Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-216/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2,onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1998-ci ildə Ağdam rayonu, Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Qaradağlı Ə/N Rzalar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx.xx.2000-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Dövlət ittihamçısı küçəsi 17 saylı ünvanda yerləşən 19 saylı orta məktəbin qarşısında aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 19 saylı orta məktəbin darvazasının yaxınlığında dayanaraq onları kənardan heç kimin görməməsi üçün müşahidə etmiş, kənarda heç kimin olmamasından istifadə edən Təqsirləndirilən şəxs1 piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sağ əlində saxladığı və içərisində 650 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1105 (min yüz beş) manat və 73 manat olan 10 manat dəyərində, tünd qəhvəyi rəngli, dəri materialına bənzər, üzü timsah formalı pul kisəsini əlindən dartıb qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1188 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Dövlət ittihamçısı küçəsi 17 saylı ünvanda yerləşən 19 saylı orta məktəbin qarşısında aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 19 saylı orta məktəbin darvazasının yaxınlığında dayanaraq onları kənardan heç kimin görməməsi üçün müşahidə etmiş, kənarda heç kimin olmamasından istifadə edən Təqsirləndirilən şəxs1 piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sağ əlində saxladığı və içərisində 650 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1105 (min yüz beş) manat və 73 manat olan 10 manat dəyərində, tünd qəhvəyi rəngli, dəri materialına bənzər, üzü timsah formalı pul kisəsini əlindən dartıb qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1188 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə Nəsimi rayonu, “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən “Respublika Bank”ın yan hissəsində dayanmışlar. O, Təqsirləndirilən şəxs2lə orada dayanan zaman “Respublika Bank”dan bir nəfər 65-70 yaşlarında, arıq bədənli, orta boylu qadının çıxdığını görmüşdür. Həmin qadının əlində tünd qəhvəyi rəngli, üzü timsah formalı pul kisəsi olduğundan o düşünmüşdür ki, qadın bankdan çıxdığı üçün pul kisəsində pul vardır. Bundan sonra o, həmin qadının pul kisəsini götürüb qaçmaq qərarına gəlmiş və xalası oğlu Təqsirləndirilən şəxs2 bu barədə təklif etmişdir. Təqsirləndirilən şəxs2 heç bir cavab vermədiyindən onun razı olduğunu düşünmüş və bundan sonra qadının arxası ilə Təqsirləndirilən şəxs2lə birlikdə Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 17 saylı ünvanda yerləşən 19 nömrəli tam orta məktəbin həyətinə tərəf getmişlər. Təqsirləndirilən şəxs2 orta məktəbin darvazasının yaxınlığında dayanmış, o, kənarda heç kimin olmamasından, onları heç kimin görməməsindən istifadə edib həmin qadına arxadan yaxınlaşmış, qadının sağ əlində olan pul kisəsini onun əlindən dartıb qaçmışdır. Həmçinin xalası oğlu Təqsirləndirilən şəxs2 də onun qadının əlindən pul kisəsini götürdüyünü gördüyündən onunla bərabər qaçmış, hətta yolda o, pul kisəsini Təqsirləndirilən şəxs2 üzərinə atsa da, sonuncu yenidən pul kisəsini ona geri atmışdır. Pul kisəsinin əlindən alındığını görən qadın onun və Təqsirləndirilən şəxs2 arxası ilə qaçsa da, onlara çata bilməmişdir. Onlar artıq qadının onları təqib etməməsini gördükdən sonra hadisə yerindən təxminən 300-400 metr aralıda olan xatırlamadığı 5 mərtəbəli binanın blokuna daxil olmuşlar. O, pul kisəsinə baxanda orada 650 ABŞ dolları və 73 manat pul olmasını görmüşdür. Bundan sonra pul kisəsini daxil olduğu bloka atmış, sonra əldə etdiyi 650 ABŞ dolları ilə 73 manatı götürüb Təqsirləndirilən şəxs2lə taksi ilə “Xalqlar dostluğu” metrosu yaxınlığına gəlmişlər. “Xalqlar dostluğu” metrosu yaxınlığında olan 8-ci km bazarındakı paltar mağazasına gələrək mağazadan özünə ayaqqabı və köynək almış, yerdə qalan pulu isə Təqsirləndirilən şəxs2lə birlikdə şəxsi tələbatları üçün xərcləmişlər. Əldə etdiyi 650 ABŞ dollarını müxtəlif yerlərdə manata çevirəndən sonra Təqsirləndirilən şəxs2lə birlikdə həmin pulu şəxsi tələbatları üçün xərcləmişlər. Təqsirləndirilən şəxs2 ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yaxınlığındakı avtodayanacaqda dayanan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər. O dərhal polis əməkdaşlarının onları axtardığını bilmiş və yerindən tərpənməmişdir, lakin Təqsirləndirilən şəxs2 qorxduğu üçün qaçmaq istəyərkən ayağı büdrəmiş və polis əməkdaşları onu yaxalamışlar. Bundan sonra o və Təqsirləndirilən şəxs2 polislərlə birlikdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gəlmişlər. Polis Bölməsində o və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini səmimi etiraf edərək peşman olduqlarını bildirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 ilə Nəsimi rayonu, “Memar Əcəmi” metrosunun yaxınlığında yerləşən “Respublika Bank”ın yan hissəsində dayanmışlar. O, Təqsirləndirilən şəxs1 ilə orada dayanan zaman “Respublika Bank”dan bir nəfər 65-70 yaşlarında, arıq bədənli, orta boylu qadının çıxdığını görmüşdür.Həmin qadının əlində tünd qəhvəyi rəngli, üzü timsah formalı pul kisəsi olmuşdur. O və Təqsirləndirilən şəxs1həmin qadının bankdan çıxdığını və pul kisəsində pul olduğunu təxmin etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin qadının pul kisəsini götürüb qaçmaq istəyini ona bildirmiş, oisə susaraq ona heç bir cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 getdiyi üçün o da qadının arxası ilə getmiş və Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 17 saylı ünvanda yerləşən 19 nömrəli tam orta məktəbin həyətinə tərəf gəlmişlər. O, orta məktəbin darvazasının yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 kənarda heç kimin olmamasından, onları heç kimin görməməsindən istifadə edib həmin qadına arxadan yaxınlaşmış, qadının sağ əlində olan pul kisəsini onun əlindən dartıb qaçmışdır. Baş vermiş hadisənin təsirində olduğundan o da, Təqsirləndirilən şəxs1 ilə birlikdə qaçmış, hətta yolda Təqsirləndirilən şəxs1 pul kisəsini ona tərəf atsada, o, yenidən pul kisəsini Təqsirləndirilən şəxs1 qaytarmışdır.Həmin qadın Təqsirləndirilən şəxs1 və onun arxası ilə qaçsa da, onlara çata bilməmişdir. Onlar artıq qadının onları təqib etməməsini gördükdən sonra hadisə yerindən təxminən 300-400 metr aralıda olan xatırlamadığı 5 mərtəbəli binanın blokuna daxil olmuşlar.Təqsirləndirilən şəxs1 pul kisəsinə baxdıqda orada 650 ABŞ dolları və 73 manat pul olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 pul kisəsini daxil olduqları bloka atmış, sonra əldə etdikləri 650 ABŞ dolları ilə 73 manatı götürüb onunla taksi ilə “Xalqlar dostluğu”metrosu yaxınlığına gəlmişlər.“Xalqlar dostluğu” metrosu yaxınlığında olan 8-ci km bazarındakı paltar mağazasından Təqsirləndirilən şəxs1 özünə müvafiq mallar alaraq, həmin mallara 100 manat pul xərcləmişdir. Yerdə qalan pulu isə onunla birlikdə şəxsi tələbatları üçün xərcləmişlər. O, xalası oğlu Təqsirləndirilən şəxs1 ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yaxınlığındakı avtodayanacaqda dayanan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları olmasını bildirdikdən sonra o və Təqsirləndirilən şəxs1 onların axtarıldığınıanlamışlar. Bu zaman o, qorxub qaçan vaxtayağı büdrəmiş və polis əməkdaşları onu yaxalamışlar. Bundan sonra o və Təqsirləndirilən şəxs1 polislərlə birlikdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gəlmişlər. Polis Bölməsində o və Təqsirləndirilən şəxs1 etdikləri cinayət əməllərini səmimi etiraf edərək peşman olduqlarını bildirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində Nəsimi rayonu, “Memar Əcəmi” metrosunun yaxınlığında olan “Respublika Bank”a getmiş, həmin zaman özündə olan 1120 manatı “Respublika Bank”ın kassasına ödəyərək oradan 650 ABŞ dolları almış, hətta bankın kassasına ödədiyi 1120 manata görə ona qalıq olaraq 13 manat pul vermişlər. Həmin 13 manatdan da əlavə onun pul kisəsində 3 ədəd 20 manatlıq pul əskinazı, yəni 60 manat pul vəsaiti olmuşdur. Beləliklə, o, “Respublika Bank”ın kassasından çıxanda pul kisəsində 650 ABŞ dolları və 73 manat pulu olmuşdur. O, bankdan çıxandan sonra Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 17 saylı ünvanda yerləşən evinə 19 nömrəli tam orta məktəbin qarşısında olan həyəti ilə piyada evinə getmiş, onun yaşadığı ev də 19 nömrəli orta məktəbə yaxın olduğundan məktəblə evinin arasında məsafə 100 metrə yaxın olmuşdur. O, məktəbin həyəti ilə gedən zaman əlində ona məxsus tünd qəhvəyi rəngli, markasını xatırlamadığı, 2-3 il bundan əvvəl 10 manata bazardan aldığı, dəri materlialına bənzər, üzü timsah formalı pul kisəsini sağ əlində saxlamış, pul kisəsində də qeyd etdiyi kimi, 650 ABŞ dolları, yəni 6 ədəd 100 ABŞ dolları, bir ədəd 50 ABŞ dolları, bundan başqa 3 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinazı, yəni 650 ABŞ dolları ilə 73 manat pulu pul kisəsində olmuş, hətta pul kisəsində “Respublika Bank”ın 650 ABŞ dolları ona verməsi ilə bağlı qəbzi olmuşdur. O, sakit yerişlə evinə gedən zaman hiss eləmədiyi anda arxadan bir nəfər hündür boylu şəxs sonradan ona ad və soyadı bəlli olan Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb əlində olan pul kisəsini dartıb əlindən almaqla geriyə qaçmışdır. Lakin o, həmin şəxsin əlamətlərini görə bilmişdir. Onun əlindən pul kisəsini dartıb qaçan şəxs arıq bədənli, əynində qara rəngli parçadan gödəkcəsi olan, digər paltarlarını xatırlamadığı, 175-180 sm hündürlüyündə, qara saçı olan, bığı və saqqalı olmayan, 18-19 yaşlarında, qarayanız kişi, yəni Təqsirləndirilən şəxs1 olmuş, həmin şəxs pul kisəsini götürüb geriyə qaçmış, həmin zaman Təqsirləndirilən şəxs1 bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs2 məktəbin darvazasının qarşısında gözləmişdir. Pul kisəsini dartıb əlindən alan şəxs qaçandan sonra o, həmin şəxsin arxası ilə qaçmış və pul kisəsini aparıb qaçan şəxsin pul kisəsini ikinci şəxsə tullamasını görmüşdür. Bundan sonra ikinci şəxs, yəni Təqsirləndirilən şəxs2 pul kisəsini həmin Təqsirləndirilən şəxs1 geri tullamışdır. O, həmin şəxslərin arxası ilə təxminən 100 metr qaçsa da, yaşlı olduğundan həmin şəxslərə çata bilməmişdir. Buna görə də o, dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, az sonra hadisə yerinə 19-cu PŞ-nin əməkdaşları gələndən sonra o, hadisə barədə ərizə və izahatını yazmışdır. Həmin zaman pul kisəsini dartıb əlindən götürüb qaçan təqsirləndirilən şəxslərdən və ondan başqa kənarda heç kim olmamışdır. Pul kisəsinin talanması nəticəsində ona 83 manat və 650 ABŞ dolları dəyərində maddi ziyan dəysə də, sonradan təqsirləndirilən şəxslərin ailə üzvləri tərəfindən həmin maddi ziyan ödənilmişdir. Sonda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hazırda Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Nəsimi rayonu, 3-cü mikrorayon, Dövlət ittihamçısı küçəsi onun xidmət etdiyi inzibati ərazi vahididir. Zərərçəkmiş şəxs qarşı xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, Dövlət ittihamçısı küçəsi, 17 saylı ünvanda yerləşən 19 saylı orta məktəbin qarşısında olan soyğunçuluq cinayət hadisəsi ilə bağlı onda və 19-cu PŞ-nin əməliyyat müvəkili Şahid2 əməliyyat işi olmuşdur. Həmin cinayət hadisəsi ilə bağlı tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ona və Şahid2 məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törədənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2durlar. Tərəflərindən keçirilən əməliyyat sorğusu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərinə gedib-gəlməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 yerlərini müəyyən etdikdən sonra o və 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərinə yollanmışlar. xx.xx.2020-ci il tarixdə, saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının yaxınlığında olan avtodayanacaqda yaxınlaşmışlar. O və Şahid2 təqsirləndirilən şəxslərə özlərini təqdim edərək Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 özünü təqdim edərək yerindən tərpənməmiş, lakin Təqsirləndirilən şəxs2 onların polis əməkdaşları olduğunu bildikdən sonra qaçmağa başlamış, təxminən 20-30 metr irəli doğru qaçan zaman pilləkənlər olduğundan Təqsirləndirilən şəxs2 ayağı büdrəyərək yerə yıxılması ilə xəsarət almış, bundan sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəflərindən istintaqa təqdim olunmuşlar. Hətta Təqsirləndirilən şəxs1 və X1 istintaqa gətirilən zaman etdikləri soyğunçuluq cinayət əməllərini səmimi olaraq etiraf etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 onun oğludur və babası tərəfindən Təqsirləndirilən şəxs2 övladlığa götürüldüyündən sənədlərdə Təqsirləndirilən şəxs2 kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2lə qohumu Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayət hadisəsini törətməsini hadisədən bir neçə gün sonra, yəni oğlu tutulandan sonra bilmişdir. Oğlu Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs1 törətdikləri əmələ görə Zərərçəkmiş şəxs tərəfindən 1200 manat pul ödənilmişdir. Hal-hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 175). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 176). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspetiza Mərkəzi” X20 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 981 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır (i/v 195-196). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspetiza Mərkəzi” X20 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir və ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır (i/v 195-196). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokollardan və məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 2 ay 27 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir (i/v 58-59, 82-83, 150-153). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi Füzuli Əhmədova ünvanlanmış ərizədən görünür ki, Şahid3 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və onlardan heç bir şikayət və tələbi yoxdur (i/v 183). İş materiallarında olan Ağdam RİHB-nın Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Muradov tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur və onun barəsində X3 hər hansı şikayət daxil olmamışdır (i/v 186). İş materiallarında olan Xocalı RİHB-nın Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Qəhrəmanov tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur (i/v 189). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini xarakterizə edən halları törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini xarakterizə edən halları törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslərə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X7 və X12 vəkil işlədikləri Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X4 və X2 vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-216/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər, xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri X9 və X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2məhkəməyədək icraat dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX7 və X12 vəkil işlədikləri Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına hər vəkil üçün ayrı-ayrılıqda 180 (yüz səksən) manat,məhkəmə baxışı zamanı isə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər vəkil üçün ayrı-ayrılıqda 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay, 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) il 01 (bir) ay, 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay, 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay, 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, X12 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, həmçinin Təqsirləndirilən şəxs1na məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və Təqsirləndirilən şəxs2na məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-216/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-216/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver