Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-229/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Müdafiəçi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X12 Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə Zərər çəkmiş şəxsin hüquqi varisi: Aslanova X9 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Ağamoğlanov Əlövsət Hüseyn oğlu Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, “xxxxxxx” müəssisəsində elektrik çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 01:55 radələrində elektrik çilingər peşəsi üzrə işlədiyi “xxxxxxx” müəssiəsinə məxsus “A № 06” saylı yol vərəqi və “B” kateqoriyalı “AC 304688” seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Rav-4 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhman Haqverdiyev küçəsi ilə Mətbuat prospekti istiqamətində daim dəyişən şəraitli yaşayış məntəqəsi daxilində saatda 60 kilometr sürətlə hərəkətdə olan zaman Ə.Haqverdiyev küçəsindəki 59/61 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş və avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirərək avtomobilin sol ön hissəsi ilə həmin ünvanda yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək travma, baş-beyin toxumasının əzilməsi, ağciyərlərin əzilməsi ilə müşayiət olunmuş döş qəfəsinin küt travması, baş-beyinin travmadan sonrakı vəziyyəti, ensefalopatiya, bazu sümüyünün, sağ bud sümüyünün, sağ qasıq sümüyünün və sağ baldır sümüklərinin qəlpəli qapalı sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş və Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində baş vermiş ağırlaşma baş-beyin maddəsinin ödemi səbəbindən xx xxxxx 2020-ci il tarixdə ölməsinə və “xxxxxxx” müəssisəsinə məxsus “Toyota Rav-4 minik” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı zədələnməsi nəticəsində müəssisəyə 6.900 (altı min doqquz yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhərində fəaliyyət göstərən “xxxxxxx” müəssisəsində elektrik çilingər peşəsi üzrə işləyir. “xxxxxxx” müəssisəsinin yol vərəqi əsasında həmin şirkətə məxsus “Toyota Rav-4” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2019-cu il tarixdə saat 02:00 radələrində idarə etdiyi “Tayota Rav-4” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə yolun hərəkət istiqamətinin sağ zolağı ilə, təxminən 60 km/saat sürətlə yaşadığı evə gedərkən 59 nömrəli binanın qarşısına çatanda adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs yolu sağ tərəfdən sol tərəfə keçmək üçün qəflətən qaçaraq onun idarə etdiyi avtomobilin qarşısına keşmiş, həmin vaxt əyləcdən istifadə edərək, həmçinin sükanı sağa döndərərək hadisənin qarşısını almağa çalışsa da, hava şəraiti qaranlıq olduğuna görə, həmçinin həmin piyada ilə avtomobil arasındakı məsafə az qaldığına görə nə qədər çalışsa da hadisənin qarşısını ala bilməmiş və avtomobilin sol yan hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobilin zərbəsinin təsirində Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət almışdır. Ona görə də mobil telefonla hadisə barədə dərhal DİN-nin 102 xidmətinə və X21 stansiyasına məlumat vermişdir. Hadisə yerinə gələn X21 Stansiyasının briqadası ilə Zərərçəkmiş şəxs avtomaşına yerləşdirib xəstəxanaya yola salmış, daha sonra hadisə yerində qalaraq polis əməkdaşlarını gözləmiş və polis əməkdaşları gəldikdə hadisə yerinə baxışda iştirak etmişdir. Hadisədən əvvəl hər hansı bir narkotik vasitə, psixotrop maddə spirtli içki qəbul etməmişdir. Hadisədən qabaq avtomobili saz vəziyyətdə olmuşdur. Ailə üzvləri: atası Tofiq, anası Tamella ilə birlikdə Zərərçəkmiş şəxs xəstəxanalarda stasionar müalicəsi aldığı vaxtı ona ziyarət etmiş, onun stasionar müalicəsi üçün 60.090 manat, 2.000 manat digər xərcləri, ümumilikdə 62.090 manat, hadisə zamanı zədələnmiş “xxxxxxx” MMC-yə məxsus olan “Toyota Rav-4” markalı avtomobilin təmiri üçün isə 6.900 manat xərc çəkmişlər. Ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətdiyini, ilk dəfə cinayət törətdiyini, cinayət törətməsini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmişAslanova X9ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 137 nömrəli evdə yaşayır. xx xxxxxx 1960-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs ilə 1985-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər və birgə nikahlarından səkkiz övladları olmuşdur. Əri Zərərçəkmiş şəxs əvvəllər Bakı şəhəri “Kaspar” adına xəstəxanada fəhlə işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 dəqiqədə Əmiraslan evdən çıxaraq köhnə “Kaspar” xəstəxanasının yanında olan özünə məxsus ticarət köşkünə getmişdir. Bir neçə dəqiqədən sonra küçədə səs-küy eşitdiklərindən küçədə nə hadisəsi baş verməsini öyrənmək üçün qızları: Gülşən, Zeynəb, oğlanları: Əliəkbər və Cəfər küçəyə çıxaraq və bir azdan ona Əmiraslanı avtomobil vuraraq xəsarət yetirməsi xəbərini vermişlər. Ərinin avtomobillə vurulması xəbərini eşidərək küçəyə çıxdıqda Əmiraslanın asfalt üzərində xəsarət alaraq huşsuz vəziyyətdə uzandığını görmüşdür. Hadisə yerinə çağrılmış X21 avtomaşını ilə Əmiraslanı 1 saylı X19 aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs komada olduğundan başından tomoqrafıya olunmuş, onun vəziyyəti ağır olduğundan sürücü Təqsirləndirilən şəxs atası Tofiq Əmiraslanı “X23” xəstəxanasına keçirilməsini və bütün xəstəxana xərclərini öz üzərinə götürməsini təklif etmişdir. Əmiraslanı “X23” xəstəxanasında yerləşdirməsinə razılıq vermişlər. xx xxxxxx 2020-ci il tarixədə Tofiq “X23“ xəstəxanada müalicə xərcləri yüksək olduğundan Əmiraslanı həmin xəstəxanadan Azərbaycan Tibb Universitetinin X7 köçürmüşlər və xx xxxx 2020-ci il tarixə kimi həmin xəstəxanada stasionar müalicə olunmuşdur. Əmiraslan həmin xəstəxanada müalicə alan zaman ölkədə “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından həmin gün Əmiraslan Səhiyyə Nazirliyinin Ə.D. Məlikov adına 6 saylı X3 köçürülmüşdür. Həmin xəstəxanada Əmiraslan bir müddət də müalicəsini davam etdirmiş və xx xxxxx 2020-ci il tarixdə “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından, həmçinin başqa xəstəxana olmadığından, ərini xəstəxanadan zorla çölə çıxartdıqlarından, həmçinin təqsirləndirilən tərəf onun ərini başqa xəstəxanaya apara bilmədikləri üçün qızı Gülşən məcbur olub atasını ambulator müalicə üçün onların qaldığı evə gətirmişdir. Xəstəxanada olanda da Tofiqə bildirmişlər ki, Əmiraslanı Məlikov xəstəxanasından zorla çıxardırlar, lakin Tofiqgil başqa xəstəxana danışıb Əmiraslanı başqa xəstəxanaya köçürməmişlər. Əri Əmiraslan evdə bir müddət ambulator müalicə aldıqdan sonra xx xxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən gecə saat 05 radələrində vəfat etmişdir. Həmin gün əri Əmiraslanın meyitini məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirildikdən sonra el adəti üzrə Xırdalan şəhər qəbirstanlığında dəfn etmişlər. “Toyota Rav-4” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxsla heç bir ədavətləri və ziddiyyətləri olmamışdır. Xəstəxanadan çıxarılandan sonra təqsirləndirilən tərəf Əmiraslanla maraqlanmamışdır. Hətta xəstaxanadan çıxarıldıqdan sonra kişinin vəziyyəti pis olmuş, ona görə də uşaqları Zaurun atası Tofiq Səlimova zəng edib bildirmişlər ki, atalarının vəziyyəti pisləşib, kömək eləmələrini istəmişlər, lakin Tofiq onun uşaqlarını təhqir etmiş, bildirmişdir ki butulka yığan atanız ölür ölsün, biz ta heç nə etməyəcəyik, hara da şikayət edirsiniz edin. Bundan sonra Əmiraslan vəfat edəndən sonra da uşaqları Tofiqə zəng edib demişlər ki, ataları vəfat edib, Tofiq də qohumu vasitəsilə təxminən 500 manat pul göndərib, lakin uşaqları həmin pulu götürməyiblər. Ərinin vəfatından sonra təqsirləndirilən tərəf onlarla ümumiyyətlə maraqlanmayıb, yasda iştirak etməyib, çəkdikləri xərci ödəməyiblər, nə barışıq üçün nə də ziyanın ödənilməsi üçün heç bir şey etməyiblər. Ərinin xəstəxanadan evə köçürüldükdən sonra bir neçə dəfə vziyyəti pisləşmiş, buna görə X21 da çağırmışlır. Lakin sonradan əri ölmüşdür. Həmçinin əri pensiyaçı olmaqla 250 manat pensiya alırdı. Çoxuşaqlı ailəsi var, 4 qız və 4 oğlu olmaqla 8 uşağı vardır. Uşaqları yetkinlik yaşına çatsa da, iş olmadığından işləyə bilmirlər. Əri ilə birlikdə uşaqlarına baxırdı. Əri vəfat etdikdən sonra 8 uşaq onun öhdəsinə düşmüşdür, uşaqlara baxmaqda da çətinlik yaranacaqdır. Umumilikdə ərinin yol qəzası nəticəsində ölümü ilə əlaqədar, ərinin xəstəxanadan evə gətirildikdən sonra çəkilmiş xərcləri, onun dəfni, qəbir pulu, dəfni, yasının yola verilməsi, hətta “il” mərasimi də qalır, ümumilikdə 15000 manatdan çox xərcləri çıxmışdır. Bütün göstərilənlərə əsasən mülki iddianın tam təmin edilməsini, təqsirləndirilən şəxsin valideyinlərinin onları təhqir etdiyi üçün, onlarla barşmadıqları üçün, ən ağır formada cəzalandırılmasını, həbs edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi Nümayəndəizahatında bildirmişdir ki,ünvan 2 nömrəli ünvanda yerləşən “xxxxxxx” müəssisəsinin icraçı direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə “xxxxxxx” müəssiəsində çilingər peşəsi üzrə işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yol vərəqi əsasında müəssisəyə məxsus “Toyota Rav-4 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhman Haqverdiyev küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olan zaman 59/61 saylı ünvanın qarşısında piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ağır dərəcəli xəsarət yetirməsi xəbərini eşitmişdir. Hadisə nəticəsində “Toyota Rav-4 minik” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ciddi zədələnərək müəssisəyə ümumilikdə 6.900 manat ziyan vurulmuşdur. X14 öz hesabına avtomobili “xxxxxxxxxxxxxxxxxxx” MMC-də təmir etdirmiş və avtomobil saz vəziyyətdə müəssisəyə təhvil vermişdir. “xxxxxxx” müəssisəsinin X1 “Toyota Rav-4 minik” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilini tam təmir etdirdiyindən və vurulmuş zərəri aradan qaldırdığından heç bir mülki iddiası, tələbi və şikayəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs “Toyota Rav-4 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və müəssiəsə tərəfindən verilmiş “A № 06” saylı yol vərəqi əsasında idarə etmişdir. Avtomobili müəssisənin işçisi kimi onun idarə etmək hüququ olmuş, hadisədən əvvəl avtomobil 2019-cu il buraxılışlı və saz vəziyyətdə olduğundan texniki baxışa ehtiyacı olmamışdır. Onlara vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahidkimi dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 137, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Atası Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01:30 radələrində “Dənizçilər” xəstəxanasının yanında olan özünə məxsus ticarət köşkünə getdiyini bildirib evdən çıxmış, o, getdikdən təxminən 5 dəqiqə sonra küçədə avtomobilin tormoz səsini və adamların qışqıraraq səs-küylərini eşidib qardaşları Cəfər, Əliəkbər və bacısı Zeynəblə dərhal evdən küçəyə çıxmışlar. Orada atası Əmiraslanın “Toyota Rav-4” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmasını və asfalt üzərində xəsarət alaraq huşsuz vəziyyətdə uzandığını görmüşlər. Hadisə yerində polis əməkdaşları və adamlar toplaşmış, sürücü şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs avtomobili yolun sağında saxlamış və özü də hadisə yerində olmuşdur. Bir azdan X21 avtomaşınla həkim heyəti gəlmiş və atası Əmiraslanı avtomobillə Bakı 1 saylı X19 aparmışlar. Anası X9, qardaşı və bacıları ilə xəstəxanaya gəlmişlər. Xəstəxanada həkimlər atası Əmiraslanı kompüter tomoqrafıya müayinəsindən keçirmişlər, onun vəziyyəti son dərəcə ağır olduğundan müayinəsini və müalicəsini davam etdirmək üçün “X23” Mərkəzinə keçirilməsi məsləhət görülmüşdür. Atasını avtomobillə vuran sürücünün atası Şahid1 da “X23” Mərkəzi xəstəxanası ilə şifahi müqavilə bağlayaraq xəstənin tibbi xərclərini öz öhdəsinə götürmüşdür. Xəstəxanada atası Əmiraslanın hər iki ayaqları üzərində əməliyyat keçirilmişdir. Yol nəqliyyat hadisəsi zamanı onun sağlamlığına huşun İİ koma tipli pozulmasına səbəb olan baş-beyin əzilməsi, sol təpə və sol gicgah nahiyyələrin dərialtı hematomaları, hər iki ağciyərin əzilməsi, sol bazu sümüyünün başının, sol oturaq sümüyünün, sağ bud sümüyünün aşağı üçdə birinin və hər iki baldırında qamış və incik sümüklərin aşağı üçdə birinin sınıqları ilə nəticələnən xəsarətlər yetirilmişdir. Atası Əmiraslan xx xxxxxx 2020-ci il tarixədək “X23” Mərkəz xəstəxanasında stasionar qaydada müalicə olunduqdan sonra xəstəxanada xəstənin müalicə xərcləri baha olduğundan onların və Şahid1 təklifi ilə atası Azərbaycan Tibb Universitetinin X7 köçürülmüşdür. xx xxxx 2020-ci il tarixə kimi atası X2 müalicə olunmuş və orada müalicə alan zaman “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından həmin gün atası Səhiyyə Nazirliyinin Ə.D.Məlikov adına 6 saylı X3 köçürülmüş və müalicəsi həmin xəstəxanada davam etdirilmişdir. xx xxxxx 2020-ci il tarixdə “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından atası Əmiraslan ev şəraitində ambulator müalicə almaq üçün evinə buraxılmışdır. Atası Əmiraslan ev şəraitində bir neçə gün müalicə olunsa da xx xxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Atası Əmiraslanın meyitini tibbi ekspertiza müayinəsindən keçirdikdən sonra el adəti üzrə Xırdalan şəhər qəbirstanlığında dəfn etmişlər. Əvvəllər təqsirləndirilən tərəf atasının müalicəsi ilə məşğul olsalar da, sonradan bundan boyun qaçırmışlar. Çünki Ə.Məlikov adına 6 saylı xəstəxanadan məcburi şəkildə atası Əmiraslan çıxarılmışdır. Bununla bağlı müstəntiqə də şikayətlənmişdir. Atasını xəstəxanadan Covid-19 ilə əlaqədar çıxartmaq barədə onlara xəbər veriləndə, həmin gün Yasamal RPİ-yə gələrək müstəntiq Bəxtiyar Rəhimovla bu məsələni danışıb. Həmin dəqiqə müstəntiq cinayət törədənin atası Tofiq müəllimə zəng edib xəstəni xəstəxanadan çıxardırlar dedi və onu da B.Rəhimov Tofiqə bildirdi ki, bir xəstəxana tapın xəstəni yerləşdirin. Həmin gün Tofiq müəllim B.Rəhimova və ona telefon vasitəsilə dedi ki, mən ora qohumum kürəkənim Bağış müəllimi göndərirəm. Bunların hammısı müstəntiq Rəhimovun iştirakı ilə olub. O və qardaşı Cəfər, bibisi İlahə xəstəxanaya yollanıblar və xəstəxanaya çatanda orada işləyən tibb bacısı deyib ki, xəstəni tez çıxarın təkcə Sizin xəstə qalıb, xəstəxananı bağlayırıq. Xəstəxanada cinayət törədənin yaxın qohumu işləyirdi. O atasnı ağır vəziyyətdə xəstəxanada bir otaqda uzandığını görüb. Xəstəxanada işləyən tibb bacısı deyib ki, yemək də vermirik, çıxardıb atırıq çölə. Ona məcburi şəkildə iltizamnamə yazdırdılar, lakin o orada qeyd edib ki, Covid-19 a görə çıxardılır. Onların ailəsinə və müstəntiqə söz verən cinayətkarın ailəsi və yaxınları ora gəlmədi. O Tofiq müəllimə, Tamilla xanıma və Bağışa dəfələrlə zəng edib, lakin cavab verən olmayıb. O müstəntiqə zəng edərək cinayətkarın ailəsinin ora gəlmədiyini və xəstəxanadan atasının məcburi şəkildə çölə atılacağını deyib. Ona telefonda sözü o olub ki, cinayətkarın vəkili deyib ki, getməyin, qoy özləri aparsın evə. Onun atasını ağır vəziyyətdə nasılka ilə X21 maşınına mindirdilər. Bu barədə onda videoçəkiliş də vardır. Bundan sonra atasını gətirib evə qoydular, hətt yolda atasının vəziyyəti də ağırlaşdı. Amma buna baxmayaraq tibb işçisi te-tez deyirdi ki sür xəstəni tez evə qoyaq gedək. Atası evə gəli, vəziyyəti pisləşib, buna görə də tibbi yardıma zəng ediblər, tibbi yardım gəlib hava oksigeni verib sakitləşdirdilər. Eyni hadisə bir neçə dəfə təkrarlanmışdır. Onlar kasıb ailədir və qazanc yerləri ataları olmuşdur. Üstlərində ola pulla dərimanları və digər vasitələri alıblar. Onu başqa bir xəstəxanaya yatızdırmağa imkanları çatmamışdır. Yenidən qardaşı Tofiq müəllimə zəng edib, bildirib ki gəl gedək bir xəstəxana tapaq, xəstənin vəziyyəti yaxşı deyil, nə daşına bilir, nə də yemək yeyə bilir. Qarşılığında Tofiq müəllimin onlara dediyi söz o olmuşdur ki, butulka yığan atan ölsün, nə olur olsun, heç nə etməyəcəm, gedin kimə deyirsiniz deyin, mənim nazirlikdə işləyən qohumum var, ona görə mənə və oğluma heç nə edə bilmərsiniz. Yazıq atası bilmirdi ki, haradadır və nə edir, yəni komatoz halda ailə üzvlərinin heç birini tanımırdı. Cinayət törədən Təqsirləndirilən şəxs ümumiyyətlə nə xəstəxanada, nə xəstəxanadan sonra evə köçürüləndən, nə də vəfat edəndən sonra bir dəfə də olsun xəstəyə baş çəkməmiş, xəstəxanaya da gəlməmiş, atasının ölümündən sonra nə başsağlığı vermiş, nə də barışıq üçün cəhd etməmişdir. Çox pis olur ki, cinayətkar açıq-aşkar gəzir, cinayətkarın atası onları təhqir edir, lakin onun atası isə torpaq altında yatır. Atası vəfat etdikdən sonra dəfn, yas və digər hər hansı bir xərci də ödəməmişlər. Atalarının dəfni, yası ilə bağlı 15000 manatdan artıq xərcləri çıxmışdır. Pulları əsasən qardaşları xərclədikləri üçün, konkret hara nə qədər xərc çəkildiyini deyə bilmir, amma 15000 manatdan artıq xərc çıxmışdır. Həmçinin ataları işləyib onların baxırdı. Hazırda isə atalarının himayəsində də məhrum olmuşlar. Ona görə də cinayətkarın ağır formada cəzalandırılmasını, həbs edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 137, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Atası Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə atası Əmiraslan evdə idi. O, gecə saat 01:30 radələrində “Dənizçilər” xəstəxanasının yanında olan özünə məxsus ticarət köşkünə getdiyini bildirib evdən getdi. Atası evdən getdikdən təxminən 5 dəqiqə sonra küçədə avtomobilin tormoz səsini və adamların qışqıraraq səs-küylərini eşidib nə hadisəsi baş verməsini öyrənmək üçün qardaşı Əliəkbər, bacıları Gülşən və Zeynəblə dərhal evdən küçəyə çıxdılar. Orada atası Əmiraslanın “Toyota Rav-4” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmasını və asfalt üzərində xəsarət alaraq huşsuz vəziyyətdə uzandığını gördülər. Hadisə yerində polis əməkdaşları və adamlar toplaşmışdılar. Sürücü şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs atasını avtomobillə vurduqdan sonra avtomobili yolun sağında saxlamışdı və özü də hadisə yerində idi. Bir azdan X21 avtomaşınla ləkim heyəti gəldi və atası Əmiraslanı avtomobillə Bakı 1 saylı X19 apardılar. O, anası X9, qardaşı Əliəkbər, bacıları Gülşən və Zeynəb başqa avtomobillə xəstəxanaya gəldilər. Xəstəxanada həkimlər atası Əmiraslanı kompüter tomoqrafıya müayinəsindən keçirdilər, onun vəziyyəti son dərəcə ağır olduğundan müayinəsini və müalicəsini davam etdirmək üçün “X23” Mərkəzinə keçirilməsi məsləhət görüldü. Atası Əmiraslanı avtomobillə vuran sürücü Təqsirləndirilən şəxs atası Şahid1 da “X23” Mərkəzi xəstəxanası ilə şifahi müqavilə bağlayaraq xəstənin tibbi xərclərini öz öhdəsinə götürdü. Xəstəxanada atası Əmiraslanın hər iki ayaqları üzərində əməliyyat keçirildi. Yol nəqliyyat hadisəsi zamanı onun sağlamlığına huşun koma tipli pozulmasına səbəb olan baş-beyin əzilməsi, sol təpə və sol gicgah nahiyyələrin dərialtı hematomaları, hər iki ağciyərin əzilməsi, sol bazu sümüyünün başının, sol oturaq sümüyünün, sağ bud sümüyünün aşağı üçdə birinin və hər iki baldırında qamış və incik sümüklərin aşağı üçdə birinin sınıqları ilə nəticələnən xəsarətlər yetirilmişdir. Atası Əmiraslan xx xxxxxx 2020-ci il tarixədək “X23” Mərkəz xəstəxanasında stasionar qaydada müalicə olunduqdan sonra xəstəxanada xəstənin müalicə xərcləri baha olduğundan onların və Şahid1 təklifı ilə atası Azərbaycan Tibb Universitetinin X7 köçürüldü. Atası Əmiraslan xx xxxx 2020-ci il tarixə kimi X2 müalicə olundu və orada müalicə alan zaman “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından həmin gün atasını Səhiyyə Nazirliyinin Ə.D.Məlikov adına 6 saylı X3 köçürüldü və müalicəsi həmin xəstəxanada davam etdirildi. xx xxxxx 2020-ci il tarixdə “Covid-19” kütləvi yoluxma epidemiyası ilə bağlı olaraq xəstəxana karantinə bağlandığından atası Əmiraslan evinə buraxıldı və evlərində bir neçə gün müalicə olunsa da, xx xxxxx 2020-ci il tarixdə atası yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etdi. Atası Əmiraslanın meyitini tibbi ekspertiza müayinəsindən keçirdikdən sonra el adəti üzrə Xırdalan şəhər qəbirstanlığında dəfn etdilər. İfadəsinə onu da əlavə edir ki, o, və ailə üzvləri “Toyota Rav-4” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamışlar, onunla heç bir ədavətləri, ziddiyyətləri olmamışdır. Ancaq bununla belə atası Zərərçəkmiş şəxs xəstə olduğu müddətdə və öldükdən sonra sürücü Təqsirləndirilən şəxs onlardan üzr istəməyib və heç bir vaxtı xəstəxanada və evdə atasına baş çəkməyib. Heç bir hüzrdə də iştirak etməyibdir. Həmçinin atası evə gətirildikdən sonra müalicəsi ilə əlaqədar heç bir maddi kömək göstərilməmişdir. Əksinə maddi atasının vəzyyəti pis olduğunu zəng edib bildirdikdə, təqsirləndiricənin atası onları təhqir etmişdir. Atası vəfat etdikdən sonra da heç bir maddi yardım göstərilməmişdir. Atası pensiyaçı idi və 230 manatdan çox pensiya alırdı. Zəhməti ilə kiçik ticarətlə məşğul olub 8 uşağını, 4 oğlan, 4 qızı və arvadını dolandırırdı. Atası vəfat etdiyindən ailəsi də maddi cəhətdən pis vəziyyətə düşmüşdür. Atası vəfat etdikdən sonra 2500 manat qəbir yerinə, 350 manat qədir qazdırmağa, 200 manat ölünün yuyulmasına, 200 manat ölünün daşınması üçün avtomobil xərci, 50 manat qəbiristanlıqda qəbirin ətrafının təmizlənməsi üçün çəkilən xərc, 1500 manat baş daşı xərci çəkilmişdir. Həmçinin pandemiya dövrü olsa da qohumlar, tanışlar yasa və cümə axşamına gəldikləri üçün məcbur olub həmin məclisləri də vermişlər. Bir, üç, yeddi və qırx məcliəsinə ümumilikdə 2000 manatadək xərcləri çıxmışdır, hər cümə axşamı məclisinə 500 manatadək xərcəri çıxmış və 5 dəfə cümə axşamı vermişlər. Atası vəfat etdikdən sonra çəkilmiş xərclərlə bağlı təqsirləndirilən şəxs onlara heç bir maddi yardım etməmişdir. Atasını öldürək şəxsin ən ağır cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 və Şahid5 Şahid2 və Şahid4ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 1-də yaşayır. Təqsirləndirilən şəxs oğlu, X6 isə həyat yoldaşıdır. Hal-hazırda ünvan 2 nömrəli ünvanda yerləşən “xxxxxxx” müəssisəsində baş mühəndis vəzifəsində, oğlu Təqsirləndirilən şəxs isə həmin müəssisədə elektrik çilingər peşəsi üzrə işləyirlər. xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində oğlu Zaur ona mobil telefon vasitəsi ilə zəng vuraraq “xxxxxxx” müəssisəsinə məxsus olan idarə etdiyi “Toyota Rav-4“ minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Əbdürrəhman Haqverdiyev küçəsində yol-nəqliyyat hadisəsi törədib şəxsiyyəti sonradan onlara məlum olan Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsini və xəstənin X21 avtomobili ilə Respublika 1 saylı Klinik xəstəxanasına aparıldığını xəbər vermişdir. Baş vermiş hadisəni eşidib dərhal Respublika 1 saylı Klinik xəstəxanaya gəlmişdir. Xəstəxanada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, onun vəziyyəti ağır olduğundan 1 saylı Klinik xəstəxanadan, Bakı şəhəri, Nəsimi rayonu, N.Rəfili və R.Behbudov küçəsinin kəsişməsində 389-cu məhəllədə yerləşən “Bakı Medical Plaza” Mərkəzi adlanan xüsusi klinikaya keçirmişlər. Əmirasanov Aslanov müalicə aldığı dövrdə bütün müalicə xərclərini üzərinə götürmüş və “Bakı Medical Plaza” Mərkəzi xəstəxana ilə şifahi müqavilə bağlamışdır. Həmin xəstəxanada Zərərçəkmiş şəxs müalicəsi başlamış, bir müddətdən sonra onun vəziyyəti yaxşılaşmışdır. Onun özü, arvadı Tamella və oğlu Zaur daimi xəstəxanaya baş çəkmişlər və müalicəsi ilə hər gün maraqlanmışdır. Zərərçəkmiş şəxs müalicəsi üçün ailəliklə “Bakı Medical Plaza“ Mərkəzinə 54.396 manat nağd pul ödəmişlər. Xəstəxana rəhbərliyi hər gün ödədiyi pulun ödəniş fakturası ona verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs müalicələri bitəndən sonra müalicə həkimi epikriz əsasında evində ambulator müalicə almasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs uşaqları, yaşadıqları evlərin kiçik yaşayış sahəsinə malik olduqlarına istinad edərək, atalarını evlərinə aparmağa qəti etiraz edərək xəstənin müalicəsinin davam etdirilməsi üçün xüsusi ödənişli Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə xəstəxanasına keçirməyi təklif etmişlər. Zərərçəkmiş şəxs qohumlarının təklifi ilə razılaşmış və xəstəni dərhal həmin xəstəxanaya keçirtmişlər. Zərərçəkmiş şəxs müalicə aldığı dövrdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə xəstəxanasına 5.694 manat pul ödəmişdir. xx xxxx 2020-ci il tarixdə ölkədə yeni Koronavirus epidemiyası ilə bağlı olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə xəstəxanası karantinə bağlanmışdır. Lakin bununla belə Zərərçəkmiş şəxs artıq sağalmış, həkimlərin verdiyi epikrizdə onun artıq yalnız evində ambulator müalicə olunması tövsiyyə edilmişdir. Lakin bununla belə övladlarının arzusunu nəzərə alaraq müalicəsini stasionar qaydada davam etdirmək üçün Zərərçəkmiş şəxs Səhiyyə Nazirliyinin Ə.D.Məlikov adına 6 nömrəli X3 keçirmişlər. Zərərçəkmiş şəxs həmin xəstəxanada 19 gün ərzində stasionar müalicə almış, şəxsən xəstənin bütün lazımı dərmanlarla, zəruri olan qidalarla, ailəsi tərəfindən çəkilən xərclərin, hətta nəqliyyatdan istifadə etmə pullarını da ödəməklə 2000 manat da xərcləmişdir. Ölkədə olan Covid-19 pandemiyası ilə əlaqədar Məlikov xəstəxanası da bağlandığı üçün, Zərərçəkmiş şəxs başqa yerə köçürmək mümkün olmadığı üçün ona Məlikov xəstəxanasından evə yazmışlar və xəstəxanadan çıxarmışlar. Xəstəxanadan çıxarılanda istəmişdir ki, xəstəni Mərdəkanda olan xəstəxanaya yerləşdirsinlər, lakin məlikov xəstəxanası da xəstə qəbul etməmişdir pandemiya ilə əlaqədar, ona görə də Zərərçəkmiş şəxs Məlikov xəstəxanasından məcburən yaşadığı evə aparmışlar, yaşadı evdə amblator müalicəsi davm etdirilmişdir. Əmiraslan Məlikov xəstəxanasında da olanda adamları tanımırdı, tam sağalmamışdır, amma yemək yedizdirirdilər. Əmiraslan xx xxxxx 2020-ci il tarixdə ambulator müalicə üçün evinə buraxılmışdır. xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evində vəfat etməsini eşitdikdə ailəsi onun ölümü ilə bağlı dərin hüzn hissi keçirmişlər. Ailə üzvləri ilə birlikdə ümumilikdə Zərərçəkmiş şəxs xəstəxanalarda stasionar müalicəsi və digər xərcləri üçün ümumilikdə 62.090 manat, hadisə zamanı zədələnmiş “xxxxxxx” MMC-yə məxsus olan “Toyota Rav-4” markalı avtomobilin təmiri üçün isə 6.900 manat xərc çəkmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 75 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasına, laborator müayinələrin cavablarına əsasən, ölüm haqqında olan ilkin məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab verərək aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs adına tərtib edilmiş X16, X10, Bakı şəhər 6 saylı Birləşmiş şəhər xəstəxanasının tərtib etdiyi xəstəlik tarixlərinə və Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinkasının tərtib etdiyi epikrizə əsasən Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci ilə kimi həmin xəstəxanalarda stasionar müalicə almışdır. Həmin tibbi sənədlərə əsasən ona aşağıdakı diaqnozlar təyin edilmişdir. Müştərək travma. Baş-beyin toxumasının əzilməsi ağciyərlərin əzilməsi ilə müşayiət olunmuş döş qəfəsinin küt travması. Baş-beyinin travmadan sonrakı vəziyyəti, ensefalopatiya, bazu sümüyünün, sağ bud sümüyünün, sağ qasıq sümüyünün və sağ baldır sümüklərinin qəipəli, qapalı sınıqları. Aparılan müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti nisbətən stabilləşmiş və qohumlarının xahişi ilə xx.xx.2020-ci ildə evə yazılmışdır. Göstərilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2019-cu ildə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsi nəticəsində törənməsi mümkündür və ümumilikdə ölümə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı almış olduğu xəsarətlər nəticəsində baş-beyin toxumasında baş vermiş ödem və büzdüm nahiyyəsində yataq yarası aşkar edilmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş ağırlaşma-baş-beyin maddəsinin ödemi olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3009 nömrəli rəyinə əsasən istintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafə (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolunda n (Sd) böyükdür (Sa SD). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun həmin maddəsnin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Tədqiqatın nəticəsi: İstintaq tərəfindən verilən məlumatlara əsasən: 1.2 “Toyota Rav-4” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindəntörədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasındanəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsəəlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan “xxxxxxx” müəssisəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən onlara vurulmuş 6900 manat zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan “X23” mərkəzinin hesab faktura cədvəlinə əsasən 54396 manat, Azərbaycan Tibb Universitetinin Cərahiyyə Klinikasının ödəniş qəbzlərinə əsasən 5694 manat, Şahid1 ifadəsinə əsasən digər xərclər kimi ödənilmiş 2000 manat da nəzərə alınmaqla, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs müalicəsi üçün 64476 manat xərc çəkilmişdir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə yol nəqliyyat hadisəsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya özü aparmamışdır, hadisə yerində zərərçəkmiş şəxsə tibbi yardım göstərməmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə polis əməkdaşları və X21 avtomobili çağırmışdır. Hadisədən sonra X21 avtomobilinin hadisə yerinə gələrək zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması CM-nin 59.1.11-ci maddəsində göstərilən halı yaratmır. Həmçinin məhkəmə hazırkı iş üzrə zərərçəkmiş şəxsin Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasından yaşadığı evə köçürüldüyü vaxtdan, zərərçəkmiş şəxsin vəfat etməsi, dəfn olunması, dəfn olunduqdan sonra da bu xərclərin zərərçəkənin hüquqi varisinə ödənilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini iş üzrə cəza təyin edilərkən nəzərə alır. Ona görə də zərərçəkmiş şəxsə vəfat edənə qədər tibb müəssisələrindəki xərclə əlaqədar təqsirləndirilən şəxsin çəkdiyi xərci iş üzrə yüngülləşdirici hal kimi nəzərə alınsa da, CM-nin 59.1.10-59.1.13-cü maddələrindəki halları yaratmır. Cinayət işinin 1-ci cildi səhifə 35-də Zərərçəkmiş şəxs adından Yasamal RPİ İŞ-nin müstəntiqi B.Rəhimovun adına yazılmış ərizədə qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs Toyota Rav-4 markalı avtomobillə onu vuraraq sağlamlığına ağır dərəcəli xəsarət yetirmişdir. Sürücü Təqsirləndirilən şəxs ona dəyən ziyanı və xəstəxana xərclərini tam ödəmişdir. Biz barışmışıq, Təqsirləndirilən şəxs heç bir şikayəti, mülki iddiası və tələbi yoxdur. Gələcəkdə heç bir məhkəmə mübahisəsi olmayacaqdır.” Lakin həmin ərizədə həmçinin qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs fiziki cəhətdən imkanı olmadığından ərizəyə imza edə bilməmişdir. Ona görə də ərizəni müstəntiq B.Rəhimov imzalamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, həmin ərizə Zərərçəkmiş şəxs sağlığında Təqsirləndirilən şəxs ilə barışması, ona dəyən zərərin ödənilməsi və şikayət və tələbinin olmaması barədə iradə ifadəsi kimi qəbul edilə bilməz. Çünki həmin ərizəni Zərərçəkmiş şəxs imzalamamışdır, ərizənin məhz Zərərçəkmiş şəxs sözlərindən yazılmasına dair protokol da tərtib edilməmişdir, ərizədə Zərərçəkmiş şəxs hər hansı bir nümayəndəsi və ya ailə üzvləri təsdiq etməmişlər, hər hansı bir hal şahidi ərizənin yazılmasına cəlb edilməmişdir. CPM-nin 51.5-ci maddəsinə əsasən məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, vəfat etmiş Zərərçəkmiş şəxs xəstəxanadan ev şəraitinə çıxarılanadək müalicə üçün xərc çəkilməsini, həmçinin digər zərərçəkən “xxxxxxx” müəssisəsinə dəyən zərərin ödənilməsinivə həmin müəssisənin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Rav-4 minik» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Elektro” müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi zərərçəkmiş şəxsin hüquqi varisi Aslanova X9 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi zərərə görə 15.000 manat, mənəvi ziyana görə 10.000 manat təqsirləndirilən şəxsdən utularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddia aşağıdakı qaydada həll edilir. Belə ki, iddia ərizəsində də göstərilmişdir ki, hadisə baş verdikdən sonra ilk əvvəl cavabdeh vəfat etmiş şəxsin müalicəsinə təşəbbüs göstərib xəstəxana xərclərini ödəməsinə baxmayaraq, Zərərçəkmiş şəxs xəstəxanadan evə köçürüldükdən sonra onun müalicəsi ilə bağlı hər hansı bir xərc çəkməmişdir, bundan imtina edilmişdir. Təqsirləndirilən şəxsin atasına zəng edilərək zərərçəkmiş şəxsin vəziyyəti ilə bağlı məlumat verildikdə, təqsirləndirilən şəxs tərəfindən buna əhəmiyyət verilməmişdir. Zərərçəkmiş şəxs vəfat etdikdən sonra da dəfn və hüzn xərcləri ilə əlaqədar zərərçəkmiş şəxsin ailəsinə və hüquqi varisinə heç bir yardım edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki mövcud olan yuxarıda sadalanmış sübutlara qiymət verərək belə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş şəxsin dəfni, yas mərasimi, dəfn xərcləri, bununla bağlı yaranmış digər xərclərlə bağlı, o cümlədən çəkilmiş digər xərcləri özündə əks etdirən sübutları mülki iddia vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin maddi ziyanla bağlı hissəsi şəxsin müalicəsi, vəfat etməsi nəticəsində ailəsinin mərhum olduğu maddi təminatla, dəfn, hüzn və buna aid digər xərclərlə, ailəyə dəymiş digər formada maddi zərərlə bağlıdır. Zərərçəkmiş şəxsin ailə üzvləri şahid kimi məhkəmə iclasında dindirilmiş, Şahid2, Şahid3, Şahid4, Şahid5 ifadələrində bildirmişlər ki, atalarını evə gətirdikdən sonra, həmçinin ataları vəfat etdikdən sonra onun dəfni, bununla bağlı yas mərasiminə ümumilikdə 15000 manatdan artıq xərcləri çıxmışdır, bundan əlavə adət və ən-ənə kimi vəfat etmiş şəxsə gələcəkdə “il” mərasimi də veriləcəkdir. Şahid4 bildirmişdir ki, 2500 manat qəbir yeri üçün, 350 manat qəbir qazmaq, 200 manat vəfat etmiş şəxsin yuyulması, 200 manat avtomobil xərci, 50 manat qəbirin ətrafının təmizlənməsi, 1500 manat qəbir daşı üçün xərcləri çıxmışdır. Hər dəfə cümə axşamı üçün 500 manatadək xərcləri çıxmış və 5 dəfə cümə axşamı vermişlər. Vəfat etmiş şəxsin 1, 3, 7 və 40 məclisi üçün ümumilikdə 2000 manatadək xərcləri çıxmışdır. Pandemiya dövrü olsa da, atasının vəfat etməsi ilə əlaqədar qohum əqraba və tanışları yas mərasiminə gəlməsinin qarşısını ala bilməzdilər. Həmin ifadələr 9300 manat xərc çəkilməsini göstərir. Zərərçəkən şəxsin arvadı və 8 uşağı vardır. Uşaqları yetkinlik yaşına çatmışlar, lakin subaydırlar. Uşaqları şahid kimi dindirildikdə bildirdilər ki, ataları kiçik ticarətlə məşğul olub, onların tələbatlarını müəyyən formada ödəyirdi. Ataları həmçinin sağlığında 230 manatdan çox pensiya alırdı. Həmçinin iş materiallarına əsasən, ittiham aktına əsasən vəfat etmiş zərərçəkmiş şəxs Aslan Aslanov İİ qrup əlil olmuşdur, vəfat edənədək pensiyaçı olmuşdur. Beləliklə də həmin sübutlarla müəyyən edilir ki, şəxsin vəfat etməsi ilə əlaqədar dəfn və yas mərasimi xərcləri 9300 manat təşkil etmişdir. Zərərçəkən şəxsin himayəsində 8 uşağı və arvadı olmuşdur. Zərərçəkən şəxsin arvadı olan hüquqi varisi Aslanova X9 xx.xx.1956-cı il təvəllüdlü olmaqla 62 yaşı vardır. Məhkəmə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxsə zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1121-ci maddəsi ilə, ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı isə Mülki Məcəllənin 1122-ci maddəsi ilə tənzimlənmişdir. MM-in 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Həmçinin MM-in 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. MM-in 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. İş üzrə ölən şəxsin ailəsinin ölənin pensiyasından məhrum edildiyi də müəyyən edilir. Buna görə də məhkəmə ümumiyyətlə qeyd edir ki, təqsirli şəxsin əməli ilə şəxsin vəfat etməsi nəticəsində təqsirləndirilən şəxsdən tutulması mümkün olan maddi tələb Mülki Məcəllənin 60-cı fəsli ilə müəyyən edilmiş “Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” fəslində tənzimlənmişdir. Həmin fəsindəki MM-in 1121-ci maddəsi ilə ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi maddəsində kimlərə və hansı əsasla zərərin ödənilməsi, həmin verilməli olan zərərin məbləği MM-in 1122-ci maddə ilə və MM-in 1127-ci maddəsində müəyyən edilmiş dəfn xərclərinin əvəzinin ödənilməsindən ibarətdir. Dəfn xərci, baş daşı, yas mərasimi ilə əlaqədar çıkilmiş xərclə əlaqədar məhkəmə qeyd edir ki, ümumiyyətlə tələbin özü MM-in 1127-ci maddəsinə əsasən təmin edilən tələbdir. Dəfn xərclərinin konkret nədən idarət olması, hüzn mərasiminin keçirilməsi, şəxsin baş daşının və qibir üstü daşının qiymətinin müəyyən edilməsində ümumiyyətlə qeyd edir ki, qanunvericilikdə bu məsələlər, yəni hüznün verilməli olub-olmaması, baş daşının və qibir üstü daşın yerləşdirilməli olub-olmaması, həmçinin həmin işlərlə bağlı xərclərin nə qədər çəkilməli olması konkret tənzimlənməmişdir. Belə bir vəziyyətdə bu xərclərin çəkilməli olub-olmaması, çəkilməlidirsə məbləğinin hansı həcmdə olması hər bir halda işin hallarından, yəni öləni şəxsin ailəsinin maddi imkanını nə qədər olması, həmin yerdə təşəkkül tapmış adət-ənənə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, cavabdehin də həmin xərclərin əvəzinin ödəyə bilmək iqtidarında olması nəzərə alınmalıdır. Belə bir vəziyyətdə məhkəmə qeyd edir ki, MM-in 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Buna görə də MM-in 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, yaranmış mübahisə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla həll edilməlidir. Hazırkı cinayət işi üzrə dəfn, hüznə, baş daşına, qəbir üstü daşa nə qədər xərc çəkilməsi barədə konkret yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin bununla bağlı yuxarıda sadalanmış və mötəbərliyi şübhə doğurmayan şahid ifadələri mövcuddur. Dəfn mərasiminin keçirilməsi, şəxsin baş daşının və qibir üstü daşının olması hazırkı iş üzrə mübahisə edilmir. Həmçinin qeyd edilməlidir ki, şəxsin vəfat etməsi nəticəsində hüzn verilməsi, baş daşı və qəbir üstü düzəldilməsi adət halını alıb. Bu həmin ərazidə təşəkkül tapmış adət, ənənə və mənəviyyatla bağlıdır. Ona görə də bu xərc də çəkilməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, maddi ziyanla bağlı tələb tam təmin edilməlidir. İddia tələbinin mənəvi ziyan hissəsi barədə məhkəmə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olubolmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X4 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyini hazırkı iş üzrə nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi nəticəsində mülki iddiaçının atası vəfat etmişdir. Bu hal təbii ki, iddiaçıya mənəvi sarsıntı və istirab vermişdir. Bu mənəvi ziyanın məbləği ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da müəyyən edilmişdir ki, həmin zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə məhkəmə məbləği müəyyən edərkən qeyd edir ki, mənəvi ziyana görə 1000 manatın verilməsi daha ədalətli olar. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrəxüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 03 ay (beş il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aslanova X5 Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs mülki iddianın maddi zərər hissəsinə görə 15.000 manat (on beş min manat), mənəvi ziyana görə 1000 manat (min manat) olmaqla, ümumilikdə 16.000 manat (on altı min manat) pul tutulub Aslanova X8 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz)manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «Toyota Rav-4 minik» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Elektro” müəssisəsinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-229/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-229/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver