Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-221/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumuğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1 və 29,180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 8 saylı ünvanın qarşısında yerləşən «Million» ödəmə terminalı vasitəsilə pul köçürülməsi əməliyyatını yerinə yetirən Zərərçəkmiş şəxs1 sol əlində tutduğu pul kisəsinin açıq olmasından istifadə edərək arxadan ona yaxınlaşıb pul kisəsinin içərisindən 50 manat nəğd pulu götürub qaçaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən əvvəllər törətmiş olduğu cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev 58-72 saylı ünvanın qarşısında yolun sağ hissəsi ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ əlində saxladığı dəyəri 5 (beş) manat olmaqla içərisində 294 (iki yüz doxsan dörd) manat nəğd pul olan bir ədəd qara rəngli, süni dəridən hazırlanmış pul qabını, cəmi 299 (iki yüz doxsan doqquz) manat dəyərində əmlakını dartıb əlindən almaqla açıq talayaraq oradan qaçıb uzaqlaşan zaman ətrafda olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən tutulduğuna, talanmış əmlak əlindən alınaraq sahibinə qaytarıldığına və özünün isə polis əməkdaşlarına təhvil verilməsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan səbəbdən başa çatdıra bilməyib soyğunçuluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə azadlığa buraxılmışdır. İşləmədiyi üçün, pula ehtiyacı olduğundan soyğunçuluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 3 saylı ünvanda olan «Rahat» marketin yaxınlığında yerləşən «Million» aparatının qarşısında duran bir nəfər təxminən 45-50 yaşında olan qadın sol əlində açıq vəziyyətdə pul kisəsini tutaraq, bir-bir aparata pul daxil edərkən, o, həmin qadına arxadan yaxınlaşıb əlini uzadaraq, onun əlində tutduğu pul kisəsinin içərisindən bir ədəd 50 manatlıq pul əskinasını götürub oradan qaçmışdır. Bu zaman həmin qadın arxaya dönüb onun dalınca qaçıb qışqıraraq həmin pulu qaytarmasını tələb etmişdir. Lakin o, qadının sözünə məhəl qoymayaraq daha da iti qaçışlarla qaçıb binaların arasına keçərək oradan uzaqlaşmışdır. Elə həmin gün 50 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12 radələrində soyğunçuluq etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsinə gəlib, orada bir qədər dayandıqdan sonra, yolun sağında piyada gedən tanımadığı təxminən 60 yaşında bir qadının sağ əlində qara rəngli pul kisəsinin olduğunu görüb, arxadan həmin qadına yaxınlaşıb pul kisəsini onun əlindən dartaraq arxaya dönüb qaçmışdır. Bu zaman həmin qadın onun arxasınca qaçaraq ona dayanmağını və pul kisəsinin ona qaytarmasını tələb etmiş, o isə heç bir əhəmiyyət verməyərək qaçmağa davam etmişdir. Təxminən 30- 50 metr məsafədə qaçdıqdan sonra, küçədən keçən tanımadığı şəxslər onu saxlamış, sonradan onu həmin ərazidə xidmət aparan polis əməkdaşları gəldikdə onlara təhvil vermişlər. Bundan sonra həmin qadın ona yaxınlaşmış və o, pul kisəsini qadının özünə qaytarmışdır. Daha sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, o, isə etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “Beynəlxalq Bank”a məxsus olan bankomatdan 234 manat təqaüd pulu çıxartmışdır. Daha sonra o, Yasamal rayonu Ş. Mehdiyev küçəsində səki ilə yolun sağından piyada hərəkət edən zaman bir nəfər tanımadığı şəxs arxadan ona yaxınlaşaraq sağ əlində olan içərisində 234 manat təqaüd puluvəəlavə 60 manatolmaqla ümumilikdə 294 manat nağd pulu, dəyəri 05 manat olan qara rəngli pul kisəsini dartıb əlindən alaraq arxaya tərəf qaçmışdır.Bu zaman o, dərhal arxayadönübhəminşəxsindalıncaqaçaraq həmin şəxsdən pulkisəsini qaytarmasınıtələb etmişdir. Lakin həmin şəxs onun tələbinə məhəl qoymayaraq iti qaçışla hərəkət edərək ondan təxminən 40-50 metr uzaqlaşmışdır. Bu zaman küçədən keçən tanımadığı şəxslər onun səsini eşidərək həmin şəxsi saxlamışlar. Sonradan həmin ərazidə xidmət aparan polis əməkdaşları gəlmiş, həmin şəxslər ona qarşı soyğunçuluq edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs polisəm əkdaşlarına təhvil vermişlər. Bu zaman o əlində olan pul kisəsini pulları ilə birlikdə ona təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək orada həmin şəxs barəsində şikayət ərizəsi ilə müraciə tetmişdir. Son olaraq o,təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını, onun tərəfindən götürülən pul qabının və içərisində olan pulların və əşyaların ona tam şəkildə qaytarıldığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasındazərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində o, “İrşad” telekom mağazasından aldığı”Samsung A31” markalı mobil telefonun kreditinin ödəmək məqsədi ilə Yasamal rayonu, B.Məcidov küçəsi 44 saylı ünvanda yerləşən “Million” aparatına yaxınlaşaraq əlində olan pul kisəsindən 29 manat pulu çıxarab hissə-hissə yəni bir-bir aparata daxil edərək ödəməyə başlamışdır. Bu zaman üzünü görmədiyi bir nəfər şəxs ona arxadan yaxınlaşaraq sol əlində tutduğu pul kisəsinin açıq vəziyyətdə olduğunu görüb, əl uzadaraq oradan bütöv şəkildə 50 manat pulu götürüb arxaya dönərək qaçmışdır. Bundan sonra o, tez arxaya dönüb həmin şəxsin arxasınca qaçıb və ona səslənərək pulunu qaytarmasını tələb etmişdir. Lakin həmin şəxs iti qaçışla hadisə yerindən uzaqlaşaraq binaların arasına keçmiş, o, isə onun arxasınca qaçmış, lakin onu tuta bilməmişdir. O, həmin günü bir qədər həyacanlı olduğundan həmçinin də vaxtı olmadığından polisə şikayət edə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə barədə Yasamal RPİ-nin 27-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal RPİ-nin Post Patrul Xidmətinin bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində iş yoldaşı Şahid2la birlikdə xidmət aparan zaman yaxınlıqda bir neçə şəxsin toplaşdığını, bir nəfər qadının isə qışqırıq səsini eşidib həmin yerə yaxınlaşmışlar. Orada məlum olmuşdur ki, bir nəfər şəxs X1 qarşı soyğunçuluq edərək, ona məxsus bir ədəd pul kisəsini və həmin pul kisəsinin içərisində 294 manat olan nağd pulunu ələ keçirmişdir. Orada toplaşan şəxslər soyğunçuluq edən şəxsi saxlamışlar və sonradan onlara təhvil vermişlər. Həmin şəxs isə əlində olan bir ədəd pul kisəsini onların yanında Qıztamam Kazımovaya təqdim etmişdir. Bundan sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Yasamal RPİ-nin 27-ci PB-nin dəvət edib, bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri Şahid2da eyni məzmunlu ifadə verərək,şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üçün əhəmiyyət kəsb edən xx xxxx 2020-ci il tarixdə saxlanılan Təqsirləndirilən şəxs tərəfindən ona qarşı soyğunçuluq cinayəti törədərək sağ əlindəki içərisində ümumilikdə 294 manat nəğd pul olan 5 manat dəyərində qara rəngli pul kisəsini könüllü təqdim etmişdir. (i.v. 18) “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 yuxarıda göstərilən faktı bir daha təsdiq edərək bir ədəd qara rəngli pul kisəsi və 294 manat nəğd pul məhz ona Təqsirləndirilən şəxs tərəfindən təhvil verdiyini bildirmişdir. Baxış keçirildikdən sonra 294 manat nəğd pul maddi sübut kimi tanınaraq həmin pul vəsaitləri Zərərçəkmiş şəxs2 qaytarılmışdır; (i.v. 19-20) “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 4 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəfindən ona qarşı soyğunçuluğa cəhd edərək bir ədəd qara rəngli pul kisəsini tanınmaya təqdim edilməsi üçün digər üç ədəd oxşar qara rəngli pul kisələrini yerləşdirilmişdir. Həmin bir ədəd qara rəngli orta hissəsinin açılan yeri qəhvəyi rəngli pul kisəsinin Yasamal RPİ-nin İŞ-nin 306 nömrəli xidməti iş otağında stol üzərinə qoyulmuş və şərti “1, 2, 3, 4” rəqəmləri ilə rəqəmlənmiş və götürülmüş bir ədəd qara rəngli orta hissəsinin açılan yeri qəhvəyi rəngli pul kisəsinin şərti olaraq “3” rəqəmi ilə işarələnmişdir. Bundan sonra bir ədəd qara rəngli pul kisələrini tanıyan Zərərçəkmiş şəxs2 təqdim olunmuşdur. Tanıyan Zərərçəkmiş şəxs2 ona təqdim olunan bir ədəd qara rəngli orta hissəsinin açılan yeri qəhvəyi rəngli pul kisəsinin nəzərdən keçirib bildirdi ki, “3" rəqəmi ilə işarələnmiş, bir ədəd qara rəngli orta hissəsinin açılan yeri qəhvəyi rəngli pul kisəsinin göstərərək, xx xxxx 2020-ci il tarixdə ünvan 5 saylı ünvanın qarşısında ona qarşı Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluğa cəhd edərək bir ədəd qara rəngli orta hissəsinin açılan yeri qəhvəyi rəngli pul kisəsinin xarici görünüşündən və zahiri əlamətlərindən tanıyaraq ona məxsus olmasını bildirmişdir. (i.v. 24-26) “Maddi sübut kimi tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə bir ədəd 100 manatlıq A 28914087, bir ədəd 100 manatlıq A73330607, bir ədəd 20 manatlıq A81042434, bir ədəd 20 manatlıq B05770113, bir ədəd 20 manatlıq A50064019,bir ədəd 10 mantlıq A22506950, bir ədəd 05 manatlıq C03504051, bir ədəd 05 manatlıq C40183381, bir ədəd 05 manatlıq C21570350, bir ədəd 01 manatlıq G55332768, bir ədəd 01 manatlıq G55332770, bir ədəd 01 manatlıq F84368430, bir ədəd 01 manatlıq G55332771, bir ədəd 01 anatlıq F63632055, bir ədəd 01 manatlıq G55332769, bir ədəd 01 manatlıq G06195936, bir ədəd 01 manatlıq G58191205 və bir ədəd 01 manatlıq G33116060 saylı pul əskinasları cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. (i.v 27-28) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ona məxsus bir ədəd pul kisəsini və həmin pul kisəsinin içərisində olan ümumilikdə 294 manat pulu Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluğa cəhd etdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 6 saylı ünvanın qarşısının olması müəyyən edilmişdir.(i.v. 31-35) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 58-59) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə ona məxsus pul kisəsinin içərisindən 50 (əlli) manat pulu naməlum şəxs tərəfindən soyğunçuluq edərək ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 7 ünvanın qarşısında olması müəyyən edilmişdir.(i.v. 97-101) “DVD-R markalı video görüntüyə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:47 radələrində ünvan 3 saylı ünvanın qarşısında yerləşən “Millon” aparatına Zərərçəkmiş şəxs1 pul köçürərkən, sol əlində tutduğu pul kisəsinin açıq olmasından istifadə edərək arxadan ona yaxınlaşaraq, ona məxsus sol əlindəki pul kisəsinin içərisindən əl ataraq 50 manat nəğd pulu götürüb iti addımlarla qaçaraq soyğunçuluq cinayətini törətməsi müşahidə olunmuşdur. (i.v. 120) “Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yeri olan ünvan 8 ünvanında olan “Rahat” marketinin yaxınlığında yerləşən “Million” aparatının qarşısında Zərərçəkmiş şəxs1 həmin aparata pul daxil edərkən, ona arxadan yaxınlaşaraq sol əlində olan pul kisəsinin içərsindən bir ədəd bütov şəkildə 50 manat pulu soyğunçuluq etdiyi yeri və bundan başqa xx xxxx 2020-ci il tarixdə ünvan 9 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs2 arxadan yaxınlaşıb sağ əlindəki pul kisəsini soyğunçuluğa cəhd etdiyi yeri əyani olaraq göstərmiş və həmin yerlər onun göstərdiyi yerlərlə eynilik təşkil etmişdir; (i.v. 121-127) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-447/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır; (i.v. 134-136) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-59/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir; (i.v. 138-139; 140-142) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2020-ci il tarixli, 9/2474 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 10x20 sm ölçülü, süni dəridən hazırlanmış pul qabının istifadəsi olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 5,0 manat müəyyən edilmişdir; (i.v.145-147) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus soyğunçuluğa cəhd etməsi nəticəsində dəymiş ziyanın ümumlikdə 294 manat nağd pul olan 5 manat dəyərində qara rəngli pul kisəsini bildirməsi real olduğundan əsas götürülərək, məhkəmə əmtəəşünaslıq ekspetizasının rəyində 01 ədəd qara rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 10x20 sm ölçülü, süni dəridən hazırlanmış pul qabının qiymətinin 5,0 manat kimi qeyd edilməsi real həqiqəti əks etdirdiyindən əsas götürülmüşdür.İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasın xx xxxxxx 2020-ci il tarixli 9/2474 nömrəli rəyi nəzərə alınmaqla yanaşı, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın dəyərinin məhz zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərilmiş qiymətlə və məhkəməəmtəəşünaslıq ekspertizasın xx xxxxxx 2020-ci il tarixli 9/2474 nömrəli rəyi əsasında hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli № 9/2474 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunmuş 01 ədəd qara rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 10x20 sm ölçülü, süni dəridən hazırlanmış pul qabının qiymətinin 5,0 manat müəyyən olunmasına real obyektiv qiymətləndirilərək sübut kimi qəbul olunmuşdur. 01 ədəd qara rəngli, üzərində markalanmasına dair heç bir məlumat olmayan, 10x20 sm ölçülü, süni dəridən hazırlanmış pul qabı, eləcə də sonuncu xx xxxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınması, qeyd edilən pul qabı isə məhkəmənin yekun hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır.ünvan 10 saylı ünvanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul kisəsinin içərisindən 50 manat pulu soyğunçuluq yolu ilə ələ keçirərkən, həmin ünvanda quraşdırılmış video kamerasından “DVD-R” markalı diskə köçürülmüş məlumat daşıyıcısı olduğunda maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 153-160) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 29,180.2.2-ci maddələri ilə verilmiş ittihamdan Cinayət Məcəlləsinin 180.1-ci maddəsini əks etdirən rəqəm ifadəsinin xaric edilməsi barədə təklifini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 29,180.2.2-ci maddələri ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 29,180.2.2-ci maddəsi ilə əhatə olunduğundan, onun ittihamından Cinayət Məcəlləsinin 180.1-ci maddəsini əks etdirən rəqəm ifadəsi xaric edilməlidir. CM-nin 29,180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talayıb və təkrar törətməyə cəhd etmə,üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz kimi tələbi məhkəmə tərəfindən cəzanın həddi müəyyən edilərkən nəzərə alınmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 59/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətdiyindən bu onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, CM-nin 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 29, 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, işüzrəmaddisübutkimi tanınmış 01 ədəd disk cinayətişininmateriallarındasaxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 29,180.2.2-ci maddələri ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 29,180.2.2-ci maddəsi ilə əhatə olunduğundan, onun ittihamından Cinayət Məcəlləsinin 180.1-ci maddəsini əks etdirən rəqəm ifadəsi xaric edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab № 2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi Rizvan qızı üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-221/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-221/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver