Məhkəmə qərarları › İş №1(006)-269/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-269/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-269/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X44 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X52 və Ağayev Qabil Alıhüseyn oğlunun Zərər çəkmiş şəxs: “xxxxxxxx” MMC-nin nümayəndəsi X12 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1961-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali təhsilli, “xxxxxxxx” ASC-nin 12 saylı filialının direktoru vəzifəsində işləmiş, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4096, mənzil 15-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali təhsilli, “xxxxxxxx” ASC-nin 12 saylı filialında kassa və depozitar əməliyyatlar üzrə mütəxəssis vəzifəsində işləmiş, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 76-da, mənzil 160-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 “xxxxxx” İKB ASC üzrə xx xxxxxx 2013-cü il tarixli, 536 nömrəli əmrlə həmin Cəmiyyətin 12 saylı filialının direktoru vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2019-cu il tarixdə yenidən təşkil olunmadan sonra Cəmiyyətin adının “xxxxxxxx” ASC-yə dəyişdirilməsi nəzərə alınmaqla həmin vəzifədə işləyərkən onunla bağlanmış eyni tarixli 682 nömrəli əmək müqaviləsinə və “xxxxxx” İKB ASC-nin İdarə Heyətinin sədri tərəfindən xx xxxxxx 2016-cı il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən filiala ümumi rəhbərliyin və müştərilərlə qarşılıqlı münasibətlərin təşkilinin həyata keçirilməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bankın daxili normativsərəncam sənədləri ilə müəyyən edilmiş qaydada sənəd dövriyyəsini, mühasibat və vergi uçotunun aparılmasının, maliyyə, mühasibat, statistik və digər hesabatlığın təqdim edilməsinin həyata keçirilməsi, filialın götürdüyü öhdəlikləri, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ sənədlərinə və bankın daxili sərəncam sənədlərinə uyğun olaraq icra edilməsi, bütün bank xidmətlərinin müştərilərə kompleksli və keyfiyyətli şəkildə təqdim edilməsi və bank əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi, filial tərəfindən müştərilərdən alınmış vəsaitlərin, bank sirrinin və müştəri haqqında məxfi məlumatların qorunmasının təşkil edilməsi səlahiyyətlərinə malik, banka və nəzarət orqanlarına hesabatlığın vaxtında təqdim edilməməsinə və doğru hesabatın təqdim edilməsinə, mühasibat uçotunun təşkilinin lazımi səviyyədə olmamasına, filial haqqında əsasnamə və etibarnamələr ilə müəyyən edilən hüquq və limitlərin aşılmasına, tabeçilikdə olan işçilər tərəfindən daxili sənədlərin tələblərinin pozulmasına və nəzarətin düzgün aparılmamasına, yerinə yetirdiyi işlərin qanunvericiliyə, Mərkəzi Bankın və bankdaxili normativ sənədlərin tələblərinə uyğun olmasına görə məsuliyyət daşımaqla təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi həmin filialda 2018-ci ilin may ayının 29-dan kassa və depozitar əməliyyatlar üzrə mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli, 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5 və 8.7-ci bəndlərinə əsasən mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmətin şöbənin (bankın) əməliyyat sisteminə (kompyuter proqramına) daxil edilməklə müştəriyə bank çıxarışı verilməsi və mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10.000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmasının müəyyən edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciəti ilə 20.000 manat ekvivalenti məbləğinə bərabər və ya bu məbləğdən artıq valyuta əməliyyatı aparıldığı halda vəsaitin mənbəyini təsdiq edən sənədin banka təqdim olunmaqla bankın əməkdaşı tərəfindən sənədlərin banka təqdim olunduğunun imzası ilə təsdiq edilməsinin, habelə Maliyyə Monitorinqi Xidmətinin müvafiq banka ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciəti ilə banklar tərəfindən aparılan 20.000 manat məbləğindən yuxarı valyuta mübadiləsi əməliyyatları zamanı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.14-cü və 9.15-ci maddələrində nəzərdə tutulan tədbirlərin tətbiqinin xx xxxxx 2020-ci il tarixinədək həyata keçirilməsinin tələb edilməsi ilə əlaqədar həmin qaydalara qəsdən əməl etməyərək xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddətdə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özünə və istintaqla şəxsiyyət(lər)i müəyyən edilməyən şəxs(lər)ə məxsus milli valyutada cəmi 666.946 manat pul vəsaitini ABŞ dolları xarici valyutasına, vəsaitin mənbəyi barədə məlumat verilməsi ilə əlaqədar tərtib ediləcək həmin anketdə özü və özünə yaxın sair şəxslər barədə məlumatların görünməməsi barədə Təqsirləndirilən şəxs2 ilə aralarında müzakirə aparıb həmin filialda əvvəllər adlarına hesab açılmış şəxslərlə bağlı sənədlərdə olan şəxsiyyət vəsiqəsi surətlərindən istifadə etməklə rəsmi sənəd hesab olunmayan anketlərə həmin şəxslərlə bağlı vəsaitin mənbəyinə dair, habelə ciddi-hesabat blankı olmaqla rəsmi sənəd hesab olunan mübadilə əməliyyatı haqqında bank çıxarışına həmin şəxslər tərəfindən guya valyuta mübadiləsinin aparılmasına dair bilə-bilə yalan məlumatlar yazmaqla həmin vəsaiti ABŞ dolları ilə mübadilə edə biləcəklərinə dair ümumi cinayətkar razılığa gəlib bu məqsədlə 2017-ci ildən həmin filialın əməliyyat qrupunun baş mütəxəssisi vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan Şahid1 2020-ci il mart ayının 09-dan 12-dək olan müddətdə guya 2019-cu ilin son 06 ayı üzrə filialda adına hesab açılmış fiziki şəxslərdən bir qisminin sənədləşmələrində problemlərin olması ilə əlaqədar həmin şəxslərlə bağlı dosyelərin özünə təqdim edilməsi barədə şəxsən yalandan bildirib dosyelərin Şahid1 tərəfindən özünə təqdim edilməsinə nail olduqdan sonra filialda əvvəllər adlarına bank əməliyyatları həyata keçirilmiş 39 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqələrinin surətlərini dosyelərdən götürüb razılaşmalarına əsasən həmin vəsiqə surətlərini və cəmi 666.946 manat pul vəsaitini qeyd edilən müddət ərzində hissə-hissə Təqsirləndirilən şəxs2 təqdim etməsindən sonra sonuncu vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 66 saylı ünvanda yerləşən həmin bank filialının inzibati binasındakı xidməti otağında 39 nəfərin real şəkildə iştirakı və razılıqları olmadan “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan ediməsi” anketinə işləmələri və vəsaitin mənbəyinə dair qeyd edilib həmin anketlərdən 11 ədədinin imza qrafasında, habelə mübadilə əməliyyatı haqqında bank çıxarışına həmin şəxslər tərəfindən guya valyuta mübadiləsinin aparılmasına dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə yazmaqla həmin çıxarışlardan 38 ədədinin xəzinədar və imza qrafasında imzalamaqla guya həmin şəxslərin adından, o cümlədən xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X45 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X27 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X1 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X10 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cü il tarixdə adına hesab açılmış Şahid6 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə adına hesab açılmış X3 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X14 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid4 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid3 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X16 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid10 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, X8 adına sənədləşdirmə aparmadan xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Ağataşi-Musayev Qönçə Qəhrəman qızının adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X28 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X5 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə adına hesab açılmış X29 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X17 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X53 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X6 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X18 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X2 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X54 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X19 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X37 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X20 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid9 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid8 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X30 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Mövsümov Şəfa Kamran oğlunun adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid12 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X46 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X31 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X21 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X47 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid11 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid7 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X38 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X32 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 11.745 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X39 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, ümumilikdə qeyd edilən anket və bank çıxarışlarına bilə-bilə yalan məlumatları şəxsi niyyətlə Təqsirləndirilən şəxs2 vasitəsilə daxil etməklə bu şəxslər tərəfindən milli valyutada olan vəsaitin xarici valyutaya mübadilə əməliyyatının həyata keçirilməsi görüntüsü yaratmaqla cəmi 666.946 manat pul vəsaitinin 391.745 ABŞ dollarına mübadilə edilməsinə nail olaraq “xxxxxxxx” ASC-nin valyuta mübadiləsinin mövcud normativ tələblərə uyğun həyata keçirilməklə mübadilə əməliyyatlarının şəffaflılığının təmin edilməsi və həmin cəmiyyətin işgüzar nüfuzunun qorunub-saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1997-ci ildə Azərbaycan İqtisad Universitetini bitirmiş, uzun müddət bank sektorunda, həmçinin 2013-cü ilin dekabr ayından 2020-ci ilin mart ayının 29-dək əvvəlki adı “xxxxxx bank” olan “xxxxxxxx“ ASC-nin 12 saylı filialının müdiri vəzifəsində işləmişdir. Filial müdiri kimi vəzifəsi bankın fəaliyyətinə ümumi nəzarətin, kreditlərin verilməsi, ödənişlərin yığılması və sair idarəçiliklə əlaqədar fəaliyyətə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Filialda ümumi olaraq 50 nəfərə yaxın işçi, baş xəzinədar Təqsirləndirilən şəxs2, mühasib Şahid1 olmuşdur. 2020-ci ilin mart ayında ölkədə ABŞ dollar valyutasının dəyərinin qalxacağı ilə söhbətlər yayılmışdır. “xxxxxxxx” ASC-nin baş ofisindən onun rəhbərlik etdiyi filiala dollar satışında problem yaratmamağı, lakin bir nəfər üçün illik 20.000 AZN ekvivalentində ABŞ dollarının verilə biləcəyi barədə limit qoyulmuşdur. Gündəlik baş ofisdən maksimum 300-500 min ABŞ dolları məbləğində satışın həyata keçirilməsi barədə göstəriş verildiyindən qanuni olaraq limit çərçivəsində ABŞ dolları satışını təmin etmişdir. ABŞ dollarında dəyərinin qalxacağı barədə söz-söhbət davamlı olaraq getdiyindən, bununla bağlı müraciət edənlər çoxalmışdır. 17 ildir ki, bank sahəsində işlədiyindən sahibkarların əksəriyyəti onu tanımış və davamlı olaraq bank fəaliyyəti ilə əlaqədar onların fəaliyyətinə köməkliklər etmişdir. Buna görə də 2020-ci ilin mart ayında bir neçə müştəri kimi tanıdığı şəxslər filiala ABŞ dolları almaq üçün müraciət etmişlər. Davamlı olaraq qeyd olunan şəxslərin fəaliyyətinə köməklik etdiyindən ABŞ dolları alınması sahəsində də onlara köməklik etmişdir. Ölkədə neftin düşməsinin və virus pandemiyasının yayılmasının qısa müddətli dövr davam edəcəyini düşündüyündən, bank rəhbəri kimi müştərilərini itirməmək üçün onlara limitdən artıq ABŞ dolları satışında köməklik etmişdir. Belə ki, 2020-ci ilin 10-13 mart tarixlərində ona müraciət edən şəxslərin sayının çoxluğunu görərək mühasib Şahid1 06 ay üzrə adlarına nöqsanla hesab açılmış şəxslərin siyahısının baş ofisdən ona göndərildiyini üçün həmin dövr üzrə adlarına hesab açılmış şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini gətirməsini demişdir. Vəfa da ona müəyyən şəxslərin şəxsiyyət vəsiqələrini təqdim etmiş, o da filialın xəzinədarı Təqsirləndirilən şəxs2 müəyyən şəxslərin adına iştirakları olmadan ABŞ dolları mübadiləsi aparmalı olacağını dediyindən, Vəfanın ona vermiş olduğu şəxsiyyət vəsiqələrini Babəkə verməklə, sonuncuya təxminən 19-20 nəfər şəxsin adına 10.000 ABŞ dolları mübadilə etməsini tapşırmışdır. Mübadilə edilmiş ABŞ dollarının əvəzi olan manat kassaya qoyulmalı olduğundan baş ofisin nəzarətində olan kameya pulların dəyişilməsi prosesi düşməsin deyə ABŞ dollarını katric qutusunun içində xəzinə otağına gətirməsini və orada başqa katric qutusunun içində olan manat ekvivalentini kassaya aparmasını Babəkə demişdir. Babək də qeyd olunan şəxslərin iştirakı və razılığı olmadan valyuta mübadiləsini həyata keçirməklə ABŞ dolları ekvivalentində olan pulu katric qutusunun içində xəzinə otağına gətirmiş, onun da əvvəllcədən razılaşdıqları kimi həmin otağa qoymuş olduğu manat ekvivalentində olan pul vəsaitini digər katric qutusunun içində götürərək kassaya qoymuşdur. Mübadilə edilmiş məbləğ rəsmi məzənnə ilə tam şəkildə aparılmış, heç bir əskiklik olmamışdır. Lakin mövcud vəziyyətlə bağlı ABŞ dolları satışına limit qoyulduğundan istənilən məbləğdə pulu çıxara bilmədiyindən bu qanunsuz prosesi etmişdir. Bu prosesdə maddi marağı olmamış, rəsmi məzənnədə nəzərdə tutulmuş rəqəmdə mübadilə həyata keçirilmişdir. Həmçinin, həmin ərəfədə filiala çox müştəri və tanış müraciət etdiyindən 19 nəfər, Mövsümov Şəfa Kamran oğlunun, Şahid5, Şahid10, X14, Şahid2, X15, Şahid4, Şahid3, X28, X46, X20, X54, Şahid8, X31, X19, X37, Şahid12 və Şahid9 ilə bağlı edilmiş mübadilə üzrə pulu kimə məxsus olmasını xatırlamır. Bu şəxslər ABŞ dolları valyuta mübadiləsində iştirak etməmiş, adlarına mübadilə edilmiş pulun 60-70 min ABŞ dolları ona məxsus olmuş, qalanı da dediyi kimi tanışlarının pulu olmuşdur. 2020-ci ilin mart ayının 11-14 tarixlərində cəmi 39 nəfər fiziki şəxsin, yəni Şahid4, Şahid3, X15, X46, Şahid10, Şahid2, X28, Mövsümov Şəfa Kamran oğlunun, Şahid5, Şahid12, X54, X31, X19, X37, X20, Şahid9, Şahid8, X29, X22, X48, X23, Şahid11, X53, X4, Şahid7, X38, X18, X32, X39, X2, X30, X9, X45, X27, X57 mütəllim oğlunun, X10, Şahid6, X3 və X14 xəbəri olmadan adlarına qanunsuz olaraq ümumilikdə 391,745 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını onun göstərişi ilə Babək həyata keçirmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2015-ci ildən bank sektorunda, o cümlədən 2018ci ilin may ayının 31-dən əvvəlki adı “xxxxxx Bank” olan “xxxxxxxx“ ASC-nin 12 saylı filialında xəzinədar vəzifəsində işləmişdir. Vəzifəsi filialda kassa və depozitlər üzrə əməliyyat qrupunun aparıcı mütəxəssisi olmaqla, filialın xəzinə və ya kassa fəaliyyətinə nəzarət etməkdən və sairdən ibarət olmuşdur. İşlədiyi müddətdə həmin filialın müdiri Təqsirləndirilən şəxs1, filialın mühasibi Şahid1 olmuş, həmçinin filialda digər kredit işçiləri fəaliyyət göstərmişlər. Filial müdiri Təqsirləndirilən şəxs1 işlədiyi müddətdə əvvəllər bank tərəfindən ABŞ dollarının satışı ilə əlaqədar limit qoyulmadığından özü və tanışlarına müəyyən məbləğlərdə davamlı olaraq kassadan valyuta əməliyyatlarının aparılmağını tapşırmış, o da həmin prosesləri həyata keçirmişdir. 2020-ci ilin mart ayında ölkədə ABŞ dolları valyutasının dəyərinin qalxacağı ilə söhbətlər yayılmışdır. Bununla əlaqədar cəmiyyətin rəhbərliyi tərəfindən ABŞ dollarının satışına müştəri üzrə 10.000 ABŞ dollarınadək limit qoyulmuşdur. Bu zaman davamlı olaraq ABŞ dolları lazım olduğundan Ənvər müəyyən şəxslərin adına ABŞ dollarının çevirilməsinin həyata keçirilməsini ona bildirmişdir. 2020-ci ilin mart ayının 11-dən başlayaraq Ənvər onu dəfələrlə öz xidməti otağına çağıraraq həmin vaxt yanında olan tanışlarının adına valyuta mübadiləsinin həyata keçirilməsini tapşırmışdır. Həmçinin həmin şəxslərin şəxsiyyət vəsiqəsini və manat ekvivalentində olan pullarını ona verərək ABŞ dollarına çevirməklə gətirməyini demişdir. O da müdiri olan Ənvərin göstərişlərini icra edərək həmin prosesləri həyata keçirmişdir. Bir şəxsə 10.000 ABŞ dolları limit qoyulduğundan valyuta məbləğləri çox olduğu halda şəxsi tanışlarından bir neçə vəsiqə almaqla onların adına daha çox ABŞ dolları mübadiləsini həyata keçirmişdir. 19 nəfər fiziki şəxs olmadan, həmin şəxsləri görmədən adlarına 10.000 ABŞ dolları valyuta çevirməsini həyata keçirmiş, bu şəxslərin şəxsi vərəqələrinə özü onlar barəsində məlumatları, əmək haqlarını qeyd etmişdir. Anket məlumatında qeyd olunan məlumatlar həqiqəti əks etdirməmiş, Ənvərin göstərişi ilə həmin məlumatları özündə qeyd etmişdir. Sənədlər hazır olduqdan sonra kamerada düşməsin deyə 10.000 ABŞ dollarını filialın kamerası tam çəkmədiyi depozitariya bölməsinə katric qutusunun içində aparmış, orada Ənvər 10.000 ABŞ dollarının əvəzinə qoymuş olduğu 17.000 manat və ya kursa görə dəyişən digər qoymuş olduğu məbləği yenə də katric qutusunun içində gətirərək kassaya qoymuşdur. Bununla da, kassa əməliyyatından pulla bağlı heç bir problem olmamışdır. Bundan əlavə, 19 nəfərdən daha artıq şəxslərin adına valyuta mübadiləsi həyata keçirilmiş ola bilər, lakin həmin şəxslərin kimliklərini xatırlamır. Qanunsuz valyuta mübadiləsini Təqsirləndirilən şəxs1 göstərişi ilə həyata keçirmiş, bununla əlaqədar hər hansı maddi və sair nemət almamış, veriləcəyi barədə də ona vədlər verilməmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsi X33 izahatında göstərdi ki, “xxxxxx” İKB ASC üzrə xx xxxxxx 2013-cü il tarixli, 536 nömrəli əmrlə Təqsirləndirilən şəxs1 cəmiyyətin 12 saylı filialının direktoru vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2019-cu il tarixdə yenidən təşkil olunmadan sonra cəmiyyətin adının “xxxxxxxx” ASC-yə dəyişdirilməsi nəzərə alınmaqla həmin vəzifədə işləyərkən onunla bağlanmış eyni tarixli 682 nömrəli əmək müqaviləsi bağlanılmışdır. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 filialda kassa və depozitar əməliyyatlar üzrə mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli, 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5 və 8.7-ci bəndlərinə əsasən mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmətin şöbənin əməliyyat sisteminə daxil edilməklə müştəriyə bank çıxarışı verilməsi və mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10.000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmasının müəyyən edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının banklara ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciəti ilə 20.000 manat ekvivalenti məbləğinə bərabər və ya bu məbləğdən artıq valyuta əməliyyatı aparıldığı halda, vəsaitin mənbəyini təsdiq edən sənədin banka təqdim olunmaqla bankın əməkdaşı tərəfindən sənədlərin banka təqdim olunduğunun imzası ilə təsdiq edilməsinin, habelə Maliyyə Monitorinqi Xidmətinin müvafiq banka ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciəti ilə banklar tərəfindən aparılan 20.000 manat məbləğindən yuxarı valyuta mübadiləsi əməliyyatları zamanı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.14-cü və 9.15-ci maddələrində nəzərdə tutulan tədbirlərin tətbiqinin xx xxxxx 2020-ci il tarixinədək həyata keçirilməsinin tələb edilməsi ilə əlaqədar həmin qaydalara əməl etməyərək xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddətdə milli valyutada 666.946 manat pul vəsaitini ABŞ dolları xarici valyutasına filialda əvvəllər adlarına hesab açılmış şəxslərlə bağlı sənədlərdə olan şəxsiyyət vəsiqəsi surətlərindən istifadə etməklə rəsmi sənəd hesab olunmayan anketlərə həmin şəxslərlə bağlı vəsaitin mənbəyinə dair, habelə ciddi-hesabat blankı olmaqla rəsmi sənəd hesab olunan mübadilə əməliyyatı haqqında bank çıxarışına həmin şəxslər tərəfindən guya valyuta mübadiləsinin aparılmasına dair bilə-bilə yalan məlumatlar yazmaqla filialda əvvəllər adlarına bank əməliyyatları həyata keçirilmiş 39 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqələrinin surətlərini dosyelərdən götürüb razılaşmalarına əsasən həmin vəsiqə surətlərini və cəmi 666.946 manat pul vəsaitini qeyd edilən müddət ərzində hissə-hissə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 66 saylı ünvanda yerləşən bank filialında 39 nəfərin real şəkildə iştirakı və razılıqları olmadan “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan ediməsi” anketinə işləmələri və vəsaitin mənbəyinə dair qeyd edilib həmin şəxslərin adından, o cümlədən xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X45 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X27 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X1 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X10 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cü il tarixdə adına hesab açılmış Şahid6 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə adına hesab açılmış X3 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X14 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid4 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid3 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X16 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid10 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, X8 adına sənədləşdirmə aparmadan xx.xx.2020-ci il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Ağataşi-Musayev Qönçə Qəhrəman qızının adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X28 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X5 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə adına hesab açılmış X29 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X17 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X53 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X6 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X18 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X2 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X54 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X19 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X37 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X20 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid9 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid8 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X30 adından xx.xx.2020-ci il tarixli anket və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Mövsümov Şəfa Kamran oğlunun adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid12 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X46 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X31 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X21 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X47 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid11 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış Şahid7 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X38 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X32 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 11.745 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə adına hesab açılmış X39 adından Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli anket və bank çıxarışı əsasında həmin tarixdə 10.000 ABŞ dolları, ümumilikdə 391.745 ABŞ dollarına mübadilə edilməsinə nail olmuşlar. Bununla da “xxxxxxxx” ASC-nin valyuta mübadiləsinin mövcud normativ tələblərə uyğun həyata keçirilməklə mübadilə əməliyyatlarının şəffaflılığının təmin edilməsi və cəmiyyətin işgüzar nüfuzunun qorunubsaxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar. Hazırda “xxxxxxxx” MMC-nin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, 2005-ci ildən əvvəlki adı “xxxxxx” İKB olan “xxxxxxxx“ ASC-nin müxtəlif filiallarında işləmişdir. 2013-cü ildən isə “xxxxxxxx“ ASC-nin 12 saylı filialında ilk olaraq maliyyə nəzarətçisi, 2017-ci ildən isə əməliyyat qrupunun baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Vəzifəsi kassanın gündəlik açılıb-bağlanılması, kart hesablarının açılması və müştərilərə əlavə bank daxili xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Kassanın açılıb-bağlanılması gündəlik olaraq filialın müdiri Təqsirləndirilən şəxs1, özü və xəzinədar Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmişdir. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 onu xidməti otağına dəvət edərək 2019-cu ilin son 06 ayı üzrə filialda fiziki şəxslərin adına açılmış şəxslərdən bir qisminin sənədləşmələrində problemlər olduğunu deyərək həmin dövr üzrə bu şəxslərə aid sənədləri otağına gətirməyi xahiş etmişdir. O da belə sənədlərin çox olduğunu bildirəndə, Təqsirləndirilən şəxs1 son 06 ay üzrə hesab açılmış şəxslərin ancaq şəxsiyyət vəsiqələrinin surətlərini gətirməyini istəmişdir. Bundan sonra o, qeyd olunan dövr üzrə hesabı açılan 40-a yaxın şəxsin şəxsiyyət vəsiqələrinin bir qisminin surətini çıxarmaqla Təqsirləndirilən şəxs1 vermişdir. Bu proseslər 2020-ci ilin mart ayının 11 və ya 12-də baş vermişdir. Bundan sonrakı proseslərdən məlumatı olmamış və Ənvər ondan daha şəxsiyyət vəsiqəsi və ya digər sənəd tələb etməmiş, şəxsiyyət vəsiqələrinin surətlərini də ona qaytarmamışdır. 2020-ci ilin mart ayının ortalarından baş ofisdən nümayəndələr filiala gələrkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 bu şəxsiyyət vəsiqələrindən istifadə edərək şəxslərin məlumatları və iştirakları olmadan Təqsirləndirilən şəxs2 vermiş olduğu göstəriş əsasında qanunsuz olaraq valyuta mübadilələrinin həyata keçirilməsinə nail olmuşdur. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, o, 2019-cu ilin may ayının 09da metronun “Nizami” stansiyası yaxınlığında yerləşən “Apple Store” mağasından “iPhone 7” markalı telefonu “xxxxxxxx” ASC vasitəsilə kredit yolu ilə almışdır. Telefonu aldıqdan sonra ona bankdan zəng olunaraq sənədləri təsdiq etməsi üçün “xxxxxxxx” ASC-nin 12 saylı filialına yaxınlaşması bildirilmiş, o da həmin filiala yaxınlaşaraq adına olan kredit sənədləri təsdiqlənməklə şəxsiyyət vəsiqəsinin surətini kredit sənədlərinə əlavə etmişdir. Bundan sonra həmin filialda olmamış, ödənişlərini post-terminal vasitəsilə həyata keçirmişdir. 2020-ci ilin mart ayında xəbəri və məlumatı olmadan kimsə onun adından ABŞ dolları valyuta mübadiləsini həyata keçirməmişdir. İş materiallarında olan: - “xxxxxx” İKB ASC-nin İdarə Heyətinin sədri tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq olunmuş “Vəzifə Təlimatı”na əsasən filialın direktoru filiala ümumi rəhbərliyi və müştərilərlə qarşılıqlı münasibətlərin təşkilini həyata keçirir (2.1.1-ci bənd), Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və Bankın daxili normativ-sərəncam sənədləri ilə müəyyən edilmiş qaydada sənəd dövriyyəsini, mühasibat və vergi uçotunun aparılmasının, maliyyə, mühasibat, statistik və digər hesabatlığın təqdim edilməsini həyata keçirir (2.1.2-ci bənd), filialın götürdüyü öhdəlikləri, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ sənədlərinə və bankın daxili sərəncam sənədlərinə uyğun olaraq icra edir (2.1.7-ci bənd), bütün bank xidmətlərinin müştərilərə kompleksli və keyfiyyətli şəkildə təqdim edir və bank əməliyyatlarının bütün növlərinin həyata keçirir (2.2-ci bənd), filial tərəfindən müştərilərdən alınmış vəsaitlərin, bank sirrinin və müştəri haqqında məxfi məlumatların qorunmasının təşkil edir (2.1.2-ci bənd), banka və nəzarət orqanlarına hesabatlığın vaxtında təqdim edilməməsinə və doğru hesabatın təqdim edilməsinə, mühasibat uçotunun təşkilinin lazımi səviyyədə olmamasına, filial haqqında əsasnamə və etibarnamələr ilə müəyyən edilən hüquq və limitlərin aşılmasına, tabeçilikdə olan işçilər tərəfindən daxili sənədlərin tələblərinin pozulmasına və nəzarətin düzgün aparılmamasına, yerinə yetirdiyi işlərin qanunvericiliyə, Mərkəzi Bankın və bankdaxili normativ sənədlərin tələblərinə uyğun olmasına görə məsuliyyət daşıyır (4-cü bənd) (İV cild, i.v.29-32); - xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş “Vəzifə Təlimatı”na əsasən kassa və depozitar əməliyyatlar üzrə mütəxəssis mübadilə əməliyyatları aparır və bankın məzənnəsinə uyğun olaraq kurs tablolarına nəzarət edir, mədaxil və məxaric sənədlərinə əsasən xəzinə jurnalını aparır, təyin olunmuş xüsusi kurs üzrə konvertasiya əməliyyatlarını icra edir (1-ci bənd), vəzifələrini qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq yerinə yetirir (3.1-ci bənd), yerinə yetirdiyi işlərin qanunvericiliyə, Mərkəzi Bankın və bankdaxili normativ sənədlərin tələblərinə uyğun olmasına, bank sirrinin, kommersiya sirrinin qorunub saxlanmasına görə məsuliyyət daşıyır (4-cü bənd) (İV cild, i.v.36-37); - “xxxxxx” İKB ASC üzrə xx.xx.2013-cü il tarixli 536 saylı əmrlə Təqsirləndirilən şəxs1 bankın 12 saylı filialının müdiri vəzifəsinə təyin edilmiş, Zərərçəkmiş şəxs ASC üzrə xx.xx.2020-ci il tarixli, 91/A saylı əmrlə isə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (İV cild, i.v.19, 33); - “xxxxxx” İKB ASC üzrə xx.xx.2018-ci il tarixli 548/Q saylı əmrlə Təqsirləndirilən şəxs2 bankın 12 saylı filialının kassa və depozitar əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, Zərərçəkmiş şəxs ASC üzrə xx.xx.2020-ci il tarixli, 90/A saylı əmrlə isə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (İV cild, i.v.19, 33-35); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/440 saylı rəyinə əsasən ekspertizaya tədqiqata təqdim edilmiş, X48 adına olan xx.xx.2020-ci il tarixli, X39 adına olan xx.xx.2020-ci il tarixli, X40 adına olan xx.xx.2020-ci il tarixli, X38 adına olan xx.xx.2020-ci il tarixli, Mövsümov Şəfa Kamran oğlunun adına olan xx.xx.2020-ci il tarixli, X49 adına olan xx.xx.2020-ci il tarixli, Şahid12 adına olan xx.xx.2020-ci il tarixli, X31 adına olan xx.xx.2020-ci il tarixli “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi” anketlərində “Müştərinin imzası” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Şahid7 adına olan xx.xx.2020-ci il tarixli, X24 adına olan xx.xx.2020-ci il tarixli, Şahid11 adına olan xx.xx.2020-ci il tarixli “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi anketində” “Müştərinin imzası” qrafalarındakı imzaların – Təqsirləndirilən şəxs2 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İV cild, i.v.43-45); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən 38 ədəd “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi” anketi maddi sübut qismində tanınmışdır (İV cild, i.v.54-93); - Azərbaycan Respublikasının Baş prokuroru yanında X35 Baş İdarəsinin Əməliyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu və çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları yoxdur (İ cild, i.v.134-135). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2015-ci il tarixli 44/1 saylı Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndinə əsasən mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Həmin Qaydaların 8.7-ci bəndinə görə mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmət şöbənin (bankın) əməliyyat sisteminə (kompüter proqramına) daxil edilir və müştəriyə bank çıxarışı verilir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.14-cü maddəsinə əsasən monitorinq iştirakçıları tərəfindən tətbiq olunan əlavə eyniləşdirmə tədbirləri aşağıdakılardır: hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması; hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi; digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar mülkiyyətçi və əgər mümkündürsə, pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi. Qeyd olunan Qanunun 9.15-ci maddəsinə görə əməliyyatın tərəflərini bu Qanunla müəyyənləşdirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar mülkiyyətçi barədə eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda, monitorinq iştirakçıları müvafiq əməliyyatı həyata keçirməməli, işgüzar münasibətləri yaratmamalı, hesab açmamalı və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidir. İşgüzar münasibətlər yaradıldıqdan sonra müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilmirsə, müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr varsa, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatlar əldə etmək mümkün deyildirsə, monitorinq iştirakçıları işgüzar münasibətlərə xitam verməli və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini, habelə cəzasının yüngülləşdirən halın mövcud olmasını, əməllərindən peşmançalıq çəkmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onların üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 38 ədəd “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi” anket cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 100 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X25 10 saat üçün nəzərdə tutulan 60 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X41 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 5.000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 38 ədəd “Xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi” anket cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X25 10 saat üçün nəzərdə tutulan 60 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X41 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar