Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-186/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(006)-186/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda işə baxılarkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat dövründə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X3 tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərəri hələ ibtidai istintaq dövründə tam olaraq ödəmiş, bununla bağlı ərizələr də verilmişdir. Buna baxmayaraq müstəntiq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci, Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 40.1 maddələrinin müddəalarının tələblərinə əməl etməyərək iş üzrə cinayət təqibini davam etdirmişdir. Göründüyü kimi, müstəntiq Süleyman Quluzadə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olduğunu bilə-bilə qanunun birbaşa imperativ tələblərinə əməl etməmiş, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarmaq əvəzinə əsassız olaraq şəxs barəsində cinayət təqibini davam etdirərək onun barəsində ittiham aktı tərtib edib ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora, sonuncu da bu aktı təsdiq edib işi baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Qeyd olunan Məcəllənin 85.3-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Cinayət-Prosessual Məcəlləsinin 85.4.13-cü maddəsinə müvafiq olaraq müstəntiq cinayət işi üzrə icraatın dayandırılması və ya xitam olunması barədə qərar qəbul etmək hüququna malikdir. Bu Məcəllənin 355.1.2-ci maddəsinə əsasən məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyi müəyyən edildikdə məhkəmə baxışının nəticələrinə dair məhkəmə xüsusi qərar çıxara bilər. Qeyd olunan Məcəllənin 355.3.2-ci maddəsinə görə məhkəmə tərəfindən çıxarılmış xüsusi qərar müvafiq tədbir görülməsi üçün müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində - tabeçilik qaydasında Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə göndərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, gələcəkdə qeyd olunan qanun pozuntularının təkrarlanmaması üçün məhkəməyədək icraat üzrə Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol vermiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X3 barəsində xüsusi qərar çıxarılmalı və onun yol verdiyi qanun pozuntuları ilə bağlı təsirli tədbirlərin görülməsi üçün bu qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzərinə çatdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını aparmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi X1 yol verdiyi qanun pozuntuları barədə təsirli tədbirlərin görülməsi üçün hazırkı xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilsin. Görülən tədbirlər barədə 30 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məlumat verilsin. Sədrlik edən, Hakim Babək Pəhanov ________________________________________________________________________________ ______
Məhkəmə qərarları › İş №1(006)-186/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-186/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver