Məhkəmə qərarları › İş №1(006)-465/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-465/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-465/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun vəkili “LİDER” Vəkil Bürosunun vəkili Müdafiəçi, müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1, təqsiriləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 20 dekabr 2023-cü il tarixdə saat 14:55-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E240” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Bakıxanov prospekti istiqamətində 15 km/saat sürətlə hərəkətdə olarkən R.Behbudov və N.Şahbazov küçələrinin kəsişməsinə çatıb dönmə manevri edən zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və hadisənin qarşısını texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək onunla eyni istiqamətdə hərəkətdə olan "Tufan S150” markalı 50-B 524 dövlət qeydiyyat nişanlı motosikllə toqquşması nəticəsində ehtiyatsızlıqdan motosiklet sürücüsü Zərərçəkmiş şəxs alın və sağ əng sümüklərinin yerdəyişməmiş, sağ qalça sümüyünün yerdəyişmiş sınıqları, baş beyinin yüngül dərəcəli əzilməsi, alın nahiyəsinin, sağ göz yuvası ətrafı yumşaq toxumaların, bel və qarın nahiyələrinin, iri ölçülü dərialtı hematomaları, sağ gözün ağlı qişasına qansızma, burun, sağ dirsək oynağı, sol əl, bel və sağ diz oynağı nahiyələrinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığla ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində qəza baş verən zaman tıxacda, sol zolaqda sola dönmə işığını yandıraraq sola doğru dönmək üçün hərəkət edirmiş. Arxadan gələn nəqliyyat vasitəsi onun sola dönmə işığına məhəl qoymayaraq, onun sol tərəfindən ötmə əməliyyatı həyata keçirən 50-B-524 nömrə nişanlı motosiklet onun maşınının sol qanadına toxunmuş, sürücüsü idarəetməni tənzimləyə bilməmiş, bir neçə saniyə yerində motosikleti titrədərək, idaretməni nizamlamağı bacara bilməyərək motosikletdən yıxılmışdır. O da avtomobildən düşərək nəzər salmış və kömək məqsədilə öz mobil telefonu ilə saat 15:02 radəsində 102 xidmətinə yığaraq məlumat vermiş və həmin təcili yardım göndərmələrini xahiş etmişdir. Qəza yerində həyəcanlı olduğundan özünü pis hiss edirmiş, tərpənməyərək yerində dayanıb gözləmişdir. Sonra yol patrul xidməti gəlmiş və ona bildirmişdir ki. “maşını kənara çək, narahat olma, kamera görüntülərindən hər şey məlumdur, kameranın altındasınız". O da avtomobilini yolun kənarına çəkmişdir. Daha sonra polis əməkdaşları yaxınlaşaraq, onun idarəetməsilə Mercedes Benz markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobilini Yasamal rayonu ərazisində yerləşən cərimə Meydançasına yerləşdirmişlər. Sonra isə Nizami metrosu yaxınlığında yerləşən sərxoşluq müayinəsindən keçmişdir. Müayinələrin nəticəsində onun alkoqolsuz olduğu aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki. hadisədən əvvəl özünü yaxşı hiss etmiş, heç bir fiziki və psixi gərginlik keçirməmişdir. O, ümumiyyətlə spirtli içki içmir. “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə baş verən zaman saz vəziyyətdə olmuşdur. Hava işıqlı olmuş, gün işığı olmuş, lakin hava yağıntılı olmuşdur. O. avtomobili təxminən 15 km/saat sürəti ilə idarə etmişdir. O, idarə etdiyi avtomobili sola döndərmək üçün sol zolaqda hərəkət edərkən arxadan gələn motosikl ona toxunmuş, onun dönməyinə məhəl qoymayaraq ona toxunmuş, sonra isə irəlidə dayanaraq motosiklə tormoz-qaz vermiş, bir az sonra isə motosiklə anidən qaz vermiş, motosiklın arxası qalxmış, sonradan adını öyrəndiyi Süleyman motosikldən yıxılaraq xəsarət almışdır. Motosiklet onun idarə etdiyi avtomobilə toxunduğu anda surətinin az olmasına baxmayaraq dərhal avtomobilini dayandırmışdır. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 rədələrində idarə etdiyi Tufan S 150 markalı moped 50-B-524 dövlət qeydiyyat nişaniı motosikl ilə Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsi ilə 3-cü zolaqda hərəkət edərkən irəlidə “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət etdiyini görmüş, həmin avtomobil də öz yolu ilə hərəkət edirmiş, o, Rəşid Behbudov küçəsi ilə 3-cü zolaqda hərəkət edərkən Mercedes markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşın qəfildən dönmə nişanını yandırmadan sola dönərək onun hərəkət etdiyi zolağa çıxdığından, idarə etdiyi Tufan S 150 markalı moped 50-B-524 dövlət qeydiyyat nişanlı motosikl Mercedes markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmuş, o. toqquşmanın zərbəsindən idarəetməni itirmiş, motosikl aşmış və o. motosikl ilə birlikdə sürüşərək yolun kənarında olan bardyora çırpılmışdır Xəsarətləri ağır olduğundan o, xəstəxaya aparılmış, xəstəxanada müalicə olunmuşdur. Əlavə olaraq bildirmişdir ki. toqquşmanın baş verməsinə səbəb. “Mercedes Benz” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sola dönmə işığını yandırmadan və yol hərəkəti qaydalarını pozaraq onun hərəkət zolağına anidən çıxaraq sola dönməsi nəticəsində həmin avtomobillə onun idarə etdiyi motosiklın toqquşması qaçılmaz olduğundan, yol-nəqliyyat hadisəsi baş vermişdir O, hadisə nəticəsində ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir, hal-hazırda da müalicələri davam etdirilir. Cinayət hadisəsi nəticəsində ona 1.213 manat maddi ziyan dəymiş, eyni zamanda o. cinayət hadisəsi zamanı kuryer fəaliyyəti ilə məşğul olmuş, göstərdiyi xidmətlərə görə orta hesabla 30-35 manat gəlir əldə etmişdir. Lakin hadisə nəticəsində ağır xəsarət aldığına görə əmək qabiliyyətini itirdiyindən itirilmiş əmək haqqı əvəzi olaraq ona 3.000 manat maddi ziyan dəymişdir. Bununla yanaşı cinayət təqibi orqanında onu təmsil etmək və hüquqlarını müdafiə etmək üçün vəkil qurumu ilə bağlanmış müqaviləyə əsasən onun tərəfindən müdafiəçiyə 1.200 manat vəkil xidməti haqqı ödənilmişdir. Bunula yanaşı aldığı bədən xəsarətlərinin xarakterinə görə o, aylarla yataq rejiminə düçar olmuş və 3-cü şəxslərin köməyinə möhtac qalmışdır. Buna görə 5.000 manat dəyərinə mənəvi ziyan dəymişdir. Həmçinin müalicə alan zaman tibbi preparatlara və ləvazimatlara, həmçinin ambulator müalicə zamanı evində tibb bacısı tərəfindən göstərilən tibbi xidmətlərə görə 2.000 manat vəsait xərcləmişdir. Bununla da ümumilikdə ona 12.413 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etdiyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin 33-37-ci vərəqlərində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 1805 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər – alın və sağ əng sümüklərinin yerdəyişməmiş, sağ qalça sümüyünün yerdəyişmiş sınıqları, baş beyinin yüngül dərəcəli əzilməsi, alın nahiyəsinin, sağ göz yuvası ətrafı yumşaq toxumaların, bel və qarın nahiyələrinin, iri ölçülü dərialtı hematomaları, sağ gözün ağlı qişasına qansızma, burun, sağ dirsək oynağı, sol əl, bel və sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 57-62-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 8/459-4/375 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən tədqiq olunan məlumatlara əsasən Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Tufan S150” markalı, 50-B-524 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısı almağa texniki imkanı olmamış, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Cinayət işinin 74-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, cinayət işi üzrə CM-nin 263.1-1-ci maddəsinin dispozisiyasında birbaşa müəyyən edilmiş və ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmuş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs sərəncamına verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Tufan S150” markalı, 50-B-524 dövlət qeydiyyat nişanlı motosiklet saxlanılması üçün Zərərçəkmiş şəxs geri qaytarılmış, iş üzrə sübut əhəmiyyəti daşıyan 20 dekabr 2023-cü il tarix saat 14:50-dən saat 15:30-dək olan müddətdəki video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmışdır. Məhkəmə iclası zamanı mülki iddiaçı (zərərçəkmiş şəxs) məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, 1(006)-465/2024 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin ağır maliyyə vəziyyətini nəzərə alaraq ona müəyyən güzəştə getməyə qərar vermişdir. Belə ki, aralarında əldə edilmiş razılığa əsasən yalnız itirilmiş əmək haqqı xərcinin və vəkilə ödənilmiş hüquqi yardım haqqının kompensasiya əvəzi olaraq onun tərəfindən 1500 manat məbləğ ödənilir, həmçinin hadisə nəticəsində əmlakına (motosikletə) və sağlamlığına dəymiş zərər isə onun tələbi əsasında sığorta şirkətləri tərəfindən ödəniləcəkdir. Qeyd edilən şərtlər daxilində maddi zərərin qalan hissəsindən imtina etdiyindən bu şərtlərlə barışıq əldə edilmişdir. Bu səbəbdən qeyd edilənlər nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı artıq heç bir iddiası yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan imtina edilməsi qəbul edilsin. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sərəncamında olması,“Tufan S150” markalı, 50- B-524 dövlət qeydiyyat nişanlı motosikletin sahibinə geri qaytarılması və iş üzrə sübut əhəmiyyəti daşıyan 20 dekabr 2023-cü il tarix saat 14:50-dən saat 15:30-dək olan müddətdəki video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan imtina edilməsi qəbul edilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar