Məhkəmə qərarları › İş №1(007)-197/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-197/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-197/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, X11 Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016cı il tarixli 1903 nömrəli Əfv Sərəncamına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 15/11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən “8-ci kilometr bazarı” ilə həmin küçədə yerləşən 41 saylı yaşayış binasının qarşısındakı yolda üzü Qara Qarayev prospekti istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə olan idarə etdiyi “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkətə başlayaraq sağdan sola yerdəyişmə edərkən, təhlükəli manevr edib hərəkətin digər iştirakçıları üçün maneə yaratdığından eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisədən sonra avtomobildən yerə düşərək toqquşmanın özünün yol verdiyi qayda pozuntusu səbəbindən baş verməsinə baxmayaraq, əsaslı səbəb olmadan sürücü Zərərçəkmiş şəxs1 üstünə gedərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs1 ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs1 üstünə hücum edib qəsdən yumruqla başına və əlindəki silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsinə çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 fiziki ağrı və baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə sərhəddinin şişkinlik halında əzilməsi və qançırı, sağ çiyin nahiyəsinin sıyrıqlarından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bunu görən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 “VAZ 21074” markalı avtomobildən yerə düşərək onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 da ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ona müqavimət göstərməklə qəsdən əli ilə itələyib “Toyota Corolla” markalı avtomobilin qabaq sol qapısını zərblə açaraq sağ qolundan vurmaqla Zərərçəkmiş şəxs2 fiziki ağrı və sağ bazunun bayır səthinin qançırından ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməyərək və prosesin müvafiq mərhələlərində iki dəfə (ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinə başlanılarkən və sübutların araşdırılması başa çatarkən) təklif edilməsinə baxmayaraq, ifadə verməkdən imtina etmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində həyat yoldaşı Şahid11 və qohumu Şahid13 ilə birlikdə idarə etdiyi “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarına gəlmişdir. Həyat yoldaşı Maya və qohumu İsa bazara getmişlər. O isə, avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Bu vaxt həmin yolda hərəkətdə olan ağ rəngli “VAZ 2107” markalı avtomobil qəfildən onun avtomobilinə tərəf gəlmiş və avtomobilinin solundan vurmuşdur. “VAZ 2107” markalı avtomobilin qabaq ön tərəfi onun avtomobilinin sol arxa və qabaq qapılarına dəymişdir. O, yol-nəqliyyat hadisəsinin baş verdiyi andan avtomobilini tərk etməmiş və yol patrul inspektorlarının hadisə yerinə gəlişini gözləmişdir. Həmin anda “VAZ 2107” markalı avtomobilin sürücüsü, yanında bir qadınla birlikdə avtomobildən düşüb onun olduğu avtomobilinin şüşəsindən düşməyini tələb etmişlər. O isə, yenə də avtomobilini tərk etməmişdir. Qısa vaxt sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən bir qədər sonra həyat yoldaşı Maya və qohumu İsa da qəzanın baş verdiyi yerə gəlmişlər. Avtomaşınların toqquşması zəif olduğundan toqquşma zamanı o və qarşı avtomobilin sürücüsü ilə orada olan sərnişin heç bir xəsarət almamışlar. Həmin gün o, ümumiyyətlə heç kimlə dalaşmamış, heç kimi vurmamış, heç kəs də onu vurub xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs1 təhqir etməmiş, yumruqla və ya hansısa alətlə vurmamış, onda vintaçan və ya başqa hansısa alət olmamışdır. Onun əlində vintaçan alət olmamış və heç kəs də onun əlindən həmin aləti almamışdır. “VAZ 2107” markalı avtomobilin sürücüsü qəza törətdikdən sonra avtomobilində olan və arxa oturacaqda sərnişin kimi əyləşən həmin qadın avtomobildən yerə düşüb, sürücü ilə birlikdə ondan avtomobilini tərk etməyini tələb etmişlər, o isə, polis əməkdaşları hadisə yerinə gələnədək avtomobilini tərk etməmişdir. Zərərçəkmiş şəxs1 paltarındakı zədələrin yaranma səbəblərini bilməmiş və bununla bağlı heç bir fikri olmamışdır. O, Zərərçəkmiş şəxs2 vurmamış, xəsarətləri nə cür və necə aldığını bilməmiş, bununla bağlı heç bir fikri olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə nə onun, nə həyat yoldaşı Mayanın, nə də ki, İsanın arasında mübahisə olmamış, ümumiyyətlə orada heç bir insident və dava-dalaş baş verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 15 radələrində ** HA *** dövət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən “Azərsutikinti” xəstəxanası yolu ilə Nizami rayonu, “8-ci kilometr bazarı” istiqamətində hərəkət etmişdir. Avtomobildə ondan başqa həyat yoldaşı Zərərçəkmiş şəxs2 olmuşdur, Cavahir sərnişin kimi arxa oturacaqda əyləşmişdir. 24-cü Polis Şöbəsinin keçmiş inzibati binasının qarşısındakı yolla, yəni Cəmşid Naxçıvanski küçəsi ilə Qara Qarayev prospekti istiqamətində 40 km/saat sürətlə hərəkətdə olduğu vaxt irəlidə “Qazel” markalı avtomobilin maneə yaratdığını görüb, avtomobili bir qədər sağa doğru çəkərək hərəkətini davam etdirmişdir. Naxçıvanski küçəsinin Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi küçə ilə kəsişməsinə təxminən 40-50 metr qalmış onun avtomobilindən sağda tam hərəkətsiz vəziyyətdə dayanmış qara qəngli ** CU *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobil anidən hərəkətə başlayıb birbaşa sola doğru, yəni onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, həmin anda “Toyota Corolla” markalı avtomobili idarə edən sürücünün hərəkətə başlayıb, qəfil onun yoluna çıxarkən əlində tutaraq qulağına qoyduğu mobil telefonla danışdığını və bu səbəbdən də düzünə hərəkət edən idarə etdiyi avtomobilə, yəni onun idarə etdiyi avtomobilə fikir vermədiyini görmüşdür. “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin anidən hərəkətə gəlib, onun yoluna çıxması səbəbindən 40 km/saat surətlə idarə etdiyi avtomobilinin sağ ön hissəsi “Toyota Corolla” markalı həmin avtomobilin sol qabaq və arxa qapıların orta hissəsinə çırpılmışdır. “Toyota Corolla” markalı avtomobili idarə edən sürücü avtomobilini həqiqətdə getdiyi istiqamətdə deyil, düz istiqamətə doğru döndərib 6-7 metr aralı məsafədə saxlamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində açıq-aşkar günahkar sürücünün “Toyota Corolla” markalı avtomobili idarə edən sürücü, yəni sonradan adını bilərək tanıdığı Təqsirləndirilən şəxs olduğu görünmüşdür. Təqsirləndirilən şəxs günahkar olmasına baxmayaraq avtomobilindən düşüb, onunla mübahisə etməyə başlamış, bu zaman onun ünvanına qeyri-etik, nalayiq söyüşlər, ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə, elementar əxlaq və davranış qaydalarına riayət etməyə dəvət etsə də, o, buna əhəmiyyət verməyib ünvanına nalayiq söyüşlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs iti addımlarla ona doğru gəlməyə və yenə də ünvanına qeyri-etik ifadələr işlətməyə başlamış, o isə, Təqsirləndirilən şəxs etdiyi nalayiq söyüşləri özünə qaytarıb geri söymüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşıb yumruqla alnından bərk zərbə vurmuş, zərbə çox güclü olduğundan bir anlıq gözləri qaralmış, huşunu itirmiş, lakin özünü tez toparladığından yerə yıxılmamış, güclə ayaq üstə qala bilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs təkrar sağ əli ilə başının arxa nahiyəsindən zərbə vurmuşdur, ikinci yumruq zərbəsindən sonra səndələyib arxaya doğru bir-iki addım atmağından istifadə edib Təqsirləndirilən şəxs yenidən ona tərəf gələrək sağ əlindəki hansısa yad cisimlə sağ çiynindən bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs əlindəki predmetin nə olduğunu əvvəlcə anlamamış və cəld əli ilə sağ çiyninə endirdiyi əlini tutub saxlamışdır. Həmin anda Təqsirləndirilən şəxs əlindəki predmet onun sağ çiyninə təmas etdiyi vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs zərbə endirdiyi əlini onun tutduğunu görüb əlindəki predmetlə həmin yerdən döşünə doğru bir neçə dəfə zərbə endirməyə başlamışdır. Həmin anda o, var qüvvəsi ilə Təqsirləndirilən şəxs əlindəki predmeti almağa çalışmışdır. Bu vaxt avtomobildən artıq yerə düşən həyat yoldaşı Cavahir də onlara yaxınlaşıb Təqsirləndirilən şəxs əlindən ona ardıcıl xəsarət yetirdiyi həmin əşyanı almağa çalışmışdır. Cavahirin səyi nəticəsində Təqsirləndirilən şəxs əlindəki həmin predmet yerə düşmüşdür. O, məhz həmin anda Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi əşyanın vintaçana bənzədiyini başa düşmüşdür. Vintaçana bənzəyən əşya hadisə yerində düşüb qalmışdır. Təqsirləndirilən şəxs həmin əşya ilə onu vurmasından sonra sağ çiynində və döşündə bərk ağrılar hiss etmişdir. O, nə baş verdiyini anlamaq üçün əlini əynindəki gödəkçəsindən içəri salıb bədəninin ağrılı yerinə toxundurmuş, əlini geri çəkəndə barmaqlarının üzərində qan izləri olduğunu görmüşdür. Həmin anda Təqsirləndirilən şəxs onu vintaçanla vurub xəsarət yetirdiyini başa düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs avtomobilinə doğru iti addımlarla getməyə başlamışdır. Cavahir isə ondan narahat olduğu üçün ətrafa toplaşan şəxslərdən kömək etmələri üçün yardım istəmiş və hətta həmin anda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş verənləri anlatmışdır. Cavahirin ağlamağına, səs-küyünə cavab olaraq Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər işlətməyə, əxlaqsız qadın adlandırmağa başlamış və bu sözləri ucadan təkrar-təkrar demişdir. Cavahir Təqsirləndirilən şəxs tərəf gəldikdə isə, Təqsirləndirilən şəxs avtomobilin qapısı ilə Cavahirin sinəsinə və sağ qoluna vurmuşdur. Mübahisənin başladığı ilk andan etibarən ətrafdakı insanlar hadisə yerinə axın etməyə başlamışlar. Hər kəs Təqsirləndirilən şəxs sakitləşdirmiş, həmin şəxsin ona və həyat yoldaşına etdiyi zorakılığın qarşısını almağa çalışmışdır. Cavahir qolundan aldığı zərbədən sonra yaxınlıqda olan bir qadın özünə gəlməsi üçün ona su vermişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yanında bir nəfər orta yaşlarda qadın və bir nəfər cavan oğlan görmüşdür. Həmin oğlan və qadın Təqsirləndirilən şəxs yaxınları olmuşlar. Həmin şəxslər hadisə yerinə sonradan gəldikləri üçün və yol-nəqliyyat hadisəsi zamanı orada olmadıqları üçün hadisələrə heç bir müdaxilələri olmamışdır. Cavahirin DİN-nin “102” xidmətinə zəngindən az bir vaxt sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs sakitləşməyib onun və Cavahirin ünvanına nalayiq söyüşlərini davam etdirmiş, daha aqressiv şəkildə davranaraq onun üzərinə gəlməyə cəhd etmişdir. Hadisə yerinə xeyli insanın toplaşması və yoldakı hərəkətin məhdudlaşması səbəbindən polis əməkdaşları hər iki nəqliyyat vasitəsini hadisə yerindən götürüb, onları da Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra müstəntiq ona və Təqsirləndirilən şəxs hadisə yerinə qayıtmağı və onların iştirakı ilə baxış keçirməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bundan imtina etmişdir. Müstəntiq xidməti otağında bununla bağlı protokol tərtib etmiş və protokolun məzmununu onlara oxumuşdur. Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən protokolu imzalamamışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində nə o, nə də həyat yoldaşı Cavahir heç bir xəsarət almamışlar. Xəsarətləri onlara Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsindən sonra zorakı davranışı ilə yetirmişdir. Yolnəqliyyat hadisəsi baş verdiyi andan Təqsirləndirilən şəxs qeyri-etik davranışı, ona və həyat yoldaşına qarşı zorakılıq hərəkətləri təxminən 20-25 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs döyən, ona qarşı zorakılıq edən olmadığından və hətta avtomobillərin toqquşması elə də güclü olmadığından həmin şəxs xəsarət almamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 15 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsindən “Azərsutikinti” xəstəxanası yolu ilə “8-ci kilometr bazarı” istiqamətində hərəkət etmişlər. O, avtomobilin arxa oturacağında oturmuşdur. “8-ci kilometr bazarı” boyunca Cəmşid Naxçıvanski küçəsi ilə Qara Qarayev prospekti istiqamətində hərəkətdə olduqları vaxt irəlidə “Qazel” markalı avtomobil maneə yaratdığından Elxan avtomobilin idarəetməsini bir qədər sağa doğru çəkib hərəkətinə davam etmişdir. İrəlidəki yol ayrıcına təxminən 40-50 metr qalmış onların olduqları avtomobildən sağda tam hərəkətsiz vəziyyətdə dayanmış qara qəngli “Toyota Corolla” markalı minik avtomobili anidən sola doğru hərəkətə başlamış və onların olduqları avtomobilin qarşısına çıxmışdır. “Toyota Corolla” markalı avtomobili idarə edən sürücünün əlində qulağına qoyulmuş vəziyyətdə mobil telefon olmuşdur. Həmin sürücünün diqqətsizliyi səbəbindən Elxanın idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sağ ön hissəsi “Toyota Corolla” markalı avtomobilin sol tərəfdən tam ortasına çırpılmışdır. “Toyota Corolla” markalı avtomobili idarə edən sürücü avtomobilinin səmtini dəyişib 6-7 metr aralıda saxlamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində açıq-aşkar günahkar “Toyota Corolla” markalı avtomobili idarə edən sürücünün olduğu görünmüşdür. Həmin sürücü, sonradan adını bildikləri və tanıdıqları Təqsirləndirilən şəxs qəfil avtomobilindən düşüb Elxanla mübahisə etməyə başlamış, yüksək səslə nalayiq ifadələr, sözlər işlətmişdir. Elxan isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış və yol patrul inspektorları gələnədək səbrli olmaq, söyüş söyməmək və ədəb-ərkanlı olmaq lazım olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs buna əhəmiyyət belə verməmiş və Elxanın ünvanına nalayiq söyüşlərini söyməkdə davam etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs iti addımlarla Elxana doğru gəlməyə başlamış və sağ əli ilə əvvəlcə Elxanın alın nahiyəsindən yumruq zərbəsi vurmuşdir. Elxan zərbədən sonra üzünü yana çevirib hər iki əli ilə üzünü tutmuşdur. Bu dəfə Təqsirləndirilən şəxs ikinci dəfə yumruğu ilə Elxanın başının arxa nahiyəsindən yumruqla vurmuşdur. Elxan ikinci zərbədən sonra üzünü Təqsirləndirilən şəxs tərəf çevirmiş və özünü müdafiə etməyə başlamışdır. Bu dəfə Təqsirləndirilən şəxs sağ əli ilə cibindən çıxardığı vintaçanla Elxanın sağ çiynindən ardıcıl vurmağa başlamışdır. Həmin anda o, avtomobildən düşmüş və dəhşət içində qışqıraraq insanları köməyə çağırmışdır. Elxan isə Təqsirləndirilən şəxs əlindəki vintaçandan bərkbərk yapışmışdır. Lakin Təqsirləndirilən şəxs əlini geri çəkib təkrar-təkrar zərbələr endirmişdir. O, Təqsirləndirilən şəxs əlindən vintaçanı almaq üçün ona doğru getmiş və əlinin içində tutduğu həmin vintaçanı ondan almağa çalışmışdır. Bu vaxt vintaçan Təqsirləndirilən şəxs əlindən kənara düşmüşdür. Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, əxlaqsız qadın deyə onu təhqir etmiş və avtomobilinə doğru iti addımlarla hərəkət etməyə başlamışdır. O, həmin anda mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş verənləri anlatmağa başlamış və qeyriixtiyari sürücü tərəfə gəlib “hara qaçırsan?, “102”-yə zəng etmişəm, polis yoldadır, gəlir” demişdir. Təqsirləndirilən şəxs onun bu sözündən sonra acıqlı şəkildə onu təhqir edib “ “102”-yə arxayınsan, məni polislə qorxutma, mən də bu dəqiqə “102”-yə yığaram” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı mobil telefonu qulağına qoyub kiməsə zəng edirmiş kimi özünü aparmış, anidən də onun özünün yanında dayanmağından hiddətlənib avtomobilinin qapısını bir neçə dəfə açıb-bağlamaqla onun qoluna və sinəsinə qəsdən zərblə çırpmışdır. Hadisənin əvvəlindən etibarən ətrafa xeyli sayda insan toplaşmış və hər kəs baş verənləri seyr etmişdir. Avtomobilin qapısının zərblə ona çırpılmasından sonra səndələyib arxaya doğru getmişdir. Həmin anda həyəcan, baş verənlər onu bərk qorxutmuş və o, huşunun gedəcəyindən ehtiyat etmişdir. Bu vaxt ora toplaşanlardan tanımadığı bir nəfər qadın ona su gətirmiş, o, sudan bir-iki qurtum alıb özünə gəlməyə çalışmışdır. Təxminən bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerinə gəlsələr də, Təqsirləndirilən şəxs yenə də onun və Elxanın ünvanına nalayiq söyüşlər etmiş, hətta Elxanın üzərinə hücum etməyə çalışmışdır. Lakin polislərin müdaxiləsindən sonra bu baş verməmişdir. Hadisə yerində xeyli insan olmuş və yolda avtomobillərin hərəkəti tam dayanmışdır. Bu səbəbdən də polislər dərhal avtomobilləri hadisə yerindən götürmüş və onları avtomobilləri ilə Nizami rayon Polis İdarəsinə gətirmişlər. Yol-nəqliyyat hadisəsi nəticəsində o və Elxan heç bir xəsarət almamışlar. Lakin yol-nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs onlara fiziki zor tətbiq edərək xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs qeyri-etik davranışı, ona və Elxana qarşı zorakılıq hərəkətləri təxminən 25 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs avtomobilinin qapısını qəsdən zərbə ilə onun sinəsinə və sağ qoluna çırpmışdır. Təqsirləndirilən şəxs Elxana qarşı istifadə etdiyi vintaçan aləti ani vaxtda görmüşdür, dəqiq ölçülərini bilməsə də, həmin alət kiçik ölçülü olmuşdur, yalnız onun müdaxiləsindən sonra vintaçan Təqsirləndirilən şəxs əlindən yerə düşmüş və sonadək hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs vurmasından sonra xəsarət aldığı üçün Elxan tam hərəkətsiz qalmışdır. Onun öz hərəkətləri isə ətrafdakılardan qışqıraraq yardım istəməkdən və Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını almaqdan, ən əsası da Təqsirləndirilən şəxs əlindən vitaçanı almaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs özünü döyən, ona qarşı zorakılıq edən olmamış və o, yol-nəqliyyat hadisəsi zamanı da xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi zamanı o və Elxan da heç bir xəsarət almamışlar, bədənlərindəki xəsarət izləri Təqsirləndirilən şəxs yol qəzasından sonra yumruqla Elxanı baş nahiyəsinə iki dəfə, vintaçanla sağ çiyninə bir neçə dəfə vurmasından, avtomobilinin qapısı ilə isə onu sinəsindən və qolundan bir neçə dəfə qəsdən vurmasından sonra yaranmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 15:21-də vətəndaş Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yanında “Toyota” markalı avtomobilin ərinin idarə etdiyi avtomobillə toqquşması və həmin avtomobilin sürücüsünün əri ilə mübahisə edərək dalaşması barədə verdiyi məlumat əsasında hadisə yerinə gəlmişdir. Hadisə yerinə çatdıqda ona məlum olmuşdur ki, “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 saylı ünvanda yerləşən “Kolxoz bazarı” ilə həmin küçədəki 41 saylı yaşayış binasının qarşısındakı yolda hərəkətdə olarkən yolun sağ kənarında park vəziyyətində olan “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sola manevr edərək yolun hərəkət hissəsinə çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. O, hadisə yerinə gəldikdə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin üç əməkdaşı - baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid3 və sahə inspektoru Şahid1 hadisə yerində olmuşlar. O, ilk əvvəl toqquşmuş avtomobillərin sürücülərini və avtomobildə sərnişin olub-olmadığını, xəsarət alan sürücü və ya sərnişinin olub-olmadığını dəqiqləşdirmişdir. Müəyyən etmişdir ki, “Toyota Corolla” markalı avtomobili idarə edən şəxs sürücülük hüquq olan və nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs olmuşdur, onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Təqsirləndirilən şəxs çox aqressiv olmuş, nalayiq söyüşlər söymüş, toqquşduğu avtomobilin sürücüsünü təhqir etmişdir. Hətta, bir dəfə Təqsirləndirilən şəxs onunla söhbət edərkən qəfildən digər avtomobilin sürücüsünün üzərinə doğru yerimək istəmiş, lakin o və hadisə yerində olan digər polis əməkdaşları buna mane olmuşlar. O, Təqsirləndirilən şəxs nə baş verdiyini, toqquşmanın necə yarandığını öyrənməyə çalışsa da, sonuncunun aqressiv hərəkətlərindən heç nə öyrənə bilməmişdir. Lakin Təqsirləndirilən şəxs xəsarət almadığını özündən dəqiqləşdirmişdir. Digər avtomobilin sürücüsünün yanına gedib sənədləri tələb edərkən həmin sürücünün əli ilə sağ çiynini tutduğunu, əynindəki jaketi deşilmiş və alnı qızarmış vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxsdən sənədləri tələb edib, nə baş verdiyini soruşduqda, o, sürücülük vəsiqəsini, avtomobilə aid etibarnaməni və avtomobilin texniki pasportunu ona verib, toqquşma zamanı özünün və avtomobildə olan arvadı Zərərçəkmiş şəxs2 heç bir xəsarət almadığını, “Toyota Corolla” markalı avtomobilin sürücüsünün toqquşmadan sonra onun və arvadını yumruqla, vintaçan alətlə və avtomobilin qapısı ilə vurub xəsarət yetirdiyini bildirmişdir. O, təqdim edilən sənədlər əsasında “VAZ 21074” markalı avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs1 olduğunu, onun avtomobili etibarnamə əsasında idarə etdiyini müəyyən etmişdir. O, yol-nəqliyyat hadisəsi yerindən aşkar etdiyi zəruri izlər, eləcə də ətrafda toplaşan xeyli insan arasında toqquşmanı görən şəxslərdən aldığı məlumatlar əsasında yol-nəqliyyat hadisəsinin sxemini tərtib etmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar zəruri sənədləri tərtib edib başa çatdırdıqdan sonra 24-cü Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşdıqda, ona burada iki nəfərin döyülüb xəsarət aldığını, cinayət hadisəsi baş verdiyini, hadisə yerində cinayət zamanı istifadə edilən alət qaldığını demişlər. O isə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırmanı yekunlaşdırdığını, müstəntiqin inspektor- kriminalistlə gəlib hadisə yerinə ətraflı baxış keçirəcəyini demiş, təkrar gərginlik yaranmasın deyə, təhlükəsizliyi təmin etmək, yolda avtomobillərin normal hərəkətinə şərait yaratmaq, yaranmış tıxacı açmaq üçün avtomobilləri hadisə yerindən götürməli və sürücüləri və mübahisə tərəfləri ilə birlikdə Polis İdarəsinə aparmalı olduğunu bildirmişdir. Onun sözündən sonra əməliyyat müvəkkili Şahid3 və sahə inspektoru Şahid1 onunla birlikdə mübahisə iştirakçılarını nəqliyyat vasitələri ilə birlikdə Nizami rayon Polis İdarəsinə aparmışlar, baş əməliyyat müvəkkili Şahid4 isə müstəntiq və inspektor-kriminalist hadisə yerinə gələnədək orada qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun tərkibində xidmətdə olarkən yol-nəqliyyat hadisəsi və dava-dalaşla bağlı daxil olmuş məlumat üzrə o, 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 və həmin Şöbənin əməliyyat müvəkkili Şahid3la birlikdə ünvan 1 saylı ünvanda yerləşən “Kolxoz bazarı” ilə həmin küçədəki 41 saylı yaşayış binasının qarşısındakı yolda baş verən hadisə yerinə getmişlər. Orada, “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilmişdir. Onlar hadisə yerində olduqları vaxt “Toyota Corolla” markalı avtomobilin sürücüsü yüksəkdən “VAZ 21074” markalı avtomobilin sürücüsünün ünvanına təhqiramiz sözlər demiş, hədələmiş, “dərsini yaxşı verdiyini” bildirmişdir. “Toyota Corolla” markalı avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs hadisə yerinə yığışan kənar şəxslərə qarşı da aqressiv davranaraq hədələmişdir. Həmin vaxt onlar əvvəlcə “VAZ 21074” markalı avtomobilin sürücüsünə yaxınlaşmışlar və həmin şəxsin Zərərçəkmiş şəxs1 olduğunu müəyyən etmişlər. Zərərçəkmiş şəxs1 ayaq üstə avtomobilinə söykənmiş vəziyyətdə dayanmış, sol əli ilə sağ çiynini tutmuşdur. Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda, o, “Toyota Corolla” markalı avtomobilin sürücüsünün, yəni onların tanıdığı Təqsirləndirilən şəxs əvvəlcə yumruqla başından, daha sonra əlindəki alətlə sağ çiynindən vurduğunu və hətta avtomobilində olan arvadı Cavahiri də vurub xəsarət yetirdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 sağ çiynindən döşünə doğru uzanan xəsarət izlərini görmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu, arvadı Cavahirin artıq DİN-nin “102” xidmətinə telefonla məlumat verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir neçə dəfə Zərərçəkmiş şəxs1 təhqir edərək üstünə hücum çəkməyə cəhd etmiş, lakin həm onlar, həm də ətrafdakılar buna imkan verməmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxsta yaxınlaşıb özlərini təqdim etdikdən sonra ictimai yerdə olduğunu, davranışına və hərəkələrinə sərhəd qoymasını, bu hərəkətləri ilə ətrafdakı insanları qorxuya saldığını və kənardakı şəxslər üçün təhlükə yaratğını, bu hərəkətləri nəticəsində yoldakı nəqliyyat vasitələrinin hərəkətinin iflic olduğunu demiş, sakitləşməsini tələb etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs xəsarət alıb-almadığını, kiminsə onu döyüb-döymədiyini, “VAZ 21074” markalı avtomobilin sürücüsündən şikayətçi olub-olmadığını soruşmuşlar, o, xəsarət almadığını, heç kim tərəfindən vurulmadığını və heç kimdən də şikayətçi olmadığını bildirmişdir. Bir az sonra hadisə yerinə Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru Şahid2 gəlmiş, onlara yaxınlaşaraq hadisə yerində olan şahidlərin deməsinə görə “Toyota Corolla” rıarkalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsindən sonra avtomobilindən düşüb mübahisə etməyə başladığını, “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hansısa alətlə sağ çiynindən vurduğunu, Elxanın avtomobilində sərnişin olan arvadı Zərərçəkmiş şəxs2 isə avtomobilin qapısı ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Onlar Şahid2 hər iki sürücü ilə söhbət etdiklərini və bu anlatdıqlarını artıq bildiklərini demişlər. Şahid2 demişdir ki, xəsarət alan sərnişin Zərərçəkmiş şəxs2 DİN-nin “102” xidmətinə məlumat verdiyindən rayon Polis İdarəsindən hadisə yerinə müstəntiq və inspektor-kriminalist göndərilmişdir. Müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildiyi müddətdə yenidən mübahisənin və hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün, təhlükəsizliyiı təmin edilməsi məqsədi ilə, Şahid2 onun və Şahid3 iştirakı ilə mübahisə edən şəxsləri nəqliyyat vasitələri ilə birlikdə rayon Polis İdarəsinə aparmışdır. Şahid4 isə müstəntiq və inspektor-kriminalist hadisə yerinə gələnədək orada ola biləcək izlərin qorunması, zədələnməməsi üçün hadisə yerini kənar şəxslərdən mühafizə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə əməliyyat qrupunun tərkibində xidmətdə olarkən yol-nəqliyyat hadisəsi və dava-dalaşla bağlı daxil olmuş məlumat üzrə o, 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 və həmin şöbənin sahə inspektoru Şahid1lə birlikdə ünvan 1 saylı ünvanda yerləşən “Kolxoz bazarı” ilə həmin küçədəki 41 saylı yaşayış binasının qarşısındakı yolda baş verən hadisə yerinə getmişlər. Hadisə yerində onlara “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu məlum olmuşdur. Onlardan bir qədər sonra hadisə yerinə Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru Şahid2 gəlmişdir. Onlar orada olduqları vaxt “Toyota Corolla” markalı avtomobilin sürücüsü, yəni hazırkı Təqsirləndirilən şəxs yüksəkdən “VAZ 21074” markalı avtomobilin sürücüsünün, Zərərçəkmiş şəxs1 ünvanına qeyri-etik ifadələr işlətmiş, bir daha vura biləcəyi ilə təhdid etmiş, hətta ətrafda olan kənar şəxsləri oradan uzaqlaşdırmaq üçün nələr edə biləcəyini deməklə kənardakı şəxsləri də hədələmişdir. Onlar “VAZ 21074” markalı avtomobilin sürücüsünə yaxınlaşıb şəxsiyyətini müəyyən etdikdən sonra nə baş verdiyini öyrənməyə çalışmışlar. Zərərçəkmiş şəxs1 öz avtomobilinə söykənmiş vəziyyətdə sol əli ilə tutduğu sağ çiynini göstərib “Toyota Corolla” markalı avtomobilin sürücüsünün hansısa alətlə vurub xəsarət yetirdiyini, yumruqla başına vurduğunu, hətta avtomobilində olan arvadına da xəsarət yetirdiyini, arvadının da DİN-in “102” xidmətinə zəng edib bu haqda məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxt Elxanı təhqir etməkdə davam etmiş, hətta onlara məhəl qoymadan üstünə bir neçə dəfə hücum çəkməyə cəhd etmiş, lakin onlar buna imkan verməmişlər. Onlar Təqsirləndirilən şəxs qarşısını kəsib özlərini təqdim etdikdən sonra davranışına və hərəkətlərinə sərhəd qoymasını, bu hərəkətləri ilə ətrafdakı insanları qorxuya saldığını və təhlükə yaratdığını bildirmiş, onu nizam-intizama dəvət etmiş, xəsarət alıb-almadığını, “VAZ 21074” markalı avtomobilin sürücüsündən şikayətçi olub-olmadığını soruşduqda, o, xəsarət almadığını, heç kim tərəfindən vurulmadığını və heç kəsdən şikayətçi olmadığını bildirmişdir. YPX inspektoru Şahid2 hadisə yerində onlara şahidlərin dediyinə görə Təqsirləndirilən şəxs yol qəzasından sonra avtomobilindən düşüb mübahisə etməyə başlamasını, digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hansısa alətlə sağ çiynindən, Zərərçəkmiş şəxs2 isə avtomobilin qapısı ilə qolundan vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, əlavə etmişdir ki, xəsarət alan sərnişin Zərərçəkmiş şəxs2 DİN-in “102” xidmətinə məlumat verdiyindən Nizami rayon Polis İdarəsindən hadisə yerinə müstəntiq və inspektor-kriminalist də göndərilmişdir. Müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildiyi müddətdə yenidən mübahisənin və hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə o, Şahid2 və Şahid1lə birlikdə mübahisə iştirakçılarını nəqliyyat vasitələri ilə birlikdə Nizami rayon Polis İdarəsinə aparmışlar. Şahid4 isə müstəntiq və inspektor-kriminalist gələnədək hadisə yerinin mühafizəsini təşkil etmək üçün orada qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvvəkili Şahid4, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələrində qeyd olunanlara uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Bravo” marketin yaxınlığında, “8-ci kilometr kolxoz bazar”ında alış-veriş edib evinə getdiyi vaxt yolda avtomobillərin toqquşma səsini eşitmişdir. Həmin yerə baxdıqda, qara rəngli xarici markalı avtomobilin yola çıxarkən ağ rəngli “VAZ 2107” markalı avtomobillə toqquşduğunu görmüşdür. Xarici markalı avtomobilin sol qapı tərəfi əzilmişdir. Xarici markalı avtomobildən bığlı, hündür boylu, təxminən 55-60 yaşlarında bir nəfər kişi düşüb, “VAZ 2107” markalı avtomobildən düşən hündür boylu, təxminən 40 yaşlarında olan kişiyə tərəf gəlib, ucadan nalayiq söyüşlər söymüşdür. Xarici markalı avtomobilin sürücüsü söyüş söyə-söyə “VAZ 2107” markalı avtomobilin sürücüsünə çatar-çatmaz yumruğu ilə başından bir neçə dəfə vurmuşdur. Bu vaxt “VAZ 2107” markalı avtomobildən bir nəfər hündür boylu, təxminən 35-36 yaşlarında bir qadın düşmüşdür. Xarici markalı avtomobildən düşən kişi cibindən çıxartdığı hansısa alətlə “VAZ 2107” markalı avtomobilin sürücüsünün sağ tərəfdən sinəsinə bir neçə dəfə vurmuşdur. “VAZ 2107” markalı avtomobilin sürücüsü sonuncuya zərbə vuran şəxsin əlindən tutub kənara itələməyə çalışmışdır. Bu vaxt “VAZ 2107” markalı avtomobildən düşən qadın zərbə endirən kişinin əlindən həmin aləti almağa çalışmışdır. Qadın zərbə endirən kişidən həmin aləti almış və səkiyə tərəf tullamışdır. Xarici markalı avtomobilin sürücüsü çox aqressiv olmuş və dilə gətirilməyən söyüşlər söymüşdür. Ətrafa xeyli insan toplaşmış, heç kəs müdaxilə etməməklə xarici markalı avtomobilin sürücüsünün nə etdiyini belə bilməyərək qorxduqları üçün hər kəs seyr etmişdir. Qadın isə ətrafdakıları köməyə çağırmışdır. Söyüş söyən həmin kişi avtomobilinə tərəf getmiş, bu dəfə qadın onun ardınca getmişdir. Qadının əlində mobil telefon olmuşdur. Həmin kişi qadını da tərbiyəsiz söyüşlərlə söymüşdür. Qadın xarici markalı avtomobilin sürücüsünün ardınca gəlib avtomobilinin yanında dayananda xarici markalı avtomobilin sürücüsü maşının qapısını yarımçıq açıb-örtməklə qadının qoluna və sinəsinə vurmuşdur. Qadının halı özündə olmamış, bir qədər kənara çəkilmiş və yerə yarım oturaq vəziyyətdə çökmüşdür. O, baş verənlərə biganə qala bilməmiş, lakin hər kəs kimi xarici markalı avtomobilin sürücüsündən qorxmuşdur. O, qadının halının pis olduğunu görüb ona yaxınlaşmış və çantasındakı suyu çıxarıb ona vermişdir. Qadın ağlaya-ağlaya sudan içmişdir. Yol-nəqliyyat hadisəsi zamanı heç bir avtomobilin sürücüsü xəsarət almamışdır, o, hadisə yerinin 5-6 metrliyində olduğu üçün buna əmin olmuşdur. Sürücülər yerə düşdükdən sonra xarici markalı avtomobilin sürücüsü “VAZ 2107” markalı avtomobilin sürücüsünü yumruqla və hansısa alətlə vurmuşdur. Alətlə yetirilən zərbədən sonra “VAZ 2107” markalı avtomobilin sürücüsü ağrıdan bağırmış, lakin o, həmin şəxsdə xəsarət izi görməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdiyi andan xarici markalı avtomobilin sürücüsünün aqressiv hərəkətləri, söyüş söyməsi və zorakılığı təxminən 20-25 dəqiqə davam etmişdir. Xarici markalı avtomobilin sürücüsünün cibindən çıxardığı və “VAZ 2107” markalı avtomobilin sürücüsünə qarşı istifadə etdiyi alətin nə olduğunu aydın görə bilməmişdir. Xarici markalı avtomobili idarə edən və ifadəsində qeyd etdiyi hərəkətlərə yol verən şəxs hazırkı Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1996-cı ildən Bakı şəhəri, Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı deyilən yerdə göyərti məhsullarının satışı ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində tappıltı səsinə həmin bazarın sağında, Cəmşid Naxçıvanski küçəsindəki yolda gəlmişdir. Oraya çatdıqda ona “VAZ 2107” markalı avtomobilin yolda hərəkət etdiyi vaxt yolun hərəkət hissəsinə çıxan tünd rəngli “Toyota Corolla” markalı avtomobillə toqquşduğu məlum olmuşdur. O, hadisə yerinə toqquşmadan dərhal sonra gəlmişdir. “Toyota” markalı avtomobilin hündür boylu, təxminən 60 yaşlarında, bığlı sürücüsü avtomobilindən düşüb nalayiq söyüşlərlə “VAZ 2107” markalı avtomobilin təxminən 40 yaşlarındakı sürücüsünü təhqir etməyə başlamışdır. O, toqquşan avtomobillərin dövlət qeydiyyat nişanlarını xatırlaya bilməmişdir. “Toyota Corolla” markalı avtomobilin sürücüsü “VAZ 2107” markalı avtomobilin sürücüsünə çox ağır söyüşlər işlətmişdir. Avtomobillər yolun hərəkət hissəsini kəsdiyindən yol tam bağlanmış, oraya xeyli insan toplaşmışdır. “Toyota Corolla” markalı avtomobilin sürücüsü avtomobilindən düşən kimi toqquşduğu digər avtomobilin sürücüsünə doğru gəlib yumruq zərbələri ilə “VAZ 2107” markalı avtomobilin sürücüsünün başına və üzünə vurmuş, daha sonra cibindən çıxardığı həmin alətlə sinəsinə və sağ çiyninə vurmağa başlamışdır. “VAZ 2107” markalı avtomobilin sürücüsü çiyninə dəyən zərbələrdən bağırmışdır. Anidən təxminən 35 yaşlarında qadın peyda olmuş, qışqırmağa, ağlamağa başlamış və “Toyota Corolla” markalı avtomobilin sürücüsünün zərbə vuran əlindən aləti almağa çalışmışdır. Həmin alət yerə düşmüşdür. O, qadının haradan gəldiyini görməmişdir. Oraya toplaşanlardan kimsə cəld yerə düşən aləti kənardakı yaşıllıq əraziyə tərəf tullamışdır. Aləti kənara tullayan şəxsi o tanımamışdır, sonuncunun hadisəyə heç bir müdaxiləsi olmamışdır. “Toyota Corolla” markalı avtomobilin sürücüsü əlindəki alət yerə düşdükdən sonra daha da aqressivləşmiş və bu dəfə qadını təhqir etmişdir. Həmin sürücü avtomobilinə tərəf qayıtmış, qadın da sonuncunun ardınca getmişdir. Qadın əlindəki mobil telefonla polisə zəng etmiş, sürücü ilə qadın orada yenidən mübahisə etmişlər. Həmin vaxt qadın birdən qışqırmış, başqa bir qadın ona su vermişdir. Təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis geyimində olan polislərdən biri əlində metrə çətinliklə də olsa, ölçmələr aparmışdır. Ətrafda xeyli insan olmuş, hər kəs yola toplaşdığından yol bağlanmış, tıxac yaranmışdır. Avtomobillərin sürücüləri yolun açılmasını tələb etmişlər və siqnallamışlar. Digər polislər isə “Toyota Corolla“ markalı avtomobilin sürücüsünü sakitləşdirməkdə davam etmişlər. Polislərin hadisə yerinə gəlişindən sonra qadın və cavan oğlan “Toyota Corolla” markalı avtomobilin sürücüsünə yaxınlaşmışlar. Cavan oğlan əlinə mobil telefonunu alıb çəkiliş aparmağa başlamışdır. Sonra polis əməkdaşları sürücüləri avtomobilləri ilə hadisə yerindən götürmüşlər. Lakin, mülki geyimdə olan bir nəfər hadisə yerində qalmışdır. Həmin polis əməkdaşı onlardan, evlərinə, iş yerlərinə getmələriri, hadisə yerinə yaxın gəlməmələrini xahiş etmişdir. O, orada olan digər insanlar kimi oradan uzaqlaşıb iş yerinə qayıtmışdır. Hadisə təxminən 30 dəqidə davam etmişdir. “Toyota Corolla” markalı avtomobilin sürücüsünün cibindən çıxarıb “VAZ 2107” markalı avtomobilin sürücüsünə qarşı istifadə etdiyi həmin alət sarı tutacağı olan vintaçan olmuşdur. Vintaçan “Toyora Corolla” markalı avtomobilin sürücünün əlindən yerə düşürüldükdən sonra tanımadığı bir nəfər şəxs tərəfindən hadisə vaxtı çəkilmiş fotoşəkildə də göstərildiyi kimi onun durduğu yerdən 2-3 metr aralıdakı ağacın dibinə atılmışdır. Polis əməkdaşları hadisə yerinə gələndən sonra aləti ora tullayan həmin şəxs alətin olduğu yeri polisə göstərmiş, polis əməkdaşları da ətrafdakı insanları hadisə yerindən və həmin alətdən uzaq tutmağa çalışmışlar. Məhkəmə Şahid6 ifadəsi ilə bağlı qeyd edir ki, həmin şahid məhkəmə iclasında sərbəst ifadə verərkən, hadisənin baş verməsindən sonra uzun müddət keçməsi ilə əlaqədar ifadəsinin tam yadında qalmadığını bildirmiş, lakin verilmiş suallarla işin hallarına, verdiyi ifadəsinə ümumən aydınlıq gətirilmişdir. Həmin şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini məhkəmədə bildirməklə yanaşı daha əvvəl məhkəməyə poçt vasitəsi ilə göndərdiyi teleqramında və ərizəsində də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin şahidin ifadəsinin şübhə altına alınması və ya sübutlar siyahısından çıxarılması üçün qanuni əsaslar yoxdur, Azərbaycan Respublikası CPM-nin 124-126-cı maddələrinin tələbləri baxımından Şahid6 verdiyi ifadələri sübut əhəmiyyətli ifadə qismində qəbul edilərək qiymətləndirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində evinin yaxınlığında fəaliyyət göstərən, el arasında “8-ci kilometr bazarı” kimi tanınan yerin yaxınlığından piyada keçmişdir. Bu vaxt ağ rəngli “VAZ 2107” markalı avtomobilin tünd rəngli “Toyota Corolla” markalı avtomobillə toqquşduğunu və dərhal oraya insanların toplaşdığını görmüşdür. Həmin vaxt küçədə dava-dalaş səbəbindən avtomobillərin hərəkəti dayanmış, yolda tıxac yaranmışdır. Arxadakı avtomobillər həmin şəxslərin yoldan çəkilmələri, camaatın yolu ilə çıxıb gedə bilmələri üçün siqnal vermişlər. Hamı kimi o da nə baş verdiyi ilə maraqlanmaq üçün ora yaxınlaşmışdır. Hadisə yerinə yaxınlaşanda, təxminən 55 yaşlarında, hündür boylu, cüssəli bir nəfərin boyca hündür olan təxminən 40 yaşında cüssəli birini söyüb təhqir etdiyinin şahidi olmuşdur. Orada olanlardan 55 yaşlarında olan həmin kişinin “Toyota Corolla” markalı avtomobilin, 40 yaşında olan şəxsin isə “VAZ 2107” markalı avtomobilin sürücüsü olduğunu eşitmişdir. O, həmin vaxt sürücülərin heç birini tanımamışdır. Sonradan bilmişdir ki, “Toyota Corolla” markalı avomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs özünü son dərəcə tərbiyəsiz aparmış, hər kəsin gözü qarşısında “VAZ 2107” markalı avtomobilin sürücüsü olan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 çox pis söyüşlərlə təhqir etməklə hədələmişdir. Təqsirləndirilən şəxs əl-qol hərəkətləri ilə nalayiq işarələr etmiş, Zərərçəkmiş şəxs1 qəzada günahlandırmağa başlamışdır. Ətrafa toplaşanlar, yoldan keçən qadın, uşaq, yaşlı, ümumiyyətlə hər kəs Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə tamaşa etmişdir. O, Təqsirləndirilən şəxs aqressivliyinin sərxoşluğundan irəli gəldiyini güman etmişdir. Ətrafdakı hər kəs onu sakitləşdirmək istəmişdir. Bir çoxları isə yüksək səslə söyüş söyməməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs ədəbsiz hərəkətlərinə qulaq asmaq istəməmiş və oradan uzaqlaşmağa başlamışdır. Həmin anda qadın qışqırtısı eşitmiş, oradan uzaqlaşdığı üçün nə baş verdyini öyrənmək üçün geri qayıtmamışdır. Oradan xeyli uzaqlaşsa da, Təqsirləndirilən şəxs nalayiq söyüşlərini hələ də eşitmişdir. Lakin hadisə yerindən tez uzaqlaşdığı üçün Təqsirləndirilən şəxs kimisə vurduğunu, kiməsə qarşı zorakılıq etdiyini və xəsarət yetirdiyini görməmiş, onun yalnız nalayiq söyüşlər söydüyünün şahidi olmuşdur. O cümlədən Zərərçəkmiş şəxs1 kimisə vurduğunu görməmişdir, o, son dərəcə sakit, təmkinli davranmış, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmaqla söyüş söyməməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometrdə yerləşən “Kolxoz bazarı”nda alış-veriş edib evinə getdiyi vaxt yolda ağ rəngli “VAZ 2107” markalı və tünd rəngli “Toyota” markalı avtomobillərin toqquşmasının şahidi olmuşdur. Hadisədən “VAZ 2107” markal avtomobilin yolda hərəkətdə olarkən sağdan sola doğru yola çıxmış “Toyota” markalı avtomobilə dəydiyi aydın olmuşdur. Hər kəsin bildiyi kimi yola çıxan avtomobil soldan gələn avtomobillərə yol verməli və gözləməli olduğu üçün, hesab etmişdir ki, günahkar “Toyota” markalı avtomobilin sürücüsü olmuşdur. Toqquşmadan sonra “Toyota” markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobilindən düşüb özünü mədəniyyətsiz aparmağa başlamış və tərbiyəsiz söyüşlərlə “VAZ 2107” markal avtomobilin sürücüsünü, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 təhqir etmişdir. “VAZ 2107” markalı avtomobildən düşən Zərərçəkmiş şəxs1 “Toyota” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, “nə var, nə qışqırırsan, söyüş niyə söyürsən?” demişdir. Təqsirləndirilən şəxs yenə də söyüş söymüş, bu dəfə Zərərçəkmiş şəxs1 da ona söymüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşıb yumruqla başından 1-2 dəfə vurmuş, bu vaxt “VAZ 2107” markalı avtomobildən bir nəfər hündür boylu, təxninən 35 yaşlı bir qadın düşmüşdür. Qadın qışqırmağa, ətrafa toplaşan insanları köməyə çağırmağa başlamışdır. Təqsirləndirilən şəxs isə əlinin içində tutduğu hansısa alətlə Elxan Cəbraylovun sinəsinə və sağ çiyninə bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs əlindən tutub aləti almağa çalışmışdır. Qadın qışqıraraq Təqsirləndirilən şəxs əlindən aləti ala bilmiş və səkiyə doğru tullamışdır. Qışqırıq səslərinə xeyli sayda insan toplaşmış, yolda hərəkət dayanmışdır. Təqsirləndirilən şəxs qəzəbli və aqressiv olduğu üçün ona xəsarət yetirə biləcəyindən qorxaraq o, müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs öz avtomobilinə tərəf getdikdə qadın əlində telefonla onun arxası ilə gəlmişdir. Qadın həmin anda polisə yığıb uca səslə polisi çağırmışdır. Təqsirləndirilən şəxs qadının avtomobilinin sol qabaq qapısının qarşısında dayandığını görüb qapını qəsdən açıb-örtməklə qadının qoluna vurmuşdur. Qadın arxaya tərəf getmiş və çömbələrək yarım oturaq vəziyyətdə dayanmışdır. Kənardan hansısa bir qadın yaxınlaşıb oturaq vəziyyətdə olan qadına su vermişdir. Az bir vaxt sonra hadisə yerinə polislər gəlmişlər. Həmin vaxta qədər Təqsirləndirilən şəxs yenə də söyüş söyməklə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkməyə çalışmışdır. Polis əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs hərəkətlərini görüb sakitləşdirə bilmişlər. Dava-dalaş başa çatdıqdan sonra polis əməkdaşlarının gəlməsinədək bir nəfər qadın və bir cavan oğlan Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmişlər. Hərəkətlərindən həmin iki nəfər şəxsin onun tanışları və ya qohumları olduğunu başa düşmüşdür. Ətrafda insanların çoxluğu yoldakı hərəkəti iflic etmiş, polis əməkdaşları qısa vaxt ərzində avtomobilləri yoldan çəkib sürücüləri ilə birlikdə aparmışlar. Bir nəfər mülki geyimdə olan polis isə hələ də hadisə yerində dayanmış və ətrafdakıları oradan uzaqlaşdırmışdır. Hər kəs yavaşyavaş dağıldığı üçün o da orada qalmamış və evinə getmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində heç bir avtomobilin sürücüsü xəsarət almamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yumruqla 1-2 dəfə başından və alətlə çiynindən vurmasından sonra o, Zərərçəkmiş şəxs1 qışqırdığını görmüşdür. O, heç kəsdə xəsarət görməsə də, Zərərçəkmiş şəxs1 əynindəki paltar deşilmiş, ola bilsin xəsarət izi paltarının altında qalmışdır. Zərərçəkmiş şəxs1 başında xəsarət olmamış, bir az alnında qızartı olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdiyi andan “Toyota” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs aqressiv hərəkətləri və dava-dalaş salması təxminən 25-30 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı və Zərərçəkmiş şəxs1 qarşı istifadə etdiyi alətin nə olduğunu aydın görə bilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Şahid8 şahid qismində dindirilmiş, o, məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı üzrə məhkəməyə də dəvət edilmişdir. Məhkəmə iclası zamanı şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxsin adı əslində Novruz, yəni X2r. O, xx xxxx 1951-ci il tarixdə Naxçıvan MR-da doğulmuşdur, ona xx xxxxxxxx 2004-cü il tarixdə Sədərək rayon Polis Şöbəsi tərəfindən AZE seriyalı, 01329436 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir, Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatdadır. Həmin fakt, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlanılarkən də öz təsdiqini tapmışdır. X4 müstəntiq tərəfindən hadisə ilə bağlı dindirilmiş, ona məlum olan hallara dair ifadə vermişdir. Adı Novruz olmasına baxmayaraq, hamı onu Cavanşir deyə tanıyaraq həmin adla çağırmış, ona görə müstəntiq tərəfindən dindirilərkən adını Cavanşir kimi təqdim etmişdir. Adı qeyd edilən şəxs, yəni X4 iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs kimi ibtidai istintaq və məhkəmə iclası zamanı şahid qismində ifadə vermişdir, hansı ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi, hadisəni qavraması və təsvir etməsi baxımından eynilik təşkil edir, ifadələr arasında hər hansı ziddiyyət yoxdur, Azərbaycan Respublikası CPM-nin 124-126-cı maddələrinin tələbləri baxımından şahid X1 məhkəmə iclasında verdiyi ifadəsi və bu ifadəsi ilə eynilik təşkil edən ibtidai istintaq zamanı verdiyi ifadəsi sübut əhəmiyyətli ifadə qismində qəbul edilərək qiymətləndirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, ünvan 1-də yerləşən “Kolxoz bazarı”nda səyyar qaydada geyim əşyalarının satışı ilə məşğul olur. Bu işdə ona bacısının oğlu İsmayıl da köməklik edir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində bazarda olduğu vaxt avtomobillərin toqquşma səsini eşitmişdir. Bacısının oğlu da onunla bərabər olduğundan hər ikisi qaçaraq avtomobillərin toqquşduğu yerə getmişlər. Avtomobillərin toqquşduğu yerə çatanda, ağ rəngli “VAZ 2107” markalı avtomobilin yolun ortasında, tünd rəngli “Toyota Corolla” markalı avtomobilin isə digər avtomobildən bir qədər irəlidə dayanmış vəziyyətdə olduğunu görmüşlər. Onlar hadisə yerinə çatanda hündür boylu, bığlı bir kişi, yəni sonradan adını bilərək tanıdığı Təqsirləndirilən şəxs özündən uca boylu, başını arxaya çevirmiş və əli ilə üzünü tutan bir kişinin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 başını arxasından yumruğu ilə vurduğunu görmüşlər. O və bacısı oğlu İsmayıl həmin şəxslərin 3- 4 metrliyində olmuşlar. Yumruq zərbəsi endirən Təqsirləndirilən şəxs daha sonra arxaya çəkilib şalvarının cibindən vintaçanı sağ əli ilə götürüb Zərərçəkmiş şəxs1 bədəninin sağ tərəfdən yuxarı hissələrinə bir neçə dəfə vurmışdur. İlk zərbədən sonra vurulan Zərərçəkmiş şəxs1 ağrıdan bağırmışdır. “VAZ 2107” markalı avtomobildən enən hündür boylu, sarı saçlı bir qadın ağlaya-ağlaya həmin şəxslərə tərəf gəlmiş və əli ilə alətlə zərbə endirən şəxsin, yəni Təqsirləndirilən şəxs əlindən tutub mane olmağa çalışmışdır. Nəsə olduqdan sonra alət, yəni vintaçan yerə düşmüşdür. Alçaq boylu, üzü tüklü bir nəfər insanlar arasından çıxıb yerə düşən vintaçanı ayağı ilə özünə tərəf çəkmiş, daha sonra əlinə alıb 2-3 metr aralıya, yəni ağacın dibinə tərəf tullamış və təkrar insanların arasına qarışmışdır. Dava-dalaş düz yolun ortasında baş vermişdir. Ətrafda isə xeyli insan olmaqla, yol tamamilə bağlanmışdır. Arxadan yolla hərəkət edən maşınlar tam hərəkətsiz vəziyyətdə yolun açılmasını gözləmişlər, əksər sürücülər isə maşınlarını tərk edib baş verənlərə tamaşa etmişlər. Oraya toplaşan insanlardan ilk olaraq yumruqla, daha sonra vintaçan alətlə zərbə vuran həmin şəxsin, yəni “Toyota Corolla” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Yumruq və alət zərbələri yetirilən şəxs isə “VAZ 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs söyüş söydüyü üçün oraya toplaşanlar onu yüksək səslə qınamışlar. Lakin, heç kəs qorxusundan aralamağa cəhd göstərməmişdir. Oraya toplaşanlar arasından bir-iki nəfər əvvəlcə Təqsirləndirilən şəxs arxadan yaxınlaşıb kənara çəkməklə mane olmaq istəsələr də, onun cibindən vintaçan çıxardığını görüb ondan kənara çəkilmişlər. Təqsirləndirilən şəxs əlindən vintaçan alındıqdan sonra qadını təhqir etmiş və öz avtomobilinə tərəf getməyə başlamışdır. Qadın da əlində mobil telefon onun arxasınca getmişdir. Qadın ağlamış, kiminləsə telefonda danışmışdır. Təqsirləndirilən şəxs avtomobilinə çatdıqda həmin qadınla mübahisə etməyə başlamışdır. Həmin şəxslər onun olduğu yerdən bir qədər uzaqda olduqları üçün nəyin üstündə mübahisə etdiklərini eşitməmişdir. Anidən Təqsirləndirilən şəxs avtomobilin qapısını bir neçə dəfə açıbbağlamış və bu hərəkətindən sonra avtomobilin qapısı qadının qoluna zərblə çırpılmışdır. Qadın qolunu tutub avtomobildən kənara çəkilmiş və yarım oturaq vəziyyətdə yerə çökmüşür. Başqa bir qadın əlində plastilin qabda yerdəki qadına su gətirmişdir. Təqsirləndirilən şəxs qadını ağır sözlərlə təhqir etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə bir neçə polis əməkdaşı gəlmişdir. Polis əməkdaşlarından biri avtomobillərin olduğu yeri, yolun enini, avtomobillər arasındakı məsafəni uzun metrə ilə ölçməyə başlamış və çox qısa vaxtda işini yekunlaşdırmışdır. Digər polis əməkdaşları isə insan kütləsinə dalıb baş verən hadisə barədə ətraflı maraqlanmağa başlamışlar. Polislərin gəlişindən sonra hadisə yerində “Toyota Corolla” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yanında bir qadın peyda olmuş, bir cavan oğlan isə əlindəki mobil telefonla ətrafdakı insanları çəkməyə başlamışdır. Həmin qadın tez-tez Təqsirləndirilən şəxs yaxınlaşıb nəsə məsləhətlər alıb təkrar çəkiliş aparmışdır. Həmin cavan oğlan qaraşın, orta boylu olmuş və Gürcüstan ləhcəsi ilə danışmışdır. O, hadisə yerində olan polis əməkdaşlarından birinə yaxınlaşıb “Toyota Corolla” markalı avtomobilin sürücüsünün hadisə vaxtı istifadə etdiyi aləti, yəni vintaçanın olduğu yeri göstərmişdir. Həmin vaxt daha diqqətlə həmin alətə baxdıqda, alətin sarı rəngli tutacaqdan ibarət vintaçan olduğunun şahidi olmuşdur. Vintaçan ağacın gövdəsinin yanında olmuşdur. Polis əməkdaşı onunla birlikdə əlini toxundurmadan vintaçana nəzər salmışdır. Həmin polis əməkdaşı deyil, hadisə yerində olan digər polis əməkdaşları sürücülərlə birlikdə avtomobilləri harasa aparmışlar. Onunla vintaçana nəzər salan polis əməkdaşı isə hadisə yerində qalmışdır. Polis əməkdaşı hətta oradan uzağa getməməyini, müstəntiq gələnədək hadisə yerində bərabər qalmağını xahiş etmişdir. O da könüllü şəkildə deyilənlə razılaşmış, bacısı oğlu İsmayıla bazara qayıdıb piştaxtasına nəzarət etməsini demişdir. Toqquşmuş avtomobillər hadisə yerindən sürücüləri ilə birlikdə götürüldükdən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə müstəntiq, kriminalist və “VAZ 2107” markalı avtomobilin sürücüsü gəlmişlər. Hadisə yerinə əvvəlcədən gələn və müstəntiq gələnədək hadisə yerində qalan mülki geyimli polis əməkdaşı müstəntiq gəldikdən sonra hadisə barədə ona ətraflı məlumat verib, mühafizə etdiyi hadisə yerini müstəntiqə təhvil verib oranı tərk etmişdir. Hadisə yerinə baxış keçirmək üçün ona və orada olan tanımadığı daha bir nəfər şəxsə könüllü hal şahidi qismində iştirak etmək təklif olunmuş, o və həmin şəxs etiraz etmədən buna razılıq vermişlər. Sonra hadisə yerində olan polis əməkdaşları hadisə yerini hər bir incəliyinə qədər tədqiq etmişlər, yolun eni, avtomobilin təkər izi, toqquşmanın dəqiq yeri, ölçüləri, hadisə yerində düşüb qalmış vintaçan və sair ətraflı incələnmişdir. Polis əməkdaşlarından biri müxtəlif toz məhlullarından, kistdən və sair bilmədiyi avadanlıqdan istifadə etməklə vintaçan üzərində iz axtarmağa çalışmış, vintaçanın üzərində qırmızı rəngli qanabənzər izlər olduğu müəyyən edilmiş, lakin həmin polis əməkdaşı vintaçan üzərində əl izi axtarmağa çalışmışdır. 5-6 dəqiqəlik araşdırmadan sonra həmin polis əməkdaşı vintaçan üzərində heç bir əl-barmaq izinin olmadığını demiş və vintaçanı qablaşdırmışdır. Hadisə yerində olan müstəntiq isə hadisə yerində nəyi müşahidə edirsə, onu da protokola əlyazma şəkildə qeyd etmişdir. Polis əməkdaşları hadisə yerini, düşüb qalmış vintaçanı, “VAZ 2107” markalı avtomobilin sürücüsünü hadisəni anlatdığı vaxt fotoşəkillərini çəkmişlər, çoxlu suallar vermişlər. Təxminən yarım saat ərzində davam edən baxış yekunlaşmış və müstəntiqin tərtib etdiyi protokol hadisə yerində olan iştirakçılar, eləcə də onun və baxışda hal şahidi qismində iştirak etmiş digər şəxs üçün oxunmuşdur. Protokol tam oxunub başa çatdıqdan sonra onlar həm protokolu, həm də maddi sübut kimi götürülmüş vintaçanın qablaşdırması üzərinə imza etmişlər. Toqquşmadan sonra “Toyota Corolla” və “VAZ 2107” markalı avtomobillərin sürücülərində heç bir xəsarət olmamışdır. “VAZ 2107” markalı avtomobilin sirücüsü Zərərçəkmiş şəxs1 digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən döyülsə də, bədənində və gözlə görünən yerlərində xəsarət izlərini görməmişdir. O, həmin şəxslərdən heç birini əvvəllər tanımamış, ilk dəfə həmin gün görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) Mirzəyeva Nuranə Zöhrab qızının iştirakı ilə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, boş vaxtlarında dayısı Şahid9 “8-ci kilometr bazarı”ndakı iş yerinə gedib ona köməklik etməklə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində dayısı ilə birlikdə bazarda olduqları vaxt tappıltı səsi gəlmiş, hər kəs səsin gəldiyi yerə tərəf qaçmağa başlamışdır. Hər kəs kimi o da dayısı ilə birlikdə həmin yerə getmişdir. Bazarın sağ tərəfindəki yolda camaatın yığışdığını görüb lap yaxına doğru gəldikdə ağ rəngli “VAZ 2107” markalı avtomobilin yolun ortasında, qara rəngli “Toyota Corolla” markalı avtomobilin isə 5-6 metr irəlidə dayanmış vəziyyətdə olduğuni görmüşdür. “VAZ 2107” markalı avtomobilin qabaq sağ tərəfi “Toyota Corolla” markalı avtomobilin sol qabaq və arxa qapılarına toxunmuşdur. “Toyota Corolla” markalı avtomobilin sürücüsü “VAZ 2107” markalı avtomobilin sürücüsünü yumruqlamış, sonra cibində vintaçanı çıxarıb sinəsinə bir neçə dəfə vurmuşdur. “VAZ 2107” markalı avtomobildən düşən sarı saçlı hündür bir qadın “Toyota Corolla” markalı avtomobilin sürücüsünün əlindən həmin vintaçanı alarkən vintaçan yerə düşmüşdür. Camaatın içindən üzü tüklü balacaboy biri çıxıb vintaçanı götürüb kənara atmışdır. “Toyota Corolla” markalı avtomobilin sirücüsü hər kəsi, ən əsası da “VAZ 2107” markalı avtomobilin sürücüsünü və həmin qadın təhqir etmiş, tərbiyəsiz sözlər danışmışdır. Heç kim qorxusundan həmin şəxsə yaxın gəlməmişdir. Yolda tıxac yaranmış, arxadan gələn avtomobil sürücüləri maşınlarından düşüb hadisəyə tamaşa etmişlər. “Toyota Corolla” markalı avtomobilin sürücüsü avtomobilinə tərəf getmiş, onun ardınca həmin qadın da getmişdir. Qadın əlindəki telefonla polisə zəng etmiş və ağlaya-ağlaya polislə danışmışdır. “Toyota Corolla” markalı avtomobilin sürücüsü avtomobilinin qapısı ilə qadının qolundan vurmuşdur. Həmin vaxt başqa bir qadın ona yaxınlaşıb su vermişdir. Az bir vaxt sonra hadisə yerinə polislər gəlmişdir. Dayısı onlardan birinə vintaçanın yerini göstərmişdir. Sonra polislər avtomobilləri və sürücüləri harasa aparmış, dayısının söhbət etdiyi polis isə heç yerə getməmişdir. Dayısı ona piştaxtanın yanına qayıtmasını tapşırdığı üçün hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında müdafiə tərəfi yetkinlik yaşına çatmayan Şahid10 xx xxxxxx 2020-ci il tarixdə məhkəmədə ifadə verərkən, onun hadisələri dərk və ya təsvir etmək qabiliyyətinə malik olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi haqqında vəsatət vermiş, həmin vəsatət təmin edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsinə demək olar ki, uyğun, baxılan cinayət təqibi ilə bağlı ona məlum olan hallara dair yaşının imkan verdiyi həddə ifadə vermişdir, şahidin yadında qalmayan hallara isə, proses iştirakçılarının verdikləri suallarla müvafiq qaydada aydınlıq gətirilmişdir. Ümumiyyətlə, həmin şahid məhkəmədə ifadə verərkən, onun cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müvafiq anda dərk və ya təsvir etmək qabiliyyəti məhkəmədə şübhə oyatmamışdır, bu faktı təsdiq edəcək hal və sübutlar mövcud olmamışdır. Cinayət-prosessual qanunvericiliyinə görə, təhqiqatçıda, prokurorda və ya məhkəmədə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin cinayətin ayrı-ayrı hallarını dərk etmək və təsvir etmək qabiliyyətinə yaranan şübhələrin əsaslı olubolmamasını yoxlamaq üçün onların ekspertizadan imtina etmələri həmin şəxslərin ifadələrinin sübuti əhəmiyyətini istisna edir. Lakin nəzərə almaq lazımdır ki, CPM-ə əsasən müvafiq ekspertizadan keçmək şahidin, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin vəzifəsidir. Bu, o deməkdir ki, onlar ekspertizadan keçməkdən imtina edə bilməzlər (CPMin 87.7.5-ci, 90.11.5-ci, 91.8.5-ci, 95.4.5-ci, 140.0.2-ci və 140.0.3-cü maddələri). Əgər həmin proses iştirakçıları ekspertiza vasitəsilə yoxlamadan keçməkdən imtina edərlərsə, onların ifadələri sübut kimi qəbul edilə bilməz. Məlum olduğu kimi, məhkəmə iclasında Şahid10 münasibətdə həmin hal baş verməmiş, şahidin özü ekspertizadan imtina etməmişdir. Belə ki, məhkəmə tərəfindən həmin şahidin cinayətin ayrı-ayrı hallarını dərk etmək və təsvir etmək qabiliyyətinə hər hansı şübhə yaranmadığı hesab edilərək həmin halın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Şahid10 ifadəsi də Azərbaycan Respublikası CPM-nin 124-126-cı maddələrinin tələbləri baxımından sübut əhəmiyyətli ifadə qismində qəbul edilərək qiymətləndirilir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə “8-ci kilometr bazarı”na getmişdir. Bazarın arxasındakı yolla keçərkən bir nəfər mülki geyimdə olan, özünü polis əməkdaşı kimi təqdim edən şəxs yaxınlaşmış, demişdir ki, onlar bir neçə hərəkət edəcəklər, o, müşayiət edib baxsın, yadında saxlasın, sonra protokola imza çəkəçəkdir. O da razılaşmışdır. Dayandıqları yerdən hardasa 5-6 addım üzü “Diqlas” tərəfə gəlmişlər. Orada mülki və polis geyimli polis əməkdaşları, habelə boyu ondan balaca, yaşı isə çox olan bir nəfər oğlan olmuşdur. Onun digər hal şahidi olduğunu demişlər. Onlara hal şahidi kimi hüquq və vəzifələri elan edilmişdir. Sonra polis əməkdaşları metrə ilə ölçü aparmışlar, yolun uzunluğunu ölçmüşlər, sonra şəkil də çəkmişlər. Onun yanında olan digər hal şahidi demişdir ki, orada “atvyorka” var, gəlin baxın. Müstəntiq ona demişdir ki, burada bir saat əvvəl nəsə hadisə olmuşdur. Lakin nə hadisə olduğunu o, bilməmişdir. Sonra polis formasında, diplomatlı oğlan olmuşdur, o, yerdən “atvyorka”nı qaldırmış, baxdıqdan sonra müstəntiqə demişdir ki, iz yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə “8-ci kilometr bazarı”na gəlmişdir. Bazarın yanındakı yolla keçdiyi vaxt polis işçisi yaxınlaşmış, iki maşın toqquşduğunu, yol qəzası ilə bağlı baxış keçirildiyini demiş və hadisə yerinə baxışda iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Ona və digər hal şahidinə hüquq və vəzifələri elan olunmuşdur. Baxış zamanı bilmişdir ki, avtomobillərin biri ağ rənğli “VAZ 2107” markalı, digəri boz rəngli “Toyota” markalı olmuşdur. Həmin vaxt ətrafa camaat yığılmışdır. Hadisə yerində kimin kimi döydüyünü bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Tofiqə bazara getmək lazım oluğunu demiş, o isə, işi olduğunu deyib günortadan sonra getmələrini təklif etmişdir. Həmin gün təxminən saat 15 radələrində Tofiqin idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə “8-ci kilometr bazarı”na gəlmişlər. Gürcüstanda yaşayan qardaşı oğlu İsa da onlarla birlikdə olmuşdur. Tofiq avtomobili yolun kənarında saxlamış, o və İsa, avtomobildən düşüb yolun soluna keçərək bazara daxil olmuşlar Tofiqin avtomobilindən ayrılmalarından təxminən 8-10 dəqiqə sonra Tofiq mobil telefonun “vatsap” nömrəsindən onun istifadəsində olan nömrəyə zəng edib “Maya, tez geri qayıdın, maşınımızı vurdular” demişdir. Onlar tez geri qayıdıb Tofiqin olduğu yerə gəlmişlər. Ora çatanda görmüşdür ki, Tofiqin avtomobili əvvəlki yerindədir, lakin avtomobilinin sol tərəfi əzilmişdir. Tofiqin özü isə avtomobilin sükanı arxasında oturub, avtomobilin qapı kilidlərini bağlamışdır. O, maşına tərəf gələndə hündür, sarı saçlı bir qadının Tofiqin əyləşdiyi oturacaq tərəfdəki pəncərənin şüşəsini yumurğu ilə vurub “Aç qapını, niyə açmırsan, qorxursan, niyə düşmürsən maşından? Düş də” sözlərini demişdir. O, qadına yaxınlaşıb əli ilə onu kənara çəkmiş, irad bildirib demişdir ki, “utanmırsan? atan yaşında kişidir, nə deyirsən ona?. Həmin qadın kənara çəkildikdən sonra o, avtomobilin şüşəsini döymüşdür ki, Tofiq qapının kilidini açsın. Tofiq avtomobilin qapısının kilidini açdıqdan sonra həmin qadın qapının açıldığını görüb arxadan əli ilə Tofiqə hücum etməyə çalışmışdır. O, bu hərəkətləri onun arxasından etdiyi üçün o, həmin qadına mane ola bilmiş, qadın Tofiqə toxuna bilməmişdir. Tofiq ona demişdir ki, polisə məlumat vermişdir, tez avtomobildə otursun, tərpənməsin, polis gələcəkdir. Təxminən 3-5 dəqiqə sonra polis hadisə yerinə gəlmişdir. Tofiq bundan sonra avtomobili tərk etmiş və polisə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 göstərdiyi hərəkətlərin heç birini Tofiq etməmiş, həmin şəxsləri vurmamışdır. Bunun şahidi olmasa belə, əmindir. Tofiq indiyədək heç kəsi incitməmişdir, belə hərəkətlər onun tərbiyəsinə və təbiətinə xas deyildir. Məhkəmə Şahid11 məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, həmin şahid cinayət əməlinin baş verdiyi anda bazarın içərisində olmuş, hadisənin bilavasitə şahidi olmamışdır, hadisə yerinə sonradan gəlmiş, hadisə barədə yalnız təqsirləndirilən şəxs olan həyat yoldaşı Təqsirləndirilən şəxs dediklərindən ona məlum olmuşdur. Təqsirləndirilən şəxsin yaxın ailə üzvü, həyat yoldaşı olduğundan, Şahid11 ifadəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmağa yönəlmiş ifadə kimi qiymətləndirilməklə məhkəmə tərəfindən nəzərə alınmır. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilməsi qərara alınan Şahid14 poçt vasitəsi ilə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə günorta radələrində “8-ci kilometr” bazarında olarkən xeyli insanın toplaşdığını görmüşdür. O, hadisəni görməsə də, hadisədən sonra təsadüfən orada olmuşdur. Bir nəfər polis əməkdaşı ona yaxınlaşıb, yol qəzası ilə bağlı müəyyən hərəkətlər görəcəyini və onun hərəkətlərini müşahidə etməyini xahiş etmişdir. O da razılaşmışdır. Həmin polis əməkdaşı yol qəzası nəticəsində xəsarət alan avtomobillər arasındakı məsafəni, təkər izini, yolun ölçülərini və sair hərəkətlər tərtib etmişdir. Sonra müvafiq sxem çəkərək, baxış aktı tərtib edərək adlarını orada qeyd etmiş, o da imza etmişdir. Hadisə yerində sürücülər arasında əvvəlcədən gərginlik yarandığı söylənmişdir. Həmin polis əməkdaşı orada olan digər polislərlə avtomobilləri hadisə yerindən götürərək polis idarəsinə aparmışlar. Hazırda səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, ifadəsinin yazdığı formada qeyd edilməsini xahiş edir. Məhkəmə şahidin teleqramını nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi, hadisənin videolentinin əks edildiyi qeyd edilən bir ədəd DVD RV, iş üçün zəruri əhəmiyyət kəsb edəcək halın müəyyən edilə bilməsi baxımından, maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və cinayət prosesi iştirakçıları ilə birlikdə ona baxış keçirilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, həmin videolentin hansı müşahidə kamerasında çəkildiyinə, əldə edilmə mənbəyinə və mötəbərliyinə dair sübutlar olmamaqla, hansı ünvanda çəkildiyi, küçənin adı və çəkilişin əhatə etdiyi ərazi müəyyən və məlum deyildir. Videolentdən görünür ki, həmin görüntü xx xxxx 2020-ci il tarixdə qeydə alınmışdır, ümumilikdə təxminən 5-6 dəqiqəlik müddəti diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Görüntüdə əks olunan küçədə avtomobillərin hərəkəti birtərəflidir, yolun hər iki tərəfində avtomobillər yolun kənarında dayanmışlar, arabir avtomobillər və piyada şəxslər küçə ilə hərəkət edirlər. Saat 15:25:09-da yolun sağ kənarında dayanmış ağ rəngli “VAZ 2107” markalı avtomobil hərəkətə gələrək yola düzəlir və irəli hərəkət edir. Görüntüdə avtomobilin dövlət qeydiyyat nişanı seçilmir, avtomobili idarə edən sürücünün kimliyi görünmür, o cümlədən avtomobildə başqa şəxs və ya şəxslərin olması da dəqiq müəyyən edilmir. Saat 15:25:35-də həmin avtomobil görüntülərin qeydə alındığı obyektin arxasında gözdən itir və görüntü saat təxminən 15:26 dəqiqədə başa çatır. Həmin görüntü, müxtəlif şəxslərin bu görüntüləri şərh etmələrinə dair səslərlə müşahidə olunsa da, onların kimliyi məlum deyil. Habelə, onların da hadisəni bilavasitə görmədikləri danışıqlarından bəllidir, yalnız ehtimal əsasında həmin “VAZ 2107” markalı avtomobilin “Toyota Corolla” markalı avtomobillə toqquşduğunu qeyd edirlər. Müdafiə tərəfinin iddia etdiyinə görə, “hadisə ittiham aktında qeyd edilən qaydada baş verməmişdir, əslində videogörüntüdə qeydə alınmış “VAZ 2107” markalı avtomobil Zərərçəkmiş şəxs1 məxsus olmaqla, o, həmin vaxt Təqsirləndirilən şəxs məxsus, yolun kənarında dayanmış vəziyyətdə olan “Toyota Corolla” markalı avtomobili vuraraq onunla toqquşmuşdur, hadisə xx xxxx 2020-ci il saat 15:21-də deyil, həmin gün saat 15:25-də baş vermişdir, Zərərçəkmiş şəxs2 hadisə baş verməmişdən əvvəl, saat 15:21-də “102” xidmətinə zəng edərək hələ baş verməyən hadisə barədə məlumat vermişdir”. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin xx xxxx 2020-ci il tarixli 089-24087 nömrəli məktubundan görünür ki, yazılmış tapşırıq əsasında cinayət yerinə yaxın olan ictimai iaşə obyektlərində quraşdırılmış təhlükəsizlik kameralarının olub-olmadığı istiqamətində araşdırmalar zamanı müəyyən edilmişdir ki, cinayət anını qeydə alan hər hansı görüntüyə rast gəlinməmişdir. Cinayət əməlinin baş verdiyi Nizami rayonu, Naxçıvanski küçəsində yolun 61 saylı ünvanda yerləşən bazarla həmin küçənin 41 saylı yaşayış binasının qarşısındakı hissəsində heç bir təhlükəsizlik şəhər kamerası və ya hər hansı kamera quraşdırılmamışdır. Hazırda müdafiə tərəfinin təqdim etdiyi videogörüntüdə qeydə alınmış “VAZ 2107” markalı avtomobilin isə Zərərçəkmiş şəxs1 məxsus olması barədə sübutlar yoxdur, həmin avtomobil olması təsdiq edilmir, zərərçəkmiş şəxsin özü də bu faktı inkar etməklə, bildirir ki, o, görüntüdə olan avtomobil ona məxsus deyildir, hadisənin baş verdiyi küçədə hərəkətdə olan zaman o, hansısa səbəbdən yol kənarında dayanıb sonra yoluna davam etməmişdir. Videogörüntüdən isə görünür ki, “VAZ 2107 markalı” avtomobil yol kənarında dayanmış, sonradan hərəkətə başlamışdır. Bundan başqa, verilmiş ittihamla və məhkəmə tədqiqi zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, cinayət əməli xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində baş vermiş, Zərərçəkmiş şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 15:21-də 055 *** ** ** nömrəli telefon nömrəsindən DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə 055 *** ** ** nömrəli telefon nömrəsindən DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Burada xüsusən nəzərə alınmalıdır ki, həmin məlumat xx xxxx 2020-ci il tarixdə DİN-in “102” xidmətinə daxil olduqdan sonra məhz saat 15:25-də Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nə ötürülmüşdür. Yəni, zaman etibarı ilə götürüldükdə, bu məlumat saat 15:25-dən əvvəlki dəqiqələrdə verilmiş, 15:25-də də məlumat 24-cü PŞ-də qəbul edilmişdir. Müdafiə tərəfinin təqdim etdiyi videogörüntüdə isə “VAZ 2107” markalı avtomobilin hərəkəti saat 15:25:35-dək qeydə alınmışdır, aşkar müşahidə edilən görüntülərdə həmin avtomobilin iştirakı ilə hər hansı hadisənin baş vermədiyi aydın görünür. Ona görə məhkəmə müdafiə tərəfinin videogörüntüdə qeydə alınmış avtomobilin Zərərçəkmiş şəxs1 məxsus olması ilə bağlı irəli sürdükləri dəlilləri əsassız hesab edir. Bundan başqa, cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı 1 ədəd mobil telefonda işin halları ilə bağlı əhəmiyyət kəsb edən məlumatların gələcəkdə ələ keçirilməsi, bunun üçün istifadəçinin razılığı və istəyi üzrə mobil telefona baxış keçirilməsinin mümkünlyü nəzərə alınaraq, həmin mobil telefonun Nizami rayon Polis İdarəsində saxlanılması qərara alınmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında, iş üçün zəruri əhəmiyyət kəsb edəcək halın müəyyən edilə bilməsi baxımından, məhkəmə baxışı zamanı həmin mobil telefona baxış keçirilmişdir. Vəsatət verən tərəfin mövqeyinə görə, təqsirləndirilən şəxsə məxsus mobil telefonda hadisənin görüntüləri olmuşdur. Lakin məhkəmədə keçirilən baxış zamanı mobil telefonda baxılan işə dair əhəmiyyət kəsb edəcək hər hansı məlumat, görüntü müəyyən edilməmişdir. Cinayət işi üzrə verilmiş bir çox vəsatətlərdə göstərilmişdir ki, hadisənin baş verməsindən sonra Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonla “facebook” səhifəsində müvafiq məlumat yerləşdirmişdir, onun mobil telefonu həmin vaxt işlək və öz istifadəsində olmuş, sosial şəbəkələrdən istifadəsinə isə maneə olmamışdır. Yəni, Təqsirləndirilən şəxs məxsus mobil telefonda vəsatətdə qeyd edilən görüntülər mövcud olduğu halda, o, həmin məlumatları paylaşmaqda, hansısa ünvana göndərməkdə sərbəst olmuşdur. Hansı ki, belə görüntülərin onun tərəfindən paylaşılmadığı və ya göndərilmədiyi məhkəmədə müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin məsul növbətçisi Səməd Abdulovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 15:21-də 055 *** ** ** nömrəli telefon nömrəsindən DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr bazarı” yanında “Toyota” markalı avtomobilin onun ərinin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşması, həmin avtomobilin sürücüsünün əri ilə mübahisə edib dalaşması barədə məlumat vermişdir. (İ cild i.v. 4) -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin məsul növbətçisi Nizami Kərimovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 15:25-də DİN-in “102” xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 055 *** ** ** nömrəli telefon nömrəsindən DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə zəng edərək Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr bazarı” yanxınlığında “Toyota” markalı avtomobilinin “VAZ 2107” markalı avtomobillə toqquşması, həmin avtomobilin sürücüsünün onunla mübahisə etməsi barədə məlumat vermişdir. (İ cild i.v. 210) -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru Şahid2 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli baxış aktından, yol-nəqliyyat hadisəsi üzrə sxemdən və raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 DİN-nin “102” Xidməti-zəng mərkəzi sisteminə etdiyi müraciətdən sonra hadisə yerinə - ünvan 4 ünvanının qarşısına gəldikdə orada şəxsiyyətləri sonradan məlum olmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisədən sonra sürücü Təqsirləndirilən şəxs digər sürücü Zərərçəkmiş şəxs1la və sonuncunun idarə etdiyi avtomobildə sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək dalaşdığını, hadisə yerinə yığışan kənar şəxslər tərəfindən münaqişənin qarşısının alındığını, küçədə nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandığı üçün toqquşmuş avtomobillərin hadisə yerindən götürülüb kənara çəkildiyini müəyyən etmiş, hadisə yerirdə tərəflər arasında yaranmış gərginliyi nəzərə alıb mövcud şəraiti qiymətləndirərək yenidən mübahisənin, hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Nizami rayon Polis idarəsinin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 və polis sahə inspektoru Şahid1 ilə birlikdə əməliyyatistintaq qrupunun üzvü olan müstəntiqin hadisə yerinə gəlməsini gözləməyib mübahisə iştirakçılarını nəqliyyat vasitələri ilə birlikdə Nizami rayon Polis İdarəsinə dəvət etmişdir. (İ cild i.v. 5-8) -Hadisə yerinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində sürücü Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin 40 kilometr/saat sürətlə ünvan 1-də yerləşən “Kolxoz bazarı” ilə 41 saylı yaşayış binasının qarşısındakı yolun Qara Qarayev prospekti istiqamətindəki hissəsi ilə sağ səkidən 2,8 metr məsafə aralıda hərəkətdə olduğu, həmin vaxt Təqsirləndirilən şəxs sükan arxasınca olduğu “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanl avtomobilin yolun sağ səkisinə bitişik dayanmış (park) vəziyyətdə olduğu, hərəkətdə olan “VAZ 21074” markalı avtomobilin ön hissəsinin “Toyota Corolla” markalı avtomobilin arxa hissəsi ilə eyni üfüq vəziyyətə çatdıqda Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobili hərəkətə gətirərək yolda hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrini gözləmədən dayandığı yerdən, yəni yolun sağından yolun hərəkət hissəsinə, yəni soluna manevr etdiyi, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfinin Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı ilə toqquşduğu, yolun iki hərəkət istiqamətli olduğu, yol örtüyünün hər iki istiqamət üçün ümumi eninin 9 metr olduğu, yolun asfalt örtüklü olduğu, üfüqi və quru olduğu, yolda “yol nişanlarının olmadığı, toqquşmanın ünvan 1-də yerləşən “Kolxoz bazarı” ilə 41 saylı yaşayış binasının qarşısındakı yolun Qara Qarayev prospekti istiqamətindəki hissəsində, sağ səkidən 2,8 metr məsafədə baş verdiyi, Cəmşid Naxçıvansk küçəsi 41 saylı yaşayış binasının qarşısındakı qismən yaşıllıq olan torpaq ərazidəki ağacın gövdəsindən 6 sm məsafə aralıda ümumi uzunluğu 12 sm, tutacağının uzunluğu 6 sm, metal hissəsinin uzunluğu 6 sm, tutacağı üzərində sarı və qara rəng çalarları olan vintaçan alətin və həmin vintaçan alətin tutacaq və metal hissəsinin torpaqla təmas etdiyi səthində qırmızımtıl-qonur rəngli qanabənzər mayenin qurumuş ləkəsi izlərinin aşkar edildiyi, baxışda iştirak etmiş inspektor-kriminalistin əlbarmaq izlərinin götürülməsi üçün zəruri olan texniki vasitələrdən və avadanlıqlardan istifadə etdiyi, lakin vintaçan alətin üzərindən hər hansı əl-barmaq izinə rast gəlmədiyi müəyyən edilmişdir. Baxış zamanı hadisə yerinin sxemi və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 11-21) -Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “VAZ-21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ünvan 5 saylı ünvanda Nizami rayon Polis İdarəsinin qarşısında dayandığı, avtomobilin ağ rəngli olmaqla çirkli vəziyyətdə olduğu, avtomobilin qabaq sağa dönmə işığının ətrafında eni 8 sm, uzunluğu 34 sm ölçüdə, qabaq sağ qanadın ön küncündə 1 sm ölçüdə batıq izlərinin olduğu, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücü Zərərçəkmiş şəxs1 “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyjt nişanlı avtomobili idarə etmək üçün ona mülkiyyət sahibi tərəfindən verilmiş etibarnamənin olduğu, sürücülük hüququnun olmasını təsdiq edən sürücülük vəsiqəsinin olduğu müəyyən edilmiş, avtomobilin salonunda, yük yerində və digər hissələrində istintaq üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək və sənədlərin surəti götürülərək protokola əlavə edilmişdir. (İ cild i.v. 22-29) -Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ünvan 6 saylı ünvanda Nizami rayon Polis İdarəsinin qarşısında dayandığı, avtomobilin boz rəngli olmaqla çirkli vəziyyətdə olduğu, avtomobilin sol arxa qapısından sol qabaq qanada doğru istiqamətlənən batıq və toxunma (sürtünmə) izlərinin olduğu, sol arxa qapının üzərindəki batıq izinin dərinliyinin 2,5 sm, uzunluğunun isə 30 sm olduğu, həmin batıq izindən sol qabaq qapı və sol qabaq qanada doğru uzanan toxunma (sürtünmə) izinin uzunluğunun 138 sm olduğu, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücü Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olduğu müəyyən edilmiş, avtomobilin salonunda, yük yerində və digər hissələrində istintaq üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək və sənədlərin surəti götürülərək protokola əlavə edilmişdir. (İ cild i.v. 30-45) -Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxx 2020-ci il tarixli 1/806 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxx 2020ci il tarixdə saat 17:15-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. (İ cild i.v. 48) -Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxx 2020-ci il tarixli 1/807 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:25-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. (İ cild i.v. 51) -Könüllü təqdim olunan paltara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 üzərində olan bir ədəd uzunqol toxunma köynək (jaket) onun tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş və iş üzrə maddi sübut əhəmiyyəti nəzərə alınmaqla götürülmüşdür. İstintaq üçün sübut əhəmiyyəti kəsb edən Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi və xx xxxx 2020-ci il tarixdə baş vermiş münaqişə zamanı onun üzərində olmuş bir ədəd uzunqol toxunma köynəyə (jaketə) baxış keçirilərkən yaxasının qabaq sağ tərəfindən yuxarı hissədə bir-birindən 15 mm məsafədə iki ədəd deşilmiş-kəsilmiş zədə izləri, həmin hissədə köynəyin (jaketin) arxa astar üzündə qırmızımtıl-qonur rəngli qanabənzər mayenin qurumuş ləkə izləri aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mübahisə zamanı “Toyota Corolla” markalı avtomobilin sürücüsü onun üstünə hücum çəkməklə əvvəlcə yumruqla başına, daha sonra vintaçan alətlə sağ çiyin nahiyəsinə bir neçə dəfə zərbə endirərək ona xəsarət yetirmiş, könüllü təqdim etdiyi və hadisə vaxtı əynində olmuş köynəyin (jaketin) qabaq sağ tərəfində yuxarı hissədə iki ədəd deşilmiş-cırılmış zədələr “Toyota Corolla” markalı avtomobilin sürücüsünün vintaçan alətlə vurduğu zərbələr nəticəsində əmələ gəlmiş, köynəyin (jaketin) həmin hissədə astar üzündəki qırmızımtılqonur rəngli ləkələr isə onun aldığı bədən xəsarətləri nəticəsində axan qanının paltarına hopmuş izləridir. Baxış və götürmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 109-113) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 242 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə sərhəddinin şişkinlik halında əzilməsi və qançırı, sağ çiyin nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və nüddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, sol alın-təpə sərhəddində yerləşən xəsarətin yumruqla vurulma, sağ çiyin nahiyəsində yerləşən xəsarətlərin isə vintaçan alətlə yetirilmə nəticəsində yaranması istisna edilmir. (İ cild i.v. 118-119) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 243 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs2 sağ bazunun bayır səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə yarana bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. (İ cild i.v. 122-123) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 244 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild i.v. 126-127) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 maddi sübutların məhkəmə tibbi-kriminalistik-bioloji tədqiqinə dair xx xxxxx 2020-ci il tarixli 163/2020 MTKŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan, sol alın-təpə sərhəddində şişkinlikli qançırla müşayiət olunan yumşaq toxumaların əzilməsi və sağ çiyin qurşağının sıyrıqları-bərk küt əşya təsirindən törənmiş, onlardan təpə nahiyəsindəki xəsarət yumruqla, sağ çiyin qurşağının sıyrığı isə ekspertizaya təqdim edilən vintaçanla yetirilə bilərdi. Müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən sağ çiyin nahiyəsində aşkar edilmiş sıyrıqlarla onun puloverində olan zədələr üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus puloverin ön sağ boyun nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş zədələr hər hansı bir deşici xarakterə malik alətlə (əşya) ilə, o cümlədən ekspertizaya təqdim edilmiş vintaçanın təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər əşyanın təsirindən əmələ gələ bilərdi. (İİ cild i.v 30-34) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 maddi sübutların məhkəmə tibbi-bioloji tədqiqinə dair xx xxxxx 2020-ci il tarixli 267/2020 MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu- A beta/H//ll/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus kofta və hadisə yerindən götürülmüş bir ədəd vintaçan üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antiqenləri, kofta üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri Abeta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (İİ cild i.v. 36-39) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-avtotexniki, məhkəmə-metalloqrafik, məhkəmə-trasoloji və məhkəmə- kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 8/361-6/415 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1-3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 2-4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6.7.8. Nəqliyyat vasitələri üzərində olan zədələrin xarakteri, istiqamətləri, yerləşmə vəziyyətləri, yer səviyyəsindən olan ölçüləri nəzərə alınmaqla qeyd edilir ki, zədələr “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə kontaktı nəticəsində yaranmağa uyğundur. 11.12. Nəqliyyat vasitələri üzərində olan zədələrin xarakteri, istiqamətləri, yerləşmə vəziyyətləri, yer səviyyəsindən olan ölçüləri, hadisə yerində qalmış təkər izləri nəzərə alınmaqla qeyd edilir ki, nəqliyyat vasitələri arasında toqquşma “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağdan sola dogru manevr edərkən baş verməyə uyğun gəlir. İlkin kontakt anında toqquşma “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının qarşı hissəsi ilə “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısı arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Tədqiqata təqdim edilmiş “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissələrində ağ rəngli boya sürtünməsi izləri vardır. Həmin sürtünmələr “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin boya örtüyünün ağ rəngli emal qatı ilə rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadında tünd boz rəngli sürtünmə izləri vardır. Həmin sürtünmələr “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin boya örtüyünün tünd boz rəngli emal qatı ilə rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. (İİ cild i.v. 62-69) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/604 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd vintaçan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı alətdir-vintaçandır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. (İİİ cild i.v. 50-53) -Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra bir ədəd bağlamada qablaşdırılmış Zərərçəkmiş şəxs1 məxsus olan və xx xxxx 2020-ci il tarixdə əynində olmuş, üzərində iki ədəd deşilmiş zədə və özünə aid qan ləkəsi olan tünd bənövşəyi rəngli, uzunqol, qarışıq materialdan, üzərində parça defekti ilə müşahidə olunan geyilmə izləri, öndən “Superior” və digər sözlər, daxili boyun hissədə isə “Smog” yazısı olan qara rəngli etiket tikilmiş, uzunluğu 73 sm, çiyin nahiyəsində eni 54 sm, qolların uzunluğu 65 sm olan köynək (jaket, kofta və ya poluver), eləcə də hadisə yerindən götürülmüş və iş üzrə Təqsirləndirilən şəxs məxsus, onun tərəfindən cinayətin törədilməsində istifadə edilən bir ədəd vintaçan alət cinayət təqibi üzrə öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə və aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərini saxladığına görə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya yekun qərarı ilə onların təyinatı məsələsi həll edilənədək saxlanması üçün Bakı şəhəri Nizami rayon X9 sübutları saxlama kamerasına təhvil verilmişdir. (İİ cild i.v. 40-42) -Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “VAZ 21074” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Corolla” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya yekun qərarı ilə onların təyinatı məsələsi həll edilənədək hər iki nəqliyyat vasitəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılması nəzərə alınmışdır. (İİİ cild 3-5) -Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə saat 18:40da tutulmuşdur. (İ cild i.v. 70) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə, həbs etmənin əvvəli xx xxxx 2020ci il saat 18:40-dan hesablanmışdır. (İ cild i.v. 166-168) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində də izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış xx xxx 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı cinayət əməli ictimai yer hesab edilən, insanların gediş-gəlişinin sıx olduğu, ətrafında isə yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nın yanında baş vermiş, həmin yerdə olan mübahisə sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, Təqsirləndirilən şəxs avtomobillərin toqquşmasının məhz özünün yol verdiyi qayda pozuntusu səbəbindən baş verməsinə baxmayaraq, əsaslı səbəb olmadan zərərçəkmiş şəxs olan digər sürücü Zərərçəkmiş şəxs1 üstünə gedərək onunla mübahisə etməyə başlayıb hüquqazidd davranışı ilə küçədə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaratmış, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs1 ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs1 üstünə hücum edib qəsdən yumruqla başına və əlindəki silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsinə çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 fiziki ağrı və baş beyin silkələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bunu görən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 “VAZ 21074” markal avtomobildən yerə düşərək onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 da ünvanına ucadan qeyri-etik, nalayiq ifadələr səsləndirib ona müqavimət göstərməklə qəsdən əli ilə itələyib “Toyota Corolla” markalı avtomobilin qabaq sol qapısını zərblə açaraq sağ qolundan vurmaqla Zərərçəkmiş şəxs2 fiziki ağrı və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsi tam təsdiq edilir və təqsirləndirilən şəxsin həmin əməlinin məhz Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə tövsif edilməli olması Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin anoloji işlərlə bağlı gəldikləri hüquqi nəticələrdə müəyyən olunmuş faktiki hallarla uyğunluq təşkil edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq əməlinin törədilməsində onun təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq ittihamı üzrə, ümumiyyətlə baş vermiş hadisəyə görə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs X11 Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 220.1-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 1903 nömrəli Sərəncamından çıxarışdan görünür ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslər, o cümlədən Sərəncamın 1-ci hissəsinin 135-ci sırasında adı qeyd olunmuş, X11 Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə məhkum edilən Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” x xxxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, amnistiya və əfvetmə hüquqi təbiətinə görə humanizm, mütənasiblik prinsipləri və cinayətkarlıqla mübarizə sahəsində konstitusiya dəyərlərinin tarazlığı nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən mərhəmət aktıdır. Bu konstitusiya səlahiyətinin həyata keçirilməsi nəinki siyasi və iqtisadi məqsədəuyğunluqdan, ilk növbədə ədalət və xeyirxahlığa olan inamdan, belə humanist addımın sosial şərtləndirilməsindən irəli gəlir. Bununla belə həmin səlahiyyətlər həyata keçirilərkən Konstitusiyadan irəli gələn insan hüquqlarının birbaşa qüvvəsi, sağlamlıq, mənəviyyat, ictimai asayişin qorunması, təhlükəsizlik və s. dəyərlərə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Cinayət Məcəlləsinin 82-ci maddəsinə uyğun olaraq, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs X11 Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə ona, Azərbaycan Respublikası CM-nin ağır cinayət hesab olunan 220.1-ci maddəsi, habelə az ağır cinayət hesab olunan 315.2-ci maddəsi ilə təyin edilmiş qəti 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli Əfv Sərəncamına əsasən azad edilmişdir. Əfvetmə aktında azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların, eləcə də məhkum Təqsirləndirilən şəxs yalnız cəzadan azad olunması qərara alınmış, məhkumluğun götürülməsi ilə bağlı müddəa isə ayrıca nəzərdə tutulmamışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğunun ödənilmiş hesab edilməsi üçün müəyyən edilən və şərtləndirən - cəzanın çəkilib qurtardığı gündən altı il keçməmiş, məhkumluğu ödənilmədən və götürülmədən, yəni xx xxxx 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən bu əməl qəsdən törədilmiş cinayət hesab olunur, habelə təqsirləndirilən şəxsin əməlində CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.1- 59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların dairəsi konkret olaraq müəyyən edilməkdən başqa, həmin Məcəllənin 59.2-ci maddəsində cəza təyin edilərkən Məcəllədə göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməsi nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməməklə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı digər qaydada yüngülləşdirəcək hallar da müəyyən edilməmişdir, buna dair sübutları müdafiə tərəfi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur, ona görə məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş digər cəzanı ağırlaşdıran hallar isə təqsiləndirilən şəxsin əməlində müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda, əlavə obyektinin isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Məhkəmə hesab edir ki, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş Təqsirləndirilən şəxs əfvetmə aktına əsasən cəzadan azad edildikdən sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətdiyi üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; işin faktiki halları nəzərə alınaraq maddi sübut qismində tanınmış əşyalarla bağlı hissədə hökm qanuni qüvvəyə mindikdən sonra icra edilməli, Bakı şəhəri Nizami rayon X9 sübutları saxlama kamerasına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus, üzərində iki ədəd deşilmiş zədə və özünə aid qan ləkəsi olan tünd bənövşəyi rəngli, uzunqol, qarışıq materialdan, üzərində parça defekti ilə müşahidə olunan geyilmə izləri, öndən “Superior” və digər sözlər, daxili boyun hissədə isə “Smog” yazısı olan qara rəngli etiket tikilmiş, uzunluğu 73 sm, çiyin nahiyəsində eni 54 sm, qolların uzunluğu 65 sm olan köynək (jaket, kofta və ya poluver) Zərərçəkmiş şəxs1 qaytarılmalı; hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus, Bakı şəhəri Nizami rayon X9 sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd vintaçan alət məhv edilməli; Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılmış “Toyota Corolla minik” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs müvafiq qaydada verdiyi etibarnamə əsasında müəyyən ediləcək nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxsə verilməli; Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılmış “VAZ 21074 minik” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil onu etibarnamə əsasında sahiblik və idarə edən Zərərçəkmiş şəxs1 qaytarılmalı; Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan “Samsung” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə verilməli; müdafiə tərəfinin təqdim etdiyi içərisində videogörüntü olan bir ədəd DVD RV cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan cəmi 314 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkilləri məhkəmə iclaslarına buraxılmışlar, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi hesab olunan cəmi 314 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış əşyalarla bağlı hissədə hökm qanuni qüvvəyə mindikdən sonra icra edilsin: Bakı şəhəri Nizami rayon X9 sübutları saxlama kamerasına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus, üzərində iki ədəd deşilmiş zədə və özünə aid qan ləkəsi olan tünd bənövşəyi rəngli, uzunqol, qarışıq materialdan, üzərində parça defekti ilə müşahidə olunan geyilmə izləri, öndən “Superior” və digər sözlər, daxili boyun hissədə isə “Smog” yazısı olan qara rəngli etiket tikilmiş, uzunluğu 73 sm, çiyin nahiyəsində eni 54 sm, qolların uzunluğu 65 sm olan köynək (jaket, kofta və ya poluver) Zərərçəkmiş şəxs1 qaytarılsın; hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus, Bakı şəhəri Nizami rayon X9 sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd vintaçan alət məhv edilsin; Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılmış “Toyota Corolla minik” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs müvafiq qaydada verdiyi etibarnamə əsasında müəyyən ediləcək nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxsə verilsin; Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılmış “VAZ 21074 minik” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil onu etibarnamə əsasında sahiblik və idarə edən Zərərçəkmiş şəxs1 qaytarılsın; Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan “Samsung” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə verilsin; müdafiə tərəfinin təqdim etdiyi içərisində videogörüntü olan bir ədəd DVD RV cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar