Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-381/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X6 Etibar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmasına və bu barədə 02.05.2021-ci il tarixdə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemindən “Azercell” mobil operatoru vasitəsilə şəxsi istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə məlumat göndərilməklə həmin vaxtdan etibarən 17 may 2021-ci il tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması, habelə karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, səhiyyə və digər aidiyyəti orqanlara heç bir məlumat vermədən 03.05.2021-ci ildə Bakı şəhəri Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi, Nizami rayonları, 04.05.2021-ci ildə Nəsimi, Nərimanov, Suraxanı, Nizami, 06.05.2021-ci ildə Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, 07.05.2021-ci ildə Suraxanı, Nəsimi, Nərimanov rayonları, 08.05.2021-ci ildə Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları, 09.05.2021-ci ildə Nəsimi, Binəqədi, Nərimanov, Xətai rayonları, 10.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 11.05.2021-ci ildə Nəsimi, Sabunçu, Yasamal, Nərimanov rayonları, 12.05.2021-ci ildə Sabunçu, Suraxanı, Yasamal, Nəsimi, Xətai, Nərimanov rayonları, 13.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 14.05.2021-ci ildə Nizami, Nəsimi, Suraxanı, Nərimanov rayonları, 15.05.2021-ci ildə Suraxanı, Nərimanov rayonları, 16.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 17.05.2021-ci ildə Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları ərazisində olmuş, o cümlədən 06 may 2021-ci il tarixdə heç bir əsaslı səbəb olmadan yaşayış yerini, yəni yaşadığı Baki şəhəri, ünvan 3 ünvanını tərk edib ünvan 4rk” Ticarət Mərkəzinin qarşısında salfetka satışı ilə məşğul olaraq, salfet sata-sata vətəndaşlarla ünsiyyətdə olub, onlara salfet vermiş, pul almış, yəni koronavirus - COVİD-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 31 mart 2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi olaraq səyyar ticarətlə məşğul olur. Belə ki, Bakı şəhəri ərazisində salfetka satışı ilə məşğul olaraq özünün və ailəsinin dolanışığını təmin edir. Adətən salfetkaları Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında ayrı-ayrı müştərilərə satır. Aprel ayının sonlarında özünü pis hiss etdiyindən may ayının 1-də Bakı şəhərində tanımadığı poliklinikada Covid-19 yoluxucu xəstəliyindən analiz vermişdir. May ayının 2-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Covid-19 xəstəliyinə yoluxması və yaşadığı mənzili tərk etməməsi ilə bağlı sms gəlmişdir. Lakin, bundan sonra da çörək pulu qazanmaq üçün salfetka satışlarına davam etmişdir. Həmin salfetkaları iki gün Nərimanov rayonu ərazisində yerləşən Metroparkın qarşısında satmışdır. May ayının 6-da Metroparkın qarşısında yenidən salfetka satan zaman polis əməkdaşları yaxınlaşaraq onu 17-ci PŞ-yə dəvət etmişlər. Orada polislərə məlum olmuşdur ki, o, Covid-19 xəstəsidir. Polis əməkdaşları onun sənədinin yoxlanılmasını və COVİD-19 virusu daşıyıcısı olduğunu bilə-bilə qəsdən yaşadığı evi tərk edib digər vətəndaşlara virusu yoluxdurma riski yaratmağını videoçəkiliş apararaq qeydə almışlar. Bundan sonra onun küçəyə çıxmamağı barədə xəbərdarlıq edilmiş və həmin gün taksi ilə yaşadığı evə getmişdir. Buna baxmayaraq 06.05.2021-ci il tarixdə günorta saatlarında yenidən evdən çıxaraq taksi ilə Koroğlu metrostansiyasının qarşısına və oradan da piyada Nərimanov rayonu ərazisində yerləşən Metroparkın qarşısına gəlmişdir. Metroparkın qarşısında yenidən salfetka satmış və həmin zaman təxminən üç nəfərlə təmasda olmuşdur. Bütün bu hərəkətləri maddi ehtiyacına görə etmişdir. Belə ki, ailəsini başqa yolla dolandıra bilmir. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Əvvəl birlikdə yaşasalar da, bir müddətdir o, Biləsuvar rayonunda yaşayır. Belə ki, Biləsuvar rayonunda qardaşına pambıq yığımında köməklik edir. Oğlu Ağamoğlandan başqa evlərində işləyən yoxdur. Ağamoğlan küçələrdə salfetka və corab satıb onları dolandırır. 02.05.2021-ci il tarixdə Ağamoğlan axşam vaxtı evə gələrək temperaturu olduğu üçün “Covid-19” infeksiyasına görə analiz verdiyini və analizin nəticəsinin pozitiv çıxdığını bildirmişdir. Ağamoğlan 2-3 gün evdə müalicə almış, lakin evə ondan başqa çörək gətirənləri olmadığına görə məcbur olub pul qazanmaq üçün evdən çıxıb işləməyə getmişdir. 06.05.2021-ci il tarixdə Ağamoğlan Nərimanov rayonu ərazisində corab və salfetka satan zaman polis əməkdaşları ona yaxınlaşaraq portal vasitəsi ilə onun şəxsiyyətini yoxlamış və “Covid-19” infeksiyasına yoluxduğu halda evi tərk etdiyi üçün onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 06.05.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 5 ünvanda 17-ci PŞ-nin əməkdaşı Şahid3la xidmət aparan zaman həmin ünvanda yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında bir nəfər şəxsin salfetka satışı ilə məşğul olduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxsin anket məlumatlarını soruşub portal vasitəsilə axtarış etmişlər. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Portal vasitəsi ilə yoxlama zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 02.05.2021-ci il tarixdə Covid-19 infekasiyası ilə bağlı götürülmüş analizin nəticəsi pozitiv çıxmışdır. Ona 14 gün ərzində evi tərk etməməsi barədə sms göndərilsə də, o, özünün Covid 19 virusuna yoluxduğunu bildiyi halda başqa şəxslərin sağlamlığını təhlükə altına alaraq yaşadığı evi tərk etmişdir. Təqsirləndirilən şəxs 17-ci PŞyə dəvət edərək bu barədə şöbə rəhbərliyinə raportla məruzə edib onu 17-ci PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 14.08.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.11.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25.01.2018-ci il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş və 15.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti hesab edilməklə 09 ay sınaq müddəti təyin edilmişdir; “Axtarışda olan şəxsin tutulması barədə” 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19.08.2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilməsi üçün kifayət qədər mötəbər sübutların toplanması mümkün olmadığından o, şübhəli şəxs statusu saxlanılmaqla Nərimanov RPİ-nin MSYdən azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Diskin baxışının aparılması haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Rəşad Əliyevin iştirakları ilə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edə halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilərkən çəkilmiş videogörüntünün olduğu, cinayət işinə əlavə edilmiş 1 ədəd CD-R formatlı diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə 2 dəqiqə 31 saniyə davam edən 1 ədəd faylda olan görüntü vardır. Görüntüdə olan şəxs özünü təqdim edərək bildirir ki, o, Təqsirləndirilən şəxsdur, yaşayış yeri Baki şəhəri, ünvan 3-dür. Həmçinin bildirir ki, 02.05.2021-ci il tarixdə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X3 TƏBİB informasiya sistemindən onun istifadəsində olan mobil telefon nömrəsinə məlumat gələrək COVİD-19 infeksiyasına yoluxması bildirilməklə həmin vaxtdan etibarən 17 may 2021-ci il tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat verilmiş, bununla belə o, həmin gün yaşayış yerini tərk edərək taksi ilə Nərimanov rayonuna gəlmişdir; “Diskin baxışının aparılması haqqında” 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Rəşad Əliyevin iştirakları ilə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun əhatə dairəsi barədə məlumatlara dair DİN-nin BİKİdən daxil olmuş 1 ədəd CD-R formatlı diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə işləyən mobil telefon 02 may 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək olan müddət ərzində əhatə dairəsi əks olunmuşdur. Həmin telefon 03.05.2021-ci ildə Bakı şəhəri Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi, Nizami rayonları, 04.05.2021-ci ildə Nəsimi, Nərimanov, Suraxanı Nizami, 06.05.2021-ci ildə Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, 07.05.2021-ci ildə Suraxanı, Nəsimi, Nərimanov rayonları, 08.05.2021-ci ildə Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları, 09.05.2021-ci ildə Nəsimi, Binəqədi, Nərimanov, Xətai rayonları, 10.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 11.05.2021-ci ildə Nəsimi, Sabunçu, Yasamal, Nərimanov rayonları, 12.05.2021-ci ildə Sabunçu, Suraxanı, Yasamal, Nəsimi, Xətai, Nərimanov rayonları, 13.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 14.05.2021-ci ildə Nizami, Nəsimi, Suraxanı, Nərimanov rayonları, 15.05.2021-ci ildə Suraxanı, Nərimanov rayonları, 16.05.2021-ci ildə Nəsimi, Nərimanov rayonları, 17.05.2021-ci ildə Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları ərazisində istifadə edilmişdir; “Tibbi sənədə baxış keçirilməsi haqqında” 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4, icraatında olan CM-in 139-1.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 29 nömrəli BŞX-nın həkimi X5 iştirakı ilə dərman paylananların qeydiyyatı kitabına Xəzər rayonu Binə qəsəbəsində yerləşən inzibati binasında baxış keçirtmişdir. Həmin kitab yüz vərəqdən ibarətdir. Kitabın 80-ci vərəqində 11-ci sətirdə “Təqsirləndirilən şəxs xx.xx.1999” yazısı var. Həmin yazının qarşısında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə var və dərmanın verilməsi ilə bağlı qeyd var. Həmin xəstəxananın həkimi Nina Abbasova sahə həkimi olduğunu qeyd edərək bildirdi ki, 07.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” əleyhinə dərmanlar xəstəxana tərəfindən təyin edilib və həmin gün xəstəyə çatdırılmışdır; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2021 nömrəli, 11 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 09 (doqquz) ay sınaq müddəti təyin olunmuşdur; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Bakı şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Surac Salmanov tərəfindən 29 mart 2021-ci il tarixdə apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin 1(103)-799/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(003)-10/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Baş prokurorluğu Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Surac Salmanov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qeydə alınan görüntülərin olduğu bir ədəd və DİN-nin BİKİ-dən daxil olmuş mobil telefonun əhatə dairəsinə dair 1 ədəd videodisk maddi sübut hesab edilmiş və iş materillarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü və dördüncü hissələrinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Həmin qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya müəyyən edilən dövlət orqanı, komissiya, qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: - xüsusi sanitar rejim (yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi; yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin təcrid edilməsi və müalicəsi üçün ayrılmış tibb müəssisələrinin idarə edilməsi, həmin müəssisələrdə sanitariya-epidemioloji, məhdudlaşdırıcı, qidalanma, xəstələrin çeşidlənməsi, laborator müayinə, tibbi tullantıların idarə edilməsi və digər sahələrdə xüsusi qaydaların tətbiq edilməsi istiqamətində göstəriş verilməsi); - xüsusi hərəkət rejimi (kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, vətəndaşların hərəkət sərbəstliyinin məhdudlaşdırılması, Azərbaycan Respublikasının ərazisinə və ya onun ayrı-ayrı hissələrinə giriş-çıxışa məhdudiyyətlərin müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, habelə nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin yoxlanılması); 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. CM-in 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmasına və bu barədə 02.05.2021-ci il tarixdə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemindən “Azercell” mobil operatoru vasitəsilə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə məlumat göndərilməklə həmin vaxtdan etibarən 17 may 202l-ci il tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması, habelə karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, səhiyyə və digər aidiyyəti orqanlara heç bir məlumat vermədən 06-17 may 2021-ci il tarixlərdə yaşayış yerini tərk etmiş və Bakı şəhərinin müxtəlif rayonlarında salfetka satmaqla vətəndaşlarla ünsiyyətdə olmuş və bununla da karanlin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Yəni, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib peşman olmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan dövrdə olsa da CM-in 177.2.1 və 177.2.3 maddələrində, daha sonra 26.08.2019-cu il tarixdə isə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2021 nömrəli, 11 mart 2021-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(103)-799/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış) CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay sınaq müddəti ilə şərti hesab edilsə də, o, hazırki cinayət əməlini sınaq müddətində törətməmişdir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. İş materallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay sınaq müddəti ilə şərti hesab edilsə də, həmin hökmdən 29 mart 2021-ci il tarixdə apellyasiya protesti verilmiş, yəni hökm qanuni qüvvəyə minməmişdir. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin andan qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs tərəfindən isə hazırki cinayət əməli 06-17 may 2021-ci il tarixlərdə, yəni onun barəsində olan digər hökm qanuni qüvvəyə minmədən əvvəl törədilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şərti məhkum edilməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2021 nömrəli, 11 mart 2021-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunduğu kimi şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-in 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (19-21 avqust 2021-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 10/2021 nömrəli, 11 mart 2021-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(103)-799/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış) Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) ay sınaq müddəti ilə şərti məhkum edilməsi müstəqil icra olunmalıdır. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qeydə alınan görüntülərin olduğu 1 ədəd və DİN-nin BİKİ-dən daxil olmuş mobil telefonun əhatə dairəsinə dair 1 ədəd videodisk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-10/2021 nömrəli, 11 mart 2021-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(103)-799/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) ay sınaq müddəti ilə şərti məhkum edilməsi müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qeydə alınan görüntülərin olduğu bir ədəd və DİN-nin BİKİ-dən daxil olmuş mobil telefonun əhatə dairəsinə dair 1 ədəd videodisk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-381/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-381/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver