimi evə qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, atasının evə gec gəlməsindən narahat olub Respublika Klinik xəstəxanasına müraciət etmiş və ona məlum olmuşdur ki, atası Tahir xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 3 saylı ünvanın qarşısında yolu keçmək istəyərkən “VAZ-21723 minik” markalı avtomobili idarə edən şəxs avtomobillə vurmuş, atası Zərərçəkmiş şəxs xəsarət alaraq Respublika Klinik xəstəxanansına daxil olmuş, ağır kəllə beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilmiş, hüşsuz vəziyyətdə olmuşdur. Həkimlər tərəfindən ona intensiv olaraq tibbi yardım göstərilirmişdir. Lakin buna baxmayaraq atası Tahir özünə gəlməmiş və aldığı xəsarətlərdən xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində xəstəxanada ölmüşdür. Atası Zərərçəkmiş şəxs meyitini tibbi ekspertiza müayinəsindən keçirilməsi üçün Yasamal rayon məhkəmə tibbi ekspertiza şöbəsinin meyitxanasına aparılmış və daxili müayinədən sonra onun meyitini Bərdə rayonu, Xan Ağalı kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Hadisənin necə baş verməsi barədə məlumatı olmamışdır. “VAZ-21723” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir düşmənçiliyi, şəxsi qərəzçiliyi və ədavəti olmamışdır. Lakin iş məhkəməyə göndərildikdən sonra iş materiallarındakı hadisənin videogörüntüsünə baxdıqdan sonra görmüşdür ki, istintaq düzgün aparılmamışdır. Videogörüntüdən görünür ki, avtomobil heç də ittiham aktında göstərilən 50-60 km.saat sürətlə deyil, azı 100 km.saat sürətlə hərəkət etmişdir. Avtomobil atasının üzərinə sürülmüşdür. Atası yolu keçmək istəsə də avtomobil öz yolunu dəyişib, atasının üzərinə sürülmüşdür. Düz xətt istiqamətində hərəkət edib, lakin sonra yolunu dəyişib atasının üzərinə sürmüşdür. 1-ci yoldan çıxıb 3-cü yolda atasını vurub, atasını 16- 17 metr sürüyüb. Avtomobil düz xətt üzrə hərəkət etsəydi atasını vurmayacaqdır. Atasını vurandan sonra avtomobil dayanmamışdır. İttiham aktında yazılsada ki, vurandan sonra dayanıb, lakin görünür ki, dayanmayıb. Ona görə də hesab edir ki, bu əməl ehtiyatsızlıqdan deyil, qəsdən törədilmişdir. Ona görə də ibtidai istintaq düz aparılmamışdır. Bu hadisə terror aktıdır. Ölkənin, dövlətin nə qədər düşmənləri varsa onlara qarşı mübarizə aparmışdır. Təhdid olunubdur. İran meyilli qüvvələr tərəfindən təhdid olunmuşdur. Daim nəzər nöqtəsində olub və düşmənlər tərəfindən özü və ailəsi təhdid edilib. Hadisə nəticəsində külli miqdarda ona ziyan dəymişdir. Mülki iddiasını bir daha 10.000 manat artıraraq 50.000 manat pul tələb edir. Hazırkı vaxtadək ona ziyanla bağlı cəmi 8000 manat civarında pul verilib. Təqsirləndirilən şəxsin ən ağır formada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahidkimi dindirilmiş Şahid3ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq edir və yaşadığı məhəllədə yaşayır. Fuad taksi sürücülüyü ilə məşğul olur, özünə məxsus «VAZ- 21723 minik» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən 20:30 radələrində dostları Cavid və Abdurrauf Yasamal rayonu “İnşaatçılan” metrostansiyasının yaxınlığında Fuadla rastlaşmışlar və həmin ərazidə yerləşən kafedə oturub çay içib söhbətləşmişlər. Həmin gün təxminən saat 21 radələrində onlar kafedən qalxaraq evə getmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs də onların yaşadıqları ünvanın yaxınlığında yaşadığından avtomobili ilə aparacağını bildirərək onları avtomobilinə əyləşməyi təklif etmiş, etiraz etməmişlər, o avtomobilə sağ qarşı oturacaqda, Cavid sol tərəfdən arxa oturacaqda, Abdurrauf isə onun sağ yanında əyləşmişdir. Fuad avtomobilini Yasamal rayonu “Asan Xidmətin” qarşısında olan svetafordan dönərək Yasamal rayonu Şərifzadə küçəsi ilə hərəkətini davam etdirmişdir. Hava qaranlıq olmuş, lakin yolun hərəkət hissəsi dirəklərində olan elektrik işıqları ilə işıqlandırılmışdır. O, telefonda sosial şəbəkəyə qoşulduğuna görə telefonun ekranına baxmışdır. Fuad avtomobilini hansı sürətlə idarə etdiyini bilməmiş və yola diqqət yetirməmişdir. Birdən avtomobilin qarşı şüşəsinə piyada dəyərək yerə yıxılmışdır. Fuad avtomobili dərhal saxlamışdır. O, Fuad, Cavid və AbdurRauf ilə birlikdə dərhal avtomobildən düşmüşlər, xəsarət alan piyadaya köməklik göstərib onu Fuadın avtomobilinə əyləşdiririb Respublika Klinik xəstəxanasına aparıb yerləşdirmişlər. Fuad həmin xəsarət alan piyadaya tibbi yardım göstərilməsinə köməklik etmişdir. Fuad hadisə ərəfəsində spirtli içki, narkotik vasitə və güclü təsiredici maddə qəbul etməmiş və sərxoş olmamışdır. O, sonradan eşitmişdir ki, həmin piyada aldığı xəsarətlərlə əlaqədar Respublika Klinik xəstəxanasında müalicə olunarkən xx.xx.2020-ci il tarixdə ölmüşdür. O, yola diqqət yetirmədiyindən hadisə ərəfəsində piyada Zərərçəkmiş şəxs yolun sağ və ya sol kənarından çıxaraq yolun hərəkət hissəsinə gəlməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Fuad Fətulazadə onun oğludur. xx.xx.2020-ci il tarixdə oğlu Fuad idarə etdiyi avtomobillə adam vurmuşdur, hadisə nəticəsində oğlu zərərçəkmiş şəxsi öz avtomobili ilə xəstəxanaya aparmışdır. Oğlunun avtomobillə adam vurması xəbərini eşidəndən sonra o da xəstəxanaya getmiş, xəstəxanada həkimlərə bildirmişlər ki, xəsarət alan adamın sağalması üçün bütün nə lazımdırsa etsinlər və dava, dərman və bütün nə lazımdırsa xərclərini çəkmişlər. Lakin buna baxmayaraq zərərçəkən vəfat etmişdir. Zərərçəkən vəfat etdikdən sonra da onun ailəsinə bu hadisə ilə bağlı maddi yardım etmişlər. Vurulmuş ziyanla bağlı zərərçəkən şəxsin oğlu Mirsamir Məmmədova şəxsən 15000 manatdan artıq pul vermişdir. Həmin pulları böyük əziyyətlə, dost tanışdan, qohuməqrabadan yığıb düzəldib vermişdir ki, el adətinə görə onlar tərəfdən zərərçəkmişə köməklik olunmalıdır. Mirsamirə verdiyi pulların tarixləri, məbləğini və pulun verilmə səbəblərini də məhkəməyə bildirmək istəyir. Belə ki, xx.xx.2020-ci il tarixdə 280 manat cənazə maşını üçün, 250 manat Bərdə rayonuna getmələri üçün avtobusa verilməsində ötrü, 200 manat bir 800 manat da bir yol xərci üçün, xx.xx.2020-ci il tarixdə 1680 manat “Heydər” məscidində “üç” mərasimi üçün, xx.xx.2020-ci il tarixdə 200 manat bir 700 manat da bir “yeddi” mərasimi üçün, xx.xx.2020-ci il tarixdə 2000 manat baş daşı üçün beh, xx.xx.2020-ci il tarixdə 4000 manat Mirsamirə, xx.xx.2020-ci il tarixdə isə 5000 manat əlavə olaraq Mirsamirə ödənilmişdir. Xəstəxanada çəkilmiş xərcləri bu siyahıya əlavə etməmişdir. 4000 manat ödəyəndən sonra fikirləşmişdir ki, Mirsamir sonra götürdüyü pulları danar və bunları sübut eləmək olmaz, ona görə də xx.xx.2020-ci iltarixdə 5000 manatı verəndə avtomobildə kamera altında pulu vermiş və çəkilmiş xərci dəqiqləşdirmişdir. Sonuncu dəfə ödədiyi puldan sonra Mirsamir söz vermişdir ki, şikayət və tələbinin olmaması ilə bağlı polisə müraciət edəcək və barışıq olacaqdır. Lakin bundan sonra o, yenə də 2 gün keçməmiş gəlib ondan qan pulu tələb etməyə başlamışdır. Mirsamirin tələb etdiyi 10.000 manat qanpulunu ödəyə bilməyəcəyini deyəndə, Mirsamir qəzəblənib onu təzyiq etməyə başlamış. Onun qeyri-etik hərəkətlərindən sonra özündən 22 yaş böyük olan insana qarşı şantaj xarakterli hərəkətlər edib, pul tələb etməyə başlamışdır. Bildirmişdir ki, bu gündən o düşmənçiliyə başlayır. Hansı ki ondan 15000 manat ödədiyi ərəfələrdə münasibətləri çox gözəl idi. Onun bu hərəkətlərindən şübhələnərək avtomobilində olan videoqeydiyyatçının yazılarını hər ehtimala qarşı kompüterə köçürmüşdür. Orada onun Mirsamirə 15000 manatdan artıq pul ödədiyi açıqaşkar halda eşidilir. Videogörüntü xx.xx.2020-ci il trarixdə təxminən saat 20:40 da çəkilmişdir. Həmin videogörüntünü sübut kimi vəkilə vermişdir, vəkil məhkəməyə təqdim edəcəkdir. Ona görə də ödənilmiş ziyanla bağlı bunların nəzərə alınmasını xahiş etdi. İbtidai istintaq dövrü toplanmış sübutlar kimi: - hadisə yerinə baxış keçirilərəkən müəyyən edilmişdir ki, hadisənin qaranlıq və quru hava şəraitində, ünvan 4 ünvanının qarşısından keçən hissəsində baş verməsi, həmin yerdə yolun hər birinin eni 16 metr olan əks istiqamətli sağ və sol hərəkət hissələrindən ibarət olması, yolun hərəkət hissələrində hər birinin eni 4 metr olan 4 ədəd eyni istiqamətli hərəkət zolaqlarının olması, sol və sağ hərəkət hissələrinin arasında hərəkət hissələrini ayıran eni 1,0 metr olan yol ayrıcı zolaq olması, yolun hərəkət hissələri asfalt örtüklü olmaqla quru, hamar və düz olması, həmin yerdə işıqlandırma sistemi normal olması, yolun sağ və sol kənarında binaların yerləşməsi, yolun sağ və sol hərəkət hissələrində yol örtüyünün üzəri nişanlanmaqla, həmçinin yolun hər iki istiqamətində və yol ayrıcı zolaqda piyada keçidi nişanı olması, hadisə yerində svetoforun olmaması, hadisə yerində nəqliyyat vasitələrinə aid tormoz izləri aşkar edilməmişdir. Hadisə yerinə baxışda iştirak etmiş sürücü Təqsirləndirilən şəxs avtomobili hadisə ərəfəsində «Asan Xidmət» adlanan istiqamətindən «İnşaatçılar» metrostansiyası istiqamətinə idarə etmiş, piyadanın yolun sağ hərəkət hissəsinin sol kənarından, yəni yol ayrıcı zolağın sol kənarından 6 metr məsafədə sağ hərəkət hissəsinin 2-ci zolağının orta hissəsində vurduğunu göstərmişdir. - Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı «VAZ-21723 minik» markalı 99- ML-342 dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurması nəticəsində ön hissəsində buferi və alın şüşəsinin sol hissəsi sinmişdir, həmin avtomobilin isə saz vəziyyətdə olması aşkar edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli 2/1828№-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına" əsasən sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:05-də müayinədən keçirilərkən ayıq olmuş və alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. - Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz şəhər xidməti tərəfindən xx.xx.2020-ci il tarixli 003-3654-1220 saylı məktubla daxil olmuş, ünvan 4 ünvanda yerləşdirilən X12 TŞ2-085 nömrəli müşahidə kamerasının xx.xx.2020-ci il tarixdə saat 21:14-dən saat 21:18-dək müddət ərzində qeydə aldığı və 1 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, piyada mərhum Zərərçəkmiş şəxs saat 21:14:57-də yolun sol kənarından sağ kənarına keçmək üçün hərəkətə başlayaraq piyada keçidi ilə yolun sağ tərəfinə doğru hərəkət edərək yolun həmin hissəsini keçib saat 21:15:08-da yol ayrıcı zolaqda dayanması və saat 21:15:09-da yenidən hərəkətə başlayaraq yolun sağ tərəfinə doğru piyada keçidi ilə yolu iti addımlarla keçməyə davam etməsi, saat 21:15:12-do sol tərəfdən 2-ci hərəkət zolağınının orta hissəsinə çatanda «İnşatçılar» metrostansiyası istiqamətinə hərəkət edən «VAZ-21723 minik» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşı tərəfi ilə vurulması, həmin avtomobilin dayanması və avtomobilin sükanı arxasından sürücünün Təqsirləndirilən şəxs və 3 nəfər sərnişinin yerə düşərək xəsarət alan piyadanı avtomobilin salonuna yerləşdirərək tibbi yardım göstərilməsi üçün aparması müşahidə olunur. Həmin diskə baxış zamanı piyada mərhum Zərərçəkmiş şəxs yol ayrıcı zolaqdan, yolun sağ tərəfinə doğru piyada keçidi ilə hərəkətə başlayaraq avtomobillə vurulduğu yerə kimi olan məsafəni 3 saniyə ərzində qət etməsi müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 39 saylı rəyindən görünür ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasının tərtib etdiyi ******* saylı stasionar xəstənin tibbi kartasında qeyd edilir ki, mərhum Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 21:45-də radələrində «Qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi. Kəllə sümüklərinin sınığı komatoz vəziyyət. Başın və sifətin əzilmiş yaraları və sıyrıqları” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılan intensiv və reanimasiya tədbirlərinə baxmayraraq, xəstə xx.xx.2020-ci il tarixdə saat 06:40-da xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başbeyinin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sağ təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alının, sağ almacıq və sağ yanaq nahiyələrinin sıyrıqları həyati olub, xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Zərərçəkmiş şəxs ölmünə səbəb baş-beyinin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 06:40 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. Zərərçəkmiş şəxs meydindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 8/245 nömrəli rəyinə əsasən ekspertiza tərəfindən aparılmış tədqiqata əsasən «VAZ-21723» markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindəntörədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasındanəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsəəlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün, öz avtomobili ilə tibb müəssisəsinə aparmışdır, tibb müəssisəsində zərərçəkmiş şəxsə yardım göstərilməsini təmin etmişdir. Zərərçəkmiş şəxs tibb müəssisəsində hadisə baş verdiyi gündən sonra növbəti gün vəfat etmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında bildirdi ki, onlara törədilmiş hadisə nəticəsində dəymiş ziyandan qismən də olsa, yəni 8000 manat pul verildiyini bildirmişdir. Müdafiə tərəfi dəymiş ziyanla bağlı daha artıq məbləğdə, 15.000 manatdan artıq məbləğdə yardım edildiyini bildirmiş, bunun sübutu kimi məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin özünün etirafının qeydə alındığı videogörüntünü təqdim etmişdir. Həmin videogörüntüyə məhkəmədə baxılarkən, videogörüntüdən görünür ki, görüntüdəki adamlar təqsirləndirilən şəxsin atası X9 və zərərçəkmiş şəxsin hüquqi varisi X6r. Videoçəkilişin xx.xx.2020-ci il tarixdə saat 20:40 radələrindən 20:42 radələrinə qədər aparıldığı görünür. Görüntüdəki danışıqlarda əvvəl M.Məmmədov 12700 manat pul verildiyini özü qeyd edir. Sonra tərəflər aralarında verilmiş məbləğləri dəqiqləşdirərək, xəstəxanada çəkilmiş xərclərdən başqa 10340 manat xərc çəkildiyini, videoçəkiliş getdiyi həmin vaxtı da 5000 manat avtomobildə M.Məmmədova verildiyi, bununla da 15340 manat xərc çəkildiyi qeyd edilmişdir. Videogörüntüdə Mirsamir əlində 100 manatlıq əskinazlar tutduğu görünür. Həmin videogörüntüdən görünür ki, vəfat etmiş şəxsin dəfni, 3 mərasimi, 7 mərasimi, baş daşının düzəldilməsi və digər xərclər təqsirləndirilənin ailəsi tərəfdən ödənilmişdir. Bununla da müəyyən edilir ki, cinayət nəticəsində dəymiş ziyana görə zərərçəkənin ailəsinə 15000 manat pul ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibbi yardım göstərilməsi üçün öz avtomobilində tibb müəssisəsinə aparması, zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş ziyanla bağlı maddi yardım etməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Ona görə də yuxarıda sadalanan CM-nin 59.1.11, 59.1.14-cü maddəsində sadalanan yüngülləşdirici halların mövcud olmasını, hər hansı bir ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə qeyd edir ki, belə bir halda təqsirləndirilən şəxsə təyin olunan cəzanın müddəti və ya həcminin CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21723» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin Növbətçi hissələri İdarəetmə xidmətinin hadisəni özündə əks etdirən 01 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi və mənəvi zərərə görə Təqsirləndirilən şəxs 50.000 manat (əlli min manat) tutularaq ona ödənilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi poçt vasitəsilə deyil, həmin gün birbaşa məhkəmənin dəftərxanasına təqdim edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki. o, yaşadığımız ərazidə, Yasamal Şərifzadə küçəsində yerləşən Ara/ Marketlə. Saf Su marketin arasındakı piyada keçidində xx xxxxxx 2020-ci il tarixində idarə etdiyi **-MT-*** Dövlət nömrə nişanlı Vaz Priora markalı avtomobili ilə axşam saat 21:20 radələrində atam Zərərçəkmiş şəxs piyada keçidində vurmuşdur. Atç aldığır ağır xəsarətlərdən elə oradaca komaya düşmüş və ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılmış, Respublikanski Mərkəzi Klinik xəstənasasında bir meçə saat sonra, fevralın 22-dən 23nə keçən gecə, saat 05:30 radələri ölmüşdür. X15 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 3-cü bəndinin. 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş və qanunda tələb edildiyi kimi, nəqliyyat vasitəsini minimum sürət olan ərazidə avtomobili yüksək sürətlə idarə etməməli, yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, onlara heçbir /ərər vurmamalıdır. Göründüyü kimi, o, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib və minimum sürət olan ərazidə 80 km/saat sürətlə hərəkət etmiş və piyada keçidində ölüm hadisəsinə səbəb olan cinayət törətmişdir. Hadisə baş verdiyi "Saf Su" marketlə "Araz" marketin qarşısındakı piyada keçidində anbaan yanıb sönərək dayanmanı tələb edən və sürücünü xəbərdarlıq edən rənagəng işıqlı yol hərəkət nişanı var və bu nişanlar 300 metrlikdən bərq vurur və yanıb söndüyü üçün uzaqdan hər kəsin diqqətini cəlb edir. Təqsirləndirilən şəxs da bu, dayanmağı və piyadaya yol verməyi tələb edən, yanıb sönən yol hərəkəti nişanını mütləq mənada görmüşdür. Qünki bu nişanın görülməməsi qeyri-münkündür. Bu nişanı gördüyü halda o, avtomobilini yüksək sürətlə sürmüşdür. Fyni zamanda adını çəkdəyim "Saf Su" marketlə, "Araz" market bir-birilə birbaşa üzbəüzdür və atamın vurulduğu həmin piyada keçidi bu iki marketi bir-birilə birləşdirir, yəni bu piyada zolağı insanların marketə girib- çıxdığı və insanların ən sıx olduğu və mütamadi buradan keçdiyi yerdir. Bu piyada keçidinin saatda 80 km sürətlə keçilməsi ehtiyatsızlıq yox, birbaşa qəsd hadisəsidir. Bu saydıqlarıma əlavə olaraq bildirirəm ki. Həmin piyada keçidinə ən yaxın məsafədəki işıqforun arası təxminən 200-250 metr olar. Bu qısa məsafəni, qarşıdakı "Dayan və dur!" yol hərəkəti nişanını və insanların bu iki üzbəüz marketə gediş-gəlişini Yasamal bazan adlanan ərazidən, indiki 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qarşısındakı işıqfordan asanca gördüyü halda saatda 70-80 km sürətlə keçmək ehtiyatsızlıq deyil və qeyd etdiyim kimi, cinayətdir. Məsələ hununla da deyil, atam Zərərçəkmiş şəxs, piyada keçidinə addım atdığı birinci yolda deyil, məhz ikinci yolda vurulmuşdur. Yəni, "Saf Su" marketin önündəki, İnşaatçılar metro stansiyası tərəfdən gələn yolu "Araz" marketin öndündəki. Bakı 3 saylı Asan Xidmət mərkəzinin önündəki işıqfordan keçərək ü/ü İnşaatçılar Metro stansiyasına tərəf gedən yolda vurulmuşdur. Yəni atanı piyada keçidilə yolun bir hissəsini keçmiş, digər hissəsini də keçməyə cəhd etdi\i halda vurulmuşdur. Yolun birinci hissəsində vurulsa buna ehtiyatsızlıq adı vermək olardı ki. piyada zolağına qəfil çıxıb və avtomobili çatdırıb dayandıra bilməsib. Bu da cinayətdir amma az cinayətdir. Ancaq ki. yolun tən yarısını keçərək bardurlann olduğu nazik səki zolağına çıxıb yolun digər hissəsini keçməyə çalışan piyadanı vurmaq birmənalı olaraq qəsd halıdır, Çünki atam Məmmədov Pah ir Ol i oğlu, piyada keçidində yolun "Saf Su" market tərəf olan hissəsini keçərkən ən azı 200 metrlikdən görünüb və Təqsirləndirilən şəxs dərhal avtomobilin sürətini azaltmalı, piyada zolağında qanunun "Dayan və dur!” tələbinə əməl edərək dayanmalıydı. Çünki atam onun idarə etdiyi avtomobilin qarşısına qəflətən və anidən çıxmayıb. 3 saylı Bakı Asan Xidmət mərkəzinin qarşısındakı işıqfordan, atamın vurulduğu piyada keçidindəki piyadalar çox aydın görünür. Piyadaların məhz zolaqdan keçdiyini gördüyü halda avtomobilin idarə olunması, yolun yarısını keçmiş piyadanın vurulması qətiyyən qəza hadisəsi deyil, birbaşa qəsd halıdır. Həmin fakt üzrə ibtidai istintaq aparılarkən. işin istintaqını aparan aparan müstəntiq tərəfindən qanunla müəyyən olunmuş qaydada hüquqlarım izah edilməmiş və mənə başa salınmamışdır. Bunun nəticəsidir ki, tərəfimdən cinayət nəticəsində mənə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi üçün istintaq orqanına müraciət etməmişəm. Bu cinayət hadisəsinin baş verməsi səbəbindən ailəmizə çox ağır maddi və mənəvi zərər dəymişdir. Belə ki, baş vermiş hadisə nəticəsində atam faciəli şəkildə ölmüş və ailəmiz çox ağır iztirablar keçirmiş və hal hazırda da bu hadisənin iztirablarının ağır şokundayıq. Eyni zamanda qeyd edirəm ki. ailəmizi hər zaman atam maddi baxımdan təmin edib. Mənə və kiçik qardaşımı mütamadi atam təmin edib. Hazırda kirayə qalırıq və şəxsi evimiz deyil. Anam isə hadisənin şokundan ağır sarsılmalar keçirib və hazırda ağır sinir ağrılarına məruz qalıb, bədənindəki ağnlan olduğu zaman ayaqları tutulur, yeriyə bilmir. Anamın bundan sonrakı müalicələri ağır maddi xərc tələb edir. Möhtərəm hakim hazırda anamın müalicə təminatı və ailənin dolanışığı ağır maddiyyat və məsuliyyət tələb edir. Atamın ölümüylə əlaqədar çox yüksək zərbə və ziyanlıq altındayıq. Ailəmizə külli miqdarda maddi və mənəvi ziyanlıq dəyib. Bizim bundan sonrakı maddi təminatımız yoxdur və aqibətimizin necə olacağı məlum deyil. Hadisə nəticəsində ailəmizin ocağı sönmüşdür. Atam tikinti sahəsində mühəndis və prarab kimi çalışıb və hər ay evə 1000-1200 manat həcmində qazanc gətirib. İndi isə bu qazancdan məhrum olmuşuq. Evin kirayəsini belə ödəyə bilməyəcək vəziyyətdəyik. Yəni, X15 ailəmizi evimizə gələn ayılıq qazancdan məhrum edib. Bildirirəm ki, atam Zərərçəkmiş şəxs faciəli şəkildə ölməsi, onsuz da ağır vəziyyətdə olan vəziyyətimizi daha da ağırlaşdırmış və mərhumiyyətlərə düçar etmişdir. Ağır maddi vəziyyətə düşməklə bizim ailəmizə ağır maddi və mənəvi zərər dəymişdir. Bununla əlaqədar olaraq bizim ailəmizə dəymiş maddi və mənəvi zərəri 40.000 (qırx min) manat diymətləndirməklə, lıazırki cinayət işi üzrə təqsirləndirilən şəxs X2 tələb etməklə ona qarşı iddia tələbi irəli sürürəm. Azərbaycan Respublikası CPM- ııin 183.1-ci maddəsində təsdiq olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia, cinayət təqibi başlanandan, məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Həmçinin bu səlahiyyət. Azərbaycan Respublikası CMP-nin İ8l-ci maddəsi ilə zərərçəkmiş şəxslərə verilir. Ona görə də, məhkəmədə məlum cinayət işinə baxılarkən təqsirləndirilən şəxs X15 barəsində hökm çıxarılarkən, zərərçəkmiş şəxsin hüquqi varisi kimi, mənə və ailəmizə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məsələsi də həll edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CMP-nin 87 6. 6, 181 və 183.1-ci maddələrini rəhbər tutub zrizəmdə qeyd olunan qanun pozuntularını nəzərə almaqla pozulmuş hüquqlarımızı təmin etməyi və təqsirləndirilən şəxs barəsində 40.000 (qırx min) manat maddi və mənəvi zərərin Təqsirləndirilən şəxs alınaraq bizim ailəmizə verilməsini təmin edəsiniz. Sonradan xx.xx.2020-ci il tarixdə iddia tələbinə əlavə verilərək, həmin əlavə də məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Həmin əlavədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailəmizə vurduğu ağır maddi və mənəvi ziyanlığa qarşı xx.xx.2020-ci tarixli 40.000 (qırx min) manat mülki iddia tələbimə əlavə olaraq izahlı şəkildə bildirirəm ki, hadisə nəticəsində dünyasını dəyişmiş atam Zərərçəkmiş şəxs 1956-cı ilin yanvar ayının 13-də anadan olub və bu il, yəni 2020ci ilin yanvarın 13-də atam 64 yaşını tamamlayıb 6S-ci yaşına qədəm qoymuşdu. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən isə, yaşı 64 il 6 ayına girmiş kişilərə qocalıq təqaüdü kəsilir. Və yeni mövcud qanuna əsasən isə yaşı 64 il 6 ay olan şəxslər müraciət etmədən və heçbir ərizə yazmadan onun qocalıq təqaüdü təyin edilir bu barədə həmin şəxsə SMS bildirişi göndərilir. Belə ki. Əmək və X17 Nazirliyinin rəsmi internet səhifəsində bu barədə geniş məlumat yerləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentiyby xx xxxxxx 2018-ci il tarixdə təsdiq etdiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə "sms", e-mail və ya rəsmi məktubla məlumat verilir. Bildirmək istəyirəm ki, atamın mövcud Qanunvericilikdə tələb olunan pensiya yaşı xx.xx.2020-ci il tarixində tamamlanmışdır. Ötən ayın, yəni 2020-ci ilin 13 iyul tarixində, atam Zərərçəkmiş şəxs, ölkə başçısının fərmanına əsasən mövcud Qanunvericiliyə uyğun olaraq pensiya yaşına görə tələb olunan 64 il 6 ay yaş həddi tamamlandığı üçün, hazırda həyatda olsaydı yaşa görə təxmini hesablamalarla bildirirəm ki, təqribən xx xxxxxx 2020-ci il tarixə pensiya alacaqdı. Və ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin hər sahədə şəffaflığın və insanların həyat tərzinin yaxşılaşdırılması istiqamətində apardığı ciddi islahlatların nəticəsində pensiya yaşı çatmış şəxslərin hətta heçbir müraciət etmədiyi və ərizə belə vermədiyi halda avtomatik pensiya alması barədə rəsmi SMS bildirişi, məktub və hər hansı email vasitəsilə göndərilməsilə təyin edilən pensiyanı əgər atam həyatda olsaydı artıq bu ayın 13-dən ilkini almış olacaqdı. Onu da qeyd edim ki, atam Zərərçəkmiş şəxs tikinti mühəndisi olub və 1976-80-ci illərdə X18 fərqlənmə diplomu ilə bitirib. Sovet dövründə Bərdədə, Ağdamda, Xocalıda və bir çox yerlərdə aparılan tikinti işlərinə rəbhərlik edib. Atamın Bərdədə tikintisini apardığı binalar hazırda Dövlət obyektləri olaraq fəaliyyət göstərir. 1980-ci illərdə hazırda Bərdə rayon Statistika Komitəsinin inzibati binası olan obyektin tikintisi, Bərdə rayon Tikiş Fabrikinin geniş təmiri, 1983cü ildə Bərdə rayon Qaradırnaq kəndində poçt xidmətinin inzibati binasının təmiri, Bərdə rayon Mustafaağalı kəndində 2 ədəd 132 metr uzunluğunda mal-qara saxlanması üçün Dövlət nəzdində fəaliyyəti nəzərdə tutulmuş inək fermasının tikintisi, həmin kənddə əlavə bir neçə təmir və tikintinin həmin sovet dövrü illərində aparılması, Bərdə rayon Mollalı kəndində təxminən 1980-86cı illər arasında böyük tibb məntəqəsinin tikilməsi, Bərdə rayonunun mərkəzində sovet dövrü təxminən 5-6 hektar ərazidə böyük bir ölçüdə inşa edilmiş "1941-1945-ci il" abidəsinin tikintisinin və ətraf parkının salınması işlərinin müəyyən qədərinin aparılması və hələ xəbərim olmayan, xatirimizdən çıxan bir çox təmir və tikinti işlərinin sovet dövründə dövlət səviyyəsində aparılmasına röhbərlik və bilavasitə nəzarət edib. Atam Zərərçəkmiş şəxs sovet dövründə 1976-cı illərdən başlayaraq dövlət səviyyəsində aparılan tikinti işlərində prarab və tikinti mühəndisi olaraq fəaliyyət göstərib. Həmin sovet dövrü illərində Bərdə rayonunda 1980-ci illərdən 1985-ci ilə qədər "4 nömrəli X1"də iş icraçısı, 1985-86-cı illərdə "X20"ndə mühəndis, 1986-1997-ci illərdə isə "X4"ndə mühəndis vəzifəsində çalışıb. Atam bütün işlərdə çox qüsursuz xidmət göstərib və bunun üçün atama ölümdən sonra bütün bunları nəzərə alaraq "Fəxri Ad"ın verilməsi üçün müraciət də hazırlamışam və çox yaxında lazımı strukturlara rəsmi olaraq həmin "Fəxri Ad" üçün müraciəti göndərəcəm. Atamın 1976-cı ildən 1997-ci ilə qədər tikinti sahəsində rəsmi əmək fəaliyyəti vardır. Bu isə 20 ili əhatə edən bir dövr deməkdir. Təqaüdə çıxdıqda isə, hər halda bu əmək fəaliyyəti nəzərə alınaraq alacağı pensiyaya əlavə ediləcəkdi. Mən atamın X21 nə qədər pul məğləği yığılması barədə Dövlət X22, məhkəməyə təqdim etmək üçün rəsmi arayış almağa çalışacam. X31 Hesabına dair arayışı məhkəmə prosesi müddətində sizə təqdim etməyə çalışacam. Atam səhhət baxımından çox sağlam insanıydı və nadir halda xəstələnərdi. Çox sağlam orqanizması olan biriydi. Atam xəstəxanada ölərkən morqda tibbi ekspertiza zamanı daxili iç orqanlarından müəyyən nümunələr götürülüb. Atamın nə qədər sağlam insan olması, həmin ekspert qurupu tərəfindən təsdiq edilə bilər. Amma və lakin, atamın bu faciə nəticəsində ölməsilə ailəmiz bu pensiyadan məhrum olub. Anamın isə pensiya almasına 6 ilə yaxın müddət var. Belə ki, qadınların pensiya yaş həddi isə mövcud Qanunvericiliyə uyğun olaraq 61 il 6 aydır. Anam X14 isə xx.xx.1964-cü il tarixində anadan olub. Hazırda yaşı 56-dır. Göründüyü kimi, hələ pensiya almasına xeyli müddət var. Atamın almalı olduğu pensiya isə anamın haqqıdır. Atam pensiya ala bilmədiyi üçün anam bu pensiyanı almaqdan məhrum olub. Üstəlik anam da pensiya almır. İndi bu ziyanlığın qarşılığını kim ödəməlidir? Hazırda Təqsirləndirilən şəxs qarşı, bizə vurduğu maddi və mənəvi ziyanlığa dair 40.000 (qırx min) manat məbləğində mülki iddia tələbimdəki həmin məbləğ anamın maddi və mənəvi haqqıdır. Və həmin təzminat anamın bundan sonrakı müalicəsi, yaşam və özünü təmin haqqıdır. Bu təzminatı sona qədər, yəni bu 40.000 (qırx min) manat Təqsirləndirilən şəxs tutularaq ailəmizə ödənənə qədər tələb edəcəm. Əgər Təqsirləndirilən şəxs taksi fəaliyyəti zamanı hər hansısa bir sərnişin daşıdığı zaman bu hadisə baş vermiş olsaydı bunu ehtiyatsızlıq zəminində yaranan hadisə kimi xarakterizə etmək olardı. Amma Siz də çox gözəl bilirsiniz ki, yəni istintaq materiallarından, həmçinin maşındakı şahidlərin ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs özündən əlavə bir neçə yoldaşı və dostu ilə hansısa kafedən və çayxanadan, özləri üçün hər hansısa kef məclisindən gəlirmiş, Yasamalda hadisəni görən şahidlərin bildirdiyinə görə isə maşında maqnitafona yüksək səs verərək sürülüb və bu hadisə törədilib. 500-600 metr məsadədən işıqları sönüb yanan "Piyada Keçidi"ni gördüyü halda və dayanmalı olduğu yerdə yüksək sürətlə sürüb və atamı öz yolunda vurub öldürüb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi də bu dediyimi qanunlarla və lazımı hüquqi maddələrlə ifadə edib. Mənim bütün dediklərim Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tədqiq edilərək lazımı şəkildə mövcud qanunlarla izah edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi öz rəyində bildirib ki, avtomobil texniki baxımından tam saz vəziyyətdə olub və heçbir texniki nasazlıq olmayıb, vətəndaş Təqsirləndirilən şəxs qanunun dayan dediyi yerdə dayanmayaraq və sürərək bu hadisəni törətmişdir. Ekspertiza öz rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını öncədən ala bilərmiş, amma almayıb və yəni hadisənin qarşısını almağa bütün imkanları olduğu halda, almamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyində belə bildirilir. Bu isə o deməkdir ki, vətəndaş Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa imkanı olduğu halda almayıbsa, bu artıq qəsd halıdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi öz rəyində bildirir ki, Təqsirləndirilən şəxs hadisəni törətməmişdən öncə Yol Hərəkəti qaydalarını, yəni qanunun tələblərini kobud şəkildə pozmuşdur və məhz qanunu pozduğu üçün bu hadisənin törədilməsinə səbəb olmuşdur. Yəni atamın vurulmasına səbəb, onun məhz qanunu pozması olub. Niyə vaxtında və zamanında sürətini azaltmayıb və durmalı olduğu yerdə sürərək bu hadisəni törədib?? Hərşeydən əlavə, axı çox uzaqdan sönüb yanan işıqlı lövhələr avtomobil sürücülərinə birmənalı olaraq "Dayan və dur!" deyir. Belə bir halda avtomobili niyə möhkəm sürüb və bu qətl hadisəsini törədib?? Mən hadisə baş verən ərazidəki sözügedən həmin piyada keçidinin sönüb yanan işıqlı lövhəsinin gecə saatlarında video- görüntüsünü sizə elektron məlumat daşıyıcısı olaraq 1 ədəd disk şəklində və hadisə yerinin gecə foto-şəkillərini A4 kağız formatında rəsmi olaraq göndərmişəm. Sizə göndərdiyim həmin elektron məlumat daşıyıcısı olan diskdə yer alan video-görüntüdə atamın vurulduğu piyada keçidinin işıqlan anbaan sönüb yanaraq, qarşıdan gələn avtomobilləri dayanmağa məcbur edir. Onu da qeyd edim ki, həmin piyada keçidi bu işıqlı lövhədən 4 metrə qədər arxadadır, lövhə isə xeyli öndədir. Bunun özü də avtomobilin vaxtında dayandırmağa kifayət edir. Amma sürət həddi nə qədər yüksək olub ki, avtomobilin qarşısını ala bilməyib. Şəhərin içi, Bakının mərkəzi, özbaşına şəkildə istənilən bir sürətdə sürülmək yeridi?? İstənilən sürətdə və özbaşına qanunsuz hərəkət istiqamətində hərəkət etdikdə bu cür fəlakətlər və çox ekstremal hallar, ağır faciələr yaşanır. Bu isə ehtiyatsızlıq deyil və bu hal, özbaşınalıq, qanunun tələblərini saymamazlıq, qanunu ayaqlamaqlıq, insan öldürə və kiminsə həyatına soy qoya biləcəyi ehtimallarını vecinə almamaq və xuliqanlıq halıdır. Qanun tərəfindən dayanmağa məcbur edildiyi yerdə niyə sürüb?? Bu cür halları ehtiyatsızlıq olaraq xarakterizə etmək qəti düzgün hal deyil və məsələ işin hallarına görə hüquqi qiymətini almalıdır. Kimsə İstədiyi şəkildə hərəkət etsin, kiminsə həyatına son qoysun adı da ehtiyatsızlıq olsun?? İnsafla və məntiqlə bildirək ki, bu hal ehtiyatsızlıqdı?? Yoxsa kefi başına vurmuş birinin öz kefi naminə qanunlara tabe olmayaraq kiminsə həyatına və kiməsə qəsdidir?? Bu hadisə şəhər və rayonlarası uzaq magistral yollarda, ipək yolunda, ana yolda baş versəydi burada piyadanın da günahı olmuş olardı və o zaman bu hadisə yalnız ehtiyatsızlıq zəminində baş verən hadisə və qəza hadisəsi olaraq xarakterizə edilərdi. Buna isə kiminsə etirazı ola bilməzdi. Çünki ana yollarda piyada da ehtiyatlı olmalıdır, piyadanın da ehtiyatsızlığı olarsa və belə hal baş verərsə, avtomobil sürücüsü tam haqqlı olaraq ifadə edə bilər ki, "Öz yolumla getdiyim halda qəfil və anidən qarşıma çıxdı, saxlaya bilmədim və qəza oldu" Əslində sürücü bu zaman da günahkardır, çünki yol hərəkəti qaydalarına və qanunların tələbinə görə avtomobili elə idarə etməlidir ki, qarşıdakı, yandakı avtomobillərə və piyadalara heçbir xəsarət yetirməməli və onlara ziyanlıq vurmamalıdır. Hətta ana yollarda belə ara məsafəsinin qorunmalı olduğu, qanunda tələb olunur. Yalnız bu cür hallarda baş verən hadisələr ehtiyatsızlıqdan baş verən cinayət hadisəsi və avto-qəza kimi hesab oluna bilər. Amma və lakin şəhərin mərkəzi, bütün Dövlət qurumlarının İnzibati binalarının, Nazirliklərin, bütün Telekanalların, Mətbuatın, ictimai qurum və obyektlərin hamısının inzibati və mərkəzi binalarının yerləşdiyi Yasamal rayonunun ərazisi yüksək sürətlə sürərək kiminsə həyatına qesd yeri deyil. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi də bildirib ki, Təqsirləndirilən şəxs qanunun tələblərini pozmuş və qanunla dayanmalı olduğu yerdə sürmüş və bu, insan ölümünə səbəb olan hadisəni törətmişdir. İşin hallarından və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən də görünür ki, bu hadisə ehtiyatsızlıq halı deyil, qanuna məhəl qoymadığı üçün məhz qəsd halıdır. Atamın ölüm işindən əlavə olaraq, elə ümumiyyətlə bu kimi bütün hadisələrin hər biri ağır cinayət halıdır. Məni də dəfələrlə piyada keçidində bahalı avtomobillər yüksək sürətlə keçərək vurmaq təhlükəsilə üzləşdirib. Bu hal ehtiyatsızlıq deyil. Bunun cəzası ağır şəkildə verilməlidir ki, kimsə piyada keçidində kiminsə həyatına son qoymasın və hər kəs qanunların "Dayan və dur!" Dediyi yerdə dayanmağa məcbur olsun. Şəhərlərarası magistral yollarda, yüksək sürətə icazə verilən ana yollarda baş verən hadisə ilə, Yasamaldakı keyfi başına vurmuş birinin öz keyfi uğruna qanuna məhəl qoymayaraq, qanunun "Dayan və dur!" dediyi yerdə yüksək sürətlə sürərək insan öldürməsi bir tutula bilməz. Adı ehtiyatsızlıq olacaqdısa deməli o zaman belə çıxır ki, sürücü avtomobilini istədiyi kimi sürə bilər və qətl də edə bilər. O zaman avtomobillərin qanuna müvafiq olaraq dayanmalı olduğu həmin piyada keçidi niyə qoyulub?? Bəs piyada keçidinin olmasını göstərən işıqlı lövhələr niyə qoyulub əməl edilməyəcəksə və orada baş verən ölüm hadisəsi ağır cinayət yox, ehtiyatsızlıq hesab olunacaqsa?? Bu günə qədər bütün ömrüm boyu fəaliyyətim yalnız qanunçuluğun və Dövlətçiliyin qorunmasına həsr olunub. Evimizdə də hər zaman qanunçuluğa xidmət etməyi aşılamışam. Hər zaman evimizdəkilərə xüsusi şəkildə tapşırmışam ki, "Evdən kənarda, şəhərdə və hər bir yerdə qanuna mütləq şəkildə əməl edin və hər zaman hər kəsə nümunə olun!". Dediyim kimi, hər zaman təbliğatı birinci öz ailimin və evimin içindən başlamışam. Atama da hər zaman xüsusi şəkildə tapşırırdım ki: "avtomobil yollarını yalnız piyada keçidlərindən istifadə edərək keç!". Amma və lakin bunun da bir xeyri olamamış çünki qanuna hər kəsin riyaət etməsi lazımdır ki, faciələr yaşanmasın. Budur, qanunu tanımayan, gözü dönmüş biri tərəfindən atam elə məhz öz yolunda, piyada keçidində vurularaq ölmüşdür. Nəticə ortadadır, Təqsirləndirilən şəxs məhz qanunu tapdalayaraq, dayanmalı olduğu yerdə sürüb və atamın həyatına son qoyub. Hadisəni törədən şəxs əgər qanuna əməl etsəydi, Dövlətin qəbul etdiyi qanuna və qanunun tələbinə öncədən məhəl qoysaydı, aşağı sürətlə sürərək Qanunun "Dayan və dur!" dediyi yerdə dayansaydı, atam bu gün həyatda olacaqdı. Birmənalı şəkildə atamın həyatına qəsd edib, özbaşınalıq və qanuna saymamazlıq edərək sürdüyü və bu qanlı hadisəni törətdiyi üçün. Atamın ölümü ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi bütün bu dediklərimi öz rəsmi rəyində qanunla tam şəkildə izah edib. Belə olan halda isə, atamın qatilinə heçbir güzəşt və bağışlanmaq halı düşmür. Qanuna məhəl qoymayaraq avtomobili yüksək sürətlə sürərək atamın həyatına qəsd edən bu adamdan qəti şəkildə şikayətçiyəm və 40.000 (qırx min) manat təzminatımızı tələb edirəm. Təqsirləndirilən şəxs tələb etdiyim 40.000 (qırx min) manat bizə dəymiş maddi və mənəvi ziyanlığın çox az bir hissəsidir. Bu qəsd halı nəticəsində atamın ölümüylə çox ağır şok və stress yaşamışam. Atam xəstəxanada qollarımda öldü. Mən reanimasiya otağına daxil olduğum anda dünyasını dəyişdi. Sağlam insanın vurularaq al qanlar içərisində olması ilə üzləşmək, qara bənizli birinin qəflətən saralması və qollarımda can verərək bədəninin quruyub daşa dönməsi, qurumuş bir ağac parçasından fərqlənməməsi ilə qarşılaşmaq nə deməkdir hər halda aydındır. Məhz həmin an oraya gələn işin araşdırılmasını aparan müstəntiq Yelmar Vahabov, oradakı həkimlər, tibb bacıları və təmizlik işçiləri mənim hansı hallara düşdüyümü və necə bir şok yaşadığımı gördülər və atamı qolarımdan ala bilmirdilər. Elə dəhşətli bir zərbə aldım ki, bütün bədənim şok keçirtdi. Həkimlər dərmanlar verib məni biraz özümə gətirdilər. Buna oradakı həkimlər də, müstəntiq də, şahiddirlər və soruşulsa hər biri təsdiqləyəcəkdir. Hətta tibb bacılarından biri ağlayaraq məni xüsusi şəkildə sakitləşdirməyə çalışırdı. Müstəntiq də məni nə qədər sakitləşdirməyə çalışırdısa da kimsənin səsini duymurdum. Həmin reanimasiya otağının kamera çəkilişləri də bu dediklərimi təsdiqləyəcəkdir. Üstəlik atamın cəsədini reanimasiyadan həkimlərlə birgə morqa özüm daşımışam. Yəqin tam təsəvvürünüz yarandı mənim yaşadığım şok və aldığım travma barədə. Təkcə xəstəxanada yaşadığım şoku və aldığım travmanı qısa şəkildə nəql etdim. İndi artıq 6 aya yaxındır ki, bu halı hər gün yaşayıram sanki. Sanki bu hadisə dünən olubmuş kimi gözlərimdən və hafizəmdən getmir. Atamın qollarımda quruyaraq, qurumuş ağac kimi daşa dönməsi gözlərimdən getmir. Özü də necə ata?? Mənim üçün zülümlər və əzab əziyyətlər çəkmiş bir insan. Ölüm anı qəti gözlərimdən getmir. Atamın həmin ölüm anının şəklini də bundan öncəki ərizələrimdə Sizə təqdim etmişəm və bir daha yenidn bu ərizəyə əlavə edirəm. Mənim yaşadığım eyni halı anam da morqda yaşadı. 5 aydıki anam və mən çox ağır müalicədəyik. Ciddi ürək ağırısı və prijvaniya, stress, həyəcan içərisindəyik. Mənəvi ağır iztirabların içərisindəyik. Səhhətimin normallaşması üçün edilən müalicənin də hələki bir faydası olmayıb. Atamın ölümüylə yaşadığım iztirab və stresslərlə ağır travma almışam. Bəzən iflic və infarkt olacaq həddə çatacaq qədər orqanizmamda nasazlıq yaranır. Ürək nəbzim daim, dəqiqədə 120-125 dəfə vurur. Arterial təzyiqim də çox yüksək olur və dərmanlar da aşağı sala bilmir. Müalicə də effekt vermir. Çünki səhhətimdəki problemin səbəbi stress və həyəcandır, aldığım travma və keçirtdiyim şokun nəticəsidir. Mən aylardır sadəcə çiy su ilə yaşayıram. Çay və digər içəcək və qidaları bədənim qəbul etmir. Bütün qidam sadəcə sudan ibarətdir. Su olmasa daha ağır komalara düşərəm. Qidam sadəcə sudur. Başqa hər şey əks təsir edir. Gün ərzində litrlərlə su içirəm. Yalnız dərmanlar və sudur bədənimin qidası. Əgər bu dediklərimə şübhə varsa ona aid də qandan analiz testi etdirib, testin nəticlərini məhkəmə prosesinə təqdim edə bilərəm. Atamın ölüm hadisəsi baş verəndən sonra aylardır qəbul etdiyim dərmanların müəyyən bir qisminin toplu halda görüntüsünü bu ərizəmə əlavə edirəm. Bildirirəm ki, hazırda bu dərmanlarla yaşayıram. Dərmanlar bir orqana xeyirdisə, bir neçə orqana da ziyanlıq vurur. Ərizəmə əlavə etdiyim foto-şəkildəki dərmanlara dair qanımdan analiz də verib bədənimdəki faizlərinə aid təhlil və müayinə sənədini də məhkəmə prosesinə əlavə etməyə hazıram. Lazımı anda bunu da edəcəm. Eyni zamanda da, atamın faciəsindən sonra anamın dəhşətli sinir problemləri yaranıb, güclü sinir ağrıları baş qaldırıb ki, heçbir ağrıkəsici dərmanlar da kömək etmir. Xüsusən ayaqlarında, diz və topuq nahiyələrində, bel və boyun hissələrində dəhşətli ağrılar meydana çıxıb. Bədənindəki ağrılar baş qaldırdığında addım belə ata, yataqdan qalxa və yeriyə bilmir. Onun da müalicəsi hələki bir köməklik etmir. Aylardır hər ikimiz ağır müalicələrdəyik. Və aydın məsələdir ki, sinir pozulmalarından, yaşanan şokdan və psixoloji travmalardan ağır fəsadlar baş qaldırır və sinir xəstəliklərində bədən müalicəyə tabe olmur. Hazırda anamın və mənim müalicə xərclərimiz də də çox ağır maliyyə tələb edir. Bu hadisənin ən ağır tərəfi bizim səhhətimizə vurduğu ağır zərbədir. Hələ də hadisənin şokundan ayıla bilmirik. Dəyən ziyanlıq tək atamın ölümü deyil, ondan sonrakıların, ev əhlinin, ailə üzvlərinin, mənim və anamın səhhətinə vurulan ağır zərbədir və bu hadisənin şoku nəticəsində səhhətimizdə baş qaldıran ağır problemlərdir. Səhhətimizdəki ağır problemlərin müalicə xərclərini kim ödəməlidir?? Bu bizim ailəyə vurulmuş ağır maddi və mənəvi ziyanlıqdır. Digər tərəfdən isə, bizə dəymiş əsas ağır zərbələrdən və ağır ziyanlıqlardan biri də, məhz bu cinayət hadisəsi nəticəsində, atamın ölüməsilə ailəmizin maddi dolanışığı və təminatı olan qazanc və gəlir mənbəyinin məhv olmasıdır. Atam aylıq 1200, bəzən 1500, bəzən daha artıq aylıq qazanc gətirib. Hər zaman mənə işlərimdə kütləvi tədbirlərim zamanı maddi dəstək verib, mənə hər zaman işlərimin daha uğurlu olması üçün maddi kömək edib. İndi isə bundan məhrumuq. Digər tərəfdən isə, atam yaşasaydı bu ay yaşa görə ilk pensiyasını alacaqdı. Ailəmiz bundan da məhrum olub. Biz niyə kiminsə kefi uğruna törədəcəyi cinayətə görə bu qədər ağır şokla, ziyanlıqla və bu cür faicə ilə üzləşməliydik?? Təqsirləndirilən şəxs bizim ailəmizə vurduğu bu qədər maddi və mənəvi ziyanlığın qarşılığını ödəməsini tələb edirəm. Bütün bunları yazıb bildirməkdə məqsədim odur ki, bu əlavə ərizəm xx.xx.2020-ci il tarixli 40.000 (qırx min) manatlıq mülki iddia tələbimə əlavə edilsin və cinayət işi üzrə hökm çıxarılarkən bizə dəymiş bu ağır ziyanlıqların ödənilməsinə dair lazımı qərar qəbul edilsin. Mənim, Təqsirləndirilən şəxs qarşı 40.000 (qırx min) manat mülki iddia tələbimə dair qərar çıxarılarkən, atamın pensiyasından ailəmizin məhrum qalmasını da tələb etdiyim 40.000 (qırx min)-lik mülki iddiaya əlavə edərək, yəni yaşasaydı, bu gün atamın almalı olduğu yaşa görə pensiyasından ailəmizin məhrum olmasını nəzərə alaraq hökm verməyinizi və həmin 40.000 (qırx min) manatın Təqsirləndirilən şəxs tutularaq ailəmizə verilməsini xahiş edirəm. Sonuncu dəfə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında məhkəməyə müraciət edilərək iddia tələbinin həcminin 10000 manat da artırılaraq, 50000 manat məbləğində iddia tələbi qoyulmuşdur. Sonuncu dəfə təqdim edilmiş həmin müraciətdə göstərilmişdir ki, ailəmizə dəymiş ziyanın həcmi daha da böyükdür. Yaşadığımız şok və stress səbəbindən səhhətimizdə ağır problemlər meydana çıxıb. Bunun üçün ağır müalicə xərclərimiz yaranıb. Eyni zamanda atam pensiya yaşına çatanda vurularaq ölüb. Bu ölüm hadisəsi ilə evimizə gələcək aylıq pensiya pulundan məhrum olmuşuq. Bu səbəbdən xx.xx.2020-ci il tarixli iddia tələbimə əlavə olaraq iddiamı 10000 manat daha artırıram. Atamı vuran şəxsdən tələbimi 400xx xxxxxxxx 50000 manata qaldırıram. Bu məbləğin Təqsirləndirilən şəxs tutularaq bizim ailəyə ödənilməsini xahiş edirəm. Beləliklə, yuxarıda sadalanan iddia tələbləri ilə təqsirləndirilən şəxsdən 50.000 manat pul tələb edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki mövcud olan yuxarıda sadalanmış sübutlara qiymət verərək belə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş şəxsin dəfni, yas mərasimi, dəfn xərcləri, bununla bağlı yaranmış digər xərclərlə bağlı, o cümlədən çəkilmiş digər xərcləri özündə əks etdirən sübutları mülki iddia vermiş Mirsamir Məmmədov tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin maddi ziyanla bağlı hissəsi şəxsin vəfat etməsi nəticəsində ailəsinin mərhum olduğu maddi təminatla, ailəyə dəymiş digər formada maddi zərərlə bağlıdır. İddia tələblərində göstərilmişdir ki, vəfat etmiş şəxs 1200, bəzən də 1500, bəzən də daha artıq aylıq qazanc gətirir. Lakin bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddia tələblərində vəfat etmiş şəxsin xx.xx.1956-cı il təvəllüdlü olmaqla 2020-ci ilin 13 yanvarında 64 yaşını tamamlamışdır və 64 il 6 ay yaşı tamam olandan sonra xx.xx.2020-ci il tarixdən pensiya almaq hüququ yaranırdı və vəfat etdiyi üçün bu pensiya almaqdan məhrum edilmişdir. İş üzrə müəyyən edilir ki, vəfat etmiş şəxs öldüyü vaxtı pensiya almırdı. Məhkəmə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1121-ci maddəsi ilə, ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı isə Mülki Məcəllənin 1122-ci maddəsi ilə tənzimlənmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, MM-in 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Hazırkı iş üzrə MM-in 1121.1-ci maddəsində sadalanmış şəxslərin mövcudluğuna dair sübut təqdim edilməmişdir. Hətta belə bir dairə mövcud olsada belə, ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı barədə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. İş üzrə ölən şəxsin ailəsinin ölənin pensiyasından məhrum edildiyi qeyd edilsə də, müəyyən edilir ki, vəfat etmiş şəxs öldüyü vaxtı pensiya almırdı. Həmçinin ölən şəxsin sağlığında gəlirləri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla belə vəfat etmiş şəxsin dəfni ilə bağlı çəkilmiş və ya çəkiləcək xərclər barədə də sübut məhkəməyə təqdim edilməmişdir. Yaranmış vəziyyətdə mərhumun ölməzdən əvvəl qazancı müəyyən edilə bilmədiyindən, belə bir vəziyyətdə pul məbləğini müəyyənləşdirmək üçün konkret bir norma olmadığından, məhkəmə zərərin əvəzinin müəyyən edilməsində qanunun analogiyasını tətbiq edir. Çünki hazırkı vəziyyətdə birbaşa mülki qanunvericilik yoxdur, tərəflər razılığa gələ bilmirlər, tətbiq edilə biləcək işgüzar adət yoxdur. Belə ki, MM-in 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Buna görə də məhkəmə ümumiyyətlə qeyd edir ki, təqsirli şəxsin əməli ilə şəxsin vəfat etməsi nəticəsində təqsirləndirilən şəxsdən tutulması mümkün olan maddi tələb Mülki Məcəllənin 60-cı fəsli ilə müəyyən edilmiş “Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” fəslində tənzimlənmişdir. Həmin fəsindəki MM-in 1121-ci maddəsi ilə ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi maddəsində kimlərə və hansı əsasla zərərin ödənilməsi, həmin verilməli olan zərərin məbləği MM-in 1122-ci maddə ilə və MM-in 1127-ci maddəsində müəyyən edilmiş dəfn xərclərinin əvəzinin ödənilməsindən ibarətdir. Hüzn xərci tələbi, baş daşı və qəbir üstü üçün pul məbləğlərinin tələb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olub-olmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. MM-in 1127-ci maddəsinə əsasən zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Dəfn xərclərinin konkret nədən idarət olması, hüzn mərasiminin keçirilməsi, şəxsin baş daşının və qibir üstü daşının qiymətinin müəyyən edilməsində ümumiyyətlə qeyd edir ki, qanunvericilikdə bu məsələlər, yəni hüznün verilməli olub-olmaması, baş daşının və qibir üstü daşın yerləşdirilməli olub-olmaması, həmçinin həmin işlərlə bağlı xərclərin nə qədər çəkilməli olması konkret tənzimlənməmişdir. Belə bir vəziyyətdə bu xərclərin çəkilməli olub-olmaması, çəkilməlidirsə məbləğinin hansı həcmdə olması hər bir halda işin hallarından, yəni öləni şəxsin ailəsinin maddi imkanını nə qədər olması, həmin yerdə təşəkkül tapmış adət-ənənə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, cavabdehin də həmin xərclərin əvəzinin ödəyə bilmək iqtidarında olması nəzərə alınmalıdır. Belə bir vəziyyətdə məhkəmə qeyd edir ki, MM-in 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Buna görə də MM-in 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, yaranmış mübahisə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla həll edilməlidir. Hazırkı hüznə, baş daşına, qəbir üstü daşa nə qədər xərc çəkilməsi barədə konkret yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. Dəfn mərasiminin keçirilməsi, şəxsin baş daşının və qibir üstü daşının olması hazırkı iş üzrə mübahisə edilmir. Həmçinin qeyd edilməlidir ki, şəxsin vəfat etməsi nəticəsində hüzn verilməsi, baş daşı və qəbir üstü düzəldilməsi adət halını alıb. Bu həmin ərazidə təşəkkül tapmış adət, ənənə və mənəviyyatla bağlıdır. Ona görə də bu xərc də çəkilməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, maddi ziyanla bağlı tələb qismən təmin edilməlidir. İddia tələblərindən mənəvi ziyan tələbi barədə məhkəmə qeyd edir ki, həmin hissədə də tələb tələb qismən təmin edilməlidir. Belə ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olubolmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X8 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar suiistifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyini hazırkı iş üzrə nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi nəticəsində mülki iddiaçının atası vəfat etmişdir. Bu hal təbii ki, iddiaçıya mənəvi sarsıntı və istirab vermişdir. Bu mənəvi ziyanın məbləği ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da müəyyən edilmişdir ki, həmin zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bütün qeyd qeyd edilənlərə əsasən maddi və mənəvi zərərə görə tutulmalı olan məbləğin miqdarı barədə məhkəmə qeyd edir ki, ümumilikdə 50.000 manat pul tələb edilir. Məhkəmədə müəyyən edildi ki, baş vermiş hadisə nəticəsində 15.000 manat miqdarında artıq ödəniş edilmişdir. Yaranmış vəziyyətdə iddia tələbinin həcminin məhz 50.000 manat miqdarında təmin edilməli olması barədə konkret sübutların məhkəməyə təqdim edilmədiyi, təqsirləndirilən tərəfin hadisə nəticəsində maddi yardım kimi pul formasında çəkdiyi mövcud xərcləri də nəzərə alaraq məhkəmə hesab edir ki, maddi və mənəvi zərərə görə mülki iddianın 5000 manat hissəsi təmin edilməlidir və həmin 5000 manat təqsirləndirilən şəxsdən tutulub zərərçəkmiş şəxsin hüquqi varisinə verilməlidir. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 Təqsirləndirilən şəxs qarşı 50000 manat məbləğində mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs mülki iddia üzrə 5000 manat (beş min manat) pul və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 20 manat 40 qəpik (iyirmi manat qırx qəpik) olmaqla, cəmi 5020,40 (beş min iyirmi manat 40 qəpik) pul tutulub X7 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz)manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «VAZ-21723» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası DİN-nin Növbətçi hissələri İdarəetmə xidmətinin hadisəni özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X11 ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 50 (əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar